24-12-2023, 15:52 | Sandu növbəti dəfə prezident olmaq istəyir

Sandu növbəti dəfə prezident olmaq istəyir


Moldova Prezidenti Maya Sandu 2024-cü ildə respublikanın Avropaya inteqrasiyası məsələsi üzrə ümumxalq referendumu keçirmək niyyətində olduğunu bəyan edib.

Respublica.Az qafqazinfo-ya istinadən xəbər verir ki, o, bu barədə dövlət başçısı kimi fəaliyyətinin üçüncü ildönümü ilə bağlı videomüraciətində bildirib.

"Mandatın olduğu üç il ərzində biz evdə sülhü qoruya bildik, ölkənin müstəqilliyini möhkəmləndirə bildik, xalqla birlikdə hökumətimiz var və Moldovanın Avropa İttifaqına daxil olması ilə bağlı danışıqlara başladıq. Bizim gələcəyimiz Avropa ailəsindədir və Moldova üçün hansı yolu seçdiyimizi bütün ölkəyə aydın şəkildə söyləmək lazımdır", - Sandu bildirib.

Bununla əlaqədar Moldova Prezidenti parlamentə respublikanın Avropa İttifaqına daxil olması məsələsi üzrə referendumun təşkili üçün müraciət edib. O xatırladıb ki, prezidentlik müddətinin bir hissəsi kimi o, Aİ-yə daxil olmaq missiyasını yerinə yetirməyə söz verib.

Qeyd edək ki, bundan əvvəl Avropa Şurasının rəhbəri bildirib ki, Avropa ölkələrinin başçıları Ukrayna və Moldovanın Avropa İttifaqına daxil olması ilə bağlı danışıqlara başlamaq qərarına gəliblər.

Respublica.Az



24-12-2023, 15:06 | AB-nin 6 ölkəsi Ukrayna ilə bağlı sənədə imza atmadı

AB-nin 6 ölkəsi Ukrayna ilə bağlı sənədə imza atmadı


Altı AB ölkəsi hələ də Ukrayna üçün təhlükəsizlik zəmanətləri haqqında bəyannamə imzalamayıb.

Respublica.Az axar.az-a istinadən bildirir ki, bunu Ukrayna Prezident Ofisi rəhbərinin beynəlxalq məsələlər üzrə müavini Andrey Sibiqa deyib.

"27 AB ölkəsindən yalnız altısı birgə bəyanata imza atmayıb. Bunlar Avstriya, Xorvatiya, Polşa, Macarıstan, Slovakiya və Maltadır. Bəyannaməyə qoşulmaları üçün biz bu dövlətlərlə işləyirik", - Sibiqa bildirib.

Respublica.Az



24-12-2023, 15:03 | Rusiya artıq anlayır: Paşinyan “gedir”…

Rusiya artıq anlayır: Paşinyan “gedir”…


Ermənistan-Rusiya münasibətləri qarşıdakı ildə daha da pisləşəcək, çünki Rusiya artıq başa düşür ki, Baş nazir Nikol Paşinyan Qərb dövlətlərinin köməyi ilə Ermənistanı uçuruma aparır.

Respublica.Az axar.az-a istinadən bildirir ki, bu sözləri Yaxın Şərq və Mərkəzi Asiya Araşdırmalar Mərkəzinin direktoru, Rusiya Dövlət Dumasının keçmiş deputatı Semyon Baqdasarov deyib.

"Qərbə üz tutmağın əleyhinə deyiləm, amma həmişə sual verirəm: Ermənistan ona kimin kömək edə biləcəyini başa düşürmü? Yox!

Bu siyasət davam edərsə, Ermənistan sadəcə olaraq mövcudluğunu dayandıracaq", - Baqdasarov bildirib.

Respublica.Az



24-12-2023, 09:47 | Brüsseldən ürəyim bulanır - Orban

Brüsseldən ürəyim bulanır - Orban


Avropa Birliyi Ukraynaya yardımı genişləndirmək, yəni Kiyevə macarların pulunu vermək üçün ianələrin artırılmasını və AB büdcəsinə düzəlişlər etməyi təklif edir.

Respublica.Az axar.az-a istinadən xəbər verir ki, bunu Macarıstan Baş naziri Viktor Orban bildirib.

"Mənin də Brüsseldən ürəyim bulanır. Əsas məsələ mövcud vəziyyətdən hansı nəticə çıxarmaqdır", - Orban qeyd edib.

Respublica.Az


23-12-2023, 12:13 | Gənc qadına küçənin ortasında kabus yaşatdılar - DƏHŞƏTLİ GÖRÜNTÜLƏR

Gənc qadına küçənin ortasında kabus yaşatdılar - DƏHŞƏTLİ GÖRÜNTÜLƏR


İstanbulda yaşadığı şiddətə görə bir il əvvəl ərindən ayrılan 35 yaşlı qadın küçənin ortasında vəhşicəsinə döyülüb.

Respublica.Az xəbər verir ki, Songül Kayaya küçənin ortasında keçmiş ərinin ailəsi dəyənəklə hücum edib.

Hücum anları bir vətəndaş tərəfindən mobil telefonu ilə saniyə-saniyə lentə alınıb.

Hələ də təhdidlər aldığını bildirən Songül Kaya keçmiş ərinin ona “yaşamayacaqsan” dediyini bildirib. S.Kaya övladları üçün dövlətdən kömək gözlədiyini bildirib.

Sözügedən dəhşətli hadisənin görüntülərini təqdim edirik:

Respublica.Az



23-12-2023, 10:29 | Gürcüstanda 4,4 maqnitudalı zəlzələ olub

Gürcüstanda 4,4 maqnitudalı zəlzələ olub


Bu gün səhər saatlarında Gürcüstanın şərqində 4,4 maqnitudalı zəlzələ olub.

Respublica.Az “Report” a istinadən xəbər verir ki, bu barədə “Sputnik Gürcüstan” məlumat yayıb.

Yeraltı təkanlar ölkənin Kaxeti bölgəsində qeydə alınıb.

Zəlzələnin dərinliyi 15 kilometrdə yerləşib.

Dağıntı və tələfat barədə məlumat verilməyib.


Respublica.Az






23-12-2023, 10:18 | İranda güclü zəlzələ oldu - Ermənistanda da silkələndi

İranda güclü zəlzələ oldu - Ermənistanda da silkələndi


İranda 4,6 maqnitudalı zəlzələ olub.

Respublica.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Ermənistan DİN Xilasetmə Xidməti məlumat yayıb.

Yeraltı təkanlar Təbriz şəhərindən 33 km şimal-şərqdə qeydə alınıb, ocağı isə 10 km dərinlikdə yerləşib.

Təkanın episentrdə gücü 6 bal təşkil edib.

2-3 ballıq yeraltı təkanlar Ermənistanda da hiss olunub.

Respublica.Az



23-12-2023, 10:17 | Yaponiya müdafiə büdcəsini rekord dərəcədə artırıb

Yaponiya müdafiə büdcəsini rekord dərəcədə artırıb



Yaponiya 2024-cü ildə müdafiə büdcəsini rekord həddə çatdırıb. Hökumət bu qərarı Çin və Rusiyadan gələn təhlükənin artması səbəbindən qəbul edib.

Respublica.Az report.az-a istinadən xəbər verir ki, bu barədə Kyodo News məlumat yayıb.

Yaponiya 2024-cü ildə müdafiəyə rekord məbləğdə 56 milyard dollar xərcləyəcək. Bu, 2023-cü illə müqayisədə 16,5% çoxdur. Qərar ölkənin müdafiəsinin modernləşdirilməsi üzrə beşillik planın bir hissəsi kimi qəbul edilib.

Büdcədə düşmən ərazisindəki hədəflərə zərbə endirmək üçün yeni imkanların inkişaf etdirilməsi üçün vəsait də nəzərdə tutulub.

Qeyd edək ki, 2024-cü ildən başlayaraq korporativ və gəlir vergisinin, habelə bəzi istehlak mallarına tətbiq olunan vergilərin artırılmasından əldə ediləcək vəsait də ölkənin müdafiə imkanlarının genişləndirilməsinə yönəldiləcək. Bundan başqa, əsasən təbii fəlakətlər üçün nəzərdə tutulan və xərclənməsi üçün parlament təsdiqinə ehtiyac olmayan ehtiyat fonddakı qalıq vəsaitlərinin də müdafiə məqsədilə istifadəsi mümkün olacaq.

Respublica.Az





23-12-2023, 10:13 | Tramp İsrailin HƏMAS-ı məhv etmək planlarını dəstəkləyib

Tramp İsrailin HƏMAS-ı məhv etmək planlarını dəstəkləyib


İsrail Fələstinin bütün radikal HƏMAS hərəkatını məhv etməlidir.

Respublica.Az report.az-a istinadən xəbər verir ki, bunu ABŞ-ın keçmiş prezidenti Donald Tramp bəyan edib.

"Bəli, HƏMAS-dan qurtulmaq lazımdır. İsrail bunu etməlidir. Onların seçimi yoxdur. Artıq insanlar oktyabrın 7-ni unudublar", - deyə o bildirib.

Bundan əvvəl "The Wall Street Journal" qəzeti yazıb ki, İsrail kəşfiyyat xidmətləri Qəzza zolağında hərbi qarşıdurma başa çatdıqdan sonra Fələstinin radikal HƏMAS hərəkatının dünya üzrə liderlərini məhv etməyə hazırlaşır.

Respublica.Az



23-12-2023, 09:32 | Qəzzada BMT-nin ölən əməkdaşlarının sayı açıqlandı

Qəzzada BMT-nin ölən əməkdaşlarının sayı açıqlandı


Qəzza zolağında BMT-nin 136 əməkdaşı həlak olub.

Respublica.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə BMT Baş katibi Antoniu Quterreş "X" səhifəsində paylaşım edib.

O bildirib ki, BMT əməkdaşlarının çoxu evlərini tərk etmək məcburiyyətində qalıblar, bu isə görünməmiş haldır:

"Onlara və Qəzza zolağında mülki insanlara dəstək olmaq üçün həyatlarını riskə atan minlərlə yardım işçisinə hörmət edirəm".

Xatırladaq ki, Qəzzada oktyabrın 7-dən indiyə kimi ölənlərin sayı 20 mini keçib. Onlardan azı 8 mini uşaq, 6 min 200 nəfəri qadındır. Yaralananların sayının isə 52 min 600-ü keçdiyi bildirilib.

Respublica.Az



������������ ������� DLE ������� ��������� ��� dle.
���������� ���� ������ ��� ��������� ������.
����������� �������� ������� � �������� ������.
����������� �������� ������������ ��� �������� ����.
������ ����� �������� ��������� ����� ������.
����� ���������� �� ���� ��� ���� � ��� �����.