9-02-2024, 09:13 | Xaricdə yaşayan məşhur azərbaycanlı yadplanetlilərin sirrini necə açdı?

Fünya şöhrətli alim, şumerşünas, astrofizik və tarixçi Zəkəriya Sitçin (Bir çox mənbələrdə Zaxariya Sitçin) barədə maraqlı məlumatları təqdim edir:
Sitçinin uşaqlığı Bakıda keçsə də, ömrünün böyük hissəsini ABŞ-da yaşayıb. Adı dünya elminə yaxşı tanışdır. İsraildə böyüyüb, burada "Əhdi-Ətiq", Yaxın Şərq tarixi, müasir və qədim ibrani dilləri, eləcə də semit və Avropa dilləri sahəsində biliklər qazanıb. London Universitetini iqtisadiyyat ixtisası üzrə bitirib və 1952-ci ildə Nyu Yorka köçməzdən əvvəl uzun illər İsraildə jurnalist kimi çalışıb. Həmin illərdə qədim Şumer dilini və mixi yazılarını araşdırmağa başlayıb. Sitçinin bütün yaradıcılığı yadplanetlilərlə insanlar - Yer kürəsi arasındakı münasibətlərin araşdırılmasından ibarət olub.
Zəkəriya Sitçin 1920-ci il iyunun 11-də Bakıda yəhudi ailəsində anadan olub. Onun müəllifi olduğu "Dünya tarixçəsi" adlı kitab böyük qalmaqala səbəb olub. Yazıçı kitablarında iddia edir ki, Anunnaki adlı yadplanetlilər yer kürəsini işğal edib və qızıl mədənlərdə işlətmək üçün insanları yaradıblar. Onun bütün yaradıcılığı yadplanetlilərlə insanlar - Yer kürəsi arasındakı münasibətlərin araşdırılmasından ibarət olub. Sitçin qədim Şumerlərin Qafqazla, xüsusən Azərbaycanla bağlı olduğunu iddia edir, qədim tanrılarla Şumerlərin əlaqəsi barədə araşdırma yazılar yazırdı.
Zəkəriya Sitçin 10 cildlik "Dünya tarixçəsi" adlı kitabı ilə böyük qalmaqal yaradıb.
Kitablarında, xristianlıqdan əvvəli antik Sümer mixi yazılı mətnlərin tərcüməsinə söykənən nəzəriyyəsinə görə, on ikinci planet olan Nibirudan gələn Anunaki adlı yadplanetlilər dünyamızı işğal edib mədənlərdə kölə kimi işlətmək üçün insanı yaradıb.İnsan Annunaki geninin meymunlara " calaq edilməsi" yolu ilə yaradılıb. Yadplanetlilər öz planetlərini ətraf problemləri üzündən 432 000 il əvvəl Yerə gəlib, Misir piramidalarının tikilməsində, Şumerlərin mədəni inkişafında iştirak ediblər. Zamanla yadplanetlilər insan qadınları ilə cütləşib qarışıblar. 13.000 il əvvəl böyük bir sel olub. Bu seli də öz tanrılarına, Anunakilərə qarşı baş qaldırmış insanı məhv etmək üçün məhz onlar törədiblər.
Sitçinin bu nəzəriyyələri dövrün elm adamları tərəfindən tənqid olunsa da, günümüz arxeleoloqlarına ilham qaynağı olub və köhnə mədəniyyətlərə baxış bucağını dəyişdirib.
Sitçinin kitabları tarixi başqa bir gözlə aaraşdırmaq istəyənlər üçün ilham mənbəyinə çevrilib. O yazdığı əsərlərdə siyasətçilərin dünya tarixində gizlətdiyi sirləri faş edir və elə buna görə də elm aləmində qalmaqallara səbəb olurdu. Sitçinin araşdırmaları xristina, yəhudi və müsəlmanların dini kitablarında yaranışa dair bütün əfsanələrin Şumer mənbələrindən götürüldüyünü əsaslandırıb.
Soydaşımızın əsərləri hazırda qiymətli mənbə kimi istifadə olunur, kitabları ölümündən sonra da satış rekordları qırır.
Z.Sitçin 2010-cu il oktyabrın 9-da ABŞ-da vəfat edib.
lent.az
9-02-2024, 09:08 | Millimizin məşqçisi Millətlər Liqasındakı rəqibləri şərh etdi

Səbətlərdə yer alan ən güclü komandalarla qarşılaşacağıq.
Bu sözləri Azərbaycan millisinin məşqçisi Arif Əsədov UEFA Millətlər Liqasındakı püşkatma barədə danışarkən deyib.
A.Əsədov çətin qrupa düşdüklərini bildirib:
"Həmin yığmaların hər biri ilə bu yaxınlarda oyunlarımız olub. Bu qarşılaşmalarda qalib də gəlmişik, məğlub da olmuşuq. Düşünürəm ki, maraqlı qrupdur. Milli komandamıza uğurlar arzulayıram".
Qeyd edək ki, Azərbaycan millisi C Liqasının 1-ci qrupunda İsveç, Slovakiya və Estoniya ilə qarşılaşacaq.
9-02-2024, 08:57 | “Hər insan şan-şöhrətə dözə bilmir” - Qurban Qurbanov

"Sevinirəm ki, "Qarabağ"da olan futbolçulara kənardan maraq var. Amma ümumən bəzi futbolçulara görə narahatam. Çünki, hər insan şan-şöhrətə dözə bilmir. Bəzi oyunçuların oyununa, həyat tərzinə əks-təsir edir".
Bunu Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov deyib.
Təcrübəli mütəxəssis bildirib ki, bəzi futbolçular isə bunu normal qəbul edir:
"Düşünürlər ki, klubumla müqaviləm var. Bəzilərinə ona görə mənfi təsir edir ki, ona kənardan məsləhət verənlər çoxdur. O qədər şahidi olmuşam ki, istedadlı oyunçuların karyeralarına son qoyanlar olub. Onların yaxın dostları, ətrafı sanki oyunçunu çox istəyir, biz istəmirik. Elə dilli-dilavər menecerlər olur ki, gündə zəng edirlər. Futbolçu da fikirləşir ki, düz deyirlər. Kimə görə narahat olmuşamsa, demək olar ki, onların karyerası bitib. Biz heç kimin karyerasına zərbə vurmaq istəmirik. Hamının burada inkişafını düşünürük. Futbolçu qarşısına legioner həyatı yaşamaq məqsədi qoyur. Amma bunu da gərək edəsən. Hər şey mənim istədiyim kimi olsaydı, işləməyə nə var idi ki? Bəzən belə kaprizləri görürəm. Bunu da yavaş-yavaş yoluna qoyuruq".
9-02-2024, 08:56 | Futbol tarixində ilk: Mavi kart da olacaq...

Futbolda yeni qayda tətbiq olunacaq.
axar.az-a istinadən xəbər verir ki, yeni qəbul edilən qərara əsasən, hakimlərlə lazımsız mübahisələrə və taktiki qayda pozuntularına görə oyunçulara mavi vərəqə göstəriləcək.
Mavi kartı aldıqdan sonra oyunçu 10 dəqiqə meydandan kənarlaşdırılacaq.
Yeni qaydanın tezliklə gənclər və qadınlardan ibarət komanda turnirlərində, eləcə də aşağı liqalarda tətbiqinə başlanılacaq.
Sözügedən qaydanın İngiltərə Kubokunda artıq tətbiq olunacağı istisna edilmir.
2 mavi və ya 1 mavi, 1 sarı kart ilə cəzalanan futbolçu qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılacaq.
8-02-2024, 08:59 | “Nezavisimaya qazeta”: Azərbaycan seçiciləri Qarabağa görə İlham Əliyevə yüksək faizlə təşəkkür etdilər

Fevralın 7-də Azərbaycanda keçirilən növbədənkənar prezident seçkiləri hazırkı dövlət başçısı İlham Əliyevin son dərəcə inamlı qələbəsi ilə başa çatıb.
Bu barədə Rusiyanın "Nezavisimaya qazeta" nəşrinin məqaləsində deyilir.
Qeyd olunur ki, Azərbaycan seçiciləri Qarabağa görə İlham Əliyevə yüksək faizlə təşəkkür ediblər.
Ölkə tarixində ilk dəfə səsvermənin Qarabağ da daxil olmaqla onun bütün ərazisində keçirilməsi nəticəni əvvəlcədən müəyyənləşdirib. Seçicilərin 92 %-dən çoxu Azərbaycanın ərazi bütövlüyünü bərpa etməyə nail olmuş Prezidentə səs veriblər.
Bildirilir ki, artıq digər ölkələrdən olan həmkarları İlham Əliyevi qələbə münasibətilə təbrik etməyə başlayıblar. Ekspertlər, müşahidəçilər və seçki komissiyalarının nümayəndələri 76,7 faiz seçici fəallığının son dərəcə yüksək olduğunu və məhz Prezident İlham Əliyevin bu təsirli nəticəyə nail olduğunu qeyd ediblər.
"7 fevral seçkisinin əsas özəlliyi ondan ibarətdir ki, proses Azərbaycan tarixində ilk dəfə olaraq bütün ölkə ərazisində, o cümlədən 44 günlük müharibə nəticəsində işğaldan azad olunan Qarabağda keçirilib. Həmin ərazilərdə ümumilikdə 26 seçki məntəqəsi yaradılıb. Təsadüfi deyil ki, İlham Əliyev ailəsi ilə birgə Qarabağın Xankəndi şəhərinə gələrək orada 122 saylı seçki dairəsinin 14 saylı yerli seçki məntəqəsində səs verib", - məqalədə vurğulanır.
Diqqətə çatdırılır ki, prezident seçkilərində digər namizədlər olsa da, favorit öncədən bəlli idi.
"Seçki kampaniyası 22 gün davam etdi və həm yerli sakinlərin, həm də ölkəyə gələn beynəlxalq müşahidəçilərin qeyd etdiyi kimi, son dərəcə sakit keçdi", - məqalədə qeyd olunur.
report.az-
8-02-2024, 08:56 | Qətər millisi İrana qalib gələrək Asiya Kubokunun finalına yüksəlib

Fevralın 7-də keçirilən Asiya kubokunun yarımfinal oyunu Qətər millisinin qələbəsi ilə başa çatıb.
Qətər komandası İran yığması üzərində 3:2 hesabı ilə əzmkar qələbə qazanıb.
Qətərlilər 17-ci dəqiqədə Yassem Jaber Abdulsallam, 43-cü dəqiqədə Əkrəm Afif və 82-ci dəqiqədə Abdullah Almoez Əlinin qolları ilə qələbə qazanıb.
İran millisinin heyətində Serdar Azmun oyunun 4-cü dəqiqəsində, Əlirza Cahanbaxş isə 51-ci dəqiqədə penaltidən fərqlənib. İkinci hissədə komanda Şoca Xəlilzadəni itirib - futbolçu meydandan qovulub.
8-02-2024, 08:31 | Kot-d'İvuar və Nigeriya yığmaları Afrika kubokunun finalında oynayacaqlar

Kot-d'İvuarın futbol yığması Afrika Millətlər Kubokunun yarımfinal matçında Konqo Demokratik Respublikası komandasını 1:0 hesabı ilə məğlub edib.
Turnir Kot-d'İvuarda keçirilir.
Qarşılaşmadakı yeganə qolu 65-ci dəqiqədə hücumçu Sebastyan Aller vurub.
Finalda Kot-d'İvuar komandası digər yarımfinal matçında Cənubi Afrika Respublikasını məğlub etmiş Nigeriya komandası ilə qarşılaşacaq. Matçın əsas və əlavə vaxtı 1:1 hesablı bərabərliklə başa çatıb, penaltilər seriyasında nigeriyalılar 4:2 hesabı ilə qalib gəlib.
Yarımfinalda məğlub olanlar fevralın 10-da baş tutacaq üçüncü yer uğrunda görüşdə qarşılaşacaqlar. Final bir gün sonra baş tutacaq.
Afrika Kuboku əvvəlcə 2023-cü ildə keçirilməli idi, lakin hava şəraitinə görə 2024-cü ilə təxirə salınıb. Sonuncu dəfə turnir 2022-ci ildə keçirilib, həmin vaxt Seneqal komandası qalib gəlib.
8-02-2024, 08:26 | Qulağını dişlədiyi Holifildlə görüşdü

Əfsanəvi amerikalı boksçu Mayk Tayson iki çəki dərəcəsində keçmiş mütləq dünya çempionu Evander Holifildlə görüşüb.
57 yaşlı boksçu karyerasında əsas rəqiblərindən biri ilə fotosunu sosial şəbəkədə yerləşdirib və dünya boks tarixinə əbədi yazılacaq əfsanəvi epizodu xatırladıb.
Tayson yazıb: "Biz dişləmə döyüşündən bəri çox yol qət etmişik".
"Mən səni sevirəm, Mayk", - Holifild cavab verib.
Mayk Tayson və Evander Holifild boks rinqində iki dəfə qarşılaşıblar. İlk döyüş 1996-cı ilin noyabrında baş tutub və Taysonun 11-ci raundda texniki nokautla məğlub olması ilə yekunlaşıb. Bu döyüşdə Tayson karyerasında ikinci məğlubiyyətini alıb və WBA dünya çempionu titulunu itirib.
1997-ci ilin iyununda onlar arasında böyük qalmaqalla nəticələnən revanş qarşılaşması baş tutub. Üçüncü raundda Tayson klinç zamanı Holifildin sağ qulağının bir hissəsini dişləyib və onu rinqin döşəməsinə tüpürüb. Nəticədə hakimlər döyüşü dayandıraraq Taysonu diskvalifikasiya edib və qələbəni Holifildə veriblər. "Dəmir Mayk" üç milyon dollar cərimələnib və il yarım boksdan uzaq qalıb.
Karyeralarını bitirdikdən sonra Tayson və Holifild arasında isti və dostluq münasibətləri yaranıb. Keçən ilin aprelində onların yenidən rinqə çıxa və Səudiyyə Ərəbistanında sərgi döyüşü keçirə biləcəkləri bildirilmişdi.
lent.az-
23-01-2024, 14:52 | "Real"dan unikal nailiyyət

"Real Madrid" La Liqanın 21-ci turunun matçında "Almeriya" üzərində əzmkar qələbə qazanıb - 3:2.
Bu qələbə ilə "Real" doğma stadionu "Santiago Bernabeu"da 1000 matçda qalib gələn ilk La Liqa klubu olub. Jurnalist Pedro Martin X (keçmiş Twitter) sosial şəbəkəsində yazır ki, bundan əvvəl İspaniya çempionatında heç bir klub belə həddi aşa bilməyib.
"Valensiya" "Mestalya"da 906, "Barselona" isə "Kamp Nou"da 889 qələbə qazanıb.
Hazırda İspaniya Primerasında keçirilən 19 matçdan sonra "Real Madrid" 48 xalla ikinci pillədə qərarlaşıb. 20 oyundan sonra çempionatın lideri 49 xalı olan "Jirona"dır.
5-01-2024, 13:01 | İngiltərə klubu "Latsio"nun yarımmüdafiəçisi ilə maraqlanır

İngiltərənin "Aston Villa" klubu İtaliya təmsilçisi "Latsio"nun yarımmüdafiəçisi Felipe Andersonla maraqlanır.
"Aston Villa" 30 yaşlı braziliyalını 2024-cü ilin yayında azad agent kimi transfer etmək istəyir.
Futbolçunun hazırkı komandası ilə müqaviləsinin müddəti iyunun sonunda bitəcək.
Qeyd edək ki, Felipe Anderson 2021-ci ilin iyulundan "Latsio"nun formasını geyinir. Yarımmüdafiəçi 2023/2024 mövsümündə 1 qol vurub, 6 məhsuldar ötürmə edib.

















