16-05-2021, 08:07 | Cəmiyyət vahid bir vücud, fərdlər isə onun əzalarıdır

Allah-Taala Qurani-Kərimin "Bəqərə" surəsinin 84-cü ayəsində buyurur:
وَإِذْ أَخَذْنَا مِيثَاقَكُمْ لاَ تَسْفِكُونَ دِمَاءكُمْ وَلاَ تُخْرِجُونَ أَنفُسَكُم مِّن دِيَارِكُمْ ثُمَّ أَقْرَرْتُمْ وَأَنتُمْ تَشْهَدُونَ
"(Xatırlayın ki,) sizdən bir-birinizin qanını tökməməyiniz və bir-birinizi öz məmləkətinizdən çıxarmamağınız haqqında əhd aldığımız zaman, (bu əhdi) iqrar etdiniz və özünüz buna şahidsiniz."
Bəni-İsraildən xalqın qanını möhtərəm tutmaq barədə alınan əhd dedikdə, "Maidə" surəsinin 32-ci ayəsi də nəzərdə tutula bilər. Həmin ayədə buyurulur:
مِنْ أَجْلِ ذَلِكَ كَتَبْنَا عَلَى بَنِي إِسْرَائِيلَ أَنَّهُ مَن قَتَلَ نَفْسًا بِغَيْرِ نَفْسٍ أَوْ فَسَادٍ فِي الأَرْضِ فَكَأَنَّمَا قَتَلَ النَّاسَ جَمِيعًا...
"...İsrail oğullarına (Tövratda) yazıb hökm etdik ki, hər kəs bir kimsəni öldürməmiş və yer üzündə fitnə-fəsad törətməmiş bir şəxsi öldürsə, o, bütün insanları öldürmüş kimi olur..."
Yaşamaq haqqı insanın ilkin haqqıdır. İnsanı öldürmək kəbirə (böyük) günahlardandır. "Nisa" surəsinin 93-cü ayəsində oxuyuruq:
وَمَن يَقْتُلْ مُؤْمِنًا مُّتَعَمِّدًا فَجَزَآؤُهُ جَهَنَّمُ خَالِدًا فِيهَا وَغَضِبَ اللّهُ عَلَيْهِ وَلَعَنَهُ وَأَعَدَّ لَهُ عَذَابًا عَظِيمًا
"Hər kəs bir mömin şəxsi qəsdən öldürərsə, onun cəzası əbədi qalacağı Cəhənnəmdir. Allah ona qəzəb və lənət edər, (axirətdə) onun üçün böyük əzab hazırlayar!"
Həmçimim "Maidə" surəsinin 32-ci ayəsində bir nəfəri heç bir dəlil olmadan öldürmək bütün xalqı öldürməyə bərabər sayılır. Hədisdə isə belə buyurulur: "Öldürülənin bütün günahları qatilin boynunadır."
Başqa bir hədisdə belə nəql olunur: "Əgər səmaların və yerin bütün əhli bir nəfərin qətlində şərik olsa, hamısı cəhənnəmə düşəcər."
Zalım hakimlərin yolu budur ki, öz mövqelərini möhkəmləndirmək üçün qalalar və saraylar tikir, xalqı avara qoyub onları incidir, alçaldırlar. Hansı ki, borc sahibi öz borclusuna evini satdıra bilməz, bir şəxs məsciddə yer tutsa, kimsə həmin yerdə namaz qıla bilməz. Hər kəs başqa birindən qabaq iş, ibadət və ya əkin üçün bir yer seçsə, kimsənin ixtiyarı yoxdur ki, ondan qabağa keçsin.
"Özünüz iqrar etdiniz və özünüz şahidsiniz" cümləsi ilə Peyğəmbərin (s) dövründəki yəhudilərin tənqid olunması onların əcdadlarının əməllərinə görə idi. Bəli, hər kəs keçmişdəki şəxsin və ya qövmün işi ilə razılaşsa, onun şəriki sayılır.
Sonrakı ayədə ("Bəqərə"/85) buyurulur:
ثُمَّ أَنتُمْ هَـؤُلاء تَقْتُلُونَ أَنفُسَكُمْ وَتُخْرِجُونَ فَرِيقاً مِّنكُم مِّن دِيَارِهِمْ تَظَاهَرُونَ عَلَيْهِم بِالإِثْمِ وَالْعُدْوَانِ وَإِن يَأتُوكُمْ أُسَارَى تُفَادُوهُمْ وَهُوَ مُحَرَّمٌ عَلَيْكُمْ إِخْرَاجُهُمْ أَفَتُؤْمِنُونَ بِبَعْضِ الْكِتَابِ وَتَكْفُرُونَ بِبَعْضٍ فَمَا جَزَاء مَن يَفْعَلُ ذَلِكَ مِنكُمْ إِلاَّ خِزْيٌ فِي الْحَيَاةِ الدُّنْيَا وَيَوْمَ الْقِيَامَةِ يُرَدُّونَ إِلَى أَشَدِّ الْعَذَابِ وَمَا اللّهُ بِغَافِلٍ عَمَّا تَعْمَلُونَ
"Bir-birinizi qətlə yetirən, özünüzdən bir qrupu diyarlarından xaric edən, onlara qarşı günah və təcavüzdə bir-birinizə arxa duran sizsiniz. Amma əgər həmin adamlar əsir halda yanınıza gəlsələr (azad etmək üçün) onların fidyəsini ödəyirsiniz. Hansı ki, (təkcə öldürmək yox, həm də) onları ixrac etmək sizə haram idi. Yoxsa səmavi kitabın bəzi göstərişlərinə iman gətirir, bəzilərinə isə kafir olursunuz? Sizlərdən bu işi görən hər bir adamın cəzası bu dünyada rüsvayçılıqdan başqa bir şey olmayacaq. Qiyamət günü isə o yenidən ən çətin əzaba düçar olacaq. Allah gördüyünüz işdən qafil deyil."
Allah-Taala bu ayədə Bəni-İsraili məzəmmət edir ki, onlar etdikləri əhdə baxmayaraq, bir-birini öldürdülər, bir-birini məmləkətlərindən xaric etdilər. Onlar sağlam ailə əlaqələri və məhrumlara əl tutmaq əsasında vahid cəmiyyət yaratmağa vəzifəli olduqları halda, günah və başqalarının haqqına təcavüzdə əl-ələ verib cəmiyyətdə hərc-mərclik, təfriqə yaratdılar, qan tökülməsinə rəvac verdilər. Onların himayəsi ilə zalım hakimlər qətl və sürgünlərə cürət etdi. Təəccüblü budur ki, bu adamlar uyğun didişmələrdə əsir düşdükdə, Tövratın hökmünə əsasən fidyə ödəyib onu azad etdilər. Hansı ki, onlar Tövratın qətl, sürgün haqqındakı hökmlərini qulaqardına vurdular. Onlar bir-birini öldürməyə hazır ikən, bir-birinin əsiri olmağa razı deyildilər. Əgər əsirlik pis idisə, öldürmək ondan da pis idi. Əgər Tövrat fidyə verməklə əsirlərin azad olunmasını əmr edirdisə, qətli və sürgünü də qadağan edirdi. Bəli, onlar əslində Allahın əmrinə təslim olmamışdılar. Hər yerdə öz istəklərinə uyğun gələn ilahi ayələri öz səliqələri ilə qəbul edirdilər. Harada ki ilahi hökmlər onların istəyi ilə uyuşmurdu, həmin hökmü ayaq altına alırdılar.
Bu ayədə dinin bir hissəsinin qəbul olunmasının və digər bir hissəsinin kənara qoyulmasının necəliyi haqqında xəbərdarlıq olunur. Fərdi vəzifələrinə əməl edib ictimai vəzifələrinə biganə qalan insan dünyada zəlillik, qiyamətdə əzab intizarında olmalıdır. Bir çoxları namaz və orucun şərt və hökmlərini yerinə yetirdikləri halda, hakim və hökumətə münasibətdə özlərini vəzifəli bilmirlər.
Növbəti ayədə ("Bəqərə"/86) onların tutduqları işlərinin kökünə və axirət hallarına toxunulur və buyurulur:
أُولَـئِكَ الَّذِينَ اشْتَرَوُاْ الْحَيَاةَ الدُّنْيَا بِالآَخِرَةِ فَلاَ يُخَفَّفُ عَنْهُمُ الْعَذَابُ وَلاَ هُمْ يُنصَرُونَ
"Onlar dünya həyatını axirət bahasına almışlardır. Onların cəzaları yüngülləşdirilməz və onlara yardım olunmaz."
Bu ayədə əhdi pozmağın, insanları qətlə yetirməyin, bəzi ayələrə əməl edilməməsinin kökləri belə bəyan edilir: Onlar dünya həyatının ardınca gedir və mənafelərinə uyğun qanunlara baş əyirlər. Onlar dünyəvi mənafelərinə ziyan olan qanunlara etinasızdırlar. Demək, bu rifah ardınca gəzən dünyapərəstlərin iddialarının ziddinə olaraq onların ilahi əzabları yüngülləşdirilməz. Onlar ya əzab görməyəcəklərini, ya da yalnız bir neçə gün əzab görəcəklərini düşünürlər. Hansı ki, onlar da başqa günahkarlar tək öz əməllərinə görə məsuliyyət daşıyırlar.
1. Mühüm işlərin icrasından arxayın olmaq üçün sifariş və əmr kifayət deyil. Əminlik üçün əhd almaq lazımdır.
2. Ruhun və cismin əmin-amanlığı bütün ilahi məktəblərin sifarişidir.
3. Vətənə bağlılıq fitri və təbii haqdır. Bu haqqı tapdamaq aşkar zülmdür.
4. Cəmiyyət vahid bir vücud, fərdlər isə onun əzaları kimidir. ("Dimaəkum" və "ənfusəkum" ifadələrindən anlaşılır ki, bir nəfəri öldürmək və ya ixrac etmək insanın özünü öldürməsi və ixrac etməsi kimidir.) Sədi deyir:
بنیآدم اعضای یکدیگرند
که در آفرینش ز یک گوهرند
Bir-birinin əzasıdır hər adəm,
Bütün bəşər yaranmış bir gövhərdən.
5. Quran insanın başqalarını öldürməsini onun özünü öldürməsi kimi təqdim edir. Məlum olur ki, başqasını öldürmək intihara (insanın özünü öldürməsinə) bərabərdir və eyni cəmiyyət bir bədənin əzaları kimidir.
6. Günah və təcavüzə yardım və həmkarlıq qadağandır. Hədisdə nəql olunur ki, hər kəs zalıma onun zülm-sitəmində yol göstərib kömək etsə, cəhənnəmdə Fironun vəziri Hamanın yanında olacaq. Hətta zalım üçün kağız-qələm hazırlamaq da zülmə şəriklik sayılır. İmam Kazim (ə) tanınmış müsəlmanlardan birinə buyurmuşdur: "Həcc səfəri məqsədi ilə də olsa, xəlifə Harun ər-Rəşidə dəvə kirayə vermək olmaz." ("Təfsiri Ətyəbul-bəyan".)
7. İmanın əlaməti əməldir. Dini göstərişlərə əməl etməyən insan imansız kimidir. Quran insanın bəzi göstərişlərə əməl edib, bəzi göstərişlərdən boyun qaçırmasını tənqid edərək buyurmuşdur: "Nə üçün bəzi hökmlərə iman gətirir, bəzilərinə qarşı küfr edirsiniz?"
8. Həqiqi imanın nişanəsi insanın öz şəxsi səliqəsi və meylinə zidd ilahi göstərişlərə əməl etməsidir. Könül istəyən ilahi göstərişlərə əməl etmək həqiqi iman ölçüsü sayılmır.
9. Bəzi ayələrə qarşı küfr əslində bütün hökmlərə qarşı küfrdür. Ona görə də, ayələrdən bir qisminə əməl etməyənlərin cəzası dünyada zəlillik, qiyamətdə isə əzabdır.
10. İnsan azaddır və onun seçim hüququ var. Ayələrdə "insan dünyanı aldı, axirəti satdı" deyilməsindən aydın olur ki, insan məcbur deyil, o ixtiyar sahibidir, düşüncə, müqayisə yolu ilə ölçüb-biçir, seçim aparır.
11. İlahi qanun qarşısında hamı eyni dərəcədə cavabdehdir. Bəni-İsrailin özünü üstün irq, Allahın əzizi hesab etməsi puç xəyaldan başqa bir şey deyil. İnadkarlıq və küfr yolunu tutmuş heç bir insan və qövm ilahi qəhr və qəzəbdən azad edilməmişdir.
12. Qətlin səbəblərindən biri də dünyapərəstlikdir.
("Təfsiri-nur", Ustad Möhsin Qəraəti, 1-ci cild, "Bəqərə" surəsi, 84-86-cı ayələrin təfsiri.)
Milli.Az
16-05-2021, 08:05 | Qiyamətdə əməl naməsi

Allah-Taala Qurani-Kərimin "İsra" surəsinin 13-14-cü ayələrində buyurur:
وَكُلَّ إِنسَانٍ أَلْزَمْنَاهُ طَآئِرَهُ فِي عُنُقِهِ وَنُخْرِجُ لَهُ يَوْمَ الْقِيَامَةِ كِتَابًا يَلْقَاهُ مَنشُورًا. اقْرَأْ كَتَابَكَ كَفَى بِنَفْسِكَ الْيَوْمَ عَلَيْكَ حَسِيبًا
"Hər bir insanın əməl naməsini onun boynundan asmışıq və Qiyamət günü çıxaracağımız yazını qarşısında açılmış görər. (Qiyamətdə insana deyilər:) Kitabını oxu. Bu gün özünün özünlə hesab aparmağın yetər."
Ayədəki "tair" sözü insanın əməlinə işarədir. Çünki əməllər quş tək pərvaz edib sahibinə çatar, hər bir insanın xeyir və şərdən ibarət əməl naməsi onun boynundan asılar.
Quranda əməl naməsinə bir neçə dəfə işarə olunmuşdur. O cümlədən:
1. "Əməl naməsi hamı üçündür."
2. "Həmin namədə bir şey ötürülməmişdir." ("Kəhf", 49.)
3. "Günahkarlar ondan qorxar." ("Kəhf", 49.)
4. İnsan öz əməl naməsini oxumaqla özünü mühakimə edər. ("İsra", 14.)
5. "Nicat tapanların kitabı sağ, Cəhənnəm əhlinin kitabı onların sol əlinə verilər." ("Əl-haqqə", 19.)
İmam Sadiq (ə) buyurur: "İnsan əməl naməsində öz əməllərini o qədər aydın görər ki, sanki uyğun əməllər həmin saat baş vermişdir." ("Təfsiri-Nurus-Səqəleyn".)
Fəxr Razi deyir: "İnsanın əməlləri onun ruhuna təsir göstərir. Oxumaq dedikdə, dərk etmək başa düşülür." ("Təfsiri-Kəbir".)
"Əl-Mizan" təfsirində qeyd edilir ki, "kitab" dedikdə, əməllərin özü nəzərdə tutulur.
Bir çox rəvayətlərdə tövsiyə olunur ki, insan Qiyamətdən öncə özü ilə hesab çəksin. ("Biharul-ənvar", c.70, səh.73.)
Bu sayaq hesab insanı oyadır və qəflətdən uzaqlığı göstərir.
Hədisdə deyilir: Hər kəs dünyada özü ilə hesab çəksə, axirət hesabı asan olar. Elə bu dünyada həyat kitabımızı, əməl naməmizi oxumalıyıq ki, zəif nöqtələri aradan qaldıraq, pisliklərə tövbə edib, yaxşı əməllərimizi artıraq. (Bir ata öz övladından hər gün əməllərini qeyd etməsini istədi. Oğul bir gün bu işi görsə də, ikinci gün çətinlik çəkdi və atasından üzr istədi. Atası dedi: "Əziz övladım! Bütün əməllər bu sayaq yazılır. Əlbəttə ki, Qiyamətdə bütün əməllər açılar və öz əməlindən peşman olarsan." ("Təfsiri-Kəşful-Əsrar".)
Milli.Az
16-05-2021, 08:03 | “Beşiktaş” 16-cı dəfə Türkiyə çempionu oldu

Mayın 15-də futbol üzrə Türkiyə çempionatının sonuncu turunda "Beşiktaş" doğma meydanda "Göztəpə"ni qəbul edib.
Qarşılıqlı hücumlar şəraitində keçən görüşdə İstanbul klubu 2:1 hesabı ilə qalib gəlib.
Beləliklə, bu qələbədən sonra "Beşiktaş" 84 xal toplayaraq 16-cı dəfə Türkiyə Superliqasında çempion olub. Onunla eyni xal toplayan, lakin top fərqinə görə geridə qalan "Qalatasaray" ikinci, 82 xala malik olan "Fənərbağça" isə üçüncü olub.
Superliqanı tərk edən klublar isə "Ərzurumspor", "Ankaragücü" və "Dənizlispor" olub.Trend
15-05-2021, 08:09 | Bağırsaq spazmı haqqında bilmədikləriniz

Bağırsaq spazmı sərbəst nozoloji vahid olmayıb, MBT-nin funksional pozğunluğunun əlaməti kimi formalaşır. Qastroenterologiya sahəsinin aparıcı mütəxəssisləri həzm traktının bu cür fəaliyyət pozğunluqlarının gələcəkdə üzvi patologiyaya transformasiya edə biləcək premorbid vəziyyət və yaxud sadəcə əlamət olması barədə yekdil fikrə gələ bilməmişlər. Hər bir halda bağırsaq spazmına ciddi yanaşılmalıdır. Onun yaranma səbəbini vaxtında təyin etməklə mədə-bağırsaq sisteminin ciddi xəstəliklərinin qarşısını almaq mümkündür. Bağırsaq spazmı üçün tutmaşəkilli ağrılar xarakterikdir. Onlar bağırsaq motorikasının müxtəlif mexanizmlərinin pozulması ilə əlaqədar yaranırlar. Daxili orqanların digər patologiyaları ilə bağlı olmayan, vaxtaşırı təkrarlanan bağırsaq sancılarında uzun müddət sakitləşdirici preparatlar qəbul edilməli, qida rasionundan qızardılmış, kəskin, yağlı, hisə verilmiş məhsullar, qazlı içkilər, mayalı xəmirdən hazırlanmış məmulatlar və bəzi tərəvəzlər (paxlalı bitkilər, kələm, qarğıdalı, turp) çıxarılmalıdır. Proqnoz adətən qənaətbəxş olur. Yalnız kəskin cərrahi patologiyalar zamanı təhlükəli hallar yarana bilər. Bağırsaq spazmının profilaktik tədbirlərinə bu əlamətlə təzahür edən xəstəliklərin erkən diaqnostika və müalicəsi aiddir. Bağırsaq sancısının qarşısını almaq üçün sağlam həyat tərzi, rasional qidalanma, stress hallarının uzaqlaşdırılması məsləhət görülür.(milli.az)
15-05-2021, 06:29 | Ürək və təzyiq xəstələri bu şirəni içsin

Duzlu olmayan təzə pomidor şirəsi arterial təzyiqi salır, ürək-damar xəstəliklərinin yaranmasının qarşısını alır, ürək xəstələri üçün faydalıdır.
Bunu Tokio Tibb universitetinin alimləri bildirib.
Onlar 184 kişi, 297 qadın xəstə üzərində apardıqları tədqiqat zamanı sübut ediblər ki, pomidor şirəsi pis xolesterin, damarları tutan lipoproteinlərin qanda konsentrasiyasını azaldır.
Tədqiqat zamanı pasiyentlər 1 il ərzində tomat şirəsi içiblər.
Nəticələr göstərib ki, 94 iştirakçıda arterial təzyiq xeyli azalıb.
125 nəfərdə isə zərərli xolesterin 155 mq-dan 148 mq-a düşüb. /medicina.az
15-05-2021, 06:26 | Arıqlamaq istəyənlərə VACİB İPUCLARI

Rusiyalı dietoloq Anna Belousova sağlamlığınıza zərər vermədən pəhriz saxlamağın yollarından danışıb.
Ekspert hər şeyin pəhrizin məqsədlərindən, insanın sağlamlıq vəziyyətindən və məhdudiyyətlərin şiddətindən asılı olduğunu qeyd edib.
Belousova bildirib ki, əməliyyatdan əvvəl kilo vermək lazım gələrsə, həkim xəstəni səkkiz aya qədər qəti pəhriz saxlamağa məcbur edə bilər. Lakin mütəxəssislərlə məsləhətləşmədən yalnız qısamüddətli pəhrizlər saxlaya bilərsiniz.
Dietoloq qeyd edib ki, bu halda pəhriz müddəti iki-üç həftədən çox olmalı deyil: "Yüngül pəhriz seçin, bununla daha sonra rasional qidalanmaya keçmək çətin olmayacaq, həm də xoşagəlməz olmayacaq. İki-üç həftədə yemək vərdişlərində dəyişiklik olur. Xəstələr ilk günlərdə kolbasa və digər zərərli məhsullar yemək istəyir, amma 21 gündən sonra beyin onların dadını unutmağa başlayır və belə bir istək yox olmağa başlayır. Pəhriz düzgün seçilərsə, sağlam qidalanma rasionuna keçmək asan olacaq, az kalorili pəhriz vacib deyil, kalori miqdarı enerji xərclərinə bərabər olmalıdır.
Pəhriz səhv seçilibsə, orqanizm yalnız kalori deyil, həm də ehtiyac duyduğu vitamin və mineralları itirməyə başlayır. Bu da öz növbəsində ciddi ürək-damar problemlərinə səbəb olur".
Eyni zamanda dietoloq uzun müddət saxlanılan pəhrizlərin zərərlərindən söz açıb.
Bunlar arasında Belousova xüsusilə keto pəhrizi qeyd edib: "Keto pəhrizi maksimum iki həftə saxlamaq olar. Hər hansı karbohidratlı pəhrizdə olduğu kimi, keto pəhrizində də zülallarımız parçalanmağa başlayır və bu da əzələ hüceyrələrinin əziyyət çəkməsinə səbəb olur. Beyin hüceyrələri qlükoza ehtiyac duyduqları üçün əziyyət çəkirlər, bu mütləq şəkər olmalı deyil deyil, meyvələr, tərəvəzlər və dənli bitkilər də qlükozaya çevrilir. Sonra böyrək problemləri başlayır, çünki keton cisimləri kifayət qədər zəhərlidir". (publika.az)
15-05-2021, 06:18 | Kişi və qadınlarda tez qocalma - Təcili bu vitamini qəbul edin

vitamini dəri, saç, dırnaq və dişlərin normal inkişafı üçün vacib vitamindir. O olmasa biz gözümüzlə ətrafı rəngli görə bilmərik, cinsiyyət hormonlarımız olmaz, immunitetimiz çalışmaz.
Əgər bir insan gündəlik A vitamini dozasını normasında almırsa, onda avitaminoz yaranır, fəsadlarını isə saymaqla bitməz.
Vitaminin çatışmazlığının səbəblərini təqdim edir:
Vitamin A nədir?
Retinol - A vitamini yağlı həll olan vitamindir, 1920-ci ildə kəşf edilib. İlk dəfə kökdə tapılıb, ona görə onun sənaye adı karotinoiddir.
A vitamini orqanizmə efir yağı kimi düşür, nazik bağırsaqda parçalanır, qaraciyərə ötürülür. Orda depolaşır. Lazım olduqda ordan qanla orqanizmə ötürülür.
Böyük insanın gündəlik dozası 1 mq- 3300 Me-dir. Vitamini qida ilə əldə etmək mümkündür.
Bəzən olur ki, insan kifayət qədər A vitamini qəbul edir, amma orqanizmdə sovrulmur. Bu mədə-bağırsaq pozğunluğu ilə əlaqəli ola bilər. Həmçinin qaraciyər xəstəliyi, sirrozda, lyambliya, qurd, parazit olduqda, xroniki diareya, piylənmə, şəkərli diabet zamanı də bu vitamin yaxşı mənimsənilmir.
Hamiləlik, gərgin fiziki, zehni iş, stres, temperatur dəyişikliyi zamanı da insanda A vitamini yaxşı mənimsənilmir, çatışmazlıq hiss oluna bilir.
A vitamini çatışmazlığının əlamətləri:
1-Ilk növbədə görmədə pozğunluq, toyuq korluğu deyilən vəziyyət yaranır. Qaranlıq yerdən işıqlı yerə və ya əksinə keçəndə insanın gözü 7-8 saniyəlik qaralırsa, deməli A vitamini azdır. Əgər bu defisit düzəlməsə, bir müddətdən sonra buynuz qişanın kökü quruyacaq, naziləcək. Daha sonra büllur qaralacaq, gözlərdə eroziya başlayavaq.
2-Dəri və selikli qişalar quruyur, çatlayır, yaralar əmələ gəlir. Dəridə sızanaq, akne, çapıq, dəlik, qırışlar vaxtsız və sürətlə artır. İnsan qocalır.
3-Dırnaqlar və saçlar quruyur, tez qırılır, saçlar tökülür.
4-Sidikdə pH balansı pozulduğu üçün böyrək və sidik yolları daşları yaranmağa başlayır.
5-A vitamini az olduqda libido azalır, cinsi istəksizlik yaranır, hətta qadınlarda menstruasiya itə bilər.
6-Ümumi halsızlıq, yorğunluq, impotensiya, yuxululuq
7-Quruyan, qabıqlanan dəri varsa, deməli A vitamini çatışmır.
A vitamini çatışmazlığını necə aradan qaldırmalı?
Qan analizi ilə vitamin əskikliyi təsdiq olunur. Sonra qastroenteroloqa müraciət edilir. Əgər gözdə problem varsa, o zaman oftalmoloqa da getməlisiz.
Həkim ilk öncə xüsusi dieta, qidalanma təyin edərək, defisiti qida ilə aradan qaldırmalıdır. Əgər bu effekt verməsə, kapsula təyin olunur. Amma unutmayın ki, A vitamini qəbul edən zaman E vitamini də olmalıdır ki, bağırsaqda retinolun turşulaşmasının qarşısını alsın. Yaxşı olar ki, vitamin az miqdarda bitki yağı ilə birgə qəbul olunsun.
Hansı ərzaqlarda var?
Kök, balqabaq, kabak, ispanaq, bibərlər, kahı, pomidor, çəhrayı sarı meyvələr, mal və balıq qaraciyəri, yumurta sarısı A vitamini ilə zəngindir. /medicina.az
15-05-2021, 06:11 | Mütəmadi olaraq qan vermək iki böyük TƏHLÜKƏDƏN QORUYUR

Mütəmadi şəkildə qan vermək infarkt və xərçəng riskini azaldır, ürək-damar xəstəliklərinin qarşısını alır, xolesterolu və qandakı şəkərin səviyyəsini normallaşdırır.
Bu barədə Türkiyə Səhiyyə Elmləri Universitetinin müəllimi, hematologiya üzrə mütəxəssis, professor Erdal Kurtoğlu bildirib. Onun sözlərinə görə, qan vermək hüceyrələrin yenilənməsinə səbəb olur.
Donorlardan alınan qanın fərqli komponentlərə ayrıldığını bildirən professor qeyd edib ki, beləliklə, könüllü şəkildə verilən hər vahid qan eritrosit, trombosit və plazma şəklində üç nəfərin həyatını xilas edir.
Kurtoğlu onu da bildirib ki, qan vermək üçün maneə yaratmayan hər hansı bir sağlamlıq problemi olmayan 18-65 yaş arası hər kəs donor kimi qan verə bilər.
Temperaturun yüksəlməsi ilə müşayiət olunan xəstəlik keçirən insanlardan isə ən azı 2 həftə qan alınmamalıdır. Bundan başqa, cərrahiyyə əməliyyatı keçirənlərin, akupunktura, döymə, və pirsinq etdirənlərin də 12 ay ərzində donor kimi qan verməsi qadağandır.
"Kişilər 90 gündən bir, qadınlar isə 120 gündən bir donor kimi qan verə bilərlər", - deyə professor qeyd edib.
Mütəxəssis onu da bildirib ki, COVID-19-a qarşı peyvənd olunanlar da donor kimi qan verə bilərlər. Özü də bunun üçün peyvəndin üstündən müəyyən müddətin keçməsinə ehtiyac yoxdur.
Kurtoğlu qan donorluğunun insanlara mənəvi rahatlıq bəxş etdiyini də bildirib.
"Mütəmadi qan donorluğunu tövsiyə edirik. Çünki bunun infarkt və xərçəng riskini azaltması, qan-damar xəstəliklərinin qarşısını alması, xolesterolu və qan şəkərini balanslaşdırmasına dair tibbi məlumatlar mövcuddur. Bundan başqa, mütəmadi qan vermək həm də vaxtaşırı mini check-up-dan keçmək deməkdir. Çünki qan verməmişdən əvvəl donordan müxtəlif analizlər götürülür. Ən əsası isə qan vermək, beləliklə də, insanlara faydalı olduğunu bilmək adama mənəvi rahatlıq bəxş edir", - deyə o vurğulayıb.
Sputnik
15-05-2021, 06:06 | Artıq çəkidən qurtulmağın ən asan yolu

Qışda alınan artıq çəkilərdən tez bir zamanda xilas olmağın ən asan yolu tapılıb.
Rusiyalı dietoloq Arina Skoromnaya danışıb. Dietoloqun sözlərinə görə, buna yorucu məşqlərsiz də nail ola bilərsiniz. Bunun üçün gündə ən azı 20 dəqiqə təmiz havada gəzmək lazımdır:
"Sürət saatda beş-yeddi kilometr olmalıdır. Ən yaxşısı 20 dəqiqə və ya bir saat ərzində yoxuşa çıxmaqdır. Kiçik bir təpəyə dırmaşarkən daha çox əzələ gərilir, omba əzələlərinin yükü artır".
Bundan başqa, ekspert təmiz havada və ya fitnes salonunda məşq etməyin vacib olduğunu vurğulayıb. Dietoloq şəhərdə sürətlə gəzməyin avtomobillərdən çıxan qazlar səbəbindən zərərli olduğu barədə xəbərdarlıq edib. Bu vəziyyətdə sıx məşq ürək-damar xəstəlikləri ilə nəticələnə bilər.
Ayaqlarda problem meydana gəlməməsi üçün ayaqqabılara da xüsusi diqqət yetirilməlidir. Qaçış ayaqqabıları gəzmək üçün ən yaxşısıdır. (publika.az)
15-05-2021, 06:05 | Mədədə ağrıların 9 səbəbi

Müasir dövrdə gənclərdə tutmuş yaşlılara kimi mədə ağrısından şikayətçidirlər. Səbəbini anlamaq isə bəzən uzun zaman alır.
Bəs mədə ağrıları nədən yaranır?
Səbəbləri qeyd edir:
1. Reflü problemi - bu zaman mədədən turş qida qida borusuna keçir, nəticədə güclü ağrı yaranır;
2. Laktozaya dözümsüzlük - Dünyada milyonlarca insanda rast gəlinir. Süd və süd məhsullarındakı şəkərin həzm olunmasında problem olur. Bu zaman yüngül mədə ağrısı, köp, ishal, gəyirmə, qaz müşahidə olunur;
3. Bəzi dərmanların əlavə təsirlərindən mədə ağrısı yarana bilər. Bunlara əsasən qeyri steroid iltihab əleyhinə olan dərmanlar aiddir;
4. Glütenə dözümsüzlük - Bəzı insanlarda buğda, arpa, çovdarda protein olan glütenə qarşı həssaslıq olur.Bu zaman mədə bölgəsində ağrı,köp, qaz kimi problemlər baş verir;
5. Stres;
6. Endometriyoz;
7. Tiroid problemləri;
8. Parazitlər;
9. Apendisit. /medicina.az