Azərbaycan yığmasına namizəd olan italiyalı “Spal”la müqavilə bağlayır
Azərbaycan yığmasına namizəd olan italiyalı “Spal”la müqavilə bağlayır

İtaliya A seriyasında növbəti baş məşqçi istefası "Spal"da gerçəkləşəcək.

, Leonardo Sempliçinin vəzifəsindən göndəriləcək.

XXIII turun "Sassuolo" ilə matçındakı 1:2 hesablı məğlubiyyətdən sonra sonuncu pillədəki "Spal"ın durumu daha da ağırlaşıb. Bu, klub rəhbərliyini məşqçi dəyişikliyinə vadar edib.

Komandanın yeni çalışdırıcısının adı da bəllidir. Bu vəzifəyə İtaliyanın U-21 yığmasının sabiq baş məşqçisi Luici de Byaco gətiriləcək. Onunla mövsümün sonunadək müqavilə imzalanacaq.

Əgər italiyalı həmkarlarımızın iddiası doğrulsa, Azərbaycan millisinin baş məşqçi postuna 32 nəfərdən ibarət namizədlər siyahısı hazırlayan AFFA daha bir variantı əldən çıxacaq. İtaliyalı A seriyasının autsayderində çalışmağa üstünlük verəcək.

Qeyd edək ki, "Spal" 23 oyundan sonra 15 xalla sonuncu - 20-ci pillədə qərarlaşıb.
Tarix: 10-02-2020, 09:39