16-02-2024, 11:49 | Daha bir idmançı müharibədə öldü

Daha bir idmançı müharibədə öldü



Rusiyanın işğalçı qüvvələrinə qarşı döyüşlərdə Ukraynanın 22 yaşlı idman ustası Stanislav Qulenkov həlak olub.

Stanislav cüdo üzrə yeniyetmələr arasında Avropa kubokunun, yeniyetmə və gənclər arasında ölkə birinciliklərinin dəfələrlə qalibi olub.

Əslən Lutskdan olan Qulenkov 2023-cü il aprelin 20-də Donetsk vilayətinin Novokalinovo bölgəsində itkin düşüb. Yalnız indi döyüşçü-idmançının meyiti tapılıb və şəxsiyyəti müəyyən edilib.

16-02-2024, 11:44 | Gecəyə damğa vuran matçdan MARAQLI

Gecəyə damğa vuran matçdan MARAQLI



Xəbər verdiyimiz kimi, bu gün Avropa Liqasının pley-off mərhələsində Portuqaliyanın "Braqa" komandası ilə qarşılaşan "Qarabağ" 4:2 hesabı ilə rəqibinə qalib gəlib.

publika.az-a istinadən xəbər verir ki, sözügedən matçda maraqlı fotolar lentə alınıb.

Həmin görüntüləri təqdim edirik:


16-02-2024, 11:38 | Yuxusu ərşə çəkilənlərə.

Yuxusu ərşə çəkilənlərə.




Dünyada ən çox yayılan xəstəlik məhz yuxusuzluqdur. Hər on insandan beşi yuxusuzluğun müxtəlif növlərindən əziyyət çəkir. Araşdırmalar nəticəsində sübut edilib ki, yuxusuz insan aqressiv olur, düzgün qərarlar qəbul edə bilmir, yaddaşı zəifləyir. Həmçinin onun nəfəs yollarında problemlər yaranır.

qafqazinfo.az-a istinadən xəbər verir ki, yuxusuzluqla bağlı Qərbi Ontario Universitetinin bir qrup tədqiqatçısı bu qənaətə gəlib.

Məlum olub ki, 7-8 saatdan az yatmaq orqanizmdə ciddi xəstəliklərin yaranmasına səbəb olur.

Araşdırmaçılar yuxusuzluğun səbəblərini də (insomnia) sıralayıblar:

Vərdiş olunmamış yataq;

Səs-küy, havasız mühit;

Yatmazdan əvvəl kofein tərkibli qidalar qəbul etmək;

Axşam ağır və yağlı yeməklər yemək;

Sinir problemləri;

Stress;

Artıq çəki;

Depressiya;

Ağciyər və ürək xəstəlikləri

14-02-2024, 15:51 | Dərman idxalı ilə məşğul olan şirkətlərə XƏBƏRDARLIQ

Dərman idxalı ilə məşğul olan şirkətlərə XƏBƏRDARLIQ



Analitik Ekspertiza Mərkəzi Azərbaycanda fəaliyyət göstərən dərman idxalı ilə məşğul olan şirkətlərə xəbərdarlıq edib.

AEM-dən verilən xəbərə görə, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 12 sentyabr tarixli 292 nömrəli Fərmanı ilə təsdiq edilmiş Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların dövriyyəsinə xüsusi icazə verən mərkəzi icra hakimiyyəti orqanlarının Siyahısına əsasən Narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələr, həmin maddələri hazırlamaq və ya emal etmək üçün avadanlıqların dövriyyəsinə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin xüsusi icazəsi ilə yol verilir.

Bildirilib ki, güclü təsir edən və ya zəhərli maddələrin idxalı zamanı Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinə təqdim edilməli olan sənədlərin sırasında Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilən xüsusi icazənin olması mütləqdir.

14-02-2024, 12:15 | Azərbaycan antiterror əməliyyatından sonra 173 nəfərin meyitini Ermənistana təhvil verib

Azərbaycan antiterror əməliyyatından sonra 173 nəfərin meyitini Ermənistana təhvil verib



Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumat yayıb.

Məlumatda deyilir:

"Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası (Dövlət Komissiyası) Ermənistan Respublikasının eyniadlı qurumunun hərbi əməliyyatlarda itkin düşmüş şəxslərin taleyinin müəyyən edilməsi sahəsində əməkdaşlığa hazır olması barədə mətbuata verdiyi açıqlamanı müsbət qarşılayır və hər zaman olduğu kimi bu istiqamətdə səylərin birləşdirilməsini məqbul sayır.

Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası beynəlxalq humanitar hüquq normalarını və 2020-ci ilin noyabr ayının 10-da imzalanmış üçtərəfli Bəyanatın müvafiq müddəalarını rəhbər tutaraq, Rusiya sülhməramlı kontingentinin və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) yaxından iştirakı ilə Ermənistan tərəfinə hərbi əməliyyatların aparıldığı ərazilərdə axtarış işlərini həyata keçirmək üçün hərtərəfli şərait yaratmış və nəticədə 44 günlük müharibədən sonra 1713 nəfərin, 12-14 sentyabr 2022-ci ildə Ermənistan-Azərbaycan şərti sərhədində baş vermiş hərbi münaqişədən sonra 157 nəfərin, 19-20 sentyabr 2023-cü ildə həyata keçirilmiş antiterror əməliyyatından sonra isə 173 nəfərin meyiti tapılaraq Ermənistana təhvil verilib.

Birinci Qarabağ müharibəsində 3890 Azərbaycan vətəndaşı Dövlət Komissiyasında itkin düşmüş şəxs kimi qeydiyyata alınmış və 01.01.2024-cü il tarixə olan məlumata əsasən onlardan yalnız 25 nəfərinin qalıqları eyniləşdirilib.

Birinci Qarabağ müharibəsində itkin düşmüş 54 azərbaycanlının taleyi Azərbaycan cəmiyyətini ötən müddət ərzində daha ciddi narahat etmişdir. Belə ki, 1998-2001-ci illərdə daxil olmuş məlumatlara əsasən, birinci Qarabağ müharibəsi zamanı əsir-girov götürülmüş həmin 54 Azərbaycan vətəndaşına Ermənistan Respublikasındakı və vaxtilə işğal altında olmuş Azərbaycan Respublikasının ərazilərindəki saxlanma yerlərində BQXK tərəfindən baş çəkilmiş və onlar bu qurumun rəsmi qeydiyyatında olmuşlar. Lakin sonradan onlardan 17 nəfərinin meyiti Azərbaycana təhvil verilmiş, 4 nəfərin sonrakı taleyinə aydınlıq gətirmək mümkün olmamış, 33 nəfərin saxlanma yerində öldüyü bildirilsə də, meyitləri qaytarılmayıb.

Eyni zamanda, Dövlət Komissiyası itkin düşmüş soydaşlarımızın dəfn yerlərinin axtarışı prosesinə kütləvi məzarlıqların yerləri barədə kifayət qədər məlumatlara malik və 1994-cü ilədək Ermənistan tərəfindən döyüş əməliyyatlarına rəhbərlik etmiş səhra komandirlərinin və digər səlahiyyətli şəxslərin cəlb edilməsini zəruri hesab edir.

Dövlət Komissiyası olaraq, hər iki tərəfə aid itkin düşmüş şəxslərin axtarışlarının təmin edilməsi sahəsində Ermənistan Respublikasının müvafiq strukturları ilə dəqiqlik, şəffaflıq prinsiplərinə riayət edilməklə və qarşılıqlı etimad mühitində əməkdaşlığa hazır olduğumuzu bir daha bəyan edirik".

milli.az

13-02-2024, 06:27 | “Real” Leypsiqə avtobusla getməli oldu

“Real” Leypsiqə avtobusla getməli oldu


"Real Madrid" Almaniya şəhərində hava limanı işçilərinin tətili səbəbindən fevralın 13-də "RB Leipzig"lə keçiriləcək Çempionlar Liqasının 1/8 final mərhələsinə avtobusla yollanıb.

Bu barədə "Marca" məlumat verib.

Mənbənin sözlərinə görə, madridlilər əvvəlcə təyyarə ilə uçmağı planlaşdırsalar da, Leypsiqə eniş etmək mümkün olmadığı üçün futbolçuların olduğu təyyarə Erfurtda eniş edib, oradan isə "Real" avtobusla 160 km yol qət edib.


13-02-2024, 06:25 | Ən dəbli paltar rəngləri AÇIQLANDI

Ən dəbli paltar rəngləri AÇIQLANDI


Stilist Aleko Nadiryan geyimlərdə ən dəbli rənglərin adını çəkib.

Ekspertin sözlərinə görə, 2024-cü ildə qırmızı və şokolad çalarlarının birləşməsi dəb halını alıb. "Boz qırmızı kimi olmasa da, az təsiredici deyil. Nəzərə alaq", - mütəxəssis yazıb.

Bundan əlavə, Nadiryan sözügedən rənglərdə paltarları sınayan modellərin şəkillərini nümayiş etdirib. Yerləşdirilən kadrlarda modellər qəhvəyi rəngdə paltar, gödəkçə, sviter və palto geyiniblər. Həmçinin onlar qırmızı tayt, şərf, ayaqqabı və ya beysbol papağı ilə görünüşlərini tamamlayıblar.


13-02-2024, 06:16 | “iPhone SE”nin fərqli dizaynda fotosu təqdim edildi

“iPhone SE”nin fərqli dizaynda fotosu təqdim edildi


"Apple" şirkəti hal-hazırda növbəti "iPhone SE" üzərində çalışır.

Bir neçə müddət əvvəl növbəti "iPhone SE" modeli "iPhone 14" dizaynına oxşayacağı bildirilirdi. Lakin ortaya çıxmış yeni məlumat smartfonun tamamilə fərqli dizayna sahib olacağından xəbər verir. İnsayderlər növbəti "iPhone SE" modelinin yeni render fotosunu təqdim ediblər.

Təqdim edilmiş render fotodan da görmək olar ki, növbəti "iPhone SE" modeli heç də "iPhone 14" dizaynına sahib deyil. İnsayderlər bildiriblər ki, növbəti "iPhone SE" modelinin ekranı üzərində "Dynamic Island" çıxıntısı olacaq.

Smartfonun arxa kamera dizaynına gəldikdə isə fotoya əsasən arxa kamera oval formalı sahənin daxilində şaquli şəkildə yerləşəcək. Bununla belə smartfon bir ədəd arxa kameraya sahib olacaq. İnsayderlər bildiriblər ki, render fotoda əks olunmuş dizayn növbəti "iPhone SE"nin final dizaynı deyil. Çox güman ki, "Apple" növbəti "iPhone SE"nin bir neçə versiyasını hazırlayacaq və onları şirkət daxilində test edəcək. Çox güman ki, şirkət smartfonun final dizaynı mövzusunda hələ yekun qərarı verməyib. Növbəti "iPhone SE"nin 2025-ci ildə təqdim olunacağı gözlənilir.//lent.az




13-02-2024, 06:12 | Gülüstan müqaviləsinin imzalandığı yerdən görüntülər

Gülüstan müqaviləsinin imzalandığı yerdən görüntülər


Birinci Qarabağ müharibəsindən sonra neytral ərazi kimi Goranboyun Gülüstan kəndinin görüntüləri yayılıb.

Birinci Qarabağ müharibəsinin başlanğıcında erməni quldur dəstələri kənddə nəzarəti ələ keçiriblər. Lakin həmin il hücuma keçən Azərbaycan ordusu kəndi erməni işğalından azad edib. Kəndin Azərbaycanın nəzarətində olduğu dövlərdə erməni ordusu bura bir neçə dəfə həmlə edərək mülki əhalini və hərbçiləri öldürməyə cəhd edib.

Təkcə 19 sentyabr 1992-ci ildə erməni birləşmələrinin Gülüstan kəndinə silahlı basqını nəticəsində 22 nəfər həlak olub, 8 nəfər yaralanıb.

Qarabağ müharibəsindən sonra neytral ərazidə qalan Gülüstan kəndi işğal altında olmuş digər ərazilərimiz kimi xarabalığı xatırladıq. 2016-cı il Aprel döyüşləri zamanı Azərbaycan ordusu Gülüstan kəndi istiqamətində bəzi yolları işğaldan azad edərək cəbhə xəttində irəliləyib.
Ətraflı

Gülüstan kəndi Murovdağ silsiləsinin yamacındadır. Kəndin ərazisində 12-ci əsrdə tikilmiş Gülüstan qalası yerləşir ki, ondan da geriyə qalıqları qalıb. Tarixi Gülüstan müqaviləsi bu qalada imzalanıb.

Gülüstan kəndindən və tarixi qaladan geriyə qalan görüntüləri təqdim edirik: // qafqazinfo


9-02-2024, 09:14 | Hansı viruslara yoluxmaq xərçəng yaradır? - SİYAHI

Hansı viruslara yoluxmaq xərçəng yaradır? - SİYAHI


Rusiyalı mütəxəssislər xərçəng yaradan virusların adlarını açıqlayıblar.

Siyahıda ilk yerdə hepatit B və hepatit C virusları gəlir. Alimlər bildiriblər ki, bu viruslar bəzən qaraciyər infeksiyası yaradır ki, o da so

Onda xərçəngə çevrilə bilər.

"Kapoşi sarkoması ilə əlaqəli herpes virusu (KSHV) qan damarı xərçəngi və iki növ lenfoma riskini artırır", - deyə onlar bildiriblər.

Elm adamları "Merkel poliomavirusunu" (MCPyV) da bu siyahıya əlavə ediblər. Onların sözlərinə görə bu virus dəriyə təsir edir və adətən simptomlar olmadan baş verir. Bəzilərində "Merkel hüceyrəli karsinoma" adlı nadir dəri xərçənginə səbəb olur.

"Həmçinin 200-dən çox qrupdan ibarət olan "İnsan papilloma virusu"nun (HPV) təxminən 13 növünün onkogen olduğu sübut edilib. Onlar uşaqlıq boynu, vulva, qadın və kişi cinsiyyət orqanları, badamcıq və ya dil xərçənginə səbəb ola bilər", - deyə alimlər bildiriblər.

Mütəxəssislər "insan immunçatışmazlığı virusu"na (İİV) yoluxmuş insanların immun sistemi zəif olduğundan onların xüsusilə sarkoma və lenfoma olma riskinin yüksək olduğu barədə xəbərdarlıq ediblər.

Siyahıda "İnsan T-limfotrop virusu"nun (HTLV) da adı var. Bildirilir ki, bu viruslar leykositlərin bir növü olan "T hüceyrələri"ni yoluxdurur, leykomiya və limfomaya səbəb ola bilər.

Siyahıda sonuncu yerdə "Epşteyn-Barr virusu" ("Human herpesvirus 4") gəlir. Bildirilir ki, bu virusa yoluxanlarda əksər vaxt heç bir simptom olmur. Virus mononukleoz və viral meningitdən pnevmoniyaya qədər digər daha ciddi xəstəliklərə səbəb ola bilər.

"Epşteyn-Barr virusu"nun yarada biləcəyi xərçəng növləri müxtəlif limfomalar, yuxarı udlaq xərçəngi, yumşaq toxuma xərçəngi, transplantasiya sonrası limfoproliferativ xəstəlik yarada bilər", - deyə alimlər qeyd ediblər.

Mütəxəssislər xərçəngi ilkin mərhələdə müəyyən etmək üçün risk altında olanları HİV, sifilis, hepatit B və hepatit C virusları, yüksək onkogen riskli HPV, "Epşteyn-Barr virusu"ndan müayinələrdən keçməyə çağırıblar.

Elm adamları onu da bildiriblər ki, bu viruslardan birinə yoluxmaq, mütləq xərçəng xəstəliyinə tutulacağı anlamına gəlmir.

������������ ������� DLE ������� ��������� ��� dle.
���������� ���� ������ ��� ��������� ������.
����������� �������� ������� � �������� ������.
����������� �������� ������������ ��� �������� ����.
������ ����� �������� ��������� ����� ������.
����� ���������� �� ���� ��� ���� � ��� �����.