24-12-2023, 14:46 | Azər Bağırov: “Futbolçuları bu cür oyunlara kökləmək çətindir”

Azər Bağırov: “Futbolçuları bu cür oyunlara kökləmək çətindir”


“Oyun maraqlı keçdi. Futbol adına hər şey oldu”.

Respublica.Az İdman.biz-ə istinadən xəbər verir ki, bunu “Araz-Naxçıvan”ın baş məşqçisi Azər Bağırov deyib.

Gənc mütəxəssis Azərbaycan Premyer Liqasının XVIII turunda “Turan Tovuz”a 1:3 hesablı məğlubiyyəti şərh edib. Bağırov futbolçuların oyuna kökləməsinin çətin olduğunu bildirib: "Şükürlər olsun ki, dünən baş verən xoşagəlməz hadisə zamanı heç kimə xətər dəymədi. Oyun haqda çox şey danışmaq istəmirəm. Rəqibi qələbə münasibəti ilə təbrik edirəm. Tovuzda futbol adına hər şey var. Futbolçunu bu cür oyunlara kökləmək çətindi. Çünki güc, motivasiya 80 dəqədə bitir. Əgər fiziki güc tükənibsə, bədən beyinin verdiyi komandanı icra edə bilməyəcək".

Qeyd edək ki, “Araz-Naxçıvan” 4 oyundan sonra uduzub. Komanda 18 oyundan 26 xal toplayıb.

Respublica.Az

24-12-2023, 14:43 | Azərbaycanın müdafiə naziri türkiyəli həmkarına başsağlığı verdi

Azərbaycanın müdafiə naziri türkiyəli həmkarına başsağlığı verdi


Dekabrın 24-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ilə Türkiyə Respublikasının milli müdafiə naziri cənab Yaşar Güler arasında telefon danışığı olub.

Azərbaycanın Müdafiə Nazirliyindən milli.az-a verilən məlumata görə, general-polkovnik Z.Həsənov 2023-cü ilin 22-23 dekabr tarixlərində İraqın şimal bölgəsində terrorçuların xaincəsinə hücumu nəticəsində Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçularının şəhid olması və yaralanması barədə xəbərdən kədərləndiyini bildirib.

Bir daha terrorun bütün növ təzahürlərini qətiyyətlə qınadığını, aparılan kəskin mübarizədə daima qardaş Türkiyə Silahlı Qüvvələrinin yanında olduğunu və dəstəklədiyini vurğulayıb.

Müdafiə naziri Azərbaycan Ordusunun şəxsi heyəti adından və şəxsən öz adından həlak olanların ailələrinə, doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verib, yaralananlara şəfa diləyib.

Telefon danışığı zamanı tərəflər arasında, həmçinin regional təhlükəsizlik və qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilib.

Respublica.Az



24-12-2023, 13:54 | Qeyri-sabit hava bu tarixədək davam edəcək

Qeyri-sabit hava bu tarixədək davam edəcək


Dekabrın 23-də günün ikinci yarısından ölkə ərazisində dəyişən hava şəraiti ilə əlaqədar əhalini ehtiyatlı olmaq, yüngül konstruksiyalı müvəqqəti tikililərdən uzaq durmaq, reklam lövhələri və hündür ağacların altında dayanmamaq tövsiyə olunur.

Respublica.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar bürosunun direktoru Gülşad Məmmədova bildirib.

Onun sözlərinə görə, güclü küləklə müşayiət olunan yağıntılı hava şəraiti dekabrın 25-i gündüzədək davam edəcək.

Respublica.Az



24-12-2023, 13:48 | Bəzi yerlərdə yağış, dağlıq rayonlarda qar yağıb - FAKTİKİ HAVA

Bəzi yerlərdə yağış, dağlıq rayonlarda qar yağıb - FAKTİKİ HAVA



Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin dekabrın 24-ü saat 11:00-a olan məlumatına əsasən bəzi yerlərdə yağış, dağlıq rayonlarda qar yağıb. Qərb küləyi bəzi yerlərdə arabir güclü olub.

Xidmətdən bildirilib ki, qar örtüyünün hündürlüyü: Sarıbaşda (Qax) 12 sm, Gədəbəydə 8 sm, Göygöl, Daşkəsən, Ordubadda 3 sm, Kişçayda (Şəki) 1 sm olub.

Düşən yağıntının miqdarı: Ordubadda 12 mm, Daşkəsən, Şəkidə 7 mm, Gədəbəydə 6 mm, Gəncə, Şəmkir, Göygöl, Balakən, Tovuz, Qax, Ordubad, Şahbuz, Mingəçevir, Yevlax, Naftalan, Ceyrançöl, Ağstafa, Zaqatala, Culfa, Sədərək, Naxçıvan, Şərurda 5 mm-dək olub.

Külək: Şimal-qərb küləyi arabir Tərtər, Naftalanda 32 m/s, Bərdə, Gəncə, Daşkəsəndə 30 m/s, Ağdam, Yardımlı, Tovuzda 28 m/s, Mingəçevirdə 26 m/s, Ağstafa, Kəlvəzdə 25 m/s, Göyçay, Balakəndə 24 m/s, Yevlaxda 23 m/s, Zərdabda 22 m/s, Cəfərxan, Neftçala, Şahdağ, Şəki, Culfada 20 m/s, Şəmkir, Göytəpə, Lənkəran, Beyləqan, Cocuqmərcanlı, Naxçıvanda 18 m/s, Sabirabad, Altıağac, Ceyrançöldə 17 m/s, Biləsuvar, Şabran, Gədəbəydə 16 m/s, Kürdəmirdə 15 m/s, Bakıda və Abşeron yarımadasında isə 24 m/s-dək güclənib.

Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2.8 metrə çatıb.

Havanın minimal temperaturu: Bakıda və Abşeron yarımadasında 5 dərəcəyədək isti, Naxçıvan MR-da 1-6 dərəcə şaxta, Aran rayonlarında 2 dərəcəyədək isti, dağlıq rayonlarda 7 dərəcəyədək şaxta olub.


Respublica.Az




24-12-2023, 13:33 | Sulşerdən "Beşiktaş" açıqlaması: Klubdan bunları tələb edir

Sulşerdən "Beşiktaş" açıqlaması: Klubdan bunları tələb edir


Yeni baş məşqçi axtarışında olan "Beşiktaş" norveçli Ole Qunnar Sulşer ilə əlaqəyə keçib.

Respublica.Az Offsideplus.az-a istinadən xəbər verir ki, "qara-ağlar" "Mançester Yunayted"in sabiq çalışdırıcısına 1,5 illik müqavilə təklifi göndərib. Qərarını hələ ki verməyən 50 yaşlı mütəxəssis "Beşiktaş"a bu cavabı verib:

"Beşiktaş" klubuna maraqlı təklifləri üçün təşəkkür edirəm. Hələ ki qərar verməmişəm. Əvvəlcə məndən tam olaraq nə istədiyinizi bilməliyəm. Bir layihə veriləcəkmi, yoxsa qısa müddətli bir həll yolu axtarılır? Mən bir layihə varsa, bunu dəyərləndirirəm. Komanda və veriləcək imkanları detallı olaarq bilməliyəm. Bu məsələlər dəqiqləşəndən sonra qərarımı verəcəm".

Qeyd edək ki, 2021-ci ildə "Mançester Yunayted"dən ayrılan Sulşer 2 ildir baş məşqçilik etmir.

Respublica.Az



24-12-2023, 09:58 | Uşaqlıqda psixoloji travma keçirən şəxslər hansı sindromdan əziyyət çəkirlər?

Uşaqlıqda psixoloji travma keçirən şəxslər hansı sindromdan əziyyət çəkirlər?


Kanadanın Makgill Universitetinin alimləri elmi heyətin tərkibində uşaqlıqda travmatik hadisələrlə qarşılaşan insanların xroniki ağrı sindromu inkişaf riskinin artdığını aşkar ediblər.

Respublica.Az oxu.az-a istinadən bildirir ki, araşdırmanın nəticələri "European Journal of Psychotraumatology" jurnalında dərc olunub.

Yeni araşdırma uşaqlıqda travmatik hadisələrin gələcək fiziki sağlamlığa təsiri ilə bağlı daha əvvəlki 57 elmi araşdırmanın nəticələrinə əsaslanır. Ümumilikdə, araşdırmalarda 826 452 könüllünün məlumatlarının istifadəsi nəzərdə tutulub. Tədqiqatlar zamanı iştirakçıların fiziki sağlamlığı haqqında məlumatlar qeydə alınıb. Araşdırmada iştirak edən şəxslər, həmçinin uşaqlıqda fiziki, cinsi və ya emosional zorakılıqla qarşılaşıb-qarşılaşmadıqlarını bildirməli olublar.

Meta-analiz uşaqlıqda müxtəlif formalarda zorakılıq və ya laqeydliklə üzləşmiş insanların travmaya məruz qalmayanlara nisbətən yetkinlik dövründə 45% daha çox xroniki ağrı sindromundan əziyyət çəkdiklərini göstərib. Bundan əlavə, uşaqlıqda fiziki zorakılığa məruz qalma xroniki xəstəlik səbəbindən əlilliyin inkişafı ehtimalının yüksək olması ilə əlaqələndirilib.

Tədqiqatın müəllifləri ümid edirlər ki, uşaqlıq travması ilə xroniki ağrı arasındakı dəqiq əlaqəni başa düşmək tibb işçilərinə zorakılığın uzunmüddətli mənfi təsirini azaltmaq üçün hədəflənmiş strategiyalar hazırlamağa imkan verəcək.

Respublica.Az



24-12-2023, 09:45 | Hər gün sosial şəbəkələrə 30 dəqiqə fasilə versək orqanizmdə nə baş verər?

Hər gün sosial şəbəkələrə 30 dəqiqə fasilə versək orqanizmdə nə baş verər?



Ruhr Universiteti və Alman Psixi Sağlamlıq Mərkəzi tərəfindən aparılan araşdırmada sosial mediadan istifadənin psixi sağlamlıq və iş performansına təsir etdiyi məlum olub.

Respublica.Az redaktor.az-a istinadən xəbər verir ki, "Behaviour and Information Technology" jurnalında dərc olunan araşdırma çərçivəsində 166 iştirakçı 2 qrupa bölünüb.

Tədqiqatdan əvvəl qruplar arasında iş yükü, işdən məmnunluq, işlərinə bağlılıq, psixi sağlamlıq, stress səviyyəsi, işdən çıxarılma qorxusu kimi mövzularda sorğu keçirilib. Birinci qrup gündəlik sosial media vərdişlərini davam etdirdiyi halda, ikinci qrup bir həftə ərzində gündəlik sosial media istifadəsini 30 dəqiqə azaldıb. Aparılan araşdırmalar nəticəsində, ikinci qrupda olan insanlarda çox işləmək hissləri və işdən çıxarılmaq qorxusu azalıb, öz işinə daha çox fokuslanaraq, psixoloji cəhətdən özlərini daha yaxşı hiss etdikləri məlum olub.

Araşdırmanın müəlliflərindən biri olan Ruhr Universitetinin dosenti Julia Brailovskaia araşdırmanın nəticəsini belə şərh edib:

"Beynimiz daimi diqqəti yayındıran amillərin, xüsusən də diqqətimizi qarşıya qoyulan işdən yayındıranların öhdəsindən gəlmək üçün mübarizə aparır. Sosial media hesablarını yoxlamaq üçün işini daim yarımçıq saxlayan insanlar daha çətin anlar yaşayırlar".

Respublica.Az




23-12-2023, 10:26 | Dünya kubokunun ən ağlasığmaz sensasiyaları

Dünya kubokunun ən ağlasığmaz sensasiyaları


Nüfuzlu "FourFourTwo" jurnalı dünya çempionatları tarixinin ən böyük sensasiyalarının reytinqini açıqlayıb.

Respublica.Az publika.az-a istinadən xəbər verir ki, birinci yerdə DÇ-2014-ün yarımfinalında Almaniya millisinin turnirin ev sahibi Braziliya üzərində 7:1 hesablı qələbəsi qərarlaşıb.

İkinci sırada DÇ-1954-ün finalında Qərbi Almaniya yığmasının Ferenc Puşkaşlı Macarıstanın "qızıl komandasını" məğlub etməsi (3:2) yer alıb.

"İlk üçlüy"ü DÇ-1950-nin qrup mərhələsində ABŞ komandasının gözlənilmədən İngiltərəni məğlub etdiyi (1:0) oyun qapayıb.

Respublica.Az





23-12-2023, 10:15 | İnsultun müalicəsində yeni imkanlar

İnsultun müalicəsində yeni imkanlar


İnsultun müalicəsində perspektivli tədqiqat aparılıb.

Kanadanın Monreal şəhərində bir qrup alim insult keçirən xəstələr üçün ümid ola biləcək araşdırmanı təqdim edib.

Alimlər arxa ayaqları iflic olan heyvanın beyninin iki yarımkürəsini növbə ilə stimullaşdırmaqla yenidən yeriməyə imkan verən interfeys hazırlayıblar. Nəticə müsbət olub. Alimlərdən biri bildirib ki, bu müsbət nəticəni əldə etdiyimiz üçün bir neçə il ərzində klinik sınaqlara keçməyə hazırıq: "Hər iki ayağın hərəkətini bərpa etmək üçün növbə ilə beynin sol və sağ qabığını stimullaşdıracağıq. Beyində alternativ stimullaşdırma başlayan kimi, qıcıqlanma halı baş verir. Bu zaman heyvan dərhal yenidən yeriməyə başlayacaq", - deyə tədqiqatçı əlavə edib.

Bununla bağlı hazırda texnologiya üzərində iş aparılır. Bu texnologiya tam olaraq zədələnən onurğanı bərpa etməsə belə, həmin xəstələrin bəzi problemlərinin həllinə kömək edəcək.

Araşdırma "ScienceDirect" elmi jurnalında da dərc olunub.


Respublica.Az




23-12-2023, 10:11 | Bərzəx aləmi nədir və onun hansı xüsusiyyətləri vardır?

Bərzəx aləmi nədir və onun hansı xüsusiyyətləri vardır?


Ərəb dilindən tərcümədə bərzəx iki şeyi bir-birindən ayıran maneə deməkdir. Coğrafıyada iki su hövzəsini ayıran quru parçasına da bərzəx deyilir. Dini anlamda bərzəx ölüm¬dən sonrakı həyatın bir mərhələsidir. İslam əqidəsinə görə, insan öldükdən son¬ra əvvəlcə qəbirdə sorğu mələkləri tərə¬fin¬dən sorğu-suala çəkilir. Daha sonra bədən çürüyüb torpağa qarışır, ruh isə dünyadakın¬dan fərqli bir qəlibə düşərək (buna lətif cism deyirlər) qiyaməti gözləməyə başla¬yır. Ruhun cismani ölümdən sonra qiyamətə kimi mövcudluq mərhələsinə bərzəx həyatı deyilir. Çünki bu, dünya ilə axirəti ayıran bir aləmdir, ikisinin arasında maneədir. Əgər ölmüş şəxs saleh əməl sahibi və mömin idisə, bərzəx həyatında behişt nemətlərinə bənzər nemətlərlə mükafatlandırılır, cənnə¬tin ətrini hiss edir və Allahın mərhəmətin¬dən həzz alır. Əksinə, əgər cəzaya və cə¬hənnəm əzabına layiqdirsə, bərzəx həyatın¬da da məyusluq və dəhşət içində qalır, öz acınacaqlı sonluğunun (yəni cəhənnəm əza¬bının) nə vaxt çatacağını gözləyir. Qurani-Kərimdə bu barədə buyurulur: "Onların önündə dirilib (haqq-hesab üçün Allahın hü¬zurunda) duracaqları günə (qiyamət gününə) qədər bərzəx vardır" (Möminun, 100).

Milli.Az

������������ ������� DLE ������� ��������� ��� dle.
���������� ���� ������ ��� ��������� ������.
����������� �������� ������� � �������� ������.
����������� �������� ������������ ��� �������� ����.
������ ����� �������� ��������� ����� ������.
����� ���������� �� ���� ��� ���� � ��� �����.