3-06-2021, 06:56 | Bu gün 20 mindən çox şagird buraxılış imtahanı verəcək

Bu gün 20 mindən çox şagird buraxılış imtahanı verəcək

Bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçirilir.

DİM-dən verilən məlumata görə, imtahanlar saat 11:00-da başlanır.

İmtahanların başlanmasına 15 dəqiqə qalmış - saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.

Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə olunur.

İştirakçılar imtahana tibbi maska ilə gəlməli və onlardan düzgün (burun, ağız və çənə nahiyəsini tam örtməklə) istifadə etməlidirlər. Maskanı çıxarmaq qadağandır və bütün proses (buraxılış rejimi, imtahan müddəti, imtahan binasının tərk edilməsi) boyu istifadə olunmalıdır.

Şagirdlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

- İmtahana buraxılış vərəqəsi;

- Sağlamlıq haqqında bəyannamə (buraxılış vərəqi ilə birlikdə çap edirsiniz və imzalayırsınız. İmtahana buraxılış vərəqəsi şagirdin özündə saxlanıldığı, sağlamlıq haqqında bəyannamə isə imtahan nəzarətçisinə təhvil verildiyi üçün hər iki sənəd ayrıca vərəqdə çap olunmalıdır);

- Şəxsiyyəti təsdiq edən sənədin əsli:

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

- Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

İmtahanda iştirak edəcək şagirdlər "İmtahana buraxılış vərəqəsi"ni internet vasitəsilə DİM-in saytından mayın 21-dən etibarən çap edib götürə bilirlər.

İmtahanlarda isə 20 438 şagirdin iştirakı nəzərdə tutulur.

İmtahanlarda iştirak edəcək nəzarətçilər, imtahan rəhbərləri, mühafizə əməkdaşları ilə onlayn şəkildə təlim-seminarlar keçirilib. Bütün imtahan binalarına baxış keçirilib, imtahan zallarında abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün zəruri şərait yaradılıb.

Bundan əlavə, Mərkəz tərəfindən pandemiya şəraitinin tələblərinə uyğun olaraq imtahan binalarında bir sıra profilaktik tədbirlər - hər bir otağa düşən iştirakçı sayının sosial məsafə prinsipinə uyğun şəkildə tənzimlənməsi, imtahan heyətinin müvafiq qoruyucu vasitələrlə (əlcək, tibbi maska) təmin olunması həyata keçirilib.

Ehtiyat tədbirləri çərçivəsində imtahan binasına daxil olan iştirakçılarının məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılacaq, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunacaqdır. İmtahana bədən hərarəti 37°C-dən aşağı olan şəxslər buraxılır.

İmtahan iştirakçıları imtahan binasına daxil olmaq üçün yoxlamadan keçərkən sosial məsafəni saxlamaqla şəxsiyyətini təsdiq edən sənədin üz tərəfini DİM əməkdaşının görəcəyi şəkildə ona tərəf uzatmalı və müvəqqəti olaraq maskasını aşağı salaraq üzünü göstərməlidir.

3-06-2021, 06:51 | Uşaq aqressivliyinin kökü genlərdədir

Uşaq aqressivliyinin kökü genlərdədir

Rusiyalı və avropalı mütəxəssislərdən ibarət alimlər qrupu uşaqların həyatlarının ilk 6 ilində aqressiv davranışını araşdırıblar.

Uşaqların dalaşqanlığının genetik köklərlə bağlı olması aşkar edilib. Mütəxəssislərin rəyinə görə, aqressiv davranış uşağın sosial inkişafının ayrılmaz hissəsidir. Nəzarət edilməsi mümkün olmayan davranış 2-4 yaşlı uşaqlarda daha çox müşahidə edilib. Həmin yaş həddini aşan uşaqlar vaxt keçdikcə bu barədə valideynlərinə və yaxın dostlarına danışmaqla, öz emosiyalarını idarə etməyi öyrənirlər. Lakin genetik köklər ucbatından uşağın nəzarəti mümkün olmayan aqressiv davranışı qeyri-müəyyən vaxtadək uzana bilər. Həmçinin, mütəxəssislər qeyd ediblər ki, 2 yaşdan 4 yaşa qədər körpənin beynində əsaslı dəyişikliklər baş verir. Alimlər həmin dövrdə baş verən prosesləri və onların insan davranışına təsirini nəzərə alaraq, körpənin yeniyetmədən nə ilə fərqləndiyini araşdırmaq niyyətindədirlər.

Milli.Az

3-06-2021, 06:49 | 32 karateçimiz uzun fasilədən sonra yarışa çıxacaq

32 karateçimiz uzun fasilədən sonra yarışa çıxacaq


Azərbaycan karateçilləri Kiprin Limassol şəhərində uşaq, yeniyetmə və gənclər (12-17 yaşlılar) arasında mövsümün ilk Karate1 Gənclər Liqası turnirində iştirak edəcək.

Yarışa qatılan 37 ölkədən 760 idmançı arasında 32 karateçimiz də var. Onları yeniyetmə və gənclər milli komandasının baş məşqçisi Anar Allahverdiyev, böyük məşqçilər Seymur Xudaverdiyev və Nağı Mehdiyev, həmçinin kata üzrə milli komandanın böyük məşqçisi Anar Əhmədov müşayiət edir. (oxu.az)

3-06-2021, 06:41 | Pəhriz qaydaları

Pəhriz qaydaları

Bəzən artıq bədən çəkisi olanlar necə olursa-olsun, ondan tez və qısa zamanda xilas olmağa çalışırlar. Hətta arıqlamaq həvəsi o həddə çatır ki, hər deyilənə inanır, hər eşitdiyinə əməl etmək istəyirlər. Təəssüf ki, tövsiyə olunanların böyük bir qismi heç bir əsası olmayan yanlış məlumatlardır.

Sağlam qidalanmanın əsas şərti olan su orqanizmdə yaranan toksik maddələrin atılması üçün lazımdır. Su həmçinin natrium, ftor, kalium və kalsium kimi minerallarla zəngindir. Ən faydalı içki olan su həm də kalorisizdir, ona görə də gün ərzində kifayət qədər su içilməsi məsləhətdir.

Vitamin və mineralların əsas mənbəyi meyvələrdir. Lakin artıq miqdarda qəbul edilən meyvə ilə alınan fruktoza orqanizmdə yağa çevrilir və müəyyən bölgələrdə piylənməyə səbəb olur.

Sağlam və nizamlı qidalanma yeməyin vaxtında yeyilməsi ilə başlamalıdır. Artıq çəki ilə mübarizədə yemək saatını ötürmək düzgün sayılmır.

Çox gec yatmaq, həmçinin axşamlar uzun müddət ac qalmaq da yeni günə pis başlamağa səbəb olur, nəticədə metabolizm zəifləyir. Axırıncı qidalanma yatmazdan ən azı 3-4 saat əvvəl olmalı, yəni gecə saat 12-də yatanlar ən geci saat 9-10 arası az miqdarda yemək yeməlidir.

Məşq zamanı ac olmaq daha artıq kalori itirmək anlamına gəlmir, əksinə, daha az kalori xərcləməyə səbəb olur. Lakin qida qəbul edəndən sonra da idman etmək düzgün deyil. Yeməkdən ən azı 1,5-2 saat sonra məşq etmək məsləhətdir.

Mineral su həzmə kömək edən və onu asanlaşdıran içkidir, yağ itkisinə səbəb olur. Lakin həddindən çox içiləndə iştahanı artıra bilər.

Orqanizmin hər gün az miqdarda yağa ehtiyacı var. Pəhriz saxlayarkən nəzərə almaq lazımdır ki, A, E və K vitaminləri yalnız yağda həzm olaraq orqanizmə sorulur. Həmçinin yağların əsas tərkib hissəsi olan və hamının zərərli hesab etdiyi xolesterol da orqanizm üçün çox vacibdir. Kişi və qadın cinsi hormonları, D vitamini məhz xolesteroldan əmələ gəlir. Bundan başqa yağlar gec həzm edildiyi üçün toxluq hissi verir.

Az miqdarda alma sirkəsi, limon suyu və qreypfrut şirəsi faydalı olsa da, sirkənin artıq miqdarda içilməsi mədə turşuluğunu artıra, qida borusunu zədələyə, ciddi sağlamlıq problemləri yarada bilər. Limon və ya qreypfrut suyu da eyni qaydada mədə xəstəliklərini kəskinləşdirə bilər.

Bəzi qidaların üzərindəki "light" və "pəhriz" emblemləri onların gün ərzində istənilən qədər yeyilməsi kimi başa düşülməməlidir. Sadəcə olaraq həmin qidalarla yağ və ya şəkərin miqdarı bir qədər azaldılıb.

Az qida qəbulu və ac qalmaq kökəlməklə nəticələnə bilər, çünki orqanizm zəif qidalanmanı qıtlıq kimi qiymətləndirir. Uzun müddət ac qaldıqdan sonra yeyilən qidaları müdafiə mexanizmi olaraq yağ şəklində toplamağa çalışır ki, təkrar aclıq olsa ondan enerji məqsədilə istifadə etsin.

Qara çörəkdən imtina etməklə arıqlayanda itirilən çəkinin yağla deyil, su ilə əlaqədar olduğundan şübhələnmək olar, çünki qara çörək kimi taxıl məmulatları tərkibində olan hidroksid molekulunun hesabına suyu orqanizmdə saxlaya bilir.

Çörəyi qızardanda sadəcə olaraq tərkibindəki suyun bir hissəsi buxarlanır. Su kalorisiz olduğundan çörəyi qızartmağın çəki atmaq cəhətdən faydası yoxdur.

Çəki itkisi sürəti orta hesabla həftədə 0,5-1 kiloqram olmalıdır. Bir həftə ərzində daha artıq arıqlamaq qeyri-sağlam çəki itkisi sayılır və bir çox xəstəliklərə səbəb ola bilər. (milli.az)

3-06-2021, 06:36 | Maskadan imtina etməyə tələsmək lazım deyil

Maskadan imtina etməyə tələsmək lazım deyil


Açıq havada maska taxmaq məcburiyyəti aradan qaldırılsa da, ondan tam imtina etmək hələ tezdir. Həkimlər bəzi həssas risk qrupunda olanların açıq havada, xüsusilə insanların sıxlıq təşkil etdiyi ərazilərdə, keçid və dayanacaqlarda, növbə və s. yerlərdə maskadan istifadə etməsini məsləhət görürlər. Bu, məcburiyyət olmasa da, sağlamlıq üçün vacibdir.

Həkim-terapevt Nahid Məhərrəmov deyib: "Əsasən əməliyyatdan təzə çıxanların, tez-tez soyuqlayanların və tez-tez xəstələnənlərin özlərini qorumaq üçün açıq havada maska taxması məsləhətdir. Yeni növ koronavirus (COVID-19) infeksiyası əsasən yuxarı tənəffüs yollarından infeksiya şəklində yoluxur. Ona görə də yuxarı tənəffüs yollarında infeksiya xəstəlikləri - tonzilit, faringit, burun tənəffüsü problemləri və yaxud allergiyası olanların, özündə qrip və virus əlaməti kimi hər hansı narahatlıq hissi edənlərin də açıq havada maskadan istifadə etməsi yaxşı olardı".

Açıq havada tibbi maskaları bəzən çənəsinə endirənlər, aksesuar kimi qollarına taxanlar, əllərində, ciblərində və çantalarında gəzdirənlər olur. Bu isə infeksiyaya yoluxmaq üçün zəmin yaradır.



3-06-2021, 06:32 | Alimlər beyin xərçəngi və sinir siqnalları arasında bağlılıq olduğunu müəyyən ediblər

Alimlər beyin xərçəngi və sinir siqnalları arasında bağlılıq olduğunu müəyyən ediblər

Alimlərin fikrincə, xərçəng şişlərinin yaranmasında təkcə hüceyrə mutasiyalarının deyil, müəyyən sinir siqnallarının da rolu var.

Tədqiqatlara görə, I tip neyrofibromatozda neyronların adi aktivliyi bu cür siqnal qismində ola bilər. İnsanda genetik xəstəlik olan neyrofibromatoz zamanı böyük ehtimalla şiş əmələ gəlir; bu, adətən xoşxassəli olur, lakin bədxassəli şişlər də yaranır. Şişlər periferik sinirlərdə və baş beyində əmələ gəlir.

Stenford Universitetindən və Sent-Luis Vaşinqton Universitetindən tədqiqatçılar genetik baxımdan neyrofibromatoza meyilli olan siçanlar üzərində eksperiment aparıblar. Doqquz həftəlik siçanlarda görmə sinirinin qlioması yaranıb, 12-16-cı həftələrdə isə onların hamısında şiş olub.

Lakin 9 və 16 həftəlik siçanları qaranlıqda saxlayanda, adi şəraitdən fərqli olaraq, qlioma ehtimalı qəfil aşağı düşüb. Siçanların hamısında genlər eyni olub. Deməli, məsələ işıqla bağlı olub - işıq görmə sinirlərini qıcıqlandırıb və onlarda şiş yaranmağa başlayıb.

Sonrakı eksperimentlər göstərib ki, siçanlar qaranlıq mühitdə bir qədər əvvəl - 6 həftəlik vaxtından 12 həftəliyinədək saxlanılsaydı, onlarda ümumiyyətlə şiş yaranmayacaqdı. "Nature" jurnalında qeyd edilir ki, əgər şişi olan daha yetkin, o cümlədən 12 həftəlik və daha böyük siçanlar qaranlıqda saxlanılsaydı, şiş onlarda sağalmasa da, böyüməyəcəkdi. Bu, bir daha təsdiq edir ki, şiş mutasiyası özlüyündə mütləq şəkildə şiş doğurmur, bunun üçün onu müşayiət edən şərait də olmalıdır.

Neyrofibromatoz mutasiyalı siçanlarda neyroligin-3 zülalının səviyyəsi yüksəkdir. Onun səviyyəsi görmə siniri aktiv olanda, yəni göz işığı hiss edəndə yüksəlir. Zülalın işini dayandıranda, görmə sinirinin aktivliyinə baxmayaraq, şiş daha gec yaranacaq və ölçüsü daha kiçik olacaq.

Alimlər qeyd edirlər ki, insan beyin şişlərində də neyroligin-3 zülalının səviyyəsi adidən yüksəkdir. İşığı, neyroligini və şişin inkişafını əlaqələndirən molekulyar mexanizmin təfərrüatları hələ ki tam aydın deyil. Lakin neyrofibomatozlu uşaqlarda şişin yaranmasına yol verməmək məqsədilə bu zülala təsir edə biləcək hansısa dərmanlar üzərində düşünmək olar.

AZƏRTAC

2-06-2021, 19:29 | “Space” TV-nin icraçı direktoru işdən çıxarıldı

“Space” TV-nin icraçı direktoru işdən çıxarıldı

"Space" TV-nin icraçı direktoru vəzifəsini müvəqqəti icra edən Kamil Şahverdiyev işdən çıxarılıb.

Telekanaldan xəbəri APA-ya təsdiqləyiblər.

Qeyd edək ki, Kamil Şahverdiyev Rəşid Behbudov Fondunun direktorudur.

2-06-2021, 19:27 | Dövlət Komitəsi Azərbaycan-Rusiya sərhədində avtomobillərin saxlanılmasına aydınlıq gətirib

Dövlət Komitəsi Azərbaycan-Rusiya sərhədində avtomobillərin saxlanılmasına aydınlıq gətirib

Bu gün sosial şəbəklərdə Rusiya Federasiyasından Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə digər qonşu ölkələrə getmək istəyən bir neçə boş yük və yüngül minik nəqliyyat vasitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinin Samur gömrük postunda saxlanılması və ölkəyə buraxılmamasına dair iddiaların yer aldığı videogörüntülər yayımlanıb. Rusiya-Azərbaycan sərhədindəki neytral ərazidə dayanan nəqliyyat vasitələrinin sürücüləri tərəfindən çəkilərək yayımlanan videogörüntülərdə nəqliyyat vasitələrinin gömrük orqanları tərəfindən qanunsuz olaraq buraxılmadığı iddia olunur.

Bu barədə Dövlət Gömrük Komitəsindən bildirilib ki, həmin nəqliyyat vasitələri gömrük sərhədindən Azərbaycan Respublikasının ərazisinə daxil olmaq istəyərkən həyata keçirilən pasport nəzarəti zamanı sürücülərin quru sərhədləri vasitəsilə ölkəyə gəlmək üçün müvafiq icazə sənədlərinin olmadığı müəyyən edilib. Belə ki, mövcud pandemiya şəraiti ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tətbiq etdiyi qaydalara əsasən quru sərhədindən yalnız bu qurum tərəfindən verilən icazə sənədi əsasında və ya qanunvericilikdə müəyyən olunan hallarda keçmək mümkündür. Araşdırma zamanı həmin nəqliyyat vasitələrinin iddia edildiyi üzrə beynəlxalq yükdaşımalarla məşğul olduqlarına dair müvafiq sənədlərə malik olmadığı da üzə çıxıb.

Üstəlik həmin şəxslərin nəqliyyat vasitələrini Azərbaycan Respublikasında rəsmiləşdirmək məqsədilə ölkəyə gətirdikləri müəyyən edilib ki, bu halda da dövlət sərhədini keçmək üçün rəsmi qurumların icazəsi tələb olunur.

Dövlət Gömrük Komitəsi bir daha bildirir ki, mövcud pandemiya şəraiti ilə əlaqədar tətbiq edilən qaydalara əsasən gömrük sərhədini quru yolu ilə keçmək üçün Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən verilən xüsusi icazə sənədinin sərhəddə fəaliyyət göstərən qurumlara təqdim olunması mütləqdir. (milli.az)

2-06-2021, 14:29 | Kəlbəcərin Cəmilli kəndi

Kəlbəcərin Cəmilli kəndi


Müdafiə Nazirliyi Kəlbəcər rayonunun Cəmilli kəndindən videogörüntülər yayıb.

Həmin görüntüləri təqdim edir.


2-06-2021, 09:19 | Amerikalı milyarder dolları əvəz edəcək valyutanı açıqladı

Amerikalı milyarder dolları əvəz edəcək valyutanı açıqladı

Çin yuanı dünya ticarətində ən çox istifadə edilən valyutalardan biri olacaq.

Bu barədə amerikalı milyarder, "Bridgewater" fondunun təsisçisi Rey Dalio CNBC telekanalına müsahibəsində bildirib.

O, xüsusilə Çinin rəsmi rəqəmsal valyutasına diqqət çəkib. Sahibkarın proqnozuna görə, yuan amerikalı analoqundan daha həyat qabiliyyətli olacaq.

"Mən hesab edirəm ki, gələcəkdə insanlar valyutaları özləri seçəcəklər və daha möhkəm iqtisadi təməllərə malik valyutalar ən rəqabətədavamlı olacaq. Bu, bir çox ölkələr üçün təhlükə olacaq", - Dalio əlavə edib.

qafqazinfo


������������ ������� DLE ������� ��������� ��� dle.
���������� ���� ������ ��� ��������� ������.
����������� �������� ������� � �������� ������.
����������� �������� ������������ ��� �������� ����.
������ ����� �������� ��������� ����� ������.
����� ���������� �� ���� ��� ���� � ��� �����.