18-06-2022, 08:47 | “Qarabağ” - “Lex” matçının stadionu açıqlandı

"Qarabağ"ın UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində Polşa "Lex"inə qarşı keçirəcəyi ev oyununun stadionu müəyyənləşib.
Bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, "Lex"lə cavab qarşılaşması iyulun 12-də Bakıda Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Oyuna saat 20:00-da start veriləcək.
Bu komandalar arasındakı ilk oyun isə iyulun 5-də "Poznan" stadionunda keçiriləcək. Matça Bakı vaxtı ilə saat 22:00-da start veriləcək.
18-06-2022, 08:23 | Yumurta sarısını tez-tez qəbul edin - Nevroloqlardan çağırış

Arizona universitetinin nevroloqları insanlara qida rasionunda xolinin səviyyəsinin normada olmasına diqqət yetirməyə səslənib.
Hamilə qadınlar gündə minimum 500 mq xolin qəbul etməlidirlər. Bu birləşmə sinir hüceyrələri arasında impulsların ötürülməsi üçün vacibdir.
Xolin bütünlükdə sinir sistemi üçün dayaq rolunu oynayır.
Xolin daha çox yumurta sarısında, mal qaraciyərində, ətdə, balıqda, süddə, pendirdə olur. Az miqdarda araxis, pomidor, kök, kələmdə var.
Siçanlar üzərində aparılan təcrübə göstərib ki, Alzheymer xəstəliyinin qarşısının alınmasında xolin rol oynayır. Hamiləlik dönəmində xolinlə zəngin qidalar yeyən siçanların balalarında yaddaş daha güclü olmuşdur.
Bu effekt hətta nəsildən-nəsilə də ötürülüb.
Xolin beyində toksiki çöküntülərin də olmasının qarşısını alır. Beyni ziyanlı maddələrdən təmizləyir. Ona görə xolinlə tam təmin olunmağınıza çalışın.
18-06-2022, 07:45 | Azərbaycan idmançıları İsraildə bədii gimnastika üzrə Avropa çempionatında finala yüksəliblər

"Böyüklər" yaş kateqoriyasında çıxış edən Azərbaycan idmançıları Zöhrə Ağamirova və Arzu Cəlilova Təl-Əvivdə (İsrail) bədii gimnastika üzrə Avropa çempionatında finala yüksəliblər.
Trend-ə istinadən bildirir ki, gürzlərlər hərəkətlər üzrə təsnifat mərhələsində yeddinci yeri tutan Zöhrə Ağamirova (31.200 xal) finala yüksəlib. Arzu Cəlilova bu növü üzrə finala çıxa bilməyib. O 9-cu yeri tutub (31.050 xal)
Lentlə hərəkətlərə görə A.Cəlilova hakimlərdən 30.400 bal alaraq səkkizinci yeri tutaraq finala yüksəlib. Z.Ağamirovanın lentlə hərəkəti münsiflər tərəfindən 27.700 balla qiymətləndirilib, o, 23-cü yeri tutub.
Bununla yanaşı, Z.Ağamirova və A.Cəlilova fərdi çoxnövçülükdə finala yüksəliblər. Zöhrə Ağamirovanın dörd hərəkətlər üzrə (halqa, top, gürz və lent) nəticəsi 94.400 bal olmaqla. Gimnastımız səkkizinci yeri tutub. Arzu Cəlilova dörd proqram üzrə 92.700 bal toplayaraq 11-ci yeri tutub.
Qeyd edək ki, 24 ən yaxşı gimnast fərdi çoxnövçülükdə, səkkiz ən yaxşı gimnast isə fərdi yarışlarda finala yüksəlib.
Xatırladaq ki, bundan əvvəl Zöhrə Ağamirova topla hərəkətdə finala yüksəlib, "gənclər" yaş kategoriyasında çıxış edən Kamilla Qafarova isə gürzlərlə proqramda üçüncü yeri tutub.
İyunun 15-19-da Təl-Əvivdə (İsrail) bədii gimnastika üzrə Avropa çempionatı keçirilir.
18-06-2022, 07:22 | "Mübariz İbrahimovun vəfatının ildönümündə..."

Türkiyənin "Doğma Düşüncə" Assosiyasiyasının fəxri prezidenti Yalçın Topçu Assosiyasiyanın təşkil etdiyi və Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş tədbirdə iştirak edib.
Trend-ə istinadən bildirir ki, tədbirdə çıxışı zamanı Y.Topçu Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsini yad edib.
"Türk-İslam dünyasının qəhrəman oğlu, Azərbaycanın Milli Qəhrəmanı, gizir Mübariz İbrahimovun vəfatının ildönümündə bütün şəhidlərimizlə birlikdə xatirəsini ehtiram və rəhmətlə yad edirik. Məkanı Ali, Məkanı cənnət olsun. Dünya durduqca Azərbaycan var olsun" - deyə bildirib.
17-06-2022, 07:33 | Dadmaq, danışmaq, rabitə, idarəetmə – dilin misilsiz funksiyaları

Dil - Allahın insana verdiyi ən böyük nemətlərdən biridir. Allah Təala bu nemətin əhəmiyyəti haqqında Quranda buyurur: "Və (eləcə də) bir dil və iki dodaq (vermədikmi)?!". ("Bələd" 9).
İmam Əli (ə) dil barəsində buyurur: "Dilsiz insan - heykəl, şəkil və faydasız dördayaqlıdan başqası deyildir".
Bu üzvün funksiyaları ilə tanış olaq:
1. Dadmaq qüvvəsi vardır. O, şirinliyi, acılığı, turşuluğu hiss edər.
2. Yeməyi ötürəndir. Dil yeməyi ağızda bu dişdən o biri dişə aparar və sonra da xırdalanmış qidanı mədəyə ötürər.
3. Danışmaq vasitəsidir. Dilin ən mühüm faydası - danışmaq vasitəsi olmasıdır. İnsan ictimai varlıq olduğu üçün, danışmağa ehtiyacı vardır. Dil də bu işi yerinə yetirir.
Dilin danışıq funksiyaları:
1. Allahla rabitə qurmaq vasitəsidir. İnsan xilqətinin hədəfi - Allaha qovuşmaqdır. Bu yolda insana ibadətlər yardım edər. İbadətlərin əksər hissəsində isə dil mühüm vasitə olar.
2. Başqa insanlarla rabitə qurmaq vasitəsidir. İnsanın dünya və axirət səadəti dilindən asılıdır. Ona görə də Allah insanın kiminlə rabitə qurmasına böyük əhəmiyyət verir və meyarlar təyin edir. Axmaq və nadan insanlarla rabitə qurmaq insana ziyandan başqasını gətirməz.
Əksinə, alim və elmli insanla yoldaş olmaq onu irəli və təkamülə tərəf aparar.
3. Dil - insan şəxsiyyətinin meyarıdır. İmam Əli (ə) buyurur: "Dil - insanlığı ölçən tərəzidir".
4. Dil - qəlbə nüfuz edən vasitədir. İmam Əli (ə) buyurur: "Heç bir şey dil kimi insan qəlbi üçün aldadıcı və faydasız deyildir".
5. İnsanları dil vasitəsilə nəhy-əz-munkər və əmr-be-məruf edirlər.
6. Hökm çıxartmaq və idarə etmək dil vasitəsilə olur.
Təbii ki, dilin saysız-hesabsız digrə faydaları da var ki, vaxta qənaət etmək üçün onlara işarə etmirik.
Nyus.Az
17-06-2022, 07:26 | Ən faydalı 3 möcüzəvi şirə: ürəyi təhlükədən qoruyur, yağları əridir

Sağlam qidalanma üzrə amerikalı mütəxəssislər ən faydalı hesab etdikləri şirələrin adlarını açıqlayıblar.
Dietoloqlar bəzi şirələri dieta menyusuna belə əlavə etməyi məsləhət biliblər.
Çuğundur suyu
Qidalanma mütəxəssisi Eliot Reimers B6 vitamini, kalsium və dəmir ehtiva edən çuğundur suyu içməyi məsləhət görür. Mütəxəssisin fikrincə, çuğundur suyu digər şirələrdən aşağı şəkər tərkibinə görə fərqlənir.
Zoğal suyu
Qidalanma mütəxəssisi Jay Quinn zoğal suyunu ən faydalı hesab edir, çünki tərkibində antioksidanlar, C və E vitaminləri var. İltihab əleyhinə təsir göstərir. Bundan əlavə, ürək xəstəliklərinin qarşısını alır və romatoid artrit əlamətlərini aradan qaldırır.
Qarpız suyu
Doktor Mark Hayman deyir ki, məşqdən sonra qarpız suyunu sınamaq olar. Az miqdarda şəkər, laktik turşu və ammonyağı əzələlərdən təmizləyən L-Citrulline amin turşusu ehtiva edir. Məşqdən sonra ağrı və yorğunluğu aradan qaldırmağa kömək edir./
17-06-2022, 07:04 | Pikenin daha bir xəyanəti ifşa olundu - FOTO

Bir neçə gün əvvəl dünya şöhrətli müğənni Şakiranın xəyanətə görə ayrıldığı futbolçu sevgilisi Jerar Pike ifşa olunub.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, brazilyalı model Suzi Kortez bir müddət əvvəl "Barselona"nın müdafiəçisi Pikenin instaqramda ona yazdığını
"İndiyədək Şakiraya hörmət etdiyim üçün susdum, amma artıq danışmaq istəyirəm. Şakira bu yaşanan hadisələrə layiq deyil. Braziliyada olduğum zaman mənə Avropaya nə vaxt qayıdacağımla bağlı ismarıclar yazırdı. Göndərdiyi mesajları hər gün silirdi. Messinin formasını geyindiyim çılpaq şəklimi qısqandığını deyirdi. Tez-tez ombamla maraqlanırdı və gerçək olub-olmadığını soruşurdu. Pike qadınları xoşbəxt etməyi yaxşı bilir. Mənə çiçəklər göndərirdi, telefon aldı. Saçlarımı sarı və qıvrım etməyimi istədi, amma etmədim".
Qeyd edək ki, Şakira və Pike 11 ildir ki, münasibətdə idilər. Onların iki oğlu var.
17-06-2022, 06:51 | Günah insana nə edə bilir?

İnsan həyatına ən çox ziyan vuran amildir. İnsana həm mənəvi və həm də maddi ziyan vurur. Günahın insana vurduğu mənəvi ziyandan biri bəndə ilə Allah arasına fasilə salmasıdır.
Allah bəndələrini sevgi və lütfü ilə xəlq etmişdir. Bəndələrinə hər kəsdən və hər şeydən yaxındır. O, hər şeyin Xaliqidir. Hər şey Ona tabedir. İnsan özünü tanıyaraq Allahı tanıya bilər. Allah tək Munis və tək Xaliqimizdir. Ancaq günahlar gəlir və bəndəsi ilə Xaliqi arasına fasilə salırlar.
İmam Rzanın (ə) nökəri olan Abdullah Xorasani nəql edir ki, bəzi cahillər İmama (ə) sual verirlər ki, niyə Allah özünü pərdə arxasında gizlətmişdir?
İmam (ə) cavabında buyurur: "Allahın bəndələrinə görə həya etməsinin səbəbi - düçar olduqları günahlarının sayının çox olmasıdır. Heç bir şey Allahdan gizli deyildir. Nə gecənin qəlbində və nə də gündüzündə olanlar".
Bu dünya Haqqın aynasıdır. Hər kim bu aynaya nəzər salsa, Haqqın camalını müşahidə edər. Ancaq günah səbəb olur ki, Allah bəzilərini rəhmətindən məhrum etsin. Beləsi gördüyü hər ayəni inkar edər.
"Tezliklə yer üzündə nahaq yerə təkəbbürlük edən, hər hansı bir ayə və möcüzə görəndə iman gətirməyən, hidayət yolunu görəndə onunla getməyən və azğınlıq yolunu gördükdə isə onunla gedən kəsləri Öz ayələrimdən yayındıracağam (ayələrimlə mübarizə etmək qüdrətini onlardan alacağam). Bu (iş), onların Bizim ayə və nişanələrimizi təkzib etdiklərinə və onlardan (onları görməkdən) qafil olduqlarına görədir". ("Əraf" 146).
Ətraflı
Quran bu insanları kor və ölü adlandırır. Zahiri göz əşyaları gördüyü kimi, qəlb gözü də həqiqətləri görər. Əgər həqiqətləri dərk etməzsə, kor olar. Bəlkə dirilərin arasında gəzən ölülərdir.
"Bu iki dəstənin (kafirlərlə möminlərin) məsəli korla kar və görənlə eşidən kimidir. Məgər bu ikisi sifət və hal baxımından birdirlər? Məgər ibrət götürmürsünüz?!" ("Hud" 24).
"Məgər onlar yer (üzün)də gəzib dolaşmayıblar ki, düşünən qəlbləri və ya eşidən qulaqları olsun?! Çünki əslində zahiri gözlər kor olmur, lakin sinələrdəki ürəklər kor olur". ("Həcc" 46).
Günahın gətirdiyi ziyanlardan biri də Quran ayələrini inkar etməkdir. O kəslər ki, Quran ayələrini inkar edər, dəhşətli əzaba düçar olar. Bu, o insanlardır ki, qəflət içindədirlər. Günah o qədər ziyanvericidir ki, tövbə yolunu insanın üzünə bağlayır.
"Sonra isə çirkin işlər görənlərin aqibəti Allahın ayələrini təkzib etmək və onlara istehza etmək oldu". ("Rum" 10).
Nəticədə bu insanlar özləri öz əlləri ilə haqq yolunu bağlamış olur, öz havayi-nəfslərinin dalınca gedərlər. Özlərini Allahı və nurani ayələri tanımaqdan məhrum edirlər. Dünya və axirətdə ağır əzaba düçar olurlar. Tövbə və istiğfar edək və Allahla aramızda olan pərdə və hicabları qaldırmağa çalışaq.
17-06-2022, 06:43 | Bu 2 xəstəliyi olanları gələcəkdə demensiya gözləyir

Ürək-damar xəstəlikləri, şəkərli diabet, insult və infarkt keçirənlərin ahıl yaşlarda demensiya - yəni yaddaş və əqli zəiflik riski 3 dəfə artır.
bakupost-a istinadən xəbər verir ki, Oksford universitetinin alimləri yeni elmi araşdırmalarının nəticəsini açıqlayıb.
Tədqiqatda 200 min avropalının tibbi məlumatları incələnib. Onlar 60-80 yaş arası idi. İştirakçıları 3 qrupa bölüblər. Eləcə də onların içində diabeti, ürək xəstəliyi olanları ayrılıb. Məlum olub ki, anamnezində bu 3 xəstəlikdən biri və ya ikisi olanlarda 60 yaşdan sonra demensiya, Alsgeymer aşkarlanması çoxdur.
İnsult və ürək tutması keçirənlərdə qocalıq əqli geriliyi inkişaf mərhələsinə qədəm qoyur. Bunun səbəbini insult və infarkt olanlarda beyin qan dövranının pozulması, ciddi oksigen aclığı keçirməsi ilə izah edirlər.
17-06-2022, 06:39 | Koronavirusdan qoruya biləcək 3 qida AÇIQLANDI

Rafinə olunmamış, təmiz heyvani ərinmiş yağ orqanizmdə iltihab əleyhinə təsir edir, koronavirusa dözümlülüyü artırır.
Bu barədə tibb elmləri doktoru Marqarita Kovalyova bildirib.
"Pandemiyada səhərlər kənd toyuğu və ya bildirçin yumurtası, eləcə də təmiz inək südündən alınmış ərinmiş yağ 1-2 çay qaşığı qəbul edilməlidir. Belə yağda kozein olmur.
Bütün salatlara, qidalara müxtəlif toxumlar, qoz və badam əlavə edilməsi lazımdır. Səhər yarım ovuc qoz-fındıq yeyin. Mal ətini azaldın, əvəzinə dəniz, okean balıqları, zeytun yağı, avokado və buğda yağı menyuya əlavə edin".


















