24-05-2021, 06:58 | "Borussiya"da beş ayrılıq
Almaniyanın "Borussiya" (Mönhenqladbax) klubu beş futbolçusu ilə yollarını ayırıb.
Bu barədə Bundesliqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Xəbərdə İbrahima Traore, Oskar Vendt, Valentino Lazaro, Xulio Vilyalba və Maks Qrünün komandadan ayrıldığı diqqətə çatdırılıb. Onların klubla müqavilə müddəti başa çatıb. Tərəflər yeni sözləşmə imzalamayıblar.
Qeyd edək ki, Mönhenqladbax "Borussiya"sı Bundesliqada geridə qalan mövsüm ərzində 34 oyuna 49 xalla 8-ci pilləni tutub və avrokuboklara vəsiqə qazana bilməyib. Oskar Vendt 22 oyun keçirib, 1 qol vurubsa, Valentino Lazaro da 22 oyunda 2 qolla yadda qalıb. Zədə səbəbindən uzun müddət komandasına kömək edə bilməyən İbrahima Traore cəmi 7 qarşılaşmada forma geyinib. Maks Qrün ilə Xulio Vilyalba isə ümumiyyətlə forma şansı qazanmayıb.(matc.az)
24-05-2021, 00:30 | Qadın idman gimnastlarımız Kiyevdən medallarla dönür

Bu həftəsonu Kiyevdə (Ukrayna) idman gimnastikası üzrə beynəlxalq turnir təşkil edilib.
Azərbaycan Gimnastika Federasiyasından Trend-ə verilən məlumata görə, turnirdə ölkəmizi qadın idman gimnastikası üzrə yığma komandanın üzvləri Marina Nekrasova, Milana Minakovskaya və Nazənin Teymurova təmsil edib.
Komandanın lideri Marina sevimli aləti dayaqlı tullanma üzrə hərəkətlərdə fəxri kürsünün ilk pilləsinə yüksəlib. Müxtəlif hündürlüklü qollarda çıxışına görə o, 3-cü olub, çoxnövçülükdə isə medalın bir addımlığında dayanıb.
Yarışda gənclər arasında yarışan Nazənin Teymurova isə 4 medal qazanıb. Sərbəst hərəkətlərdə gümüş əldə edən gimnastımız, çoxnövçülük, dayaqlı tullanma və müxtəlif hündürlüklü qollarda çıxışına görə 3-cü yerdə qərarlaşıb.
Böyüklər arasında daha bir təmsilçimiz Milana isə sərbəst hərəkətlərdə 5-ci, müxtəlif hündürlüklü qollarda 6-cı və çoxnövçülükdə 9-cu olub.
21-05-2021, 07:18 | Söyüş və təhqirin insan orqanizminə dəhşətli təsiri– Qadın və uşaqları necə məhv edir?

İnsanın dilindən çıxan sözlər onun sağlamlığına DNT səviyyəsində təsir edə bilər. Hər bir sözün özünün elektromaqnit dalğalanması vardır. Bu dalğalar DNT molekullarının quruluşu və fəaliyyətinə toxunub təsir edir.
Əgər insanın nəslində, ailəsində daha çox söyüş və təhqirli ifadələr, sözlər işlənilibsə, o zaman DNT genetikasında nəsildə-nəsilə ötürülən mənfi təsir olacaq.
Milli.Az medicina.az-a istinadən söyüşün orqanizmə 6 təsirini təqdim edir.
- Alimlər təsdiq edir ki, leksikona yad və kobud, təhriqli, qısa söyüşcül sözlər, eləcə də bəd ifadələr mutagen effekt yaradır, onlar sanki radiasiya şüalanması kimi orqanizmə təsir edir, genetik koda yazılır, insan, onun ailəsi və vərəsələri üçün dərin lənət proqramına çevrilir.
- Söyüş sözlər digər sözlərdən fərqli olaraq sinir uclarına daha dərin yapışır və keçiriciliyi sürətlidir. Sanki iki ucu olur. Tibb işçilərinin müşahidələrinə görə, iflic, insult keçirmiş xəstələr adi söz və cümlələri deyə biımədiyi halda, fikirlərini asanlıqla söyüşlə ifadə edir, söyüşü daha təmiz səsləndirirlər.
Bu fenomenin sirri hələ dəqiq açılmayıb.
- Söyüş və qarğış suyu dəyişir. Bu elmi təcrübə ilə sübut olunub. Belə ki, kənd təsərrüfatında sümbül zəmilərində suvarma zamanı belə eksperiment aparılıb.
Suvarma üçün suda 3 söz istifadə edilir. Birinci kilsə duası. İkinci adi gündəlik söyüşlər. Üçüncü daha kobud, aqressiv söyüşlər.
Zəmi 3 yerə bölünərək, hər birinə ayrı sular verilir və müəyyən müddətsən sonra buğdaların yetişməsi yoxlanılır.
Adi su ilə suvarılan torpaqda 93% buğda yetişmişdi və boyu orta idi.
Dua ilə işlənmiş su səpilən hissədə 96% buğda yetişib və onlar daha canlı, daha uzun idilər.
Adi söyüşlü su səpilən yerdə 58% buğda, aqressiv söyüşlü suda isə cəmi 48% buğda yetişmişdi. Axırıncı zəmidə sümbüllərin uzunluğu eyni deyildi və orda kif əmələ gəlmişdi.
Alimlər məhz kifin əmələ gəlməsini aqressiv lənət və söyüş sözlərinin təsiri kimi izah etdilər.
Çünki zəmidə kif ola bilməzdi.
Zəmi biçilməyə yaxın isə aqressiv söyüşlü su ilə suvarılan zəmidə xəmi 15% normal yetişmiş buğda qaldı, qalanı məhv olmuşdu.
- İnsana bəd ruhlar, cin və iblis toxunanda insan söyüşcül olur. Pravoslav kilsəsində çox söyüş söyən adamdan iblis qüvvələrini qovmaq üçün keşiş çağırıv xüsusi ayin edərdilər. Çünki söyüşü Adəmə iblis öyrədib və bu kəlmələr cəhənnəm lüğətindəndir. Belə adamları kilsəyə, məscidə aparıb, dini ayin və dualara qulas asdıranda özlərini narahat hiss edir, söyərək oranı tərk edir, daha da aqressivləşir.
- Alim İvan Belyavskiy söyüşün insan orqanizmi və sağlamlığına mənfi dağıdıcı təsiri nəzəriyyəsini irəli sürüb. Söyüş dağıdıcı qüvvə deməkdir. Söyüş qədim miflərdə tanrıların sakral adıdır. Söyüş qadın və uşaqların orqanizmini DNT səviyyəsində daxildən məhv edir. Belə ki, söyüş söyülən evdə və ya söyüş söyən qadınların hormonal fonu məhv olur, onlarda kişi hormonu çoxalır, səsi qalınlaşır, uşaq doğma qabiliyyəti azalır, qadının xarici görünüşü dəyişir.
- Sübut olunub ki, leksionunda söyüş və təhqir istifadə olunmayan ölkələrdə serebral iflic və daunla doğulan uşaqlar yoxdur. Bu hallar daha çox keçmiş sovetlər birliyi ölkələrində və kasıb dövlətlərdə çoxdur. Hansında ki, müəyyən sosial səbəblərdən insanları söyüşü adi söz kimi hər gün işlədir.
Unutmayaq ki, insan bədəni 80% sudan ibarətdir. hüceyrələr arası maye sudur.
Ona görə də sözün suyu necə dəyişdiyini hər an yadda saxlayın və söyüşdən uzaq durun.
21-05-2021, 07:15 | Gilas sapının faydaları - Hansı xəstəliklərdə istifadə edilir?

Müxtəlif ağrı və şişkinliyə qarşı istifadə edilən gilas sapının bir çox faydaları vardır.
Gilas sapının faydalarını təqdim edir:
Susuzluqla bağlı olan problemləri aradan qaldırır
Böyrəklər üçün faydalıdır
Qanı təmizləyər
Böyrək daşının yaranmasını gecikdirər
Xolestrolu aşağı salar
Artıq suyun orqanizmdən atılmasına kömək edər
Qaraciyər üçün faydalıdır
Kilo verməyə kömək edər
İdrar yolu infeksiyalarına xeyirlidir
Ödəmə qarşı faydaları
Dəri, ayaqlar, qollar və ayaq biləyi daxil olmaqla bədənin hansısa bir yerində ödəm yarana bilər. Gilas idrara çıxma yolu ilə vücudunuzu detoks edər və beləliklə ödəmin qarşısını alar. Mensturasiyadan qaynaqlanan şişkinlik, toksinləri atmaq da gilas sapları ilə müalicə edilə bilər.
Böyrəyi yaxşılaşdırar
Gilas sapları böyrəkləri bəsləyən zəngin anti-enflamatuar özəlliklidir. Böyrək daşının müalicəsində də faydalıdır. Həmçinin, antioksidan xüsusiyyətinə sahbdir və bədəndəki toksinlərin atılmasına kömək edər.
İdrar yolu infeksiyalarına yararlıdır
Zərərli bakteriyaların səbəb olduğu idrar yolu infeksiyası zamanı sidiyə çıxarkən ağrı olar. Gilas sapları vücudunuza sakitləşdirici bir təsir verər və antioksidan xüsusiyyətə sahibdir.
Kilo verməyə kömək edər
Gilas sapları kilo verməkdə faydalıdır. Bədəndəki bütün toksinləri və yağları atan önəmli bir detoksifikatordur.
Romatizmaya faydalıdır
Gilas sapları romatizmaya faydalıdır.
VİŞNƏ SAPI ÇAYI NECƏ HAZIRLANIR?
Gilas saplarını istifadə etmək üçün əvvəlcə qurutmaq lazımdır. Təmiz bir kağıza yayın və tamamən qurumaları üçün bir neçə gün gözləyin. Daha sonra bunları kağız və ya bez torbalarda saxlayın.
Bir fincan çay üçün 2 çay qaşığı qurudulmuş gilas sapına ehtiyac olacaq. Dəmləyin və 10 dəqiqə gözləyin.
Bundan faydalanmaq üçün səhər və axşam yeməyindən əvvəl 1 bardaq içə bilərsiniz.
İshal və aşağı təzyiqiniz varsa, gilas sapı çayı məsləhət edilmir.
Gilasları yuduqdan sonra bol su ilə yaxalayın. Bir neçə gün kölgədə qurudun. Kif olmaması üçün yaxşı qurutmaq lazımdır.
Saplar quruduqdan sonra böyük çay stəkanı üçün 1 yemək qaşığı (10-15 ədəd) istifadə edə bilərsiniz. Gilas saplarını bir neçə dəfnə yaprağı ilə birlikdə böyük stəkana qoyun və qaynar su tökün. 15 dəqiqə dəmləyin. Dəmləmə müddətini uzatsanız, çayın dadı acı ola bilər.
Əlavə olaraq, limonda sıxa bilərsiniz.
medicina.az
21-05-2021, 07:12 | Ən zəif nəfəsalma sistemi hansı qan qrupundadır?

Keçmiş əsrin 20-ci illərindən başlayaraq elmdə qan qruplarının müxtəlif xəstəliklərlə olan əlaqəsi çox aktiv şəkildə öyrənilir.
Tədqiqatlar göstərir ki, hər qan qrupu orqanizmi virus, mikrob və toksiki birləşmələrdən qoruyan xüsusi sistemdir. Alimlərin fikrinə görə, müəyyən qan qrupları bu və ya digər xəstəliklərin riskini azalda və ya artıra bilər.
saglamolun.az bildirir ki, nəfəsalma sistemi xəstəliklərinin ən böyük riski 1 (RH-) qan qrupuna (1-ci qan qrupu, mənfi rezus-faktor) aid olan insanlardadır. Məhz bu qrup insanlarda xroniki bronxit, ağciyər vərəmi, allergiyalar, bronxial astma və s. nəfəsalma sistemi xəstəliklərinə digər qan qrupları ilə müqayisədə daha tez-tez təsadüf edilir.
Təbii ki, bu o demək deyil ki, sizdə qan qrupu 1 (RH-)-dirsə, sadaladığımız xəstəliklər sizdə mütləq inkişaf edəcək. Lakin risk var və bu səbəbdən bu qan qrupuna aid olan insanlar nəfəsalma sistemi xəstəliklərinin profilaktikasına daim diqqət etməlidir (siqaret çəkməməli, kəskin tənəffüs sistemi xəstəliklərini vaxtında və tam müalicə etməli, tamdəyərli qidalanmalı, allergiyanı müalicə etməlidir və s.).
Digər elmi araşdırmalar göstərir ki, nəfəsalma sistemi xəstəliklərinin inkişafı riski 4-cü qan qrupuna aid olan insanlarda digər qan qrupları ilə müqayisədə daha azdır.
20-05-2021, 06:29 | Qurban Qurbanov: Uduzmağı da bacarmaq lazımdı

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 28-ci turu çərçivəsində "Neftçi"yə qarşı keçirdikləri oyunu şərh edib.
matc.az istinadən bildirir ki, o, 0:1 hesabıyla məğlub olduqları matçdan sonra bunları söyləyib:
"Bu cür sonluq futbola sevgini daha da artırır. Belə hallar olur. Məğlubiyyətə də hazır olmalıyıq. Uduzmağı da bacarmaq lazımdır. Bu, futbolun prinsiplərindən biridir. Hər zaman uğur əldə etmək olmur.
Çempionluq münasibətilə "Neftçi"ni, bu klubun azarkeşlərini, Samir Abasovu təbrik edirəm. Hər zaman yerli məşqçilərin uğuruna sevinirəm. Sonadək mübarizə apardıq. Futbolçularımı da təbrik etdim. Mövsüm bizim üçün çox ağır keçdi. Biz komandaya qarşı mübarizə apardıq. Baş məşqçilər arasında hər şey normaldır. Siz necə qəbul edirsiniz, edin".
20-05-2021, 06:27 | Qətərdə asfalt niyə mavi rəngə boyanır? - FOTO

Qətərdə dövlət strukturlarının təklifi ilə asfalt mavi rəngə boyanır.
AZƏRTAC Qətər isti ölkə olduğundan yayda asfalt qara rəngə görə günəşin təsiri altında çox qızır. Asfalt örtüyünün temperaturu ətraf mühitin temperaturundan orta hesabla 20-25 dərəcə yüksək olur. Digər tərəfdən, yayda daimi istilik yol səthinin pozulmasını sürətləndirir. Həmçinin qızdırılan asfalt keyfiyyətini itirir və avtomobillərin hərəkəti üçün təhlükəli ola bilər.
Qətər bu problemi mavi boyanın köməyi ilə həll etməyə çalışır. Hazırda yollar yalnız təcrübə kimi boyanır. Bunun üçün Doha şəhərində Abdullah bin Jasem adına bir küçə seçilərək mavi rəngə boyanıb. Asfaltın istiliyi 1,5 il müddətində müşahidə olunacaq. Əgər mavi boya günəşdəki istiliyin 15-20 dərəcə aşağı düşməsinə kömək edəcəksə, onda bu texnologiya bütün ölkədə istifadə olunmağa başlayacaq.
20-05-2021, 06:25 | Samir Abasov: Onların qarşısında başıaşağı olmadıq

"Hətta Əhməd Əhmədovu meydana buraxanda dedik ki, yüz faiz qol vuracaqsan və çempion olacağıq. Yolun əvvəlindəyik. Bu qələbə azarkeşlərimizin halalı olsun. Çoxdandır gözləyirdilər. Bizə dəstəklərini hər zaman hiss edirdik"
"Nə deyəcəyimi bilmirəm. Çox çətin oyun keçdi. Amma çox inanırdıq. Məşqlərdə də rahat idik"
bunu "Neftçi"nin baş məşqçisi Samir Abasov "Qarabağ"ı 1:0 hesabı ilə məğlub etdikləri Azərbaycan Premyer Liqasının XXVIII tur matçından sonra "CBC Sport"a açıqlamasında çempionluq təəsüratlarını bölüşərkən deyib.
43 yaşlı mütəxəssis bildirib ki, qalib gələcəklərinə inanırdılar: "Hətta Əhməd Əhmədovu meydana buraxanda dedik ki, yüz faiz qol vuracaqsan və çempion olacağıq. Yolun əvvəlindəyik. Bu qələbə azarkeşlərimizin halalı olsun. Çoxdandır gözləyirdilər. Bizə dəstəklərini hər zaman hiss edirdik. Şükürlər olsun, onların qarşısında başıaşağı olmadıq. Bütün komandalarımıza avrokuboklarda uğurlar arzu edirəm".
Abasov komandanı qəbul edərkən çempionluq haqqında düşünmədiyini söyləyib: "Amma futbolçuları görəndən sonra yaxşı komanda quracağımıza inandım. Hər zaman bu oyunçuların daha yaxşısını edə biləcəyini bilirdim. Bu gün nəticəsini gördük. Çempion olduq. Futbolçu və baş məşqçi kimi çempionluq fərqli hisslərdir".
20-05-2021, 06:22 | Alimlər ağciyər xərçənginin yaranma ehtimalını flüoroqrafiya üzrə hesablayan neyroşəbəkə yaradıblar

Niderland və Danimarka alimləri ağciyər xərçənginin yaranma riskini flüoroqrafiya və ya kompüter tomoqrafiyasının köməyilə əldə edilmiş şəkillər üzrə dəqiq müəyyənləşdirə bilən yeni süni intellekt sistemi yaradıblar. Onun tətbiqinin ilk nəticələrindən "Radiology" jurnalında dərc edilmiş məqalədə danışılır.
AZƏRTAC bildirir ki, Radbud Universitetinin (Niderland) elmi işçisi Kiran Venkadeşin sözlərinə görə, yeni alqoritm radioloqlara aşkar etdikləri ağciyər düyünlərində bədxassəli şişlərin yaranması təhlükəsini dəqiq qiymətləndirməyə kömək edəcək. Bu, onlara xərçəngin sonrakı diaqnostikasını keyfiyyətli aparmağa imkan yaradacaq.
K.Venkadeş və onun həmkarları tomoqrafiyanın nəticələrində və ya flüoroqrafik şəkillərdə anomaliyaların axtarışı, eləcə də normadan kənara çıxma hallarının pasiyentin ağciyərində bədxassəli şişləri necə yaratdığını müəyyənləşdirən süni intellekt sistemi yaradıblar.
Alimlər neyroşəbəkənin təlimi üçün 16 mindən çox ağciyər düyününün olduğu bir neçə min ağciyər təsvirindən ibarət baza hazırlayıblar. Bir qayda olaraq, ağciyər düyünləri özlüyündə xoşxassəli şişlərdir, lakin 20 faiz halda bədxassəli şiş meydana gəlir.
Yeni neyroşəbəkə ağciyər düyünlərinin hər iki növünü seçib-ayıra bilib, xərçəngin yaranma ehtimalını 82-93 faiz dəqiqliklə qiymətləndirib və bunula da müvafiq sahədə qəbul edilmiş 11 eksperti üstələyib. Bu, sözügedən süni intellekt sistemindən pulmonoloqların, onkoloqların və radioloqların köməkçisi qismində istifadə edilməsinə imkan yaradır. Belə ki, sistem onların əldə etdikləri nəticələri müstəqil şəkildə yoxlayacaq.
Alimlər neyroşəbəkəyə müxtəlif vaxtlarda əldə edilmiş şəkilləri müqayisə etmək imkanını əlavə etməklə, onun işini daha da yaxşılaşdırmağı planlaşdırırlar. Onların fikrincə, bu əlavələr sistemin işində dəqiqliyi xeyli dərəcədə yüksəldəcək və təkrar müayinələrin keçirilməsi zəruriliyinin müəyyənləşdirilməsi üçün süni intellektdən istifadə edilməsinə imkan yaradacaq.
20-05-2021, 06:17 | "Neftçi" - "Qarabağ" oyunu insidentlə yekunlaşdı

"Neftçi" - "Qarabağ" görüşü qalmaqalla yadda qalıb.
Azərbaycan Premyer Liqasının XXVIII turunun oyunundan sonra meydanda insident yaşanıb.
Belə ki, "Qarabağ" uzatma dəqiqələrində baş hakim Elçin Məsiyevin penalti təyin etməməsinə etiraz edib. Məsiyev qonaqların futbolçusu Elvin Cəfərquliyevə qırmızı vərəqə göstərib.
Qeyd edək ki, "Neftçi"nin 1:0 hesabı ilə qalib gələrək, "Qarabağ"ın ardıcıl 7 mövsümlük çempionluq seriyasına son qoyub və tarixində 9-cu dəfə qızıl medal qazanıb. matc.az

















