17-02-2020, 13:38 | BDU-da yeni mətbuat katibi

Bakı Dövlət Universitetinə yeni mətbuat katibi təyin olunub.
Universitetin Jurnalistika fakültəsinin müəllimi Günel Orucəliyeva BDU-nun Mətbuat-informasiya şöbəsinin müdiri vəzifəsinə təyin edilib.
Qeyd edək ki, daha öncə BDU-nun mətbuat xidmətinin rəhbəri Pərvanə İbrahimova idi.
17-02-2020, 12:36 | AZE Nakhcivan-Köln SK Futbol Klubu rəsmən fəaliyyətə başladı - FOTO

Almanyanın Köln şəhərində fəaliyyət göstərən AZE Nakhcivan-Köln SK Futbol Klubunun açılış mərasimi keçirilib.
klubun bazasında baş tutan açılış mərasiminə Türkiyə mediası da diqqət ayırıb. Tədbirdə Türkiyə və Azərbaycanın idman sahəsində işbirliyinin önəmi vurğulanıb. Klubun prezidenti Aydın Karaca açılış mərasimində çxışında Almanyada yeganə Azərbaycan klubunun açılışını həyata keçirməkdən məmnunluğunu ifadə edib:
"Biz Türkiyə türkləri Azərbaycanın qardaş toplumu olduğumuz üçün idman sahəsindəki bilgi və təcrübəmizi onlarla paylaşmaq istəyirik. Hədəfimiz uşaq futboluna diqqət ayırmaq, peşəkar və səviyyəli gənc futbolçular yetişdirməkdir. Azərbaycanlı övladlarımızın yüksək səviyyəli futbolçu olaraq yetişməsi bizim üçün vacib məsələdir. Çalışırıq ki, azərbaycanlı istedadlar daha yüksək səviyyəli məşq prosesindən keçsin. Uşaqlarımızın inkişaf etməsi və onların səslərinin Avropanın adlı-sanlı klublarından gəlməsi bizim üçün qürurdur".
Dünya Azərbaycanlıları Assambleyasının rəhbəri və AZE Nakhcivan-Köln SK Futbol Klubunun vitse-prezidenti Rəşad Qulilyev Avropadakı Azərbaycan türklərinin bir futbol klubu olmadığı üçün bu qərarı verdiklərini bildirib. Rəşad Quliyev klubun adının Naxçıvan olmasını xüsusi olaraq istədiklərini ifadə edib: "Bilirsiniz ki, Naxçıvan Türkiyə ilə sərhəddə muxtar respublikadır. Naxçıvanı və Naxçıvanın timsalında Azərbaycanı Avropada tanıtmaq, eyni zamanda Azərbaycan futboluna dəstək vermək üçün bu klubun açılmasına qərar verdik. Bilirsiniz ki, Almaniya futbolu reytinqinə görə dünyada 3-cü yerdədir. Burada uşaq futboluna fərqli yanaşma var. Hesab edirəm ki, Almaniya məktəbinin xüsusiyyətlərini mənimsəmək Azərbaycan futbolunun inkişafına müsbət təsir edəcək. Çox ciddi planlarımız var. Bu planların həyata keçirilməsi üçün var gücümüzlə çalışacağıq. Bu həm də bir milli məsələdir".
Qeyd edək ki, iki illik fəaliyyətdən sonra açılışı həyata keçirilən AZE Nakhcivan-Köln SK Futbol Klubu rəsmən fəaliyyətə başlayıb.
17-02-2020, 12:33 | “Ekologiya postu” ilə bağlı son qərar verildi

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 7,5 km-dən başlayaraq Xırdalan dairəsi və əks istiqamətdə yenidənqurma işləri sürətlə və keyfiyyətlə davam etdirilir.
APA-ya Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli deyib.
Onun sözlərinə görə, agentlik tərəfindən aparılan yenidənqurma işləri çərçivəsində yol iki hərəkət zolağı enində genişləndirilir:
"Bunun üçün əraziyə kifayət qədər texnika cəlb olunub. İşlər magistral yolda intensivlik nəzərə alınaraq ümumi hərəkətə maneə yaradılmadan aparılır. Layihə boyu hər iki istiqamət üzrə yol kənarında tökmə torpaq hissələri qazılıb çıxarılıb. Sözügedən işlər mövcud körpülərin alt hissəsində də aparılıb. Tökmə torpağın çıxarıldığı hissələr kipləşdirilir, kənarlarında istinad divarı inşa edilir".
Yolun genişləndirilməsi nəticəsində Dövlət Yol Polisinin "Ekologiya postu"nun söküləcəyi və yerinin dəyişdiriləcəyi barədə yayılan məlumatları APA-ya şərh edən BDYPİ-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev bildirib ki, yolun genişləndirilməsi ilə əlaqədar "Ekologiya postu"nun ərazisinin yol istiqamətinə düşən hissəsi söküləcək:
"Postun ərazisi bir az geriyə çəkiləcək. Postun tam söküləcəyi ilə bağlı məlumatlar isə yanlışdır. Hələlik postun ərazisində söküntü işlərinə başlanmayıb".
17-02-2020, 12:15 | "Real" qələbəni əldən verdi - VİDEO - FOTO

İspaniya La liqasında 24-cü tura yekun vurulub.
Turun son matçında lider "Real" doğma meydanda "Selta"nı qəbul edib. Qarşılaşma 2:2 hesablı bərabərliklə başa çatıb.
24 turdan sonra 53 xal toplayan "Real" turnir cədvəlinin zirvəsindədir. "Barselona" 52 xalla ikinci, "Selta" isə 21 xalla 17-ci yerdədir.
"Real" - "Selta" 2:2
Qollar: Toni Kroos, 52, Serxio Ramos, 65 (pen) - Fyodor Smolov, 7, Santi Mina, 86
12-02-2020, 08:59 | Aktyor yayımı dayandırılan serialından danışdı

Türkiyəli aktyor Tolqa Sarıtaş sonuncu dəfə rol aldığı "Ferhat ile Şirin" serialının final etmədən yayımdan qaldırılması barədə ilk dəfə danışıb.
Aktyor hər ekran işinin uğur qazanmadığını bildirib:
"Çox böyük əmək sərf olunur, işlər qurulur. Onlardan bəziləri uğurlu alınır. Bunu öncədən hesablamaq mümkün olsaydı, bütün seriallar uğur qazanardı".
12-02-2020, 08:55 | Bakı polisi: "Qanunsuz aksiyada 2 nəfərin xəsarət alması ilə bağlı deyilənlər yalandır"

Fevralın 11-də Mərkəzi Seçki Komissiyasının qarşısında keçirilən qanunsuz aksiyada Ərzulla Buludlunun və Rəbiyyə Məmmədovanın xəsarət alması bağlı deyilənlər əsasızdır.
Bakı şəhər BPİ Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, polisin təşəbbüsü ilə hər iki şəxs müvafiq həkim müayinəsindən keçirilib, onlarda hər hansı xəsarət faktı aşkarlanmayıb.
12-02-2020, 08:53 | "Mançester Siti"nin təxirə salınmış oyununun vaxtı açıqlandı

"Mançester Siti"nin İngiltərə Premyer Liqasının 26-cı turundan təxirə salınmış "Vest Hem"lə oyununun vaxtı müəyyənləşib.
Görüş fevralın 19-u keçiriləcək.
Qeyd edək ki, sözügedən qarşılaşma fevralın 9-u keçirilməli idi. Ancaq fırtına səbəbindən oyun təxirə salınmışdı.
10-02-2020, 09:39 | Azərbaycan yığmasına namizəd olan italiyalı “Spal”la müqavilə bağlayır

İtaliya A seriyasında növbəti baş məşqçi istefası "Spal"da gerçəkləşəcək.
, Leonardo Sempliçinin vəzifəsindən göndəriləcək.
XXIII turun "Sassuolo" ilə matçındakı 1:2 hesablı məğlubiyyətdən sonra sonuncu pillədəki "Spal"ın durumu daha da ağırlaşıb. Bu, klub rəhbərliyini məşqçi dəyişikliyinə vadar edib.
Komandanın yeni çalışdırıcısının adı da bəllidir. Bu vəzifəyə İtaliyanın U-21 yığmasının sabiq baş məşqçisi Luici de Byaco gətiriləcək. Onunla mövsümün sonunadək müqavilə imzalanacaq.
Əgər italiyalı həmkarlarımızın iddiası doğrulsa, Azərbaycan millisinin baş məşqçi postuna 32 nəfərdən ibarət namizədlər siyahısı hazırlayan AFFA daha bir variantı əldən çıxacaq. İtaliyalı A seriyasının autsayderində çalışmağa üstünlük verəcək.
Qeyd edək ki, "Spal" 23 oyundan sonra 15 xalla sonuncu - 20-ci pillədə qərarlaşıb.
10-02-2020, 09:35 | Bu gün Bakıya qar yağacaq, şaxta, güclü külək olacaq

Fevralın 10-da Bakıda və Abşeron yarımadasında fasilələrlə qar yağacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib ki, güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 1-4° şaxta, gündüz 1-3° isti olacaq.
Bakıda gecə 2-4° şaxta, gündüz 1-3° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunundan 773 mm civə sütununa yüksələcək.
Nisbi rütubət gecə və gündüz 75-85% olacaq.
Yolların buz bağlama ehtimalı var.
Azərbaycanın rayonlarında arabir qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Gündüz əksər rayonlarda əsasən yağmursuz, ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 0-5° şaxta, gündüz 1-6° isti, dağlarda gecə 10-15° şaxta, gündüz 3-8° şaxta olacaq. Yolların buz bağlama ehtimalı var.
7-02-2020, 09:29 | Ölüm ayağında "məni bəzəyin" deyən Firəngiz Şərifova haqda MARAQLI FAKTLAR

Aktrisa Firəngiz Şərifova haqqında maraqlı faktları təqdim edir:
Firəngiz Şərifova 6 fevral 1924-cü ildə Bakıda doğulub. Səkkiz yaşında birinci sinifə gedib, rus dilində təhsil alıb. Orta məktəblə yanaşı səkkiz il Bakı Xoreoqrafiya Məktəbində oxuyub.
Atası görkəmli Azərbaycan aktyoru, teatr və kino rejissoru, xalq artisti Abbas Mirzə Şərifzadə1937-ci ildə şəxsiyyətə pərəstiş dövründə haqsız yerə tutularaq xalq düşməni kimi güllələnib. 1956-cı ildə ölümündən sonra ona bəraət verilib. Anası Mərziyyə Davudova uzun illər Akademik Milli Dram Teatrının ən aparıcı aktrisalarından biri olub.
Atası çox istəyirmiş ki, qızı aktyor kimi səhnədə onun yolunu davam etdirsin. Bu səbəbdən də bir gün o, qızının əlindən tutub ailənin yaxın dostu Üzeyir Hacıbəyovun yanına aparır. Onun məsləhəti ilə Azərbaycan Dövlət konservatoriyasının vokal fakültəsinə daxil olub. Beş il konservatoriya təhsili alıb və soprana səsinin peşəkarlıq yönündə formalaşmasına nail olub.
Cəfər Cabbarlının təkidi və atası Abbasmirzənin razılığı ilə səhnədə səkkiz yaşında "Oqtay Eloğlu"nda Sevər və bir az sonra "Sevil"də Gündüz rollarında çıxış edib. 1965-ci ildə vaxtilə işlədiyi yenidən Gənc Tamaşaçılar Teatrına qayıdıb və ömrünün sonunadək oranın aparıcı aktrisası olmuşdur.
Nəvəsi müğənni Eldar Qasımov müsahibələrinin birində deyir: "Nənəm xəstə olanda deyirdi ki, mənə nə dərman, nə də yaşamaq üçün vasitələr lazımdır. Bu həyatda, bu bədəndə mən artıq öz missiyamı itirmişəm. Mən sizə ordan kömək edə bilərəm. Oranın gücləri, burdan güclüdür".
Aktrisa ömrünün son günlərində belə teatra bağlı olub. Sənət dostlarına qarşı dərin sevgisi olub. Onlarla görüşlərin birində isə belə deyib: "Mən sizi çox sevirəm. Çox bağlıyam sizə. Əgər aylarla, illərlə kimisə görmürəmsə, onu bilin ki, həmişə fikrimdəsiniz, həmişə ürəyimdəsiniz. Çünki siz teatrla bağlı insansınız. Mən də teatram. Mən özüm yoxam, heçəm. Səsim Mərziyyənin səsi, nəfəsim Abbasın nəfəsidir."
Xalq artisti Tariyel Qasımov onun haqqında deyir: "Firəngiz xanım dahi sənətkar, çox gözəl insan idi. Həmişə deyirdi ki, mənim bu yerə gəlməyimə səbəb Allahın verdiyi istedad və zəhmətdir. Ölümündən əvvəlki son illərdə teatra da gəlmirdi, istəmirdi xəstə vəziyyətində onu kimsə görsün. Ərköyün deyildi, əksinə yumora meyli olan xanım idi. O düzü-düz, əyrini-əyri deyirdi. Bütün rejissorlar onunla işləmək istəyirdi. Amma onun bacarığından kinoda az istifadə etdilər".
Əməkdar artist Bəhram Osmanov: "Firəngiz Şərifovanın adı gələndə heç vaxt unutmadığım bir hadisəni xatırlayıram. 2006-ci ildə Tatarıstanın paytaxtı Kazan şəhərinə qastrol səfərinə gedəndə orda maraqlı hadisə ilə qarşılaşdım. İllər öncə, tatarların məşhur dramaturqlarından biri Kərim Turçirin Abbas müəllimlə olan görüşlərində Firəngiz xanımın üç yaşında fotosunu çəkib. İllər sonra o həmin şəkli mənə verdi ki, Firəngiz xanıma çatdırım. Firəngiz xanım fotonu görüb sevincindən qəhərləndi. Onlar bizim aktrisaları çox sevirdilər, onlara dəyər verirdilər".
Deyilənə görə çox qürurlu qadın olan Firəngiz xanım danışmağı çox xoşlamırmış. Evinə gələn qonaqlar nə qədər deyib gülsələr də, o, sadəcə dinləməyə üstünlük verirmiş. Amma yeri gələndə hansısa sözü, cümləni deyib hamını güldürməyi bacarırdı.
Deyilənə görə, əri repressiya olunandan sonra Mərziyyə Davudova balaca boxça yığıb. Həmişə evin bir küncündə saxlayırmış ki, indi gəlib onu da aparacaqlar, güllələyəcəklər.
Rəhmətə getməzdən əvvəl hər gün bir orqanı sıradan çıxırmış, xəstəliyi şiddətlənirmiş. Aktrisa son günlər başını qaldıra, uzana bilmirmiş. Çətin günlər yaşayan aktrisa son günlərində belə gümrah danışırdı: "saçımı kəsin, üzümə düşür, bəzəyin, qəşəng görsənmirəm".


















