5-11-2022, 12:48 | Ərdoğan: "Rusiya-Ukrayna danışıqlarının tezliklə bərpasının tərəfdarıyıq"

Ərdoğan: "Rusiya-Ukrayna danışıqlarının tezliklə bərpasının tərəfdarıyıq"


Türkiyə münaqişəyə son qoymaq üçün Rusiya və Ukrayna arasında danışıqların tezliklə bərpasının tərəfdarıdır.

Bildirir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda NATO-nun baş katibi Yens Stoltenberqlə görüşündə deyib.

Ərdoğan bildirib ki, Türkiyə Rusiya və Ukrayna ilə yüksək səviyyəli danışıqlar zamanı əsas diqqəti noyabrın 19-da başa çatacaq taxıl müqaviləsinin uzadılmasına yönəldəcək.

Qeyd edək ki, Rusiya və Ukrayna ilə yüksək səviyyəli diplomatik səylər nəticəsində taxıl dəhlizinin fəaliyyəti bərpa edilib, həmçinin yaxın vaxtlarda əsas səylərin uzadılmasına yönəldilməsi qərara alınıb.

16-09-2022, 15:49 | İlham Əliyev: “Ermənistanın təxribatı münasibətlərin normallaşması prosesinə zərbədir”

İlham Əliyev: “Ermənistanın təxribatı münasibətlərin normallaşması prosesinə zərbədir”


"Ermənistanın təxribatı iki dövlət arasında münasibətlərin normallaşması prosesinə böyük zərbədir".

xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Səmərqənddə keçirilən sammitində çıxışı zamanı deyib.

Dövlət başçısı vəziyyətin gərginləşməsinə görə bütün məsuliyyətin Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşdüyünü vurğulayıb.

16-09-2022, 15:33 | Prezident İlham Əliyevi Pakistana rəsmi səfərə dəvət etdi

Prezident İlham Əliyevi Pakistana rəsmi səfərə dəvət etdi


Sentyabrın 16-da Səmərqənddə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Pakistan İslam Respublikasının Baş naziri Şahbaz Şərif ilə görüşü olub.

AZƏRTAC-a istinadən bildirir ki, Baş nazir Şahbaz Şərif Prezident İlham Əliyevi Pakistana rəsmi səfərə dəvət edib.

Prezident İlham Əliyev dəvəti məmnuniyyətlə qəbul edərək, Pakistanın Baş nazirini ölkəmizə səfərə dəvət edib.

26-08-2022, 14:17 | Mehriban xanım Əliyeva: Mənə inanan, ümid bəsləyən insanların etimadını doğrultmalıyam

Mehriban xanım Əliyeva: Mənə inanan, ümid bəsləyən insanların etimadını doğrultmalıyam


Tarix dəfələrlə bu həqiqəti təsdiq edib ki, hər bir dahi kişinin arxasında görkəmli qadın dayanır. Bu həqiqət bu və ya digər formada həm Oskar Uayldın, həm Qrey Conun, həm Anatol Fransın və başqalarının deyimlərinin fabulasını təşkil edib. Tarixə səyahət etməklə bu postulatın müdrikliyinə əmin olmaq olar. Misal üçün, Qədim Misirin əfsanələşmiş çariçası Nefertiti həyat yoldaşının – dahi Misir islahatçısı Exnatonun islahatlarının həmmüəllifi olub. Yarım əsr boyunca patriarxal Çinin hakimiyyətində həyat yoldaşı ilə birgə olmuş imperator Tsinin xanımı imperatriça Tsısini cəsarətlə bu sıraya aid etmək olar.

XIX əsrin məşhur alman filosofu, dramaturqu Kristian Fridrix Gebelin təyininə görə, “dahi beyinlərin növbəsi bəşəriyyət tarixinin başlığıdır” fikrini əsas götürsək, müasir dövrümüzün görkəmli Azərbaycan qadını­nın, dünya miqyaslı dahi dövlət xadimi, Azərbaycan Respublika­sının Prezidenti İlham Əliyevin həyat yoldaşı, özündə biliyin, əməksevərliyin, təkrarsız huma­nizmin və xeyirxahlığın nadir birli­yini təcəssüm etdirən Azərbaycan Respublikasının Birinci vitse-pre­zidenti Mehriban Əliyevanın adı Azərbaycan dövlətçiliyinin, ölkənin beynəlxalq arenada nüfuzunun möhkəmlənməsi ilə birgə çəkilir.

Bəlkə də indiki mərhələdə dün­yanın qadın siyasi xadimlərindən heç kim Mehriban xanım qədər Şərq qadınının müdrikliyini, əxlaqını, lütfünü Qərbin siyasi mo­dernizmi, zəkası, düşüncə azadlığı ilə təkrarolunmaz xarici görünüşü ilə birləşdirə bilməyib. İki böyük dünya sivilizasiyasının bütün bu xüsusiyyətləri onda inanılmaz har­moniya ilə yanaşı təzahür edir.

Mehriban xanım Əliyevanın genetik cizgiləri Azərbaycan xalqının mənəvi elitarlığının daşıyıcıları olub, onun yüksək əxlaqi xarakterini simvolizə edib. XX əsr Azərbaycan ədəbiyyatının görkəmli mütəfəkkirlərindən biri görkəmli yazıçı Mir Cəlal Paşa­yevdir.

Təbii olaraq, ötən əsrin Vətən jurnalistikasının patriarxlarından biri kimi onun ana babası, uzun illər “Bakı”, “Baku” qəzetlərinin redaksiyasına rəhbərlik etmiş, Azərbaycan tarixində silinməz iz qoymuş Nəsir İmanquliyev hesab olunur ki, publisist fəaliyyəti ilə Azərbaycan jurnalistikası tarixində silinməz izlər qoyub.

Mehriban Əliyevanın anası - akademik, Azərbaycan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun direktoru Aida İmanquliyeva Azərbaycan elmi­ni təmsil edən bütün dünyada yüksək səviyyəyə qaldıran parlaq şərqşünaslar kateqoriyasına aid idi.

Mehriban Əliyevanın atası - fizika-riyaziyyat elmləri sahəsində görkəmli alim, akademik Arif Paşa­yev Azərbaycan Respublikasının elm və təhsil sisteminin və mülki aviasiyasının fəxri olan Milli Aviasi­ya Akademiyasının rəhbəridir.

Mehriban xanım Əliyeva bu nadir genetik kodun misilsiz intellektual səviyyəsi ilə fərqlənən daşıyıcısıdır.

Şübhəsiz ki, genetik istedadı­nın üzə çıxmasına onun özündə formalaşdırdığı məziyyətlərlə yanaşı, müasir dövrün dahi siyasətçisi, dövlət başçısı İlham Əliyevlə bir silahdaş kimi ya­naşı fəaliyyəti də böyük təsir göstərib. Fikir eyniliyi və yekdillik Azərbaycan Respublikasının di­namik dövlət-siyasi, sosial-iqtisadi və mədəni tərəqqisini təmin etmək üçün onların birgə fəaliyyətlərini sinxronlaşdırdı.

Mehriban xanım 1982-ci ildə Bakının ən güclü məktəblərindən birini qızıl medalla bitirmişdir. 1982-1988-ci illərdə Sovet İttifa­qının aparıcı universitetlərindən birində - Birinci Moskva Tibb İns­titutunda təhsilini davam etdirmiş, İ.M.Seçenov adına universiteti fərqlənmə diplomu ilə bitirdikdən sonra akademik M.Krasnovun rəhbərliyi ilə Moskva Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitu­tunda işləməyə başlamış, 2005-ci ildə “Evtanaziya və dünyada bəşəriyyət problemi” mövzusunda namizədlik dissertasiyasını uğurla müdafiə etmişdir.

Şübhəsiz ki, yaxın gələcəkdə tarixçilərin, hüquqşünasların, kulturoloqların, politoloqların elmi araşdırmalarının önəmli qismi Mehriban xanım Əliyevanın səmərəli dövlətçilik fəaliyyətinə həsr olunacaqdır.

Mehriban xanım Əliyevanın yorulmaz fəaliyyətinin önəmli istiqamətlərindən biri Ermənistanın informasiya və təbliğat ekspansi­yası olmuşdur.

Mehriban xanımın o zamankı fəaliyyəti sayəsində işğalçı ölkənin hərəkətləri Sizif əməyinə çevril­di. Onun dünyada Azərbaycanın mütərəqqi imicini formalaşdırmaq, ölkənin sosial-iqtisadi, sənaye, mədəni nailiyyətlərini nümayiş etdirmək üçün göstərdiyi titanik səylər real nəticələr vermişdir.

Mehriban xanım Əliyevanın Azərbaycanı tanıtmaq istiqamətində uğurlu fəaliyyəti onun ictimai-siyasi xadim obrazına yeni çalarlar gətirdi.

2004-cü il mayın 10-dan rəhbərlik etdiyi Heydər Əliyev Fondu Mehriban xanım Əliyeva üçün ölkədə humanitar siyasətin həyata keçirilməsi yönündə fun­damental əsas oldu. Valideynlərini itirmiş uşaqlara yardımın təşkili, uşaq bağçalarının və məktəblərin tikintisi və yenidən qurulması ilə yanaşı, Fond onun rəhbərliyi altın­da Azərbaycan Respublikasının sarsılmaz nüfuzunu təsdiqləyən proqramlar həyata keçirmişdir.

Həmin illərdə Mehriban xanım Əliyevanın fəaliyyətində əsas istiqamət erməni təbliğatının ifşa edilməsi və Azərbaycan ərazilərində dinc əhaliyə qarşı törədilmiş cinayətlərin dünya ictimaiyyətinə çatdırılması olmuş­dur.

Onun bilavasitə himayəsi ilə “Qarabağ həqiqətləri” bukletlər topluları, “Müharibə və mədəni-tarixi abidələrimiz”, “Azərbaycana qarşı müharibə: silah altında mədəni irs” kitabları nəşr olunub.

2008-ci ildə erməni quldur dəstələrinin 1992-ci ilin fevralın­da Xocalı şəhərində dinc əhaliyə qarşı törətdikləri soyqırımının mahiyyətini üzə çıxaran “Xoca­lıya ədalət” beynəlxalq məlumat kampaniyası yaradılmışdır. Bu kampaniya ondan çox dövlət, ABŞ-ın 20-dən çox ştatının qanun­verici orqanı, İslam Əməkdaşlıq Təşkilatı və Şotlandiya parlamenti tərəfindən dəstəklənib.

2019-cu ildə Xocalı soyqı­rımı qurbanlarının xatirəsinə həsr olunmuş mərasimdə Dövlət Dumasının hər bir fraksiyasından olan parlamentarilər Azərbaycana dəstəyini ifadə etmək, öz seçicilərinə və bütün dünyaya belə hadisələrin yolverilməzliyini çatdır­maq məqsədilə iştirak ediblər.

2005-ci ildə parlament seçkilərində 14 saylı Xəzər seçki dairəsindən Mehriban Əliyevanın namizədliyi irəli sürülür. O, zəfərlə respublikanın qanunverici or­qanı olan Milli Məclisdə xalq nümayəndəsi statusunu alır. Bun­dan sonra 2010-cu il parlament seçkilərində o, 94,49%, 2015-ci ildə isə 96,7% səs toplayır.

Onun respublikanın seçki mühitində belə populyarlıq qa­zanması təsadüfi deyildi. Müasir Azərbaycan parlamentinin fəaliyyət tarixində misli görünməmiş addım onun 28 May – Respublika Günü ilə bağlı Mehriban xanımın amnisti­ya qanununun qəbul edilməsi xahi­şi ilə Milli Məclisə müraciət etməsi böyük razılıqla qarşılandı. Bu qa­nunvericilik təşəbbüsü 2007, 2009, 2013 və 2016-cı illərdə 30 mindən çox məhbusun müxtəlif cəzalardan azad edilməsinə, minlərlə ailənin sevincinə səbəb oldu.

Mehriban Əliyevanın Azərbaycanın ictimai-siyasi həyatında artan rolu onun Avropa Olimpiya Komitəsi tərəfindən qitə yarışlarının “qızıl standartı” kimi tanınan 2015-ci il Bakı Avropa Oyunlarının Təşkilat Komitəsinə rəhbərlik etməsində də özünü göstərirdi.

“Bakı 2015” Olimpiya proq­ramı kontekstində Mehriban Əliyeva 2015-ci il aprelin 10-11-də Moskvaya səfər edərək tədbirin təqdimat mərasimində iştirak etdi.

2015-ci ilin sentyabrında Mehriban Əliyeva Fransaya rəsmi səfər etdi və Parisdə prezident Fransua Olland, tanınmış siyasi xadimlər, o cümlədən Parisin birinci dairəsinin meri Fransua Le­qare ilə görüşdü. O, “Azərbaycan – tolerantlıq ölkəsi”, “Azərbaycan kəndi” fotosərgisinin açılışında və “Dini tolerantlıq: Azərbaycanda birgəyaşayış mədəniyyəti” konfransında gözəl çıxış edərək, parislilərin qəlbini fəth etdi.

Həmin il Mehriban Əliyeva An­talyada keçirilən G-20 sammitində iştirak etmək üçün qardaş Türkiyəyə, 2015-ci ilin noyabrında isə Prezident Əliyevin UNESCO-nun Baş Konfransında 38-ci sessiyanın Liderlər Forumunda iştirak etmək üçün həmin Fransa­da səfərdə oldu.

Milli Məclisin 4 mart 2016-cı il tarixli qərarına əsasən, Mehri­ban Əliyeva Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupuna rəhbərlik edib.

2016-cı ilin sentyabrın­da Azərbaycan Respublika­sının Konstitusiyasına bəzi dəyişikliklərin edilməsi məqsədilə Azərbaycanda konstitusiya re­ferendumu keçirildi. Dəyişikliklər bir sıra məsələlərlə yanaşı Birinci vitse-prezident vəzifəsinin təsis edilməsini də özündə ehtiva edirdi. Referendum Azərbaycan xalqının öz Prezidenti ilə tam yekdilliyini, onun daxili və xarici siyasətini qeyd-şərtsiz dəstəklədiyini nüma­yiş etdirdi və nəticədə, Konstitu­siyaya 29 əlavə və dəyişikliklər yekdilliklə qəbul edildi.

Mehriban xanım Əliyevanın uzun illər ictimai-siyasi, xeyriyyəçilik və mesenat fəaliyyəti ilə əldə etdiyi möhtəşəm nü­fuzu Azərbaycan Prezidenti İlham Əliyevin onu ölkənin idarə edilməsində özünün həmfikir yoldaşı kimi Azərbaycanın Birinci vitse-prezidenti təyin etməsi üçün stimul oldu.

2017-ci il sentyabrın 15-də Mehriban Əliyeva Yaponiya xarici işlər nazirinin parlament işləri üzrə müavini Manabu Horinin başçı­lıq etdiyi nümayəndə heyəti ilə görüşü zamanı Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri-Çıraq-Günəşli” yatağının birgə işlənməsi üzrə birgə fəaliyyət, o cümlədən qeyri-neft sektorunda turizm, kənd təsərrüfatı və təhsil sahəsində əməkdaşlıq məsələləri müzakirə olundu.

2019-cu ilin noyabrında Mehriban xanım Birinci vitse-pre­zident vəzifəsində ilk rəsmi dövlət səfərini Rusiyaya etdi. Onun prezident Vladimir Putin və baş nazir Dmitri Medvedevlə apardığı ikitərəfli danışıqlar konstruktivlik və qarşılıqlı anlaşma şəraitində keçdi.

Prezident Vladimir Pu­tin Rusiya-Azərbaycan münasibətlərinin hərtərəfli inkişa­fında Mehriban xanım Əliyevanın xidmətlərinə əsaslanaraq, onu Rusiya Federasiyasının ali dövlət mükafatı – “Dostluq” ordeni ilə təltif etdi. Onun dövlətçilik müstəvisində fədakar əməyini təcəssüm etdirən faktlar saysız-hesabsızdır.

44 günlük Vətən müharibəsindən sonra torpaqları­mız işğaldan azad olundu. Doğma Azərbaycan torpağı artıq böyük Qayıdışa qucaq açıb

Prezident İlham Əliyev və silahdaşı, respublikanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Azərbaycan xalqının ulu öndərinin məzarı önündə baş əydilər, bildirdilər ki, onun başladığı iş Qarabağ torpağında Azərbaycanın qəhrəman oğullarının mütləq qələbəsi və zəfər yürüşü ilə başa çatmışdır!

Tamamilə təbiidir ki, Qələbə Günü münasibətilə Azərbaycan xalqını Birinci vitse-prezident Meh­riban xanım Əliyeva da təbrik etdi.

Birinci vitse-prezident Mehriban Əliyeva Prezident İlham Əliyevlə birlikdə işğal­dan azad edilmiş rayonları gəzərək müharibədən sonrakı yenidənqurma işlərinə rəhbərlikdə bilavasitə iştirak edib, bu ərazilərin abadlaşdırılması, geri dönən qaçqınlar üçün ən məqbul sosial-məişət şəraitinin yaradılması üçün əlindən gələni əsirgəməyib.

Bir vaxtlar Amerikanın məşhur ictimai xadimi Ella Beyker pafoslu şəkildə demişdi: “İşıq verin, insan­lar bir yol tapacaqlar”.

Bu gün Azərbaycan xalqının yoluna belə bir nuru və işığı onun qəhrəman oğlu – Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və onun sədaqətli silahda­şı Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva saçır!


Mirnazir Əliyev,

Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi
33 saylı Mənzil - Kommunal İsrismar Sahəsinin rəisi.




26-08-2022, 11:13 | Vətən və xalq naminə fədakarlıq

Vətən və xalq naminə fədakarlıq




2014-cü il dekabrın 24-də Prezident İlham Əliyev 53 yaşını qeyd edəndə birinci xanım Mehriban Əliyeva dövlət başçısına təbrikində arzularını bu cür ifadə etmişdi: “Mən ona Qarabağ düyününü açmaq üçün səbir arzulayıram. Mən inanıram ki, bu yolda İlham Əliyev qələbəni əldə edəcək!”. Əslində, bütün azərbaycanlıların ortaq hiss və duyğularını ehtiva edən bu sözlər o zaman müstəqillik tariximizin ən böyük arzusu kimi səslənirdi. O vaxta qədər Heydər Əliyev Fondunun prezidenti kimi Azərbaycan həqiqətlərini, Qarabağ münaqişəsinin əsl mahiyyətini öz layihələri ilə beynəlxalq miqyasda təbliğ edən Mehriban Əliyevanın Prezidentə ünvanladığı bu arzunun mahiyyətində hər bir fərdin, bütövlükdə xalqın müqəddəs hədəfi qərarlaşmışdı: Qarabağ mütləq işğaldan azad olunacaq!..

30 illik düyün o təbrikin yazılmasından cəmi 6 il sonra açıldı. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi 30 ildir canımızı boğazımıza yığan işğala son qoyurdu, biz milli maraqlara söykənən dövlətçilik fəlsəfəsinin təntənəsini yaşayaraq öz hədəflərimizə qovuşurduq, Vətən bütövləşirdi, dövlətin və xalqın qələbə ruhu Azərbaycan tarixinin ən parlaq səhifələrini yazırdı. Müharibənin başlanmasından iki gün sonra Mehriban Əliyeva sosial şəbəkə paylaşımında bütün xalqın qəlbindən keçənləri bir cümlədə dəqiq ifadə etmişdi: “Qoy Uca Tanrı hər bir azərbaycanlıya müqəddəs Qarabağ torpağını öpməyi nəsib etsin!..”. Nəhayət, 6 il öncə birinci xanımın Prezidentə arzuladığı səbir qalib gəlmişdi və bu Qələbə bizi bir xalq kimi tariximizin və taleyimizin qürurverici məqamına yüksəltmişdi – müqəddəs Qarabağ torpağına yollar açılmışdı.

İndi Qələbədən iki ilə yaxın vaxt keçir. Bu iki ildə müstəqilliyin övladlarının azad etdiyi torpaqlarda Prezident İlham Əliyevin başlatdığı quruculuq siyasətinin ən fəal iştirakçılarından biri Mehriban Əliyevadır. Onun azad olunmuş torpaqlarda həyata keçirdiyi çoxsaylı layihələr Qarabağa öz simasını, milli kimliyini qaytarır. Şuşada muğam səslənir, “Xarıbülbül” festivalı, Vaqif Poeziya Günləri keçirilir. Mehriban xanımın rəhbərlik etdiyi Heydər Əliyev Fondu Gövhərağa məscidini, Vaqifin məqbərəsini, onlarla digər dini-mədəni abidələri bərpa etməklə əslində, milli yaddaşı dirildir, bu torpaqlarda illərlə dağıdılan Azərbaycan izini bərpa edir, ona nəfəs verir, həyat verir. Qarabağın quruculuq kursunu onun zövqü və nəciblik prinsipləri zənginləşdirir. Mehriban Əliyevanı xalqa sevdirən həm də bu təəssübkeşliyidir, vətənpərvərliyidir, milli duyğularıdır.

2017-ci ildə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin edilən Mehriban Əliyevanın ona qədər də, ondan sonra da əsas missiyası Prezidentin və xalqın etimadını doğrultmaq olub. Bu, onun fəaliyyətinin dəyişməz faktıdır. Bu prinsipi formalaşdıran isə xalqın ona olan sonsuz rəğbətidir. Ona görə də onun Birinci vitse-prezident təyin edilməsi ilk növbədə cəmiyyətin sosial sifarişi idi və bu təyinat Prezidentin ölkədə başlatdığı islahatlar prosesinə ən böyük töhfə idi. Çünki Mehriban xanımın yüksək təşkilatçılıq qabiliyyəti, səriştəsi onun peşəkar imkanlarının dövlət idarəçiliyinə də tətbiqini zərurətə çevirmişdi. Vəzifəsinin ilk günlərindən o, bir daha sübut etdi ki, Azərbaycan xalqının və dövlətinin maraqlarını beynəlxalq miqyasda qoruyaraq xalqın mədəni-siyasi və tarixi-ictimai maraqlarını heç vaxt arxa plana keçirmir, parlaq dövlət xadimi kimi müasir Azərbaycan qadınının ictimai-siyasi obrazını uğurla təcəssüm etdirir. Ölkəmizin siyasi-iqtisadi, sosial-mədəni tərəqqisinə öz əməyi ilə tövhə verir. O, ən çox qayğıya ehtiyacı olan insanları axtarır, onlara kömək etməyi özünün bir nömrəli borcu bilir. O, diqqətini ilk növbədə həssas təbəqəyə yönəldir, qaçqın və məcburi köçkünlərin həyat və yaşayış şəraitinin yaxşılaşdırılmasını fəaliyyətinin prioriteti elan edir. “Mən sizin sevginizi, dəstəyinizi hiss edəndə daha inamlı oluram. Mənim üçün böyük şərəfdir ki, insanlar mənə dəstək verir, məni sevir, mənə inanır” deyərək bu katoqriyadan olan insanlarda Vətən imanını ölməyə qoymadı, dövlətin hər zaman onların arxasında dayandığını göstərdi. Həm də təsdiqlədi ki, o, öz ölkəsini yaxşı tanıyır və Vətənə xidmət etməyin bütün meyarlarını çox gözəl bilir.

Azərbaycan xalqı bu xidmətin əhəmiyyətinə hələ Mehriban xanımın parlament fəaliyyəti dövründə də şahidlik etmişdi. Ölkəmizin ən böyük siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü və partiya Sədrinin birinci müavini olan Mehriban Əliyeva Milli Məclisin deputatı olduğu dövrdə cəmiyyətin problemlərinə diqqətlə yanaşaraq ictimaiyyətin narahatlığına səbəb olan məsələlərin həllində hər zaman əsl vətəndaş mövqeyi sərgiləyib. Mehriban Əliyeva millət vəkili kimi öz seçicilərini heç vaxt diqqətdən kənarda qoymayıb, seçildiyi dairənin sosial problemlərinin həllində mühüm rol oynayıb. O, dəfələrlə parlamentdə əhf və amnistiya aktları ilə bağlı təşəbbüs qaldırıb, “Səhv etmiş, yolunu azmış insanlara həyatda yeni şans verməklə, onları bağışlayıb cəmiyyətə qaytarmaqla biz onlara yenidən həyatın, azadlığın dəyərini dərk etməyə, öz səhvlərini anlayıb doğru yola qayıtmağa kömək edirik” deyərək yüzlərlə insanın yenidən azadlığa qovuşmasına vəsilə olub.

Təbii ki, xalqın məhəbbətini qazanmaq bir günün işi deyil. Mehriban xanım bu naliyyətə çatmaq üçün uzun yol qət etdi. Bu yol heç də hamar olmadı, o, çox çətinlikləri əzmlə dəf etdi. Birinci xanım adını şərəflə daşımaq, dünya birliyində Azərbaycanın mövqeyini hər zaman qorumaq, uşaqdan böyüyə qədər hamının qayğısına qalmaq, cəmiyyətdəki problemlərin həllinə öz qətiyyəti və casarəti ilə nail olmaq əlbəttə ki, insandan böyük zəhmət və iradə tələb edir. Amma o, son dərəcə çətin və məsuliyyətli fəaliyyət sferasında özünü doğrultdu və onun uğur formulunun qayəsində duran əsas amil deyilən sözün həyatda öz təsdiqini tapmasıdır. Bu, Heydər Əliyev yoludur, bu, dövlətçilik, azərbaycançılıq yoludur ki, Mehriban Əliyeva uzun illərdir bu yolla uğurla irəliləyir.

2004-cü ildə Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyətə başlaması Azərbaycanda böyük ənənələri və tarixi olan xeyriyyəçilik məktəbinin yenidən dirçəlməsi və yaşadılmasına çox ciddi təkan verdi. O, fəaliyyətinin elə ilk dövrlərində sübut etdi ki, əlçatmaz xəyalların və arzuların reallaşması insan fenomeninin gücünə mümkündür. Ona görə də bu, Mehriban xanım üçün təkcə yüksək vəzifə borcu kimi qalmadı, özünü insani mənada daha geniş əks etdirdi. Bu fəaliyyət vətənsevərliyə, iradəyə və qüdrətə kökləndi. Heydər Əliyev Fondunun yaradılması dövlətin cəmiyyətə ünvanlanan ali məqsədlərinin reallaşdırılması yolunda tarixi naliyyətə çevrildi.

Yarandığı gündən Heydər Əliyev Fondu bütün diqqəti cəmiyyəti narahat edən, Azərbaycan vətəndaşlarının həyatı, sağlamlığı, təhsili ilə bağlı olan sahələrə yönəltdi. Məqsədlər o qədər aydın və ali idi ki, qısa vaxtda Heydər Əliyev Fondu yardıma ehtiyac duyan hər bir kəsin ümid yeri və istinadgahına çevrildi. Mehriban xanım deyir: “Cəmiyyətdə bütün ağır, çətin problemləri xeyirxahlıqla, insansevərliklə, mərhəmətlə həll etməyə çalışmaq lazımdır. Bu, vətəndaş cəmiyyətinin formalaşmasında ən əsas şərtlərdən biridir”. Bu cəmiyyəti formalaşdırmaq isə gələcəyimiz olan uşaqlara diqqət və qayğıdan başladı. Mehriban Əliyeva xeyirxahlığın və mərhəmətin ilk ünvanı kimi uşaqları seçdi. Heydər Əliyev Fondunun həyata keçirdiyi “Uşaq evlərinin və internat məktəblərinin inkişafı” proqramı bu kateqoriyadan olan uşaqların həyat şərtlərinin yaxşılaşdırılmasına, onların hər zaman diqqət və qayğı ilə əhatə olunmasına geniş imkanlar açdı. Məhz onun təşəbbüsü ilə bütün uşaq evləri və internat məktəbləri yenidən quruldu, onların maddi-texniki bazası möhkəmləndirildi, bu isə əlbəttə ki, tərbiyənin məzmununa təsirsiz qalmadı. Azərbaycanın birinci xanımı çoxdan bəri ictimai narahatlığa səbəb olan ciddi bir problemin - uşaq evlərində tərbiyə alan və 18 yaşı tamam olmuş qızların mənzillərlə təmin edilməsi ilə bağlı çox mühüm problemin həllinə də nail oldu. “Ən gözəl təmir olunan uşaq evi, ən müasir internat məktəbi heç vaxt ailəni, ailə mühitini əvəz edə bilməz” deyən Mehriban Əliyeva uşaqlar üçün gördüklərini yalnız ürəyinin hökmü ilə etdi, ürəklə etdi.

Heydər Əliyev Fondunun “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi də müasir tariximizin ən böyük sosial hadisələrindən biridir. Məktəb tikintisi ilə bağlı dövlət səviyyəsində həyata keçirilən işlərə dəstək verən Mehriban Əliyevanın xidmətləri sayəsində Azərbaycanda yüzlərlə yeni məktəblər tikildi, əsas diqqət ucqar kəndlərə yönəldildi. Bu proses yalnız ölkə daxili ilə məhdudlaşmadı, yaxın-uzaq xarici də əhatə etdi.

Mehriban Əliyevanın rəhbərlik etdiyi Fond ana və uşaqların sağlamlığı ilə bağlı çoxsaylı layihələrin də müəllifidir. Səhiyyə infrastukturunun yaxşılaşdırılmasına töhfə verməklə yanaşı, "Diabetli uşaqlara ən yüksək qayğı" və "Talassemiyasız həyat naminə" proqramlarını reallaşdıran Heydər Əliyev Fondu Talassemiya Mərkəzini inşa etməklə illərlə davam edən böyük narahatlığa son qoydu, sağlam genofondun qorunması yolunda olduqca mühüm missiyanı şərəflə yerinə yetirdi.

Milli-mənəvi dəyərlərimizin qorunmasında dövlət başçısının ideyelarının əsas təbliğatçısı kimi çıxış edən Mehriban Əliyeva dini ocaqların bərpasına xüsusi diqqət yetirir. Heydər Əliyev Fondunun “Tolerantlığın ünvanı Azərbaycan” layihəsi çərçivəsində həm İslam, həm də başqa dinlərə mənsub müqəddəs ocaqların bərpası və yenidənqurulması əsrlərdir Azərbaycanda formalaşan tolerantlıq və multikulturalizm ruhuna uyğundur və bu sahədəki dövlət siyasətinə əvəzsiz töhfədir. Bu, həm də Azərbaycanın birinci xanımının mədəni irsimizə münasibətinin dinamikasını və miqyasını göstərir.

O, Azərbaycandakı idman hərəkatına da dəyərli töhfələr verir. Azərbaycan Gimnastika Federasiyasına rəhbərlik edən Mehriban xanım 2015-ci ildə keçirilən Birinci Avropa Oyunlarının və 2017-ci ildə baş tutan IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinə rəhbərlik edib. İki illik qısa fasilə ilə Bakıda keçirilən və proqramı vətənpərvərlik məzmunu ilə zəngin olan bu beynəlxalq idman yarışları Mehriban Əliyevanın yüksək təşkilatçılıq qabiliyyəti sayəsində dünyada böyük rəğbət qazanıb və keyfiyyət standartı ilə seçilib.

Mehriban Əliyevanın fəaliyyətində Azərbaycan mədəniyyətinin inkişafı xüsusi yer tutur. O, bu sahədə nəhəng layihələrin müəllifidir. O, bir vaxtlar məhv olmaq təhlükəsi yaşayan muğam sənətinə yenidən həyat verib, muğamı UNESCO-nun "bəşəriyyətin şifahi və qeyri-maddi irsinin şah əsərləri" siyahısına daxil edib, Bakıda Beynəlxalq Muğam Mərkəzi tikdirib. “Muğam Azərbaycan xalqına xas olan ən gözəl xüsusiyyətlərin daşıyıcısıdır” deyən Mehriban Əliyeva onu da bildirir ki, torpağa, köklərə bağlılıq, vətənpərvərlik, milli ləyaqət hissi, qonaqpərvərlik, xeyirxahlıq, mərhəmət, emosional zənginlik - bütün bu hisslər muğam fəlsəfəsinin əsasındadır. Ancaq UNESCO-nun siyahısına düşən yalnız muğam olmadı. Milli aşıq musiqisi, Novruz bayramı, Azərbaycan xalça toxuculuğu sənəti, tar ifaçılığı sənəti, kalağayı, Lahıc misgərlik sənəti, Nar bayramı, Dədə Qorqud irsi və digər dəyərlərimizin də bu siyahıya daxil edilməsi və dünyada tanıdılması Mehriban xanımın humanist-mədəni fəaliyyətinin nailiyyətləridir.

UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri olan Mehriban Əliyevanın fəaliyyətinin böyük hissəsi Azərbaycan mədəniyyətinin dünyada təbliğinə həsr olunub. Onun milli mədəniyyətimizi tərənnüm edən layihələri xaricdə hər zaman maraqla qarşılanıb, bu, Azərbaycanın beynəlxalq miqyasda müsbət imicinin formalaşmasında, xalqımızın malik olduğu zəngin mədəniyyətin xarici auditoriyada dərin təəssürat yaratmasında əsl maarifçilik fəaliyyətidir ki, Mehriban xanım bu çətin işin də öhdəsindən uğurla gəldi, müasir beynəlxalq ənənəyə uyğun fəaliyyət modeli formalaşdırdı. 2012-ci ildə beynəlxalq “Avroviziya” səhnəsini Bakıda qurmaqla sübut etdi ki, xalqları bir-birinə yaxınlaşdıran ən mühüm bağlardan biri mədəniyyət və incəsənətdir.

Mehriban Əliyeva xaricdə həyata keçirdiyi uğurlu layihələri ilə beynəlxalq miqyasda böyük hörmət və nüfuz qazanıb. O, Romada müqəddəs Marçellinio və Pietro katakombalarının bərpasında, Luvr muzeyində İslam incəsənəti bölməsinin yaradılmasında, Strasburq Kafedral kilsəsinin XIV əsrə aid olan beş pəncərəsinin, Berlin qəsrinin, Bolqarıstanda “Trapezitsa” Memarlıq Muzeyi Qoruğunun bərpasında və bu kimi çoxsaylı layihələrin icrasında iştirak edib. Onun xidmətləri sayəsində Azərbaycan Vatikanda mədəni dəyərlərinin nümayiş olunduğu sərgi təşkil edən ilk müsəlman ölkəsi kimi tarixə düşüb.

Mehriban xanım Əliyeva, heç vaxt dünyanı narahat edən qlobal məsələlərə biganə qalmayıb, müxtəlif vaxtlarda Bakıda bu məsələlərin müzakirə olunduğu beynəlxalq forumların, konfransların təşəbbüskarı kimi çıxış edib, qadınların və uşaqların hüquqlarının müdafiəsində əsl fədakarlıq göstərib. Azərbaycanın birinci xanımının fəaliyyətinə olan maraq müxtəlif vaxtlarda ona təqdim edilən mükafatlarda öz əksini tapıb. Mehriban Əliyeva “Yüzilliyin mesenantları” Beynəlxalq Xeyriyyə Fondunun “Yaqut Xaç” ordeni, Ümumdünya Əqli Mülkiyyət Təşkilatının qızıl medalı, Dünya Səhiyyə Təşkilatının mükafatı, “Qızıl ürək” beynəlxalq mükafatı, Polşanın “Xidmətlərə görə” böyük komandar xaçı, Fransanın “Şərəf legionu”, İtaliyanın “Xidmətlərə görə” böyük xaç kavaleri, UNESCO-nun “Qızıl Motsart” medalı və "Heydər Əliyev" ordeni ilə təltif olunub. Ancaq onun ən böyük mükafatı xalqın sonsuz məhəbbəti və sevgisidir. Bu gün bu sevginin təməlində artıq çin olan böyük Qarabağ arzusu var, onu yenidən dirçəltmək, Prezidentlə birlikdə əl-ələ verib Qarabağın tarixinə, mədəniyyətinə öz möhürünü vurmaq, şəhid ailələrini, müharibə qazilərini diqqət və qayğı ilə əhatə etmək kimi milli hədəf var və Azərbaycanın birinci xanımı bu hədəfə doğru inamla və qətiyyətlə irəliləyir.

“Həyatda hər bir kəsin yerini və taleyini tarix müəyyənləşdirir. Odur ki, nə böyük, nə də kiçik rollar olmur. Öz həyat kitabını yazmağa ancaq sənin şəxsi və dərk edilmiş məsuliyyətin imkan verir. Kimsənsə elə də olmalısan. Bax, budur bizim həyatımız!” deyən Mehriban Əliyeva Azərbaycan tarixinə xalqına sonsuz məhəbbəti, gördüyü əzəmətli quruculuq işlərinin miqyası və xeyriyyəçilik əməlləri ilə daxil olub. Çünki Mehriban Əliyeva həyat yolunu və fəaliyyət dairəsini özü müəyyənləşdirib. O, xeyirxahlıq yolunu seçib, yardıma ehtiyacı olan hər kəsin yanında olmaq onun həyat amalıdır. Mehriban Əliyevanı xalqımıza ən çox sevdirən də elə bu prinsipləridir ki, onun da təməlində çox sadə bir ideya dayanır: insanlara yaxşılıq etmək.


Manaf Manafov,
Nərimanov Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi rəisi.


26-08-2022, 11:06 | Mehriban Əliyeva Vətənə xidmətin meyarlarını gözəl bilən parlaq dövlət xadimidir

Mehriban Əliyeva Vətənə xidmətin meyarlarını gözəl bilən parlaq dövlət xadimidir


Tarix dəfələrlə bu həqiqəti təsdiq edib ki, hər bir dahi kişinin arxasında görkəmli qadın dayanır. Bu həqiqət bu və ya digər formada həm Oskar Uayldın, həm Qrey Conun, həm Anatol Fransın və başqalarının deyimlərinin fabulasını təşkil edib. Tarixə səyahət etməklə bu postulatın müdrikliyinə əmin olmaq olar. Misal üçün, Qədim Misirin əfsanələşmiş çariçası Nefertiti həyat yoldaşının – dahi Misir islahatçısı Exnatonun islahatlarının həmmüəllifi olub. Yarım əsr boyunca patriarxal Çinin hakimiyyətində həyat yoldaşı ilə birgə olmuş imperator Tsinin xanımı imperatriça Tsısini cəsarətlə bu sıraya aid etmək olar.

XIX əsrin məşhur alman filosofu, dramaturqu Kristian Fridrix Gebelin təyininə görə, “dahi beyinlərin növbəsi bəşəriyyət tarixinin başlığıdır” fikrini əsas götürsək, müasir dövrümüzün görkəmli Azərbaycan qadını­nın, dünya miqyaslı dahi dövlət xadimi, Azərbaycan Respublika­sının Prezidenti İlham Əliyevin həyat yoldaşı, özündə biliyin, əməksevərliyin, təkrarsız huma­nizmin və xeyirxahlığın nadir birli­yini təcəssüm etdirən Azərbaycan Respublikasının Birinci vitse-pre­zidenti Mehriban Əliyevanın adı Azərbaycan dövlətçiliyinin, ölkənin beynəlxalq arenada nüfuzunun möhkəmlənməsi ilə birgə çəkilir.

Bəlkə də indiki mərhələdə dün­yanın qadın siyasi xadimlərindən heç kim Mehriban xanım qədər Şərq qadınının müdrikliyini, əxlaqını, lütfünü Qərbin siyasi mo­dernizmi, zəkası, düşüncə azadlığı ilə təkrarolunmaz xarici görünüşü ilə birləşdirə bilməyib. İki böyük dünya sivilizasiyasının bütün bu xüsusiyyətləri onda inanılmaz har­moniya ilə yanaşı təzahür edir.

Mehriban xanım Əliyevanın genetik cizgiləri Azərbaycan xalqının mənəvi elitarlığının daşıyıcıları olub, onun yüksək əxlaqi xarakterini simvolizə edib. XX əsr Azərbaycan ədəbiyyatının görkəmli mütəfəkkirlərindən biri görkəmli yazıçı Mir Cəlal Paşa­yevdir.

Təbii olaraq, ötən əsrin Vətən jurnalistikasının patriarxlarından biri kimi onun ana babası, uzun illər “Bakı”, “Baku” qəzetlərinin redaksiyasına rəhbərlik etmiş, Azərbaycan tarixində silinməz iz qoymuş Nəsir İmanquliyev hesab olunur ki, publisist fəaliyyəti ilə Azərbaycan jurnalistikası tarixində silinməz izlər qoyub.

Mehriban Əliyevanın anası - akademik, Azərbaycan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun direktoru Aida İmanquliyeva Azərbaycan elmi­ni təmsil edən bütün dünyada yüksək səviyyəyə qaldıran parlaq şərqşünaslar kateqoriyasına aid idi.

Mehriban Əliyevanın atası - fizika-riyaziyyat elmləri sahəsində görkəmli alim, akademik Arif Paşa­yev Azərbaycan Respublikasının elm və təhsil sisteminin və mülki aviasiyasının fəxri olan Milli Aviasi­ya Akademiyasının rəhbəridir.

Mehriban xanım Əliyeva bu nadir genetik kodun misilsiz intellektual səviyyəsi ilə fərqlənən daşıyıcısıdır.

Şübhəsiz ki, genetik istedadı­nın üzə çıxmasına onun özündə formalaşdırdığı məziyyətlərlə yanaşı, müasir dövrün dahi siyasətçisi, dövlət başçısı İlham Əliyevlə bir silahdaş kimi ya­naşı fəaliyyəti də böyük təsir göstərib. Fikir eyniliyi və yekdillik Azərbaycan Respublikasının di­namik dövlət-siyasi, sosial-iqtisadi və mədəni tərəqqisini təmin etmək üçün onların birgə fəaliyyətlərini sinxronlaşdırdı.

Mehriban xanım 1982-ci ildə Bakının ən güclü məktəblərindən birini qızıl medalla bitirmişdir. 1982-1988-ci illərdə Sovet İttifa­qının aparıcı universitetlərindən birində - Birinci Moskva Tibb İns­titutunda təhsilini davam etdirmiş, İ.M.Seçenov adına universiteti fərqlənmə diplomu ilə bitirdikdən sonra akademik M.Krasnovun rəhbərliyi ilə Moskva Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitu­tunda işləməyə başlamış, 2005-ci ildə “Evtanaziya və dünyada bəşəriyyət problemi” mövzusunda namizədlik dissertasiyasını uğurla müdafiə etmişdir.

Şübhəsiz ki, yaxın gələcəkdə tarixçilərin, hüquqşünasların, kulturoloqların, politoloqların elmi araşdırmalarının önəmli qismi Mehriban xanım Əliyevanın səmərəli dövlətçilik fəaliyyətinə həsr olunacaqdır.

Mehriban xanım Əliyevanın yorulmaz fəaliyyətinin önəmli istiqamətlərindən biri Ermənistanın informasiya və təbliğat ekspansi­yası olmuşdur.

Mehriban xanımın o zamankı fəaliyyəti sayəsində işğalçı ölkənin hərəkətləri Sizif əməyinə çevril­di. Onun dünyada Azərbaycanın mütərəqqi imicini formalaşdırmaq, ölkənin sosial-iqtisadi, sənaye, mədəni nailiyyətlərini nümayiş etdirmək üçün göstərdiyi titanik səylər real nəticələr vermişdir.

Mehriban xanım Əliyevanın Azərbaycanı tanıtmaq istiqamətində uğurlu fəaliyyəti onun ictimai-siyasi xadim obrazına yeni çalarlar gətirdi.

2004-cü il mayın 10-dan rəhbərlik etdiyi Heydər Əliyev Fondu Mehriban xanım Əliyeva üçün ölkədə humanitar siyasətin həyata keçirilməsi yönündə fun­damental əsas oldu. Valideynlərini itirmiş uşaqlara yardımın təşkili, uşaq bağçalarının və məktəblərin tikintisi və yenidən qurulması ilə yanaşı, Fond onun rəhbərliyi altın­da Azərbaycan Respublikasının sarsılmaz nüfuzunu təsdiqləyən proqramlar həyata keçirmişdir.

Həmin illərdə Mehriban xanım Əliyevanın fəaliyyətində əsas istiqamət erməni təbliğatının ifşa edilməsi və Azərbaycan ərazilərində dinc əhaliyə qarşı törədilmiş cinayətlərin dünya ictimaiyyətinə çatdırılması olmuş­dur.

Onun bilavasitə himayəsi ilə “Qarabağ həqiqətləri” bukletlər topluları, “Müharibə və mədəni-tarixi abidələrimiz”, “Azərbaycana qarşı müharibə: silah altında mədəni irs” kitabları nəşr olunub.

2008-ci ildə erməni quldur dəstələrinin 1992-ci ilin fevralın­da Xocalı şəhərində dinc əhaliyə qarşı törətdikləri soyqırımının mahiyyətini üzə çıxaran “Xoca­lıya ədalət” beynəlxalq məlumat kampaniyası yaradılmışdır. Bu kampaniya ondan çox dövlət, ABŞ-ın 20-dən çox ştatının qanun­verici orqanı, İslam Əməkdaşlıq Təşkilatı və Şotlandiya parlamenti tərəfindən dəstəklənib.

2019-cu ildə Xocalı soyqı­rımı qurbanlarının xatirəsinə həsr olunmuş mərasimdə Dövlət Dumasının hər bir fraksiyasından olan parlamentarilər Azərbaycana dəstəyini ifadə etmək, öz seçicilərinə və bütün dünyaya belə hadisələrin yolverilməzliyini çatdır­maq məqsədilə iştirak ediblər.

2005-ci ildə parlament seçkilərində 14 saylı Xəzər seçki dairəsindən Mehriban Əliyevanın namizədliyi irəli sürülür. O, zəfərlə respublikanın qanunverici or­qanı olan Milli Məclisdə xalq nümayəndəsi statusunu alır. Bun­dan sonra 2010-cu il parlament seçkilərində o, 94,49%, 2015-ci ildə isə 96,7% səs toplayır.

Onun respublikanın seçki mühitində belə populyarlıq qa­zanması təsadüfi deyildi. Müasir Azərbaycan parlamentinin fəaliyyət tarixində misli görünməmiş addım onun 28 May – Respublika Günü ilə bağlı Mehriban xanımın amnisti­ya qanununun qəbul edilməsi xahi­şi ilə Milli Məclisə müraciət etməsi böyük razılıqla qarşılandı. Bu qa­nunvericilik təşəbbüsü 2007, 2009, 2013 və 2016-cı illərdə 30 mindən çox məhbusun müxtəlif cəzalardan azad edilməsinə, minlərlə ailənin sevincinə səbəb oldu.

Mehriban Əliyevanın Azərbaycanın ictimai-siyasi həyatında artan rolu onun Avropa Olimpiya Komitəsi tərəfindən qitə yarışlarının “qızıl standartı” kimi tanınan 2015-ci il Bakı Avropa Oyunlarının Təşkilat Komitəsinə rəhbərlik etməsində də özünü göstərirdi.

“Bakı 2015” Olimpiya proq­ramı kontekstində Mehriban Əliyeva 2015-ci il aprelin 10-11-də Moskvaya səfər edərək tədbirin təqdimat mərasimində iştirak etdi.

2015-ci ilin sentyabrında Mehriban Əliyeva Fransaya rəsmi səfər etdi və Parisdə prezident Fransua Olland, tanınmış siyasi xadimlər, o cümlədən Parisin birinci dairəsinin meri Fransua Le­qare ilə görüşdü. O, “Azərbaycan – tolerantlıq ölkəsi”, “Azərbaycan kəndi” fotosərgisinin açılışında və “Dini tolerantlıq: Azərbaycanda birgəyaşayış mədəniyyəti” konfransında gözəl çıxış edərək, parislilərin qəlbini fəth etdi.

Həmin il Mehriban Əliyeva An­talyada keçirilən G-20 sammitində iştirak etmək üçün qardaş Türkiyəyə, 2015-ci ilin noyabrında isə Prezident Əliyevin UNESCO-nun Baş Konfransında 38-ci sessiyanın Liderlər Forumunda iştirak etmək üçün həmin Fransa­da səfərdə oldu.

Milli Məclisin 4 mart 2016-cı il tarixli qərarına əsasən, Mehri­ban Əliyeva Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupuna rəhbərlik edib.

2016-cı ilin sentyabrın­da Azərbaycan Respublika­sının Konstitusiyasına bəzi dəyişikliklərin edilməsi məqsədilə Azərbaycanda konstitusiya re­ferendumu keçirildi. Dəyişikliklər bir sıra məsələlərlə yanaşı Birinci vitse-prezident vəzifəsinin təsis edilməsini də özündə ehtiva edirdi. Referendum Azərbaycan xalqının öz Prezidenti ilə tam yekdilliyini, onun daxili və xarici siyasətini qeyd-şərtsiz dəstəklədiyini nüma­yiş etdirdi və nəticədə, Konstitu­siyaya 29 əlavə və dəyişikliklər yekdilliklə qəbul edildi.

Mehriban xanım Əliyevanın uzun illər ictimai-siyasi, xeyriyyəçilik və mesenat fəaliyyəti ilə əldə etdiyi möhtəşəm nü­fuzu Azərbaycan Prezidenti İlham Əliyevin onu ölkənin idarə edilməsində özünün həmfikir yoldaşı kimi Azərbaycanın Birinci vitse-prezidenti təyin etməsi üçün stimul oldu.

2017-ci il sentyabrın 15-də Mehriban Əliyeva Yaponiya xarici işlər nazirinin parlament işləri üzrə müavini Manabu Horinin başçı­lıq etdiyi nümayəndə heyəti ilə görüşü zamanı Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri-Çıraq-Günəşli” yatağının birgə işlənməsi üzrə birgə fəaliyyət, o cümlədən qeyri-neft sektorunda turizm, kənd təsərrüfatı və təhsil sahəsində əməkdaşlıq məsələləri müzakirə olundu.

2019-cu ilin noyabrında Mehriban xanım Birinci vitse-pre­zident vəzifəsində ilk rəsmi dövlət səfərini Rusiyaya etdi. Onun prezident Vladimir Putin və baş nazir Dmitri Medvedevlə apardığı ikitərəfli danışıqlar konstruktivlik və qarşılıqlı anlaşma şəraitində keçdi.

Prezident Vladimir Pu­tin Rusiya-Azərbaycan münasibətlərinin hərtərəfli inkişa­fında Mehriban xanım Əliyevanın xidmətlərinə əsaslanaraq, onu Rusiya Federasiyasının ali dövlət mükafatı – “Dostluq” ordeni ilə təltif etdi. Onun dövlətçilik müstəvisində fədakar əməyini təcəssüm etdirən faktlar saysız-hesabsızdır.

44 günlük Vətən müharibəsindən sonra torpaqları­mız işğaldan azad olundu. Doğma Azərbaycan torpağı artıq böyük Qayıdışa qucaq açıb

Prezident İlham Əliyev və silahdaşı, respublikanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Azərbaycan xalqının ulu öndərinin məzarı önündə baş əydilər, bildirdilər ki, onun başladığı iş Qarabağ torpağında Azərbaycanın qəhrəman oğullarının mütləq qələbəsi və zəfər yürüşü ilə başa çatmışdır!

Tamamilə təbiidir ki, Qələbə Günü münasibətilə Azərbaycan xalqını Birinci vitse-prezident Meh­riban xanım Əliyeva da təbrik etdi.

Birinci vitse-prezident Mehriban Əliyeva Prezident İlham Əliyevlə birlikdə işğal­dan azad edilmiş rayonları gəzərək müharibədən sonrakı yenidənqurma işlərinə rəhbərlikdə bilavasitə iştirak edib, bu ərazilərin abadlaşdırılması, geri dönən qaçqınlar üçün ən məqbul sosial-məişət şəraitinin yaradılması üçün əlindən gələni əsirgəməyib.

Bir vaxtlar Amerikanın məşhur ictimai xadimi Ella Beyker pafoslu şəkildə demişdi: “İşıq verin, insan­lar bir yol tapacaqlar”.

Bu gün Azərbaycan xalqının yoluna belə bir nuru və işığı onun qəhrəman oğlu – Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və onun sədaqətli silahda­şı Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva saçır!

Vüqar İbrahimov,
"Sahil Tradinq"MMC-nin Neptun marketlər şəbəkəsinin direktoru .


26-08-2022, 10:56 | İstefa verin, qoşulun müxalifətçilik edənlərə... - Qüdrət Həsənquliyev

İstefa verin, qoşulun müxalifətçilik edənlərə... - Qüdrət Həsənquliyev


Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyevin xalqcebhesi.az saytına müsahibəsini təqdim edir:

- Qüdrət bəy, son vaxtlar internet TV-lərdə, sosial şəbəkələrdə ünvanınıza əsassız, bəzən yumşaq desək, etik çərçivəni aşan ittihamlar səsləndirilir. Bu barədə nəsə demək istərdinizmi?

- Belələri arasında heç bir sanballı, vicdanlı və intellekt sahibinə rast gəlməmişəm. Mən həmin rəzil adamları istifadə edənlərə acıyıram. Gör kimlərin ümidinə qalıblar. İqtidarın maliyyələşdirdiyi kanallarda iqtidarın vətənpərvərliyindən danışıb məni rusiyayönümlülükdə ittiham edənlərə və onları öyrədənlərə deyirəm ki, nə 10 noyabr, nə də 22 fevral sazişini mən imzalamamışam. Siyasət mümkün olanı əldə etmək bacarığıdır. İlham Əliyev həmin sazişləri imzalamaqla mümkün olan maksimuma nail olub. Bu gün nail ola bilmədiklərimizə sabah nail olacağıq. Sadəcə səbirlə növbəti əlverişli geosiyasi vəziyyətin yaranmasını gözləməliyik. Məhz bu səbəbdən, mən həmin sazişlərin imzalanmasını doğru, iqtidarın Rusiyaya münasibətdə yürütdüyü dostluq və müttəfiqlik siyasətini, ictimai rəyin bunu birmənalı qəbul etmədiyini bilsəm də, milli maraqlara uyğun hesab etmişəm. İqtidarın internet TV-lərindən məni ittiham edənlərin kişiliyi və cəsarəti varsa, sözünü iqtidara desin. Biz Rusiyaya münasibətdə yürüdülən düzgün siyasətin, Prezidentlərin bir-birinə olan güvəninin hesabına işğal altındakı torpaqlarımızın 80%-ni işğaldan azad etdik. Vay bunu qanmayanların halına. Sosial şəbəkələrdə mənə böhtan atanlara səslənirəm, şəhid ailələrinin, qazilərin, sadə insanların sosial müdafiəsinin gücləndirilməsini, onlara diqqətin artırılmasını hökumətdən tələb edən, iqtisadi, sosial və hüquqi islahatların aparılmasının zəruriliyindən danışan və bu istiqamətdə ən çox təkliflər verən deputat və siyasətçilərdən biriyəm. Ola bilsin sizi böhtana sövq edənləri əslində narahat edən həm də budur. Qoy vicdanı olanlar mənim fəaliyyətimi araşdırsın, sonra danışsın. İntriqaçılara isə deyirəm ki, sizlər iqtidarı səviyyəli dəstəkləmək baxımından yararsız olduğunuzu bilirsiniz və bu işi daha yaxşı görənlər sizdə qıcıq doğurur, ona görə özünüz kimiləri digərlərinin üzərinə qısqırtmaqla onları nüfuzdan salacağınızı düşünürsünüz. Əslində isə iqtidarın siyasətinə qarşı çıxıb onu gözdən salırsınız. İqtidarın Rusiya siyasətini bəyənmirsinizsə, istefa verin, gedin qoşulun iqtidardan qovulub müxalifətçilik edənlərə. Öz səviyyənizdə olanların yanına gedin. Xalq hərəkatının üzə çıxardığı gerizəkalı tör-töküntülərdən, yaxud uğursuz, bir tikə çörəyə möhtac yazıq adamlardan başqalarına qarşı istifadə etməyə çalışmayın.

- Yeri gəlmişkən, iqtidarın işdən qovduğu nazirlər, səfirlər, müşavirin müşavirləri, yaxud iqtidarın deputat və ya yenidən deputat seçilməsinə dəstək vermədiyi adamlar, hökumətlə əməkdaşlıq etmiş, amma sürüşkənliklərinə görə rədd edilmiş partiya sədrləri, “siyasi fəallar”, jurnalistlər sanki yarışırmışlar kimi radikallıqları ilə fərqlənməyə, özlərini əsl müxalifət və bu iqtidarın real alternativi kimi təqdim etməyə çalışırlar. Onlar nə qədər perspektivli işlə məşğuldurlar?

- Bilirsiniz, qeyd etdiyiniz vəzifədə olmuş adamların heç biri aparılan siyasətə etiraz edib istefa verməyiblər, işdən qovulandan, yaxud deputat seçilməyəndən sonra müxalifətçilik etməyə başlayıblar. Onlar vəzifədə olanda bu iqtidarı öyüb, bu gün onların danışdıqları problemləri qaldıranları isə aşağılayıblar. Müxalifətçiliyə də işdən qovulandan dərhal sonra başlamayıblar. Hansısa möcüzənin baş verəcəyini və onlara münasibətin dəyişəcəyini xeyli gözləyiblər, bu istiqamətdə çalışıblar, amma ümidləri üzüləndən sonra başlayıblar müxalifətçiliyə. Bəzilərinin “müxalifətçiliyi”, “vicdanlılığı” isə ayrı-ayrı nazirlərin üzərinə qısqırdılmaqda ehtiva olunur. Onların “mübarizəsi” əqidə, dünyagörüş, ali dəyərlər, qanunların aliliyi uğrunda savaş, vətənpərvərlik davası deyil. Onlar vətənpərvərlik, insan haqları, demokratiya, hüquqi dövlət şüarları altında hakimiyyət uğrunda vuruşurlar, bəziləri sifariş yerinə yetirir. Bu vəzifə hərisləri istəklərinə çatmaq üçün şeytanla da əməkdaşlığa hazırdılar. Sadə insanlar siyasi baxımdan fəal olmasa da əslində nə baş verdiyini, həmin adamların əsl simasının nə olduğunu və onların nə istədiyini yaxşı başa düşür. Onların həllini gözləyən bəzi problemlərdən danışması, rəqiblərini və onlar kimi düşünməyənləri təhqir etmələri onların kimliyini və xalqın onlara olan münasibətini dəyişmir. Ona görə həmin adamlar heç vaxt xalqdan ciddi dəstək ala və bu iqtidarın real alternativinə çevrilə bilməz. Onların ümid bəslədiyi və siyasi dəstək gözlədikləri Qərb və müxtəlif xarici dairələr də bu adamların kimliyini və hakimiyyətə gələrlərsə, Azərbaycanı necə zəlil edəcəklərini də bilirlər və hərə öz marağına uyğun onlardan istifadə edir. Həm də nə xalqımızın böyük çoxluğu, nə də dövlətimiz 30 il bundan öncəki durumda deyil. Onlar gərək bunu nəzərə alsınlar.(dia.az)

26-08-2022, 10:30 | Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın doğum günüdür

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın doğum günüdür


Bu gün Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti, Yeni Azərbaycan Partiyası Sədrinin birinci müavini, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın doğum günüdür.

Mehriban Arif qızı Əliyeva Bakı şəhərində anadan olub.

1982-ci ildə Bakı şəhəri 23 №-li orta məktəbi qızıl medalla bitirərək N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olub. 1988-ci ildə M. Seçenov adına 1-ci Moskva Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirib. 1988-1992-ci illər ərzində Moskvada akademik Krasnovun rəhbərliyi altında Göz Xəstəlikləri Elmi-tədqiqat İnstitutunda işləyib.

1995-ci ildə Mehriban Əliyevanın təşəbbüsü ilə Azərbaycan Mədəniyyətinin Dostları Fondu təsis olunub. 1996-cı ildə Mehriban Əliyeva Azərbaycan mədəniyyətinin geniş təbliğ olunması məqsədilə üç dildə (Azərbaycan, ingilis və rus) çap olunan “Azərbaycan-İrs” jurnalını təsis edib.

2002-ci ildə Mehriban Əliyeva Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib.

Mehriban Əliyeva, həmçinin, Heydər Əliyev Fonduna rəhbərlik edir. 2004-cü il may ayının 10-da fondun rəsmi açılışı olub. Heydər Əliyev Fondu xeyriyyəçilik tədbirləri görür, təhsil, mədəniyyət, incəsənətlə bağlı layihələr həyata keçirir. Bu layihələr təkcə Azərbaycanla məhdudlaşmır. Mehriban Əliyevanın həyata keçirdiyi humanitar layihələr bütün dünyada məşhurdur. Onun təşəbbüsü ilə Pakistanda qızlar üçün yeni məktəb tikilib, İslamabadda, eləcə də Pakistanın digər əyalətlərində silsilə humanitar aksiyalar keçirilib. Versal sarayının bir hissəsinin və Strasburqda orta əsrlərə aid kilsənin, Luvr muzeyi qalereyasından birinin, Roma katakombalarının bərpası, Həştərxanda Azərbaycan-Rusiya dostluq körpüsünün tikilməsi, Müqəddəs Mələksima Knyaz Vladimirə Rusiyada ilk abidə ucaldılması və digər layihələr Heydər Əliyev Fondunun xeyriyyəçilik işləri sırasındadır.

2004-cü il avqustun 13-də Azərbaycanın şifahi xalq ədəbiyyatının və musiqi irsinin qorunub saxlanılması və inkişaf etdirilməsi sahəsindəki fəaliyyətinə görə Mehriban Əliyeva UNESCO-nun xoşməramlı səfiri adına layiq görülüb.

2004-cü il dekabrın 28-də Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin IV Baş Məclisində MOK-un İcraiyyə Komitəsinin üzvü seçilib.

2005-ci ildə Azərbaycanda keçirilən sosioloji sorğuya əsasən, Mehriban Əliyeva “İlin qadını” adına layiq görülüb. 2005-ci il iyunun 9-da ictimai, mesenatlıq və xeyriyyəçilik fəaliyyətinə görə, təhsil və mədəniyyət müəssisələrinin dəstəklənməsinə, Rusiya və Azərbaycan xalqları arasında dostluğun möhkəmlənməsinə sanballı töhfələrinə görə Rusiyanın “Yüzilliyin mesenatları” Beynəlxalq Xeyriyyə Fondunun “Yaqut Xaç” ordeninə layiq görülüb.

2005-ci ildə fəlsəfə elmləri namizədi alimlik dərəcəsi alıb.

Sivilizasiyalararası dialoq daxil olmaqla, müxtəlif sahələrdə genişmiqyaslı və fədakar fəaliyyətinə, qayğıya ehtiyacı olan uşaqlara diqqətinə, onların yaşayış şəraitinin yaxşılaşmasına, təhsilə, həmçinin İslam aləmində görülən işlərə böyük dəstəyinə görə 2006-cı il noyabrın 24-də İSESCO-nun xoşməramlı səfiri adına layiq görülüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) İcraiyyə Komitəsinin 2007-ci il yanvarın 29-da Cenevrədə keçirilən 120-ci sessiyasının yekdil qərarı ilə Mehriban Əliyevaya ana, uşaq və ailə sağlamlığının qorunması və möhkəmlənməsi işində müstəsna xidmətlərinə görə bu beynəlxalq təşkilatın mükafatı verilib.

Genişmiqyaslı xeyriyyəçilik fəaliyyətinə, bəşəriyyətin ali ideallarına xidmət sahəsində yüksək nailiyyətlərinə görə 2007-ci ilin mayında Mehriban Əliyeva “Qızıl ürək” beynəlxalq mükafatına layiq görülüb.

Mehriban Əliyeva Azərbaycan və Polşa arasında dostluq münasibətlərinin inkişafına verdiyi töhfəyə görə 14 sentyabr 2009-cu ildə Polşa Respublikasının “Xidmətlərə görə” Böyük Komandor Xaçı ordeni ilə təltif edilib.

10 fevral 2010-cu il tarixdə isə Fransa Prezidentinin sərəncamı ilə “Fəxri legionun böyük xaç komandoru” ordeni ilə təltif olunub.

2011-ci il iyunun 24-də Mehriban Əliyevaya Krans Montana Forumunun Qızıl medalı təqdim olunub.

2012-ci il aprelin 13-də Mehriban Əliyevaya MDB iştirakçısı olan dövlətlərin Humanitar Əməkdaşlıq Şurası (HƏŞ) və MDB iştirakçısı olan ölkələrin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu (DHƏF) tərəfindən “Birlik Ulduzları” dövlətlərarası mükafatı təqdim edilib.

2013-cü il dekabrın 27-də Pakistanın “Şəhid Bənazir Bhutto Qadın Mükəmməlliyi Mükafatı - 2013” mükafatına layiq görülüb.

2014-cü ilin mayında Mehriban Əliyeva sivilizasiyalararası dialoqa verdiyi töhfələrə, həmçinin Almaniyada türk dünyasının tanıdılmasına, Azərbaycan-Almaniya əlaqələrinin inkişafındakı xidmətlərinə görə Türk-Alman Dostluq Federasiyasının fəxri mükafatına layiq görülüb.

Olimpiya dəyərlərinin təbliğindəki xidmətlərinə görə 2014-cü ilin iyununda Beynəlxalq Olimpiya Akademiyasının “Olympic Excellence” xüsusi fəxri mükafatı ilə təltif olunub.

Rusiya Prezidenti Vladimir Putinin 9 avqust 2019-cu il tarixli fərmanı ilə Mehriban Əliyeva Rusiya-Azərbaycan münasibətlərinin inkişafında və möhkəmlənməsində xidmətlərinə görə "Dostluq" ordeni ilə təltif olunub.

Bundan başqa, Mehriban Əliyeva Azərbaycan Respublikasının “Heydər Əliyev” ordeni, İtaliya Respublikasının “Xidmətlərə görə” Böyük Xaç Kavaleri ordeni, Pakistanın “Hilal-e Pakistan” ordeni, Serbiyanın “Sreten” ordeni, “Macarıstanın Xidmətlərə görə Komandor Xaçı” ordeni, Rus Pravoslav Kilsəsinin II dərəcəli Müqəddəs Mələksima Knyaginya Olqa ordeni, Rusiyanın “Həştərxan vilayəti qarşısında xidmətlərinə görə” ordeni, UNESCO-nun “Qızıl Motsart” medalı, BMT-nin Ümumdünya Əqli Mülkiyyət Təşkilatının qızıl medalı, Avropa Olimpiya Komitələrinin Ali Ordeni, Beynəlxalq Ədalətli Oyunlar Komitəsinin “Xüsusi xidmətlərə görə” medalı, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin qızıl medalı, Küveyt Dövlətinin Fəxri diplomu ilə təltif edilib.

Mehriban Əliyevanın Azərbaycanda keçirilən I Avropa Oyunları, eləcə də IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat komitələrinin sədri kimi fəaliyyəti beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilib.

Rusiya Federasiyasının İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Fəxri professoru, Bolqarıstanın Müqəddəs Kiril və Mefodi adına Veliko Tırnovo Universitetinin fəxri doktorudur.

Prezident İlham Əliyevin 21 fevral 2017-ci il tarixli sərəncamı ilə Mehriban Əliyeva Azərbaycanın Birinci vitse-prezidenti təyin edilib.

Mehriban Əliyeva Birinci vitse-prezident kimi əsas diqqətini sosial məsələlərin, əhalinin aztəminatlı təbəqəsinin problemlərinin həlli üzərində cəmləşdirib. Şəhid ailələrinin, müharibə əlillərinin, məcburi köçkünlərin, sağlamlıq imkanları məhdud uşaqların, aztəminatlı ailələrin qayğıları daim onun diqqət mərkəzindədir.

Kollektivimiz Mehriban xanım Əliyevanı doğum günü münasibətilə təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı və fəaliyyətində uğurlar arzulayır!

1-07-2022, 15:46 | Azərbaycanda kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri müəyyənləşib

Azərbaycanda kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri müəyyənləşib


"Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin səlahiyyət dairəsinin, vəzifə və hüquqlarının bölgüsünün, kəşfiyyat və əks-kəşfiyyat tədbirlərinin həyata keçirilməsi səlahiyyətlərinin müəyyən edilməsi haqqında" Fərmanda dəyişiklik edilib.

AZƏRTAC-a istinadən bildirir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.

Fərmanda deyilir: "Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə" 2021-ci il 19 fevral tarixli 1290 nömrəli, "Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti haqqında Əsasnamənin, Xidmətin strukturunun, hərbi qulluqçularının və mülki işçilərinin say həddinin, ali zabit heyəti vəzifələrinin siyahısının təsdiq edilməsi barədə" 2021-ci il 22 dekabr tarixli 1509 nömrəli və "Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi haqqında Əsasnamənin, Agentliyin strukturunun, hərbi qulluqçularının və mülki işçilərinin say həddinin, ali zabit heyəti vəzifələrinin siyahısının təsdiq edilməsi barədə" 2021-ci il 22 dekabr tarixli 1510 nömrəli fərmanlarına uyğun olaraq qərara alıram:

"Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin səlahiyyət dairəsinin, vəzifə və hüquqlarının bölgüsünün, kəşfiyyat və əks-kəşfiyyat tədbirlərinin həyata keçirilməsi səlahiyyətlərinin müəyyən edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 28 yanvar tarixli 186 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 1, maddə 20; 2014, № 4, maddə 366; 2017, № 8, maddə 1529) aşağıdakı dəyişikliklər edilsin:

1. 1-ci hissə aşağıdakı redaksiyada verilsin:

"1. "Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununa və öz əsasnamələrinə uyğun olaraq, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri aşağıdakılardır:

1.1. Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti (kəşfiyyat fəaliyyətinin subyekti);

1.2. Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti (əks-kəşfiyyat fəaliyyətinin subyekti);

1.3. Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti (mühafizə olunan şəxslərin və qorunan obyektlərin təhlükəsizliyinin təmin edilməsi, habelə Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin əks-kəşfiyyat təminatının həyata keçirilməsi (texniki sahədə həmin Xidmətlə birlikdə) sahəsində əks-kəşfiyyat fəaliyyətinin subyekti);

1.4. müvafiq dövlət orqanlarının aşağıdakı kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətini həyata keçirən strukturları:

1.4.1. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin müdafiə sahəsində hərbi kəşfiyyat fəaliyyətini;

1.4.2. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin dövlət sərhədinin mühafizəsi ilə əlaqədar kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətini;

1.4.3. Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin texniki sahədə əks-kəşfiyyat fəaliyyətini;

1.4.4. Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin mühafizə olunan şəxslərin və strateji obyektlərin təhlükəsizliyinin təmin edilməsi sahəsində əks-kəşfiyyat fəaliyyətini.".

2. 2.3-cü bənddən "7.2.9-cu," sözləri çıxarılsın və həmin bənddə "dövlət mühafizəsi obyektlərinin və mühafizə olunan obyektlərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti" sözləri "mühafizə olunan şəxslərin və qorunan obyektlərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, texniki kəşfiyyata qarşı əks-təsir fəaliyyəti ilə bağlı Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, mühafizə olunan şəxslərin və strateji obyektlərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi" sözləri ilə əvəz edilsin.

3. 2.4-cü bənddə "dövlət mühafizəsi obyektlərinin və mühafizə olunan obyektlərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti" sözləri "Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti və Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti" sözləri ilə əvəz edilsin.

4. 2.6-cı bənddə "dövlət mühafizəsi obyektlərinin və mühafizə olunan obyektlərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı tərkibində olan hərbi hissələrdə Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti" sözləri "mühafizə olunan şəxslərin və qorunan obyektlərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı öz struktur bölmələrində və strukturuna daxil olan qurumlarda, habelə Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, mühafizə olunan şəxslərin və strateji obyektlərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı öz struktur bölmələrində Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi" sözləri ilə əvəz edilsin.

5. 2.7-ci bənddə "dövlət mühafizəsi obyektlərinin və mühafizə olunan obyektlərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı energetika, nəqliyyat və rabitə obyektlərində Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti" sözləri "mühafizə olunan şəxslərin və qorunan obyektlərin təhlükəsizliyin təmin edilməsi və Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin əks-kəşfiyyat təminatının həyata keçirilməsi ilə bağlı nəqliyyat və rabitə obyektlərində Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, mühafizə olunan şəxslərin və strateji obyektlərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı energetika obyektlərində Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi" sözləri ilə əvəz edilsin.

6. 2.8-ci bənddə "dövlət mühafizəsi obyektlərinin və mühafizə olunan obyektlərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti" sözləri "mühafizə olunan şəxslərin və qorunan obyektlərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, mühafizə olunan şəxslərin və strateji obyektlərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi" sözləri ilə əvəz edilsin.

7. Aşağıdakı məzmunda 2.8-2-ci bənd əlavə edilsin:

"2.8-2. həmin Qanunun 7.2.9-cu maddəsində nəzərdə tutulmuş vəzifələri Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, fəaliyyət istiqamətlərinə uyğun olaraq, dövlət sərhədinin mühafizəsi ilə əlaqədar Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, mühafizə olunan şəxslərin və qorunan obyektlərin təhlükəsizliyinin təmin edilməsi və Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin əks-kəşfiyyat təminatının həyata keçirilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, mühafizə olunan şəxslərin və strateji obyektlərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi həyata keçirirlər;".

8. 2.10-cu, 2.11-ci, 2.13-cü və 3.2-ci bəndlərdə "dövlət mühafizəsi obyektlərinin və mühafizə olunan obyektlərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti" sözləri "mühafizə olunan şəxslərin və qorunan obyektlərin təhlükəsizliyinin təmin edilməsi və Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin əks-kəşfiyyat təminatının həyata keçirilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, texniki kəşfiyyata qarşı əks-təsir fəaliyyəti ilə bağlı Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, mühafizə olunan şəxslərin və strateji obyektlərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi" sözləri ilə əvəz edilsin.

9. 3-cü hissədə "Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti" sözləri "Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi" sözləri ilə əvəz edilsin".

1-07-2022, 15:29 | Ermənilər işğal dövründə Şuşa şəhərini talan edib, mədəni irsi təhqir edərək dağıdıblar - İsrailli fəal

Ermənilər işğal dövründə Şuşa şəhərini talan edib, mədəni irsi təhqir edərək dağıdıblar - İsrailli fəal


Ermənilər işğal dövründə Şuşa şəhərini talan edib və yandırıb, məscidləri, ziyarətgahları və digər mədəni irs obyektlərini təhqir edərək dağıdıblar.

Bu barədə israilli fəal və müstəqil jurnalist Nurit Qrinqerin "NewsBlaze" nəşrində dərc olunmuş məqaləsində deyilir.

N.Qrinqer məqaləni Azərbaycana səfərindən sonra yazıb. O, səfər zamanı işğaldan azad edilmiş Şuşa şəhərində olub və Azərbaycan Prezidentinin Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) xüsusi nümayəndəsi Emin Hüseynovla söhbət edib.

"Birinci Qarabağ müharibəsi zamanı şəhər erməni qoşunları tərəfindən ələ keçirildi və əhalisinin böyük hissəsi qaçmağa məcbur oldu. Ermənilər şəhəri talan edib və yandırıb, məscidləri, ziyarətgahları və digər mədəni irs obyektlərini təhqir edərək dağıdıblar. Ermənilər şəhəri söküb Şuşa şəhərindən olan üç azərbaycanlı musiqiçi və şairin bürünc büstlərini satıblar, şəhərin kənarındakı Azərbaycan qəbiristanlığındakı məzar daşları isə sındırılıb və təhqir edilib", - N.Qrinqer yazır.
Ətraflı

Məqalədə qeyd olunur ki, 2020-ci il noyabrın 8-də Qarabağın ikinci böyük şəhəri olan Şuşa erməni işğalından azad edildikdən sonra Ermənistan təslim olmaq məcburiyyətində qalıb. Müharibə 2020-ci il noyabrın 10-da Azərbaycanın qətiyyətli qələbəsi ilə başa çatıb.

"44 günlük döyüşlər başa çatdıqdan sonra Azərbaycanın dünyaya ismarıcı belə olub: münaqişə başa çatıb, Ermənistanın işğal etdiyi torpaqlar öz qanuni sahibinə qayıdıb. Azərbaycan dərhal işğaldan azad edilmiş ərazilərini bərpa etməyə başlayıb. İki regional iqtisadi zona yaradılıb: Şərqi Zəngəzur və Qarabağ", - N.Qrinqer yazıb.

Məqalədə vurğulanır ki, Azərbaycan işğaldan azad edilmiş torpaqların bərpasına, yolların, tunellərin, elektrik stansiyalarının, sənaye parklarının və təsərrüfatların tikintisinə milyardlarla dollar sərmayə qoyub, cəmi səkkiz ay ərzində heyrətamiz Füzuli Beynəlxalq Hava Limanını, eləcə də Zəngilanın ilk yerli sakinlərinin tezliklə qayıdacağı "Ağıllı kənd"i inşa edib, mədəni irs obyektləri isə bərpa edilir.

"Əminliklə deyə bilərik ki, Azərbaycan xalqının işğaldan azad edilmiş ərazilərə, bütün regiona məhəbbəti onu heç vaxt görünməmiş şəkildə çiçəkləndirəcək", - jurnalist vurğulayıb.

Trend

������������ ������� DLE ������� ��������� ��� dle.
���������� ���� ������ ��� ��������� ������.
����������� �������� ������� � �������� ������.
����������� �������� ������������ ��� �������� ����.
������ ����� �������� ��������� ����� ������.
����� ���������� �� ���� ��� ���� � ��� �����.