9-02-2024, 08:57 | “Hər insan şan-şöhrətə dözə bilmir” - Qurban Qurbanov

"Sevinirəm ki, "Qarabağ"da olan futbolçulara kənardan maraq var. Amma ümumən bəzi futbolçulara görə narahatam. Çünki, hər insan şan-şöhrətə dözə bilmir. Bəzi oyunçuların oyununa, həyat tərzinə əks-təsir edir".
Bunu Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov deyib.
Təcrübəli mütəxəssis bildirib ki, bəzi futbolçular isə bunu normal qəbul edir:
"Düşünürlər ki, klubumla müqaviləm var. Bəzilərinə ona görə mənfi təsir edir ki, ona kənardan məsləhət verənlər çoxdur. O qədər şahidi olmuşam ki, istedadlı oyunçuların karyeralarına son qoyanlar olub. Onların yaxın dostları, ətrafı sanki oyunçunu çox istəyir, biz istəmirik. Elə dilli-dilavər menecerlər olur ki, gündə zəng edirlər. Futbolçu da fikirləşir ki, düz deyirlər. Kimə görə narahat olmuşamsa, demək olar ki, onların karyerası bitib. Biz heç kimin karyerasına zərbə vurmaq istəmirik. Hamının burada inkişafını düşünürük. Futbolçu qarşısına legioner həyatı yaşamaq məqsədi qoyur. Amma bunu da gərək edəsən. Hər şey mənim istədiyim kimi olsaydı, işləməyə nə var idi ki? Bəzən belə kaprizləri görürəm. Bunu da yavaş-yavaş yoluna qoyuruq".
9-02-2024, 08:56 | Futbol tarixində ilk: Mavi kart da olacaq...

Futbolda yeni qayda tətbiq olunacaq.
axar.az-a istinadən xəbər verir ki, yeni qəbul edilən qərara əsasən, hakimlərlə lazımsız mübahisələrə və taktiki qayda pozuntularına görə oyunçulara mavi vərəqə göstəriləcək.
Mavi kartı aldıqdan sonra oyunçu 10 dəqiqə meydandan kənarlaşdırılacaq.
Yeni qaydanın tezliklə gənclər və qadınlardan ibarət komanda turnirlərində, eləcə də aşağı liqalarda tətbiqinə başlanılacaq.
Sözügedən qaydanın İngiltərə Kubokunda artıq tətbiq olunacağı istisna edilmir.
2 mavi və ya 1 mavi, 1 sarı kart ilə cəzalanan futbolçu qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılacaq.
8-02-2024, 08:59 | “Nezavisimaya qazeta”: Azərbaycan seçiciləri Qarabağa görə İlham Əliyevə yüksək faizlə təşəkkür etdilər

Fevralın 7-də Azərbaycanda keçirilən növbədənkənar prezident seçkiləri hazırkı dövlət başçısı İlham Əliyevin son dərəcə inamlı qələbəsi ilə başa çatıb.
Bu barədə Rusiyanın "Nezavisimaya qazeta" nəşrinin məqaləsində deyilir.
Qeyd olunur ki, Azərbaycan seçiciləri Qarabağa görə İlham Əliyevə yüksək faizlə təşəkkür ediblər.
Ölkə tarixində ilk dəfə səsvermənin Qarabağ da daxil olmaqla onun bütün ərazisində keçirilməsi nəticəni əvvəlcədən müəyyənləşdirib. Seçicilərin 92 %-dən çoxu Azərbaycanın ərazi bütövlüyünü bərpa etməyə nail olmuş Prezidentə səs veriblər.
Bildirilir ki, artıq digər ölkələrdən olan həmkarları İlham Əliyevi qələbə münasibətilə təbrik etməyə başlayıblar. Ekspertlər, müşahidəçilər və seçki komissiyalarının nümayəndələri 76,7 faiz seçici fəallığının son dərəcə yüksək olduğunu və məhz Prezident İlham Əliyevin bu təsirli nəticəyə nail olduğunu qeyd ediblər.
"7 fevral seçkisinin əsas özəlliyi ondan ibarətdir ki, proses Azərbaycan tarixində ilk dəfə olaraq bütün ölkə ərazisində, o cümlədən 44 günlük müharibə nəticəsində işğaldan azad olunan Qarabağda keçirilib. Həmin ərazilərdə ümumilikdə 26 seçki məntəqəsi yaradılıb. Təsadüfi deyil ki, İlham Əliyev ailəsi ilə birgə Qarabağın Xankəndi şəhərinə gələrək orada 122 saylı seçki dairəsinin 14 saylı yerli seçki məntəqəsində səs verib", - məqalədə vurğulanır.
Diqqətə çatdırılır ki, prezident seçkilərində digər namizədlər olsa da, favorit öncədən bəlli idi.
"Seçki kampaniyası 22 gün davam etdi və həm yerli sakinlərin, həm də ölkəyə gələn beynəlxalq müşahidəçilərin qeyd etdiyi kimi, son dərəcə sakit keçdi", - məqalədə qeyd olunur.
report.az-
8-02-2024, 08:56 | Qətər millisi İrana qalib gələrək Asiya Kubokunun finalına yüksəlib

Fevralın 7-də keçirilən Asiya kubokunun yarımfinal oyunu Qətər millisinin qələbəsi ilə başa çatıb.
Qətər komandası İran yığması üzərində 3:2 hesabı ilə əzmkar qələbə qazanıb.
Qətərlilər 17-ci dəqiqədə Yassem Jaber Abdulsallam, 43-cü dəqiqədə Əkrəm Afif və 82-ci dəqiqədə Abdullah Almoez Əlinin qolları ilə qələbə qazanıb.
İran millisinin heyətində Serdar Azmun oyunun 4-cü dəqiqəsində, Əlirza Cahanbaxş isə 51-ci dəqiqədə penaltidən fərqlənib. İkinci hissədə komanda Şoca Xəlilzadəni itirib - futbolçu meydandan qovulub.
8-02-2024, 08:31 | Kot-d'İvuar və Nigeriya yığmaları Afrika kubokunun finalında oynayacaqlar

Kot-d'İvuarın futbol yığması Afrika Millətlər Kubokunun yarımfinal matçında Konqo Demokratik Respublikası komandasını 1:0 hesabı ilə məğlub edib.
Turnir Kot-d'İvuarda keçirilir.
Qarşılaşmadakı yeganə qolu 65-ci dəqiqədə hücumçu Sebastyan Aller vurub.
Finalda Kot-d'İvuar komandası digər yarımfinal matçında Cənubi Afrika Respublikasını məğlub etmiş Nigeriya komandası ilə qarşılaşacaq. Matçın əsas və əlavə vaxtı 1:1 hesablı bərabərliklə başa çatıb, penaltilər seriyasında nigeriyalılar 4:2 hesabı ilə qalib gəlib.
Yarımfinalda məğlub olanlar fevralın 10-da baş tutacaq üçüncü yer uğrunda görüşdə qarşılaşacaqlar. Final bir gün sonra baş tutacaq.
Afrika Kuboku əvvəlcə 2023-cü ildə keçirilməli idi, lakin hava şəraitinə görə 2024-cü ilə təxirə salınıb. Sonuncu dəfə turnir 2022-ci ildə keçirilib, həmin vaxt Seneqal komandası qalib gəlib.
8-02-2024, 08:26 | Qulağını dişlədiyi Holifildlə görüşdü

Əfsanəvi amerikalı boksçu Mayk Tayson iki çəki dərəcəsində keçmiş mütləq dünya çempionu Evander Holifildlə görüşüb.
57 yaşlı boksçu karyerasında əsas rəqiblərindən biri ilə fotosunu sosial şəbəkədə yerləşdirib və dünya boks tarixinə əbədi yazılacaq əfsanəvi epizodu xatırladıb.
Tayson yazıb: "Biz dişləmə döyüşündən bəri çox yol qət etmişik".
"Mən səni sevirəm, Mayk", - Holifild cavab verib.
Mayk Tayson və Evander Holifild boks rinqində iki dəfə qarşılaşıblar. İlk döyüş 1996-cı ilin noyabrında baş tutub və Taysonun 11-ci raundda texniki nokautla məğlub olması ilə yekunlaşıb. Bu döyüşdə Tayson karyerasında ikinci məğlubiyyətini alıb və WBA dünya çempionu titulunu itirib.
1997-ci ilin iyununda onlar arasında böyük qalmaqalla nəticələnən revanş qarşılaşması baş tutub. Üçüncü raundda Tayson klinç zamanı Holifildin sağ qulağının bir hissəsini dişləyib və onu rinqin döşəməsinə tüpürüb. Nəticədə hakimlər döyüşü dayandıraraq Taysonu diskvalifikasiya edib və qələbəni Holifildə veriblər. "Dəmir Mayk" üç milyon dollar cərimələnib və il yarım boksdan uzaq qalıb.
Karyeralarını bitirdikdən sonra Tayson və Holifild arasında isti və dostluq münasibətləri yaranıb. Keçən ilin aprelində onların yenidən rinqə çıxa və Səudiyyə Ərəbistanında sərgi döyüşü keçirə biləcəkləri bildirilmişdi.
lent.az-
23-01-2024, 14:52 | "Real"dan unikal nailiyyət

"Real Madrid" La Liqanın 21-ci turunun matçında "Almeriya" üzərində əzmkar qələbə qazanıb - 3:2.
Bu qələbə ilə "Real" doğma stadionu "Santiago Bernabeu"da 1000 matçda qalib gələn ilk La Liqa klubu olub. Jurnalist Pedro Martin X (keçmiş Twitter) sosial şəbəkəsində yazır ki, bundan əvvəl İspaniya çempionatında heç bir klub belə həddi aşa bilməyib.
"Valensiya" "Mestalya"da 906, "Barselona" isə "Kamp Nou"da 889 qələbə qazanıb.
Hazırda İspaniya Primerasında keçirilən 19 matçdan sonra "Real Madrid" 48 xalla ikinci pillədə qərarlaşıb. 20 oyundan sonra çempionatın lideri 49 xalı olan "Jirona"dır.
5-01-2024, 13:01 | İngiltərə klubu "Latsio"nun yarımmüdafiəçisi ilə maraqlanır

İngiltərənin "Aston Villa" klubu İtaliya təmsilçisi "Latsio"nun yarımmüdafiəçisi Felipe Andersonla maraqlanır.
"Aston Villa" 30 yaşlı braziliyalını 2024-cü ilin yayında azad agent kimi transfer etmək istəyir.
Futbolçunun hazırkı komandası ilə müqaviləsinin müddəti iyunun sonunda bitəcək.
Qeyd edək ki, Felipe Anderson 2021-ci ilin iyulundan "Latsio"nun formasını geyinir. Yarımmüdafiəçi 2023/2024 mövsümündə 1 qol vurub, 6 məhsuldar ötürmə edib.
30-12-2023, 08:22 | Qərbi Azərbaycan Xronikası: “Urud camaatı Qarabağda məskunlaşmaq istəyirdi, imkan vermədilər”

Bu gün Baku Tv-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu "Həyat Hekayəsi" verilişinin növbəti buraxılışı hazırlanıb.
Respublica.Az xəbər verir ki, "Anam 1918-ci il qaçaqaçında yolda doğulub" adlı buraxılış Zəngəzur mahalının, Qarakilsə (Sisiyan) rayonunun Urud kənd sakini Elşad Qurbanovun həyat hekayəsinə həsr olunub.
O, doğulub boya-başa çatdığı, gözəl təbiəti, iqlimi olan, dağlarla əhatə olunan kəndin qədim tarixə maılik olduğunu, uşaqlıq illərində yaşadığı gözəl anları, dağlarda, yaylaqlarda, meyvə bağlarında və bulaq başında keçirdiyi maraqlı günləri, uşaq vaxtı oynadıqları milli oyunları, Novruz bayramının təmtəraqlı keçirildiyini xatırladıb.
E.Qurbanov orta məktəb müəllimlərini unutmadığını, hər gün üç kilometr yarım yolu soyuq, qarlı havada qonşu kəndə oxumağa getdiyini deyib: "İndi məni ora dartan qüvvə var. İnsanlar yaşlaşdıqca Vətənə doğru meyllənir. Adət-ənənəsi, gözəl təbiəti olan, tarixi abidəsi olan yerlərə insanı istər-istəməz cəlb edir, getmək istəyirsən. Ora qayıdanda ilk olaraq qəbiristanlığa gedib ağır seyid olan Mir İsmayıl Ağanın dağıdılmış məqbərəsini ziyarət edəcəyəm".
Urud kənd sakini 1918-ci il qırğınlarından danışaraq kövrəlib: "O vaxt ata babamı ermənilər öldürüblər. Anam 1918-ci il qaçaqaçı zamanı Laçın yolunda doğulub və anası uşağı qoyub gedib. Sonradan onu kimlərsə gəlib aparıb. 1918-ci ildəki deportasiya bizim ailəmizdən yan keçməyib. Ən ağır deportasiyalardan biri olub. Andranik o vaxt Türkiyədən qaçıb İrəvan istiqamətinə, Naxçıvana, o tərəfdən Zəngəzura gəlib və Azərbaycan əhalisinin xeyli qırğınına səbəb olub".
Onun sözlərinə görə, 1988-ci ildə doğma yurddan məcburən çıxarılıblar: "Saqqallı erməni silahlı dəstələrinin Qərbi Azərbaycanda xeyli fəsadlar törədir, maşınları yandırır, insanları öldürür və kəndlərə hücumlar edirdilər. Biz məcburən 1988-ci ildə Füzulinin Govşatlı kəndinə getdik, valideynlərim 1992-ci ilin martına qədər orada məskunlaşdılar. Mart ayında Fizuli erməni işğalçıları tərəfindən işğal olundu və oradan Bakı şəhərinə gəldik".
Ətraflı
E.Qurbanov sonda doğma kəndə qayıdacağına əmin olduğunu bildirib: "2022-ci ilin dekabrın 24-də Prezident ad günündə Qərbi Azərbaycan İcmasının binasının açılışında dedi ki, biz Qərbi Azərbaycana, ata-baba torpaqlarımıza qayıtmalıyıq və qayıdacayıq. Ona görə inanıram ki, mütləq qayıdış olacaq. Çox inanıram ki, oranı görəcəm, gedib orada yaşayacam. Ona görə tam inanıram ki, həmin yerllərə qayıdacağıq. Mənim orada çox şirin anlarımı yenidən yaşamaq istərdim".
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Veriliş dekabrın 29-da saat 19:30-da Baku Tv-nin efirində və YouTube kanalında yayımlanıb.
Respublica.Az
29-12-2023, 14:14 | XİN-in prezident seçkiləri ilə bağlı dəvət göndərdiyi beynəlxalq təşkilatların adları - SİYAHI

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) prezident seçkiləri ilə bağlı hansı beynəlxalq təşkilatlara dəvət göndərdiyi məlum olub.
Respublica.Az xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq XİN-dən bildirilib.
Vurğulanıb ki, beynəlxalq təşkilatlara dəvət məqsədilə Xarici İşlər Nazirliyi tərəfindən Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu, Müstəqil Dövlətlər Birliyi, İslam Əməkdaşlıq Təşkilatı, Şanxay Əməkdaşlıq Təşkilatı, Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat (GUAM), Türk Dövlətləri Təşkilatı və Qoşulmama Hərəkatının Gənclər Təşkilatına müvafiq notalar göndərilib.
Qeyd edək ki, gələn il fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək.
Respublica.Az