16-06-2021, 07:20 | Ronaldu matçın ulduzu seçildi - FOTO

AVRO-2020-nin Macarıstan - Portuqaliya (0:3) oyununun ulduzu bilinib.
Bu, Portuqaliya millisinin kapitanı Kriştianu Ronaldudur.
Qeyd edək ki, Kriştianu Ronaldu 87 və 90+2-ci dəqiqələrdə dubl edib.


oxu.az
16-06-2021, 07:13 | “Huawei” smartfonları nə vaxt “HarmonyOS” sistemi ilə yenilənəcək?

"Huawei" şirkəti yüzlərlə smartfon və planşet modelini mərhələli şəkildə "HarmonyOS 2.0" əməliyyat sisteminədək yeniləmək niyyətindədir.
ictnews.az bildirir ki, yeniləmənin göndərilməsi prosesi növbəti ilin ortalarınadək davam edəcək. "HarmonyOS 2.0" sistemi ilə əvvəlcə qabaqcıl "Huawei Mate 40 Pro" kimi ən yeni modellər təchiz ediləcək.
Məlumata görə, yeni əməliyyat sistemi ilə "EMUI" yeniləməsinin göndərilməsinin dayandırıldığı smartfonlar, məsələn, 2016-cı ildə təqdim edilən "Huawei Mate 9" da təchiz olunacaq.
Əməliyyat sisteminin qlobaql miqyasda yayılması ilə bağlı planlar və istifadəçilər tərəfindən "Android" sistemindən istifadənin davam etdirilməsi barədə məlumat verilmir.
16-06-2021, 07:10 | Azarkeşlərə Türkiyə və Azərbaycan bayraqları veriləcək

"Millimizin Bakı Olimpiya Stadionundakı məşqini izlədik. Ardınca otelə yollanıb Cüneyt Çakırın idarə etdiyi Macarıstan - Portuqaliya matçına baxdıq".
Bunu Türkiyə Futbol Federasiyasının prezidenti Nihat Özdəmir deyib.
Qurum başçısı Türkiyə millisinin Bakı Olimpiya Stadionunda Uelsə qarşı keçiriləcək matç barədə də danışıb: "Üç gündür burdayıq. 30 min azarkeşin Türkiyəni dəstəkləyəcəyini düşünürəm. Stadiona daxil olan hər kəsə Türkiyə və Azərbaycan bayraqları verəcəyik. Yığmamıza böyük dəstək olacaq. Komandamız yaxşı futbol oynayacaq. Azərbaycanlı qardaşlarımızla birlikdə komandamıza dəstək verib yaxşı nəticə qazanacağımıza ümid edirəm".
Qeyd edək ki, Türkiyə millisinin Uelslə oyunu saat 20:00-da başlayacaq.
16-06-2021, 06:59 | Yeni “5G” avadanlığının sınaqları keçirilib

"Nokia", "Qualcomm" və "UScellular" şirkətləri "mmWave" diapazonunda yeni "5G" avadanlığının sınaqlarının nəticələrini dərc ediblər.
ictnews.az-a istinadən bildirir ki, testlər Nebraska ştatında "Snapdragon X55" beşinci nəsil mobil rabitə modemi və 28 giqahers tezliyində "mmWave" antenasından istifadə edilməklə aparılıb. Eksperiment millimetrlik diapazon şəbəkələrinin kənd yerinin etibarlı rabitə ilə təmini üçün ən optimal üsullardan biri kimi istifadəsinin mümkünlüyünü nümayiş etdirib.
Baza stansiyasından 10 km məsafədə hava ilə məlumat ötürmə sürəti 1 Qbit/saniyə, daha 1,14 km uzaqlaşdıqda isə 748 Mbit/saniyə təşkil edib. Nəticədə avadanlıq istehsalçıları ötən il Avstraliya operatorunun imza atdığı 7,3 kilometr məsafəli "giqabitlik" rekordu qırmağı nail olublar.
16-06-2021, 06:57 | Dünyada smartfonların satışı 26 faiz artıb

2020-ci ildə kəskin azalmadan sonra 2021-ci ilin birinci rübündə son istifadəçilərə qlobal smartfon satışları 26 faiz artaraq 378 milyon ədədə yaxınlaşıb. Ümumiyyətlə, dünyada mobil telefonların satış həcmi illik hesablamada 22 faiz artıb. Bu barədə "Gartner" analitik şirkətinin yeni tədqiqatında deyilir.
ictnews.az-a istinadən bildirir ki, aparıcı smartfon brendləri üçlüyünə "Samsung", "Apple" və "Xiaomi" şirkətləri daxildir. Sahə üzrə lider olan "Samsung" ötən rübdə 76,6 milyon smartfon sataraq ötənilki göstəricini 18,4 faiz yaxşılaşdırıb. Nəzərəçarpacaq artımı təmin edən amillər arasında analitiklər tərəfindən qiyməti 150 dollardan ucuz yeni smartfonların buraxılışı, eləcə də "5G" dəstəkli qabaqcıl modellərin erkən tədarükü qeyd olunur.
2020-ci ilin sonuncu rübündə liderliyə yüksələn "Apple" şirkəti yenidən ikinci pilləyə enib. Şirkət üçün əsas artım göstəricisi ötən il işıq üzü görən "5G" dəstəkli ilk "iPhone" modelləri olaraq qalır.
"Xiaomi" və ondan sonrakı mövqelərdə qərarlaşan "Vivo" və "Oppo" şirkətləri də satışlarda davamlı artım nümayiş etdiriblər. İstehsalçılar tərəfindən təklif edilən "5G" modellərinə yüksək tələbat var. Bundan başqa, Çin brendləri "Huawei" şirkətinin zəifləməsindən və "LG" korporasiyasının smartfonlar bazarını tərk etməklə bağlı qərarından faydalanıblar. "Xiaomi" smartfonlarının satışı 9,9 faiz artaraq 48,9 milyon ədədə çatıb. "Vivo" və "Oppo" şirkətlərinin satış həcmi isə 7,4 və 8 faiz artaraq 38,7 və 38,4 milyon qurğu təşkil edib.
Analitiklər qeyd edib ki, artıq əksər sahələrə öz təsirini göstərmiş qlobal yarımkeçiricilər komponentlərinin çatışmazlığı hələ ki smartfonlar sənayesinə təsir etməyib. Buna səbəb kimi isə bazarda tələb və təklif arasında balansın qorunması qeyd olunur.
16-06-2021, 06:55 | Apple şirkəti iOS 15-ə keçid etmək istəməyən istifadəçiləri dəstəkləməyə davam edəcək

Yenicə təqdim olunmuş iOS 15-in stabil versiyası hələ payız fəslində istifadəyə veriləcək. Lakin artıq indidən Apple cihazlarında əməliyyat sisteminin yenilənməsi siyasətində olmuş dəyişiklik barəsində məlumat verilib. Belə ki, rəsmi məlumata əsasən Apple öz istifadəçilərinin yeni əməliyyat sisteminə keçid prosesini məcburi etməyəcək və hal hazırda mövcud olan iOS versiyasını dəstəkləməyə davam edəcək. Bu, Apple şirkəti tarixində ilk praktikadır. Məlum olub ki, iOS 15-in istifadəyə verilməsindən sonra da şirkət əvvəlki iOS versiyalar üçün təhlükəsizlik yenilənmələrini təqdim etməyə davam edəcək. Bununla belə, təqdim olunacaq yenilənmələr məcbur şəkildə quraşdırılmayacaq.
Bu isə öz növbəsində yenilənmələrin keyfiyyətlərindən şübhələnən iPhone istifadəçilərinə həmin yenilənmələr barəsində rəylərin ortaya çıxmasını gözləmək imkanını verəcək. Mütəxəssislərin fikirlərinə əsasən Apple şirkəti bu cür addımı ona görə atıb ki, o öz istifadəçilərinə seçim haqqını təqdim etmək istəyir. Bundan əlavə olaraq şirkət yeni əməliyyat sisteminə daha axıcı keçidi təmin etmək niyyətindədir. Qeyd etmək lazımdır ki, hər bir yeni iOS versiyasının istifadəyə verilməsi ilə istifadəçilər çoxlu sayda sistem boşluğu və bug ilə qarşılaşırlar. Şirkətin yeni siyasəti isə yenilənmələr arasında keçidi daha axıcı etməyə hədəflənib. Beləliklə əgər istifadəçi yeni iOS versiyasının keyfiyyətindən şübhələnirsə, o, həmin versiyaya keçidi etməmək seçiminə sahib olacaq.
16-06-2021, 06:54 | Perseverance aparatı Marsda mikrob formalı həyat növünün axtarışına start verib

NASA agentliyi Perseverance missiyasının əsas hissəsinə start verib. Belə ki, Perseverance aparatı kraterin dərinliyini incələyərək Marsda mikrob şəklində həyat növünün nə vaxtsa olub-olmadığını təyin etməyə çalışacaq. Beləliklə Perseverance aparatı öz missiyasının əsas hissəsinə başlayıb. O, Jezero adlı kraterdə mikrob şəklində olan qədim həyat növünün axtarışını aparacaq. Qeyd etmək lazımdır ki, Mars planetinin səthinə eniş edəndən sonra aparat ilk növbədə sistem testlərindən keçib və Ingenuity dron aparatının uçuş missiyalarında dəstəkci rolunda çıxış edib.
Bununla belə NASA mütəxəssisləri qeyd ediblər ki, Ingenuity aparatı uçuş missiyalarının öhdəsindən avtomatik şəkildə gələ bilir. Belə ki, bu dron aparatı artıq 7 uçuş missiyası reallaşdırıb. Perseverance isə öz növbəsində artıq geniş miqyaslı məşqlərdən keçib və həmin məşqlər çərçivəsində öz elmi alətlərinin testlərini aparıb. Bundan əlavə olaraq sözügedən aparat Mars planetinin səthində minlərlə foto çəkib və səslər yazıb. Növbəti mərhələdə Perseveranca aparatı Jezero adlı kraterin dib hissəsində çalışacaq.
O, torpaq və süxur nümunələrinin axtarışı ilə məşğul olacaq. Həmin nümunələrin tapılmasından sonra isə aparat onları kiçik nazik borulara daxil edəcək və həmin boruları öz daxilindəki xüsusi bölməyə yerləşdirəcək ki, növbəti missiyalardan biri həmin nümunələri götürə bilsin. Aparat qayalı qrunt yerlərdən və potensial təhlükə mənbəyi olan qum təpələrindən keçməli olacaq. Jezero krateri milyardlarla il bundan öncə mövcud olmuş gölün dib hissəsi rolunda çıxış edib. Bu missiya Perseverance aparatının Mars planetinə eniş nöqtəsinə geri qayıdışı ilə yekunlaşacaq.
16-06-2021, 00:00 | Fransa Almaniyaya qalib gəlir - YENİLƏNİR

23:59
Avropa çempionatı
F qrupu, 1-ci tur
23:00. Fransa - Almaniya - 1:0 (Fasilə)
Qol: Mats Hummels, 20-avtoqol
Baş hakim: Karlos del Serro Qrande
Münhen, "Münhen Futbol Arenası"
20:00. Macarıstan - Portuqaliya - 0:3
Qollar: Querrero, 84, Ronaldo, 86-pen. 90+2
Baş hakim: Cüneyt Çakır (Türkiyə)
Budapeşt, "Puşkaş Arena"
22:24
Avro-2020-nin qrup mərhələsi davam edir.
qol.az-a istinadən xəbər verir ki, 5-ci oyun gününə nəzərdə tutulan iki matçdan biri başa çatıb.
"Ölüm qrupu" adlanan F qrupunda əvvəlcə son Avropa çempionu Portuqaliya Macarıstanla qarşılaşıb. Oyun Portuqaliyanın 3:0 hesablı qələbəsi ilə başa çatıb. Günün ən maraqla gözlənən görüşündə isə son dünya çempionu Fransa Almaniya ilə üz-üzə gələcək.
Avropa çempionatı
F qrupu, 1-ci tur
20:00. Macarıstan - Portuqaliya - 0:3
Qollar: Querrero, 84, Ronaldo, 86-pen. 90+2
Baş hakim: Cüneyt Çakır (Türkiyə)
Budapeşt, "Puşkaş Arena"
23:00. Fransa - Almaniya
Baş hakim: Karlos del Serro Qrande
Münhen, "Münhen Futbol Arenası"
15-06-2021, 09:17 | Buffon B seriyasında çıxış edəcək

İtaliya milli komandasının sabiq qapıçısı Canluici Buffon "Parma" klubu ilə iki illik müqaviləyə imza atacaq.
Bu barədə məlumatı məşhur idman jurnalisti Nikola Skira özünün "Twitter" səhifəsində yazıb.
"Artıq razılıq əldə edilib və təsdiqlənib. Buffon "Parma"ya qayıdır. O, bu həftə klubla 2023-cü ilə qədər nəzərdə tutulan müqaviləyə imza atacaq", - Jurnalist qeyd edib.
C.Buffon 1995-2001-ci illərdə "Parma"nın formasını geyinib.
Xatırladaq ki, "Parma" ötən mövsüm İtaliya çempionatının turnir cədvəlində sonuncu yerdə qərarlaşıb və klub ikinci diviziona yuvarlanıb.
15-06-2021, 08:44 | Gün yanıqlarından necə xilas olmalı və onu necə müalicə etməli?

Dərinin qızarması, qaşınması, yanğı hissi, qabıqvermə, baş ağrıları və ürəkbulnma əsasən gün yanıqlarının əmələ gətirdiyi əlamətlərdir. İnsanlar bu əlamətlərə günəş şüaları qəbul etdikdən sonra tutulurlar. Günəş altında qalmaq və gün şüası qəbul etməkdən hamının xoşu gəlir. Normal miqdarda və yuxarıdakı əlamətləri əmələ gətirməyəcək qədər günəş şüaları altında qalmaq orqanizm üçün faydalı sayılır. Amma, həddindən artıq dəriyə təsir edən günəş şüalarının dəri xərçənginə səbəb olduğunu da unutmaq olmaz. Günəş yanıqlarına bəzən solyari qəbul edən zamanlarda da rast gəlmək mümkün olur. Çünki, solyarı də dəriyə ultrabənövşəyi şüalarla təsir edir.
Gün yanıqlarından necə qorunmaq olar?
Günəş şüaları qəbul edən zaman bişmiş alma kimi olmaq istəmirsinizsə o zaman aşağıdakılara əməl edin:
* Günəş kremlərindən istifadə edin. Bu zaman kremin dərinizə uyğun olanını seçməyə çalışın. Kremi gün şüaları altında qalmazdan yarım saat əvvəl sürtmək lazımdır. Günəş şüası qəbul edən zaman kosmetikadan az istifadə etmək lazımdır. Mütəxəssislər qızmar yay günlərində qadınları adi günlərdəkindən az miqdarda kosmetikadan istifadə etməyi məsləhət bilir.
* Günəşli günlərdə isə edvən çıxan zaman mütləq baş örtüyündən istifadə etmək və çiyinləri örtən paltar geyinmək lazımdır. Bu sizin dərinizi yanmadam qoruyar.
* Gün şüalarının sizi yandırmamasını istəyirsinizsə o zaman qızmar yay günlərində saat 11.00-dan 16.00-a qədər evdən bayıra çıxmanız məsləhət görülmür.
* Az miqdarda dərğidə qızartı hiss olunan zaman kölgədə dayanmaq və gün batana qədər evdən çıxmamaq tövsiyə edilir.
Günəş yanıqlarını necə müalicə etmək lazımdır?
Gün yanıqlarını müalicə edərkən əvvəlcə əmələ gələn yanığın hansı dərəcədə olmasını müəyyənləşdirmək lazımdır. Çünki, günəş yanıqlarının da ağırlıq dərəcələri var və hər dərəcənin müalicəsi ona uyğun olaraq aparılır. Birinci dərəcəli yanıqlar zamanı dəridə zəif qızartı və yüngül titrətmə olur. Bu yanığı həkimə müraciət etmədən özünüz müalicə edə bilərsiniz. Bu müalicə üsulları aşağıdakılardır:
* Soyuq duş və ya soyuq vanna.
* Çoxlu midarda maye qəbulu.
* Yumşaldıcı krem sürtmək.
Zəif yanıqlar zamanı dəriyə günəbaxan yağı sürtmək də çox faydalı olur. Əgər yanmaq dərindirsə ona yağ və ya spirt sürtmək məsləhət deyil. Çünki, bu zaman yanan nahiyəyə hava axını daxil ola bilmir və dərinin sağalması uzun çəkir. Həm də bu, dəridə infeksiya əlamətlərinin əmələ gəlməsinə səbəb olur. Xalq təbabətində zəif yanıqlar zamanı yağsız qatıqdan və ya xamadan istifadə edilir.
* Dəri sağalana qədər yanan nahiyəyə sərt moçalka sürtmək məsləhət bilinmir.
* Yanan dəri sağalanan kimi təbii parçadan tikilmiş paltarlar geyinmək lazımdır. Belə zamanlarda sintetik paltar geymək allergiyanın baş verməsinə səbəb olur.
Günəş şüaları altında uzun müddət qalmaq dəridə su qabarcıqlarının əmələ gəlməsinə səbəb olur. Bu zaman təmpratur, baş hərlənməsi və baş ağrıları müşayət edilir. Bu simptomlar ikinci dərəcəli yanığın əlamətidir. Bu yanıq orqanizmə zərər verə bilir. Bunun olmaması üçün isə həkimə müraciət etmək və onun məsləhətlərini yerinə yetirmk lazımdır.
Güçəş şüaları D vitamini mənbəyidir və orqanizm üçün çox faydalıdır. Amma, onun həddindən çox dəriyə təsit eləməsi sağalmlıq üçün ciddi problemlərin əmələ gəlməsinə səbəb ola bilir. Buna görə də diqqətli olmaq lazımdır.
Milli.Az


















