15-05-2021, 06:18 | Kişi və qadınlarda tez qocalma - Təcili bu vitamini qəbul edin

vitamini dəri, saç, dırnaq və dişlərin normal inkişafı üçün vacib vitamindir. O olmasa biz gözümüzlə ətrafı rəngli görə bilmərik, cinsiyyət hormonlarımız olmaz, immunitetimiz çalışmaz.
Əgər bir insan gündəlik A vitamini dozasını normasında almırsa, onda avitaminoz yaranır, fəsadlarını isə saymaqla bitməz.
Vitaminin çatışmazlığının səbəblərini təqdim edir:
Vitamin A nədir?
Retinol - A vitamini yağlı həll olan vitamindir, 1920-ci ildə kəşf edilib. İlk dəfə kökdə tapılıb, ona görə onun sənaye adı karotinoiddir.
A vitamini orqanizmə efir yağı kimi düşür, nazik bağırsaqda parçalanır, qaraciyərə ötürülür. Orda depolaşır. Lazım olduqda ordan qanla orqanizmə ötürülür.
Böyük insanın gündəlik dozası 1 mq- 3300 Me-dir. Vitamini qida ilə əldə etmək mümkündür.
Bəzən olur ki, insan kifayət qədər A vitamini qəbul edir, amma orqanizmdə sovrulmur. Bu mədə-bağırsaq pozğunluğu ilə əlaqəli ola bilər. Həmçinin qaraciyər xəstəliyi, sirrozda, lyambliya, qurd, parazit olduqda, xroniki diareya, piylənmə, şəkərli diabet zamanı də bu vitamin yaxşı mənimsənilmir.
Hamiləlik, gərgin fiziki, zehni iş, stres, temperatur dəyişikliyi zamanı da insanda A vitamini yaxşı mənimsənilmir, çatışmazlıq hiss oluna bilir.
A vitamini çatışmazlığının əlamətləri:
1-Ilk növbədə görmədə pozğunluq, toyuq korluğu deyilən vəziyyət yaranır. Qaranlıq yerdən işıqlı yerə və ya əksinə keçəndə insanın gözü 7-8 saniyəlik qaralırsa, deməli A vitamini azdır. Əgər bu defisit düzəlməsə, bir müddətdən sonra buynuz qişanın kökü quruyacaq, naziləcək. Daha sonra büllur qaralacaq, gözlərdə eroziya başlayavaq.
2-Dəri və selikli qişalar quruyur, çatlayır, yaralar əmələ gəlir. Dəridə sızanaq, akne, çapıq, dəlik, qırışlar vaxtsız və sürətlə artır. İnsan qocalır.
3-Dırnaqlar və saçlar quruyur, tez qırılır, saçlar tökülür.
4-Sidikdə pH balansı pozulduğu üçün böyrək və sidik yolları daşları yaranmağa başlayır.
5-A vitamini az olduqda libido azalır, cinsi istəksizlik yaranır, hətta qadınlarda menstruasiya itə bilər.
6-Ümumi halsızlıq, yorğunluq, impotensiya, yuxululuq
7-Quruyan, qabıqlanan dəri varsa, deməli A vitamini çatışmır.
A vitamini çatışmazlığını necə aradan qaldırmalı?
Qan analizi ilə vitamin əskikliyi təsdiq olunur. Sonra qastroenteroloqa müraciət edilir. Əgər gözdə problem varsa, o zaman oftalmoloqa da getməlisiz.
Həkim ilk öncə xüsusi dieta, qidalanma təyin edərək, defisiti qida ilə aradan qaldırmalıdır. Əgər bu effekt verməsə, kapsula təyin olunur. Amma unutmayın ki, A vitamini qəbul edən zaman E vitamini də olmalıdır ki, bağırsaqda retinolun turşulaşmasının qarşısını alsın. Yaxşı olar ki, vitamin az miqdarda bitki yağı ilə birgə qəbul olunsun.
Hansı ərzaqlarda var?
Kök, balqabaq, kabak, ispanaq, bibərlər, kahı, pomidor, çəhrayı sarı meyvələr, mal və balıq qaraciyəri, yumurta sarısı A vitamini ilə zəngindir. /medicina.az
15-05-2021, 06:11 | Mütəmadi olaraq qan vermək iki böyük TƏHLÜKƏDƏN QORUYUR

Mütəmadi şəkildə qan vermək infarkt və xərçəng riskini azaldır, ürək-damar xəstəliklərinin qarşısını alır, xolesterolu və qandakı şəkərin səviyyəsini normallaşdırır.
Bu barədə Türkiyə Səhiyyə Elmləri Universitetinin müəllimi, hematologiya üzrə mütəxəssis, professor Erdal Kurtoğlu bildirib. Onun sözlərinə görə, qan vermək hüceyrələrin yenilənməsinə səbəb olur.
Donorlardan alınan qanın fərqli komponentlərə ayrıldığını bildirən professor qeyd edib ki, beləliklə, könüllü şəkildə verilən hər vahid qan eritrosit, trombosit və plazma şəklində üç nəfərin həyatını xilas edir.
Kurtoğlu onu da bildirib ki, qan vermək üçün maneə yaratmayan hər hansı bir sağlamlıq problemi olmayan 18-65 yaş arası hər kəs donor kimi qan verə bilər.
Temperaturun yüksəlməsi ilə müşayiət olunan xəstəlik keçirən insanlardan isə ən azı 2 həftə qan alınmamalıdır. Bundan başqa, cərrahiyyə əməliyyatı keçirənlərin, akupunktura, döymə, və pirsinq etdirənlərin də 12 ay ərzində donor kimi qan verməsi qadağandır.
"Kişilər 90 gündən bir, qadınlar isə 120 gündən bir donor kimi qan verə bilərlər", - deyə professor qeyd edib.
Mütəxəssis onu da bildirib ki, COVID-19-a qarşı peyvənd olunanlar da donor kimi qan verə bilərlər. Özü də bunun üçün peyvəndin üstündən müəyyən müddətin keçməsinə ehtiyac yoxdur.
Kurtoğlu qan donorluğunun insanlara mənəvi rahatlıq bəxş etdiyini də bildirib.
"Mütəmadi qan donorluğunu tövsiyə edirik. Çünki bunun infarkt və xərçəng riskini azaltması, qan-damar xəstəliklərinin qarşısını alması, xolesterolu və qan şəkərini balanslaşdırmasına dair tibbi məlumatlar mövcuddur. Bundan başqa, mütəmadi qan vermək həm də vaxtaşırı mini check-up-dan keçmək deməkdir. Çünki qan verməmişdən əvvəl donordan müxtəlif analizlər götürülür. Ən əsası isə qan vermək, beləliklə də, insanlara faydalı olduğunu bilmək adama mənəvi rahatlıq bəxş edir", - deyə o vurğulayıb.
Sputnik
15-05-2021, 06:06 | Artıq çəkidən qurtulmağın ən asan yolu

Qışda alınan artıq çəkilərdən tez bir zamanda xilas olmağın ən asan yolu tapılıb.
Rusiyalı dietoloq Arina Skoromnaya danışıb. Dietoloqun sözlərinə görə, buna yorucu məşqlərsiz də nail ola bilərsiniz. Bunun üçün gündə ən azı 20 dəqiqə təmiz havada gəzmək lazımdır:
"Sürət saatda beş-yeddi kilometr olmalıdır. Ən yaxşısı 20 dəqiqə və ya bir saat ərzində yoxuşa çıxmaqdır. Kiçik bir təpəyə dırmaşarkən daha çox əzələ gərilir, omba əzələlərinin yükü artır".
Bundan başqa, ekspert təmiz havada və ya fitnes salonunda məşq etməyin vacib olduğunu vurğulayıb. Dietoloq şəhərdə sürətlə gəzməyin avtomobillərdən çıxan qazlar səbəbindən zərərli olduğu barədə xəbərdarlıq edib. Bu vəziyyətdə sıx məşq ürək-damar xəstəlikləri ilə nəticələnə bilər.
Ayaqlarda problem meydana gəlməməsi üçün ayaqqabılara da xüsusi diqqət yetirilməlidir. Qaçış ayaqqabıları gəzmək üçün ən yaxşısıdır. (publika.az)
15-05-2021, 06:05 | Mədədə ağrıların 9 səbəbi

Müasir dövrdə gənclərdə tutmuş yaşlılara kimi mədə ağrısından şikayətçidirlər. Səbəbini anlamaq isə bəzən uzun zaman alır.
Bəs mədə ağrıları nədən yaranır?
Səbəbləri qeyd edir:
1. Reflü problemi - bu zaman mədədən turş qida qida borusuna keçir, nəticədə güclü ağrı yaranır;
2. Laktozaya dözümsüzlük - Dünyada milyonlarca insanda rast gəlinir. Süd və süd məhsullarındakı şəkərin həzm olunmasında problem olur. Bu zaman yüngül mədə ağrısı, köp, ishal, gəyirmə, qaz müşahidə olunur;
3. Bəzi dərmanların əlavə təsirlərindən mədə ağrısı yarana bilər. Bunlara əsasən qeyri steroid iltihab əleyhinə olan dərmanlar aiddir;
4. Glütenə dözümsüzlük - Bəzı insanlarda buğda, arpa, çovdarda protein olan glütenə qarşı həssaslıq olur.Bu zaman mədə bölgəsində ağrı,köp, qaz kimi problemlər baş verir;
5. Stres;
6. Endometriyoz;
7. Tiroid problemləri;
8. Parazitlər;
9. Apendisit. /medicina.az
15-05-2021, 05:57 | Ürəkdə sancı, iynə, bıçaq batırma hissi - Səbəblər, müalicə

Əksər insanlar hər gün ürəyində öndən və arxadan qəfildən sanki ürəyinə iynə, bıçaq salındığını və sancı olmasından şikayətlənir. Çox zaman bu insanlar gənc və orta yaşlılar olur.
Ürəkdə ara-sıra sancı, batma kimi hisslərin səbəbi təkcə ürəklə bağlı olmaya da bilər.
Ürəkdə deşici ağrının mümkün səbəblərini təqdim edir:
Ürək nahiyəsində istənilən ağrı, sancı birbaşa ürək-damar problemləri, onurğa və onurğa sütunu problemləri, mədə və ağciyərlərdən qaynaqlana bilər.
Bəs necə bilmək olar ki, problem ürəkdə yox, ayrıdır?
Bunun üçün evdə ağrının xarakterini izləmək lazımdır. Əgər ağrı ürəkdəndirsə, onun üçün sakit və ya hərəkətli vaxtın önəmi yoxdur. İnsan uzananda da. sakit halda da, gəzəndə də sancı olur.
Yox əgər ağrı ancaq qəfil hərəkət edəndə, gəzəndə, oturub qalxanda və ya əsəbləşəndə olursa, bu daha çox başqa səbəblərdəndir.
Ürək ağrısının özəlliyi:
- Ağrı zəif başlayır, yüksəlir, sonra qəfil itir. Ürək ağrısı bir neçə dəqiqə olur. Digər ağrılar isə daimi olur və saatlarla, daha uzun müddət davam edir.
- Nitreqlisirinlə sınaq - əgər ürəyin işemik problemi varsa, nitreqliserini dilin altına qoyan kimi ağrı kəsilir. Bu zaman ürəkdən şübhələnmək olar.
- Əgər ağrı insan hərəkət edəndə əzələlərə, qabırğalara kəskin vurursa, əzələlərin spazmı baş verirsə və üstəlik xəstə ağrını izah edir, göstərir, aktiv hərəkət edirsə, deməli onun ürəyi yox, qabırğalararası siniridir.
Çünki ürək xəstəsinin danışmağa və aktiv nəyisə izah etməyə halı olmur və o ağrını ümumiyyətlə izah edə bilmir.
- Ürək ağrısında xəstə konkret olaraq bir nöqtəni göstərir və kənar heç bir fikir söyləmir. Eləcə də onun tənəffüsündə dəyişiklik olur.
Ürəkdən gələn ağrının digər əlamətləri:
- Ürək ritmi, vurğusunun ya kəskin azalması, ya artması
- Baş hərlənmə
- Soyuq tər
- Təngnəfəslik
- Dodağın, bənizin ağarması
- Ürəkbulanma
- tərləmə
- Bayılma hissi
Ürəyə bıçaq batırma ağrısının digər səbəbləri:
- Boyun və döş qəfəsində onurğa problemləri, ostexondroz
- Vegetativ distoniya, nevrozlar, taxikardiya, stress, təşviş
- Qalxanvari vəzdə problemlər
- Hər hansı virus xəstəlikləri
- Ağciyərlərin iltihabı, plevrit
- Aortanın tutulması və ya yırtılması
- Mədədə qastrit, rüflüks, QERB - turşuğulun artması, diafraqmal yırtıq
- Miozit - əzələlərin iltihabı
- Stenokardiya - damarların spazmı, qan dövranı pozulması
Bu kimi ağrılarda birinci kardioloqa gedilib yoxlanılır, daha sonra nevroloq digər səbəbləri araşdırır.
15-05-2021, 05:55 | Bananla darçını birlikdə qaynatsanız… - İNANILMAZ FAYDALARI

Bir banan darçınla qaynadılsa və yatmadan əvvəl bu dəmləməni içsəniz nə olar?
Niyə banan və darçın qarışığı içmək lazımdır?
Olduqca faydalı olan bu dəmləmə haqda həkim Əziz Əzizli məlumat verib.
O, deyir ki, bu resepti az adam bilir, ancaq nevroz və vitamin çatışmazlığı ilə mübarizədə kömək edəcək əla bir vasitədir.
"Bütün bunlar bananın bir çox faydalı xüsusiyyətə malik olması ilə əlaqədardır. Sinir sisteminə müsbət təsir göstərən maqnezium ehtiva edir. Bu vasitə ilə stresdən qurtula, rahatlamağı, yuxunu yaxşılaşdırmağı və beyni normallaşdıra bilərsiniz. Banan bədən və ürək əzələsi üçün yaxşı bir məhsuldur. Eyni zamanda, fosfor orqanizmə karbohidratları həzm etməyə, kalium isə əzələ tonusunu qorumağa kömək edir".
Həkim bildiri ki, söhbət açacağımız kokteylə əlavə olunan darçın da çox vacib bir tərkib hissəsidir.
"İnsan bədəninin xolesterol və şəkər səviyyəsini azaltmağa kömək edəcək və bununla da ürək xəstəliyi riskini azaldır. Göründüyü kimi, darçın hormonları qaydasına salmağa kömək etmək xüsusiyyətinə malikdir. Bu yaxınlarda darçının xərçənglə mübarizədə köməkçi olduğu məlum oldu".
Kokteyl xüsusilə aşağıdakı kimi xəstəliklərə qarşı mübarizədə faydalıdır.
- Artroz;
- Artrit;
- Baş ağrısı;
- Xoralar.
Sağlamlıq kokteyli hazırlamaq üçün sizə lazım olacaq:
1 ədəd yetişmiş banan;
2 çay qaşığı üyüdülmüş darçın;
3 litr su.
Hazırlanması:
Suyu qaynadın;
Bananı soyun;
Bananı qaynar suya batırın;
Darçın əlavə edin;
Meyvə 10 dəqiqə qaynadılmalıdır;
Suyu süzün;
İçki hazırdır!
Onu ilıq halda içmək daha yaxşıdır.
Bu içki hər bir insan üçün çox faydalıdır. Bal, limon, moruq və ya itburnu da əlavə oluna bilər.
Beləliklə, bu kokteylin çox faydalı xüsusiyyətlərə malik olduğu qənaətinə gələ bilərik. Sağlamlığınızı normallaşdırmaq üçün belə bir kokteyli mümkün qədər tez-tez qəbul edin.( lent.az)
15-05-2021, 05:53 | İnfarkt riskini necə azaltmaq olar? - Dietoloq açıqladı

Dietoloq Nərgiz Nəzirova səhər yeməyinin vacibliyi barədə əhəmiyyətli detalları açıqlayıb.
Həkim yuxudan oyandıqdan sonrakı 1 saat ərzində mütləq səhər yeməyi yemək lazım olduğunu bildirib.
"Çünki orqanizm 10-12 saatdan çox ac qaldıqda bir sıra sağlamlıq problemləri baş verə bilər. Səhər yeməyi bədənə enerji verir, gün ərzində özünüzü gümrah hiss etməyinizə səbəb olur. Səhər yeməyinin orqanizm üçün əsas 5 faydası var:
İdeal çəkidə qalmağı təmin edir, infarkt riskini azaldır, yaddaşı gücləndirir, şəkər xəstəliyinin qarşısını alır, tox saxlayır", - dietoloq əlavə edib.
Çox yemənin altında yatan səbəbləri isə mütəxəssis belə izah edib:
"Səbəbi nə olursa-olsun, normadan artıq yemək son dərəcə sağlıqsızdır və çəki artımına səbəb olur. Odur ki, çox yemə səbəblərinizi öncədən görün və qarşısını mütləq alın.
Yemək yemə müddəti 20 dəqiqə olmalıdır. Odur ki, yeməyinizi yavaş, hər loxmanı yaxşıca çeynəyərək yeməyi sınaqdan keçirin. Yeməyi sürətlə yemək toxluq hissi yaratmır.
Böyük qabda yemək yemək olduqca ləzzətlidir, elə deyilmi? Lakin böyük boşqablar sizin çox yeməyinizin əsas səbəblərindən biridir, unutmayın.
Bəzən yorğunluqla aclığı bir-birinə qarışdırır və normadan artıq yeməklə enerji toplayacağımıza və yorğunluqdan xilas olacağımıza inanırıq. Yorğunluq və yuxusuzluğunuzu çox yeməklə deyil, meyvə-tərəvəz kimi yüngül qidalar qəbul etməklə ötüşdürün". (publika.az)
15-05-2021, 05:51 | Rəqs etməklə xərçəngdən sağalan qadının sirri - 93 yaşlı ANNA

Anna Halprin - 92 yaşı var. Bu qadın tarixdə "Tanrı ilə rəqs edən qadın" kimi qalıb.
51 yaşında həkimlər ona bağırsaq xərçənginin ağır dərəcəsi diaqnozunu qoymuşdular. Ölümü gözləməkdən başqa yol yox idi.
Qadın təslim olmadı. O, xəstəliyi ilə rəqs etdi, rəqsinin gücü ilə özünü müalicəyə başladı. Və o gündən bu vaxta kimi sağdır, 40 ildir ki, rəqs metodikası ilə digər xəstələri sağalmağa ruhlandırır, insanları xilas edir. İndi o incəsənət naminə yox, sağalmaq üçün rəqs edir.
Milli.Az Annanın rəqslə müalicə metodikasını təqdim edir. Əgər kimsə istəsə, təkcə xərçəng xəstəliyində yox, digər problemlərdə də bunu sınaya bilər.
Anna əmin edir ki, burda qeyri-adi heç bir möcüzə yoxdur. "Orqanizmin özünü müalicə, bərpa etmə sistemini işə salmaq lazımdır. Hər hüceyrə özünü müdafiə edə bilər".
Mən bu mexanizmin açarını rəqs etməklə tapdım. Bu sadəcə gözəl rəqs deyil. Kənardan insana bu adamın başına hava gəlib kimi görünə bilər. Burda insan hiss etdiyini, bütün daxili emosiyalarını, xəstəliyini əl-ayaq, bədən hərəkətləri ilə əks etdirməlidir.
Anna diaqnozunu öyrənən kimi belə edib: böyük bir kətanda və ya kağızda da ola bilər, rənglərlə xərçəng şişini necə təsəvvür edirsə, elə də çəkir. Bu böyük abstrakt, qəribə bi ləkə kimi alınıb.
O bu rəsmi divara asır və onun qarşısına "Xərçəng rəqsini" oynamağa başlayır. O, dostlarını da başına yığıb, onların qarşısında rəqs edir, hərəkətlərinin dili ilə öz qorxu, şübhələrini göstərirdi.
İlk baxışdan bu rəqs qorxulu görünürdü, O sanki qıvrılır, sonra yerində bükülür, sonra uçur,hətta qarnını tutub sıxırdı. Amma dostları onu dəstəklədi. Bu rəqs bir növ şaman rəqslərinə bənzəyirdi.
"Mən uşaqlıqda ailəmizdə nənəm və dayımın dini ayin və dualar zamanı bədənlərini sağa-sola yellədiklərini görürdüm. Onlar sanki transda idilər. Dua gücləndikdə yırğalanma güclənirdi. O zaman anladım ki, Tanrıya üz tutanda bədən dilə gəlməlidir. Ən böyük rəqs ustası elə Tanrıdır".
Bu rəqslər cəmi 6 ay ərzində qadını sağaldır. İndi o yaşamaq üçün rəqs edir və digər xəstələrə də rəqslə kömək edir.
Onun özünəməxsus metodikasında şüuraltı, düşüncə və fiziki bədən arasında dərin bağlantı qurur.
O, tələbələrinə məsləhət görür ki, öz qorxu, həyəcan, xəstəliklərini kağızda çəkib, onu göz önündən asıb, qarşısında o şəklin verdiyi hisslərə görə bədənlərini hərəkət edib, rəqs etsinlər.
Bədəninizə qulaq asın, o necə istəsə elə hərəkətlər edin. Bu zaman bədənin gizli resursu işə düşüb, özü-özünü müalicə edəcək.
Hazırda 93 yaşlı Anna həftədə 3 dəfə seminarlar və rəqs kursları təşkil edir. /medicina.az
15-05-2021, 05:49 | Uşaqlar üçün YENİ TƏHLÜKƏ - Mütəxəssislərdən MÜHÜM XƏBƏRDARLIQ

Pandemiya səbəbilə uşaqların rəqəmsal ekranlar qarşısında keçirdiyi orta vaxt artıb.
Mütəxəssislər bunun göz quruluğu, rəqəmsal göz yorğunluğu, baş ağrısı və bulanıq görmə kimi şikayətlərə səbəb olduğunu xəbərdar edirlər.
Türkiyə Sağlamlıq Elmləri Universitetinin göz sağlamlığı və xəstəlikləri mütəxəssisi professor Yelda Özkurt COVID-19-un tənəffüs sisteminə olduğu kimi, gözlərə də ciddi təsir edə biləcəyini, hətta ilk tapıntıların belə gözdə görülə biləcəyini bildirib.
Y.Özkurt uşaqlarda göz qapaqlarının iç hissəsini və göz bəbəyini əhatə edən kəskin iltihab, sulanma, qızartı, şişlik kimi halların müşahidə edildiyini deyib.
Professorun sözlərinə görə, xarici mühitlə davamlı təmasda olan əllərin gözlərə sürtündüyü zaman, göz vasitəsilə COVID-19-a yoluxma üçün zəmin hazırlanır: "Bu, araşdırmalar əsasında sübut olunub. Buna görə də infeksiyaya yoluxma riskinin qarşısını almaq üçün gözlərin qorunması ağız və burun qədər vacibdir. Bütün viral xəstəliklərdə olduğu kimi, gözlə təmasda olan və daha sonra digər insanlara və səthlərə toxunan əllər tərəfindən də yoluxma ehtimalı olduğunu unutmamalıyıq".
Y.Özkurt vurğulayıb ki, pandemiya səbəbiylə əksər yerlərdə məktəblərin bağlı olması uşaqların planşet, kompüter və telefon kimi rəqəmsal ekranlar qarşısında keçirdikləri müddəti artırıb ki, bu da onların səhhətinə mənfi təsir edir. Professor tövsiyə edir ki, göz yorğunluğunun olmaması və göz xəstəliklərinin artmaması üçün uşaqları mümkün qədər ekran qarşısından çəkindirmək lazımdır.
O deyib ki, son 5 ildə Çində 6-8 yaş qrupundakı təxminən 125 min uşağın göz qüsuru hesablamalarına əsaslanan araşdırmada, zəif görmə 6 yaşındakı uşaqlarda 3 dəfə, 7 yaşındakılarda 2, 8 yaşındakılarda isə 1,4 dəfə artdığı müəyyən edilib. Bu səbəbdən də Y.Özkurt son zamanlarda göz müayinəsindən keçməmiş bütün uşaqların müayinə olunmalı və mövcud nöqsanların müəyyən edilərək müalicə olunmasının vacibliyini ifadə edib və bildirib ki, xüsusilə əl ilə göz təması azaldılmalı və ümumi gigiyena qaydalarına ciddi riayət edilməlidir. (publika.az)
15-05-2021, 05:47 | Ayaqlarınızda bu 3 əlamət varsa - Qaraciyəri yoxladın

Qaraciyərin yağlanması və hepatozunun əlamətlərini ayaqlarda bəzi dəyişiklik, ləkələrlə də bilmək olur.
3 əlamət qaraciyərin zədələnməsini göstərə bilər.
1. Pəncənin xarici görünüşü ürəyin ayaqların aşağısına qanı yaxşı vurmadığını və burda damar sistemində problem olduğunu göstərir. Amma əgər damarlarda problem varsa, deməli, qaraciyərin də vəziyyəti yaxşı deyil.
2. Ayaqlarda xırda, qırmızı və ya qəhvəyi nöqtələrin yaranması - xüsusən dizdən aşağı hissədə.
3. Dabanlarda çatlar - orqanizmdə B 3 vitamini və Omeqa 3 defisitini göstərir. Bunlar da qaraciyər tərəfindən depolanır.
Əgər ayaqlarınızda quruma, çatlar, xırda nöqtələr, qırmızı xallar, dabanlarda qaşınma varsa, siz qaraciyərinizi yoxladın və müalicə edin. /medicina.az


















