15-10-2023, 20:46 | “Cənab prezidentin çıxışı zamanı sevincimdən kədərləndim, o illər yadıma düşdü”

"Oxuya bilsəm belə o torpaqlarda sevinc göz yaşlarım buna imkan verməzdi"
"Cənab prezidentin bu gün Xankəndidə, Ağdərədə, Sərsəng su anbarının ərazisində Dövlət Bayrağımızı ucaltmağı həqiqətən də tarixi bir hadisədir. Deyərdim ki, tarix kitabları hələ beləsini görməyib. Onun kimi sərkərdələr dünyaya yüz ildə bir dəfə gəlir. Dünyada elə lider yoxdur ki, biz prezidentimizi onunla müqayisə edək. O həqiqətən də müqayisə olunmaz bir şəxsiyyətdir. Ali Baş Komandan İlham Əliyev özünün də dediyi kimi ata vəsiyyətini yerinə yetirdi. Bilirsiniz ki, bu il ulu öndər Heydər Əliyevin 100 illik yubileyidir. Ulu öndərin bu gün ruhu da şaddır"
Respublica.Az moderator.az-a istinadın bildirir ki, bunu xalq artisti, sevilən sənətkar Elmira Rəhimova deyib. O daha sonra əlavə edib.
"Hazırda cənab prezidentin Xankəndidən xalqa müraciəti yayımlanır. O həmişə bir söz deyirdi ki, nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm. Həqiqətən də o hər şeyi hamıdan gözəl bilir. Prezidentin bu çıxışı mənə 44 günlük müharibədən sonra zəfər günü etdiyi çıxışı xatırlatdı. İnanın o illər, günlər yadıma düşdü. Sevincimdən kədərləndiyim, həyəcanlandığım, köks ötürdüyüm günləri xatırladım. Kədərləndiyimiz təkcə şəhidlərimizə, qazilərimizə görədir. Allah xalqımıza gözəl, toylu-büsatlı günlər bəxş etsin. Ölkəmizin gözəl günləri hələ qarşıdadır. İnanın Allaha, bu gözəllikləri görəndə xəstəliyimi də unuduram" deyə sənətkar bildirib.
Sənətkar xəstəliyi ilə bağlı hələ də Şuşaya gedə bilmədiyini bildirib.
"Mən Xankəndidə də, Şuşada da, digər işğaldan azad olunmuş torpaqlarımızda da illər öncə olmuşam. Bilirsiniz ki, Xankəndi şəhərini bizim görkəmli sənətkarımız Xan Şuşinskinin ulu babası Pənahəli xan Cavanşir öz şəninə saldırıb. Xəstəliyimlə əlaqədar indi gedə bilmirəm. İnanıram ki, sağalıb yenidən oralara ayaq basacam. Vətənimin şəninə, qəhrəman övladlarına, gözəlliklərinə nəğmələr oxumuşam. İndi oxuya bilməsəm də o torpaqlara ayaq basmağım kifayət edər. Oxuya bilsəm belə o torpaqlarda sevinc göz yaşlarım buna imkan verməzdi. Çünki o torpaqlara ayaq basanda kövrəlməmək mümkün deyil. Allah qismət etsin. Ölkəmizlə fərəhlənirəm, qürur duyuram" deyə sənətkar bildirib.
Sevilən xalq artisti daim dövlətin dəstəyini hiss etdiyini bildirib.
"Mən həm Heydər Əliyevdən, həm də cənab prezidentimiz İlham Əliyevdən böyük diqqət və qayğı görmüşəm. Bu qayğını, bu sevgini bu gün də hiss edirəm. Heç bir dünya ölkəsində sənətkara bu qədər diqqət yoxdur. Biz sənətkarları da bu yaşadır. Buna görə bir daha cənab prezidentə, vitse prezidentimiz Mehriban xanım Əliyevaya öz təşəkkürümü bildirirəm" deyə sənətkar bildirib.
Respublica.Az
15-10-2023, 20:25 | De Byazi: Avstriya ilə oyunda yaxşı nəticə üçün çalışacağıq

"Sabahkı oyun çox çətin olacaq. Avstriya çox yaxşı komandadır".
Respublica.Az Matc.az-a istinadən xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Canni de Byazi AVRO-2024-ün seçmə mərhələsində Avstriya ilə keçiriləcək oyun barədə danışarkən deyib.
İtaliyalı mütəxəssis rəqibin aparıcı oyunçularının olmayacağını xatırladıb: "İlk oyunla müqayisədə çox inkişaf ediblər, modern futbol oynayırlar. Onların Belçikaya məğlubiyyətləri aldadıcı ola bilər. Avstriya Belçikadan yaxşı oynadı. Açığı, Avstriya ilə ilk görüşdə fərqli nəticə düşünürdüm, amma 1:4 uduzduq. Komanda kimi inkişaf edirik, 14 matçda 7 qələbə qazanmışıq. Sabah da yaxşı nəticə qazanmağa çalışacağıq".
Çalışdırıcı azarkeş dəstəyinə ehtiyac duyduqlarını söyləyib: "Azarkeşlər sabah gəlib bizə kömək etsələr, 12 nəfərlə oynayacağıq. Stadionda azarkeş çox olanda, dəstək veriləndə gözəldir".
Qeyd edək ki, sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan - Avstriya qarşılaşması saat 20:00-da start götürəcək.
Respublica.Az
15-10-2023, 20:21 | Azərbaycan atıcısı Avropa Kubokunda bürünc medal qazandı

Azərbaycan atıcısı Ruslan Lunyov Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Lapua Avropa Kubokunda bürünc medal qazanıb.
Azərbaycan Atıcılıq Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, o, 25 metr məsafəyə standart tapançadan atəşaçma yarışında üçüncü yeri tutub.
Qeyd edək ki, oktyabrın 9-15-də keçirilən yarış Avropa Atıcılıq Konfederasiyasına məxsusdur və qitənin qeyd edilən növdə ən güclü atletlərinin yarışıdır.
Respublica.Az
15-10-2023, 20:17 | Bu xətalar paltaryuyanı lazımsız hala gətirir - Məsləhətlər

Paltaryuyan maşınınız ilk günlərdəki kimi işləmirsə, deməli onu düzgün istifadə etmirsiniz. Onun uzunömürlü olması üçün bəzi şeylərə diqqət etmək lazımdır. Fərqində olmadan etdiyiniz xətalar paltaryuyanı lazımsız hala gətirə bilər.
Bəs həmin xətalar hansılardır?
Respublica.Az medicina.az-a istinadən həmin araşdırmanı təqdim edir:
Çox doldurmaq
Paltaryuyanların proqramları yuma imkanları haqqında məlumat verir. Məsələn, əgər maşınınız 7 kiloluqdursa, pambıq paltarlarda 7 kq, zərif parçalarda isə 3 kiloqram ola bilər. Bu xüsusiyyətlərə diqqət edərək həm paltarlarınızı, həm də maşınınızı qoruya bilərsiniz. Əks halda maşınınız xarab ola biləcəyi kimi paltarlarınız da zədələnə bilər.
Yuyucu vasitəsindən çox istifadə etmək
Artıq yuyucu vasitə tökməklə daha çox təmizlik edə biləcəyinizi düşünürsünüzsə, səhv edirsiniz. Yuyucu vasitənin həddindən artıq istifadəsi çamaşırların zədələnməsinə və solmasına səbəb olur. Normadan artıq yuyucu tozlar sadəcə paltarlarınıza deyil, həmçinin maşına da zərər verir. Xüsusi ilə də soyuq su ilə yuyulduğunda əriməyən yuyucu vasitələrin qalıqları məsamələrdə çöküntü yaradır.
Soyuq sudan istifadə etmək
Adətən zərif parçalar soyuq su ilə yuyulur. Bu hal isə maşının təmizlənməsini əngəlləyir. Buna görə də soyuq su ilə paltarlarını yuyan insanlar ayda bir dəfə paltaryuyanı boş olaraq isti suda qurmalıdırlar.
Yuyulan paltarları maşında saxlamaq
Yuyulan paltarları maşının içində saxladıqda kiflənməyə səbəb ola bilər. Pis qoxuya səbəb olan bu vəziyyətin qarşısını almaq üçün yuma qurtardıqdan sonra paltarları çıxarıb rezin hissəsini quru parça ilə silmək lazımdır. Yuyucu vasitə yeri isə açıq qoyularaq qurudulmalıdır.
Yuma filtrindən istifadə etməmək
Paltaryuyana atılan pullu və muncuqlu geyimlərdən qopan parçalar maşınınızın mexanizminə ziyan verə bilər. Bu kimi qopa bilən parçaları olan geyimləri maşına atarkən yuma filtrindən istifadə etmək lazımdır.
Təmizləməmək
Paltaryuyanları ilk günkü kimi istifadə etmək üçün onu mütəmadi olaraq təmizləmək lazımdır. Təmizləmək üçün öncə maşın boş qurularaq işlək vəziyyətə gətirilir, yuyucu tozlar olan hissəsi də yuyularaq qurudulur. Bundan başqa, bayır görünüşünü də unutmamaq lazımdır.
Respublica.Az
15-10-2023, 20:15 | Azərbaycan şahmatçısı dünya çempionu oldu

Azərbaycan şahmatçısı Məhəmməd Muradlı İtaliyanın Sardiniya adasında keçirilən 20 yaşadək idmançılar arasında blits üzrə dünya çempionatının qalibi olub.
Respublica.Az report-a istinadən xəbər verir ki, o, 11 oyunda 9,5 xal toplayaraq, bütün rəqiblərini qabaqlayıb.
Qız şahmatçıların yarışında isə Gövhər Beydullayeva 7,5 xal toplamaqla liderdən 1 xal geri qalıb. Yekun nəticədə G.Beydullayeva mundialın bürünc medalını qazanıb.
Qeyd edək ki, iki gün öncə rapid üzrə dünya çempionatında Gövhər Beydullayeva birinci yeri tutub. Beləliklə, Azərbaycanın iki şahmatçısı mötəbər yarışda ümumilikdə 3 medal qazanıb.
Respublica.Az
15-10-2023, 19:19 | Arıqlamağınıza kömək edəcək qaydalar

İngiltərənin Milli Səhiyyə Xidməti pəhriz saxlamadan arıqlamaq üçün riayət edilməli olan 12 qayda təklif edib.
Respublica.Az xəbər verir ki, bu barədə "The Sun" məlumat yayıb.
Bildirilib ki, günə ilk növbədə fiziki hərəkətlərlə başlamalısınız. Dişlərinizi fırçalayarkən squat hərəkətlərini yerinə yetirə, televiziya reklamı zamanı və ya çay dəmləyərkən müxtəlif məşqlər edə bilərsiniz.
Arıqlamaq üçün spirtli içkilərdən imtina etməlisiniz. Həm də yaxşı yatmaq üçün günortadan sonra qəhvəni məhdudlaşdırın. Meyvə şirələri və şəkərli içkiləri su, çay və ya süd ilə əvəz edin.
Sonrakı bənddə həkimlər əsas yemək zamanı kifayət qədər qidalanmağı tövsiyə edib ki, gün ərzində qəlyanaltılarsız keçinə biləsiniz. Şirniyyat həvəskarlarına həkimlər rasiona 70% qara şokolad daxil etmələrini təklif edib. Tərəvəzləri də unutmayın.
Supermarketə getmədən əvvəl lazımsız alış-veriş etməmək üçün siyahı hazırlayın. Həftədə ən azı iki dəfə gəzintiyə çıxmaq da vacibdir.
Müsbət duyğuları yalnız yeməkdən deyil, hobbidən də əldə etmək olar. Mütəxəssislər podkastlar sınamağı və ya dostlarınızla söhbət etməyi məsləhət görür.
Və ən əsası, əgər istəyirsinizsə, müəyyən qidaları özünüzə qadağan etməməlisiniz. Ancaq həkimlər bu vəziyyətdə qeyd edir ki, porsiyaları azaltmaq vacibdir. (publika.az)
Respublica.Az
15-10-2023, 18:25 | “İnfo.24” İlham Əliyevə məqalə həsr etdi

Rusiyanın "İnfo.24" saytı Azərbaycan Prezidenti İlham Əliyevin 20 illik hakimiyyəti dövrü ilə bağlı geniş məqalə yayımlayıb.
Məqalədə İlham Əliyevin həyata keçirdiyi mühüm işlər və əldə edilmiş uğurlar, eləcə də dövlətimizin başçısının rəhbərliyi dövründə ölkəmizin müxtəlif sahələrində görülmüş işlər, həyata keçirilmiş mühüm infrastruktur layihələri barədə ətraflı danışılıb.
Yazıda, eyni zamanda, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20 faizinin 30 ilə yaxın müddətdə Ermənistan tərəfindən işğal altında saxlanıldığı, İlham Əliyevin rəhbərliyi altında torpaqların işğaldan azad edildiyi, hazırda Qarabağla yanaşı Şərqi Zəngəzurda görülən genişmiqyaslı işlər haqqında məlumat verilib.
Dərc olunmuş məqalədə Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə əsasını neft və qaz resursları təşkil edən iqtisadiyyatın şaxələndirilməsi istiqamətində əhəmiyyətli addımların atıldığı bildirilib.
Yazıda Azərbaycanın müxtəlif sivilizasiyalar və mədəniyyətlərin qovşağında yerləşən unikal bir dövlət olduğunu qeyd edilib. Nəşrə müsahibə verən politoloq, Siyasi Araşdırmalar Mərkəzinin direktoru Sergey Markov, tarix elmləri doktoru, Sankt-Peterburq Dövlət Universitetinin Postsovet məkanında beynəlxalq əlaqələr kafedrasının dosenti Niyazi Niyazov, Yaxın Şərq-Qafqaz Araşdırmalar Mərkəzinin direktoru Stanislav Tarasov və politoloq Yevgeni Mixaylov bildiriblər ki, beynəlxalq münasibətlər sistemində mövqeyini möhkəmləndirən, xarici ölkələr və beynəlxalq təşkilatlar ilə bərabərhüquqlu əməkdaşlıq quran Azərbaycan hər zaman etibarlı tərəfdaş kimi özünü doğruldub.
Qeyd olunub ki, çoxsaylı beynəlxalq tədbirlərin - siyasi, iqtisadi, mədəni-humanitar forumların, idman yarışlarının, elm, təhsil və hərbi sahələrdə sərgilərin, toplantıların keçirilməsində dünya ictimaiyyəti Azərbaycana böyük etimad göstərib.
Vurğulanıb ki, Azərbaycan lideri İlham Əliyevin rəhbərliyi ilə qazanılmış Qarabağ Zəfəri ölkənin qəhrəmanlıq tarixinə həkk edilib. Otuz ilə yaxın işğal altında qalmış Azərbaycan torpaqları 44 gün ərzində işğaldan azad olunub.//report//
15-10-2023, 18:20 | Leysan yağacaq, bəzi çaylardan daşqın və sel keçəcəyi ehtimalı var - XƏBƏRDARLIQ

Milli Hidrometeorologiya Xidməti qeyri-sabit hava şəraiti barədə xəbərdarlıq edib.
Bakıda və Abşeron oktyabrın 16-sı günün birinci yarısında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.
Yarımadanın bəzi yerlərində leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var.
Oktyabrın 17-də şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-28 m/s, gündüz yarımadanın bəzi yerlərində arabir 30 m/s-dək güclənəcəyi gözlənilir.
Oktyabrın 16-da bəzi rayonlarda hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə (Qazax-Gəncə, Mərkəzi Aran, Naxçıvan MR, Balakən-Şəki) yağıntıların leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.
Şərq küləyi bəzi yerlərdə arabir 15-20 m/s-dək güclənəcək.
Çaylarda sululuğun artacağı, bəzi çaylardan qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.
15-10-2023, 10:17 | 2036-cı il Olimpiya Oyunları bu ölkədə keçirilə bilər

Hindistanın Baş naziri Narendra Modi ölkənin 2036-cı il Yay Olimpiya və Paralimpiya oyunlarına ev sahibliyi etməkdə maraqlı olduğunu açıqlayıb.
O, bunu Beynəlxalq Olimpiya Komitəsinin (BOK) Mumbayda keçirilən açılış sessiyasında deyib.
"Hindistan Olimpiya Oyunlarına ev sahibliyi etməkdə çox maraqlıdır və onun təşkili üçün bütün səylərini əsirgəməyəcək. Bu, 1,4 milyard insanın çoxdankı arzusudur, sizin dəstəyiniz və əməkdaşlığınızla həyata keçirilməlidir", - Modi bildirib.
Qeyd edək ki, Meksika, Türkiyə, İndoneziya və Polşa daha əvvəl 2036-cı il Olimpiya Oyunlarına ev sahibliyi etmək üçün müraciət etmişdilər.
15-10-2023, 06:23 | Ayaqların Altına Baxın! - 10 Saniyədə xəstəliyiniz bilinəcək

Ayaqlarımızın altı daxili orqanlarımızın sağlamlığı barədə çox şey deyir. Bəli, düz eşitdiniz. Hələ qədim zamanlarda insanlar ayaqların altının əsasən də, pəncə hissəsindəki bəzi nöqtələrin müxtəlif xəstəliklərin işarətləri olduğuna inanırdılar. Onlar hər gün ayaqlarının altına baxır, öz xəstəlikləri haqqında məlumat ala bilirdilər. Bəs biz bunu necə edə bilərik? Sizə çox işinizə yarayacaq bir məlumat verəcəm.
Ayaqlar bizim həyat keyfiyyətimizin ən bariz göstəricisidir. Ayağımızın altını diqqətdə saxlamaqla müəyyən xəstəlik yaranmasından xəbərdar ola bilərik. Beləcə, yüngül profilaktika ilə kəskin xəstəliklərin yaranmasının qarşısını almaq şansımız olar.
Soyuq ayaqlar... Ən birinci səbəb odur ki, qan dövranı zəifləyib. İlk baxışdan o qədər də təhlükəli hal kimi görünməyə bilər. Amma həyat keyfiyyətini aşağı salmaq qabiliyyəti var. Qan dövranının zəifləməsi bir neçə saat belə, davam edərsə trombların yaranması ehtimalı artır. Damarların daralması, bədənin müxtəlif nahiyələrində spazmlar, hətta zəifləyən qan dövranının nəticələridir. Əgər ayaqlarınız daimi soyuqdursa həkimə müraciət etməyiniz mütləqdir. Qan dövranının pisləşməsi ayaqlardakı kapillyarların tündləşməsinə, dərinin bəzi yerlərinin göyərməsinə də səbəb ola bilir. Bu, o deməkdir ki, həmin nahiyəyə, yaxud kapillyarlara lazımi qədər qan çatmır.
Əgər ayaqda daimi qıcıqlanmalar varsa, bu, hipotireozun əlamətidir. Qalxanabənzər vəzinin funksiyasının zəifləməsi ilə xarakterizə olunan bu xəstəliyin yaranma səbəblərindən biri də passiv həyat tərzidir. Hipotireoz, adətən, yaşla əlaqəli olur və 40 yaşdan sonra meydana çıxır. Saçların tökülməsi, xroniki yorğunluq, çəkinin qəfildən artıb-azalması və səbəbsiz depressiyalar da hipotireozun əlamətlərindəndir.
Ayağın altında qırmızı və ya qəhvəyi rəngli ləkələr varsa, deməli, problem qaraciyərdədir. Əgər ayağın altındakı ləkələr nəzərə alınmasa, sonradan onları bədənin müxtəlif yerlərində də görmək mümkündür. Üstəlik, get-gedə ləkələrin ölçüsü də artır. Qırmızı ləkələr damarlardakı qanın təmiz olmadığının, başqa sözlə, qanyaranma prosesinin olduqca zəif və qeyri-düzgün getməsinin işarətidir. Bu da o deməkdir ki, qaraciyər öhdəsinə düşən işi lazımi şəkildə yerinə yetirə bilmir və damarlarda yığıntılar əmələ gəlməkdə davam edir.
Gicişmə və uyuşma. Pəncə hissəsində, xüsusilə, gecələr baş qaldıran gicişmələr vitamin çatışmazlığından xəbər verir. Məsələn; B12 və fol turşusu ehtiyacı yaranan orqanizm məhz bu cür "üsyan edir". Gicişmə, həmçinin, qanda şəkərin miqdarının yüksəlməsinin, hətta diabetin də əlaməti ola bilər. Gecələr yatmağa qoymayacaq qədər artan gicişmələr və uyuşmalar isə o deməkdir ki, orqanizmdə diqqətə dəyər ölçüdə dəmir əksikliyi var. Bu halda tibbi analizlər vermək vacibdir.
Ayaqlarda ağrılar. Bəzən onurğanın lap aşağısından-bel nahiyəsindən başlayan ağrı ayaqlara qədər uzanır. Bu, bel-kürək nahiyəsindəki sinirlərin zədələnməsinin əlamətidir. Bağırsaqlardakı sinirlərin zədələnməsi, əzələlərdəki vətərlərin həddən artıq sərtləşməsi də ayaqlardakı izaholunmaz ağrılarla özünü büruzə verə bilir. Tibbdə "S1 sindromu" da adlanan onurğanın radikulyar sindromu zamanı ayağımızın altındakı ağrı mərkəzdə yaranır və getdikcə pəncə, yaxud daban tərəfə yayılır. "S1 sindromu"nun özü də müxtəlif səbəblərdən qaynaqlanır. Disk yırtığı, disklərarası iltihablanma, geniş yayılmış fəqərə sütunu xəstəliyi olan osteoxondroz buna misaldır.
Damarların hörümçək toruna bənzəməsi. Bəzən dərinin altında hörümçək toruna bənzər qırmızı, göy, bənövşəyi görüntülər peyda olur. Daha çox qaraciyərdəki problemlərin xəbərçisi kimi meydana çıxan bu "hörümçək torları" venadakı varikozların da əlaməti ola bilir. Qadınlarda isə estrogen hormonlarının miqdarının artması zamanı bu hal müşahidə edilir. Estrogenlərin artmasının yalnız iki səbəbi ola bilər:
Hamiləlik;
Qaraciyərdə xroniki problemlər;
Estrogen çoxluğu damar sisteminin işinə mənfi təsir göstərir. Kapillyarlar şişməyə, bəzən partlamağa başlayır.
Qıcolmalar və spazmlar. Mütəmadi olaraq baş verən spazmlar zamanı adama elə gəlir ki, ayağı ağırlaşıb. Bu da əzələlərin lazımi qədər oksigenlə, elektrolitlərlə və qidalandırıcı maddələrlə təmin olunmamasına işarət edir. Bu situasiyada qidalandırıcı maddələr siyahısına natrium, kalsium, kalium və maqnium daxildir. Daimi spazmlar sidikqovucu vasitələrin qəbulundan sonra meydana çıxan "kəpənək effekti" də ola bilər. Əgər hərəkətsiz halda olduğunuz zaman spazmlar başlayırsa, bu, qan dövranının pozulmasının əlamətidir. Uzunmüddətli fiziki gərginlik və ya fasiləsiz ayaqüstə durmaq da spazmların səbəblərindəndir. Spazmlarla müşayiət edilən qıcolmalar isə qan dövranındakı istənilən problemin, yaxud tarıma çəkilən sinirlərin işarətidir.//oxu24.az//