24-12-2023, 17:25 | Ulu öndər Heydər Əliyevin möhkəm təməllər üzərində qurduğu dövlətçilik ənənələri İlham Əliyev tərəfindən daha da inkişaf etdirildi

Ulu öndər Heydər Əliyevin möhkəm təməllər üzərində qurduğu dövlətçilik ənənələri İlham Əliyev tərəfindən daha da inkişaf etdirildi



XIX əsrin əvvəllərindən başlayaraq Qafqazdakı tarixi Azərbaycan ərazilərinə, eləcə də qədim Qarabağın dağlıq hissəsinə köçürülən ermənilər ağalarının və nökərçilik etdikləri dairələrin dəstəyi ilə hər fürsətdə çirkin niyyətlərini həyata keçirməyə cəhd göstərmişdir. Bu başabəla toplum tarixi ərazilərimizdə etnik tərkibi öz xeyirlərinə dəyişdirmək üçün hər cür xəyanətə və rəzilliyə getmişdir.
Uzun illər öz məkrli niyyətlərini gerçəkləşdirmək üçün real tarixi şəraitin yetişməsini gözləyən düşmən qonşu, təəssüf ki, ötən əsrin 90-cı illərinin əvvəllərində himayəçilərinin fəal dəstəyilə və həmin dövrdə ölkəmizdə baş alıb gedən hərc-mərclikdən, hakimiyyətsizlikdən istifadə etməklə soydaşlarımızın tarixi ərazilərimiz olan Qərbi Azərbaycandan deportasiyasına nail oldu. Bununla kifayətlənməyən təcavüzkar Ermənistan bolşeviklərin süni surətdə "Dağlıq Qarabağ" adlandıraraq erməni muxtariyyətinə çevirdikləri ərazilərlə birlikdə bütün Qarabağın 7 rayonunu da bir-birinin ardınca işğal etdi.
Bu zaman 1 milyondan artıq dinc soydaşımıza kütləvi surətdə divan tutub öz yurdundan qovan vəhşiləşmiş erməni silahlı birləşmələri Xocalı faciəsi, Daşaltı qətliamı kimi qanlı cinayətlər törətməklə bəşər tarixinin yaddaşına yeni qanlı səhifələr yazdılar. İşğal olunmuş 20 faiz ərazimiz talan edilib, oda qalandı, qaçqın və məcburi köçkünlər çadır şəhərciklərində, yük vaqonlarında, zirzəmi, yataqxana və təsərrüfat tikililərində acınacaqlı durumda, ən ağır şərtlər altında yaşamağa məhkum edildi.
Ümidsizlik girdabında boğulan, heç bir yerdən ciddi siyasi-mənəvi dəstək ala bilməyən, daxili çəkişmələr üzündən hər gün daha da çətin vəziyyətə düçar olan xalqımızı və dövlətimizi belə bir ağır məqamda ümummilli liderimiz Heydər Əliyev xilas etdi. 1993-cü ilin 15 iyununda xalqın təkidli tələbi ilə xilaskar missiyasında hakimiyyətə gələn ulu öndərimiz qısa müddətdə siyasi iradə və təcrübə nümayiş etdirərək ölkədə əmin-amanlığa, sabitliyə nail oldu. Dünyanın nəhəng şirkətləri ilə imzalanmış neft müqavilələri və digər iqtisadi layihələrlə dövlətimizin iqtisadi qüdrəti, xalqımızın rifahı yüksəldi, sabitlik və inkişaf soydaşlarımızı ümidsizlik girdabından, sözün əsl mənasında, xilas etdi.
Dünyaya hərtərəfli inteqrasiya, fəal xarici əməkdaşlıq, faydalı diplomatik əlaqələrin qurulması ilə dost və tərəfdaş ölkələrin sayı artdı. Bütün bunların yaratdığı əlverişli şəraitdə zəruri ordu quruculuğu sahəsində də ciddi uğurlar əldə edildi. Ayrı-ayrı şəxslərə, qüvvələrə tabe olan silahlı birləşmələrin vahid komandanlıq altında birləşdirilməsi tezliklə öz bəhrəsini verdi. Arazqırağı cəbhə xəttində ilk qələbələr qazanıldı, itirilmiş torpaqların bir hissəsi geri qaytarıldı. Ölkəmizdə yaranmış milli birliyin və ordudakı intizamın gücünü görən düşmən atəşkəs sazişini imzalamağa məcbur oldu. Bütün bu xronologiya bir daha sübut edir ki, əgər ulu öndərimiz münaqişənin başladığı ilk dövrdə ölkəmizə rəhbərlik etsəydi, bu müsibətlərin heç biri xalqımızın başına gəlməyəcəkdi.
2003-cü ildə ulu öndərimizin siyasi varisi, ən layiqli davamçısı İlham Əliyevin xalqımızın yekdil səsi ilə ölkə Prezidenti seçilməsi dövlətimizin tarixində yeni mərhələnin başlanğıcı oldu. Ulu öndərin möhkəm təməllər üzərində qurduğu dövlətçilik ənənələri daha da inkişaf etdirildi, bugünkü şanlı qələbəmiz üçün zəmin yaranmağa başlandı. İqtisadi yüksəliş səviyyəsinə görə dünyanın önə çıxan dövlətlərindən birinə çevrilən Azərbaycan hərbi quruculuğu ən yüksək səviyyədə apardı, silahlı qüvvələrimiz dünyanın ən müasir, qüdrətli orduları siyahısına daxil oldu. 2016-cı ilin Aprel zəfəri, 2020-ci ilin Tovuz qələbəsi Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi ordunun qarşısında heç bir gücün dayana bilməyəcəyini bütün dünyaya bəyan etdi.
2020-ci il sentyabr ayının 27-də bədnam qonşularımız növbəti dəfə hərbi təxribat törədərək ölkəmizin yeni ərazilərini ələ keçirmək üçün hücuma keçdilər. Amma öz siyasi və hərbi gücünü, daha doğrusu, gücsüzlüyünü və rəzilliyini düzgün hesablaya bilməyən terrorçu Ermənistan dövləti və Paşinyan hakimiyyəti bu dəfə biabırçı məğlubiyyətə uğradı. Müzəffər ordumuzun güclü və sürətli əks-hücum əməliyyatı ilə başlayan müqəddəs Vətən savaşımız böyük qələbə ilə nəticələndi. İkinci Qarabağ müharibəsinin ilk anlarından zəfər müjdəli Ali Baş Komandanımızın verdiyi müdrik və cəsarətli qərarlar, bütün dünyaya örnək olan xalq-iqtidar birliyi, qardaş və dost ölkələrin siyasi və mənəvi dəstəyi, ən başlıcası isə komandanlığın əmrlərini ən yüksək səviyyədə yerinə yetirən zabit və əsgərlərimizin rəşadəti hesabına əsarətdə olan torpaqlarımız işğaldan azad olundu, dünya birliyi tərəfindən tanınan ərazi bütövlüyümüz bərpa edildi.
Savaşın ilk anlarından strateji Murov zirvəsində, Füzulidə, Cəbrayılda, sonrakı günlərdə Suqovuşanda, Hadrutda, Zəngilanda, Qubadlıda üçrəngli şanlı bayrağımız ucaldıldı. Noyabr ayının 8-də - Azərbaycan Respublikasının Dövlət Bayrağı gününü qeyd etməyə hazırlaşdığımız bir məqamda isə müzəffər Ali Baş Komandanımız İlham Əliyev Qarabağımızın ürəyi Şuşa şəhərinin işğaldan azad olunması müjdəsini xalqımıza çatdırmaqla şanlı tariximizin ən şərəfli, ən qürurlu səhifələrindən birini yazdı.
Vətən savaşının başladığı ilk gündən cəsarətli, prinsipial və ardıcıl mövqeyini ortaya qoyan möhtərəm Prezidentimiz "Şuşasız bizim işimiz yarımçıq qalar” - söyləmişdi və verdiyi bütün vədlər kimi, bu sözünə də ən qısa müddətdə əməl etdi. Bununla da xalqımızın qəlbindən Şuşa ağrısı, nisgili əbədi olaraq silindi. Ali Baş Komandanımızın fəxarət və qürur hissi ilə səsləndirdiyi "Əziz Şuşa, sən bizimsən, sən azadsan, biz qayıtmışıq, biz səni dirçəldəcəyik!" - sözləri bu gün xalqımız üçün Şuşa dağlarında səslənən Koroğlu nərəsi qədər möhtəşəmdir, Şuşanın özü qədər müqəddəsdir.
Şuşa qalasının fəthindən cəmi bircə gün sonra Ali Baş Komandanımızın 72 yaşayış məntəqəsi və 8 strateji yüksəkliyin azad olunması xəbərini verməsi ilə düşmənin beli tamamilə sındı, olmayan ruhu yerlə-yeksan edildi. Cəmi bir neçə saat sonra düşmən yalvara-yalvara, ağlaya-ağlaya, xalqımızın qarşısında, möhtərəm Prezidentimiz, yenilməz sərkərdəmiz İlham Əliyevin qarşısında diz çökərək kapitulyasiyadan, ağ bayraq qaldıraraq təslim olmaqdan başqa yol tapmadı.
Müqəddəs şəhərimiz Şuşada yaxın ötən aylarda rəqs edən təlxək Nikol Paşinyan o qədər rəzil duruma düşdü ki, kapitulyasiya sənədini kabinetində deyil, gizləndiyi siçan deşiyində - gizli sığınacaqda imzalamaq məcburiyyətində qaldı. Bununla düşmən ölkəsinin rəhbəri faşist fürer Hitlerdən də ağır bir tale yaşamağa məhkum olduğunu hər kəsə nümayiş etdirdi. Əslində, rəzil düşmənin bu cür biabırçı duruma düşəcəyini Vətən savaşının ilk günündən Ali Baş Komandanımız əminliklə söyləmişdi. Ermənistanın xunta rejimi savaşın sürdüyü 44 gündə ordusunu, hərbi infrastrukturunu, çökmüş iqtisadiyyatını tamamilə məhv etdi. Terrorçu dövləti sonu görünməyən fəlakətə sürükləndi.
Azərbaycan dövləti isə 44 günlük müharibə nəticəsində uzun illər dünya ölkələri və beynəlxalq təşkilatlar tərəfindən aparılan mənasız sülh danışıqları prosesinə son qoydu, tarixi ədaləti özü bərpa etdi. 27 il kağız üzərində qalmış BMT qətnamələri döyüş meydanında reallaşdırıldı. Eyni zamanda, Azərbaycan bu savaş ilə ədalətli müharibə aparmağın presedentini yaratdı. Dövlətimiz, müzəffər ordumuz bütün dünyaya bəyan etdi ki, o, qarşı tərəfdən fərqli olaraq, yalnız işğalçı qüvvələrlə döyüşür, yalnız legitim hərbi obyektləri məhv edir, mülki əhali və infrastruktur onun hədəfi deyil. Vətən müharibəsi günlərində əsir və girovlarla münasibətdə də Azərbaycan Ordusu peşəkarlıq, eyni zamanda, rəhm, təmkin nümayiş etdirdi, özünün əzmi, qüdrəti ilə yanaşı, ədalətini də bütün dünyaya sübut etdi.
Bu tarixi qələbə, eyni zamanda, uzun illərdir beynəlxalq təşkilatlar və güc mərkəzləri tərəfindən ortaya atılan "Qarabağ münaqişəsinin hərbi həlli yoxdur" tezisini də alt-üst etdi. Ali Baş Komandanımız və müzəffər ordumuz bu tezisin əksini döyüş meydanında sübut etdi. Döyüşdə qələbə çalan dövlətimiz diplomatik cəbhədə də uğur qazandı: nəhayət, Vətən müharibəsinin ilk günündən Ali Baş Komandanımızın haqqında bəhs etdiyi cədvəl tərtib olundu, işğal altında olan Laçın, Kəlbəcər və Ağdamın da azad olunacağı şanlı tarixlər məlum oldu. Bu müjdəni də Ali Baş Komandanımız xalqımıza böyük sevinc və qürurla çatdırdı!
Nəhayət, əsrlərlə haqqında danışılacaq, şəninə dastanlar, qəhrəmanlıq, zəfər nəğmələri qoşulacaq, tarixi salnamələrdə öz əksini tapacaq 44 günlük Vətən savaşımız qalibiyyətlə başa çatdırıldı. Terrorçu Ermənistan dövləti Ali Baş Komandanımız İlham Əliyevin bütün şərtləri, tələbləri ilə qeyd-şərtsiz razılaşmalı oldu. 15 noyabrda Kəlbəcərin, 20 noyabrda Ağdamın, 1 dekabra qədər Laçın rayonunun işğaldan azad edilməsi ilə Azərbaycanın dünya birliyi, beynəlxalq təşkilatlar tərəfindən tanınmış ərazi bütövlüyü bərpa olunacaq, xalqımızın 30 illik həsrətinə son qoyulacaq.
Ali Baş Komandanımızın Şuşanın işğaldan azad edilməsi ilə bağlı tarixi müraciətində səsləndirdiyi "Əziz Şuşa, biz səni dirçəlcədəyik!" şüarı bütünlüklə Qarabağa, işğaldan azad edilən bütün torpaqlara həyatın qayıdacağı devizi kimi olduqca əzəmətli səslənir. Müzəffər ordusunun gücü ilə tarixi ərazilərini qarış-qarış, addım-addım işğaldan azad edən Azərbaycan dövləti ən yaxın zamanda özünün iqtisadi gücünü, potensialını da bütün dünyaya nümayiş etdirəcək. Erməni vandalları tərəfindən dağıdılmış, məhv edilmiş şəhərlərimiz, qəsəbələrimiz, kəndlərimiz bərpa olunacaq, yenidən qurulacaq və soydaşlarımız həmin torpaqlarda öz firavan həyatlarına davam edəcəklər.
Müharibənin başa çatması, şanlı qələbənin əldə edilməsi münasibətilə 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə olunan hərbçilərlə görüşü zamanı məcburi köçkünlərə müraciət edən Ali Baş Komandan qətiyyətlə bildirdi ki, işğaldan azad olunmuş ərazilərdə, ilk növbədə, təhlükəsizlik tədbirləri görüləcək. Daha sonra isə bütün infrastruktur bərpa ediləcək, soydaşlarımız illərlə həsrətində olduqları dədə-baba yurdlarına dönəcəklər.
Xalqımız əmindir ki, Azərbaycan dövləti beynəlxalq hüququn verdiyi imkanlardan bəhrələnərək Ermənistanın terrorçu rəhbərliyinin, 30 il ərzində xalqımıza qarşı qanlı cinayətlər törətmiş şəxslərin, Xocalı qatillərinin hüquqi müstəvidə də cəzalandırılmasına nail olacaq. Terrorçu Ermənistan dövləti bu illər ərzində Azərbaycana vurduğu maddi və mənəvi zərərə görə təzminat ödəməyə məcbur ediləcək.
Bu şanlı Qələbənin əldə edilməsi üçün canlarını fəda edən şəhidlərimizin, eləcə də Birinci Qarabağ savaşında şəhid olanların xatirəsi xalqımız, dövlətimiz tərəfindən həmişə əziz tutulacaq, onların ailə üzvləri, yaxınları ölkəmizdə ən ali hörmətə, izzətə layiq olduqlarını hər an hiss edəcəklər. Döyüşlərdə yaralananlar, qazilərimiz hər zaman dövlətimizin himayəsində olacaqlar. Azərbaycan xalqı olaraq bu şanlı qələbənin əldə olunmasında onlara borclu olduğumuzu hər zaman ehtiramla ifadə edəcəyik, qazilərimiz başımızın tacı, gözümüzün nuru olacaqlar.
Qüdrətli, yenilməz, ərazi bütövlüyünü bərpa edən, tarixi torpaqlarında üçrəngli bayrağını ucaldan Azərbaycan dövləti bu tarixi qələbədən sonra daha da qüdrətlənəcək, inkişaf edəcək. Ali Baş Komandanımız, möhtərəm Prezidentimiz İlham Əliyevin liderliyi ilə xalqımız daha böyük gələcəyə, xoş sabahlara qovuşacaq.
Bu şanlı, tarixi qələbənin əldə olunması münasibətilə bir daha xalqımızı, müqəddəs ata vəsiyyətini - ulu öndərimiz Heydər Əliyevin ərazi bütövlüyümüzün bərpa edilməsi ilə bağlı arzularını həyata keçirən yenilməz Ali Baş Komandanımızı, müzəffər ordumuzu təbrik edirik. Vətən savaşımızda canından keçən şəhidlərimizə Allahdan rəhmət diləyir, onların müqəddəs ruhları qarşısında baş əyirik.

Ramil Bayramov ,
Azərbaycan Avtomobil Yolları
Dövlət Agentliyinin
29 saylı Yol İstismar idarəsi rəisi






24-12-2023, 16:11 | Çağdaş dövlətçilik tariximizi yaradan LİDER

Çağdaş dövlətçilik tariximizi yaradan LİDER


2020-ci il noyabrın 10-da gecə saatlarında Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin arasında videokonfrans formatında görüşə baxanda özümü dünyanın ən xoşbəxt insanı hesab etdim. Dağlıq Qarabağ münaqişəsinə nöqtə qoyulduğunu eşitdikdə, bir daha torpağımızda günahsız insanların qanının tökülməyəcəyini düşünərək sevindim. Üçtərəfli bəyanatı imzalayarkən, Prezidentin də sevindiyini duyduqda, bütün ailəliklə xoşbəxt olduq.
Elə cənab Putinin də yaranmış vəziyyətdən razı qaldığı görünürdü. O bildirdi ki, birgə bəyanatda şərh edilmiş qərar nəinki Ermənistan ilə Azərbaycan arasında çoxillik qarşıdurmaya son qoyacaq, bu torpaqlarda qan tökülməsini dayandıracaq, həm də təsbit edilmiş razılaşmalara etibarlı nəzarət mexanizmi, regionda münasibətlərin inkişafı üçün əlverişli şərait yaradacaq.
Prezident İlham Əliyev isə Ermənistan ilə Azərbaycan arasında çoxillik münaqişənin nizamlanması işinə nöqtə qoyulduğunu qeyd etdi: "Deməliyəm ki, indi bizim gördüyümüz münaqişənin hərbi-siyasi nizamlanması işi, əminəm ki, regionumuzda uzunmüddətli sülhə, həmrəyliyə gətirib çıxaracaq, qarşıdurmaya və qan tökülməsinə son qoyacaq".
Azərbaycan lideri bu münaqişənin nizamlanmasında Rusiya Federasiyasının xüsusi rolunu xatırladaraq, Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğana da təşəkkürünü bildirdi. Bizim üçün ən sevindirici məqam bəyanatın bəndlərindən birində Rusiya və Türkiyənin birgə sülhməramlı missiyasında işrirakının göstərilməsidir. İnanırıq ki, bundan sonra problemin həlli Azərbaycanın istədiyi şəkildə baş tutacaq. Bunun üçün Prezident İlham Əliyev böyük diplomatik fəaliyyət göstərib. Bütün xalqımız onun hər bir addımını dəstəkləyib. Bu gün də hamılıqla dövlət başçımıza güvənirik və onun dəstəyindəyik.
Şanlı ordumuzun Şuşanı alması ölkəmiz üçün böyük qürurdur. Xüsusilə, demək olar ki, silah işlətmədən, əlbəyaxa döyüşlər nəticəsində bu qədim şəhərimiz azad olundu. Həm də heç bir dağıntıya yol verilmədi. Bu, xüsusi bir qəhrəmanlıqdır. Rus jurnalistlərindən birinin məqaləsində oxudum ki, Azərbaycan əsgərləri yaralanmış, hətta həlak olmuş yoldaşlarını belə yolda atmayaraq, çiyinlərinə alıb üzüyuxarı - Şuşaya qaldırırlarmış.
Şübhəsiz ki, bütün bunlar Ali Baş Komandanımızın böyük sərkərdəlik məharətinin nəticəsidir. Döyüşdə yaxşı komandan, əlbəttə, böyük perspektiv deməkdir. Bizdə də belə oldu. Cəsur komandanın əmri ilə ordumuz, demək olar ki, heç bir güllədən, mərmidən çəkinmədən irəlilədi və böyük uğurlar qazandı.
Hesab edirəm ki, birgə bəyanatda heç bir statusdan söhbət getməməsi də mühüm əhəmiyyət daşıyır. Prezident İlham Əliyev dəfələrlə müsahibələrində qeyd edib ki, Azərbaycan yeni reallıq yaradıb və indi hamı bununla hesablaşmalıdır. Bu da Ali Baş Komandanımızın cəsarəti sayəsində əldə olundu. Bu məsələdə Xalq-Prezident birliyi öz sözünü dedi. Prezident xalqa arxalandı, ondan güc aldı. Bütün Azərbaycan xalqı da gecə-gündüz Prezidentimiz, ordumuz üçün dualar etdi.


Gəray Güliyev,
Fövqəladə Hallar Nazirliyinin
Qazax Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi.









24-12-2023, 15:31 | Azərbaycan Prezidenti xalqa arxalanır, ondan güc alır

Azərbaycan Prezidenti xalqa arxalanır, ondan güc alır



2020-ci il noyabrın 10-da gecə saatlarında Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin arasında videokonfrans formatında görüşə baxanda özümü dünyanın ən xoşbəxt insanı hesab etdim. Dağlıq Qarabağ münaqişəsinə nöqtə qoyulduğunu eşitdikdə, bir daha torpağımızda günahsız insanların qanının tökülməyəcəyini düşünərək sevindim. Üçtərəfli bəyanatı imzalayarkən, Prezidentin də sevindiyini duyduqda, bütün ailəliklə xoşbəxt olduq.
Elə cənab Putinin də yaranmış vəziyyətdən razı qaldığı görünürdü. O bildirdi ki, birgə bəyanatda şərh edilmiş qərar nəinki Ermənistan ilə Azərbaycan arasında çoxillik qarşıdurmaya son qoyacaq, bu torpaqlarda qan tökülməsini dayandıracaq, həm də təsbit edilmiş razılaşmalara etibarlı nəzarət mexanizmi, regionda münasibətlərin inkişafı üçün əlverişli şərait yaradacaq.
Prezident İlham Əliyev isə Ermənistan ilə Azərbaycan arasında çoxillik münaqişənin nizamlanması işinə nöqtə qoyulduğunu qeyd etdi: "Deməliyəm ki, indi bizim gördüyümüz münaqişənin hərbi-siyasi nizamlanması işi, əminəm ki, regionumuzda uzunmüddətli sülhə, həmrəyliyə gətirib çıxaracaq, qarşıdurmaya və qan tökülməsinə son qoyacaq".
Azərbaycan lideri bu münaqişənin nizamlanmasında Rusiya Federasiyasının xüsusi rolunu xatırladaraq, Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğana da təşəkkürünü bildirdi. Bizim üçün ən sevindirici məqam bəyanatın bəndlərindən birində Rusiya və Türkiyənin birgə sülhməramlı missiyasında işrirakının göstərilməsidir. İnanırıq ki, bundan sonra problemin həlli Azərbaycanın istədiyi şəkildə baş tutacaq. Bunun üçün Prezident İlham Əliyev böyük diplomatik fəaliyyət göstərib. Bütün xalqımız onun hər bir addımını dəstəkləyib. Bu gün də hamılıqla dövlət başçımıza güvənirik və onun dəstəyindəyik.
Şanlı ordumuzun Şuşanı alması ölkəmiz üçün böyük qürurdur. Xüsusilə, demək olar ki, silah işlətmədən, əlbəyaxa döyüşlər nəticəsində bu qədim şəhərimiz azad olundu. Həm də heç bir dağıntıya yol verilmədi. Bu, xüsusi bir qəhrəmanlıqdır. Rus jurnalistlərindən birinin məqaləsində oxudum ki, Azərbaycan əsgərləri yaralanmış, hətta həlak olmuş yoldaşlarını belə yolda atmayaraq, çiyinlərinə alıb üzüyuxarı - Şuşaya qaldırırlarmış.
Şübhəsiz ki, bütün bunlar Ali Baş Komandanımızın böyük sərkərdəlik məharətinin nəticəsidir. Döyüşdə yaxşı komandan, əlbəttə, böyük perspektiv deməkdir. Bizdə də belə oldu. Cəsur komandanın əmri ilə ordumuz, demək olar ki, heç bir güllədən, mərmidən çəkinmədən irəlilədi və böyük uğurlar qazandı.
Hesab edirəm ki, birgə bəyanatda heç bir statusdan söhbət getməməsi də mühüm əhəmiyyət daşıyır. Prezident İlham Əliyev dəfələrlə müsahibələrində qeyd edib ki, Azərbaycan yeni reallıq yaradıb və indi hamı bununla hesablaşmalıdır. Bu da Ali Baş Komandanımızın cəsarəti sayəsində əldə olundu. Bu məsələdə Xalq-Prezident birliyi öz sözünü dedi. Prezident xalqa arxalandı, ondan güc aldı. Bütün Azərbaycan xalqı da gecə-gündüz Prezidentimiz, ordumuz üçün dualar etdi.


Tahir Məmmədov,
Bakı şəhər Yasamal Rayon Bələdiyyəsinin sədri..







24-12-2023, 15:25 | Prezident İlham Əliyev Qarabağın və Şərqi Zəngəzurun xilaskarı kimi nüfuz qazandı


Prezident İlham Əliyev Qarabağın və Şərqi Zəngəzurun xilaskarı kimi nüfuz qazandı


2003-cü ildə «Ona Özüm qədər inanınam» deyib xalqa müraciət edən ulu öndər Heydər Əliyevin bu etimadı özünü ərazi bütövlüyümüzün təmin olunmasında bir daha doğrultdu
Hesabat xarakteri daşıyan günləri xarakterizə edərkən o zaman qürurlu və sevincli oluruq ki, uğurlarımızın fonunda həmin tarixə nəzər salır, atdığımız addımlardan təəssüflənmirik. Təbii ki, bu kimi düşüncələr hər bir ölkənin həyatında əhəmiyyətli rol oynayan prezident seçkilərində səs verdiyimiz namizədin növbəti mərhələdə ölkəyə qazandırdığı uğurların, xalqına bəxş etdiyi firavan həyatın təhlilində özünün ifadəsini tapır.
Azərbaycanın son 19 ilinin mənzərəsini təqdim edərkən 2003-cü il oktyabrın 1-də ulu öndər Heydər Əliyevin Azərbaycan xalqına müraciətini xatırlatmaq bir tələb kimi qarşımıza qoyulur. Çünki bu müraciətlə bugünümüzün və gələcəyimizin əsası qoyuldu, növbəti inamın ünvanı düzgün göstərildi, xalq düzgün seçim edərək Azərbaycanın qalib ölkə kimi tanınmasına yol açdı. Müraciətdə deyilirdi: “Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn Prezident seçkilərində Prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm.»
2003-cü ilin 15 oktyabr tarixində keçirilən prezident seçkilərində seçicilərin 76 faizdən çoxunun səsini qazanan cənab İlham Əliyev andiçmə mərasimində Azərbaycanın daha güclü, qüdrətli dövlətə çevrilməsi üçün Heydər Əliyev siyasətinin davam etdirilməsinin vacibliyini bildirdi. Xalqımız cənab İlham Əliyevə səs verməklə Heydər Əliyev siyasətinin davamına səs verdi.
Ümummilli Liderin 2003-cü ildə xalqa müraciətində əksini tapan fikirlər cənab İlham Əliyevin 15 oktyabr 2003-cü ildə keçirilən prezident seçkilərində qələbəsi ilə yanaşı, son 19 ildə gördüyü işlərə, Azərbaycanın əldə etdiyi uğurlara, ən əsası dövlətimizin başçısının bu müddət ərzində dəfələrlə qələbəsini təmin etməsinə bələdçilik edir.
Cənab İlham Əliyev 2003-cü ildə Prezident kimi jurnalistlərə ilk müsahibəsində « Sizcə Sizi asan işlər gözləyir, yoxsa çətin» sualına cavabını xatırlatmaq istərdik. Dövlətimizin başçısı İlham Əliyev müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində ölkəmizin bu günü və gələcəyi üçün yaradılan möhkəm təmələ əsaslanaraq sualı belə cavablandırmışdı ki, həm asan, həm də çətin: “Asan o mənada ki, artıq Azərbaycanda ölkəmizi hərtərəfli inikşaf etdirmək üçün gözəl zəmin yaranıbdır. On il ərzində Heydər Əliyevin siyasəti Azərbaycanda çox güclü bir təməl qoyubdur. Bu təməlin üzərində gözəl binanın inşa edilməsi asan görünə bilər. Amma eyni zamanda həyat yerində durmur. Yeni tələblər çıxır, qarşımıza yeni vəzifələr çıxır. Əlbəttə, yəqin çətinliklər də olacaqdır. Amma mən bu çətinliklərə hazıram. Əgər mən özümdə belə bir hazırlıq görməsəydim, heç vaxt bu yolla getməzdim. Mən məsuliyyətə də, çətinliklərə də hazıram. Əminəm ki, Azərbaycan xalqının dəstəyi ilə qarşıda duran bütün vəzifələri ləyaqətlə yerinə yetirəcəyəm. Demişəm, Azərbaycan xalqı görəcək ki, mən Azərbaycan üçün, xalqımız üçün yaxşı Prezident olacağam.»
Cənab İlham Əliyevin bu fikirləri sonrakı dövrdə görüləcək işlərin aydın mənzərəsini yaratdı. Onun həyata keçirdiyi siyasətin strateji hədəfi güclü Azərbaycan dövlətinin formalaşdırılması, iqtisadiyyatın inkişaf etdirilməsi, müasir iqtisadi sistemin yaradılması, cəmiyyət həyatının bütün sahələrini əhatə edən köklü islahatların həyata keçirilməsi və sair kimi həllivacib məsələlər idi. Son 19 ildə Azərbaycanın bütün sahələrdə qazandığı uğurları bir yazı çərçivəsində əhatə etmək qeyri-mümkün olsa da, bugünkü qalib , Zəfəri ilə qürur duyan Azərbaycan məhz görülən işlərin, əldə olunan uğurların təqdimatıdır. O Azərbaycan ki, artıq çoxəsrlik tarixinə yeni bir səhifəni-Zəfər səhifəsini yazdı. Artıq iki ildir ki, torpaqlarımızın işğaldan azad edildiyi tarixləri qeyd edir və bundan qürur hissi keçiririk. Hazırda Qarabağ və Şərqi Zəngəzur həyatının quruculuq dövrünü yaşayır. 30 illik torpaq həsrətinə son qoyulan soydaşlarımız Böyük Qayıdışı gözləyirlər. Bu qayıdışın atılan ilk addımı onun davamlı olacağına böyük əminlik yaradır.
Təbii ki, əldə olunan hər bir uğuru şərtləndirən amillər mövcuddur. Dövlət başçısı İlham Əliyev xalqa müraciətlərində daim bu fikri xüsusi qeyd edirdi ki, nəyi nə zaman edəcəyimi bilirəm. Eyni zamanda, Azərbaycan bu müddət ərzində özünün gücünü, qüdrətini artırdı, Qarabağ münaqişəsinin həlli üçün möhkəm hüquqi baza formalaşdı.
Ərazi bütövlüyümüzün bərpasının Prezident İlham Əliyevin siyasətinin şah əsəri kimi dəyərləndirilməsi 19 ilin uğurlarının ümumiləşdirilmiş ifadəsidir.
Dövlət başçısı İlham Əliyevin mətbuata ilk müsahibəsində söylədiyi bu fikirləri də xatırlamaq yerinə düşər. “Cənab Prezident, artıq Siz and içdiniz, indi ölkənin birinci şəxsisiniz və hansı hissləri keçirirsiniz” sualına cənab İlham Əliyevin cavabı ulu öndər Heydər Əliyevin qoyduğu möhkəm təməl üzərində inkişaf edən Azərbaycanın gələcək inkişafının istiqaməti kimi dəyərləndirildi: “Gərək mən ümidləri doğruldam... Qarşımda çoxlu vəzifələr var, çoxlu işlər görmək əzmindəyəm. Bütün bunlar haqqında düşünürdüm... Bu da təbii idi ki, keçmişdə gördüyüm işlər haqqında düşünürdüm. Həyatımın artıq növbəti və elə bil ki, sonuncu mərhələsi başlanır. Çünki bundan yuxarı vəzifə yoxdur. Bu, elə bir zirvədir ki, əlbəttə, mən bu zirvədə duraraq, təkcə özümü deyil, bütün Azərbaycan xalqını beynəlxalq aləmdə təmsil edəcəyəm. Əlbəttə, bu mənim çiyinlərimə əlavə məsuliyyət yükü qoyur.”
Ölkə Prezidenti İlham Əliyev bu məsuliyyəti uğurlu addımları ilə gerçəkləşdirdi, Azərbaycana biri-birindən əhəmiyyətli uğurlar qazandırdı. Son 19 ildə Prezident İlham Əliyevin təkmil və uzaqgörən inkişaf strategiyası nəticəsində ölkəmiz dayanıqlı və davamlı iqtisadi inkişafa nail oldu, dünyadakı nüfuzunu daha da artırdı, regionun siyasi, iqtisadi və mədəni mərkəzinə çevrildi, yeni-yeni hədəflərin gerçəkləşməsi istiqamətində inamlı addımlar atdı. “Biz son illər ərzində aparılan islahatlar nəticəsində bu səviyyəyə qalxa bilmişik” söyləyən cənab İlham Əliyev bildirir ki, bizim xoşbəxtliyimiz ondadır ki, müstəqil, azad dövlətdə Azərbaycan Respublikasının vətəndaşı kimi yaşayırıq. Biz bunu qiymətləndirməliyik və müstəqilliyi hər şeydən üstün tutmalıyıq.
Bu gün Azərbaycan regional inkişafın aparıcı qüvvəsinə, dünya birliyinin fəal üzvünə çevrilib. Azərbaycanın iştirakı olmadan bölgədə hansısa iqtisadi və siyasi layihənin həyata keçirilməsi mümkünsüzdür. İqtisadi müstəqillik Azərbaycanın siyasi müstəqilliyini şərtləndirdi. Dövlətimizin başçısı İlham Əliyev 44 günlük müharibə dövründə xalqa müraciətlərində, eyni zamanda, 10 noyabr Zəfər tariximiz münasibətilə xalqa təbrikində Qələbəmizdə iqtisadi və siyasi müstəqilliyin rolunu da xüsusi qeyd etmişdir. Azərbaycanın beynəlxalq münasibətlər sistemində möhkəmlənən mövqeyi, ən əsası Dağlıq Qarabağ münaqişəsinin həlli üçün möhkəm hüquqi bazanın mövcudluğu Azərbaycan Ordusunun döyüş meydanında qələbəsinə yol açdı. Azərbaycan dünyaya sübut etdi ki, beynəlxalq hüququn norma və prinsipləri mövcuddur və onların icrası üçün vahid mexanizm olmalıdır. Bu Qələbə dünyanın yeni xarici siyasətinin formalaşmasında, yeni reallıqların yaradılmasında əhəmiyyətli rol oynadı.
Prezident İlham Əliyev Vətən müharibəsi dövründə Türkiyənin “A Haber” televiziya kanalına müsahibəsində “Yəqin ki, Qarabağı azad etmək rəhmətlik atanızın vəsiyyətidir. Vəsiyyətini də yeri gəlmişkən Sizdən öyrənmək istərdik. Vəsiyyətini hazırda həqiqətən yerinə yetirirsiniz. Sizi də, Azərbaycan xalqını da Türkiyə xalqı adından təbrik edirik. Atanızın vəsiyyəti barədə nə söyləmək istəyirsiniz” sualını belə cavablandırmışdır ki, hər zaman çalışmışam ki, atamın yoluna sadiq olum. 2003-cü ildə ilk dəfə Azərbaycan xalqı mənə etimad göstərəndə seçkilərdən əvvəl demişdim ki, əgər siz mənə bu inamı, etimadı göstərsəniz, Heydər Əliyev siyasətinə sadiq olacağam, bütün istiqamətlər üzrə onun yolu ilə gedəcəyəm: «Şadam ki, sözümə sadiq oldum, sözümü tutdum. Bu gün Azərbaycanın sürətli və uğurlu inkişafı, beynəlxalq müstəvidə böyük hörmətə malik olması, ölkə daxilində sosial, iqtisadi, digər problemlərin həlli, böyük layihələrin həyata keçirilməsi, əlbəttə ki, Heydər Əliyev yolunun davamıdır. Təbii ki, dünya dəyişir. Dünyadakı güclər nisbəti də dəyişir. Bugünkü dünya 2003-cü ildəki dünya ilə əlbəttə ki, müqayisə edilə bilməz. Ancaq bizim strateji hədəflərimiz dəyişməz olaraq qalır. O da müstəqilliyi möhkəmləndirmək, müstəqil siyasətə sadiq olmaq, heç vaxt heç kimdən asılı olmamaq, heç kimin qarşısında baş əyməmək, öz qürurumuzu saxlamaq, qorumaq və ərazi bütövlüyümüzü bərpa etməkdir. Yəni, qısa desəm, atamın vəsiyyəti bundan ibarətdir.”
Dövlət başçısı bu məqamı xüsusi qeyd etmişdir ki, əlbəttə ki, ərazi bütövlüyümüzün bərpası bizim üçün bir nömrəli vəzifədir. Biz buna nail olmaq üçün böyük səy göstərdik. Ordumuz faktiki olaraq yenidən quruldu. Bu gün ordumuzun potensialı bütün dünyanın gözü önündədir: «Mənə verilən məlumata görə, inkişaf etmiş bəzi ölkələrin hərbi mütəxəssisləri də artıq bizim təcrübəmizi öyrənirlər. Mən əminəm ki, bu təcrübə kitablarda da, tədqiqatlarda da əksini tapacaq. Ona görə atamın yoluna sadiq qalaraq bu şərəfli missiyanı icra edirik. İnşallah, sona qədər başa çatdıracağıq.”
Müzəffər Ali Baş Komandan bu missiyanı da şərəflə yerinə yetirdi. Ölkə Prezidenti bütün təzyiqlərə baxmayaraq qətiyyətli mövqeyindən bir addım da belə geri çəkilmədi, işğalçı Ermənistanın baş nazirinin irəli sürdüyü 7 şərtə cavab olaraq yalnız bir şərti qoydu ki, o da torpaqlarımızdan çıxmaları idi. 300-ə qədər yaşayış məntəqəsi, 5 şəhər, 4 qəsəbə, xeyli sayda strateji yüksəkliklər işğaldan azad edildikdən sonra diz çökən Ermənistan çıxılmaz vəziyyətdə qaldı. Ya tamamilə məhv olmalı idi, ya da Bəyanata imza atıb məğlubiyyətini etiraf etməli idi. Noyabrın 10-da imzalanan Bəyanat Azərbaycanın 30 ilə yaxın dövrdə gözlədiyi anın dünyaya təqdimatı oldu.
Noyabrın 8-də, 28 illik həsrətdən sonra Şuşanın rəşadətli ordumuz tərəfindən işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsində Azərbaycanın ən mühüm qələbələrindən biri oldu. Müharibədə asan qələbə olmur. Bu Qələbəni 3 minə yaxın şəhidimizin qanı ilə, hərbçilərimizin şücaətləri ilə qazandıq. Şuşanın işğaldan azad olunduğu günün Zəfər Günü, İkinci Qarabağ müharibəsinin başlandığı 27 sentyabr tarixinin Anım Günü kimi təsis edilməsi təsadüfi deyil. Xalqımız Qələbəyə gedən yolu hər zaman xatırlamalı, bu Qələbəni bizə yaşadan şəhidlərimizi heç zaman unutmamalıdır.
Bu Zəfərin Sərkərdəsi isə Ali Baş Komandan İlham Əliyevdir. Dövlətimizin başçısı İlham Əliyevin qətiyyəti sayəsində xalqımızın nisgilinə son qoyuldu. Azərbaycan tarixinin yeni şərəfli səhifəsi yazıldı. Ali Baş Komandan İlham Əliyev tariximizə Qarabağın və Şərqi Zəngəzurun xilaskarı kimi daxil oldu. Ermənistan uzun illər ərzində öz ordusu haqqında miflər yara¬dırdı. Aprel döyüşləri bu mifləri darmadağın etdi. 2016-cı il aprelin əvvəlində təmas xəttində işğalçı Ermənistanın Azərbaycana qarşı növbəti silahlı təxribatına qarşı həyata keçirilən hərbi əməliyyatlar bir daha göstərdi ki, Azərbaycan dövləti və xalqı işğalla heç bir za¬man barışmayacaq və torpaqlarını nəyin bahasına olursa-olsun azad edəcək. Nəticədə 30 ilin işğalına 44 gündə son qoyuldu. Erməni vandalları layiq olduqları cəzanı aldılar.
Yuxarıda da qeyd etdiyimiz kimi, bu missiyanın əsası Ulu Öndər tərəfindən qoyulmuşdu. O, bütün çıxışlarında qaçqın və məcburi köçkünlərin mütləq öz torpaqlarına qayıdacağı¬nı, erməni qəsbkarlığının uzun sürməyəcəyini hər zaman bildi¬rir, hər şeyin zamana ehtiyacı olduğunu vurğulayırdı. Bu gün bu fikir böyük qürur hissi ilə qeyd olunur ki, Ulu Öndər Azərbaycanı müstəqilliyini itirmək təhlükəsindən xilas etdisə, Prezident İlham Əliyev torpaqlarımızın xilaskarı, ərazi bütövlüyümüzü bərpa edib, yenilməz xalq adını özümüzə qaytaran Lider kimi tarixə yazıldı.
Dövlət başçısı İlham Əliyevin Rusiyanın nüfuzlu “Nasionalnaya oborona” jurnalına müsahibəsi hər zaman bu kimi məqamlara görə diqqətdə olur, dövlət başçısı İlham Əliyevin fikirləri aforizmə çevrilib. Jurnalistin «Müharibə dövründə liderlər, ali baş komandanlar həmişə diqqət mərkəzində olurlar. Sizin nə dərəcədə sakit, təmkinli və eyni zamanda, inamlı olmağınızı hamı görürdü. Sizin, mən belə deyərdim, qətiyyətiniz, inamınız və təmkinliyiniz nəyə əsaslanırdı? Bu müharibənin tarixən ədalətli olmasını başa düşməyinizə? Sizin Ali Baş Komandan kimi regionda ən yaxşı ordulardan birinə malik olmağınızı başa düşməyinizə? Qarşı tərəfin, yəni, erməni tərəfin “əl-qol atması” fonunda Sizin bu cür müstəsna dərəcədə ləyaqətli, sakit, inamlı davranmağınızın əsası bu idimi» sualına cavabı dövlət başçısının istər 44 günlük Vətən müharibəsi, istərsə də postmünaqişə dövründə nümayiş etdirdiyi qətiyyətin, təmkinin aydın ifadəsini yaradır. «Bu suala dərhal cavab vermək mənim üçün çətindir. Düşünürəm ki, burada yəqin, hansısa xarakteroloji xüsusiyyətlər rol oynayır. Prinsip etibarilə mən təmkinli, sakit insanam. Müsahibələrimdə dəfələrlə demişəm ki, hər bir dövlət xadimi, xüsusən dövlətdə birinci şəxs mövqeyini tutan insan emosiyalarını özünün gündəlik vəzifələrindən kənarda saxlamalıdır» söyləyən cənab İlham Əliyev bildirmişdir ki, hər bir insanın emosiyaları var və təbii ki, biz onları göstəririk. Lakin görünür, uzun illər ərzində mən özümdə bu emosiyaları üstələməyə imkan verən müəyyən keyfiyyətlər yaratmışam. Hərbi əməliyyatlar aparılan dövrdə bir dəfə də provokasiyalara uymadıq: «Hətta ermənilər şəhərlərimizi bombalayanda, uşaqlarımızı və qadınlarımızı öldürəndə də biz Ermənistana eyni şəkildə cavab vermədik, biz onların şəhərlərini bombalamadıq. Hərçənd, bizi coşduran emosiyaları başa düşmək olardı. Biz hərbi cinayətlər törətməmişik. Hərbi əməliyyatın elə ilk günündə mən hərbi qulluqçulara çox sərt göstərişlər vermişdim ki, hərbi cinayətlər törətməyi özünə rəva görənlər ciddi cəzalandırılacaqlar. Düşünürəm ki, sizin söylədiyinizi səciyyələndirən mənim dediyim bu amillər və bir də, əlbəttə, özümün haqlı olmağıma inamımdır.»
44 günlük Vətən müharibəsində Ali Baş Komandanın çağırışları, dönməz qətiyyəti, qələbəyə böyük inamı igidlərimizi qələbədən-qələbəyə qovuşdururdu. Cənab İlham Əliyev əsl fədakarlıq nümunəsi nümayiş etdirməklə uzaqgörənlik, vətənpərvərlik, qətiyyət, əzm, prinsipiallıq, dönməzlik rəmzinə çevrildi. Nəticədə qazanılan Qələbə Azərbaycanın həm hərbi, həm diplomatik, həm də siyasi müstəvidə Zəfərinin təntənəsidir.
Ulu öndər Heydər Əliyev siyasətini bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyev böyüklüyündən-kiçikliyindən asılı olmayaraq bütün dövlətlərlə qarşılıqlı hörmət və maraqlar prinsipi əsasında münasibətlər qurur. Bu gün dünya Azərbaycanla əməkdaşlığa can atır. Dünya ölkələri, o cümlədən böyük dövlətlər Azərbaycana etibarlı tərəfdaş kimi böyük hörmətlə yanaşır. Bunun nəticəsidir ki, 2011-ci ildə Azərbaycan dünyanın 155 dövlətinin dəstəyi ilə BMT-nin Təhlükəsizlik Şurasına qeyri-da¬imi üzv seçildi. Bu, qısa zaman kəsiyində qazanılmış çox böyük nailiyyətdir. Azərbaycan, eyni zamanda, BMT-dən sonra ikinci böyük təsisat olan Qoşulmama Hərəkatının üzvüdür və quruma üç illik sədrlik missiyasını öz üzərinə götürüb. Onu da qeyd edək ki, Azərbaycanın iki il quruma sədrlik dövrünün üç ilə qədər uzadılması təşkilatın üzvlərinin qərarı əsasında olub. Belə ki, ölkəmizin son iki ildə istər İkinci Qarabağ müharibəsi, istərsə də COVID-19 pandemiyası ilə mübarizə dövründə qazandığı uğurlar, atdığı addımlar ona olan etimadın daha da yüksəlməsini şərtləndirdi.
Prezident İlham Əliyevin yorul¬maz və məqsədyönlü fəaliyyəti ay¬dın sübut edir ki, dövlət başçısı ulu öndər Heydər Əliyevin siyasi kursunun davamçısı kimi xarici siyasəti daim diqqət mərkəzində saxlayır. Dünya bu gün müasir inkişafın Azərbaycan modeli ilə maraqlanır. Bu modelin müəllifi dövlətimizin başçısı İlham Əliyevdir. Doğma xalqının parlaq gələcəyinə hesablanmış müdrik islahatlar həyata keçirən böyük dövlət xadimi İlham Əliyevin - Qurucu Prezidentin inkişafın bütün sahələrini əhatə edən Zəfər yürüşü uğurla davam edir. 19 ilin uğurlarına, həyata keçirilən siyasətə dəstəyin aydın ifadəsi bu illər ərzində keçirilən 2008, 2013 və 2018-ci illərin prezident seçkilərində cənab İlham Əliyevin xalqın böyük əksəriyyətinin dəstəyini qazanması, qələbəsini təmin etməsidir. Artıq Heydər Əliyev siyasətinin uğurları, ən əsası Ümummilli Liderin 1 oktyabr 2003-cü il müraciətində əksini tapan çağırışların aydın ifadəsi bugünkü reallıqlarımızdır. Son 19 ilin 17 ili ərazi bütövlüyümüzün bərpasına hazırlıq illəri kimi də xarakterizə oluna bilər. Artıq uğurlarımızın fonunda, dövlətimizin qətiyyəti, Maüzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumzun gücü, qüdrəti sayəsində Dağlıq Qarabağ adlı ərazi vahidinin olmadığını böyük qürur hissi ilə qeyd edirik. Bu gün ölkəmizin həyatında yeni mərhələ- işğaldan azad edilmiş ərazilərimizdə bərpa və quruculuq işləri uğurla davam edir. Qarabağımız cənnət məkana çevrilir. Torpaqlarımız sahibinə qayıtdıqları, biz də o torpaqlara qovuşduğumuz üçün qürurluyuq.
Keçilən yolu təhlili fonunda bu ümumiləşdirməni apara bilərik ki, Prezident İlham Əliyev xalqa verdiyi vədləri bütünlüklə yerinə yetirdi. Prezident kimi ölkəmizə rəhbərlik etdiyi dövrdə bütün sahələrdə sürətli inkişafa nail oldu, insanların rifah halı daha da yaxşılaşdı. Azərbaycanın siyasi, iqtisadi imkanları genişləndirildi, ölkəmizin beynəlxalq arenadakı mövqeləri möhkəmləndi və 30 ilin torpaq həsrətinə son qoyularaq ərazi bütövlüyümüz bərpa edildi. Bu gün regionda reallaşdırılan bütün irimiqyaslı beynəlxalq layihələr Azərbaycanın iştirakı və milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir. Reallıqlar bir daha təsdiqləyir ki, liderlik fenomeni milli dövlətin formalaşmasında və inkişafında həlledici rola malikdir. Lider, həmçinin mənəvi birliyi təmin edən, cəmiyyətdə müəyyən əhval-ruhiyyənin, ideya və dəyərlər sisteminin formalaşmasına təsir göstərən böyük qüvvədir.
Dünyanın müxtəlif ölkələrində yaşayan və birlikləri, həmrəylikləri ilə tarixi Zəfərimizə öz töhfələrini verən soydaşlarımız üçün də bu il qürurlu il oldu. 30 ililk zamandan sonra dünya azərbaycanlıları mədəniyyət paytaxtımız Şuşada Zəfər Qurultayını keçirdilər. Dünya Azərbaycanılarının Zəfər Qurultayında soyadaşlarımızın tarixi Qələbəmizdən sonra qarşısında dayanan vəzifələr müzakirə edildi və prioritetlər müəyyənləşdi. Dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə «Şuşa İli» elan edilən 2022-ci il Azərbaycanın döyünən ürəyinin həyatında biri-birindən əhəmiyyətli tarixi hadisələrlə yadda qalacaq. «Xarıbülübül» musiqi festivalı, Vaqif Poeziya Günləri növbəti dəfə keçirildi. Artıq mədəniyyət paytaxtımız Şuşa diplomatik mərkəzə çevrilib. İqtisadi, siyasi, humanitar tədbirlərin keçirilməsi üçün ideal məkan kimi qəbul olunan Şuşanın hər günün çal-çağırlı olması mənfur düşməni narahat etməyə bilməz. Ermənilər illərlə Şuşanın erməniləşdirilməsi üçün ən çirkin yollara əl atdılar. Amma unutdular ki, Azərbaycanın hər bir bölgəsinin, o cümlədən qədim Şuşanın hər daşı, qayası tarixdir. Şuşa bu il, eyni zamanda, Azərbaycanın enerji tərəfdaşlarını bir araya gətirdi və bir sıra əməkdaşlıq sazişlərinin imzalanmasına şahidlik etdi.
Qeyd etdiyimiz kimi, Müzəffər Ali Baş Komandan İlham Əliyevin böyük dövlət xadimi və Azərbaycan xalqının Lideri kimi əsas missiyası dövlətin və xalqın gücü ilə düşmənin dağıtdığı işğaldan azad edilən şəhər və kəndlərimizin yenidən qurulması, öz yurd-yuvalarından didərgin düşən soydaşlarımızın evlərinə qaytarılmasıdır. Artıq Böyük Qayıdışın ilk addımı atıldı. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin böyük uzaqgörənliklə qurduğu strategiya Azərbaycan dövlətini daha qüdrətli, Azərbaycan xalqını daha güclü, Azərbaycan Bayrağını daha uca etməyə hədəflənib. Sözügedən strategiya yeni infrastrukturun yaradılması ilə yanaşı, işğaldan azad olunmuş əraziləri ümumən regionun yeni inkişaf modelinə çevirməkdən ibarətdir. Belə ki, layihələndirmə işlərində tətbiq olunan yeniliklərin bir çox dövlətlər üçün nümunəvi model kimi qəbul olunması və məsələ ilə bağlı səslənən beynəlxalq etiraflar Böyük Qayıdış strategiyasının effektivliyindən və perspektivliyindən xəbər verir. İşğaldan azad olunmuş ərazilərdə icra olunan yeni layihələr müasir texnologiyaların və kreativ yanaşmaların sintezidir. «Ağıllı şəhər», «ağıllı kənd» layihələri reallaşdırılır. Prezident İlham Əliyevin effektiv diplomatiyası və nümayiş etdirdiyi siyasi iradə nəticəsində Zəngəzur dəhlizi reallığa çevrilir. Bu yeni nəqliyyat infrastrukturu Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin önəmli hissəsini təşkil edəcək. Zəngəzur dəhlizinin açılması bütün bölgə üçün yeni imkanlar yaradacaq. Yeni nəqliyyat dəhlizi türk dünyasını, Avropanı və bütün qonşu ölkələri birləşdirə biləcək qlobal layihədir.
Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev sentyabrın 21-də Laçın rayonuna səfəri zamanı Laçın şəhərində Azərbaycan Bayrağını ucaltdıqdan sonra çıxışında bir daha tarixi Zəfərimizi şərtləndirən amillərdən, yaratdığı reallıqların ölkəmizin qarşısında açdığı imkanlardan geniş bəhs edərək bu məqamı xüsusi vurğuladı ki, biz şəhidlərimizin canı, qanı bahasına, qəhrəman əsgər və zabitlərimizin fədakarlığı sayəsində bu gün bu torpaqlardayıq. Heç kim bu torpaqları bizə bağışlamayıb, heç kim bu torpaqları bizə danışıqlar yolu ilə qaytarmayıb. Həmçinin o da bildirildi ki, Vətən müharibəsindən sonra bu günə qədər keçən dövr ərzində gördüyümüz işlər - genişmiqyaslı quruculuq və bərpa işləri göstərir ki, biz öz diyarımızı, Vətənimizi öz hesabımıza bərpa edirik və edəcəyik: «İndi Azərbaycan xalqı görür ki, biz nəyə qadirik. Görür ki, biz müharibədə də qələbə qazanırıq, həyatda da qələbə qazanırıq və bizi güclü edən xalqın iradəsidir, xalqın birliyidir. Müharibədə də Zəfərimiz xalqın birliyi nəticəsində olmuşdur. Bu gün quruculuq-abadlıq işlərini apararkən bizi gücləndirən xalqın iradəsi, dəstəyidir.»
Cənab İlham Əliyevin çağırışlarının sırasında bu mühüm məqam da xüsusi qeyd edilir: “Biz lazım olan vaxtda lazım olan addımları atırıq və atacağıq. Mən hələlik bundan artıq heç nə demək istəmirəm, hadisələri qabaqlamaq istəmirəm.» Prezident İlham Əliyev bu fikirləri Nazirlər Kabinetinin 2020-ci ilin iyulunda keçirilən həmin ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirmişdi. Bu fikirlərin davamı olaraq isə qeyd etmişdi ki, nə vaxt, nəyi, necə etmək lazımdır, bunu biz bilirik: «Hesab edirəm ki, yaxın tarix dəfələrlə bunu göstərib, həm siyasi müstəvidə, diplomatik müstəvidə, eyni zamanda, döyüş meydanında. Nəyi ediriksə, dəqiqliklə edirik. Son dörd il ərzində üç əməliyyat keçirilmişdir, üç toqquşma olmuşdur. Üçündə də qalib gəldik. Üçündə də bayrağımızı istədiyimiz yerə sancdıq. Üçündə də düşmənə sarsıdıcı zərbələr endirdik.»
Artıq yazının əvvəlində bəhs etdiyimiz, sabaha daha böyuük inamla addımlamağımıza əsas verən tarixi Zəfərimiz məhz dövlət başçısı İlham Əliyevin yuxarıda səsləndirdiyti bəyanatın reallıqda təsdiqidir.
Son bir ildə Azərbaycan Ordusu Ermənistana «Dəmir yumruq» əməliyyatının davamı olaraq «Qisas» və «Qətiyyətli cavab» dərslərini verdi. Bir daha bəyan edildi ki, törədilən hər bi təxribatın qarşısı qətiyyətlə alınır və bundan sonra da alınacaq. Azərbaycan 30 ildə ermənilərin xalqımıza qarşı törətdikləri faciələrə, təxribatlara rəğmən işğalçı dövlətə sülh təklifini etdi. Yəni Azərbaycanla Ermənistan arasında münasibətlərin normalalşdırılmasından bəhs edərkən Qarabağ mövzusundan söhbət getmir. Həmçinin danışıqlar masasında hər hansı statusdan da söhbət getmir. Burada əsas müzakirə edilən məsələ Qarabağda yaşayan ermənilərin hüquqları və təhlükəsizliyi məsələsidir ki, bunu da Azərbaycan dövləti təmin edəcək. Dövlət başçısı İlham Əliyev bildirir ki, Azərbaycan vətəndaşlarının hüquqları necə qorunursa, onların da elə. Azərbaycanda yaşayan xalqların hüquqları necə qorunursa, onların da elə. Ancaq budur yol. Bu hadisələr onu göstərdi ki, biz yenə də anlayışla yanaşdıq.
Qeyd etdiyimiz kimi, artıq iki ildir işğaldan azad edilmiş ərazilərimizin dirçəlməsindən danışırıq. Hər arxada qalan gün işğaldan azad edilmiş torpaqlarımızın həyatında bir mühüm hadisə kimi qalır. Ötən ilin oktyabarında iki qardaş ölkənin - Azərbaycan və Türkiyənin Prezidentləri Füzuli Beynəlxalq Hava Limanın açılışında iştirak etdilər. Qarabağın hava qapısını dünyaya birgə açan iki müttəfiq ölkənin prezdientləri həmin gün Zəngilanda Azərbaycan və Türkiyənin birgə investisiya layihəsi olan «Dost Aqropark»ın təməlini qoydular. Bu ayın sonunda Şərqi Zəngəzurun dünyaya açılan hava qapısı istifadəyə veriləcək. İki ildə bərpa-quruculuq işlərinin miqyası o qədər genişdir ki, onları təm şəkildə əhatə etmək mümkün deyil.
Bu ilin mühüm müjdəsi Laçına qayımağımız oldu. Avsustun 12-də İsmayıllı rayonunun Basqal qəsəbəsində Azərbaycan Televiziyasına müsahibəsində «Biz Laçın şəhərinə, Zabux və Sus kəndlərinə qayıtmalıyıq» çağırışını edən dövlət başçısı İlham Əliyev avqustun 26-da bu müjdəni verdi ki, Laçın şəhərinə, Zabux və Sus kəndlərinə qayıtdıq.
Uğurlarımız biri-birini əvəzlədikcə gələcəklə bağlı yeni-yeni hədəflər müəyyənləşdirilir, onlara çatmaq üçün Dövlət proqramları, Milli Pritortietlər təsdiqlənir. İqtisadi rayonların yeni bölgüsünün aparılması, «Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər»in təsdiqlənməsi və sair kimi davamlı addımlar Qarabağlı və Şərqi Zəngəzurlu Azərbaycanın qarşısında daha geniş imkanlar yaradır.
Ölkə Prezidenti keçilən yolun, əldə edilən uğurların təhlilinə söykənərək sözügedən müsahibədə bu tezisin davamı olaraq belə bir əminliyi də ifadə etdi ki, gələcəyə nikbinliklə baxıram: «Bir daha demək istəyirəm, biz istədiyimizə həmişə nail oluruq. İstədiyimiz də odur ki, bölgədə sülh olsun, əmin-amanlıq olsun, müharibə olmasın, Azərbaycan uğurla inkişaf etsin, xalqımız yaxşı, firavan yaşasın.»
Bu mühüm hadisəni də xüsusi qeyd etməliyik ki, dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə 2023-cü il ölkəmizdə «Heydər Əliyev İli» elan edildi. Bu mühüm addım müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əiyevin dövlətimiz, xalqımız qarşısında xidmətlərinin daha geniş şəkildə təhlilinə və fəaliyyətinin yeni istiqamətləri üzrə araşdırmalara geniş imkanlar açacaq. «Heydər Əliyev İli» tarixi Zəfərimizə gedən yola bir daha işıq salacaq. Heydər Əliyev yolu daim Azərbaycanı zəfərlərə aparır. «Heydər Əliyev İli» dünənimizə baxış fonunda bugunümüz, bugünümüzün reallıqlarının təhlili əsasında qalib Azərbaycanın sabahı ilə bağlı hədəflərin müəyyənləşdirilməsidir.

Vahid Muradov,
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin
"2 №-li Yol İstismarı" MMC -nin direktoru.







24-12-2023, 14:59 | Prezident İlham Əliyevin siyasi uzaqgörənliyi, diplomatik gedişləri ölkəmizin regional, beynəlxalq mövqelərini davamlı olaraq gücləndirir


Prezident İlham Əliyevin siyasi uzaqgörənliyi, diplomatik gedişləri ölkəmizin regional, beynəlxalq mövqelərini davamlı olaraq gücləndirir


İkinci Qarabağ müharibəsi Azərbaycanın möhtəşəm qələbəsi ilə başa çatdı. Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyev dövlətçiliyimizin ən şərəfli səhifələrindən birini yazdı. 18-ci əsrdən etibarən əsarətə məruz qalan xalqımız bu qalibiyyətlə son 200 illik dövrdə ilk dəfə olaraq işğal altına düşmüş torpaqlarını güc yolu ilə azad etdi. Öz haqqını qorumaq, pozulmuş hüquqlarını təmin etmək bugünkü ziddiyyətli və dəyişkən beynəlxalq münasibətlər sistemində hər dövlətə nəsib olan imkan deyil. Yaxın, uzaq coğrafiyamızda kifayət qədər ölkə göstərmək olar ki, haqsız şəkildə təzyiq və təsirlərə məruz qalıb, ərazi bütövlüyü pozulub, vətəndaşları hansısa xarici maraqların qurbanına çevrilib. Ələlxüsus, güc amilinin beynəlxalq hüquqdan önə keçdiyi indiki şəraitdə bir çox dövlət beynəlxalq ictimaiyyətin laqeyd münasibətinin formalaşdırdığı vəziyyətlə sadəcə barışmalı olub.
1990-cı illərin əvvəllərində torpaqları işğal olunan Azərbaycan da bu taleyi yaşamışdı. Sonrakı illərdə aparılan danışıqlar elə beynəlxalq ictimaiyyətin laqeyd münasibətinin, ATƏT-in Minsk qrupunun həmsədrlərinin səmərəsiz fəaliyyətlərinin yekunu olaraq nəticəsiz qalmışdı. Amma Azərbaycan dövləti bu illərdə heç vaxt həmin vəziyyətlə barışmamış və istənilən yolla torpaqlarını işğaldan azad edəcəyini bəyan etmişdi. Artıq zaman yetişdi və Ordumuz 44 gün ərzində işğal altında olan rayonlarımızın böyük bir qismini, Qarabağın ürəyi Şuşanı azad etdi. Azərbaycan öz qələbəsi ilə həm də Ermənistanı məğlubiyyət aktına imza atmağa məcbur etdi.
Bu qələbə ilə bağlı çox danışılacaq. Üstündən illər, onilliklər, hətta yüzillər ötsə də, Azərbaycanın bu tarixi qalibiyyətinə müraciət ediləcək, bir dövlətin, bir xalqın öz haqq işi uğrunda mübarizəsi bütün dünyada nümunə kimi göstəriləcək. Bu qələbə həm də tədqiq ediləcək və böyük olmayan dövlətin belə möhtəşəm uğura nail olmasının səbəbləri tarix boyu ciddi öyrəniləcək, araşdırılacaq.
Bugünkü Azərbaycanla nəinki müstəqilliyimizin ilk illərinin, heç 10 il əvvəlin Azərbaycanı arasında fərq müqayisəolunmazdır. İlham Əliyevin düşünülmüş, əsaslandırılmış siyasəti nəticəsində dövlətimiz hər il əvvəlki ildən daha möhtəşəm nailiyyətlərə imza atır.
2005-ci ildən öz neftini Avropaya çatdıran Azərbaycan indi Xəzərdən hasil edilən mavi qazı dünya bazarlarına çıxarır. Məhz respublikamzın təşəbbüsü və maliyyəsi ilə Avropanı Asiya ilə birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolu xətti çəkilib. Hazırda bu dəmir yolu tranzit şəbəkələrinin genişləndirilməsi ilə bağlı beynəlxalq razılaşmaların prioritet infrastrukturudur. Ümumiyyətlə isə son illərdə yol-nəqliyyat infrastrukturunun genişləndirilməsi nəticəsində Azərbaycan həm Qərb-Şərq, həm Şimal-Cənub istiqamətlərində regionun ən aparıcı tranzit qovşağına çevirilib. Bu gün Çindən Avropaya və əks istiqamətə yüklərin daşınmasının ən sürətli və ən etibarlı yolu məhz Azərbaycandan keçir. İlham Əliyevin inkişaf siyasətinin nəticəsi kimi Azərbaycan həm də kosmik klubun üzvüdür. Son illərdə fəzaya göndərilən üç peykimiz ölkəmizin inkişafına, maliyyə gəlirlərinin artmasına mühüm töhfələr verir.Siyasi sahəyə gəldikdə, bir neçə il əvvəl respublikamızın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi müstəqillik tariximizin ən böyük hadisələrindən biri oldu. Müstəqilliyinin bərpasının cəmi 20-ci illiyində Azərbaycan əksər ölkələrin nail olmadığı bu siyasi uğura imza atdı. İki il müddətində ölkəmiz beynəlxalq gündəmin müəyyən edilməsində əsas rol oynadı, dünyada sülhün və təhlükəsizliyin təmin olunmasına layiqli töhfələr verdi.
Respublikamızın başqa bir beynəlxalq uğuru Bakının beynəlxalq tədbirlər mərkəzinə çevrilməsidir. Artıq neçə illərdir dünya ictimaiyyətini düşündürən siyasi, humanitar və digər məsələlər Bakıda müzakirə olunur. "Bakı prosesi" bütün dünyanın maraqla izlədiyi beynəlxalq platformadır. Hətta ABŞ-Rusiya və NATO-Rusiya hərbi məsləhətləşmələri neçə ildir Bakıda keçirilir.Azərbaycanı tarixin ən güclü dövlətinə çevirən səbəblər isə müstəqil siyasətin təzahürləri kimi çıxış edən faktorlardır. Müstəqillik yalnız müstəqil dövlətə sahib olmaq deyil. Müstəqilllik həm də dövlətin yürütdüyü siyasətdə, onun beynəlxalq münasibətlərdə sərbəst olması deməkdir.
Azərbaycan tamamilə fərqli siyasi və iqtisadi reallıqlar şəraitində inkişaf edir. Prezident İlham Əliyev tamamilə müstəqil, ölkənin beynəlxalq mövqelərinin möhkəmlənməsinə və inkişafına hesablanmış siyasət yürüdür. Elə bir beynəlxalq müzakirə mövzusu yoxdur ki, Azərbaycan atdığı addımı hansısa dövlətin siyasi və ya iqtisadi maraqlarına uyğunlaşdırsın. Respublikamız bütün məsələlərdə özünün qətiyyətli və cəsarətli mövqeyini ortaya qoyur. Prezident İlham Əliyevin siyasi uzaqgörənliyi, diplomatik gedişləri ölkəmizin regional, beynəlxalq mövqelərini davamlı olaraq gücləndirir. Milli maraqları təmin edən siyasət yürütməsi müstəqilliyinin 30-cu ilini yaşayan respublikamızı beynəlxalq nüfuz baxımından xarakterizə edən əsas keyfiyyətlərdən biridir. Eyni zamanda Azərbaycanın öz torpaqları uğrunda inamla savaşa başlaması da müstəqil siyasətin təzahürüdür. İlham Əliyevin sürətlə inkişaf etdirdiyi, möhkəmləndirdiyi respublikamızın uğurlu hərbi əməliyyatları da güclü dövlətin ortaya qoyduğu reallıq idi. Prezident İlham Əliyev 44 gün ərzində beynəlxalq təzyiqləri layiqincə dəf etdi. Ən əsası, Ali Baş Komandan bir daha bütün dünyaya sübut etdi ki, heç bir qüvvə Azərbaycanı özünün haqq yolundan döndərə bilməz. Beləliklə, həm tarixinin ən güclü dövlətinə çevrilməsi, həm də tam müstəqil siyasət yürütməsi Azərbaycanın Vətən müharibəsindən qalib kimi çıxmasını şərtləndirən əsas amillər oldu.

Şahin Şirinzadə,
Şəki Dövlət Peşə Təhsil Mərkəzinin direktoru.





24-12-2023, 14:54 | Prezident İlham Əliyev xalqına güvənir və xalqı üçün yaşayır

Prezident İlham Əliyev xalqına güvənir və xalqı üçün yaşayır


Müasir dünyamızda insanları ən çox düşündürən suallardan biri də XXI əsrin siyasi liderinin hansı keyfiyyətlərə malik olması ilə bağlıdır. Olduqca mürəkkəb dövrümüzün insanı liderin ümumi keyfiyyətləri, siyasi portretinin ən incə məqamları haqqında kifayət qədər təsəvvürlərə malikdir, lakin yaxın və uzaq dünyada gedən dinamik dəyişikliklər liderin obrazının yeni əlamətləri haqqında düşünməyi tələb edir. Düşüncə tərzinə, davranış taktikasına və digər şəxsi keyfiyyətlərinə görə fərqlənən müasir lider lokal və qlobal səviyyədə dünyanı dəyişməyi bacaran lider qeyd etdiyimiz xüsusiyyətlərə malik liderlərin mövcudluğuna şübhə ilə yanaşmaq üçün müəyyən əsaslar verə bilər. Lakin, yaxın və uzaq siyasi, iqtisadi, mədəni arealda cərəyan edən proseslərin dərindən təhlili az sayda olsa da, belə liderlərin varlığını müəyyənləşdirməyə imkan verir.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev əsl liderin bütün cizgilərini özünün mənəvi və siyasi simasında təcəssüm etdirdiyini asanlıqla görmək olar. İlham Əliyevin siyasi portretinin ən səciyyəvi xüsusiyyəti öz ifadəsini onun patriot və qurucu lider olmasında tapır. İnsan bir qayda olaraq müəyyən həyat fəaliyyəti sahəsində ümumi məqsədlərə çatılması istiqamətində məsuliyyəti öz üzərinə götürməklə, ətrafdakıların onu lider kimi qəbul etməsini şərtləndirir.
Prezident İlham Əliyevin liderliyinin miqyasının sərhədlərini isə müəyyənləşdirmək qeyri-mümkündür. Prezident İlham Əliyev dünyadakı çox nadir liderlərdəndir ki, onun siyasi portreti çərçivəsinə mənəvi, siyasi, hərbi lider obrazlarını yerləşdirmək mümkündür. Bu, ondan xəbər verir ki, Prezident İlham Əliyevin hərtərəfli potensialı ona həyat fəaliyyətinin bütün sahələrində məsuliyyəti öz üzərinə götürmək imkanı verir. O, bütövlükdə dövlətin məsuliyyətini daşıyır və qlobal məsələlərlə bağlı ciddi təsir imkanlarının mövcudluğunu ortaya qoyur. Müasir dünya dövlətlərinin böyük əksəriyyətinin təcrübəsi göstərir ki, ölkə rəhbəri olmaq hələ lider olmaq demək deyildir. Çünki, bir çox hallarda dövlət başçısı öz ölkəsinin məsuliyyətini ya ümumiyyətlə daşıya bilmir, ya da qismən daşıya bilir.
Qloballaşmanın insanın həyat fəaliyyətinin bütün sahələrinə sürətlə nüfuz etdiyi və dünya xalqlarının və dövlətlərinin qarşılıqlı asılılığının gücləndiyi hazırkı dövrümüzdə siyasi liderin keyfiyyətini ifadə edən əsas məqam onun həm öz dövlətnin məsuliyyətini tam daşımaq, həm də qlobal məsələlərdə fəallıq nümayiş etdirmək bacarığı ilə bağlıdır.
Siyasi lider kimi İlham Əliyevin siyasi portretinin ən qabarıq və vacib cizgilərindən biri də ondan ibarətdir ki, o, özünün bütün istiqamətlərdəki fəaliyyətində sistemliliyi gözləyir. Bu, İlham Əliyevi digər xalqların liderlərindən fərqləndirən əsas cəhətlərdəndir. Azərbaycan Respublikasında qarşıda duran ümummilli məqsədlərə səmərəli çatılmasını şərtləndirən də məhz ölkə rəhbərinin bu keyfiyyətidir.
Məqsədlərin və mövcud problemlərin dəqiqliklə müəyyənləşdirilməsi, düzgün yanaşma tərzinin sərgilənməsi və işlək mexanizmlərin tətbiq olunması Prezident İlham Əliyevin dövlət başçısı və siyasi lider kimi fəaliyyətinin əsas prinsipləridir.
Ümumiyyətlə, Prezident İlham Əliyevin liderlik keyfiyyətlərini təhlil edərkən, liderlik institunun formalaşmasına tamam fərqli baxışın ortaya qoyulmasının yəni, mövcud stereotiplərdən kənara çıxılmasının zəruriliyini asanlqla müəyyənləşdirmək mümkündür. Belə ki, insanın müəyyən amillərin təsiri altında və şəraitdə xüsusi keyfiyyətlər qazanaraq liderə çevrildiyini əsaslandıran mövqe böyük əksəriyyət tərəfindən dəstəklənir. Lakin tarixdə elə azsaylı liderlər olur ki, onların malik olduqları keyfiyyətləri hər hansı bir amil və ya mühit formalaşdırmaq gücündə olmur. Belə liderlərin malik olduqları keyfiyyətlər təbiətdən gəlir. Məsələn, iki əsrin dahisi olan Heydər Əliyevin malik olduğu liderlik keyfiyyətlərinin sonradan qazanılması qeyri-mümkündür. Heydər Əliyev lider kimi doğulmuşdur və onun unikal liderlik keyfiyyətləri Prezident İlham Əliyevə irsən keçmişdir. Bu məqamdan çıxış edərək “dahi lider” və “lider” məhfumları arasındakı sərhədləri müəyyənləşdirməyə cəhd etmək olar. Belə ki, müəyyən amillərin təsiri altında lider olmaq mümkündür. Dahi lider isə, ancaq doğula bilər.
Prezident İlham Əliyev lider kimi doğularaq, liderlik keyfiyyətlərini müasir dövrün reallıqları çərçivəsində mükəmməlliyin zirvəsinə yüksəldərək yeni lider obrazını yaratmışdır. Beləliklə, biz, uzun illər tədqiqatçıları düşündürən “lider doğulur, yoxa sonradan formalaşır” sualına cavab tapmış oluruq. Lider həm doğulur, həm də sonradan formalaşır. Sadəcə olaraq, lider kimi doğulanlar həm də dahilik zirvəsinə çata bilirlər.
Belə ki, bütün beynəlxalq əməkdaşlıq sahələrində Azərbaycanın etibarlı tərəfdaş kimi tanınması Prezident İlham Əliyevin qətiyyəti, çevik davranışları, müdrik siyasi manevr etmə qabiliyyəti sayəsində mümkün olmuşdur.
Son dövrlərdə Azərbaycan ən mötəbər beynəlxalq tədbirlərə nəinki uğurlu ev sahibliyi etmişdir, həmçinin, belə tədbirlərin ən yüksək səviyyədə və təhlükəsizlik şəraitində həyata keçirilməsinin yeni standartlarını yaratmışdır. Məsələn, Birinci Avropa Oyunlarını yüksək səviyyədə təşkil edərək İlham Əliyev bir neçə hədəfi birdən vurmuşdur. Hər şeydən öncə, beynəlxalq ictimai şüurda Azərbaycan dövlətinin pozitiv imici daha da möhkəmləndirilmiş oldu. Oyunların keçirildiyi ərəfədə Azərbaycana səfər edən çoxsaylı xarici qonaqlar burada demokratikləşmənin, azadlığın və tolerantlığın yüksək səviyyəsini öz gözləri ilə gördülər.
Bundan başqa, Birinci Avropa Oyunlarının uğurlu təşkili ölkəmizə olan beynəlxalq etimadı əhəmiyyətli dərəcədə artırmışdır. Qeyd etdiyimiz bu məqamlar Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Baxın nitqində də xüsusi vurğulanmışdır. Belə ki, Tomas Bax çıxışı zamanı demişdir: “Cənab Prezident, mən səmimi qəlbdən təbriklərimi Sizə çatdırmaq istəyirəm. Mən bu təbriklərlə Sizin ölkənizdə idmanın, təhsilin, təbii ki, Azərbaycan cəmiyyətinin inkişafına göstərdiyiniz diqqət və qayğını, verdiyiniz töhfələri təqdir edirəm. Zənnimcə, burada bütün tərəflər uğur qazanır. İdmana yatırılan sərmayə, sadəcə, infrastrukturun yaradılması ilə kifayətlənmir. Bu sərmayə, təbii ki, təhsilin də inkişafında mühüm rol oynayır.
Sizin gördüyünüz işlər, töhfələriniz bütünlüklə cəmiyyətin inkişafına, təhsil sisteminin daha da təkmilləşməsinə, daha səmərəli olmasına müsbət təsir göstərməklə yanaşı, idmançıların beynəlxalq yarışlarda uğur qazanmalarına və dünya səviyyəsində Azərbaycanın imicinin möhkəmlənməsinə səbəb olur. Bütün bunların nəticəsidir ki, Azərbaycan idmançıları beynəlxalq yarışlarda çoxlu sayda medallar qazanırlar”. Birinci Avropa Oyunlarının təşkilindən sonra beynəlxalq ictimaiyyətdə qəti olaraq belə təsəvvür formalaşdı ki, Azərbaycan istənilən xarakterli və miqyaslı tədbiri ən yüksək tələblərə cavab verəcək səviyyədə həyata keçirməyə qadirdir. İlham Əliyev daxili və xarici müstəvidə həmişə praqmatik siyasət həyata keçirmək bacarığı və iradəsi ilə diqqəti cəlb edir.

İsrafil Məmmədov ,
Azərbaycan Memarlıq və İnşaat Universitetinin İqtisadi və təsərrüfat işləri üzrə prorektor



24-12-2023, 13:58 | Tariximizin ən möhtəşəm Zəfərini qazanan lider

Tariximizin ən möhtəşəm Zəfərini qazanan lider


Tarixi proses xalqların və dövlətlərin ictimai-siyasi fəaliyyəti ilə formalaşsa da bu gedişata zaman-zaman yön və təkan verən güc mərkəzləri də olur. Siyasi-fəlsəfi düşüncə bu mərkəzləri rəhbər, sərkərdə və digər adlarla öyrənib təqdim etsə də, onların hamısını mahiyyətcə birləşdirmək olar – LİDER!
Tarixin bütün çağlarında böyük orduların, möhtəşəm yürüşlərin, cahanşümul qələbələrin arxasında məhz belə bir güc – lider amili dayanıb. Bəşəriyyətin ən qədim insan məskənlərindən biri olan Azərbaycanın dövlət və xalq olaraq keçdiyi çoxminillik yolda xalqının və dövlətinin bütün potensialını səfərbər edib yumruğa çevirən, dünyanın basmaçı qüvvələrinin cəbhəsini yaran, itirilmiş ərazi və mövqeləri açıq savaşla geri qaytaran belə bir liderlik fenomenin ünvanı, heç şübhəsiz, müstəqil Azərbaycan dövlətinin Prezidenti İlham Əliyevdir. Qalib sərkərdə və qüdrətli dövlət rəhbəri kimi İlham Əliyevin son 20 ildə Azərbaycanın tarixinə yazdığı uğurlar, xüsusən, Qarabağ uğrunda Vətən müharibəsində xalqımıza qazandırdığı Zəfər son 2 əsrlik tariximizin tayı-bərabəri olmayan qələbələridir.

Artıq hamı eyni cür düşünür, Azərbaycan öz tarixinin heç bir dövründə bugünkü qədər qüdrətli olmayıb. Dostlarımız buna bizim qədər sevinir, uğurlarımıza qısqanclıqla yanaşanlar da bu nailiyyətləri etiraf etmək məcburiyyətində qalırlar. Dünya görür ki, Azərbaycan bu mərtəbəyə Prezident İlham Əliyevin müstəsna liderliyi ilə yüksəlib. İnqilabi islahatları, çevik qərarları, uzaq gələcəyə hesablanmış addımları, balanslı gedişləri ilə Azərbaycanın dövlət başçısı zəmanəmizdə nümunə sayılacaq liderlik modeli yaradıb.

Milli maraqlarımızı sonadək qoruyub təmin edən İlham Əliyev siyasi olimpə yüksələrkən vəd etdiyi kimi ölkədə hər kəsin prezidenti olmağı bacardı. Yeni islahatçı lider Azərbaycanda siyasi sistemin müasirləşməsinə nail oldu, cəmiyyətdə demokratik prinsipləri dərinləşdirdi, insan hüquq və azadlıqlarının təminatlarını gücləndirdi. Bununla yanaşı, aydın və məqsədyönlü strategiyaya söykənən dövlət başçısı Azərbaycanın sosialyönümlü siyasət kursunu modernləşdirərək əhalinin sağlamlığının, eyni zamanda, millətin genefondunun qorunmasını mükəmməlcəsinə qurdu.

Ulu öndər Heydər Əliyevin dövlətçilik strategiyasına sadiq qalan qalib siyasi varis milli qərarları ilə ümumxalq sevgisini, beynəlxalq nüfuz qazandı. Ölkəmizin xarici siyasətini yeni səviyyəyə yüksəldən müdrik və qətiyyətli lider Azərbaycanı qlobal müzakirələrdə diqtə edən tərəfə, keçərli söz sahibinə çevirdi. Böyük Atatürk qeyd edirdi: “Dünya bilməlidir ki, Türkiyə xalqı qabiliyyətli millət kimi qeyd-şərtsiz azad və müstəqil yaşamaq qərarı verib. Bu haqlı qərarı pozmağa yönələn istənilən qüvvə Türkiyənin əbədi düşmənidir”.
Prezident İlham Əliyev bu prinsipi Azərbaycan üçün də diplomatik meyara çevirməyi bacardı.

Tarixin bir aksioma-tələbi isə millətlərin ləyaqətli və azad yaşamını təmin edən lider amilinin gerçəkliyə çevrilməsidir. Mövcud reallığa nəzər salsaq, məlum olur ki, azad yaşamın yolu bir çox halda qalibiyyət savaşından keçir. Bu mübarizənin qələbə ilə bitməsində, şübhəsiz, sərkərdə amili önəmli rol oynayır. Bu baxımdan Azərbaycan xalqının taleyini, azad, ləyaqətlə, qürurla yaşamını qalib sərkərdə kimi Prezident İlham Əliyev təmin etdi. İlham Əliyevin möhtəşəm komandanlığı ilə Qarabağ işğalçılardan azad olundu, ölkəmizin ərazi bütövlüyü tam təmin edildi. Qarabağın düşmən tapdağından qurtulması xalqımıza misilsiz bir qürur yaşatdı, ləkələnmiş milli ləyaqət qeyrət qanı ilə təmizləndi. Qarabağda Azərbaycanın kürəyinə saplanmış xəncər namərd düşmənin sinəsinə sancıldı.

Xarici jurnalistin Prezident İlham Əliyevə ünvanladığı nəyə görə Qarabağ Azərbaycan üçün belə önəmlidir sualını müzəffər Komandan belə cavablandırdı: “ Bu, ədalət məsələsidir, bu, milli qürur məsələsidir!” Beləliklə, Qarabağ işğaldan azad etməklə Prezident İlham Əliyev ədaləti bərpa etməklə yanaşı, milli ləyaqəti də yüksəltdi. Azərbaycanı yenidən dünyaya yeni biçimdə, qalib libasında və ləyaqət zirvəsində təqdim edən liderə xalqımız yüksək sevgi və sədaqət nümayiş etdirir. Bu, Xalq–Lider birliyi ölkəmizin hərtərəfli və davamlı inkişafının təməlidir.
Hər zaman düzgün qərarlar verən Azərbaycan xalqı qalib Komandan və uğurlu dövlət rəhbəri kimi İlham Əliyevlə gələcəkdə daha öyünclü uğurlara imza atacağına əmindir. Zəfər müjdəli liderin rəhbərliyi altında xalqımız daha uğurlu sabaha doğru addımlayır. Düşmən bu əzəmətli yürüşün ayaq səslərindən belə diksinir. Tariximizin işğal səhifəsinin utancı qalibiyyət təntənəsi ilə əvəzlənib. Bu yürüşün misilsiz lokomotivi liderin qadir gücü, müdrik zəkasıdır.
Bizi yenilməz edən Zəfər yolçusunun liderliyi altında bir ölkənin vətəndaşı olmaq tarixin bizə bəxş etdiyi ən böyük səadətdir. Bu, xoşbəxtlik hər xalqa nəsib olmur.

Azər Abasov,
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin Xaçmaz Regional qaz istismarı İdarəsinini rəis





24-12-2023, 13:26 | İlham Əliyev – xalqın seçimi və siyasi varisliyin misilsiz örnəyi

İlham Əliyev – xalqın seçimi və siyasi varisliyin misilsiz örnəyi


Dahi Mustafa Kamal Atatürk deyirdi ki, türk milləti yalnız qəhrəmanlıq və cəngavərliklə deyil, mənəviyyat və sivilizasiyada da insanlığın şərəfidir. O, yaddaşında minlərcə ilin xatirəsini daşıyan tarixin sivilizasiya mərhələsində bu millətə layiq olduğu yeri barmağı ilə göstərdiyini, həmin yerə doğru yürüyüb yüksəlməyi həm haqq, həm də borc olaraq vurğulayırdı. Vətənimiz Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra xalqımız Atatürkün dediyi kimi, haqqı olan yüksəkliyə doğru çətin və əzablı yola çıxdı. Bu yol yaşadığımız çoxəsrlik tarixin diktəsiydi.
Qətiyyətlə deyə bilərik ki, bizə bu yolun müqəddəsliyini aşılayan, ona ideoloji məzmun qazandıran ulu öndər Heydər Əliyev oldu. Düz 19 il əvvəl isə Heydər Əliyev məfkurəsindəki, ideya xəttindəki böyük və qüdrətli Azərbaycanın düşüncə modelindən reallığa doğru çevrilməsi mərhələsi başlandı. Bu, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin adı ilə bağlı mərhələdir. Bəli, 2003-cü ilin 15 oktyabrı xalqımızın yaddaşında son dərəcə müstəsna əhəmiyyət daşıyan tarixi gündür. Atatürkün təbirincə desək, 15 oktyabr insanlığın şərəfinə çevrilməyə doğru üz tutduğumuz müqəddəs yoldakı müstəsna tarixdir.
2003-cü il oktyabrın 15-də keçirilmiş prezident seçkilərində Azərbaycan xalqı səsini cənab İlham Əliyevə verməklə birlik və həmrəyliyi, bütövlük və vəhdəti, müstəqillik və suverenliyi, asayiş və firavanlığı, əmin-amanlıq və sosial rifahı dəstəkləmiş oldu. Həmin gün vətəndaşlarımız müstəqilliyimizə zidd meyillərə, dövlətçiliyimizə təhdid yaradan təmayüllərə meydan verməyəcəklərini bildirdilər.
Ötən müddətin mənzərəsi, hadisə və prosesləri onu göstərir ki, onların seçimi olan Prezident etimadı doğrultmaq yolunda var gücü ilə çalışıb, mümkün, hətta reallaşdırılması müşkül görünən bütün tədbirləri gerçəkləşdirib. Ölkəmizdə vətəndaş cəmiyyəti, demokratik, hüquqi dövlət quruculuğunun ayrılmaz tərkib hissəsinə çevrilmiş bu tədbirlərin hədəfi güclü və qüdrətli Azərbaycan idi. Əminliklə demək olar ki, müstəqil və suveren Azərbaycan ümummilli lider Heydər Əliyevin, güclü və qüdrətli Azərbaycan Respublikası isə İlham Əliyev şəxsiyyətinin şah əsəridir.
2003-cü il oktyabrın 15-də başlanmış yolun ayrı-ayrı mərhələlərini təhlil edərkən çoxsaylı məqamlara diqqət yetirilməlidir. İlk növbədə onu vurğulayaq ki, Heydər Əliyev kimi nəhəng siyasətçidən sonra Azərbaycanda idarəçilik sükanının arxasına keçmək sıradan məsələ deyildi. Müstəqillik dövründə xalq prezident deyəndə göz önündə Heydər Əliyevin obrazı canlanırdı. İnsanlarımızın baxışlarında liderlik özünü ulu öndərə xas keyfiyyətlərdə göstərirdi. Belə bir durumda onun yolu ilə addımlamağın məsuliyyəti son dərəcə böyük idi. Cənab İlham Əliyev prezidentlik fəaliyyətinin ilk mərhələsindəcə özünü xalqa əsl lider olaraq tanıtmağı bacardı, liderliyini əməli işlərdə sübuta yetirdi.
Tam əminliklə onu da vurğulamaq lazımdır ki, cənab İlham Əliyev Heydər Əliyev şəxsiyyətinin siyasi uzaqgörənlik bacarığının təntənəsiydi. Təsadüfi deyil ki, ümummilli lider xalqa 1 oktyabr 2003-cü il tarixli müraciətində bildirmişdi: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.
Bir məqama da diqqət yetirək ki, Azərbaycanın müstəqilliyi SSRİ-nin dağılması kimi nəhəng qlobal prosesin nəticəsi olmaqla yanaşı, keçmişimizdən qidalanan, gələcəyimizə boylanan arzu və istəklərin təntənəsiydi. Ancaq yerləşdiyimiz coğrafi məkanın spesifikliyini düşünsək, fərqli olayların yaşanması da mümkün idi. Hətta indi təsəvvürə gətirə bilmədiyimiz hal yaşana – dövlət suverenliyimizi itirə bilərdik.
Biz dövlət xalqı kimi yaşamağa layiq olduğumuzu təsdiqlədik. Heydər Əliyev şəxsiyyəti xalqın özünütəsdiqinin simvoluydu. Cənab İlham Əliyev isə ulu öndərin müasir dövlətçiliyimiz adına başlatdığı kifayət qədər həssas mərhələnin yekunlaşdırılmasının, ölkəmizin möhkəm təməllər üzərində dayanıqlı inkişaf yolunda inamla addımlamasının təminatçısı idi. Siyasətdə varislik elə budur və elə buna görə birmənalı fikir ondan ibarətdir ki, İlham Əliyev uğurlu siyasi varisliyin ən gözəl nümunəsidir. Bu nümunə bir liderin özündən əvvəlki liderlik ənənəsinə sadiqlik yolu ilə tamamilə fərqli lider obrazındakı keyfiyyətlərini nümayiş etdirməsidir. Elə bir keyfiyyətləri ki, onlar xalqın liderlə bağlı təsəvvür və baxışlar sistemində möhkəmlənib.
Güclü vətəndaşdan güclü dövlətə
“Seçkilərdən əvvəl dediyim və artıq məşhur olan "mən hər bir Azərbaycan vətəndaşının Prezidenti olacağam" kəlamı sadəcə şüar, yaxud da ki, təbliğat naminə deyilən söz deyildir. Bu, mənim əqidəmdir, həyat prinsipimdir və mənim tabeliyimdə işləyənlərdən, yerlərdəki nümayəndələrimdən də tələbim budur: bu prinsiplərlə yaşamaq, insanların qayğıları ilə yaşamaq”. Bu fikirlər Prezident İlham Əliyevin Xaçmaz rayonunun sakinləri ilə 26 iyul 2005-ci ildə keçirdiyi görüşdəki nitqindəndir. Həqiqətən də cənab İlham Əliyevin ötən 19 ildəki fəaliyyəti onun nəinki hər bir Azərbaycan vətəndaşının, hər bir azərbaycanlının Prezidenti olduğunu söyləməyə əsas verir.
Dövlət başçısının reallaşdırdığı kurs Azərbaycan anlayışını, azərbaycanlı adını ümumiləşdirərək, vahid ideoloji platformaya gətirdi. Onun özünün də söylədiyi kimi, vətəndaş cəmiyyətinin yaradılması, demokratikləşmə prosesinin möhkəmlənməsi, hüquqi dövlətin qurulması hərtərəfli inkişaf üçün başlıca şərtə çevrildi.
İnkişafın Azərbaycan təcrübəsi ¬Prezident İlham Əliyevin seçdiyi yolun praqmatikliyinin, rasional düşüncəyə əsaslandığının, yenilik mahiyyəti daşıdığının əyani göstəricisidir. O, doğru və düzgün müəyyənləşdirdiyi idarəçiliklə iqtisadi, siyasi və sosial islahatların paralel şəkildə aparılmasını həyata keçirdi ki, bunun nəticəsində hərtərəfli tərəqqiyə, canlanmaya nail olundu. Hər bir vətəndaşın hüququnun qorunmasının dövlətimiz üçün önəmini vurğulayan dövlət başçımız ötən 19 ildə qanunun aliliyinin qorunduğu, yüksək şəffaflığın təmin olunduğu, hər bir insanın sülh və əmin-amanlıq şəraitində yaşadığı və bütün azadlıqlardan istifadə edildiyi, sosial rifaha əsaslanmış vətəndaş cəmiyyəti formalaşdırmağı bacardı.
Respublikamızın infrastruktur, dünya görüşü, təhsil, ümumən bütün parametrlər baxımından müasir dövlətə çevrilməsi onun dünyada və bölgədə yerini daha da möhkəmləndirdi. ¬Prezident beynəlxalq görüşlərdə və apardığı yüksək səviyyəli danışıqlarda sürətlə dəyişən çağdaş dünyamızdakı qloballaşma və inteqrasiya proseslərinə həssas yanaşaraq, mənafelərimizi qorumağın diplomatik nümunəsini ortaya qoydu. İlham Əliyevin uğurlu xarici siyasəti sayəsində Azərbaycanın beynəlxalq və regional problemlərin həllində də rolu və nüfuzu artdı, ölkəmiz mühüm beynəlxalq aktora çevrildi.
İlham Əliyevin hakimiyyətinin 19 ili göstərir ki, vətəndaşın hüquq və azadlıqlarla, sosial rifah şəraiti ilə güclənməsi onun güclü dövlətə malik vətəndaşa çevrilməsi ilə həmahəng prosesdir. Bu baxımdan dövlət başçısı düşünülmüş daxili və xarici siyasəti ilə ötən illərin hər birinə özünəməxsus çalarlar gətirdi. Bunun, o cümlədən, ictimai münasibətlər sistemindəki sabitliyin, qarşılıqlı anlaşmanın, dialoq mühitinin yaranması nəticəsində ölkəmizdə bütövlükdə həyatın zəngin və parlaq palitrası formalaşdı. Bu zənginlik daxili sadəlik və səmimiyyətə əsaslanmış ali niyyətdir. Xalq və dövlət üçün yorulmadan çalışmaq kimi ali niyyət: “Mən istəyirəm ki, hər bir insan yaxşı yaşasın, hər bir insanın maddi imkanları artsın, uşaqlar yaxşı məktəblərdə oxusunlar, müəllimlər yaxşı məktəblərdə dərs desinlər. Həkimlər gözəl xəstəxanalarda işləsinlər və insanlarımız da sağlam olsunlar”.
Prezidentin Qarabağ hədəfi
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan saysız-hesabsız beynəlxalq uğurlara imza atıb. Bunların hər biri geniş elmi araşdırmaların, cild-cild kitabların mövzularıdır. “Azərbaycan müasir güclü dövlətə çevrilməlidir. Bunu etmək üçün bizim bütün imkanlarımız var. Həm iqtisadi, həm siyasi imkanlar, həm də insanların intellektual səviyyəsi, dövlət siyasəti, dövlətin iradəsi və açıq-aydın görünən gələcəyin üfüqləri”, – deyən Prezidentin reallaşdırdığı tədbirlərin, apardığı islahatların qayəsini təşkil edən güclü vətəndaş formulu yekun nəticədə güclü dövlətin yaranması naminə idisə, dövlətin güclənməsi və möhkəmlənməsi bir müqəddəs vəzifənin həllini hədəf seçmişdi. O vəzifənin ki, tam ağırlığı və mürəkkəbliyi ilə yanaşı, taleyüklülüyü ilə də ulu öndər Heydər Əliyevdən miras qalmışdı. Təsadüfi deyil ki, cənab İlham Əliyev 2020-ci il noyabrın 8-də Şuşanın erməni işğalından azad olunduğu gün bildirmişdi: “Mən bu gün ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, ulu öndərin ruhu şaddır! Gözün aydın olsun, Azərbaycan! Gözünüz aydın olsun, dünya azərbaycanlıları!”
Bəli, Qarabağ məsələsi müstəqilliyimizin ilk illərindən başlayaraq, Azərbaycanın beynəlxalq münasibətlərində başlıca istiqamət olub. Ümummilli lider Heydər Əliyev ölkəmizin dünyaya tanıdılmasına yönəlmiş yorulmaz fəaliyyəti ilə bu hədəf üçün beynəlxalq səviyyədə siyasi, daxili miqyasda isə ideoloji zəmin hazırlamışdısa, cənab İlham Əliyev hər iki müstəvidəki fəaliyyətə dinamizm, çeviklik, ardıcıllıq gətirdi. O, dəyişən dünyanın siyasi lider üçün biçdiyi stereotiplərə yaxın getməklə bərabər, Azərbaycan kişisinə xas mühafizəkarlıq elementlərindəki qətiyyəti və prinsipiallığı beynəlxalq siyasətinin mühüm tərkib hissəsinə çevirdi. Nəinki çevirdi, eyni zamanda, yüksək bacarıq və səriştəsilə hadisə və proseslərə baxışını, mövqeyini qəbul etdirməyi bacardı.
“Azərbaycanın mövqeyi dəyişməz olaraq qalır. Bu gün də mən bunu bir daha dedim. Heç vaxt – nə bu gün, nə sabah, nə 10 ildən sonra, nə 15 ildən sonra, nə 100 ildən sonra Dağlıq Qarabağ Azərbaycandan ayrılmayacaqdır. Hər halda mən Prezident olan dövrdə bunu özündə əks etdirən sazişə heç vaxt imza qoymaram”. Bu fikirlər Prezident İlham Əliyevin 31 oktyabr 2003-cü ildə keçirilmiş andiçmə mərasimindəki çıxışındandır. Ümumən dövlət başçımızın 2003–2020-ci illərdə baş tutmuş yerli və beynəlxalq səviyyəli toplantılarda Qarabağ mövzusunda söylədiyi fikirlər tarixi Azərbaycan torpaqlarının işğaldan azad ediləcəyi ümidini qəti əminliyə çevirdi. Sanki hər yeni başlanmış ildə Qarabağ xalqa doğru gəlir, xalq Qarabağa doğru gedirdi.
Baxın, Prezident İlham Əliyev 28 May– Respublika Günü münasibətilə keçirilmiş rəsmi qəbulda işğalçı Ermənistana xitabən bildirmişdi ki, düşmən ölkəmizin istənilən anda məsələni hərb yolu ilə həll edə biləcəyini bilməlidir. Silahlı Qüvvələrdə nizam-intizamın artırılması, ordumuzun gücləndirilməsi, onun maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir silahların alınması buna hesablanmışdı. Bu baxımdan dövlət başçımızın 2015-ci ildə “əgər erməni əsgəri öldürülmək istəmirsə, Ağdama gəlməməlidir”, 2018-ci ildə isə “bu gün dünyada Azərbaycan güclü ordular sırasındadır” kimi fikirləri də Ermənistan üçün son dərəcə ciddi mesaj, xəbərdarlıq idi.
Cənab İlham Əliyev işğalçı dövlətə ən böyük xəbərdarlığını 2019-cu ilin oktyabrında etdi. O, Soçidə “Valday” diskussiya klubunun plenar sessiyasındakı çıxışı zamanı Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Ermənistan rəhbərliyi tərəfindən səsləndirilmiş, tarixi reallıqları, münaqişənin əsl mahiyyətini əks etdirməyən fikirlərə və əsassız iddialara tam aydın, konkret şəkildə cavab verərək, ölkəmizin milli maraqlarını hər şeydən üstün tutduğunu qəti şəkildə bildirdi və bəyan etdi: “Qarabağ Azərbaycandır və nida işarəsi!”.
Vətən müharibəsi və arzuları reallaşdıran Ali Baş Komandan
Yeri gəlmişkən, dövlət başçımız müharibənin başlanmasına bir neçə gün qalmış da xəbərdarlıq etmiş, işğalçı ölkəni qəflət yuxusundan ayılmağa səsləmişdi: “Ermənistanın indiki rəhbərliyi məsuliyyətsizdir, addımlarının nəyə gətirib çıxara biləcəyini düzgün təhlil edə bilmir”.
Bəli, Azərbaycanda Prezident kimi fəaliyyətə başlamasının 19-cu ilinin tamam olduğu bu gün tam qətiyyətlə söyləmək mümkündür ki, cənab ¬İlham Əliyev xalqın arzularını reallığa, xəyallarını gerçəyə çevirmiş liderdir. O, şanlı Azərbaycan tarixində torpağı düşmən tapdağından qurtarmış dövlət başçısı, sərkərdə, Ali Baş Komandandır.
27 sentyabr 2020-ci ildə başlanmış 44 günlük Vətən müharibəsindəki Zəfərimiz Azərbaycanın, Azərbaycan xalqının birlik və bütövlüyünün, dirəniş və əzminin qələbəsi olmaqla yanaşı, cənab İlham Əliyevin siyasətçi, dövlət başçısı kimi triumfunun təntənə meydanıydı. O, dünyaya siyasət dərsi keçdi. Bu dərs qətiyyətin, prinsipiallığın, möhkəm iradənin və xalqa arxalanmağın bariz nümunəsiydi. Xalq–hakimiyyət vəhdəti də məhz budur.
Vətən müharibəsi Azərbaycan ¬Prezidentinin, müzəffər Ali Baş Komandanın təkcə Ermənistana deyil, bütövlükdə dünya erməniliyinə vurduğu son dərəcə ağır siyasi-hərbi zərbə, misilsiz cəsarət və dönməzlik örnəyi idi: “Biz “bunu dayandırın, biz işləyəcəyik, danışıqlar aparacağıq, yardım edəcəyik” kimi bəyanatlara qulaq asmaq mövqeyində deyilik. Biz bunu dəfələrlə eşitmişik. Bizim daha 30 il gözləməyə vaxtımız yoxdur. Münaqişə indi həll olunmalıdır!”
Müharibə günlərində informasiya cəbhəsinin, obrazlı desək, az qala hər səngərindən atəş açan, hədəfləri son dərəcə sərrast nişan alıb məhv edən Prezident İlham Əliyevin sayəsində Azərbaycan hakimiyyəti erməni lobbi və diaspor təşkilatlarının, ermənipərəst qüvvələrin aramsız həmlələrinə baxmayaraq, xarici təzyiqlərə sinə gərməyi bacardı. Onun dünyanın müxtəlif ölkələrinin aparıcı media vasitələrinə müsahibələri düşmənə qarşı zireh rolunu oynadı. Nəticədə cəbhədəki üstünlüyümüz ideoloji müstəviyə də daşındı, dünya ictimaiyyəti həm Ermənistan və Azərbaycan arasındakı münaqişənin tarixi, həm hazırkı vəziyyət və Azərbaycanın mövqeyi ilə bağlı kifayət qədər tutarlı arqumentlərlə baş-başa qaldı.
Azərbaycan xalqının güclü siyasi liderlər yetişdirmək potensialına malik olması Uca Tanrının böyük lütfüdür. Biz, eləcə də beynəlxalq ictimaiyyət XX əsrdə Heydər Əliyev şəxsiyyətinin timsalında xalqımızın bu potensialındakı nəhəngliyin ilk nümunəsini görmüşdü. XXI əsrdə dünya İlham Əliyev kimi güclü dövlət başçısının şəxsində siyasi liderliyin həm də ənənəviliyinə, məktəb mahiyyəti daşıdığına şahidlik etməkdədir. Heydər Əliyev məktəb idi. Dövlət başçısı kimi fəaliyyətə başlamasının 19 ilinin tamam olduğu gündə qətiyyət dolu əminliklə bildirmək olar ki, siyasi varisliyin bənzərsiz və təkrarsız nümunəsi olan İlham Əliyev şəxsiyyəti də özlüyündə dövlət idarəçilik məktəbidir. Xalqımızı və dövlətimizi daha uca zirvələrin fəthinə daşımaq inamına köklənmiş, Vətənə və doğma yurda misilsiz sevgi, dərin sədaqət, bütövlük, mərdlik və kişilik məktəbi.

Rəhman Məmmədov,
Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Şəki Rayon Komitəsinin sədri.



24-12-2023, 13:17 | Prezident İlham Əliyev xalqına güvənir və xalqı üçün yaşayır

Prezident İlham Əliyev xalqına güvənir və xalqı üçün yaşayır


Müasir dünyamızda insanları ən çox düşündürən suallardan biri də XXI əsrin siyasi liderinin hansı keyfiyyətlərə malik olması ilə bağlıdır. Olduqca mürəkkəb dövrümüzün insanı liderin ümumi keyfiyyətləri, siyasi portretinin ən incə məqamları haqqında kifayət qədər təsəvvürlərə malikdir, lakin yaxın və uzaq dünyada gedən dinamik dəyişikliklər liderin obrazının yeni əlamətləri haqqında düşünməyi tələb edir. Düşüncə tərzinə, davranış taktikasına və digər şəxsi keyfiyyətlərinə görə fərqlənən müasir lider lokal və qlobal səviyyədə dünyanı dəyişməyi bacaran lider qeyd etdiyimiz xüsusiyyətlərə malik liderlərin mövcudluğuna şübhə ilə yanaşmaq üçün müəyyən əsaslar verə bilər. Lakin, yaxın və uzaq siyasi, iqtisadi, mədəni arealda cərəyan edən proseslərin dərindən təhlili az sayda olsa da, belə liderlərin varlığını müəyyənləşdirməyə imkan verir.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev əsl liderin bütün cizgilərini özünün mənəvi və siyasi simasında təcəssüm etdirdiyini asanlıqla görmək olar. İlham Əliyevin siyasi portretinin ən səciyyəvi xüsusiyyəti öz ifadəsini onun patriot və qurucu lider olmasında tapır. İnsan bir qayda olaraq müəyyən həyat fəaliyyəti sahəsində ümumi məqsədlərə çatılması istiqamətində məsuliyyəti öz üzərinə götürməklə, ətrafdakıların onu lider kimi qəbul etməsini şərtləndirir.
Prezident İlham Əliyevin liderliyinin miqyasının sərhədlərini isə müəyyənləşdirmək qeyri-mümkündür. Prezident İlham Əliyev dünyadakı çox nadir liderlərdəndir ki, onun siyasi portreti çərçivəsinə mənəvi, siyasi, hərbi lider obrazlarını yerləşdirmək mümkündür. Bu, ondan xəbər verir ki, Prezident İlham Əliyevin hərtərəfli potensialı ona həyat fəaliyyətinin bütün sahələrində məsuliyyəti öz üzərinə götürmək imkanı verir. O, bütövlükdə dövlətin məsuliyyətini daşıyır və qlobal məsələlərlə bağlı ciddi təsir imkanlarının mövcudluğunu ortaya qoyur. Müasir dünya dövlətlərinin böyük əksəriyyətinin təcrübəsi göstərir ki, ölkə rəhbəri olmaq hələ lider olmaq demək deyildir. Çünki, bir çox hallarda dövlət başçısı öz ölkəsinin məsuliyyətini ya ümumiyyətlə daşıya bilmir, ya da qismən daşıya bilir.
Qloballaşmanın insanın həyat fəaliyyətinin bütün sahələrinə sürətlə nüfuz etdiyi və dünya xalqlarının və dövlətlərinin qarşılıqlı asılılığının gücləndiyi hazırkı dövrümüzdə siyasi liderin keyfiyyətini ifadə edən əsas məqam onun həm öz dövlətnin məsuliyyətini tam daşımaq, həm də qlobal məsələlərdə fəallıq nümayiş etdirmək bacarığı ilə bağlıdır.
Siyasi lider kimi İlham Əliyevin siyasi portretinin ən qabarıq və vacib cizgilərindən biri də ondan ibarətdir ki, o, özünün bütün istiqamətlərdəki fəaliyyətində sistemliliyi gözləyir. Bu, İlham Əliyevi digər xalqların liderlərindən fərqləndirən əsas cəhətlərdəndir. Azərbaycan Respublikasında qarşıda duran ümummilli məqsədlərə səmərəli çatılmasını şərtləndirən də məhz ölkə rəhbərinin bu keyfiyyətidir.
Məqsədlərin və mövcud problemlərin dəqiqliklə müəyyənləşdirilməsi, düzgün yanaşma tərzinin sərgilənməsi və işlək mexanizmlərin tətbiq olunması Prezident İlham Əliyevin dövlət başçısı və siyasi lider kimi fəaliyyətinin əsas prinsipləridir.
Ümumiyyətlə, Prezident İlham Əliyevin liderlik keyfiyyətlərini təhlil edərkən, liderlik institunun formalaşmasına tamam fərqli baxışın ortaya qoyulmasının yəni, mövcud stereotiplərdən kənara çıxılmasının zəruriliyini asanlqla müəyyənləşdirmək mümkündür. Belə ki, insanın müəyyən amillərin təsiri altında və şəraitdə xüsusi keyfiyyətlər qazanaraq liderə çevrildiyini əsaslandıran mövqe böyük əksəriyyət tərəfindən dəstəklənir. Lakin tarixdə elə azsaylı liderlər olur ki, onların malik olduqları keyfiyyətləri hər hansı bir amil və ya mühit formalaşdırmaq gücündə olmur. Belə liderlərin malik olduqları keyfiyyətlər təbiətdən gəlir. Məsələn, iki əsrin dahisi olan Heydər Əliyevin malik olduğu liderlik keyfiyyətlərinin sonradan qazanılması qeyri-mümkündür. Heydər Əliyev lider kimi doğulmuşdur və onun unikal liderlik keyfiyyətləri Prezident İlham Əliyevə irsən keçmişdir. Bu məqamdan çıxış edərək “dahi lider” və “lider” məhfumları arasındakı sərhədləri müəyyənləşdirməyə cəhd etmək olar. Belə ki, müəyyən amillərin təsiri altında lider olmaq mümkündür. Dahi lider isə, ancaq doğula bilər.
Prezident İlham Əliyev lider kimi doğularaq, liderlik keyfiyyətlərini müasir dövrün reallıqları çərçivəsində mükəmməlliyin zirvəsinə yüksəldərək yeni lider obrazını yaratmışdır. Beləliklə, biz, uzun illər tədqiqatçıları düşündürən “lider doğulur, yoxa sonradan formalaşır” sualına cavab tapmış oluruq. Lider həm doğulur, həm də sonradan formalaşır. Sadəcə olaraq, lider kimi doğulanlar həm də dahilik zirvəsinə çata bilirlər.
Belə ki, bütün beynəlxalq əməkdaşlıq sahələrində Azərbaycanın etibarlı tərəfdaş kimi tanınması Prezident İlham Əliyevin qətiyyəti, çevik davranışları, müdrik siyasi manevr etmə qabiliyyəti sayəsində mümkün olmuşdur.
Son dövrlərdə Azərbaycan ən mötəbər beynəlxalq tədbirlərə nəinki uğurlu ev sahibliyi etmişdir, həmçinin, belə tədbirlərin ən yüksək səviyyədə və təhlükəsizlik şəraitində həyata keçirilməsinin yeni standartlarını yaratmışdır. Məsələn, Birinci Avropa Oyunlarını yüksək səviyyədə təşkil edərək İlham Əliyev bir neçə hədəfi birdən vurmuşdur. Hər şeydən öncə, beynəlxalq ictimai şüurda Azərbaycan dövlətinin pozitiv imici daha da möhkəmləndirilmiş oldu. Oyunların keçirildiyi ərəfədə Azərbaycana səfər edən çoxsaylı xarici qonaqlar burada demokratikləşmənin, azadlığın və tolerantlığın yüksək səviyyəsini öz gözləri ilə gördülər.
Bundan başqa, Birinci Avropa Oyunlarının uğurlu təşkili ölkəmizə olan beynəlxalq etimadı əhəmiyyətli dərəcədə artırmışdır. Qeyd etdiyimiz bu məqamlar Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Baxın nitqində də xüsusi vurğulanmışdır. Belə ki, Tomas Bax çıxışı zamanı demişdir: “Cənab Prezident, mən səmimi qəlbdən təbriklərimi Sizə çatdırmaq istəyirəm. Mən bu təbriklərlə Sizin ölkənizdə idmanın, təhsilin, təbii ki, Azərbaycan cəmiyyətinin inkişafına göstərdiyiniz diqqət və qayğını, verdiyiniz töhfələri təqdir edirəm. Zənnimcə, burada bütün tərəflər uğur qazanır. İdmana yatırılan sərmayə, sadəcə, infrastrukturun yaradılması ilə kifayətlənmir. Bu sərmayə, təbii ki, təhsilin də inkişafında mühüm rol oynayır.
Sizin gördüyünüz işlər, töhfələriniz bütünlüklə cəmiyyətin inkişafına, təhsil sisteminin daha da təkmilləşməsinə, daha səmərəli olmasına müsbət təsir göstərməklə yanaşı, idmançıların beynəlxalq yarışlarda uğur qazanmalarına və dünya səviyyəsində Azərbaycanın imicinin möhkəmlənməsinə səbəb olur. Bütün bunların nəticəsidir ki, Azərbaycan idmançıları beynəlxalq yarışlarda çoxlu sayda medallar qazanırlar”. Birinci Avropa Oyunlarının təşkilindən sonra beynəlxalq ictimaiyyətdə qəti olaraq belə təsəvvür formalaşdı ki, Azərbaycan istənilən xarakterli və miqyaslı tədbiri ən yüksək tələblərə cavab verəcək səviyyədə həyata keçirməyə qadirdir. İlham Əliyev daxili və xarici müstəvidə həmişə praqmatik siyasət həyata keçirmək bacarığı və iradəsi ilə diqqəti cəlb edir.



Vüqar İbrahimov,
"Sahil Tradinq"MMC-nin Neptun marketlər şəbəkəsinin direktoru .






24-12-2023, 13:06 | Anda sədaqətin Heydər və İlham Əliyevlər nümunəsi

Anda sədaqətin Heydər və İlham Əliyevlər nümunəsi



Vətənə xidmətin, anda sədaqətin nümunəsini yaratmış Ümummilli lider Heydər Əliyevin göstərdiyi işıqlı yolu yeni meyarlarla zənginləşdirərək davam etdirən dövlət başçısı İlham Əliyev regionda Azərbaycan Respublikasını qüdrətli, sürətlə inkişaf edən, daim güclənən, beynəlxalq aləmdə nüfuzu durmadan artan bir dövlətə çevirməklə ulu öndərimizin arzularını reallaşdırdı. Prezident İlham Əliyev bütün bu möhtəşəm işlərə 19 il bundan əvvəl - 2003-cü il oktyabrın 31-də təntənəli şəkildə xalqa, Vətənə sədaqət andı içərək başlamış, verdiyi bütün vədləri yerinə yetirərək yüksələn dövlətin nüfuzlu liderinə çevrilmişdir.
Bir sıra tanınmış ekspertlər həmin 2003-cü ili taleyüklü məsuliyyət baxımından 1993-cü illə müqayisə edirlər. Xalqın 1993-cü ilin oktyabrında inam və etimad göstərdiyi, 30 ildən çox öz xalqına və dövlətinə canı, qanı ilə xidmət etmiş Heydər Əliyevin siyasi dühasi təkcə Azərbaycan və Qafqaz reallığı deyil, bütün postsovet məkanının və türk dünyasının reallığı idi.
Heydər Əliyev təcrübəsinə ən yaxından bələd olan, bir çox məqamlarda isə onun ən etibarlı silahdaşı kimi xüsusi xidmətləri ilə yadda qalan İlham Əliyevə etimad göstərilməsi, onun dövlət başçısı seçilməsi tamamilə gözlənilən idi. Əsrin müqaviləsinin imzalanmasında və 40-50 il üçün nəzərdə tutulmuş yeni neft strategiyasının hazırlanmasında Heydər Əliyevin ən etibarlı silahdaşı məhz İlham Əliyev idi. 2003-cü ilin oktyabrında xalq doğru seçim etdi və özünün uzunömürlü inkişafının təməlini qoydu.
Cənab İlham Əliyevin keçdiyi həyat yolu, ictimai-siyasi proseslərdə fəal iştirakı, idarəetmədə qazandığı təcrübə, intellektual səviyyəsi və müasir dövrün siyasi xadimləri üçün zəruri olan bütün yüksək keyfiyyətləri mənimsəməsi onun qələbəsini şəksiz edirdi. Xalq onu şəriksiz lideri kimi görürdü. Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun məzunu və müəllimi olması, Rusiya paytaxtında fəaliyyət göstərən böyük bir şirkətin baş direktoru kimi iqtisadi idarəçilikdə təcrübə qazanması İlham Əliyevə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xarici iqtisadi əlaqələr üzrə vitse-prezidenti, sonra isə birinci vitse-prezidenti kimi fəaliyyət göstərməsində kifayət qədər kömək etmişdi. Azərbaycan seçiciləri İlham Əliyevin diplomatik məharətinə onun Milli Məclisin deputatı kimi Avropa Şurasının Parlament Assambleyasındakı daimi nümayəndə heyətimizin başçısı olarkən əldə etdiyi uğurlardan yaxşı bələd idi. Məhz İlham Əliyevin prinsipiallığı, təşəbbüskarlığı və diplomatik fəallığı nəticəsində AŞPA münaqişə tarixində ilk dəfə olaraq Ermənistanı işğalçı dövlət kimi tanıyan rəsmi sənəd qəbul etmişdi. Bilavasitə həmin peşəkarlığın nəticəsi idi ki, 2003-cü ilin yanvarında azərbaycanlı deputat İlham Əliyev AŞPA sədrinin müavini və qurumun Büro üzvü seçilmişdi.
Seçicilər yaxşı bilirdilər ki, İlham Əliyev həm ARDNŞ-in birinci vitse- prezidenti, Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti (1997-ci ildən bəri), həm də Azərbaycan Respublikasının Baş naziri kimi çalışdığı bütün vəzifələrdə (2003-cü ilin avqustundan sonra) mükəmməl bir idarəçilik təcrübəsi qazanmışdır. İlham Əliyevin 1999-cu ildə Yeni Azərbaycan Partiyasının sədr müavini, 2001-ci ildə isə sədrin 1-ci müavini seçilməsindən sonra siyasi həyatda nümayiş etdirdiyi fəallıq onun liderlik keyfiyyətlərini də ortaya qoymuşdu. Beləliklə, öz diplomatik uğurları, liderlik keyfiyyətləri, idarəetmə məharəti və iqtisadi proseslərə dərindən bələd olması ilə xalqın həqiqi sevimlisinə çevrilmiş İlham Əliyevin 2003-cü ilin oktyabrındakı qələbəsi şəksiz idi. Xalq bu gözləntini reallaşdırdı. Baş nazirin qeyd edilən bütün şəxsi keyfiyyətləri ilə yanaşı, ulu öndər Heydər Əliyevin söylədiyi bir fikir də xalqın qəlbinə hakim kəsilmişdi: Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm. Bu gün Azərbaycanın dünya miqyaslı uğurlar qazanması ulu öndərimizin həmin ümidlərinin doğrulması deməkdir.
Prezident İlham Əliyev 2003-cü il oktyabrın 31-də dövlət başçısı kimi ilk dəfə and içdi və həmin günlə də ölkədə mükəmməl bir sosial-iqtisadi inkişafa start verildi. Mən hər bir azərbaycanlının Prezidenti olacağam - deyən İlham Əliyev ilk növbədə həmin tezisin reallaşmasına nail oldu.
Qısa müddət ərzində ölkənin yeni rəhbəri ümumxalq etimadı qazandı. Əfv fərmanları və amnistiya aktları, insan hüquqlarının daha geniş şəkildə qorunması, seçki təcrübəsinin təkmilləşdirilməsi və digər addımlar İlham Əliyevin siyasi fəaliyyətinin əsas qayəsini təşkil edirdi. Azərbaycan Prezidenti İlham Əliyev imzaladığı ilk fərman və sərəncamlarla sübut etdi ki, bu istiqamətdə aydın, geniş və ölçülüb- biçilmiş fəaliyyət proqramına malikdir. Bu proqrama uyğun olaraq ilk növbədə əhalinin sosial durumu diqqət mərkəzində saxlanılmış, minimum əmək haqqı və pensiyalar artırılmış, ölkəmizin beynəlxalq aləmdəki nüfuzunun yüksəldilməsi, mövqelərinin möhkəmləndirilməsi, əlaqələrinin daha da genişləndirilməsi istiqamətində qətiyyətli addımlar atılmışdır.
Bir sıra ekspertlərin ortaq fikri belədir ki, Azərbaycanın sosial-iqtisadi inkişafında keyfiyyətcə yeni mərhələnin əsası 2003-cü ildən qoyuldu. İqtisadi strategiyanın yeni prioritetləri və inkişaf perspektivləri müəyyən edildi.
Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair beşillik Dövlət Proqramlarını təsdiq etməklə regionlarda mövcud olan əmək ehtiyatlarından, təbii və iqtisadi potensialdan səmərəli istifadə etmək, iqtisadiyyatın qeyri-neft sektorunun inkişafını sürətləndirmək və aqrar sektorda islahatları dərinləşdirmək, əhalinin məşğulluğunu artırmaq, yoxsulluğun səviyyəsini azaltmaq, müasir tipli müəssisələr, yeni iş yerləri yaratmaq istiqamətində sistemli tədbirlərin həyata keçirilməsi üçün hüquqi baza yaratdı. Dövlət proqramlarının qarşıya qoyduğu vəzifələrin həyata keçirilməsi özünü bütün sahələrdə göstərdi.
Bu illər ərzində Azərbaycanın qazandığı ən böyük uğurlar sırasında Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri əfsanədən reallığa çevrildilər. Ardınca Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi başlandı. Hazırda ABŞ, Böyük Britaniya, Fransa, İtaliya, Hollandiya, Belçika, Türkiyə, Yaponiya, Norveç, Almaniya, Çin və digər inkişaf etmiş dövlətlər Azərbaycanla neft və qeyri-neft sahəsində mühüm iqtisadi layihələrdə iştirak edirlər. Belə layihələrin reallaşdırılması ölkəmizin beynəlxalq aləmə inteqrasiyasına güclü dəstək verdi.
Dünyaya inteqrasiya yolu tutan Azərbaycan beynəlxalq aləmdə söz sahibinə çevrilmişdir. Azərbaycanın BMT Təhlükəsizlik Şurasına Şərqi Avropadan qeyri-daimi üzv seçilməsi də bunun bariz nümunəsi idi. Bu, ölkəmizin xarici siyasət sahəsindəki uğurlarını əks etdirən daha bir əsaslı faktdır. 2011-ci il oktyabrın 24-də Azərbaycan tarixində ilk dəfə möhtəşəm bir uğura imza ataraq 155 dövlətin dəstəyi ilə quruma üzv seçilməsi, rəsmi Bakının regionda və beynəlxalq aləmdə yürütdüyü siyasətin dünya ölkələri tərəfindən rəğbətlə qarşılanması, BMT-yə üzv olan 193 dövlətin 155-i tərəfindən tam şəkildə dəstəklənməsi mənasına gəlirdi.
Prezidentlik fəaliyyəti dövründə İlham Əliyevin düzgün müəyyənləşdirilmiş xarici siyasəti Ermənistanı dünyada işğalçı dövlət kimi tanıtdı. BMT, Avropa Şurası, Avropa İttifaqı, ATƏT, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, NATO, Müstəqil Dövlətlər Birliyi, Qoşulmama Hərəkatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, GUAM, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası və bütün digər beynəlxalq təşkilatlar, həmçinin aparıcı dövlətlər Ermənistan- Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyünün bərpası şərtiylə həll olunmasını tələb edirdilər.
Və əlbəttə ki, bütün bu hərtərəfli inkişafın məntiqi nəticəsi kimi, 2020-ci il Vətən müharibəsində Azərbaycanın möhtəşəm Qələbəsi sayəsində işğal altında olan torpaqlarımız yağı tapdağından azad olundu. Bütün bu möhtəşəm uğurlara rəğmən, dövlət başçımız İlham Əliyev inkişafın son həddinin olmadığı qənaətindədir. O, Azərbaycanı daha da xoşbəxt gələcəyə aparmaq əzmindədir və buna qadirdir. Azərbaycan Prezidenti əmindir ki, ölkəmiz bundan sonra da sürətli inkişafını davam etdirəcək, daha da güclənəcəkdir. Xalqımız isə vədinə əməl edən və Azərbaycanı xoşbəxt gələcəyə aparan lideri bu yolda həmişə dəstəkləyəcəkdir.


Qara Abdullayev,
Nəsimi rayon Dövlət Yol Polisi Şöbəsinin rəisi .





������������ ������� DLE ������� ��������� ��� dle.
���������� ���� ������ ��� ��������� ������.
����������� �������� ������� � �������� ������.
����������� �������� ������������ ��� �������� ����.
������ ����� �������� ��������� ����� ������.
����� ���������� �� ���� ��� ���� � ��� �����.