25-11-2020, 12:07 | TƏBİB rəsmisi koronavirusa yoluxdu

TƏBİB rəsmisi koronavirusa yoluxdu

TƏBİB-in ictimaiyyətlə əlaqələr və PR-marketinq şöbəsinin məsləhətçisi Elnarə Baxış koronavirusa yoluxub. Onun COVİD-19-a görə verdiyi test nəticəsi pozitiv çıxıb.

E.Baxış Trend-ə bildirib ki, hazırda ev şəraitində müalicə olunur.

25-11-2020, 11:16 | Kəlbəcər 27 il sonra həqiqi sahiblərinə qovuşur - Türkiyə Müdafiə Nazirliyindən paylaşım - FOTO

Kəlbəcər 27 il sonra həqiqi sahiblərinə qovuşur - Türkiyə Müdafiə Nazirliyindən paylaşım - FOTO

Türkiyə Milli Müdafiə Nazirliyi Kəlbəcər rayonun işğaldan azad edilməsi münasibəti ilə "Twitter" səhifəsində paylaşım edib.

Paylaşımda deyilir:

"Qəhrəman Azərbaycan ordusu Qarabağda qazandığı böyük zəfərdən sonra əldə edilən razılaşma əsasında Ağdamdan sonra Kəlbəcərə daxil olub. Kəlbəcər 27 il sonra həqiqi sahiblərinə qovuşur. Şanlı Ay-ulduzumuz indi də azan səsləri ilə birlikdə Kəlbəcərdə dalğalanacaq".










25-11-2020, 10:33 | Türkiyə səfirliyi Azərbaycanı təbrik etdi

Türkiyə səfirliyi Azərbaycanı təbrik etdi


Türkiyənin Azərbaycandakı səfirliyi Kəlbəcərin ölkəmizə təhvil verilməsi ilə bağlı xalqımıza təbrik ünvanlayıb.

Bu barədə səfirliyin “Facebook” hesabında qeyd olunur:

“Kəlbəcərin işğaldan qurtarılması və Azərbaycan torpaqlarına yenidən qatılmasına vəsilə olmasına görə Azərbaycan ordusunu və xalqını ürəkdən təbrik edirik”.


24-11-2020, 06:40 | Koronavirusa yoluxan şəxs azı 6 ay ərzində... - Araşdırma

Koronavirusa yoluxan şəxs azı 6 ay ərzində... - Araşdırma

COVID-19-a yoluxan şəxsin azı 6 ay ərzində yenidən virusa yoluxma ehtimalı çox aşağıdır.

Bu barədə Oksford Universitetinin alimləri araşdırma aparıb.

Universitet tərəfindən səhiyyə işçiləri üzərində aparılan tədqiqat aprel-noyabr ayları arasında 30 həftəlik bir dövrü və 12 min tibb personalını əhatə edib.

Bu müddət ərzində 11 min 52 səhiyyə işçisindən 89-da simptomları olan koronavirus aşkar edilib. Bədənləri antikor istehsal edən 1246 şəxsin bu müddət ərzində bir daha xəstəliyə yoluxmadığı müşahidə edilib.

Universitetin professoru David Eyre bunun müsbət hal olduğunu bildirib: "Bu, həqiqətən yaxşı xəbərdir. Əmin ola bilərik ki, COVID-19 testinin nəticəsi müsbət olan insanların əksəriyyəti ən azından qısa müddətdə bir daha xəstəliyə yoluxmayacaq", - o qeyd edib. (publika.az)

17-11-2020, 06:05 | Şaftalı və ərik bu xəstəliklərə DƏRMAN İMİŞ



Şaftalı və əriyin kimlər üçün təhlükəli olduğu açıqlanıb.

Həkim-diyetoloq İnna Kononenko adıçəkilən meyvələrin kaloriliyi hər 100 qram üçün 45 kalori təşkil etdiyini deyib.

O söyləyib ki, ona görə də şaftalı və əriyi gündəlik 200-300 qramdan çox olmayaraq yemək lazımdır. Belə ki, şaftalı və əriyin həddindən artıq istehlakı artıq çəkiyə yola aça bilər.

Mütəxəssis bildirib ki, şəkər xəstələri, artıq çəkiyə malik, həmçinin mədəsində turşuluq dərəcəsinin yüksək olduğu insanlara bu meyvələri yemək tövsiyə olunmur. Bundan başqa, bunlar həm də pankreatit, qastritom və digər mədə-bağırsaq xəstəliklərindən əziyyət çəkənlər üçün zərərlidir.

Bununla belə, diyetoloq meyvələrin xeyirindən də bəhs edib. O vurğulayıb ki, ərik və şaftalıda böyük miqdarda maqnezium və kalium, həmçinin antioksidant və flavanoid mövcuddur. Birincilər stress və qıcolma, ikincilər isə onkoloji xəstəliklərlə mübarizəyə töhfə verir. (publika.az)

17-11-2020, 06:01 | Hansı vitamin çatışmazlığı saç ağarmasına səbəb olur?



Yaşlandıqca saç rənginizin ağarması normaldır. 20 yaşlardakı gənclərdə, hətta yetkinlik yaşındakılarda da qarşımıza çıxa bilər. Saç ağarmasının bir çox səbəbləri vardır. Bunlardan biri də vitamin çatışmazlığıdır.

Araşdırmanı təqdim edirik:

Hansı vitamin çatışmazlığı saçları ağardır?

B6, B12, biotin, D vitamini və ya E vitamini əksiklikləri saçların daha tez ağarmasına səbəb olur.

Saç ağarmasının qarşısını almaq olarmı?



Saç ağarmasının qarşısını almaq sadəcə səbəbə bağlıdır. Səbəb genetikdirsə, rəng dəyişikliyinin qarşısını almaq mümkündür. Əgər sağlamlığınızdan şübhələnirsinizsə, bunun əsas səbəbini mütəxəssislə araşdırmaq lazımdır.

Mütəxəssislər bildirirlər ki, saçın piqmentasiyası geri qayıda bilər, amma bunun da qarantisi yoxdur. (medicina.az)

17-11-2020, 05:57 | SARS-CoV-2 virusunu məhv edən içkilər

SARS-CoV-2 virusunu məhv edən içkilər


Almaniyalı alimlər yaşıl çay, nar və mərcanı şirələrinin COVID-19 inkişafına səbəb olan SARS-CoV-2 virusunu məhv etmək potensialına sahib olduqlarını aşkarlayıblar. Təcrübə zamanı şirə və çay laboratoriya şəraitində infeksiyasının hüceyrə inkişafının qarşısını alıb. Tədqiqatçılar bu maddələri viral hissəciklərlə qarışdıraraq, qrip virusu, 5 tip adenovirus və SARS-CoV-2 əlavə ediblər.

Müşahidə otaq temperaturunda davam edib.

Müəyyən edilib ki, quş armudu şirəsi virus hissəciklərinin fəallığını təxminən 3 min dəfə, eyni zamanda, nar və gəndalaş şirəsi, həmçinin yaşıl çay bu fəallığı 10 dəfə azaldır. Ekspertlər müxtəlif şirələr və çayların vasitəsilə donuz qripinə təsir ediblər. Şirənin bütün növləri yalnız 5 dəqiqə ərzində virusların 99 faizini təsirsiz hala gətiriblər.

Araşdırmanın müəllifləri virusun ağız boşluğundan ağciyərlərə nüfuz etməsinin qarşısını almaq üçün insanlara ağızlarını mütəmadi olaraq yaşıl çay və qeyd olunan şirələrlə yaxalamağı məsləhət görürlər.

17-11-2020, 05:53 | Koronavirusun kişilərdə fəsadı

Koronavirusun kişilərdə fəsadı


COVİD-19-a yoluxan kişilərdə sonsuzluq meydana çıxa bilər.

Bu barədə rusiyalı həkim, uşaq və yeniyetmə ginekologiyası üzrə əsas mütəxəssis Yelena Uvarova deyib.

"Bu gün koronavirusla bağlı olaraq sonsuzluq xüsusi ilə kişilər arasında artıb".

Onun sözlərinə görə, virusa yoluxan kişilərdə sperma keyfiyyəti 38 faizə kimi azalır. Ümumiyyələ pandemiya dövrendən öncə də müasir kişilrəd bu göstərici o qədərdə ürəkaçan deyildi. (medicina.az)

17-11-2020, 05:50 | Yağlı qida COVID-19-dan sağalmaq üçün zəruridir

Yağlı qida COVID-19-dan sağalmaq üçün zəruridir


Dünyada hər gün yüz minlərlə insan koronavirusa yoluxur və təqribən eyni sayda insan bu xəstəlikdən sağalır. Təbii ki, bu prosesin sürətləndirilməsi üçün insanların qida məhsullarına xüsusi diqqət yetirməsi çox vacibdir.

Mütəxəssislərin fikrincə, koronavirusa yoluxan xəstələrin pəhriz yeməklərinə heyvan və bitki mənşəli faydalı yağların əlavə olunması zəruridir. Məsələn, avokado.

Avokado bu sahədə ən qiymətli meyvələrdən sayılır.

Kətan, zeytun və kərə yağı da daxil olmaqla müxtəlif növ yağlara xüsusi diqqət yetirilməlidir. Ancaq koronavirusun müalicəsi zamanı sağalma prosesini ləngidən və bədəni zəiflədən şirin məhsullardan, xəmirli yeməklərdən və buna bənzər digər kulinariya məhsullarından tamamilə imtina edilməlidir. COVID-19-a yoluxan zaman bu məkrli patogendən daha tez xilas olmaqdan ötrü biz hamımız immunitet sisteminin güclənməsinə kömək etməliyik.
Koronavirusa yoluxanlar zülallı məhsullara toyuq, balıq və krevetlərə, müxtəlif növ dənli bitkilərə, meyvə və tərəvəz salatlarına üstünlük verməlidir. O cümlədən göyərti xəstənin masasından mütləq əskik olmamalıdır. Ümumiyyətlə, yaxşı iştaha onu göstərir ki, xəstənin vəziyyəti davamlı olaraq sağalmağa doğru gedir.

17-11-2020, 05:47 | Sürətlə arıqladan ƏN SAĞLAM QİDALAR - FOTO

Sürətlə arıqladan ƏN SAĞLAM QİDALAR - FOTO


Artıq çəki bəzi insanlar üçün sadəcə görünüş baxımından problem olsa da, bəziləri üçün xəstəlik xəbərçisidir.

Buna görə də sürətli çəki itirilməsi vacib olur. Bu anlamda pəhriz siyahılarının başında lif qaynağı olan qida maddələri yer alır.

Mütəxəssislərin fikrincə, bu qidalar yağı sürətlə əridib bir çox xəstəliklərə qarşı müqavimət hazırlayır.

Lifli qidalar ürək xəstəliyi riskini 9% azaldır. Hər gün 7 qram lif qəbul edirsinizsə, insult riskiniz də 7% azalır.

Həmin qidaların siyahısı belədir:

Yaşıl fıstıq

Portağal

Əncir qurusu

Kakao

Bulqur

Qarğıdalı

Buğda

Yulaf

Badam

Şirin kartof

Banan


Brokkoli

Yaşıl noxud

Avokado

Nar

Alma

Armud

Tut

Böyürtkən

Kokos

Çuğundur suyu

Badımcan

Kərəviz

Kəpəkli makaron. (publika.az)

[

������������ ������� DLE ������� ��������� ��� dle.
���������� ���� ������ ��� ��������� ������.
����������� �������� ������� � �������� ������.
����������� �������� ������������ ��� �������� ����.
������ ����� �������� ��������� ����� ������.
����� ���������� �� ���� ��� ���� � ��� �����.