16-06-2022, 08:56 | Diş tökülməsinin 70 faizi diş ətinin xəstəliklərindən qaynaqlanır - Həkim

Ölkədə bir çox xəstəliklərlə yanaşı, diş xəstəlikləri də yayılıb. Hətta bu xəstəlik yetkinlik yaşına çatan şəxslərdə də yaranır.
Diş xəstəliklərinin yaranma səbəbləri və müalicəsi ilə bağlı Trend həkim-stomatoloq Nazim Pənahovun müsahibəsini təqdim edir:
- Diş əti xəstəlikləri nədir?
- Diş əti xəstəlikləri hazırkı dövrün ən aktual problemlərindən sayılır. Diş əti xəstəlikləri dedikdə, diş ətinin, başqa sözlə, dişi dəstəkləyən toxumaların iltihabi xəstəlikləri nəzərdə tutulur. Yetkinlərdə dişlərin itirilmə səbəblərinin 70% -i məhz diş əti xəstəliklərindən qaynaqlanır. Bu xəstəliklərə erkən mərhələdə diaqnoz qoyulduqda onlar asanlıqla və uğurla müalicə edilə bilər. Diş əti xəstəliyinin qarşısının alınması və ya erkən dövrlərində müalicəsi dişlərin qorunması baxımından vacib olduğu qədər, qidanı yaxşı çeynəmək və daha yaxşı həzm etmək nöqteyi-nəzərindən də çox böyük dəyər daşıyır.
Diş əti xəstəlikləri adətən diş ətinin iltihabı - gingivit ilə başlayır. Xəstəliyin ilkin mərhələsində diş ətlərinə toxunduqda və ya heç bir səbəb olmadan qanayır, rəngləri tünd-qırmızı olur və həcmcə böyüyür. Diş əti xəstəliyinin ilk və ən əhəmiyyətli əlaməti olan qanamaya səbəb dişlər üzərində yığılan və xəstəliyə səbəb olan bakteriyaların müəyyən bir dönəmdə diş ətini iltihablaşdırmasıdır. Bəzən xəstəliyin erkən dövrlərində çox narahatlığa səbəb olmasa da, müalicə edilməzsə, xəstəlik sonrakı mərhələdə parodontitin digər mərhələlərinə keçə bilər və dişləri dəstəkləyən alveol sümüyündə geridönməz dəyişikliklər yarada bilər. Ağızdan qan və irin qoxusunun gəlməsi, eləcə də diş ətialtı və diş ətiüstü diş daşlarının yığılması bu xəstəliyin sonrakı əlamətləri arasındadır.
- Diş əti xəstəliklərinin yaranma səbəbləri nələrdir?
- Diş əti xəstəliklərini ümumi orqanizm xəstəliyi kimi dəyərləndirmək lazımdır. Bu səbəbdən diş əti xəstəliklərinə təkcə yerli, yalnız ağız boşluğunun problemi kimi baxmaq olmaz. Həkim xəstəliyin səbəbini araşdırıb tapdıqdan sonra ümumi orqanizm səviyyəsində müalicə olunsa, daha effektiv və stabil nəticə almaq olur.
Diş əti xəstəliyi olan insanların 30%-nin ailələrində də bu problemlərin olduğu müəyyən edilib. Məlumdur ki, ağız və diş qulluğuna ciddi əhəmiyyət verməyən insanlar diş ətinin xəstəliyinə digərlərindən 6 qat daha çox məruz qalırlar.
Bir çox xəstəliyin etioloji faktoru olan siqaret, diş ətinin də problemlərinə səbəb olur və diş əti xəstəliklərinin inkişafına yol açır. Bədənin infeksiyalara qarşı müdafiəsiz qalmasına səbəb olan stress, diş əti xəstəliklərinin yaranmasında da təsirlidir.
Bədənin immunitetini gücləndirmək üçün qida maddələrinə diqqət yetirmək lazımdır. Buna məhəl qoyulmadıqda orqanizm xəstəliklərə qarşı həssas olur. Zərərli qida vərdişləri və infeksiyaların əmələ gəlməsini sürətləndirən metabolizm pozulmaları və artıq çəki ilə mübarizə aparılmazsa, diş ətinin xəstəliklərinin də inkişafının qarşısı alınmaz. Bununla yanaşı bədəndə bəzi vitaminlərin əskikliyi də diş əti problemlərinə səbəb olur.
Diş əti xəstəliyinin erkən mərhələlərini lazımi diş məcunu, diş fırçası, diş sapından daimi istifadə və düzgün təmizləmə texnikasına riayət etməklə önləmək olar. Mütəmadi aparılan stomatoloji müayinələr ilə diş əti xəstəliklərinin qarşısı alına bilər.
- Ortodontik problemlər nələrdir?
- Ortodontiya, diş-çənə anomaliyalarının müalicəsi və profilaktikası ilə məşğul olan bir sahədir. Ortodontiyada dişlərin, diş sıralarının, əngin və çənənin düzgün münasibəti və ideal estetik nizamına nail olmaq üçün müalicə aparılır. Hazırda ortodontik problemlərin hansı yaşda müalicə olunması ciddi problem olmasa da, ancaq diş-çənə anomaliyasının fəsadlarının qarşısını almaq üçün erkən yaşlarda aparılan müalicə daha vacibdir. Diş-çənə anomaliyalarının bir çox səbəbi ola bilər. Dişlərin vaxtından əvvəl çəkilməsi, dişlərin anomal quruluşu, dar əng və ya çənə bu amillərdəndir. Həmçinin bəzi diş-çənə anomaliyaları irsi olaraq da valideynləridən uşağa ötürülə bilər. Bu vəziyyətdə uşağı erkən yaşlarından mütəmadi olaraq diş həkiminə gətirmək lazımdır. Bəzi zərərli vərdişlər də anomaliyaların formalaşmasına təsir edir. Baş barmağı, yanağı və ya dodaqları gəmirmək, əmzikdən uzun müddət istifadə etmək, qələmi dişlər arasında tutaraq dişləmək kimi vərdişlər buna nümunədir.
- Ortodontik problemlərin qarşısını necə almaq olar?
- Uşaq qaşıqla qidalanmağa keçdiyi zamandan əmzik istifadəsini dayandırmaq lazımdır. İrsi diş problemlərinin qarşısını almaq mümkün olmasa da, belə halda erkən müalicəyə başlamaq lazımdır. Süd dişləri daimi dişlərin öz normal yerinə çıxması məqsədilə üz-çənə skelet sistemini hazırladığı üçün onların erkən, vaxtı çatmadan çıxarılması da ciddi problemlərə səbəb olur. Uşaq yaşlarından dişlər gündəlik fırçalanmalı və qulluqlarına laqeyd yanaşmamalıyıq. Ortodontik müalicə dişlərin görünüşünü yaxşılaşdırır və gözəl bir təbəssümü təmin edir. Ancaq düzgün diş-çənə quruluşu təkcə estetik görünüşü təmin etmir, həm də çeynəmənin rahat və nitqin səlis olmasına köməklik edir. Anomal yerləşən dişlərin düzəldilməsi ağız sağlamlığı üçün də vacibdir. Dişlərdəki sıxlıq, əyrilik dişlərinizin dayaq aparatını zəiflədə bilər ki, bu da ağız sağlamlığı üçün risk deməkdir. Diş-çənə anomaliyası müalicə edilməzsə, dişlərin kariyesi, diş əti xəstəliyi, diş itkisi, nitq və çeynəmə qüsurları, gicgah-çənə oynağının problemləri kimi narahatlıqlara yol aça bilər.
16-06-2022, 08:51 | Saturasiyanın düzgün ölçülməsi. Vacib QAYDALAR

Son zamanlar pulsoksimetr ən çox istifadə olunan tibbi cihazına çevrilib. İstifadəsi çox rahat və asan olan bu cihaz ev şəraitinda qanda oksihgenin azalmasını vaxtında aşkar etməyə imkan verir.
Bildiyimiz kimi, saturasiyanın azalması koronavirusun ağırlaşmasına işarə edən ilk əlamətlərdən biridir. Pulsoksimetrin göstəricisi 95%-dən aşağı düşdükdə dərhal, vaxt itirmədən həkimə müraciət etmək lazımdır.
Saglamolun.az mövzunun aktuallığını nəzərə alaraq oxucularını saturasiyanın düzgün ölçülməsi qaydaları ilə tanış edir.
1. Rahat oturun, qolunuzu masanın üzərinə qoyun.
2. Əllləriniz normal temperaturda olmalıdır. Əllərinin soyuqdursa, bu pulsoksimetrin nəticəsinə təsir edə bilər. Bu halda saturasiyanı ölçməzdən əvvəl əllərinizi isti suda bir qədər saxlayın.
3. Saturasiyanı hər dəfə eyni əldə və eyni barmaqda ölçün.
4. Saturasiyanın ölçülməsi zamanı tərpənməyin. Bu nəticəyə təsir edir.
5. Uzun süni dırnaqlar nəticəyə ciddi təsir edir. Nəticə səhv ola bilər.
6. Saturasiyanı bir neçə dəfə ölçün. Əgər sizdə şübhə yaranarsa, dərhal həkimlə əlaqə saxlayın.
16-06-2022, 08:43 | Gecə öskürəyin bilmədiyiniz SƏBƏBLƏRİ

Gecə öskürəyi sizi daim narahat edirsə, bu hər hansı pozulmaya işarə edə bilər. Belə öskürək 3 həftədən artıq çəkirsə, mütləq həkimə müraciət edin.
Bəzi hallarda bu çox təhlükəli xəstəliyin simptomu ola bilər.
Saglamolun.az bildirir ki, mütəxəssislərin müşahidələrinə görə, gecə öskürəyinin ən yayılmış səbəbləri bunlardır:
- Astma. Bəzi xəstələrdə gecə öskürəyi astmanın yeganə simptomu ola bilər.
- Ağciyər xəstəlikləri (xroniki obstruktiv ağciyər xəstəliyi, emfizema, bronxit).
- Ürək çatışmazlığı. Öskürək tək nəfəsalam sisteminin deyil, ürək çatışmazlığının simptomu da ola bilər. Belə xəstələrdə öskürlə yanaşı gecə təngənəfəslik, boğulma tutmaları ola bilər.
- Allergiya. Gecə öskürəyinin ən yayılmış səbəblərindən biri sayılır.
- Reflüks xəstəliyi. Bu xəstəlik zamanı uzanaq vəziyyətdə mədə şirəsinin bir hissəsi qida borusuna düşərək selikli qişanı qıcıqlandırır ki, bu da öskürəyə səbəb olur. Belə hesab olunur ki, gecə öskürəyinin ¼ hissəsi məhz reflüks xəstəliyi ilə bağlıdır.
- Ağciyər vərəmi. Bu xəstəlik ilkin mərhələlərdə quru xroniki öskürək, "səbəbsiz" qızdırma, gecə vaxtı güclü tərləmə və izah olunmayan arıqlama ilə müşayiət olunur.
16-06-2022, 08:12 | Telefon üzərindəki bakteriyalar hansı xəstəliklərə yol açır?

Smartfonun səthində və korpusunda olan çirkin dəri dermatiti yaratmaq riski yüksəkdir.
Bu barədə "Ornament" profilaktik tibb tətbiqinin tədqiqatçısı Elina Şərifullina "Gazeta.ru"ya müsahibəsində bildirib.
"Telefonu istifadə edərkən onu birbaşa qulağa sıx yaxınlaşdırmaq həm qulaq siniri, həm də dəri üçün təhlükəli ola bilər, çünki qadjetlər dəri dermatitinə səbəb ola - bəzilərində, məsələn, nikel duzları ola bilər.
Mümkünsə telefon istifadəçiləri sevdikləri tətbiqləri kompüterə yükləsin. Həm hər axşam smartfonu və korpusunu təmizləməlisiniz. Bunun üçün tərkibində spirt olan xüsusi təmizləyici spreylərdən istifadə etmək daha yaxşıdır. İstifadəçilərimiz ağıllı telefonları sağlamlıqlarını izləməyə və bir çox xəstəliklərin qarşısını almağa kömək edən bir vasitə kimi istifadə edirlər. Lakin smartfonların səthində yaşayan bakteriya və virusların təmizliyinə nəzarət etməsəniz, təəssüf ki, problemlər də gətirə bilər" , - ekspert qeyd edib
16-06-2022, 08:06 | Yemək yedikdə su içmək xeyirdir, ya ziyan?

Bədənimizin təxminən 70% , beyinin isə tam yarısı sudan ibarət olduğundan, suyun insan orqanizmi üçün nə qədər önəmli olduğunu bilmək olar.
Çox zaman susuzluq hissi aclıq hissi ilə səhv salınır, bəhs bu səbəbdən bir çox insanlar aclıq hissi duyduqları zaman ilk olaraq su içməyi tərciyə edirlər. Yaşlandıqca isə orqanizmdə suyun miqdarı azalır. Lakin, su çox içdiyimiz halda, qocalma prosesini ləngitmək imkanı əldə edirik.
Bəs, yemək zamanı su içmək ziyandır yoxsa xeyir? Bu sual çoxlarını narahat edir...
Bir çoxlarımız yeməyi 1 fincan susuz təsəvvür etmir, digərləri isə ümumiyyətlə yemək zamanı su içmək istəmir. Keçmiş zamanlardan qalan fikirlərə əsasən, yemək zamanı su içdikdə, su mədə turşluğunu durulaşdırır, bu isə yeməyi n, xüsusən də zülalın parçalanma prosesini çətinləşdirir. Əslində isə su, həzm şirəsinə əhəmiyyətli təsir göstərmir, bununla da həzm üçün heç bir problem yaratmış olmur.
Həqiqətdə isə yeməkdən əvvəl içilən su, həzm traktını, əzələlərin qeyri ixtiyarı yığılma və boşalmasının stimullaşdırır. Bəzi araşdırmalar, suyun içildikdən 1 saat sonra metobolizmi yaxşılaşdırdığını göstərir. Həmçinin su çəkini kontrol etməkdə kömək edir. Orqanizmdə toxluq siqnalı verən bir neçə faktor var. Anatomik faktrorlardan biri də mədənin genişlənməsidir. Bu isə həm qida, həm də su qəbulu ilə təmin oluna bilər.
İçdiyiniz suyun miqdarını artırdıqda sağlamlıqla əlaqəli nə qədər problemlərdən azad olacağınızı bildikdə təəccüblənəcəksiniz. Bu: qıcqırma, artrit, bağırsaq xəstəlikləri, bel və digər sahələrdə xroniki ağrılar, yüksək qan təzyiqi vəs. Aşağıda isə sizə suyun ən vacib funksiyalarını təqdim edir:
- su, orqanizmin bütün toxumalarını nəmləndirir
- bədən hərarətini tənzimləməyə kömək edir
- orqanların qorunmasına kömək olur
- bədəndə toksinləri yumaqla böyrək və qaraciyəri artıq yükdən azad edir
- oynaqlarda sürtkü rolunu oynayır
- mineral və digər xeyirli maddələri həll edir, bu isə onların hüceyrələrə daha yaxşı hopmasına səbəb olur
- hüceyrələrə oksigen və qidalı maddələri göndərir
Daha çox su için...
Gecə bədən uzunmüddətli susuz qaldığından, çalışın səhərlər 200-400 mlt su için.
16-06-2022, 08:06 | Yemək yedikdə su içmək xeyirdir, ya ziyan?

Bədənimizin təxminən 70% , beyinin isə tam yarısı sudan ibarət olduğundan, suyun insan orqanizmi üçün nə qədər önəmli olduğunu bilmək olar.
Çox zaman susuzluq hissi aclıq hissi ilə səhv salınır, bəhs bu səbəbdən bir çox insanlar aclıq hissi duyduqları zaman ilk olaraq su içməyi tərciyə edirlər. Yaşlandıqca isə orqanizmdə suyun miqdarı azalır. Lakin, su çox içdiyimiz halda, qocalma prosesini ləngitmək imkanı əldə edirik.
Bəs, yemək zamanı su içmək ziyandır yoxsa xeyir? Bu sual çoxlarını narahat edir...
Bir çoxlarımız yeməyi 1 fincan susuz təsəvvür etmir, digərləri isə ümumiyyətlə yemək zamanı su içmək istəmir. Keçmiş zamanlardan qalan fikirlərə əsasən, yemək zamanı su içdikdə, su mədə turşluğunu durulaşdırır, bu isə yeməyi n, xüsusən də zülalın parçalanma prosesini çətinləşdirir. Əslində isə su, həzm şirəsinə əhəmiyyətli təsir göstərmir, bununla da həzm üçün heç bir problem yaratmış olmur.
Həqiqətdə isə yeməkdən əvvəl içilən su, həzm traktını, əzələlərin qeyri ixtiyarı yığılma və boşalmasının stimullaşdırır. Bəzi araşdırmalar, suyun içildikdən 1 saat sonra metobolizmi yaxşılaşdırdığını göstərir. Həmçinin su çəkini kontrol etməkdə kömək edir. Orqanizmdə toxluq siqnalı verən bir neçə faktor var. Anatomik faktrorlardan biri də mədənin genişlənməsidir. Bu isə həm qida, həm də su qəbulu ilə təmin oluna bilər.
İçdiyiniz suyun miqdarını artırdıqda sağlamlıqla əlaqəli nə qədər problemlərdən azad olacağınızı bildikdə təəccüblənəcəksiniz. Bu: qıcqırma, artrit, bağırsaq xəstəlikləri, bel və digər sahələrdə xroniki ağrılar, yüksək qan təzyiqi vəs. Aşağıda isə sizə suyun ən vacib funksiyalarını təqdim edir:
- su, orqanizmin bütün toxumalarını nəmləndirir
- bədən hərarətini tənzimləməyə kömək edir
- orqanların qorunmasına kömək olur
- bədəndə toksinləri yumaqla böyrək və qaraciyəri artıq yükdən azad edir
- oynaqlarda sürtkü rolunu oynayır
- mineral və digər xeyirli maddələri həll edir, bu isə onların hüceyrələrə daha yaxşı hopmasına səbəb olur
- hüceyrələrə oksigen və qidalı maddələri göndərir
Daha çox su için...
Gecə bədən uzunmüddətli susuz qaldığından, çalışın səhərlər 200-400 mlt su için.
16-06-2022, 08:00 | Çayın orqanizmə nə kimi faydaları var?

Çayın faydalı olması hamıya məlumdur. Bir stəkan isti çay qışın soyuğunda insanı isidir, xoş ətri yaxşı əhval-ruhiyyə və gümrahlıq verir.
Sağlamlığı qoruyur
Çay qanda xolesterinin səviyyəsini aşağı salır. Bu ətirli içkini qəbul etmək ürək-damar xəstəlikləri üçün əla profilaktikadır. Belə ki, çayda olan faydalı maddələr damarları təmizləyir və elastikliyini artırır.
İmmuniteti qaldırır
Alimlərin araşdırmaları göstərir ki, gündə bir neçə stəkan çay içən adamların immun sistemi daha aktiv olur. Bu içki xüsusilə mövsümi soyuqdəymələr zamanı faydalıdır.
Orqanizmi nəmləndirir. Bir tərəfdən çay susuzluğu əla yatırır, digər tərəfdən isə nəmi orqanizmin hüceyrə və toxumalarında saxlayır.
Dişləri qoruyur
Düzdür, dişlərə əsasən şirnisiz çay faydalıdır. Tərkibində olan tanin və ftor birləşmələri damaqları və diş minasını möhkəmləndirir, antioksidantlar isə kariyesə qarşı təsirə malikdir. Çaya şəkər qatmaqla onu faydalı xüsusiyyətdən məhrum etmiş olursunuz.
Yaşıl çayla dişləri yaxalamaq damaq xəstəliklərinin qarşısını alır. Bundan ötrü hər dəfə çay içərkən onu ağız boşluğunda bir qədər saxlayın. Çay dişlərdə sarı-qəhvəyi ərp saxlayır, ona görə hər dəfə çay içəndən sonra dişləri adi su ilə yaxalamaq lazımdır.
Arıqladır
Çay pəhriz üçün əla vasitədir, çünki kalorisizdir. Çay vasitəsilə maddələr mübadiləsini yaxşılaşdırmaq olar. Mütəmadi çay içməklə (faydalı bitkilər əlavə etməklə) artıq kalori və çəkidən azad olmaq mümkündür.
İriyarpaqlı qara çayı qurudulmuş rozmarinlə qarışdırıb dəmləmək və hər axşam isti halda, səhərlər isə soyuq halda içmək lazımdır. Bu içki şişkinliyi yatırdır, oynaqları hərəkətləndirir, ağrıların qarşısını alır.
Gözəllik açarı
Ətirli içki təkcə orqanizmin daxili üçün deyil, həmçinin xarici gözəllik üçün də faydalıdır. Yaşıl çay antibakterial və cavanlışdırıcı təsirə malik olduğundan, ondan bir çox kosmetik vasitələrdə istifadə edirlər. Yaşıl çay üz rəngini yaxşılaşdırır, dəri yorğunluğunu aradan qaldırır və elastikliyi artırır.
Hər gün üzü yaşıl çayla və ya buz kubiklərilə yumaq məsləhətdir. Tənzifi çay dəmləməsində isladaraq üzdə 15-30 dəqiqə saxlamaq əla canlandırıcı effekt verəcək. Yaşıl çayın xeyri çoxdur - tərkibində olan antioksidantlar, kofein, B2, P, C vitaminləri iltihaba qarşı təsir göstərir, qanda mikrosirkulyasiyanı yaxşılaşdırır. Ona görə bu içkidən problemli dəri üçün hazırlanan kosmetik vasitələrdə istifadə edirlər.
Həmçinin çaydan saçlara qulluq vasitəsi kimi də geniş istifadə olunur. Belə ki, çay baş dərisinin qidalanması və nəmlənməsi üçün faydalıdır. Yaşıl çaydan yaxalayıcı balzam kimi də yararlana bilərsiniz, saçlarınız incə və hamar olacaq. Qara çay dəmləməsi ilə saçları yaxalamaq onlara qızılı-qəhvəyi çalar verəcək.
16-06-2022, 07:51 | Hansı emosiyalar hansı XƏSTƏLİKLƏRİ yaradır? Hipertoniya, xora, mioma...

19-cu əsrin əvvəlində alman psixiatrı İohan Haynrot tibbi "psixosomatika" (psycho - ruh, somos - bədən) termini daxil edib.
Alim öz təcrübəsindən belə qərara gəlib ki, bir çox bədən xəstəliklərinin səbəbi ruhdur, yəni emosiyalardır. Təbii ki, söhbət mənfi emosiyalardan, mənfi hisslərdən gedir. Xüsusilə insan bu hisləri uzun müddət ərzində yaşayır, onları gizlədir, boğur, onlardan əziyyət çəkirsə, bu somatik xəstəliklərin inkişafına təkan verir.
Saglamolun.az bildirir ki, müasir elm də mənfi emosiyaların insan sağlamlığına olan təsirini təsdiq edir və psixosimatikanı daha dərin öyrənir.
Belə ki, psixosomatika mütəxəssislərinin fikrinə görə, qastrit və xora xəstəliyi daha tez-tez daim özündən narazı olan, öz hərəkətlərini, sözlərini daim analiz edən, özündə səhvlər axtaran, keçmişdə baş vermiş səhvləri, inciklikləri unuda bilməyən insanlarda inkişaf edir.
Hipertoniyaya həddindən artıq məsuliyyətli, işgüzar, istənilən işi sona qədər çatdırmaq üçün hər şeydən keçən, istirahət edə bilməyən insanlarda daha tez-tez rast gəlinir.
Qadın xəstəlikləri (mioma, kista və s.) xəyanətlə üzləşmiş, həyat yoldaşını sevməyən, ona etibar etməyən, öz qadınlığından imtina edən qadınlarda daha tez-tez təsadüf edilir.
Qaraciyər xəstəliklərinin riski qəzəbli, kinli, tez hirslənən, özündən çıxan insanlarda daha çoxdur.
Dəri xəstəlikləri (psoriaz, dermatitlər və s.) öz həyatından, işindən narazı olan, onlarda heç bir dəyişiklik edə bilməyən və daim bundan qıcıqlanan insanlarda inkişaf edə bilər.
Ürək xəstəlikləri sevinməyi, sevməyi bacarmayan, hirsi, kədəri, qorxuları daim dəf etməyə çalışan insanlarda daha tez-tez aşkar olunur.
Beləliklə, sağlam olmaq istəyirsinizsə, mənfi hisləri və emosiyaları atmağa, onları unutmağa çalışın, özünüzü və ətrafdakıları sevin, sevinin, insanları bağışlamağa bacarın, hirsi, kədəri, inciklikləri özünüzdə saxlamayın.
16-06-2022, 07:47 | Səssizlik sinirləri və ürəyi müalicə edir

Müasir dövrdə insanlar daim səs-küyün içində yaşayır. Maşınların, məişət və ofis texnikasının, televizorların, müxtəlif gəcetlərin səsi bizi daim əhatə edir.
Xüsusilə bu şəhər sakinlərinə aiddir.
Saglamolun.az bildirir ki, müxtəlif ölkələrdə aparılmış araşdırmalar sübut edib ki, səs-küy insan sağlamlığına ciddi ziyan vurur - ürək-damar, sinir, cinsiyyət, immun sisteminin fəaliyyətinə mənfi təsir edir. Güclü səs orqanizmdə stress hormonlarının (adrenalin, noradrenalin, kortizol) ifrazını artırır. Bu hormonların səviyyəsinin orqanizmdə daim yüksək olması baş ağrılarına, arterial təzyiqinin artmasına, yuxusuzluğa, piylənməyə, hətta sonsuzluğa səbəb olur.
Amerika alimləri sübut edir ki, aeropot və ya trass yollarının kənarında yaşayan insanlarda ürək-damar sistemi xəstəliklərinə, infarkt və insulta sakit yerlərdə yaşayan insanlarla müqayisədə daha tez-tez rast gəlinir. Daily Mail xəbər verir ki, alimlərin fikirinə görə, güclü səs insan həyatını qısaldır.
Əksinə isə səsssizlik insanın sağlamlığına çox müsbət təsir edir - təzyiqi və nəbzi normallaşdırır, sinirləri sakitləşdirir, beyinin fəaliyyətini, yaddaşı, təfəkkürü yaxşılaşdırır, immun və cinsiyyət sisteminin fəaliyyətinə müsbət təsir edir.
Alimlər insanlara sakit yerlərdə (meşə, dağlar, dəniz kənarı və s.) tez-tez olmağı, evdə və ofisdə səsin səviyyəsini azaltmağı tövsiyə edirlər.
16-06-2022, 07:38 | Havanın qəfil soyuması bu xəstəlikləri kəskinləşdirəcək - Kimlər ehtiyatlı olsun?

Azərbaycanda temperaturun qəfildən kəskin enməsi, oktyabrda bölgələrə qar yağması bir sıra xroniki xəstəlikləri olan şəxslərə təsirsiz ötüşməyəcək
Kimlər risk altındadır, soyuq havanın orqanizmə fəsadları nələrdir.
Soyuq havanın kəskinləşdirdiyi xəstəlikləri təqdim edirik:
-Astma - bronxit xəstəliyi, boğulması olanlar
-Şəkərli diabet xəstələri
-Meteohəssas insanlar
-Yüksək təzyiqi olanlar
-Ürək-damar xəstəliyi, qan damarlarında ateroskleroz olanlar infarkt, insult keçirmiş insanlar,
-Panik atak, nevroz və depressiyada olanlar
-Gözlərində problemi, iltihabi xəstəliyi olanlar
-Artroz, ostexondroz, artrit, revmatizması olanlar
-Rinit, sinusit, haymoriti olanlar, faringit
Yüksək rütubət, aşağı temperatur və soyuq iltihabi prosesləri aktivləşdirəcək.
Qeyd edək ki, orqanizmin havaya və kəskin iqlim dəyişməsinə reaksiyası meteopatiya adlanır.
Nə hiss edə bilərsiniz?
-Xüsusi təhlükəli hava şəraitində insanlarda səbəbsiz həyəcanlanma, qıcıqlanma, özündən çıxma, əsəbilik, yuxusuzluq və ya depressiv əlamətlər, süstlük, gərginlik tipli baş ağrıları artır.
-Belə günlərdə həkimlərə və təcili yardıma səbəbsiz hal dəyişmələrdən, ağrılardan müraciətlər çoxalır.
-Arterial təzyiqdə qəfil enmələr, qalxmalar müşahidə oluna bilər.
-Bəzən qarın boşluğunda və beldə spastik ağrılar başlayır, bunu zəhərlənmə ilə səhv də salırlar.
Təəssüf ki, belə havalarda və məqamlarda ürək-damar, beyin insultu səbəbindən ölüm hallarının sayı artır.
Sürətli külək səbəbindən yollarda kiçik travmalar alan şəxslərin də xəstəxanalara düşmə ehtimalı olur.
Nə etməli?
-Valideynlər xəstə, zəif, arıq və ya xüsusi xəstəliyi olan uşaqları həmin gün qapalı şəraitdə, özləri də yanında olmaqla saxlamalı
-Yaşlı, təzyiqi olan insanlar evdə qalmalı, təzyiq tənzimləyici dərmanlarını vaxtında qəbul etməli, sakitləşdiricilər içməli, evdə fikirlərini maraqlı və xoş bir şeylə məşğul etməlidirlər
-Boğulması, astma bronxiti olanlar küləkli havada çölə çıxmamalı, dərmanları yanında olmalıdır
-Gözlərində iltihabı, kataraktası, zəifliyi olanlar, rinit, haymoriti olanlar da maksimum evdə və qapalı yerdə olmalı. Küçəyə çıxarlarsa, qayıdanda göz damcısı tökməli, burunlarını dəniz suyu ilə yumalıdırlar.
-Əsəbi, nevrozu, depressiyası olanlar isə mütləq sakitləşdiriciləri qəbul etməli, evdə və ya işdə maksimum xoş təsir verən informasiya qəbul etməlidirlər, sosial şəbəkələrdən uzaq durum
-Diabet xəstələrinin aşağı ətrafları soyuq havadan daha sürətlə soyuduğundan və damarları tutulduğundan onlarda əl-ayaq uyuşması, sancmalar, keyimələr və qan dövranı pozulmasından ürəkdə, başda ağrılar ola bilər. Onlar da qan durulaşdırıcı və kardio aspirin kimi tabletlərini qəbul etməlidirlər.
-Əgər havada qəfil təhlükəli vəziyyətdən özünüzü yaxşı hiss etməsəniz, valerian, korvalol damcısından 10 damcı bir az suya damcıladaraq qəbul edə bilərsiniz.
-Ürək damarlarında əməliyyat olanlar, stend taxılan insanlar narahatlıq hiss edən kimi həkimi ilə əlaqə saxlasın
Məsləhət görərdik ki, havanın, küləyin təsirindən maksimum qorunmaq, orqanizmdə baş verəcək dəyişiklikləri nəzarətdə saxlamaq və bir şey olduğu halda özünüzə kömək etmək üçün bu günlərdə vacib olmadığı halda evdən çıxmayın.


















