27-06-2022, 14:28 | BMT, Dünya Bankı və Aİ ilə birlikdə azad olunan 3 rayonda yenidənqurma ehtiyacları dəyərləndirilib

"Azərbaycan tərəfindən belə iri miqyasda aparılan yenidənqurma işləri azad edilmiş ərazilərimizi şəhər inkişafı sahəsində mükəmməllik laboratoriyasına çevirir".
AZƏRTAC-a istinadən bildirir ki, bunu Prezident İlham Əliyev Ümumdünya Şəhər Forumunun 11-ci sessiyasında videoformatda çıxışında deyib.
Dövlət başçısı bildirib ki, Azərbaycan bu sahədə nəhəng təcrübəsini beynəlxalq ictimaiyyətlə bölüşəcək: "Bununla yanaşı, azad edilmiş ərazilərdə yenidənqurma sahəsində ölkəmizlə həmrəylik və beynəlxalq dəstək bizim üçün mühüm əhəmiyyətə malikdir. Bu, Azərbaycanın öz nəcib fəaliyyətində tək olmadığı ilə bağlı inamımızı gücləndirəcək.
Biz artıq Birləşmiş Millətlər Təşkilatı, Dünya Bankı və Avropa İttifaqı ilə birlikdə işğaldan azad olunan üç rayonumuzda bərpa və yenidənqurma ehtiyaclarının birgə dəyərləndirilməsini həyata keçirmişik".
27-06-2022, 14:23 | Azərbaycan Respublikasının Silahlı Qüvvələri xalqın qürur mənbəyidir

Müstəqil respublikanın gərək güclü ordusu olsun. Bu gün torpaqlarımızı müdafiə etmək üçün belə ordu bizə hava-su kimi lazımdır. Belə ordu sabah, gələcək üçün, müstəqil respublikamızın müstəqilliyini təmin etməkdən ötrü də lazımdır. Ona görə də ordu quruculuğu, ordu yaratmaq hər birimizin müqəddəs borcudur.
Heydər ƏLİYEV
Ümummilli lider
Bu gün Azərbaycan Ordusu güclü ordudur. Bütün beynəlxalq reytinqlərə görə o, dünyanın ən güclü 50 ordusunun siyahısına daxildir. Azərbaycan 44 gün ərzində parlaq qələbə qazanaraq Ermənistanı məğlub etdi, işğala son qoydu. Bizim şanlı ordumuzun 44 günlük müharibəsi XXI əsrin müharibəsidir.
İlham ƏLIYEV
Azərbaycan Respublikasının Prezidenti
Silahlı Qüvvələrimizin iradəsi, gücü, düşmən üzərində qazanılan tarixi qələbə Azərbaycan dövlətinin qüdrətinin təcəssümüdür. Nəyə qadir olduğumuzu, hansı məqsədlər uğrunda mübarizə apardığımızı aydın göstərir. Əlbəttə bu uğurlar illərin sınaqlarında formalaşıb, ordumuz, əsgər və zabitlərimiz çətin mübarizə yolları keçib.
Ölkəmizin müdafiə qüdrətini möhkəmləndirmək, ordu quruculuğunu formalaşdırmaq Azərbaycan dövlətinin ən başlıca vəzifələrindən biri olmuşdur. Azərbaycan Xalq Cümhuriyyəti öz müstəqilliyini elan etdiyi ilk günlər bu vəzifə ön plana çəkilmiş və ordu quruculuğu sahəsində əhəmiyyətli addımlar atılmışdır.
Ulu öndərimiz Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra ciddi çətinliklərə baxmayaraq, ölkəmizdə hərbi kadrların hazırlanması sahəsində mühüm tədbirlər görülmüş, 1971-ci ildə Cəmşid Naxçıvanski adına hərbi lisey yaradılmışdır. Bu məktəbin fəaliyyətə başlaması hərb peşəsinə olan marağın artırılması, bacarıqlı hərbiçilərin hazırlanması, gələcəkdə ordu quruculuğunun inkişaf etdirilməsi demək idi.
Ulu öndərin gərgin zəhməti sayəsində gənclərin ovaxtki ittifaqın ali hərbi məktəblərinə göndərilməsi, Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəbində təhsil almaları, əlbəttə ki, torpaqlarımızın azğın düşməndən qorunmasında, 44 günlük müharibədə öz parlaq nəticələrini göstərdi.
Heydər Əliyev bütün fəaliyyəti dövründə ölkənin müdafiə qüdrətinin möhkəmləndirilməsinə, peşəkar hərbi kadrların hazırlanmasına, orduda ruh yüksəkliyi yaradılmasına, əsgər və zabitlərin iş və həyat şətaitlərinin yaxşılaşdırılmasına diqqətlə yanaşmış, hərb tariximizin öyrənilib təbliğ edilməsini, müasir silahların orduda tətbiq olunmasını tövsiyə etmiş və bu vəzifənin uğurla icra olunmasına ciddi nəzarət edmişdir. 26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü də məhz Heydər Əliyevin 22 may 1998-ci il tarixli fərmanı ilə təsdiq edilmişdir.
Bu gün Azərbaycan Silahlı Qüvvələri daha güclü və yenilməzdir. Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin ordu quruculuğu sahəsində həyata keçirdiyi çox mühüm tədbirlər, ordunun moderinləşdirilməsi, maddi - texniki bazasının möhkəmləndirilməsi, müasir silahlarla təchiz edilməsi, əsgər və zabitlərə qayğı və diqqətin artırılması 44 günlük müharibədə öz sözünü dedi. O taleyüklü günlərdə Azərbaycanın Silahlı Qüvvələri, igid oğullarımız döyüşlərdə əfsanəvi qəhrəmanlıqlar göstərdilər.
Elə buna görə də hər birimiz ordumuzla, Ali Baş Komandanımızla, əsgər və zabitlərimizlə fəxr edir, onları alqışlayır və gələcək qələbələrimizə inanırıq. Silahlı qüvvələr günü hər birimiz üçün olduqca, əziz və qürurverici bir gündür.
İbrahim Cəfərov,
Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru.
Professor.
27-06-2022, 11:52 | Prezident Toğanalı-Kəlbəcər avtomobil yolunda inşa edilən iki tunelin tikintisi ilə tanış olub - FOTO

Xəbər verdiyimiz kimi, iyunun 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Göygöl, Kəlbəcər və Laçın rayonlarına səfər edib.
AZƏRTAC-a istinadən bildirir ki, dövlətimizin başçısı əvvəlcə Göygöl rayonunda Toğanalı-Kəlbəcər avtomobil yolunun 13-cü kilometrliyində inşa edilən iki tunelin tikintisi ilə tanış olub.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına görülən inşaat işləri haqqında məlumat verdi.
Qeyd edildi ki, Göygöl və Kəlbəcər rayonlarını birləşdirən avtomobil yolu 2-4 hərəkət zolaqlı olmaqla I, II və III texniki dərəcəyə uyğun inşa edilir. Belə ki, yolun keçdiyi ərazinin sərt dağlıq və qayalıq olması nəzərə alınaraq, onun əsas hissəsinin ikizolaqlı, yoxuşlarda isə əlavə zolaq artırılmaqla tikintisi aparılır. Bu yol tunel və körpü hissələrdə dörd hərəkət zolaqlı olacaq.
Hazırda yolboyu torpaq yatağının, həmçinin zəruri yerlərdə suötürücülərin tikintisi davam edir. İki hissədə mövcud kanalların köçürülməsi, həmçinin bəzi ərazilərdə suötürücülərin inşası tamamlanıb, yeni su kanalının tikintisi davam etdirilir.
Ətraflı
Bildirildi ki, layihənin 13,5-ci kilometrindən Murovdağ silsiləsi başlayır. Yüksəklik 1700 metrdən Murovdağ zirvəsinədək 3250 metrədək artır. Bu hissədə dünyanın ən uzun avtomobil tunellərindən biri olacaq Murovdağ tunelinin inşası davam etdirilir. Artıq tuneldə gediş və gəliş istiqaməti üzrə 2,1 kilometr uzunluğunda qazma işləri tamamlanıb.
Tunel müvəqqəti havalandırma sistemi ilə təmin edilib. Piyadalar və avtomobillər üçün nəzərdə tutulan iki ehtiyat keçidin tikintisi yekunlaşıb.
Hazırda tuneldə partlatma və qırma prosesləri nəticəsində əmələ gələn qaya parçalarının və süxurların daşınması, lay sularının kənarlaşdırılması və tuneldaxili hissənin üzlənməsi işləri davam etdirilir.
Həmçinin məlumat verildi ki, Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun tikintisi layihəsi çərçivəsində Murovdağ tunelindən əlavə, daha üç tunelin inşası nəzərdə tutulur. Uzunluğu 542, eni 12 metr olan birinci və uzunluğu 607 metr olan ikinci tuneldə tikinti işlərinə başlanılıb. Artıq birinci tuneldə üst qatda qazma işləri icra olunaraq tuneldaxili hərəkət təmin edilib. İkinci tuneldə isə üst qatda qazma işləri tamamlanmaq üzrədir.
Tikintisi 2025-ci ilədək yekunlaşdırılması nəzərdə tutulan Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolu başlanğıcını Göygöl rayonunun Toğanalı kəndindən götürməklə Kəlbəcər rayonunun ərazisindən keçir. Buna görə də yol rayonun bir çox yaşayış məntəqələri ilə yanaşı, Kəlbəcər şəhərinə və məşhur İstisu ərazisinə qədər rahat gediş-gəlişi təmin edəcək.
27-06-2022, 11:45 | Zakir Həsənov erməni təxribatlarından danışdı - VİDEO

"Keçən ilin 26-dan bu ilin 26-na kimi, biz hesabat dövrü hesab edirik. Bu ərəfədə əməliyyat şəraiti çox gərgin keçib".
Bunu müdafiə naziri, general-polkovnik Zakir Həsənov REAL TV-yə müsahibəsində deyib.
"Bilirsiniz ki, Azərbaycan ordusu gərgin iqlim şəraitində xidmətini təşkil edir. Müharibədən sonra ilk növbədə mən qeyd etmək istəyirəm ki, Azərbaycan-Ermənistan sərhədində bilirsiniz ki, daima Ermənistan Silahlı Qüvvələri tərəfindən atəşkəs pozulur. Təxribata əl atırlar.
Dəfələrlə biz onların cavabını vermişik. Misal üçün, götürək, 2021-ci ilin 13, 17 noyabr aylarını, o vaxt ki, Erməni Silahlı Qüvvələri böyük bir təxribata əl atmışdılar. Azərbaycan ordusunun bir neçə postuna hücum etmişdilər.
Azərbaycan Silahlı Qüvvələri, Azərbaycan Ordusu, Azərbaycan əsgəri, Azərbaycan zabiti layiqli cavab verərək strateji yüksəklikləri azad edib və Ermənistan Silahlı Qüvvələri böyük itkilər vermişdilər. 6 nəfər məhv edilmişdi, 33 nəfər əsir götürülmüşdü", - nazir qeyd edib.
Z.Həsənovun sözlərinə görə, bu təxribatlar davam edir:
"Hər dəfə bunların təxribatının qarşısını alanda Erməni Silahlı Qüvvələri itki verir. 5-10 gün sakitçilik olur. Yenə təxribata başlayırlar. Ümumiyyətlə, son vaxtlar siz görsəniz, eyni məsələlər təkrarlanır.
İtki verəndən sonra 5-6 gün sakitçilikdir. Sonra təxribatlar yenə təkrarlanır. Biz dəfələrlə müvafiq qurumlara fikrimizi demişik. Demişik ki, hər bir təxribatın qarşısı qətiyyətlə alınacaq və indiyə kimi də alınır".
Daha ətraflı videomüsahibədə:
27-06-2022, 11:39 | Ceyhun Bayramov: Hazırda Azərbaycan-Qazaxıstan-Türkiyə əməkdaşlığı böyük əhəmiyyət kəsb edir - FOTO

Hazırda qlobal təhlüksizlik sabitliyə və iqtisadi inkişafa qarşı artan təhlükələr fonunda əməkdaşlığımız böyük əhəmiyyət kəsb edir.
Trend-ə istinadən bildirir ki, bunu Azərbaycan Xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan,Qazaxıstan,Türkiyənin Xarici İşlər nazirləri və nəqliyyat sahəsi üzrə məsul nazirlərinin birinci üçtərəfli toplantısı zamanı deyib.
Nazir qeyd edib ki, üçtərəfli əməkdaşlığımızın konkret istiqamətlərinin nəzərdən keçirilməsi olduqca aktualdır.
"Ümid edirik ki bugünkü görüş ölkələrimiz arasındakı əməkdaşlığa, birliyə öz töhfəsini verəcək. Azərbaycan-Qazaxıstan-Türkiyə arasında keçirilən bu görüş Azərbaycanın xarici siyasət konsepsiyasına uyğundur", - deyə C.Bayramov əlavə edib.
27-06-2022, 11:34 | Bakıda Azərbaycan, Türkiyə və Qazaxıstan xarici işlər və nəqliyyat nazirlərinin I üçtərəfli görüşü keçirilib

İyunun 27-də Azərbaycan-Türkiyə-Qazaxıstan xarici işlər və nəqliyyat nazirlərinin ilk üçtərəfli görüşü keçirilib.
Tədbiri giriş sözü ilə açan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov üçtərəfli görüşün əhəmiyyətindən danışıb. Nazir üçtərəfli və regional əməkdaşlığın vacibliyini vurğulayıb.
Ceyhun Bayramov bu görüşün üç ölkəni maraqlandıran məsələlərdə mövcud koordinasiyanı və qarşılıqlı fayda əsasında regional əlaqəni gücləndirmək məqsədi daşıdığını qeyd edib.
Sonra üçtərəfli görüşün gündəliyi təqdim olunub.
Qeyd edək ki, üçtərəfli görüşdə Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov, Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlu, Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu, Qazaxıstan Respublikasının xarici işlər naziri Muxtar Tleuberdı, Qazaxıstanın Sənaye və infrastrukturun inkişafı naziri Kairbek Uskenbayev və digər dövlət rəsmiləri iştirak ediblər.
27-06-2022, 10:43 | "Qarabağ müharibəsində amerikalıların bizə dediklərinin əksini gördük" - Kalın

"Qarabağ müharibəsində Azərbaycanın yanında olanda amerikalılar bizə dedilər ki, siz çox yaxşı iş görürsünüz. Amma bunun tam əksi ilə üzləşdik".
"report"a istinadən bildirir ki, bunu Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın deyib.
Türkiyə hökumətinin rəsmisi qeyd edib ki, rəsmi Ankara beynəlxalq miqyasda müstəqil siyasət yürüdür: "Liviya məsələsində də belə oldu. Biz milli təhlükəsizliyimizə və maraqlarımıza toxunan məsələlərdə planlarımızı ABŞ və başqa ölkələrinin icazəsi olmadan həyata keçiririk.
Yeri gəldi, İsraillə toqquşduq. Ən böyük təzyiqi oradan görmədikmi? Onda da deyirdilər ki, iş bitib, belə edəcəklər və s. NATO üzvü kimi S-400-ləri almışıq. Bu bizim birinci seçimimiz deyildi, Türkiyə məcbur oldu. Bizim üstünlük verdiyimiz şey NATO alyansı çərçivəsində təhlükəsizlik ehtiyaclarımızı ödəmək idi. Xarici siyasətdə heç bir tərəddüd içində deyilik".
"Bu bütün dövlətlərlə körpüləri qırmaq və hamı ilə döyüşmək demək deyil. Müəyyən məsələlərdə razılaşırsınız, onların perspektivləri dəyişir. Xarici siyasətimizdə ABŞ-ın nə deyəcəyini, Avropanın nə deyəcəyini düşünmürük. Öz maraqlarımız nəyi tələb edirsə (onu həyata keçiririk-red). Razılaşa bilsək birlikdə gedək deyirik, razılaşa bilmiriksə yolumuza gedirik", - Ərdoğanın sözçüsü vurğulayıb.
26-06-2022, 14:51 | Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin mövcudluğu və şərəfli tarixi Azərbaycan xalqının Ulu Öndəri, zəmanəmizin nadir şəxsiyyəti, bütün ömrünü xalqının xoşbəxtliyi, azadlığı və müstəqilliyi uğrunda mübarizəyə həsr etmiş unudulmaz Heydər Əliyevin adı ilə sıx bağlıdır. Çünki bugünkü Azərbaycan Ordusunun qurulması, inkişafı, möhkəmlənməsi Heydər Əliyevin yorulmaz fəaliyyətinin, dövlətçilik təfəkkürünün, siyasi uzaqgörənliyinin və təşkilatçılıq qabiliyyətinin məntiqi nəticəsidir.
Silahlı Qüvvələrimizin iradəsi, gücü, düşmən üzərində qazanılan tarixi qələbə Azərbaycan dövlətinin qüdrətinin təcəssümüdür. Nəyə qadir olduğumuzu, hansı məqsədlər uğrunda mübarizə apardığımızı aydın göstərir. Əlbəttə bu uğurlar illərin sınaqlarında formalaşıb, ordumuz, əsgər və zabitlərimiz çətin mübarizə yolları keçib.
Ölkəmizin müdafiə qüdrətini möhkəmləndirmək, ordu quruculuğunu formalaşdırmaq Azərbaycan dövlətinin ən başlıca vəzifələrindən biri olmuşdur. Azərbaycan Xalq Cümhuriyyəti öz müstəqilliyini elan etdiyi ilk günlər bu vəzifə ön plana çəkilmiş və ordu quruculuğu sahəsində əhəmiyyətli addımlar atılmışdır.
Ulu öndərimiz Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra ciddi çətinliklərə baxmayaraq, ölkəmizdə hərbi kadrların hazırlanması sahəsində mühüm tədbirlər görülmüş, 1971-ci ildə Cəmşid Naxçıvanski adına hərbi lisey yaradılmışdır. Bu məktəbin fəaliyyətə başlaması hərb peşəsinə olan marağın artırılması, bacarıqlı hərbiçilərin hazırlanması, gələcəkdə ordu quruculuğunun inkişaf etdirilməsi demək idi.
Ulu öndərin gərgin zəhməti sayəsində gənclərin ovaxtki ittifaqın ali hərbi məktəblərinə göndərilməsi, Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəbində təhsil almaları, əlbəttə ki, torpaqlarımızın azğın düşməndən qorunmasında, 44 günlük müharibədə öz parlaq nəticələrini göstərdi.
Heydər Əliyev bütün fəaliyyəti dövründə ölkənin müdafiə qüdrətinin möhkəmləndirilməsinə, peşəkar hərbi kadrların hazırlanmasına, orduda ruh yüksəkliyi yaradılmasına, əsgər və zabitlərin iş və həyat şətaitlərinin yaxşılaşdırılmasına diqqətlə yanaşmış, hərb tariximizin öyrənilib təbliğ edilməsini, müasir silahların orduda tətbiq olunmasını tövsiyə etmiş və bu vəzifənin uğurla icra olunmasına ciddi nəzarət edmişdir. 26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü də məhz Heydər Əliyevin 22 may 1998-ci il tarixli fərmanı ilə təsdiq edilmişdir.
Bu gün Azərbaycan Silahlı Qüvvələri daha güclü və yenilməzdir. Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin ordu quruculuğu sahəsində həyata keçirdiyi çox mühüm tədbirlər, ordunun moderinləşdirilməsi, maddi - texniki bazasının möhkəmləndirilməsi, müasir silahlarla təchiz edilməsi, əsgər və zabitlərə qayğı və diqqətin artırılması 44 günlük müharibədə öz sözünü dedi. O taleyüklü günlərdə Azərbaycanın Silahlı Qüvvələri, igid oğullarımız döyüşlərdə əfsanəvi qəhrəmanlıqlar göstərdilər.
Elə buna görə də hər birimiz ordumuzla, Ali Baş Komandanımızla, əsgər və zabitlərimizlə fəxr edir, onları alqışlayır və gələcək qələbələrimizə inanırıq. Silahlı qüvvələr günü hər birimiz üçün olduqca, əziz və qürurverici bir gündür.
Aqil Məmmədov,
Milli Məclisin əməк və sosial siyasət Komitəsinin, habelə regional məsələlər Komitəsinin üzvü oldu. Milli Məclisin deputatı.
26-06-2022, 14:31 | Çavuşoğlu Azərbaycana gəlir

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycana gəlir.
Bildirir ki, bu barədə Türkiyə XİN məlumat yayıb.
26-06-2022, 07:51 | Müdafiə Nazirliyinin hərbi qulluqçuları təltif ediliblər - SİYAHI

Prezident İlham Əliyev "Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının təltif edilməsi haqqında" sərəncam imzalayıb.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, sərəncama əsasən, Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aşağıdakı hərbi qulluqçuları təltif edilirlər:
"Azərbaycan Bayrağı" ordeni ilə
Ələkbərov Fərid Tahir oğlu - mayor (ölümündən sonra)
3-cü dərəcəli "Rəşadət" ordeni ilə
Əlifov Rüfət Sehun oğlu - əsgər (ölümündən sonra)
Əliyev Nihad Heydər oğlu - əsgər (ölümündən sonra)
Əsədov Ruslan Rövşən oğlu - əsgər (ölümündən sonra)
Quliyev Hüseyn Həsən oğlu - əsgər (ölümündən sonra)
Mehdiyev Əhliman Rəhman oğlu - əsgər (ölümündən sonra)
Şahbazov Kənan Natiq oğlu - əsgər (ölümündən sonra)
3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə
Cəbrayılov Aqil Ağacəfər oğlu - polkovnik
Əsədov Əli Hacı oğlu - polkovnik
Kərimov Elşad Əzizxan oğlu - polkovnik
Əliyev Rəşad Əmiralı oğlu - kapitan (ölümündən sonra)
Mikayıllı Samir Sabir oğlu - kapitan (ölümündən sonra)
Bayramov Ruslan Azər oğlu - baş leytenant (ölümündən sonra)
Əfəndiyev Adil Qədir oğlu - tibb xidməti leytenantı (ölümündən sonra)
Feyzullayev Zahir Eyvaz oğlu - leytenant (ölümündən sonra)
Quluzadə Kamran Pərviz oğlu - leytenant (ölümündən sonra)
Yaqubov Mayis Rəhim oğlu - leytenant (ölümündən sonra)
Abdurahmanlı Sübhan Mahir oğlu - gizir (ölümündən sonra)
Mehdiyev Zahir Zakir oğlu - gizir (ölümündən sonra)
Məmmədov Elşad Əvəz oğlu - gizir (ölümündən sonra)
Tarverdiyev Cabir Səmid oğlu - gizir (ölümündən sonra)
Əhmədli Elməddin Gülverən oğlu - çavuş (ölümündən sonra)
Əliyev Yadigar Səfxan oğlu - çavuş (ölümündən sonra)
Xanalıyev Ziyəddin Ariz oğlu - çavuş (ölümündən sonra)
Abışov Asif Əlövsət oğlu - kiçik çavuş (ölümündən sonra)
Əsgərov Şəhriyar İsa oğlu - kiçik çavuş (ölümündən sonra)
Hüseynli Şahin Vaqif oğlu - kiçik çavuş (ölümündən sonra)
Qasımzadə Nicat Höccət oğlu - kiçik çavuş (ölümündən sonra)
Məmmədov Zaman Habil oğlu - kiçik çavuş (ölümündən sonra)
Abbasov Şamxal Xasay oğlu - əsgər (ölümündən sonra)
Axundov Eşqin İntiqam oğlu - əsgər (ölümündən sonra)
Babayev Ağaşirin Firuz oğlu - əsgər (ölümündən sonra)
Babayev Babaxan Əlövsət oğlu - əsgər (ölümündən sonra)
Babazadə Xaqani Anar oğlu - əsgər (ölümündən sonra)
Baloğlanlı Elşad Elşən oğlu - əsgər (ölümündən sonra)
Cəfərov Ülvi Habil oğlu - əsgər (ölümündən sonra)
Cəfərzadə Tarif Qədim oğlu - əsgər (ölümündən sonra)
Əhmədli Qardaşxan Elxan oğlu - əsgər (ölümündən sonra)
Əkbərov İbarət Faiq oğlu - əsgər (ölümündən sonra)
Əliyev Lətif Oruc oğlu - əsgər (ölümündən sonra)
Əsgərov İbrahim Məzahir oğlu - əsgər (ölümündən sonra)
Gülməmmədov Eşqin Rabil oğlu - əsgər (ölümündən sonra)
Həsənov Elməddin Elşən oğlu - əsgər (ölümündən sonra)
Xaməmmədov Şirxan Xaməmməd oğlu - əsgər (ölümündən sonra)
İbrahimov Ayaz Sultan oğlu - əsgər (ölümündən sonra)
İbrahimov Seymur Zamin oğlu - əsgər (ölümündən sonra)
İlyasov Fərid İbad oğlu - əsgər (ölümündən sonra)
İsayev Rahət Rafət oğlu - əsgər (ölümündən sonra)
İsmayılov Bahaləddin Temraz oğlu - əsgər (ölümündən sonra)
Qarayev Elnur Qalib oğlu - əsgər (ölümündən sonra)
Qasımov Səbuhi Telman oğlu - əsgər (ölümündən sonra)
Qənbərli Vüsal İlkin oğlu - əsgər (ölümündən sonra)
Qulamzadə Afərin Müqəddəs oğlu - əsgər (ölümündən sonra)
Quliyev Ağamirzə İlham oğlu - əsgər (ölümündən sonra)
Quliyev Hüseyn Aydın oğlu - əsgər (ölümündən sonra)
Qurbanov Tərxan Zabit oğlu - əsgər (ölümündən sonra)
Mehdiyev İsmayıl David oğlu - əsgər (ölümündən sonra)
Mədətli Zülal Rəhim oğlu - əsgər (ölümündən sonra)
Məmmədov Əli Abbas oğlu - əsgər (ölümündən sonra)
Məmmədov Xaqani Mürşüd oğlu - əsgər (ölümündən sonra)
Məmmədov Rüstəm Müsəllim oğlu - əsgər (ölümündən sonra)
Məmmədzadə Pərviz Zahid oğlu - əsgər (ölümündən sonra)
Mirzəyev Eltac Fizuli oğlu - əsgər (ölümündən sonra)
Mirzəyev Sarvan Əli oğlu - əsgər (ölümündən sonra)
Orucov Elmir Elyar oğlu - əsgər (ölümündən sonra)
Poladov Elçin Adil oğlu - əsgər (ölümündən sonra)
Rəhimov Yalçın Elçin oğlu - əsgər (ölümündən sonra)
Sadıqov Elvin Namiq oğlu - əsgər (ölümündən sonra)
Səfərov Oktay Əhməd oğlu - əsgər (ölümündən sonra)
Səttarov Səxavət Qüdrət oğlu - əsgər (ölümündən sonra)
Şirəliyev Kənan Telman oğlu - əsgər (ölümündən sonra)
Tarverdiyev Feyruz İslam oğlu - əsgər (ölümündən sonra)
"Vətən uğrunda" medalı ilə
Atakişiyev Elşən Rafiq oğlu - polkovnik
Məmmədov Kamil Sədiyar oğlu - polkovnik
Ağayev Rüstəm Elşad oğlu - polkovnik-leytenant
Həsənov Temraz Ənvər oğlu - polkovnik-leytenant
Bağırov Fuad Allahverdi oğlu - baş leytenant (ölümündən sonra)
Səfərov Namiq Mübariz oğlu - baş leytenant
Feyzullayev Aydın Zakir oğlu - əsgər (ölümündən sonra)
"İgidliyə görə" medalı ilə
Dünyamalıyev Əziz Dünyamalı oğlu - polkovnik
Fərəcov Qabil Şərafəddin oğlu - mayor
Hüseynov Elşən Yaşar oğlu - mayor
Daşdiyev Aqil Adil oğlu - kapitan
Pirsaatov Elsevər Yavər oğlu - gizir
"Suqovuşanın azad olunmasına görə" medalı ilə
Əhmədov Abdulla Əhməd oğlu - əsgər (ölümündən sonra)
"Cəbrayılın azad olunmasına görə" medalı ilə
Bayramov Cəlal Yaqub oğlu - əsgər (ölümündən sonra)
Manafov Cavid Faiq oğlu - əsgər (ölümündən sonra)
Məhərrəmov Elməddin Şahlar oğlu - əsgər (ölümündən sonra)
"Xocavəndin azad olunmasına görə" medalı ilə
Əbilzadə Sübhan Arif oğlu - əsgər (ölümündən sonra)
Qənbərzadə Heydər Ağahüseyn oğlu - əsgər (ölümündən sonra)
"Füzulinin azad olunmasına görə" medalı ilə
Mecdunov Xalid Zahir oğlu - çavuş (ölümündən sonra)
Teyyublu Çərkəz Vidadi oğlu - kiçik çavuş (ölümündən sonra)
Feyzullayev Aydın Zakir oğlu - əsgər (ölümündən sonra)
İsmiyev Emil Elman oğlu - əsgər (ölümündən sonra)
"Qubadlının azad olunmasına görə" medalı ilə
Bayramov Cəlal Yaqub oğlu - əsgər (ölümündən sonra)
"Şuşanın azad olunmasına görə" medalı ilə
Hüseynov Ruslan Vəli oğlu - kiçik çavuş (ölümündən sonra)
"Hərbi xidmətlərə görə" medalı ilə
Balayev Saday Fazil oğlu - polkovnik
Hümbətov Müşfiq Mürsəl oğlu - tibb xidməti polkovniki
Kələntərov Saleh Rəşid oğlu - polkovnik
Rəsulov Azər Mustafa oğlu - polkovnik
Şərifov Etibar Vaqif oğlu - ədliyyə polkovniki
Abdullayev Tural Zakir oğlu - polkovnik-leytenant
Alıyev Rövşən Şirxan oğlu - polkovnik-leytenant
Hüseynov Yaşar Qənbər oğlu - polkovnik-leytenant
Səfərov Sədi Nizami oğlu - polkovnik-leytenant
Gülməmmədov Ramin Ramiz oğlu - mayor.


















