10-12-2020, 06:11 | "Zəfər" ordeni alan general-polkovniklər

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev Silahlı Qüvvələrin hərbi qulluqçularının təltif edilməsi haqqında sərəncam imzalayıb.
"Zəfər" ordeni ilə ilə təltif olunanlar arasında 5 general-polkovnik də var.
Belə ki, Müdafiə naziri general-polkovnik Zakir Həsənov da təltif olunanlar arasındadır.
Bundan başqa, Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazov, Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev də "Zəfər" ordeni təltif olunub.
Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyevlə Xarici Kəşfiyyat Xidmətinin rəisi general-polkovnik Orxan Sultanov da "Zəfər" ordeninə layiq görülüb.
Müdafiə Nazirliyinin Baş Qərargah rəisinin müavini, general-leytenant Ayaz Həsənov, Hərbi Hava Qüvvələrinin Komandanı general-leytenant Ramiz Tahirov, Müdafiə nazirinin şəxsi heyət üzrə müavini-Şəxsi Heyət Baş İdarəsinin rəisi general-leytenant Kərim Vəliyev, Müdafiə Nazirliyinin Mühəndis istehkam xidmətinin rəisi Anar Kərimov da təltif olunanlar arasındadır.
Bundan başqa, Dövlət Sərhəd Xidmətinin general-mayorları Aqşin Məhərrəmov, Rəsul Tağıyev və Artilleriya qoşunlarının komandanı general-mayor Ağamir Sultanov da "Zəfər" ordeni ilə təltif olunub.
(sfera.az-)
9-12-2020, 07:28 | "COVID-19-a yoluxma sayının artması karantin rejiminin sərtləşdirilməsini zəruri edirdi"

COVİD-19-a yoluxma sayında müşahidə edilən artım tempi karantin rejiminin sərtləşdirilməsini zəruri edirdi.
Bunu Trend-ə tibb üzrə fəlsəfə doktoru Yazgül Abdiyeva deyib.
Onun sözlərinə görə, COVİD-19-a yoluxma hallarının sayının artması ölkədə məhdudlaşdırıcı tədbirlərin gücləndirilməsini tələb edirdi.
Y.Abdiyeva əlavə edib ki, son günlərdə Azərbaycanda bir sutka ərzində qeydə alınan yeni yoluxma hallarının sayı 4000-dən aşağı olmur. Bu isə o deməkdir ki, ölkədə səhiyyə sisteminin üzərinə düşən yük getdikcə artır.
Sərt karantin tədbirlərinin yalnız Azərbaycanda deyil, bir çox dünya ölkələrində tətbiq edildiyini nəzərə çatdıran Y.Abdiyeva hesab edir ki, bir çox rayon və şəhərlərdə hərəkətə məhdudiyyətin qoyulması nəticəsində yoluxma sayının azalması mümkün ola bilər:
"Ümid etmək olar ki, sərt karantinin tətbiq ediləcəyi iki həftə ərzində insanların bir-biri ilə təması azalacaq və bu da sonda yoluxma sayının azalmasına səbəb olacaq".
9-12-2020, 06:30 | Ramil Bayramov: Qələbə hisslərini yaşadan Prezidentə xalq öz sevgisini nümayiş etdirir

Müdriklər demişkən, "xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür". Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, 29 nömrəli Yol İstismarı MMC-nin direktoru Ramil Bayramovdur.
29 nömrəli Yol İstismarı MMC-nin direktoru Ramil Bayramov peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən Ramil Bayramov bu işin müqəddəsliyini qoruyub saxlayır. Ramil Bayramov kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.
Sorğu apardıq ağız dolusu Ramil Bayrovdan danışdılar yaxşı ki, Ramil Bayramov 29 nömrəli Yol İstismarı MMC-nin direktorudur… Ramil Bayramov öz isguzarlığı ilə tanınır və seçilir….
Ramil Bayramov Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

16 noyabr tarixində qələbədən sonra bölgələrə ilk səfərini edən Prezident İlham Əliyev bütün təhlükələrə rəğmən Füzuli və Cəbrayıl rayonlarına səfər etdi və öz qələbə sevincini xalqla bölüşdü. Bölgələrdə Prezidentin izdihamla qarşılanması ölkəmizdə yaşanan xalq-iqtidar birliyi haqqında xəbər verir. Xalqın dəstəyi dövlətin tükənməz gücünün mənbəyidir. İşğaldan azad olunmuş bölgələrdə qəhrəman Prezidentini qarşılayan qalib xalq öz sevgi və etimadını nümayiş etdirdi.
Qazilər ilə görüşdə “Mən hər zaman Sizin yanınızda olacağam”, xalqa müraciətində “Mən hər bir Azərbaycan vətəndaşının Prezidentiyəm” deyən Prezident İlham Əliyev, Füzuli və Cəbrayıl rayonlarına səfəri ilə, eyni zamanda, “Hər bir hərbçinin Ali Baş Komandanı” olduğunu aşkar şəkildə nümayiş etdirmiş oldu. Prezidentin cəbhə bölgəsinə səfəri zamanı Xudafərin körpüsünü ziyarət etməsi xüsusi simvolik məna daşıyır.
Müzəffər ordunun Ali Baş Komandanı Füzuli və Cəbrayıl rayonlarına səfəri zamanı öz nitqində qeyd etdi ki, işğal edilmiş və işğaldan azad olunmuş torpaqlarda düşmən bütün infrastrukturu dağıdıbdır. Bizim şəhərlərimiz demək olar ki, yerlə-yeksan edilibdir və bu, düşmənin vəhşiliyini bir daha göstərir. İndi bütün dünya bunu görəcək. Bütün dünya görəcək ki, biz hansı vəhşi düşmənlə üz-üzə qalmışdıq.
Hazırda münaqişənin siyasi həlli mərhələsidir. Bu mərhələdə də Azərbaycan istədiyinə nail olur və olacaq. Münaqişənin hərbi mərhələsi başa çatıb. Şuşanın azad edilməsi və noyabrın 9-da daha 70-dən çox yaşayış məntəqəsinin işğaldan azad edilməsi münaqişənin hərbi mərhələsinə son qoyub. Mən münaqişənin və İkinci Qarabağ müharibəsinin əvvəlində demişdim, bu gün də bunu böyük qürur hissi ilə bir daha deyirəm ki, məsələnin hərbi-siyasi həll yolları var idi və Azərbaycan bunu döyüş meydanında sübut edib. Biz düşməni məcbur etdik ki, kapitulyasiya aktına imza atsın və beləliklə, bizim bu günə qədər işğal altında qalan Ağdam, Laçın və Kəlbəcər rayonları da yaxın günlərdə Azərbaycana qayıdır. Amma baxın, görün, mənfur düşmən hansı vəhşiliklər törədir – evləri yandırırlar, məktəbləri yandırırlar, ağacları qırırlar, elektrik xətlərini qırırlar. Bütün dünya bunu görür, bütün aparıcı beynəlxalq kanallar bunu göstərir. Nə vicdan var, nə utanmaq var, nə əxlaq var. Ona görə İkinci Qarabağ müharibəsində qazanılmış qələbə böyük tarixi əhəmiyyətə malikdir. Bu, təkcə Azərbaycanın öz doğma torpaqlarının işğalçılardan azad edilməsi məsələsi deyil. Bu, eyni zamanda, bütün dünyaya, bütün işğalçılara göstərir ki, onların sonu bax, belə ola bilər. İşğalçıların, qəsbkarların sonu belə olacaq.
Bu gün bu gözəl təməlqoyma mərasimi böyük rəmzi məna daşıyır. Biz işğaldan azad edilmiş Füzuli şəhərindən və ona qədər olan kəndlərdən Füzuli şəhərinə qədər və Füzuli şəhərindən Şuşa şəhərinə yeni yol çəkirik. Bu yol heç vaxt olmayıb. Azərbaycan vətəndaşları yəqin bilirlər ki, Şuşaya sovet vaxtında yol Ağdam ərazisindən gedirdi - Ağdam-Xankəndi-Şuşa yolu. İndi bu yoldan istifadə etmək hələ ki, mümkün deyil.
Bu gözəl hadisə münasibətilə bütün Azərbaycan xalqını bir daha ürəkdən təbrik edirəm. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!
9-12-2020, 02:36 | Deksametazon xəstənin vəziyyətini daha da ağırlaşdırır - XƏBƏRDARLIQ

"Xəstələrin evlərdə özünü müalicəyə cəhd etməsi onların vəziyyətinin ağırlaşmasına səbəb olur".
Bunu TƏBİB-in department müdiri Yaqut Qarayeva deyib.
O bildirib ki, evlərdə yalnız vitaminlərdən sərbəst istifadə etmək, yataq rejimi və bol maye qəbul etmək olar:
"Bəzi qandurulaşdırıcı dərmanlar həkim məsləhəti ilə, dozası müəyyən edildikdən sonra qəbul edilə bilər.
Həkim tövsiyəsi olmadan steroidlər, antibiotiklər və avtiviral dərmanlardan istifadə etmək olmaz. Məsələn, deksametazon barədə məlumatlar yayılıb, hətta apteklər bunu xəstələrə tövsiyə edir. Həkim məsləhəti və müayinə olmadan deksametazon qəbulu xəstənin vəziyyətini daha da ağırlaşdırır".
8-12-2020, 02:53 | Ad günündə tabutu evinə gələn şəhidimiz - FOTO

Vətən müharibəsində tarix yazan qəhrəmanlarımızdan biri də Rüstəmov Ələs Vidadi oğlu idi.
1998-ci ilin noyabrın 24-də Goranboyun Dəliməmmədli kəndində anadan olan Ələs müharibə başlayanda 3 ay idi ki, müddətdən artıq hərbi xidmətdə işə başlamışdı.
Yaxınlarının bildirdiyinə görə, hərbiçi olub Vətənə xidmət etdiyi üçün çox sevinirmiş.
Hərbi formada çəkilmiş ilk fotosunu anasına gətirib və belə deyib:
"Mama bu şəkilə yaxşı bax, qoy bir yerə saxla. Nə zaman şəhid olsam bunu qəbrimin üstünə vurarsınız".
Döyüşlər başlayanda Goranboy şəhəri Hərbi Komissarlığından yola düşüb. Sonra bir neçə dəfə ailəsi ilə danışıb. Amma sonra heç bir səs-soraq olmayıb. Ailəsinin dediyinə görə, Ələslə son dəfə Kəlbəcərdə olanda danışıblar. Deyib ki, "ana narahat olmayın, düşmənin anasını ağladırıq". Sonra bir daha ondan xəbər almaq mümkün olmayıb.
1 aydan sonra - ad günündə şəhid olması xəbəri ilə tabutu gəlib evinə. Həmin gün də torpağa tapşırılıb.
Döyüşçü yoldaşlarının bildirdiyinə görə, Ələs çox hörmət qazanmışdı. Komandir ona daha çox inanırdı və hər dəfə "mənə nəsə olsa sən topla əsgərləri deyirdi". Komandir döyüşlərin birində şəhid olub. Ondan sonra əsgərləri Ələs idarə edib. Onun rəhbərliyi ilə xeyli irəliləyiblər. (ölkə.az)




8-12-2020, 02:44 | Yol polisi paradla bağlı sürücülərə müraciət etdi

Paytaxt Bakıda keçiriləcək "Zəfər paradı" ilə bağlı hazırlıq işləri davam edir. Bununla əlaqədar yol polisi sürücülərə müraciət edib.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi polis polkovniki Vaqif Əsədov Trend-ə açıqlamasında bildirib ki, Azadlıq meydanında keçiriləcək hərbi paradla əlaqəli texnikaların hərəkətində təhlükəsizliyi təmin etmək məqsədilə bəzi küçə və prospektlərdə hərəkətə məhdudiyyət qoyulub. "Hal-hazırda Rəşid Behbudov - Neftçilər prospektinin kəsişməsindən hərəkət Rəşid Behbudovdan keçməklə Zərifə Əliyeva, Üzeyir Hacıbəyov, Cavanşir körpüsü və Afiyəddin Cəlilov küçələri ilə iki istiqamətli müəyyənləşdirilib.
Bu ərazilərdə sıxlığın, süni tıxacın yaranmaması üçün sürücülərdən xahiş edirik ki, hərbi parad bitənədək Azneft dairəsi və Neftçilər prospekti və Azadlıq meydanı istiqamətində şəxsi avtomobillərdən mümkün qədər istifadə edilməsin. Eləcə də qeyd edilən paytaxtın Azadlıq meydanı, Dəniz vağzalı istiqamətdə kəsişən bütün küçə və prospektlərdə hərəkət tam məhdudlaşdırırlır.
Mərkəzdən Nobel prospekti istiqamətində hərəkət etmək istəyənlər yalnız 10-cu zavod dairəsi və Babək prospektindən keçməklə hərəkət etməlidir.
Həmçinin 20-ci sahə dairəsindən, Bakı-Salyan yolunun 14-cü kilometrliyindən, Bayıl qəsəbəsi Üzgüçülük hovuzunun yanından və Səbail rayonu Yanğından Mühafizə İdarəsinin inzibati binasının yanından istiqamətlərin dəyişdirilməsi nəzərdə tutulub. Afiyəddin Cəlilov küçəsi və Yusif Səfərov küçəsindən hərəkət yalnız sağa müəyyənləşdirilib.
Yeni bulvar ərazisində də şəxsi avtomobillərlə hərəkət mümkünsüz olacaq. Çünki həmin istiqamətdəki bütün yollara hərbi texnikalar yerləşdirilib."
Vaqif Əsədov sürücüləri ölkə əhəmiyyətli tədbirin yüksək səviyyədə keçirilməsi üçün bütün qaydalara əməl etməyə çağırıb.
8-12-2020, 02:00 | Şuşaya ilk daxil olan 8 əsgər, əməliyyatın adı və şəhərə qalxan gizli yol - "Əsrin əfsanəsi" haqda YENİ DETALLAR

Şuşanın azad olunması: mütəxəssislər bunu müasir hərb elminin prinsiplərini alt-üst edən əməliyyat adlandırırlar.
Yəhudi jurnalist Pyotr Lyukimson yazır: "İsrail ordusu indiyə qədər bu əməliyyatın təfərrüatını bilmir. İsrail Müdafiə Nazirliyindəki yüksəkrütbəli mənbə mənə belə dedi: Şuşa aşağıdan yuxarıya doğru azad olundu və bu, müasir hərb elminin bütün prinsiplərinə ziddir".
Mənim üçün indi ən çox maraqlı olan Şuşanın azad olunması əməliyyatının adıdır. Ermənistan 28 il öncə Qarabağ incisinin işğalına "Dağlarda toy" adını vermişdilər. 28 il ərzində bu əməliyyatın adını eşidəndə "Fəryad" filmindəki fraqmenti, erməni komandirin "Şuşa şəhərini ələ keçirdik" deməsindən sonra ermənilərin arvadlı-uşaqlı qol götürüb oynaması yadıma düşürdü nədənsə...
28 il sonra Azərbaycan ordusu ermənilərə Şuşa dağlarında gerçəkdən toy tutdu, amma bu əməliyyatın adı nə idi axı?
Bunun hərbi sirr olduğunu, ən azı hələlik belə olduğunu bilirik, Xüsusi Təyinatlı Qüvvələrin şəhərə hansı yolla və necə daxil olduğu kimi...
Amma gəlin Şuşanın azad olunmasına şərti olaraq "Xarıbülbül" adını verək, şəhidlərimizin ruhuna ithafən.
Və biz Şuşanın azad olunması ilə bağlı əfsanəvi əməliyyat haqqında ilk dəfə "le Monde" nəşrinin sətrlərində rast gəlirik.
Fransız reportyorun məqsədi əməliyyat haqqında yox, Xankəndiyə gətirilən yaralılar barəsində yazmaq idi.
"Xankəndinə gətirilən yaralıların hamısında tapança və bıçaq yarası var idi", - o, yazırdı.
"Tapança və bıçaq yarası...". Bu sözlər Şuşa əməliyyatı ilə bağlı ilkin təsəvvür yaranmasına kömək etdi.
"le Monde" yazırdı: "Ermənilərin çox sayda ölü və yaralıları var, onları Xankəndinə daşıyırlar. Erməni əsgərlər Xankəndinə gedən yolda snayperlər və artilleriya hücumlarına məruz qalırlar. Xankəndini Şuşa vasitəsilə Laçın dəhlizi və Ermənistanla birləşdirən əsas yol noyabrın 4-də bağlanıb. "Azərbaycanlılar Şuşaya çatdı, şəhər döyüşü gedir" yaralı erməni əsgər deyir. Təcili yardım maşını dayanmadan işləyir, əsgərlər üst-üstə yığılır, bəzi yerlərdə üzbəüz döyüşlər gedir".
Bu məqalə yayımlananda Şuşanın azad olunduğu elan edilməmişdi, şəhər döyüşləri hələ də davam edirdi...
Azərbaycan Xüsusi Təyinatlı Qüvvələri Şuşanı ağır artilleriya olmadan, tapança və bıçaqdan istifadə etməklə, əlbəyaxa döyüşlə azad edib.
Daha sonra müəyyən fərqliliklərlə eyni mənzərəni təsvir edən bəzi təfərrüatlar ortaya çıxdı və bizə döyüşü birbaşa iştirakçılarının dilindən dinləmək nəsib oldu.
XTQ üzvü, Şuşa qazisi Alik Məmmədov: "Yarım metr qarda 14 saat kəşfiyyatdan sonra, 400 nəfər o dağı dırmaşmalı idi. Bıçaq, tapança, limonka ilə döyüşə gedirdik. Bizi nə gözləyir bilirdik. 500 erməni dığasının biz daxil olan tərəfdə olduğu məlumatını əldə eləmişdik. Ən az sayda bu tərəfdə yerləşmişdilər, başqa mövqelərində ağır artilleriya və canlı qüvvə sayı burdakından azı üç dəfə çox idi. Çünki onlar bizim oradan hücum edəcəyimizi güman edirdilər. Heç bir insanın ağlına gəlməyəcəyi sıldırımları dırmaşıb, döyüşə artilleriyasız girəcəyimizi düşünmürdülər. Nəinki onların, heç kəsin ağlına gəlməzdi ki, biz bıçaqla Şuşanı almağı düşünürük. Generalımızın (XTQ komandanı Hikmət Mirzəyev) düzgün döyüş tapşırığı, düzgün koordinatları olmasaydı məhv ola bilərdik. Amma hər şey zərgər dədiqliyi ilə ölçülüb biçilmişdi. Biz qayaları dırmaşıb, əlbəyaxa döyüşə girdik. Dəqiq deyə bilməyəcəm, təxmini desəm 40-a yaxın erməniyə bıçaq salıb çıxartmışam həmin hücum anı. Onların arasına düşən təşviş belə General tərəfindən hesablanmışdı. Təşviş yaranan kimi tapşırıq əsasında hərəmiz dəstə-dəstə əks istiqamətlərdə dağılışdıq. Ermənilər artıq həyəcan və qorxudan özlərinə atəş açırdılar. Onlar hətta öz əsgərlərinə belə inanmırdılar, yaxınlaşan erməni ermənini vururdu, çünki onlarımın formasında belə biz ola bilərdik".
XTQ kəşfiyyatçısı, Şuşa qazisi Sirus Müsüzadə: "Biz iki gün Şuşanın Daşaltı hissəsində şəhərin kəşfiyyatında qaldıq. İki gündən sonra hücuma keçdik. Gecə saat təxminən 2 olardı ki, Şuşaya doğru irəlilədik. Əlimizdə olan tək silah avtomat idi, ancaq onlar bizim üstümüzə bütün silahlardan atırdılar. Aşağıdan yuxarı sıldırım qayaları qalxırdıq. Çox çətin idi, dizin-dizin dağı qalxırdıq. Düz qalxmaq qeyri-mümkün idi. Qayadan əlimizlə tuturduq, dizlərimiz yerdə, iməkləyə-iməkləyə qalxırdıq sıldırım qayaları... Dağa qalxanda inilti eşitdim. Bildim ki, kimsə yaralanıb. Gördüm döyüş yoldaşımdır. Düzdür, tanımırdım şəxsən, ancaq mən ona kömək etməli idim. Vicdanım yol verməzdi ki, onu o vəziyyətdə, yaralı halda qoyub gedim. Qolundan tutdum, yuxarı qaldırdım, bir qolumda yaralı yoldaşım, digər əlimdə silah, o vəziyyətdə döyüşdüm. Sürünə-sürünə qalxdıq yuxarı. Hətta orada ağır çəkidə olan döyüşçülər var idi. Onları daşımaq çox çətin idi. Biz nə şəhid olan yoldaşımızı, nə də yaralanan qardaşlarımızı döyüş meydanında qoya bilərdik...Şuşaya qədər təxminən 4 gün yol getdik. Gecə saat 2-də Şuşaya girdik, səhər saat 8-ə qədər döyüşdük. Ora ən ən vacib yüksəklik idi, biz həmin yeri yaralı-yaralı qoruyub saxladıq ki, şəhərin özünə girənlər üçün çətinlik olmasın. Döyüş yoldaşlarm Şuşaya girəndə mərmiləri bitib, mühasirədə qalmışdılar. Ürəkləri rahat olsun deyə silahı atıb əlbəyaxa davaya girirdilər. Qisaslarını bur cür alırdılar".
Anlayır ki, Azərbaycan əsgəri:
- Şuşaya yeganə olan girişdən yox, sıldırım qayalıqlardan daxil olub;
- Döyüş ancaq yüngül silahlarla - bıçaq, tapança, avtomat - aparılıb, bir çox hallarda əlbəyaxa halda baş verib;
- Yaralılar və şəhidlər arxada buraxılmayıb, əsgər döyüş yoldaşı çiynində döyüşə-döyüşə sıldırım qayalarla şəhərə qalxıb;
- Şəhərə daxil olana qədər saatlarla, hətta günlərlə döyüş olub;
- Əməliyyatın müəllifi və rəhbərlik edən XTQ komandanı Hikmət Mirzəyev hücum zamanı ən incə detalı belə nəzərə alıb;
Və məlum olur ki, əməliyyatda ağır artilleriyadan istifadə olunmayıb, şəhərə heç bir mərmi atılmayıb. Bəlkə də Azərbaycan əsgəri Şuşaya qıymağa əli gəlməyib, bəlkə də...
Bu əməliyyatı tarixi Qavqamela döyüşü ilə eyniləşdirənlər də var: Makedoniyalı İsgəndər sayca qat-qat çox olan III Daranın ordusunu ağıllı taktikası ilə darmadağın edir.
Yaxud bunu Nadir Şah Əfşarın Çar Rusiyasına qarşı hərbi əməliyyatları, eləcə də Malazgirt və Mohaç döyüşləri ilə müqayisə edə bilərik.
Aypara (Qurd Qapanı da deyilir) taktikası. Hücum planı iki mərhələdən ibarət olur: saxta gediş və pusqu. Ordunun bir hissəsi düşmənin gözlədiyi yerdə hücum görüntüsü yaradır, digər qrupu gizli şəkildə düşmənin arxasına keçərək, pusqu qurur. Şahidlərin dedikləri Şuşa döyüşündə məhz bu taktikadan istifadə edildiyi fikrini gücləndirir: şəhərə qalxan yeganə yola hərbi qüvvə və zirehli texnika yığılıb və ermənilər hücumun oradan olacağını gözləyiblər; əsas qüvvələr sıldırım qayaları dırmaşaraq, şəhərə daxil olub və üzbəüz döyüşlə düşmən məhv edilib.
Ermənistan tərəfi sonuncu dəfə rəsmi açıqlamasında Şuşa və Şuşa ətrafında qalan 300 erməni hərbçinin cəsədinin təhvil alıdığını bildirmişdi və qeyd olunurdu ki, təhvil alma prosesi hər gün davam edir.
Lakin mediada erməni cəsədlərin sayı ilə bağlı fərqli rəqəmlər səsləndirilir.
Azərbaycan mediası hərbi mənbələrə istinadən 800 erməni cəsədinin olduğunu yazırdı;
Rusiyanın erməniyönümlü "Rvvoenkor" telegram kanalı isə yazırdı: "Rusiya sülhməramlıları və BQXK Şuşada mindən çox erməni cəsədini Ermənistan tərəfinə təhvil verib".
Ermənistanda hələ də Şuşa əməliyyatının təsirini azaltmaq cəhdləri davam edir. Erməni jurnalist Roman Baqdasaryanın isə bu cəhdləri alt-üst edən etirafları var.
Baqdasaryanın açıqlamasında məqsədin hakimiyyəti hədəfə almaq olduğu hiss olunur, lakin Şuşa əməliyyatı ilə bağlı maraqlı məqamlara toxunur:
"Şuşa 5 noyabrda artıq Azərbaycan xüsusi təyinatlılarının nəzarətində idi. Şəhərdə 600 erməni döyüşçü var idi (bu rəqəm reallıqdan azdır). 10 noyabrda razılaşma əldə olunandan sonra Xankəndinin zirzəmilərində 1000-ə yaxın döyüşçü üzə çıxdılar. Onlar Azərbaycan əsgəri ilə döyüşməkdən qorxduqları üçün ora sığınmışdılar. Bundan başqa, Şuşada ərzaq mağazalarının sahibləri müharibənin başlanmasından üç həftə sonra məhsullarını əsgərlərə paylamağa başladılar. Halbuki, ona qədər mağazalarda kolbasa, pendir və digər məhsullar çürümüşdü, sahibləri isə onu verməkdən imtina edirdilər. Məlumatlar var ki, diasporadan, eləcə də Moskvadan müharibəyə göndərilən məhsullar İrəvanda ilişib qalırdı. Heç kim bu məhsulları cəbhəyə aparmağa ürək etmirdi, çünki qorxurdular. Ermənistanda danışırlar ki, Azərbaycan qoşunları Şuşaya bir tərəfdən daxil olub, bu yalandır. Şuşaya ilk olaraq Azərbaycanın 6-8 snayperi daxil oldu, ardınca xüsusi təyinatlı qüvvələr girdi. Xüsusi təyinatlılar Şuşakənd istiqamətindən sıldırım qayalıqlarla qalxdılar. Hətta indi yazırlar ki, Şuşada guya 6 min insan yaşayırmış. Yalandır və bu yalan daha çox pul silməyə hesablanıb. Şəhərdə əhalinin sayı 3 minə çatmırdı heç".
Erməni jurnalist qeyd edir ki, Şuşaya gizli bir yol var: "Daşaltından qalxan bu yolu erməni dəllallar çəkmişdi. Onlar bu yolla meşələrdən qırdıqları ağacları Ermənistana daşıyır, orada satırdılar. Kadrlarda da gördük ki, Şuşadan Azərbaycan texnikası çıxır. Bu hərbi texnika nə Laçın, nə də Xankəndi vasitəsilə Şuşaya getməyib, məhz həmin yolla qalxıb".
Baqdasaryanın dedikləri nə qədər Ermənistan hakimiyyətini tənqid etmək məqsədi daşısa da, ermənilərin Şuşa əməliyyatı ilə bağlı danışdıqları yalanları ifşa edir.
Tarix bundan sonra Ermənistanın daha çox yalanını ifşa edəcək, çünki məğlublar bir-birini ittiham etməyi sevirlər və "çəpər davası"nı xatırladan bu mübahisələr gerçəkləri üzə çıxarır.
Şuşaya gəlincə, Ali Baş Komandanın təbirincə desək, "Əziz Şuşa, biz artıq qayıtmışıq" və fikrimizcə, Şuşanın azad olunmasını bundan gözəl ifadə edən söz yoxdur.
Biz qayıtdıq, öz evimizə qayıtdıq. Təsadüfi deyil ki, Şuşa əməliyyatının "Evimizdə döyüş" adlandırdığına dair əfsanələr də dolaşır. Hələ çox əfsanələr dolaşacaq, Azərbaycan əsgərinin XXI əsrdə yazdığı əfsanələr... (publika.az)
4-12-2020, 13:45 | "Şəhidlik yaxşı ölümdür" deyirdi - Şəhid Tural Rəhimov

"Özünü dərk edəndən vətənpərvər idi, ancaq Vətəndən danışırdı. Hamı mənə deyir ki, halal olsun sənə ki, belə vətənpərvər uşaq böyütmüsən.Deyirdim ki, yox, mən ona heç nə etməmişəm, vətənpərvərlik onun qanından axır".
Trend bildirir ki, bunu Suqovuşan uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olan Tural Rəhimovun anası Süsən Məmmədova bildirib.
Onun sözlərinə görə, ki, Turalı cəbhəyə sevinclə yola salıblar:
"Özü o qədər sevinclə gedirdi ki, biz də onun sevincinə qoşulurduq. Qürurlu idi. Uşaq vaxtından əsgər getmək istəyirdi. Vətən həsrəti ilə böyüyüb, həmişə də deyirdi ki, gedib Laçını alacayıq " .
Şəhidin nənəsi Gülbəs Məmmədova deyib ki, Tural hər zaman Laçını azad edəcəyini deyirdi: "Yanında o qədər "Laçın, Laçın" deyirdik ki, o da "gedəcəm Laçına torpağımızı alacam, amma ola bilər ki, orada şəhid olaram, məni bayrağa büküb gətirərlər" deyirdi. Niyə elə deyirsən deyəndə cavab verirdi ki, şəhidlik fərqli ölümdür. O ölüm yaxşı ölümdür".
Şəhidin atası Gəray Rəhimov deyib ki, Tural hər zaman ön cəbhədə olmağı istəyib:
"Kəşfiyyata yazıldığını biləndə Turala dedim ki, niyə kəşfiyyata yazıldın. Dedi, kəşfiyyatçılar həmişə öndə olurlar, mən arxa cəbhəni sevmirəm. Döyüşlərə sevinə-sevinə getirdi. Vətəni, bayrağı çox sevirdi".
Şəhidin azyaşlı qardaşı Mehdi Rəhimli qardaşı Turalla fəxr etdiyini deyib.
Onun sözlərinə görə, Tural ona hər zaman doğma yurdları olan Laçın haqqında məlumat verib:
"O, xəriitə alıb divara asmışdı. Mənə hər zaman Laçın haqqında məlumat verirdi, xəritədə əlini uzadaraq göstərirdi ki, bura Laçındır.. Deyirdi ki, onun 125 kəndi var".
atası
4-12-2020, 13:38 | Azərbaycan xalqı Şəhidlər Xiyabanını ziyarət edir - FOTOlar

Bu gün Azərbaycanın ərazi bütövlüyü yolunda canını qurban vermiş şəhidlərimizin xüsusi anım günü kimi qeyd edilir.
Vətən müharibəsində həlak olanların xatirəsini yad etmək üçün paytaxt sakinləri Şəhidlər Xiyabanına ziyarət edirlər.
Trend-in fotoqrafı Zaur Mustafayev insanların Şəhidlər Xiyabanına ardı-arası kəsilməyən ziyarətindən fotoşəkillər təqdim edir:
Allah bütün şəhidlərimizə rəhmət eləsin! (Trend)








4-12-2020, 13:24 | Ədliyyə Nazirliyinin şəhid şöbə müdirinin ailəsindən VİDEOREPORTAJ

Dedim istəmirəm gedəsən, uşaqlarımız var. Dedi yox, gedirəm və qayıdacağam. Mən indi 3 övladın sayəsində yaşayıram. 6 yaşında olan övladım atasıyla qürur duyduğunu söylədi. Axırıncı dəfə mənə dedi ki, ana, bu üzün ata olacaq, digər üzün ana. Ondan sonra necə yaşamayasan?!
Bu sözləri AzTV-yə müsahibəsində şəhid Ruhin Xəlilovun həyat yoldaşı Günel Xəlilova deyir.
Şəhid R. Xəlilov Cəbrayıl rayonu Məzrə kəndində anadan olub, 6 yaşında isti ocağını tərk edib. 10 ilə yaxın müddətdə Ədliyyə Nazirliyində şöbə müdiri vəzifəsində çalışıb.
O sevdiyi qadını, 3 azyaşlı övladını, yaşlı ata- anasını soyuq səngərə dəyişib. Vətən müharibəsi başlayandan könüllü cəbhəyə yollanıb. Qubadlı istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
Şəhidin atası Müzəffər Xəlilov deyir ki, 1993-cü ildə öldürülən anasını da şəhid hesab edir: "Anamı ermənilər öldürdü. O, çox vətənpərvər biri idi. Oğlum ora getmək istəyirdi, orda da ölmək istəyirdi".
Şəhidin bacısı Gülnar Xəlilova deyir ki, qəhrəman qardaşı hələ Tovuz hadisələri zamanı orduya könüllü yazılıbmış: "Bizim ondan xəbərimiz olmayıb. Sonra da gedib sentyabrın 27-si qeydiyyatdan keçib, ayın 1-i də ki, çıxıb getdi...(qafqazinfo)


















