2-06-2021, 07:54 | Peskovun oğlu azərbaycanlı iş adamı ilə ortaq oldu

Peskovun oğlu azərbaycanlı iş adamı ilə ortaq oldu

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun oğlu Nikolay Peskov "Vecon Construction" şirkətinin səhmlərinin 33 faizini alıb.

Nikolay Peskovun şirkət səhmlərində ortağının azərbaycanlı iş adamı Şirin Quliyev olduğu bildirilir. Onun daha əvvəl restoran biznesi ilə məşğul olduğu və "Şafran" restoran şəbəkəsinə rəhbərlik etdiyi qeyd olunub.

"Vecon Construction" şirkəti bu ilin mart ayında Türkiyədən olan başqa bir iş adamı - Cem Erbakis tərəfindən təsis edilib. Bir ay sonra, şirkət səhmlərinin 100%-i Mariya Zaxarova Borisovna adlı şəxs tərəfindən alınıb. 27 mayda isə N. Peskov şirkət səhmlərinin 33 faizinə sahib olub.

Şirkətin veb saytı yoxdur. "SPARK-İnterfaks"ın verdiyi məlumata görə, şirkət əsas fəaliyyəti olan ağac, tikinti materialları və sanitariya avadanlıqları ticarətindən əlavə mebel təmiri və ət ticarəti ilə də məşğuldur. "Qafqazinfo

1-06-2021, 10:26 | Gəlinini öldürüb doğrayan qayınata hakim qarşısına çıxarılır

Gəlinini öldürüb doğrayan qayınata hakim qarşısına çıxarılır



Bakıda gəlnini doğrayaraq qətlə yetirən qayınatanın barəsində cinayət işi yekunlaşıb.

Baş Prokurorluqdan verilən məlumatda bi ldirilir ki, bu il yanvarın 27-də Nəsimi rayonu 4-cü mikrorayon ərazisində yerləşən məişət tullantılarının atılması üçün nəzərdə tutulmuş zibil qutularında doğranmış vəziyyətdə naməlum qadın meyitinin hissələrinin aşkar edilməsi faktı ilə bağlı Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanmış cinayət işi üzrə istintaqın aparılması Baş Prokurorluğun rəhbərliyinin göstərişinə əsasən Baş Prokurorluğun İstintaq idarəsində tapşırılmışdır.

İstintaqla İdris Məhərrəmovun onunla eyni ünvanda yaşayan gəlini Banı Məhərrəmovanı küt alətlə baş nahiyəsindən vurmaqla, daha sonra kəsici-deşici alətlə bədəninin müxtəlif nahiyələrindən xəsarətlər yetirməklə xüsusi amansızlıqla qəsdən öldürməsinə, daha sonra meyiti hissələrə ayırmaqla meyit üzərində təhqiredici hərəkətlər etməsinə əsaslı şübhələr müəyyən edilmişdir.

İdris Məhərrəmov Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 245-ci (meyit üzərində təhqiredici hərəkətlər etmə) maddələri ilə təqsirləndilirən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.


Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir.

31-05-2021, 09:25 | Türkiyənin "Anadolu Efes" klubu ilk dəfə basketbol üzrə Avroliqanın qalibi oldu

Türkiyənin "Anadolu Efes" klubu ilk dəfə basketbol üzrə Avroliqanın qalibi oldu


Türkiyənin "Anadolu Efes" klubu basketbol üzrə Avroliqanın final matçında İspaniyanın "Barselona"sını 86:81 hesabı ilə məğlub edərək ilk dəfə turnir qalibi oldu.

Turnir Almaniyanın Köln şəhərində tamaşaçısız keçirilib.

Matçın ən məhsuldar oyunçusu İstanbul komandasına 25 xal qazandıran müdafiəçi Vasile Mitsiç olub. Məğlub olanlar arasında ən çox xal toplayıb - 23.

Üçüncü yeri Rusiyanın MOİK komandasına 83:73 hesabı ilə qalib gələn İtaliyanın "Milan"ı tutub.

Trend

31-05-2021, 09:22 | Teymur Rəcəbov Yan Nepomnyaşi ilə heç-heçə edib

Teymur Rəcəbov Yan Nepomnyaşi ilə heç-heçə edib

Norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi "Champions Chess Tour" onlayn seriyasının "The FTX Crypto Cup" turnirində final mərhələsinin birinci dövrəsinin oyunları keçirilib.

Bu mərhələnin dörd partiyadan ibarət birinci dövrəsində Azərbaycan şahmatçısı Teymur Rəcəbov 3-cü yer uğrunda rusiyalı Yan Nepomnyaşi ilə görüşüb. Qarşılaşma heç-heçə ilə başa çatıb.

Turnirin qalibi adı uğrunda M.Karlsenin ABŞ şahmatçısı Uesli So ilə görüşü də heç-heçə ilə başa çatıb.

"The FTX Crypto Cup" turnirinin mükafat fondunu 220 min ABŞ dolları məbləğində pul mükafatı və 100 min dollar dəyərində "bitcoin" təşkil edir.

"Champions Chess Tour" onlayn şahmat seriyası ümumilikdə 10 turnirdən ibarətdir. Sentyabradək davam edəcək seriyanın ümumi mükafat fondu isə 1,5 milyon dollardır.

Trend


31-05-2021, 09:11 | Çılpaq qadın "Ukrayna" telekanalının CANLI YAYIMINDA - VİDEO

Çılpaq qadın "Ukrayna" telekanalının CANLI YAYIMINDA - VİDEO

"Ukrayna" telekanalının canlı yayımında görünən çılpaq qadın aparpcıları çıxılmaz vəziyyətə salıb.

Milli.Az Ukrayna KİV-ə istinadən xəbər verir ki, aparıcıların həmsöhbətlə canlı yayımı zamanı çılpaq bir qız bir neçə saniyə kameranı özünə tərəf çevirib.

Bundan sonra kanal texniki problemlər olduğunu əsas gətirərək yayımı dayandırıb.

31-05-2021, 00:30 | "Formula 1" ilə əlaqədar bu yollar məhdudlaşdırılır - SİYAHI

"Formula 1" ilə əlaqədar bu yollar məhdudlaşdırılır - SİYAHI

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi "Formula 1" Azərbaycan Qran Prisi ilə əlaqədar sürücülərə müraciət edib.

İdarənin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, "Formula 1" Azərbaycan Qran Prisi ilə əlaqədar trek Azadlıq Meydanından başlayaraq Aleksandr Puşkin ilə Xaqani küçələri, Bülbül prospekti, Zərifə Əliyeva və Rəsul Rza küçələri, Neftçilər prospekti ilə Əziz Əliyev küçəsindən keçərək Qoşa-Qala qapısı, Gənclər Meydanı və İstiqlaliyyət küçəsi ilə Niyazi küçəsinə çıxmaqla "Azneft" dairəsindən Dənizkənarı Bulvar boyu Neftçilər prospekti ilə nəzərdə tutulub.

Onun sözlərinə görə, qeyd edilən küçələr istiqamətində yarış ərəfəsində tərəfimizdən həyata keçiriləcək tədbirlərdə təhlükəsizliyin təmin edilməsi vacib şərtdir:

"Kövkəb Səfərəliyeva, Rixard Zorge, Aleksandr Puşkin, Rəşid Behbudov, Bülbül, Səməd Vurğun, Teymur Elçin, Mehdi Hüseyn, Lermontov, Mirzə Fətəli Axundov adına park və onun ətrafı olan küçələr, Bünyad Sərdarov, Azərbaycan prospekti, Mikayıl Hüseynov, Zərgər Palan, Murtuza Muxtarov, Şeyx Şamil, Afiyəddin Cəlilov və Yusif Səfərov küçələri - 31 may tarixindən iyunun 8-dək bu istiqamətlər üzrə hərəkətdə olan avtomobil sürücülərinə müraciət edirik ki, istiqamətin dəyişdirilməsini nəzərə alsınlar. Ən yaxşı halda isə bu ərəfədə ictimai nəqliyyat vasitələrindən istifadəyə üstünlük versinlər".

28-05-2021, 14:41 | Türkiyənin təhsil naziri Bakıda Hərbi Qənimətlər Parkında - FOTO

Türkiyənin təhsil naziri Bakıda Hərbi Qənimətlər Parkında - FOTO

Türkiyənin milli təhsil naziri Ziya Selçuk Bakıda Hərbi Qənimətlər Parkında olub.

Bu barədə Türkiyənin Azərbaycandakı Səfirliyinin "Facebook" səhifəsində qeyd edilib.

Nazir parkı azərbaycanlı həmkarı Emin Əmrullayevlə birgə ziyarət edib.

milli.az


28-05-2021, 14:12 | Əməliyyatdan sonra iki ay qarnında qayçı ilə yaşayıb - Növbəti həkim səhvi - FOTO

Əməliyyatdan sonra iki ay qarnında qayçı ilə yaşayıb - Növbəti həkim səhvi - FOTO


Türkiyənin Aydın vilayətinin Kuşadası rayonunda yaşayan qadın iki ay qarnında qayçı ilə yaşayıb.

65 yaşlı Nurcahan Öğmen mart ayında mədəsindən əməliyyat olub. Bir gün sonra evə buraxılan qadın ağrılarının keçmədiyinə görə bir ay sonra yenidən başqa bir xəstəxanaya müraciət edib. Rentgen nəticəsində məlum olub ki, onun qarnında qayçı unudulub. Yenidən əməlliyat edilən qadının qarnından qayçı çıxarılıb.

Əməliyyatı keçirən həkimi və xəstəxana rəhbərliyini məhkəməyə verən qadın deyib ki, dəfələrə gedib ağrılardan şikayət etsə də, onu geri göndərərək heç bir problem olmadığını deyiblər.(sherq.)


28-05-2021, 14:09 | Gürcüstan və İrana avtobus relsləri nə vaxt bərpa olunur? - RƏSMİ AÇIQLAMA

Gürcüstan və İrana avtobus relsləri nə vaxt bərpa olunur? - RƏSMİ AÇIQLAMA

"Gürcüstan və İrana avtobuslar beynəlxalq daşımalardır. Nazirlər Kabinetinin Azərbaycanın sərhəd keçid məntəqlərində gediş-gəlişin tam quru üzərindən bərpasına qərarından sonra xarici ölkələrə səfər etmək mümkün olacaq".

Bunu Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) mətbuat katibi Nuridə Allahyarova bildirib.

O əlavə edib ki, hazırda xarici ölkərə gediş-gəliş mümkün olmadığı üçün hansı qaydaların tətbiq olunacağı dəqiq deyil: "Lakn Naxçıxana İran üzərindən getmək mümkün olduğu üçün beynəlxalq reys sayılır. Naxçıxana mayın 31-i olmasa da, ən yaxın zamanda gediş-gəlişin bərpası ilə bağlı işlər görülür."



28-05-2021, 13:33 | Doğma arenada çıxış etmək böyük xoşbəxtlikdir - Azərbaycanlı gimnast

Doğma arenada çıxış etmək böyük xoşbəxtlikdir - Azərbaycanlı gimnast

Bakıda doğma Milli Gimnastika Arenasında dünya çempionatında çıxış etmək böyük xoşbəxtlikdir.

Bunu Trend-ə azərbaycanlı gimnast Nurcan Cabbarlı deyib.

Gimnast bildirib ki, bu yarışlar onun iştirak etdiyi ilk dünya çempionatıdır:

"Çıxış zamanı çox həyəcan hiss etmirdim. Dünya çempionatında iki kateqoriyada, fərdi proqramda və aerodans proqramında çıxış edirəm".

Qeyd edək ki, aerobika gimnatikası üzrə 16-cı dünya çempionatı Azərbaycan Gimnastika Federasiyasının 2021-ci ildə təşkil etməyi planlaşdırdığı irimiqyaslı yarışlardan biridir. Yarışda 22 ölkədən 171 idmançı çıxış edir.

3 gün davam edəcək çempionatda gimnastlar fərdi qadın və kişi, qarışıq cütlük, üçlük, qrup, həmçinin aero dans və aero step proqramlarında yarışacaqlar. Qaydalara əsasən, bir iştirakçı bu kateqoriyaların maksimum üçündə çıxış edə biləcək. Çempionatda hər bir kateqoriya üzrə təsnifat və final mərhələləri baş tutacaq.

������������ ������� DLE ������� ��������� ��� dle.
���������� ���� ������ ��� ��������� ������.
����������� �������� ������� � �������� ������.
����������� �������� ������������ ��� �������� ����.
������ ����� �������� ��������� ����� ������.
����� ���������� �� ���� ��� ���� � ��� �����.