22-09-2021, 06:13 | iPhone 13 ön sifariş rekordu qırmağa başlayıb

iPhone 13 ön sifariş rekordu qırmağa başlayıb

14 sentyabr tarixində Apple şirkəti yeni iPhone 13 smartfon seriyasının təqdimatını keçirtdi. İndi isə bu seriyaya daxil olan smartfonların ön sifariş göstəriciləri barəsində məlumat verilib. Belə ki, Çində bir neçə saat ərzində ön sifarişlərin sayı 1 milyonu keçib. Qeyd etmək lazımdır ki, Çindəki Apple Store-da ön sifarişlərə yalnız sabah start veriləcək. Lakin bəzi online mağazalar artıq ön sifarişləri qəbul etməyə başlayıblar.

Məsələn JD adlı ticarət platformasındakı rəsmi Apple internet mağazasında ilkin mərhələdə iPhone 13 modellərinin ön sifarişləri 1.2 milyon təşkil edib. İndi isə bu göstərici daha yüksəkdir. Qeyd etmək lazımdır ki, Çin bazarında 128 GB daxili yaddaşa sahib iPhone 13 mini modeli 808$-a satılır. Bu isə ABŞ bazarındakı satış qiymətindən daha yüksəkdir. Belə ki, ABŞ bazarında həmin smartfon 699$-a satılır. 1 TB yaddaşa sahib iPhone 13 Pro Max modeli isə Çin bazarında 2021$-a, ABŞ bazarında 1599$-a satılır.

22-09-2021, 06:12 | Apple iki iPhone modelini satışdan çıxarıb

Apple iki iPhone modelini satışdan çıxarıb

ABŞ-ın "Apple" şirkəti yeni texnologiyanın təqdimatından bir gün sonra iPhone 12 Pro və iPhone XR smartfonlarını satışdan çıxarıb.

Sentyabrın 15-də müvafiq modellər şirkətin onlayn mağazasından silinib.

Qeyd edək ki, "Apple" şirkəti illik payız təqdimatında yeni iPhone 13 və iPhone 13 mini modellərini təqdim edib. ABŞ -da bu modellərin qiyməti müvafiq olaraq 799 və 699 dollardan başlayır.


22-09-2021, 06:08 | Bakıda itkin düşən Salyan sakini tapılıb

Bakıda itkin düşən Salyan sakini tapılıb


Sentyabrın 16-da evdən çıxıb bir daha qayıtmayan Salyan şəhər sakini, 1966-cı il təvəllüdlü Xudaverdiyev Əbülfəz Qabil oğlu Bakıda Nəsimi polisi tərəfindən rayon ərazisində müəyyən edərək tapılıb.

Artıq bu barədə Ə. Xudaverdiyevin ailə üzvlərinə məlumat verilib.

Qeyd edək ki, fiziki qüsurlu və II qrup əlil olan Ə. Xudaverdiyev I Qarabağ şəhidi Rəhman Xudaverdiyevin qardaşıdır.

"Report"



22-09-2021, 06:05 | Smartfonu yatağınıza yaxın qoymayın - SƏBƏB

Smartfonu yatağınıza yaxın qoymayın - SƏBƏB


Bir smartfondan gələn radiasiya xərçəng xəstəliyi ilə təhdid edə bilər, buna görə də cihazı uzun müddət başınızın yanında saxlamayın.

Bu barədə rusiyalı mütəxəssis Anton Yastrebtsev bildirib.

Onun sözlərinə görə, telefonun orqanizmə təsiri mobil rabitənin baza stansiyasından olan məsafəyə mütənasib olaraq artır- yəni smartfonla daha az vaxt keçirmək lazımdır.

"Ümumi qayda telefonu qucaqlayıb yatmamaqdır: onu nə yastığın altına, nə də yanınızdakı yatağa qoymayıb. Başınıza bir metr, azı yarım metr məsafədən yaxın saxlamamaq daha yaxşıdır", - deyə mütəxəssis məsləhət verib.

Yastrebtsev telefonu uzaq tutmaq üçün simsiz qulaqlıqlardan istifadəyə keçməyi də tövsiyə edib.





22-09-2021, 06:01 | Hərbçilərimiz Şuşaya girən sülhməramlı maşınını SAXLADI - Rus əsgərləri ŞOKDA

Hərbçilərimiz Şuşaya girən sülhməramlı maşınını SAXLADI - Rus əsgərləri ŞOKDA

Bu yaxınlarda Azərbaycan hərbçiləri Şuşaya girən rus "UAZ" maşınını dayandırıb.

Bildirir ki, Azərbaycan tərəfinin maşında yoxlama apararması Rusiya əsgərlərini şoka salıb.

Bildirilib ki, onların artıq bir ilə yaxındır Qarabağda olmasına baxmayaraq, Azərbaycan əsgərləri onları ilk dəfə yoxlayır.

Sözügedən proses KİV-in Ermənistan seqmentində ciddi etiraz və narahatlığa səbəb olub.

Onlar bildirib ki, sülhməramlıların eks-komandanı Rüstəm Muradovun gedişindən sonra yeni təyin olunan general-mayor Mixail Kosobokovun kontingentə rəhbərlik etməsi Azərbaycanın "xeyrinədir".

Lakin erməni kütləsi bilməlidir ki, onlardan fərqli olaraq istənilən rus silahlısının öz torpağında olmasını istəmir. Azərbaycanın xeyrinə olan yalnız sülhməramlılarsız və erməni diversantlarından təmizlənmiş Qarabağdır.

unikal.org


22-09-2021, 05:57 | Cənubi Koreya Google-u 177 milyon dollar dəyərində cərimələyib

Cənubi Koreya Google-u 177 milyon dollar dəyərində cərimələyib

Cənubi Koreya hökuməti böyük texnoloji şirkətlər barəsində ciddi tədbirlər görməkdə davam edir. Bu dəfə Cənubi Koreyanın yerli antimonopoliya təşkilatı Google şirkətinə milyonlarla dollar dəyərində cərimə təyin edib. Məsələ isə Android əməliyyat sistemi ilə bağlıdır. Google öz növbəsində bu qərar ilə razı deyil. Koreya Respublikasının Ədalətli Ticarət üzrə Komissiyası (KFTC) əmindir ki, Google bazardakı hegemonluğundan sui-istifadə edir. Bu isə öz növbəsində mobil əməliyyat sistemləri bazarındakı rəqabəti məhdudlaşdırır.

İttihamların əsas məğzi ondan ibarətdir ki, Google smartfon istehsalçıları ilə əməkdaşlıq müqaviləsi bağlayan zaman həmin istehsalçılara öz smartfonlarında təkmilləşdirilmiş Android-dən istifadəni qadağan edir. Bu üsul ilə Google bazardakı hegemonluğunu əldə edə bilib. Buna misal olaraq Samsung şirkəti gətirilib. Belə ki, 2013-cü ildə Samsung smart saatlarında fərdi əməliyyat sistemindən istifadə etmişdi. Lakin Google şirkəti Samsung ilə olan əməkdaşlıq razılaşmasını qeyd edəndən sonra Samsung məcburi şəkildə WearOS əməliyyat sisteminə keçməli olmuşdu.

Samsung özü bu məsələ ilə bağlı heç bir fikir bildirməyib. Beləliklə KFTC-nın qərarı ilə Google şirkəti 177 milyon dollar cərimə ödəməlidir. Bundan əlavə olaraq KFTC-nın qərarı ilə bundan sonra Google şirkəti smartfon istehsalçılarını yuxarıda qeyd edilmiş əməkdaşlıq şərtlərini qəbul etməyə məcbur edə bilməz. Beləliklə smartfon istehsalçıları öz cihazlarında təkmilləşdirilmiş Android versiyalarından istifadə edə bilərlər. Google şirkəti isə öz növbəsində bildirib ki, o bu qərarı apellyasiya məhkəməsinə verəcək. Belə ki, qəbul edilmiş qərar Android-in digər tətbiqlər ilə uyğunlaşması məsələsini və istehlakçılara təqdim olunan üstünlükləri inkar edir.


22-09-2021, 05:51 | Sinqapur küçələrində asayişə robot nəzarət edir

Sinqapur küçələrində asayişə robot nəzarət edir

Sinqapur küçələrində Xavier adlı avtonom robot istifadəyə verilib. Bu robot parkinq qaydalarının pozulub-pozulmamasına nəzarət edir və siqaret çəkilməsi qadağan edilmiş yerlərdə siqaret çəkən şəxsləri təyin edərək onlara xəbərdarlıq edir. Xəbərdarlıq edəndən sonra sözügedən robot mövcud məlumatları analitika və idarəetmə mərkəzinə göndərir. Xavier avtonom rejimdə çalışan robotdur və o, arzuolunmaz sosial davranışların aradan qaldırılması üçün nəzərdə tutulub.

Təqdim edilmiş videoda görmək olar ki, robot müəyyən şəxsə yaxınlaşır və ona olduğu yerdə siqaret çəkmənin qadağan olduğu xəbərdarlığını edir. Tərtibatçıların sözlərinə əsasən robot bu və ya digər qanun pozuntusunu aşkar edəndən sonra o bu barədə məlumatı operatorlara göndərir. Daha sonra robotda səsli müraciət tətbiqlərindən biri işə düşür və o, vətəndaşları qanun pozuntusu barədə xəbərdarlıq edir. Robotun ilk testinə 5 sentyabr tarixində start verilib və test müddəti 3 həftə davam edəcək.

Test müddəti ərzində robot siqaret çəkilməsinin qadağan olunduğu yerlərdə siqaret çəkən şəxsləri, qanunsuz ticarətçiləri, piyada yollarında dayanan motosikl və elektrosamokat sürücülərini və məhdud saydan daha çox insana sahib böyük insan qruplaşmalarını təyin edəcək. Qeyd etmək lazımdır ki, robotun daxilində 360 dərəcəlik kamera və gecə görüntüsü funksiyası mövcuddur. Gözləntilərə əsasən Sinqapur küçələrində bu cür robotların istifadəyə verilməsi öz növbəsində qanuna riayət səviyyəsini yüksəldəcək.


22-09-2021, 05:47 | Instagram-da yenilik olacaq

Instagram-da yenilik olacaq

Instagram daxilində Favorites adlı yeni bölmənin testinə start verilib. Sözügedən yeni bölmə istifadəçilərə fərdi ana səhifəsi üzərində idarəni geri qaytarmaq imkanını verməlidir. Beləliklə test olunan Favorites adlı yeni bölmə sayəsində istifadəçilər özlərinə ilk növbədə maraqlı olan hesabları təyin edə biləcəklər. Bu üsul ilə onlar öz ana səhifələrində ilk olaraq məhz həmin hesabların paylaşımlarını görə biləcəklər.

Qeyd etmək lazımdır ki, hal hazırda Instagram-ın alqoritmi istifadəçilərə ən məşhur və yeni paylaşımları sərgiləyir. Bundan əlavə olaraq alqoritm müəyyən paylaşımların konkret istifadəçi üçün maraqlı ola biləcəyini təyin edir və həmin paylaşımları da istifadəçiyə təqdim edir. Təəssüflər olsun ki, çox zaman alqoritm istifadəçiyə maraqlı ola biləcək paylaşımları düzgün təyin edə bilmir. Bu səbəbdən də istifadəçiyə həqiqətən maraqlı ola biləcək paylaşımlar ondan yan keçirlər. Test olunan Favorites adlı yeni bölmə isə bu vəziyyəti aradan qaldırmalıdır.


21-09-2021, 14:58 | Bakı Ali Neft Məktəbinin İctimaiyyətlə əlaqələr şöbəsinə yeni rəis təyin olunub

Bakı Ali Neft Məktəbinin İctimaiyyətlə əlaqələr şöbəsinə yeni rəis təyin olunub

Bakı Ali Neft Məktəbinin (BANM) İctimaiyyətlə əlaqələr şöbəsinə yeni təyinat olub. BANM-in rektoru Elmar Qasımovun müvafiq əmri ilə Aqşin Kamal Ali Məktəbin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi vəzifəsinə təyin olunub.

Tələbəlik illərindən müxtəlif televiziya və dövri mətbuatda jurnalist kimi çalışıb. 2006-cı ildən 2012-ci ilədək Lider televiziyasında Xəbərlər departamentində fəaliyyət göstərib. 2012 - 2020 - ci illərdə isə Xəzər televiziyasında şöbə müdiri, Xəbərlər departamentində redaktor, aparıcı və telekanalın sözçüsü vəzifələrində çalışıb.

Aqşin Kamal 2015 - ci ildə Azərbaycanda KİV - in inkişafındakı xidmətlərinə görə Prezident İlham Əliyevin sərəncamı ilə "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilib.

21-09-2021, 14:27 | Yeni tədris ilinin ilk günü hava necə olacaq? - PROQNOZ

Yeni tədris ilinin ilk günü hava necə olacaq? - PROQNOZ

Sentyabrın 22-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var.

Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Abşeron yarımadasında gecə 19-22° isti, gündüz 26-28° isti olacaq. Bakıda gecə 20-22° isti, gündüz 26-28° isti olacaq.

Atmosfer təzyiqi normadan aşağı 759 mm civə sütunundan 755 mm civə sütununa enəcək.

Nisbi rütubət 60-70 % olacaq.

Sentyabrın 22-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Azərbaycanın rayonlarında əsasən yağmursuz olacaq. Lakin axşam saatlarında bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Səhər dağlarda duman olacaq.

Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 16-21° isti, gündüz 30-34° isti, dağlarda gecə 11-16° isti, gündüz 16-21° isti olacaq.

������������ ������� DLE ������� ��������� ��� dle.
���������� ���� ������ ��� ��������� ������.
����������� �������� ������� � �������� ������.
����������� �������� ������������ ��� �������� ����.
������ ����� �������� ��������� ����� ������.
����� ���������� �� ���� ��� ���� � ��� �����.