11-05-2024, 08:07 | Kotlet bişiriləndə edilən səhvlər – Faydalı məsləhətlər

Kotletlər bir çoxları tərəfindən sevilən yemək növüdür. Ancaq onu bişirən zamana bəzən səhvlərə yol verilir. Nəticədə o dağılır və ya istənilən kimi yumşaq olmur.
Kotletin bişirilməsi zamanı edilən bir sıra səhvləri təqdim edir:
Toyuq yumurtası
Çox az adam bilir ki, bir çox aşpazlar və təcrübəli evdar qadınlar kotlet hazırlamaq prosesində toyuq yumurtasından istifadə etməyi yığışdırıblar. Ancaq yumurta kotletin tərkib hissələrinin yaxşı birləşməsi üçün əsas meyardır. Çalışıb lazımi miqdarda yumurtadan istifadə edilməlidir. Çox istifadə zamanı isə bərk kotletlər alına bilər.
Süd
Bir çox evdar qadın kotlet hazırlamaq üçün süddən istifadə edir. Çəkilmiş ətə əlavə olunan çörəyin islanması üçün bu vacib faktordur. Ancaq bununla belə kotletlərə su əlavə etmək daha məqsədəuyğundur. Çünki su kotletləri daha yumşaq və dadlı edir.
11-05-2024, 07:44 | Paris Yolu: Stadnik uduzub, amma şansı qalıb

Türkiyənin İstanbul şəhərində keçirilən güləş üzrə Dünya Olimpiya Təsnifat Turnirində yarmfinal görüşlərinə start verilib.
İdman.biz xəbər verir ki, Azərbaycan güləşçisi Mariya Stadnik (50 kq) KXDR təmsilçisi Son Hyanq Kimlə qarşılaşıb.
İdmançımız 3:10 hesabı ilə uduzub. Stadnik sabah 3-cü yer uğrunda yarışacaq. Onun rəqibi təsəlliverici görüşlərdə bəlli olacaq.
Qeyd edək ki, digər qadın güləşçilərimizdən üçü təsnifat, biri 1/8 finalda uduzub
10-05-2024, 10:07 | Həftəsonu Avropanın yaşıl meydanlarında keçiriləcək görüşlərin AFİŞASI

Həftəsonu Avropanın yaşıl meydanlarında bir-birindən maraqlı qarşılaşmalar baş tutacaq.
Xüsusi maraq kəsb edən qarşılaşmaların afişasını təqdim edir:
11 may
İngiltərə Premyer Liqası
15:30. "Fulhem" - "Mançester Siti"
"Kreyven Kottec" stadionu (London)
Almaniya Bundesliqası
17:30. "Leypziq" - "Verder"
"Red Bull Arena" stadionu (Leypziq)
20:30. "Mayns" - "Dortmund"
"Opel Arena" stadionu (Mayns)
İtaliya A Seriyası
22:45. "Milan" - "Kalyari"
"San Siro" stadionu (Milan)
İspaniya La Liqası
20:30. "Qranada" - "Real Madrid"
"Nuevo Los Karmenes" stadionu (Qranada)
23:00. "Atletik Bilbao" - "Osasuna"
"San Mames" stadionu (Bilbao)
12 may
İngiltərə Premyer Liqası
19:30. "Mançester Yunayted" - "Arsenal"
"Old Trafford" stadionu (Mançester)
Fransa 1-ci Liqası
23:00. PSJ - "Tuluza"
"Prinses Park" stadionu (Paris)
23:00. "Nant" - "Lil"
"Bojuar" stadionu (Nant)
Almaniya Bundesliqası
19:30. "Bavariya" - "Volsburq"
"Allianz Arena" stadionu (Münhen)
21:30. "Boxum" - "Bayer Leverkuzen"
"Vonoviya Rurstadion" stadionu (Boxum)
İtaliya A Seriyası
20:00. "Yuventus" - "Salernitana"
"Allianz" stadionu (Turin)
22:45. "Atalanta" - "Roma"
"Atleti Adzurri" stadionu (Atalanta)
İspaniya La Liqası
18:15. "Atletiko Madrid" - "Selta Viqo"
"Metropolitan" stadionu (Madrid)
10-05-2024, 08:16 | Mikayıl Cabbarovdan 3 lisenziya ilə bağlı PAYLAŞIM

Azərbaycan Güləş Federasiyasının prezidenti Mikayıl Cabbarov İstanbulda Dünya Olimpiya Təsnifat Turnirində 3 lisenziya qazanan yunan-Roma güləşçilərini təbrik edib.
O, bununa bağlı feysbuk səhifəsində paylaşıb edib.
Komandanı təbrik edən federasiya rəhbəri güləşçilərə Paris-2024 Yay Olimpiya Oyunlarında uğurlar arzulayıb: "Bu gün İstanbulda keçirilən Dünya Olimpiya Təsnifat Turnirində yunan-Roma güləşi üzrə milli komandamızın üzvləri Murad Məmmədov (60 kq), Rafiq Hüseynov (87 kq), Sabah Şəriəti (130 kq) Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıblar. Bununla da ümumi lisenziyalarımızın sayı 11-ə çatıb. Güləşçilərimizi və məşqçilərimizi təbrik edir, Olimpiya Oyunlarında uğurlar arzulayırıq”.
Qeyd edək ki, sərbəst güləşçilərimiz 6, yunan-Roma güləşçilərimiz isə Paris-2024 Olimpiadasına 5 lisenziya qazanıblar. //İdman.biz
10-05-2024, 07:58 | Orqanizmdə iltihabı azaldan 7 qida...

Bu qidaları çox miqdarda yemək lazımdır ki, bədəndə iltihab azalsın. Çünki iltihab xroniki xəstəlik və xərçəngin səbəbidir.
Diyetoloq Trista Best antioksidant təsirli ən güclü qidaları açıqlayıb.
"İltihab əslində immun sistemin təbii reaksiyasıdır, bu o deməkdir ki, proses gedir və immunitet bacarmır. Xroniki iltihab ürək, damar, diabet və xərçəngə gətirib çıxarır.
Bu riski gənc yaşdan azaltmaq lazımdır.
Bunun üçün mükün qədər çox tərəvəz, meyvə, giləmeyvə yemək lazımdır.
İltihabı azaldanlar - sitrus meyvələri, böyürtkən, moruq, çiyələk, qaragilədir.
Mütləq rasiona kivi, qreypfrut, ananas daxil etmək lazımdır. Tropik meyvələrdə bromealyn adlı ferment var, o, güclü iltihabəleyhinə təsiri ilə məşhurdur, bədəndəki artıq yağı, piyi yuyur. Bu meyvədə immunitet üçün vacib olan bütün vitaminlər var.
Ananas artrit, revmatizm, həzm sistemi xəstəlikləri üçün dərmandır.
E vitamini və mono yağlarla zəngin avokado da qanda şəkəri salır, iltihabı azaldır.
C vitamini ilə zəngin kivi, portağal da vacibdir. Çünki gündə 500 mq vitamin C iltihabı azaldır.
Alma, gilas və albalı da podaqra, revmatoid artrit xəstələri üçün vacibdir. Alma kversetin mənbəyidir, antioksidant təsiri var", - həkim bildirib.//medicina.az/
10-05-2024, 07:45 | Yaponlar yeni dərman yaratdı: Hamının dişləri olacaq

Yaponiyada elm adamları müxtəlif səbəblərdən, o cümlədən anadangəlmə qüsurlar, çürümə və ya eroziyaya görə dişlərini itirən insanlar üçün dərman icad ediblər.
Hazırda dişləri olmayan insanlar protez və ya implant taxmağa məcburdurlar, lakin çox da uzaq olmayan gələcəkdə dişlərin yenidən böyüməsi ehtimalı var.
Tədqiqatın müəllifi Katsu Takahashi bildirib ki, yeni dərman dişlərin böyüməsini məhdudlaşdıran USAG-1 adlı zülalı bloklayır. Tədqiqatçılar ilkin təcrübələrdə bu dərmanları anadangəlmə az dişli siçanlara veriblər ki, bu da onların heç bir ciddi yan təsir və ya narahatlıq yaratmadan yeni dişlər çıxarmasına səbəb olub.
İndi sınaqların yeni mərhələsində dərman 30 yaşdan 64 yaşa qədər olan könüllülərə venadaxili tətbiq olunacaq.
Kitano Xəstəxanasının stomatologiya və üz-çənə cərrahiyyəsi şöbəsinin müdiri Takahaşi dərmanın insanlar üzərində sınaqlarının başlamasını şərh edib:
"Biz diş itkisindən və ya əskikliyindən əziyyət çəkənlərə kömək etmək üçün bir şey etmək istəyirik. İnanırıq ki, insanların dişlərin böyüməsi ilə bağlı gözləntiləri yüksəkdir".
10-05-2024, 07:39 | Şkafdakı qoxudan necə qurtulmaq olar?

Şkaflarınız birdən birə xoşagəlməz qoxuların qurbanı ola bilər. Onlar rütubət, kif, havanın durğunluğu və ya saxlanan əşyalardan qoxuların udulması kimi müxtəlif səbəblərdən yarana bilər.
Şkafdakı xoşagəlməz qoxudan qurtulmağın bir neçə sadə və təsirli yolu var.
1. Təmizləmə və havalandırma
Şkafınızdakı xoşagəlməz qoxulardan qurtulmağın ilk addımı onu təmizləməkdir. Şkafdakı bütün əşyaları çıxarın və şkafın rəflərini, divarlarını və qapılarını yumşaq, nəm parça və yuyucu vasitə ilə yaxşıca təmizləyin. Bundan sonra şkafın qurumasını gözləyin. Sonra şkafın qapılarını bir neçə saat və ya hətta gecə açıq qoyaraq havalandırın. Bu, durğun havanı çıxarmağa kömək edəcək.
2. Ətirlərin istifadəsi
Kabinetə xoş ətir vermək üçün müxtəlif ətirlərdən istifadə edə bilərsiniz. Məsələn, lavanda, mixək və ya digər qurudulmuş otların ətirli bağlamalarını qarderobunuza asa bilərsiniz. Siz həmçinin aromatik paketlərdən və ya efir yağları olan diffuzorlardan istifadə edə bilərsiniz.
3. Soda və kömür
Soda və kömür xoşagəlməz qoxuları aradan qaldırmaq üçün digər iki təsirli vasitədir. Şkafınızın rəfinə açıq bir qutu soda və ya bir çanta aktivləşdirilmiş kömür qoyun. Onlar qoxuları udacaq və şkafın içərisindəki aromanı yaxşılaşdıracaqlar.
4. Sirkə
Bir neçə damcı və ya az miqdarda sirkə də şkafdakı xoşagəlməz qoxularla mübarizə aparmağa kömək edə bilər. Pambıq topuna və ya süngərə bir az sirkə çəkin və şkafınızdakı rəfə qoyun. Bu, qoxunu neytrallaşdırmağa və şkafınıza təzə görünüş verməyə kömək edəcək.
Qarderobunuzun gələcəkdə qoxu verməməsi üçün onu mütəmadi olaraq təmizləmək və havalandırmaq vacibdir. Unutmayın ki, şkaflar havalandırmaya ehtiyac duyur.
10-05-2024, 07:30 | Duzlu qida sevənlərə xəbərdarlıq: Dəhşətli xəstəliyə...

Vyana Tibb Universitetinin (Avstriya) alimləri qidaya duz əlavə etmək, həmçinin duzlu qidaların həddindən artıq istehlakı ilə mədə xərçənginə tutulma riskinin 39% artması arasında əlaqəni müəyyən ediblər.
Xərçəng əmələ gətirən ət məhsulları bunlardır
Zeytun yağının daha bir faydası ortaya çıxdı
Konservləşdirilmiş balıqdan imtina etməyin, amma belə yeyin
Araşdırmanın nəticələri "Gastric Cancer" jurnalında dərc olunub.
Alimlər 470 mindən çox insanın sağlamlıq məlumatlarını təhlil ediblər. İştirakçılardan həmçinin hazırlanmış qidalara nə qədər tez-tez duz əlavə etdiklərini və duzlu qəlyanaltılar (çips, balıq, tərəvəz turşusu) yediklərini bildirmələri xahiş olunub.
Tədqiqatçılar lazımi məlumatları topladıqdan sonra iştirakçıların monitorinqinə başlayıblar və bu monitorinq 11 il davam edib.
Nəticədə, duzlu qida sevənlərin mədə xərçənginə daha tez-tez yoluxduğu ortaya çıxıb. Tədqiqatçılar həmçinin qeyd ediblər ki, mədə xərçənginin qarşısını almaq üçün duzdan tamamilə imtina etmək lazım deyil. Sadəcə onun istehlak miqdarını azaltmaq lazımdır.//oxu.az
10-05-2024, 07:25 | Min bir dərdin dərmanı – Zəncəfilli çay

Min bir dərdin dərmanı - Zəncəfil. Təkcə immunitetin artmasına deyil, eyni zamanda payız aylarında əhvalınızın yaxşı olmasına kömək edəcək. Əgər təzə zəncəfil yerinə toz halına salınmış zəncəfil istifadə etsəniz, o zaman miqdarı 2 dəfə azaldın. Çalışın xəstələnməyin və hər zaman yüksək əhval-ruhiyyədə qalın.
Zəncəfilli çayın hazırlanma qaydasını təqdim edir:
Lazım olan ərzaqlar:
2 çay qaşığı zəncəfil (çəkilmiş)
1 çay qaşığı yaşıl çay
1 çay qaşığı təzə ya da qurudulmuş nanə
Şəkər tozu (istəyə uyğun)
Limon (istəyə uyğun)
İndi isə hazırlanma qaydasına baxaq:
1 litr qaynar suya zəncəfili, nanə və yaşıl çay tökün. Qapağı örtün və 10-15 dəqiqə gözlədin. Hazır olduqdan sonra stəkana tökün. İstəyinizə uyğun olaraq şəkər tozu və limon əlavə edə bilərsiniz.
Nuş olsun!
29-04-2024, 13:41 | Vətən müharibəsi şəhidinin bacısı dünyaya gəldi - FOTO

Vətən müharibəsində şəhid olmuş, ailəsinin yeganə övladı Rəşad Mikayılzadənin bacısı dünyaya gəlib.
"Unikal"a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat paylaşılıb.
Qeyd edək ki, Rəşad Mikayılzadə 30 sentyabr 1995-ci il tarixdə Lerik rayonunda anadan olub. 9 noyabr 2020-ci il tarixdə şəhid olub. Ölümündən sonra "Döyüşdə fərqlənməyə görə", "Vətən uğrunda" və "Xocavəndin azad olunması uğrunda" medalları ilə təltif edilib.



















