26-02-2026, 10:15 | Paris-2024-ün medalları yenisi ilə əvəz olunur

Paris-2024-ün medalları yenisi ilə əvəz olunur


Azərbaycan idmançılarının Paris-2024 Yay Olimpiya Oyunlarında qazandığı və sonradan aşılanmaya məruz qalan medalların geri qaytarılması ilə bağlı işlərə start verilib.

Beynəlxalq Olimpiya Komitəsi (BOK) məsələ ilə bağlı medalların istehsalçısı olan, LVMH şirkətinin tərkibində fəaliyyət göstərən "Chaumet" zərgərlik evinə müraciət edib.

Şirkətdən bildirilib ki, sifariş növbəyə alınıb və aşılanmaya məruz qalan medalların dəyişdirilməsi prosesi mərhələli şəkildə həyata keçirilir.

Hazırda Azərbaycan idmançılarının aşılanmış medallarının dəyişdirilməsi növbəsi çatıb.

Bu günlərdə Milli Olimpiya Komitəsi medalları Fransaya göndərəcək və onlar yenisi ilə əvəz olunacaq.

İlk növbədə taekvondoçu Qaşım Maqomedovun və yunan-Roma güləşi üzrə mükafatçı Həsrət Cəfərovun medallarının göndərilməsi təmin ediləcək.

Məlumata görə, yeni medalların hazırlanma müddəti təxminən 3-5 həftə davam edəcək. (olympics.az)

16-02-2026, 14:48 | “Qarabağ” - “Nyukasl” oyununda hakim təyinatları açıqlandı

“Qarabağ” - “Nyukasl” oyununda hakim təyinatları açıqlandı


UEFA Çempionlar Liqasının pley-off mərhələsində Bakıda "Qarabağ" və İngiltərənin "Nyukasl" komandaları arasında keçiriləcək ilk oyununun hakim təyinatları açıqlanıb.

Qarşılaşma Norveçdən olan hakimlər briqadasına tapşırılıb.

Baş hakim Espen Eskosa Yan-Erik Enqan və İsak Elias Başevnik kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Siqurd Krinqstad yerinə yetirəcək. VAR-da niderlandlı Rob Diperik, AVAR-da onun həmyerlisi Dennis Hiqler olacaq.

Qeyd edək ki, fevralın 18-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək "Qarabağ" - "Nyukasl" oyunu saat 21:45-də başlayacaq.

26-08-2025, 15:56 | "İnter" rəqibini darmadağın etdi

"İnter" rəqibini darmadağın etdi


İtaliya A Seriyasında 2025/2026 mövsümünün açılış turu yekunlaşıb.

Günün son qarşılaşmaları iki oyundan ibarət olub.

"İnter" öz meydanında "Torino"nu qəbul edib. Kristian Kivunun çalışdırdığı Milan təmsilçisi rəqibini 5:0 hesabı ilə darmadağın edərək möhtəşəm qələbə qazanıb.

Digər görüşdə isə "Udineze" ilə "Verona" üz-üzə gəlib. Gərgin mübarizə şəraitində keçən matç heç-heçə başa çatıb və komandalar meydanı bir xalla tərk ediblər.

26-08-2025, 14:07 | Qurban Qurbanov: "Həm qol vurmağa, həm də..."

Qurban Qurbanov: "Həm qol vurmağa, həm də..."


Ferentsvaroş" çox təhlükəli rəqibdir.

Bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Ferentsvaroş"a (Macarıstan) qarşı keçirəcəkləri cavab matçından öncə mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis Bakıdakı görüşə ciddi hazırlaşdıqlarını söyləyib:

"Bizim üçün vacib oyundur. Meydanda soyuqqanlı olmalıyıq. İlk oyundakı nəticə üstünlüyümüzü göstərir. "Ferentsvaroş" çox təhlükəli rəqibdir. Yaxşı nəticələrimiz oyun üslubuna görə olub. Meydanda bacardığımız etməyə çalışacağıq. Daha çox topa sahib olmaq istəyirik. Futbolu həm azarkeşlər həm nəticə üçün oynayırıq. Vurulan qollar vacibdir. Həm qol vurmağa, həm də nəticə qazanmağa çalışacağıq".

O, psixoloji hazırlığı qabardıb:

"Psixoloji durum vacib detaldır. Futbolçular psixoloji cəhətdən hazır olmalıdırlar. Oyundankənar fikirlərə önəm versək, bu, bizə mane olacaq. Futbolçulara inamım var. Azarkeşlərimiz elə səviyyədədir ki, onlara ancaq təşəkkür edə bilərəm. Hətta az sayda olanda belə, həmişə onlara təşəkkür etmişəm".

Qeyd edək ki, "Qarabağ" - "Ferentsvaroş" matçı avqustun 27-də, saat 20:45-də start götürəcək. Komandalar arasında Macarıstanda baş tutan ilk görüşdə Ağdam təmsilçisi 3:1 hesablı qələbə qazanıb.


26-08-2025, 12:56 | Ançelotti "yığmanın qapısı"nı onların üzünə BAĞLADI

Ançelotti "yığmanın qapısı"nı onların üzünə BAĞLADI


Braziliya millisinin futbol üzrə dünya çempionatının seçmə mərhələsinin növbəti oyunları üçün heyəti açıqlanıb.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, yığmaya yeni təyin olunan baş məşqçi Karlo Ançelotti qərarı ilə müzakirələr yaradıb.

O, dünya ulduzu Neymarı heyətə daxil etməyib. Bundan başqa, mütəxəssis öncə çalışdırdığı "Real Madrid"in braziliyalı oyunçuları Vinisius Junior, Eder Militao, Rodriqo, Endriki də milliyə çağırmayıb.

Bildirək ki, Braziliya yığması sentyabrın 5-də Çili, 10-da isə Boliviya ilə qarşılaşacaq.

25-08-2025, 09:43 | “Qalatasaray” səfərdə rəqibini darmadağın etdi

“Qalatasaray” səfərdə rəqibini darmadağın etdi


Türkiyə Superliqasında üçüncü turun növbəti oyunu baş tutub.

"Qalatasaray" səfərdə "Kayserispor"un nqonağı olub. İstanbul təmsilçisinin matçı 4:0 hesablı darmadağınla başa vurub.

Qolların müəllifləri isə Erən Elmalı (2 qol), Viktor Osimhen və Leroy Sane olub.

24-12-2024, 08:19 | "Whatsapp" 8 gün sonra bu telefonlarda bloklanacaq

"Whatsapp" 8 gün sonra bu telefonlarda bloklanacaq


Məşhur mesajlaşma tətbiqi WhatsApp, 1 yanvar 2025 tarixindən etibarən bəzi telefon modellərində fəaliyyətini dayandıracaq. Meta tərəfindən yayımlanan siyahıya əsasən, tətbiq 8 gün sonra bəzi Motorola, Samsung, HTC, LG və Sony modellərində işləməyəcək.

Meta şirkəti, müəyyən aralıqlarla köhnə cihaz modellərinə dəstəyi dayandırır. Şirkət açıqlayıb ki, köhnə aparatlara malik olan və yeni versiyaları işlətdikdə çətinlik çəkən cihazlar üçün dəstək artıq başa çatıb.

İŞLƏMƏYƏCƏK MODELLƏRİN SİYAHISI
Samsung:
Galaxy S3
Galaxy Note 2
Galaxy Ace 3
Galaxy S4 Mini
Motorola:
Moto G (1-ci nəsil)
Razr HD
Moto E 2014
HTC:
One X
One X+
Desire 500
Desire 601
LG:
Optimus G
Nexus 4
G2 Mini
L90
Sony:
Xperia Z
Xperia SP
Xperia T
Xperia V

WhatsApp-ın inkişaf edən funksiyaları və platformaya əlavə olunan yeniliklər, bu cihazların köhnə texnologiyaları ilə uyğunsuzluq yaratdığı üçün tətbiqin işləməsinə mane olur. Yeniliklərin daha stabil işləməsi üçün müasir cihazların istifadəsi zəruridir. Buna görə də köhnə cihazlar üçün dəstək tamamilə dayandırılır.

İPHONE MODELLƏRİ ÜÇÜN SON TARİX MAY 2025
iPhone istifadəçiləri üçün WhatsApp dəstəyinin son tarixi May 2025 olaraq müəyyən edilib. iOS 15.1 və daha köhnə versiyalara malik olan iPhone modelləri bu tarixdən sonra WhatsApp tətbiqindən istifadə edə bilməyəcək.

Lalə Qüdrətova
milli.az

12-12-2024, 09:32 | Sosial şəbəkələrdə paylaşılan qarışıqların dəhşətli fəsadları - VİDEO

Sosial şəbəkələrdə paylaşılan qarışıqların dəhşətli fəsadları - VİDEO


Sosial şəbəkələrdə müxtəlif vasitələrlə dərman məhlullarının hazırlanması ilə bağlı paylaşlımlar edilir.

Xəzər TV-yə istinadən bildirir ki, bal, limon, zəncəfil, sarımsaq, soğan, qoz və bir sıra məhsullardan hazırlanan bu vasitələrin soyuqdəymə, qrip və boğaz ağrısına qarşı effektiv olduğu iddia edilir. Xüsusilə də uşaqlar üçün bu qarışıqların faydalı olduğu vurğulanır. Ancaq hazırlanan qarışığın nə dərəcədə təhlükəsiz olduğu suallar doğurur.

Mütəxəssislər bununla bağlı xəbərdarlıq edir. Həkim məsləhəti olmadan bu cür vasitələrdən istifadə ciddi fəsaslara səbəb ola bilər.

Tibb üzrə ekspert Qalib Əsədovun sözlərinə görə, belə məhsulları hazırlayıb satışını hətaya keçirənlər daha çox heç bir tibbi məlumatı, təhsili olmayan şəxslərdir. Gün ərzində bir çox insan bu cür qarışıqları qəbul edərək ya

Qalib Əsədov deyir ki, belə vasitələrdən istifadə əsassızdır. Belə məlumatların tibbi nəzarət olmadan yayılması, müalicə proseslərinin səhv həyata keçirilməsinə və ya yan təsirlərin artmasına səbəb ola bilər.

Həkim pediatr Sevinc Tağıyeva da deyir ki, mürəkkəb tərkibli vasitələr heç bir halda uşaqlara verilməməlidir.

Milli.Az xəzər tv-nin hazırladığı videomaterialı təqdim edir:


12-12-2024, 09:22 | Pulsuz "Wi-Fi"ya qoşulanlar DİQQƏT: Kartdakı pullarınızı oğurlana bilər

Pulsuz "Wi-Fi"ya qoşulanlar DİQQƏT: Kartdakı pullarınızı oğurlana bilər


Pulsuz Wi-Fi şəbəkələri geniş istifadə olunur, insanların internetə sürətli və sərfəli şəkildə qoşulmasına imkan yaradır. Bu kimi internetlərə Dənizkənarı Bulvar ərazisində, ADY qatarlarında və bir çox ictimai nəqliyyatda rast gəlmək olar.

Bu cür şəbəkələr ciddi təhlükəsizlik riskləri ilə yanaşı istifadəçilər müxtəlif kiberhücumlar və məlumatların sızması kimi problemlərlə qarşılaşa bilər.

Bəs pulsuz Wi-Fi şəbəkələrinin yaratdığı təhlükələr nələrdir?

Şifrlənməmiş pulsuz Wi-Fi şəbəkələri kiberhakerlər üçün çox əlverişli olur. Hakerlər şəbəkəyə qoşulan istifadəçilərin göndərdiyi məlumatları izləyərək şəxsi məlumatları, parolları və bank məlumatlarını ələ keçirə bilərlər.

Digər hücum növü isə hakerlər istifadəçinin cihazı ilə internet arasında araya girir və məlumatları ələ keçirir. Şəbəkə üzərindən göndərilən həssas məlumatlar, məsələn, kredit kartı nömrələri və şifrələr, hakerlərin əlinə keçə bilər.

Pulsuz Wi-Fi şəbəkələrinə qoşularkən istifadəçilər zərərli proqramlar və viruslarla yoluxa bilərlər. Hakerlər şəbəkə üzərindən cihazlara zərərli proqramlar göndərərək istifadəçilərin məlumatlarını oğurlaya bilər.

Bəs hesablarımızı qorumaq üçün həmin internetden necə istifadə edək?

Pulsuz Wi-Fi şəbəkələrində daha təhlükəsiz internet bağlantısı əldə etmək üçün Virtual Private Network (VPN) istifadə etmək tövsiyə edilir. VPN istifadəçilərin internet bağlantısını şifrələyərək məlumatlarını qorumağa kömək edir. İstifadəçilər yalnız tanınmış və etibarlı şəbəkələrə qoşulmalıdır. Hakerlər saxta Wi-Fi şəbəkələri quraraq istifadəçiləri aldatmağa çalışa bilər.

Hesabların təhlükəsizliyini artırmaq üçün iki faktorlu autentifikasiyanı aktivləşdirmək vacibdir. Bu, istifadəçilərin məlumatlarının oğurlanmasını çətinləşdirir. Pulsuz Wi-Fi istifadə edərkən bu təhlükələri nəzərə alaraq, şəxsi məlumatlarınızı və cihazlarınızı qorumaq üçün tədbir görmək vacibdir. Müvafiq təhlükəsizlik önləmləri ilə şəbəkə risklərini minimuma endirmək mümkündür.

Aysel Əkbər
Milli.Az

12-12-2024, 09:20 | 7 gün şəkər qəbul etməsəniz nə baş verər?

[center]7 gün şəkər qəbul etməsəniz nə baş verər?[/center

Bir çox xəstəliklərə səbəb olan şəkəri 7 gün ərzində özümüzdən uzaq tutsaq orqanizmdə nə baş verər ?

Hər kəsə maraqlı olan bu sualın cavabını sizə təqdim edir:

İlk günlərdə yüngül yorğunluq hissi yaşaya bilərsiniz. Ancaq bədən şəkərdən asılı olmadan enerji istehsal etməyə başlayanda özünüzü daha canlı və enerjili hiss edəcəksiniz.

Şəkər dəridəki kollagen strukturunu pozaraq qırışlara və sızanaqlara səbəb ola bilər. Şəkərdən imtina etdiyiniz zaman dəriniz daha parlaq və sağlam görünməyə başlayır.

Şəkər istehlakı qan şəkərində ani dalğalanmalara səbəb olur. Şəkəri kəsdiyiniz zaman bu dalğalanmalar azalır, aclıq böhranları və şirniyyata olan həvəsiniz getdikcə azalır.

Həddindən artıq şəkər immunitet sisteminin zəifləməsinə səbəb olur. Şəkərsiz bir həftədən sonra vücudunuz infeksiyalara qarşı daha davamlı olur.

Şəkər boş kalori mənbəyidir və bədəndə yağ yığılmasını artırır. Şəkərdən çıxdığınız zaman kalori qəbulunuz azalır və maddələr mübadiləsiniz daha effektiv işləyir.


������������ ������� DLE ������� ��������� ��� dle.
���������� ���� ������ ��� ��������� ������.
����������� �������� ������� � �������� ������.
����������� �������� ������������ ��� �������� ����.
������ ����� �������� ��������� ����� ������.
����� ���������� �� ���� ��� ���� � ��� �����.