23-09-2021, 06:07 | Hər səhər limonlu su içdikdə nə olur?

Hər səhər limonlu su içdikdə nə olur?


Səhər oyanan kimi azca limon sıxılmış ilıq təmiz su içmək faydalıdır. Orqanizm gecə də işləyir və qaraciyər bir çox energetik prosesləri tənzimləyir. Səhərə bədən susuzlaşır, faydalı maddələr azalır. Ona görə səhər tezdən orqanizmə su və mineral vermək lazımdır.

Səhərlər limonlu suyun faydalarını təqdim edir:

1. İmmun sistemi gücləndirir

Limonda C vitamini çoxdur. Yarım limonun suyu sutkalıq C vitamini dozasının 30%-ni verir. Bu vitamin isə ürək damar xəstəlikləri,qan laxtalanmasına qarşıdır. İmmunitet vitaminidir.

2. Günə başlamaq üçün mineral enerjisi verir

Limonda kaliy və B 6 vitamini də var. Kaliy bədəndə su maye mübadiləsini tənzimləyir, sinir hüceyrələnin əzələyə impuls ötürməsinə yardım edir. Qan təzyiqini normallaşdırır. Ona görə səhər limonlu su əzələləri aktivləşdirir, ödemi, şişi götürür, təzyiqi salır.

3. Mikrobları yuyur

Səhərlər ağızdan pis qoxu gəlməsi milyonlarla bakteriya deməkdir. Gecə yuxuda onlar çoxalır.
SƏhər ağız boşluğuna birinci limonlu su keçməsi, mikrobları öldürür.


Həzmin əsas dostu normada ifraz olunan öddür. Onu stimulə etmək üçün turş maddə lazımdır. Ona görə limonlu su öd kisəsini aktivləşdirir, ödü təmizləyir, mədəni, bağırsağı hazırlayır. Qəbizliyə qarşıdır.

5. Böyrəkləri təmizləyir

Lİmonlu su sidikqovucudur, gecədən böyrəklər işləyir, sidik yollarına çöküntü toplanır. Ona görə səhər tezdən yollarda qalan olan-qalan çöküntünü yumaq üçün limonlu su içmək mütləqdir.

medicina.az


23-09-2021, 06:00 | Yüksək təzyiqi salan xüsusi pomidor satışa çıxarıldı

Yüksək təzyiqi salan xüsusi pomidor satışa çıxarıldı


Yaponiyada geni dəyişdirilmiş xüsusi pomidorlar satışa çıxarılıb.

Məhsulun təbii nümunələrindən fəqli olaraq, yeni pomidorların tərkibində arterial təzyiqi aşağı salan və ürək ritmini bərpa edən elementlər beş dəfə daha artıqdır.

Hipertoniyadan əziyyət çəkənlər üçün nəzərdə tutulmuş pomidor sortu "Sicilian Rouge High GABA" adlandırılıb. O, Yaponiyanın Kumamoto vilayətindəki istixanalarda yetişdirilir. /medicina.az

22-09-2021, 06:37 | Bakıda daha bir yerüstü piyada keçidi inşa ediləcək

Bakıda daha bir yerüstü piyada keçidi inşa ediləcək

Dövlət başçısının tapşırığına uyğun olaraq, vətəndaşların avtomobil yollarını rahat və təhlükəsiz şəkildə keçməsinin təmin etmək məqsədi ilə paytaxt ərazisində daha bir yerüstü piyada keçidinin inşası planlaşdırılır.

"Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyindən verilən məlumata görə, yeni yerüstü piyada keçidi piyadaların avtomobil yolunu keçməsində problemlər yaşanan ərazidə, Mərdəkan prospekti ilə Qala-Pirallahı avtomobil yolunun kəsişməsində inşa edilməsi nəzərdə tutulur.

Hazırda yeni piyada keçidinin layihəsi aidiyyəti dövlət strukturlarında razılaşdırma mərhələsindədir.

Beynəlxalq standartlara cavab verəcək müasir texnologiyalar əsasında və keyfiyyətli materiallardan istifadə edilərək inşa edilməsi planlaşdırılan yerüstü piyada keçidi piyadaların avtomobil yolunu rahat və təhlükəsiz şəraitdə keçməsini təmin etməklə yanaşı, görünüşü ilə şəhərin görkəminə xüsusi rəng qatacaq.

Müasir görünüşü ilə fərqlənən keçidin ümumi uzunluğu 91.5 metr, qalereyanın uzunluğu 62.9 metr, daxili eni 4.5 metr, keçidaltı qabariti isə 5.35 metrdir.

İki giriş-çıxışdan ibarət olması nəzərdə tutulan keçiddə fiziki məhdudiyyətli insanların rahat hərəkətini təmin etmək üçün beynəlxalq standartlara uyğun xüsusi maillikli piyada pandusları quraşdırılacaq. Pandusların hər birinin uzunluğu 42 metr təşkil edəcək.


22-09-2021, 06:19 | Gənclər və idman nazirinin müavini sağaldı

Gənclər və idman nazirinin müavini sağaldı

Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov sağalıb.

O bu gündən işinin başına keçib.

İ.İsmayılov bu gün gənclər və idman naziri Fərid Qayıbovun MMA idmançısı Nəriman Abbasovla görüşündə iştirak edib.

Qeyd edək ki, nazirliyin idman məsələləri üzrə müavini olan İsmayıl Ismayılov səhhəti ilə əlaqədar işə çıxa bilmirdi. Bu isə onun işdən çıxarılması kimi iddiaların səslənməsinə səbəb olmuşdu.


milli.az


22-09-2021, 06:17 | Honda yeni avtomobillərin onlayn satışına başlayacaq

Honda yeni avtomobillərin onlayn satışına başlayacaq

"Honda Motor" Yaponiyada yeni avtomobillərini internet vasitəsilə satmağa başlayan ilk yerli istehsalçı olacaq.

Tədbir müştərilərin koronavirus pandemiyası zamanı əyani ünsiyyətdən yayınmaq istəklərinin artmasına cavab olaraq həyata keçirilir.

Bildirilir ki, istehsalçının qiymətləndirmə, müqavilələr və kredit prosesləri də daxil olmaqla bütün satış prosedurlarını əhatə edən müvafiq veb-saytı artıq gələn ayın əvvəlində fəaliyyətə başlayacaq.

Avtomobil tədarükləri avtomobil satış salonları vasitəsi ilə həyata keçirilməyə davam edəcək.

Qeyd edilir ki, amerikan avtomobil istehsalçısı "Tesla" və Almaniyanın "BMW" şirkətləri yeni avtomobillərini artıq Yaponiyada onlayn olaraq satır.


ted.az


22-09-2021, 06:15 | Bakı metropoliteni xətdən çıxarılan 20 vaqonu utilizasiya edib

Bakı metropoliteni xətdən çıxarılan 20 vaqonu utilizasiya edib

Bakı metrosunda istismar müddəti başa çatdığı üçün xətdən çıxarılan 20 vaqon utilizasiya edilib.

Bu barədə Trend-ə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

O bildirib ki, istismar müddəti başa çatan metro qatarlarının utilizasiyası mərhələli həyata keçirilir: "Bakı metropolitenində istismar müddəti başa çatan qatarlar dərhal xətdən çıxarılır və əvəzinə yeni qatarlar xəttə buraxılır. Xətdən çıxarılan qatarlar barədə müvafiq sənədləşmə işləri aparılır və utilizasiya prosesinə başlanılır. Sonra vaqona baxış keçirilir. Bir vaqonun istifadə müddəti 31 ildir. Əgər vaqonun pnevmatik, elektrik və mexaniki hissələrinin istismar müddəti başa çatmayıbsa, həmin avadanlıqlar sökülərək ehtiyat bazada saxlanılır. Bundan sonra vaqon kəsilib doğranılır və metal qırıntısı kimi satılır".

B.Məmmədov bildirib ki, artıq ötən il xətdən çıxarılan 20 vaqon doğranaraq metal qırıntısı kimi satılıb: "Ötən il xətdən çıxarılan 20 vaqon bu il utilizasiya olunub. Bu il xətdən çıxarılan daha 19 vaqonun utilizasiyası ilə bağlı sənədləşmə prosesinə başlanılıb. Sənədləşmə başa çatandan sonra vaqonlar utilizasiya ediləcək".




22-09-2021, 06:13 | iPhone 13 ön sifariş rekordu qırmağa başlayıb

iPhone 13 ön sifariş rekordu qırmağa başlayıb

14 sentyabr tarixində Apple şirkəti yeni iPhone 13 smartfon seriyasının təqdimatını keçirtdi. İndi isə bu seriyaya daxil olan smartfonların ön sifariş göstəriciləri barəsində məlumat verilib. Belə ki, Çində bir neçə saat ərzində ön sifarişlərin sayı 1 milyonu keçib. Qeyd etmək lazımdır ki, Çindəki Apple Store-da ön sifarişlərə yalnız sabah start veriləcək. Lakin bəzi online mağazalar artıq ön sifarişləri qəbul etməyə başlayıblar.

Məsələn JD adlı ticarət platformasındakı rəsmi Apple internet mağazasında ilkin mərhələdə iPhone 13 modellərinin ön sifarişləri 1.2 milyon təşkil edib. İndi isə bu göstərici daha yüksəkdir. Qeyd etmək lazımdır ki, Çin bazarında 128 GB daxili yaddaşa sahib iPhone 13 mini modeli 808$-a satılır. Bu isə ABŞ bazarındakı satış qiymətindən daha yüksəkdir. Belə ki, ABŞ bazarında həmin smartfon 699$-a satılır. 1 TB yaddaşa sahib iPhone 13 Pro Max modeli isə Çin bazarında 2021$-a, ABŞ bazarında 1599$-a satılır.

22-09-2021, 06:12 | Apple iki iPhone modelini satışdan çıxarıb

Apple iki iPhone modelini satışdan çıxarıb

ABŞ-ın "Apple" şirkəti yeni texnologiyanın təqdimatından bir gün sonra iPhone 12 Pro və iPhone XR smartfonlarını satışdan çıxarıb.

Sentyabrın 15-də müvafiq modellər şirkətin onlayn mağazasından silinib.

Qeyd edək ki, "Apple" şirkəti illik payız təqdimatında yeni iPhone 13 və iPhone 13 mini modellərini təqdim edib. ABŞ -da bu modellərin qiyməti müvafiq olaraq 799 və 699 dollardan başlayır.


22-09-2021, 06:08 | Bakıda itkin düşən Salyan sakini tapılıb

Bakıda itkin düşən Salyan sakini tapılıb


Sentyabrın 16-da evdən çıxıb bir daha qayıtmayan Salyan şəhər sakini, 1966-cı il təvəllüdlü Xudaverdiyev Əbülfəz Qabil oğlu Bakıda Nəsimi polisi tərəfindən rayon ərazisində müəyyən edərək tapılıb.

Artıq bu barədə Ə. Xudaverdiyevin ailə üzvlərinə məlumat verilib.

Qeyd edək ki, fiziki qüsurlu və II qrup əlil olan Ə. Xudaverdiyev I Qarabağ şəhidi Rəhman Xudaverdiyevin qardaşıdır.

"Report"



22-09-2021, 06:05 | Smartfonu yatağınıza yaxın qoymayın - SƏBƏB

Smartfonu yatağınıza yaxın qoymayın - SƏBƏB


Bir smartfondan gələn radiasiya xərçəng xəstəliyi ilə təhdid edə bilər, buna görə də cihazı uzun müddət başınızın yanında saxlamayın.

Bu barədə rusiyalı mütəxəssis Anton Yastrebtsev bildirib.

Onun sözlərinə görə, telefonun orqanizmə təsiri mobil rabitənin baza stansiyasından olan məsafəyə mütənasib olaraq artır- yəni smartfonla daha az vaxt keçirmək lazımdır.

"Ümumi qayda telefonu qucaqlayıb yatmamaqdır: onu nə yastığın altına, nə də yanınızdakı yatağa qoymayıb. Başınıza bir metr, azı yarım metr məsafədən yaxın saxlamamaq daha yaxşıdır", - deyə mütəxəssis məsləhət verib.

Yastrebtsev telefonu uzaq tutmaq üçün simsiz qulaqlıqlardan istifadəyə keçməyi də tövsiyə edib.





������������ ������� DLE ������� ��������� ��� dle.
���������� ���� ������ ��� ��������� ������.
����������� �������� ������� � �������� ������.
����������� �������� ������������ ��� �������� ����.
������ ����� �������� ��������� ����� ������.
����� ���������� �� ���� ��� ���� � ��� �����.