8-12-2020, 02:16 | Uşaqları kəskin respirator viruslardan necə qoruyaq? - Mütəxəssis rəyi


Uşaqları kəskin respirator viruslardan necə qoruyaq? - Mütəxəssis rəyi

Payız-qış aylarında yetkin insanlarda olduğu kimi, uşaqlarda da kəskin respirator virus infeksiyaları geniş yayılmış patologiya hesab edilir. Uşaqlarda belə virus infeksiyaları zamanı bədən hərarətinin yüksəlməsi tez-tez rastlaşdığımız hallardan biridir. Nəzərə alınmalıdır ki, bədən hərarətinin yüngül dərəcədə yüksəlməsi orqanizmin virusa qarşı müqavimətini artırır. Adətən qızdırması olan uşaqları ev şəraitində müalicə edirlər. Əgər vəziyyət gözlənildiyindən ağır olarsa, risk almamaq üçün onların xəstəxanada müalicəsi məqsədəuyğundur. Bəs xəstəlikdən qorunmaq və onun yaradacağı fəsadlardan uzaq olmaq üçün valideynlər nələrə diqqət etməlidirlər?

Pediatr Aytən Şıxəliyeva 525.az-a azyaşlıların kəskin respirator xəstəlikləri haqqında danışıb.

Onun sözlərinə görə, qış aylarında havanın soyuması, hava çirkliliyinin artması, insanların daha sıx toplaşdığı yerlərdə yaşaması, xüsusilə, uşaqlarda çox rast gəlinən "soyuqdəymə" dediyimiz halların müşahidə olması bu fəsillərdə respirator xəstəliklərin artmasına gətirib çıxarır:

"Başlıca səbəblərdən biri də odur ki, viruslar canlı orqanizmlərdə yaşayır, cansız mühitdə məhv olurlar. Təəssüf ki, soyuq temperaturda viruslar cansız mühitdə 48-72 saat yaşaya bilir və virulentliyini, yəni xəstəliktörətmə qabiliyyətlərini saxlaya bilirlər. O ki qaldı uşaqlara, onlar həssasdırlar. Virusa yoluxmuş insanın uşağın yanında asqırması, öskürməsi, hətta nəfəs alıb-verməsi uşağı yoluxdura bilər. Əgər uşaqda narahatlıq və ağlağanlıq, xırıltı, xışıltı, öskürək, təngnəfəslik, iştahasızlıq olarsa, həkimə müraciət etmək lazımdır. Qeyd edim ki, südəmər uşaqlarda bu, döşdən imtina etmək, süni qida alanlarda əmzikdən imtina etməklə özünü göstərəcək. Əlbəttə, əsas göstəricilərdən biri və başlıcası hərarətin yüksəlməsi hesab edilir".

Pediatr əlavə edib ki, uşaqlarda bəzi peyvəndlərdən sonra və dişçıxarma dövründə də yüngül hərarət müşahidə oluna bilər. O cümlədən, biz, orqanizmə bakteriya və virusun daxil olduğu əksər xəstəliklərdə - sinir sistemi (meningit, ensefalit), həzm sistemi (qusma, ishal, qanlı nəcis), sidik-ifrazat (sidiyin rənginin, qoxusunun, miqdarının dəyişməsi) və s. xəstəliklər zamanı da istilik müşahidə edə bilərik: "Uşaqların xəstəliyi necə keçirməsi onun yaşından, immun sisteminin vəziyyətindən, premorbid fon dediyimiz əlavə xəstəliklərin, məsələn, raxit, anemiyanın olmasından, hətta qidalanmasından asılı ola bilər. Belə ki, 5 yaşında bir uşaq adi rinit və ya yüngül bronxitlə xəstələnə bildiyi halda, 6 ay - 2 yaş arası uşaqlar daha ağır bronxiolit (mütləq stasionar müalicə tələb edir), daha kiçik uşaqlar və yenidoğmuşlar isə hətta pnevmaniya kimi ciddi bir diaqnozla xəstələnə bilər. Bu, yaşla əlaqədar olaraq uşaqların tənəffüs sisteminin anatom-fizioloji xüsusiyyətləri ilə əlaqədardır. Digər səbəb allergik fonun olmasıdır. Xüsusilə tənəffüs allergiyası olan uşaqlarda aşağı tənəffüs yollarında, bronx və bronxiollarında daralma olduğu üçün dar mühitdə bakteriya və virusların çoxalıb artmasına daha əlverişli şərait olur, həmçinin, tənəffüs yolunun daralması tənəffüs çatışmazlığına qədər inkişaf edə bilər".

Həkim əlavə edib ki, hətta uşaqda titrəmə müşahidə olunsa da, əynini yüngülləşdirmək lazımdır. Örtmək, bükmək olmaz! Titrəmə qızdırma zamanı normal haldır anaların qorxmamağı məsləhətdir: "Əgər uşaqda bədən hərarəti yüksələrsə, temperatur u 29-32C olan suda isladılmış dəsmalla silmək məsləhətdir. Soyuq dəsmala bükmək, çox soyuq vanna etmək olmaz. Əksinə, damarları daraldıb hərarətin düşməyini ləngidə bilərik. Qeyd edim ki, uşaqlar üçün rektal yolla - 38.2 C, qoltuqaltı yolla - 37.2 C, qulaqdan ölçmə - 37.8 C temperatur normal hesab edilir. İstənilən yaş qruplarında qoltuqaltından hərarətin ölçülməsi daha etibarlı sayılır. Lakin sınma və civə zəhərlənməsi təhlükəsi olduğu üçün şüşə olmayan termometrlərə üstünlük vermək məsləhətdir. 6 ayına qədər rektal yolla, yaşdan yuxarı uşaqlarda qulaqdan da ölçmək olar. Dəri vasitəsilə elektron termometrlərdən istifadə bəzən dəqiq olmayan məlumatlar verir. Çünki onlar otaqda kondisioner və digər hava qızdırıcılarına qarşı həssas olurlar. Düzgün qidalanma, 6 ayadək ancaq və ancaq ana südü (hətta mayeyə belə ehtiyac yoxdur, 6 aydan sonra bol meyvə və tərəvəz, bol maye), gün ərzində təmiz havada saxlama, uşağın yatdığı otağın havasını tez-tez havalandırma, respirator xəstə olan mühitdən uzaq tutmaqla uşaqları viruslardan qoruya bilərik".

Həkim son olaraq əlavə edib ki, əgər 2 yaşdan kiçik uşaqlarda qızdırma 24 saatdan çox davam edərsə, 2 yaşdan böyük uşaqlarda qızdırma 3 gündən çox davam edərsə, qızdırma düşməsinə baxmayaraq, halsızlıq varsa, qızdırma ilə yanaşı, yuxarıda sadalanan hallar müşahidə olunarsa, mütləq şəkildə həkimə müraciət etmək lazımdır. (milli.az)

4-12-2020, 13:35 | Sabahın hava proqnozu açıqlandı

Sabahın hava proqnozu açıqlandı

Sabahın hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, dekabrın 5-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, lakin gecə və səhər çiskinli olacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 5-7, gündüz 7-9 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 772 mm civə sütunu təşkil edəcək, nisbi rütubət 70-80 faiz olacaq.

Dekabrın 5-də Azərbaycanın rayonlarında arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, ayrı-ayrı yerlərdə duman olacağı, bəzi şərq rayonlarında intensiv olacağı gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 2-6, gündüz 7-11 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacaq.

Dekabrın 5-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.(milli.az)

4-12-2020, 13:31 | Havanın temperaturu düşəcək, yağış qar yağacaq - Xəbərdarlıq

Havanın temperaturu düşəcək, yağış qar yağacaq - Xəbərdarlıq

Dekabrın 5-dən 8-i gündüzədək ölkə ərazisində hava şəraitinin qeyri sabit keçəcəyi, arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir.

Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 2-4 dərəcə aşağı enəcək.

4-12-2020, 13:22 | Doqquz Azərbaycan gimnastı bədii gimnastika üzrə Avropa çempionatından medalla qayıdıb - Mariana Vasileva

Doqquz Azərbaycan gimnastı bədii gimnastika üzrə Avropa çempionatından medalla qayıdıb - Mariana Vasileva

Doqquz Azərbaycan gimnastı Kiyevdə keçirilmiş bədii gimnastika üzrə 36-cı Avropa çempionatından medalla qayıdıb.

Bunu Trend-ə bədii gimnastika üzrə Azərbaycan milli komandasının baş məşqçisi Mariana Vasileva gimnastların çıxışını şərh edərkən deyib.

O vurğulayıb ki, bu cür nəticə heç vaxt əldə olunmayıb:

"Bəli, əvvəllər Avropa çempionatlarında medallar qazanmışıq, amma qrup hərəkətlərdə çoxnövçülükdə mükafatlarımız olmamışdı. Bizim qrup hərəkətlərdə komandamız çox gəncdir. 2019-cu ildə Bakıda dünya çempionatı başa çatdıqdan sonra mən yeni komanda yığmağı qərara aldım. Köhnə heyətdən yalnız Zeynəb Hümmətova qaldı. Darya Sorokina da əvvəl yalnız bir yarışda dünya çempionatında iştirak etmişdi. Digər qızlar üçün Kiyev turniri ilk yarış idi".

M.Vasileva bildirib ki, bu çempionat həm də Arzu Cəlilova üçün böyüklər arasında fərdi proqramda ilk yarış olub:

"Bununla belə o, xoş təəssürat bağışladı. Bürünc medallarla qayıdan gəncləri də xüsusi qeyd etmək istəyirəm. Onlardan Leyli Ağazadə, Nərmin Bayramova və İlona Zeynalova ilk dəfə çıxış edib. Gimnastlarımız yaxşı təcrübə əldə etdi".

Baş məşqçi bədii gimnastika üzrə 36-cı Avropa çempionatını tarixi hadisə adlandırıb, çünki yarış pandemiya şəraitində təşkil edilmişdi.

Azərbaycan milli komandası çempionatda tamaşaçıları təkcə çıxışları ilə deyil, həm də cəlbedici geyimləri ilə sevindirib. Belə ki, azərbaycanlı gimnastlar yarış meydançasına hər hansı bəzək olmayan geyimdə çıxmışdı. Baş məşqçinin sözlərinə görə, yekunda qrup hərəkətlərdə komandanın geyimi üçün qara rəng seçilmişdi. Bu, həm də Qarabağda baş vermiş hərbi əməliyyatlar nəticəsində həlak olanların, eləcə də pandemiya nəticəsində həyatını itirənlərin xatirəsinə həsr olunmuşdu.

Qeyd edək ki, Azərbaycan milli komandası bədii gimnastika üzrə 36-cı Avropa çempionatında 3 medal qazanıb. Qrup hərəkətlərdə komandamız çoxnövçülükdə gümüş medal, 3 halqa və 2 gürzlə hərəkətlərdə bürünc medala sahib olub. Bundan başqa, Azərbaycan millisi komanda hesabında bürünc medal qazanıb.

4-12-2020, 13:07 | Nailə İslamzadə də koronavirusa yoluxdu

Nailə İslamzadə də koronavirusa yoluxdu

Əməkdar artist Nailə İslamzadə də koronavirusa yoluxub.

Bu haqda aparıcı özü məlumat yayıb. O bildirib ki, bir neçə gün əvvəl narahatçılıq hiss edib:

"İki gün əvvəl testimin cavabı pozitiv oldu. Evdə müalicə olunuram. Hamı özünü qorumalıdır. Bacardığımız qədər evdən çıxmamalıyıq. Dövlət müəssisələrində çalışanların yalnız otuz faizi işə çıxır. Digər sahələrdə çalışanlar da imkan daxilində bu qaydalara əməl etməlidirlər".( axşam.az)

3-12-2020, 12:24 | Məşhur futbolçular marixuana yetişdirmək üçün sərmayə yatıracaq

Məşhur futbolçular marixuana yetişdirmək üçün sərmayə yatıracaq

Almaniya millisinin sabiq futbolçuları Andre Şürrle və Mario Götze biznesdə özlərini sınamaq qərarına gəliblər.

Cütlük tibb sahəsinə yatırım edəcək.

Məsələ burasındadır ki, Şürrle və Götze "Sanity Group"a investisiya qoymaq fikrinə düşüb. Berlin şirkəti tibbi məqsədlər üçün marixuana yetişdirməklə məşğuldur. 2014-cü ildə yığma ilə dünya çempionu olan tanınmış futbolçular şirkət nümayəndələri ilə danışıq aparıb və layihənin inkişafında iştirak etməyə hazır olduqlarını vurğulayıblar. Şirkətin başqa bir neçə məşhur sərmayəçisi də var.

Qeyd edək ki, Andre Şürrle 29 yaşında karyerasını başa vurub. Mario Götze isə Niderlandın PSV klubunda çıxış edir.apasport.az

3-12-2020, 12:11 | "Qarabağ"ın daha bir futbolçusunda koronavirus aşkarlandı

"Qarabağ"ın daha bir futbolçusunda koronavirus aşkarlandı

"Qarabağ" Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda qarşılaşacağı "Makkabi" ilə oyunöncəsi UEFA-nın tələblərinə uyğun koronavirus testindən keçib.

Mahir Emrelidə testin nəticəsi pozitiv çıxıb və Türkiyəyə aparılmayıb.

Bir müddətdir Türkiyədə reabilitasiya keçən müdafiəçi Abbas Hüseynov da bu gün koronavirus testindən keçib və müdafiəçidə də koronavirus aşkarlanıb.

Daha öncə isə komandanın baş məşqçisi Qurban Qurbanov və tərcüməçi Elvar Quliyevdə də testin nəticəsi pozitiv çıxdığı üçün komandadan ayrı düşüb.

Milli komandanın düşərgəsində koronavirusa yoluxmuş Maksim Medvedev hələ də müalicəsini Lüksemburqda davam etdirir, Xorvatiyada isə müalicə keçən müdafiəçi Rahil Məmmədovun dünən verdiyi koronavirus testinin nəticəsi mənfi çıxıb və Türkiyəyə gələrək komandaya qoşulub.


Milli komandanın heyətindən gəldikdən sonra koronavirusa yoluxmuş daha bir futbolçu Musa Qurbanlının son iki testi də neqativ çıxıb, lakin futbolçu məşqlərdən uzaq olduğun üçün "Makkabi" ilə oyunun heyətinə əlavə edilməyib.

2-12-2020, 17:06 | Qarabağla bağlı UNESCO-ya müraciət edən Rusiya mədəniyyət xadimləri Azərbaycana dəvət edildi


Qarabağla bağlı UNESCO-ya müraciət edən Rusiya mədəniyyət xadimləri Azərbaycana dəvət edildi

Azərbaycan Mədəniyyət nazirinin birinci müavini, nazirin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov Qarabağda yerləşən xristian irsinin qorunmasına və bu irsin UNESCO-nun Dünya irsi siyahısına salınmasına kömək göstərilməsi ilə bağlı UNESCO-ya müraciət edən Rusiyanın mədəniyyət xadimlərinə məktub göndərib.

Nazirlikdən milli.az-a verilən məlumata görə, Rusiyanın ictimai xadimlərinin Dağlıq Qarabağda və ətraf rayonlarda erməni işğalı zamanı çoxsaylı müsəlman irsi abidələrinin dağıdılmasına baxmayaraq, müraciətdə yalnız xristian irsi haqqında bəhs edilməsi, eləcə də Azərbaycan ərazisindəki bütün tarixi, mədəni, dini irsin heç bir ayrı-seçkilik qoyulmadan dövlət tərəfindən qorunması və hökumətin bu məsələyə çox ciddi yanaşması nəzərə alınmayaraq, müraciətin birbaşa UNESCO-ya ünvanlanması onun qərəzli və məqsədli şəkildə hazırlandığını və ölkəmizə qarşı qarayaxma kampaniyasının bir hissəsi olduğunu göstərir.

Məktubda öncə Ermənistan tərəfindən uzun müddət işğal altında saxlanılmış Azərbaycan ərazilərində mədəni irsimizin dağıdılması, əksər hallarda həm müsəlman, həm də xristian irsinin məhv edilməsi haqqında məlumatlar əks olunub. Eyni zamanda Azərbaycanın müxtəlif şəhərlərində yerləşən həm dini (müsəlman, xristian, yəhudi), həm də mədəni irsin dövlət tərəfindən qorunması ilə bağlı faktlar diqqətə çatdırılıb.

Bundan əlavə, rusiyalı mədəniyyət xadimlərinə qeyd etdikləri narahatçılıqla bağlı Azərbaycan Hökumətinə deyil, birbaşa UNESCO-ya müraciət ünvanlamalarına görə irad bildirilib və onlara erməni təbliğatının qurbanı olmamaq tövsiyə edilib.

Məktubun sonunda müraciəti imzalamış mədəniyyət xadimləri işğaldan azad olunmuş ərazilərdə 30 ilə yaxın davam etmiş dağıdıcılıq və talançılığın nəticələrini, həmçinin ölkəmizdə mədəni irsə necə qayğı göstərildiyini görmək üçün Azərbaycana dəvət olunublar.

Qeyd etmək lazımdır ki, UNESCO-ya göndərilən müraciət bir sıra tanınmış şəxslər və mədəniyyət xadimləri tərəfindən də birmənalı qarşılanmayıb və çoxsaylı tənqidə məruz qalıb.

2-12-2020, 16:57 | TƏBİB koronavirusdan evdə müalicə olunanlara xəbərdarlıq edib

TƏBİB koronavirusdan evdə müalicə olunanlara xəbərdarlıq edib

Ev şəraitində müalicə olunan COVİD xəstəsi ailə üzvləri üçün real infeksiya mənbəyidir.

Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə TƏBİB-in nümayəndəsi, Tibb Universitetinin professoru Akif Qurbanov deyib.

Onun sözlərinə görə, ailə üzvləri həmin xəstədən özünü qorumalıdır: "Ev şəraitində müalicə olunan şəxs ailə üzvlərindən təcrid olunmalıdır. Həmin şəxs həkim məsləhətlərinə ciddi əməl etməlidir ki, ailə üzvləri yoluxmasın. Əks halda infeksiya ailə üzvlərinə yoluxa bilər. Bu prosesə nəzarət edilməlidir".Trend

30-11-2020, 11:48 | Bill Qeyts unikal unitaz nümayiş etdirib

Bill Qeyts unikal unitaz nümayiş etdirib

"Microsoft" kompaniyasının banilərindən biri olan Bill Qeyts son illər fəaliyyəti sanitariya sahəsində yeni texnologiyaların hazırlanmasına yönələn tədqiqat fonduna daha çox diqqət ayırır.

Alim və mühəndislərin son uğuru su və kanalizasiyanın lazım gəlmədiyi unikal tualet olub.

Bill Qeyts son zamanlar sanitariya məsələləri ilə daha çox maraqlanmağa başlayıb. Onun kompaniyası bununla bağlı ciddi problemlərin olduğu ölkələr üçün nəzərdə tutulan maraqlı layihələr nümayiş etdirib. Bill Qeyts bu yaxınlarda Çində suya ehtiyacı olmayan ayaqyolunun təqdimatını keçirib. Həmin unitazı kanalizasiyaya qoşmağa gərək yoxdur. Belə ki, unitaz insan ifrazatını xüsusi kapsula yığır, sonradan isə kənd təsərrüfatı üçün gübrəyə çevirir.

Unitazı "Microsoft" kompaniyasının qurulduğu və kütləvi kompüterləşmənin başladığı 70-ci illərin texnoloji inkişafı ilə müqayisə edən Bill Qeyts bu layihə üzərində çalışmaların illərlə sürdüyünü və artıq bazara çıxmağa hazır olduğunu bildirib. Onun sözlərinə görə, yaxın on illər ərzində tullantıların bu cür utilizasiyası dünyanın bütün ev təsərrüfatlarını "zəbt" edəcək. Elmi-texniki inkişaf sayəsində böyük təmizləyici stansiyalara da ehtiyac qalmayacaq.

Bill Qeytsin əsasını qoyduğu xeyriyyə fondu son yeddi ildə insan ifrazatını suya, yanacağa və gübrəyə çevirmək imkanlarının tədqiqi ilə məşğul olan tədqiqat layihələrinə 200 milyon dollar vəsait yatırıb. Fondun ekspertlərinin hesablamalarına görə, antisanitariya hər il 5 yaşına qədər yarım milyon uşağın ölümünə səbəb olur, həmçinin dünya iqtisadiyyatını 233 milyard dollar əlavə maliyyə xərcləri ilə yükləyir.

������������ ������� DLE ������� ��������� ��� dle.
���������� ���� ������ ��� ��������� ������.
����������� �������� ������� � �������� ������.
����������� �������� ������������ ��� �������� ����.
������ ����� �������� ��������� ����� ������.
����� ���������� �� ���� ��� ���� � ��� �����.