13-05-2021, 07:50 | Elə xərçəng şişləri var ki, onları aşkar edib çıxarmağa dəyməz - Onkoloqlardan ETİRAF

Elə xərçəng şişləri var ki, onları aşkar edib çıxarmağa dəyməz - Onkoloqlardan ETİRAF


Avstraliyalı alimlər onkologiyada diaqnostika və müalicə ilə bağlı maraqlı bir açıqlama ediblər. Onlar bir neçə tədqiqatın nəticəsində bu qərara gəliblər ki, bəzi şiş növlərini diaqnoz edib, əməliyyat və müalicə etmək əslində lazım deyil.

Bir çox bədxassəli şişlər diaqnoz olunana qədər xəstəyə heç bir narahatlıq vermir və ölüm təhlükəsi yaratmır. Söhbət hiperdiaqnostikadan gedir. Yəni kütləvi olaraq insanların skrininqi, xərçəngi erkən təyin edib, erkən müdaxilə etmək. Amma iş ondadır ki, bəzi şişlərin müalicəyə necə reaksiya verəcəyi məlum deyil.

Alimlərin yeni elmi tədqiqatının nəticəsi Medical Journal of Australia-da dərc edilib. Müəlliflərin fikrincə 42% hallarda prostat, 42% halda böyrək, 73% halda qalxanvari vəz, 58% halda melanoma, 22% halda qadınlarda süd vəzi xərçəngi şişləri əbəs yerə üzə çıxarılıb müalicəyə cəlb edilib.

Diaqnoz zamanı şişin müalicəyə necə cavab verəcəyi və xəstənin həyatı üçün nə qədər şans verəcəyi məlum olmur. Məsələ diaqnostika ilə bitmir.

Bəzən pasiyentlər əbəs yerə lazımsız hallarda şiş çıxarma əməliyyatlarına məruz qalır. Halbuki həmin şişlər heç vaxt simptom verməyəcəkdi.

Məsələn, ən çətin diaqnostika süd vəzilərindədir. Həkimlər 90% hallarda şişin nə dərəcədə aqressiv və həyati təhlükəli olduğunu deyə bilmir. Əminsizlik faizi çox olsa da süd vəzidə şiş aşkarlanıb deyə qadın yüksək dozalı güclü kimyaterapiyaya cəlb olunur. Bəzən isə bu müalicə onun 2-3 il sonra ölümünün qarşısını ala bilmir.

"Tibdə potensial fayda və potensial zərər anlayışı var. Onkoloqlar bunu nəzərə almalıdır. Biz həddən artıq çox hiperdiaqnostika və həddən artıq çox müalicəyə görə narahatıq" deyə alimlər bildirir. /medicina.az

13-05-2021, 07:38 | Xankəndidə görünən Şuşa atəşfəşanlığı - Ermənilər belə izlədi - VİDEO

Xankəndidə görünən Şuşa atəşfəşanlığı - Ermənilər belə izlədi - VİDEO

Xəbər verdiyimiz kimi bu gün Azərbaycanın mədəniyyət paytaxtı Şuşada "Xarıbülbül" musiqi festivalından sonra atəşfəşanlıq olub.

Şuşadakı atəşfəşanlığı Xankəndidə də izləmək mümkün olub.

Bu barədə sosial şəbəkələrin erməni seqmentində paylaşım edilib. Belə ki, atəşfəşanlığı Xankəndidən izləyən ermənilər bu görüntüləri kameraların yaddaşına həkk ediblər.

Həmin kadrları təqdim edirik.//Day.Az//

13-05-2021, 07:35 | Balığı qızartmaq - Omeqa-3-ləri yox edir

Balığı qızartmaq - Omeqa-3-ləri yox edir

Balığın orqanizmə bir çox faydaları vardır. Amma doğru bişirilmədikdə bütün təsirlərini itirir.

Türkiyəli diyetoloq Tuba Örnek bununla bağlı bəzi məsləhətlər verib:

"Ən önəmli protein qaynağı olan balığın br çox faydaları vardır. Mövsümündə düzənli olaraq balıq yeyərək beyin, ürək-damar və göz sağlamlığımızı qoruya, immun və sinir sistemimizi gücləndirə bilərsiniz. Eyni zamanda, balıq bir çox xərçəng növlərinə qarşı da təsirlidir. Balığın faydası omeqa 3 asidləri ilə zəngin olmasından irəli gəlir.

Araşdırmalara görə, balığın qida dəyərindən maksimum faydalanmaq üçün həftədə 2-3 dəfə yemək lazımdır. Burada diqqət edilməli olan balığın düzgün hazırlanmasıdır. Daha çox sobada bişirməyə üstünlük verin. Çünki qızardılmış balıq omeqa 3 dəyərini itirir. Balıq alarkən gözlərinin parlaq olmasına, dəri rənginə və qulağına fikir verin". /medicina.az

13-05-2021, 07:33 | Bu 7 əlamət xərçəngin başladığını göstərə bilər - Onkoloqlar qrupu

Bu 7 əlamət xərçəngin başladığını göstərə bilər - Onkoloqlar qrupu

Beynəxalq onkoloqlar qrupu bir neçə tibbi tədqiqatın nəticəsi olaraq xərçəng xəstələrində ilk olaraq hiss edilən əlamətlərin siyahısını hazırlayıb.

Həkimlər bu əlamətlərdən bir neçə ay əziyyət çəkən insanların dərhal çek-ap olunub yoxlanmasını və müalicədə gecikməməyi tövsiyə edir.

Həmin əlamətlər bunlardır: çəkinin qəfil və çox düşməsi, iştahın kəsilməsi, keçmək bilməyən baş ağrıları, daim yuxululuq, yorğunluq, bədən hərarətinin tez-tez dəyişməsi, xüsusən 37,3 dərəcədə qalması, başgicəllənmə tutmaları. Eləcə də mədə-bağırsaq sistemində baş verən istənilən ciddi dəyişiklik, qanama şübhə yaratmalıdır.

Qeyd edək ki, bu əlamətlər digər nevroloji və daxili xəstəliklərdə də olur. Ona görə dərhal xərçəng barədə düşünmək olmaz. Lakin keçər deyib gözləmək və müayinə olunmamaq sizi istənilən xəstəliyin vaxtında və asan müalicəsindən uzaq sala bilər. /medicina.az

12-05-2021, 06:53 | Kimlər qəhvədən daha çox istifadə edir?

Kimlər qəhvədən daha çox istifadə edir?

Avstraliya alimləri insanların hansı hallarda kofeinli içkilərə meyilləndiyini təyin edib. Cənubi Avstraliya Sağlamlıq və Tibbi Araşdırmalar İnstitutunun mütəxəssisləri, Britaniya biobankından 39 ilə 73 yaş arasındakı 390.435 iştirakçının məlumatlarını təhlil edib. Genetik səviyyəyədə ürək-damar sisteminin sağlamlıq vəziyyətinin qəhvə istehlakına təsir etdiyi məlum olub.

Irsi xəstəlikləri olan insanlar şüuraltı olaraq qəhvədən və ya kofeinli içkilərdən çəkinir. Genetikasında problem olmayan insanlar isə, qəhfədən lazımınca istifadə etməyə meyllidir. Alimlər qeyd edirlər ki, əksər hallarda bədənin özü kofeinin qəbul etmə həddini təyin edir və içdiyiniz qəhvə miqdarına görə dolayı yolla ürək və qan damarlarının sağlamlığını qiymətləndirmək olar.(deyerler.org)

12-05-2021, 06:50 | Twitter daxilində Spaces adlı Clubhouse analoqu istifadəyə verilib

Twitter daxilində Spaces adlı Clubhouse analoqu istifadəyə verilib

Twitter öz tətbiqinin Android və iOS versiyasının daxilində Spaces adlı servisi istifadəyə verib. Spaces adlı servis Clubhouse analoqudur və o, sosial şəbəkənin daxilində qrup audioçatlarını yaratmağa imkan verir. Beləliklə Twitter istifadəçiləri tətbiq daxilində bu cür qruplar yaradaraq öz aralarında müxtəlif mövzular üzrə ünsiyyət qura bilərlər. Qrup çatlarında iştirak edən dinləyicilər emojilər vasitəsilə spikerlərə reaksiya bildirə bilərlər.

Bundan əlavə olaraq onlar audioçatda aparılan hansısa müzakirəyə də qoşulma imkanına sahib olurlar. Gələcəkdə tərtibatçılar bu servisin imkanlarını genişləndirməyi planlaşdırırlar. Hal hazırda Twitter daxilində qrup audioçatlarını yalnız 600 və daha yuxarı abunəçisi olan istifadəçi hesabları yarada bilirlər. Çox güman ki, yaxın zamanda bu cür məhdudiyyət aradan qaldırılacaq. Qeyd etmək lazımdır ki, Twitter sözügedən funksiyanı hələ keçən ilin dekabr ayından test edirdi. Həmin vaxtda servis məhdud sayda istifadəçi üçün aktiv idi.

milli.az

12-05-2021, 06:49 | Bu kişilərin yalnız qız övladları dünyaya gəlir

Bu kişilərin yalnız qız övladları dünyaya gəlir

Adətən qız övladının doğulmasına görə qadınlara "irad" tuturlar. Lakin qadının burada heç bir "günahı" yoxdur.

Bioloji nöqteyi nəzərdən gələcək uşağın cinsini ana deyil, ata "təyin edir". Bu nə deməkdir?
Bildiyimiz kimi, insan orqanizminin irsi məlumatları (dəri, gözlərin, saçların rəngi və s.) xromosomlar daşıyır. Cinsi xromosomlar X və Y olur. XX - qadın, XY - kişi fenotipidir. Kişi cinsi hüceyrələri olan spermatozoidlər X və ya Y xromosomu daşıya bilər. Qadın cinsi hüceyrəsi olan yumurta hüceyrəsi yalnız X xromosomu daşıyır. Əgər yumurta hüceyrəsini X xromosomu daşıyan spermatozoid tərəfindən mayalandırarsa qız (XX), Y xromosomu daşıyan spermatozoid mayalandırarsa oğlan uşağı (XY) dünyaya gələcək.
Bəs bunu qabaqcadan proqnozlaşdırmaq mümkündürmü? Təbii ki, tam mümkün deyil. Lakin...
Milli.Az saglamolun.az-a istinadən bildirir ki, Aberistuit Universitetinin (Böyük Britaniya) alimləri çoxlu sayda statistik və genetik materialları təhlil etdikdən sonra belə nəticəyə gəliblər ki, bir neçə bacısı və bibisi olan kişilərin daha tez-tez qız övladları və əksinə nəsildə kişilər çox olanlarda (qardaşlar, əmilər) daha tez-tez oğlan övladları dünyaya gəlir.
Bundan əlavə alimlər aşkar ediblər ki, 1-ci və 2-ci qan qrupu olanlarda qız övladlarının dünyaya gəlməsi ehtimalı daha çoxdur

12-05-2021, 06:46 | Fərdi kompüter və planşetlərin rüblük satışı 1,5 dəfə artıb

Fərdi kompüter və planşetlərin rüblük satışı 1,5 dəfə artıb

"Canalys" şirkəti dünya fərdi kompüter və planşetlər bazarı üzrə yeni statistika dərc edib. Hesabata görə, bu ilin birinci rübündə sahənin ədəd ifadəsində həcmi 2020-ci ilin ilk rübü ilə müqayisədə təxminən 1,5 dəfə artıb.

Statistikada masaüstü kompüter, müxtəlif tipli noutbuk (o cümlədən Chrome OS əməliyyat sisteminin idarəetməsi ilə işləyən qurğular), eləcə də planşetlərin tədarükü nəzərə alınıb.

Yanvar-martda qlobal miqyasda 122,1 milyon qeyd olunan tipli qurğu tədarük edilib. Bu, tədarük həcminin 79,8 milyon ədədə bərabər olduğu ötən ilin birinci rübü ilə müqayisədə 53,1 faiz çoxdur.

Bazarın ən böyük oyunçusu 19,7 faiz paya sahib Çinin "Lenovo" şirkəti olaraq qalır. İkinci yerdə 18,1 faiz nəticə ilə "Apple" qərarlaşıb. Liderlər üçlüyünü 15,8 faiz payla "HP" şirkəti tamamlayıb. Sonrakı pillələrdə sahənin müvafiq olaraq 10,7 və 8 faizinə nəzarət edən "Dell" və "Samsung" yer alıb.

Ən böyük artım xrombuklar seqmentində qeydə alınıb. Burada satışlar illik hesablamada 274,6 faiz artaraq 12 milyon ədəd təşkil edib. Bir il əvvəl bu göstərici 3,2 milyon olub.

Ənənəvi fərdi kompüterlərə tələbat 4 faiz azalıb, noutbuklara (xrombuklar nəzərə alınmadan) isə 62 faiz artıb. Ötən rübdə planşetlərin satışı təqribən 51 faiz yüksəlib.(ictnews.az)


12-05-2021, 06:44 | Bentley yenidən Pikes Peak yarışında iştirak edəcək

Bentley yenidən Pikes Peak yarışında iştirak edəcək

Bentley şirkəti yenidən Pikes Peak International Hill Climb yarışlarında iştirak etmək niyyətindədir. Xatırladaq ki, dəbdəbəli avtomobil istehsalçısı 2018 və 2019-cu illərdə seriya krossoverləri və minik avtomobilləri sinifində Bentayga və Continental GT modelləri ilə qələbə qazanıb. Bu dəfə Bentley şirkəti Continental GT3 yarış avtomobilinin modifikasiya edilmiş versiyası ilə Time Attack 1 sinifində qələbə uğrunda mübarizə aparacaqdır .

Avtomobili Britaniyada fəaliyyət göstərən Fastr müştəri komandasının və M-Sport zavod komandasının texniki mütəxəssisləri ilə birlikdə hazırlayirlar. Kupe markanın tarixindəki ən böyük arxa antiqanada malik olan inkişaf etdirilmiş aerodinamik dayağa sahib olacaqdır.

Avtomobilin təchiz edildiyi təkmilləşdirilmiş 4,0-litrlik V8 biturbo mühərriki bioyanacaq işlədəcəkdir. Hazırda müxtəlif qarışıqlar sınaqdan keçirilir. Bentley cari onilliyin sonuna qədər daxili yanma mühərrikləri ilə təchiz edilmiş avtomobilləri buraxacağını, lakin yanacağı təkrar bərpa edilən mənbələrdən alacağını bildirib.

Payks-Pik yarışı 1,44 metrlik hündürlük dəyişkənliyi və 156 döngəsi olan 20 kilometrlik dağ yolunda keçirilir. Finiş xətti dəniz səviyyəsindən 4,3 kilometr hündürlükdə yürləşir. Yeni rekord üçün, Bentley Continental GT3 Pikes Peak modeli marşrutu ortalama 125 km/saatdan yüksək sürətlə və 9 dəqiqə 36 saniyədən az müddətə qət etməlidir.

Avtomobili əvvəl olduğu kimi, Piks-Payk yarışlarının üçqat qalibi Yeni Zelandiyadan olan pilot Ris Millen idarə edəcəkdir. 99-cu Pikes Peak International Hill Climb yarışı 27 iyun tarixində keçiriləcəkdir.(autograph.az)


12-05-2021, 06:41 | Ürək-damar xəstəliklərinin gizli əlamətləri

Ürək-damar xəstəliklərinin gizli əlamətləri

Tibb elmləri doktoru professor, Dmitri Napalkov ürək-damar xəstəlikləri riskinə diqqət yetirilməsi lazım olan üç gizli simptom haqqında danışıb. Bu simptomlar arasında həkim qan təzyiqinin yüksək olmasını, ürək ritminin pozulmasını və bihuş olma əlamətlərini qeyd edib. Həkim həmçinin insanın özünü pis hiss etməməsinə baxmayaraq vaxtaşırı qan təzyiqinin ölçülməsi lazım olduğunu diqqətə çəkib.

"Deyerler.org"un doctor.rambler.ru-ya istinadən verdiyi xəbərə görə, Napalkov qeyd edib: "Qan təzyiqi yuxarı olduğu halda insan özünü normal hiss edirsə, bu həkimə müraciət etmək üçün bir səbəbdir". Həkim eyni zamada ürək ritminin pozulmasına ciddi yanaşmağı məsləhət görür. Həkimin bildirir ki, "bir az uzanım keçib gedər" deyib ötüb keçmək lazım deyil, mütəxəssisə müraciət edərək, lazım olduqda qan duruldan dərman qəbul etmək lazımdır.

������������ ������� DLE ������� ��������� ��� dle.
���������� ���� ������ ��� ��������� ������.
����������� �������� ������� � �������� ������.
����������� �������� ������������ ��� �������� ����.
������ ����� �������� ��������� ����� ������.
����� ���������� �� ���� ��� ���� � ��� �����.