15-10-2023, 20:37 | “Qərblə Rusiya arasında müharibə tamamilə fərqli olacaq” - Putin

Qərblə Rusiya arasında qızğın toqquşma baş verərsə, tamamilə fərqli bir müharibə olacaq".
Respublica.Az teleqraf.com-a istinadən bildirir ki, bunu Rusiya prezidenti Vladimir Putin "Moskva. Kreml. Putin" "Rossiya-1" telekanalında deyib.
Belə ki, o, jurnalistin xahişi ilə ABŞ Konqresinin komissiyasının həm Rusiya, həm də Çinlə eyni vaxtda müharibəyə, o cümlədən nüvə qarşıdurması variantını nəzərə almaqla hazırlaşmaq tövsiyəsini şərh edib.
"Biz sülh istəyirik və əgər onlar Rusiya ilə döyüşmək istəyirlərsə, bu, tamam başqa müharibə olacaq", - o bildirib.
O əlavə edib ki, ağlı başında olan heç bir şəxs nüvə gücləri arasında müharibə ehtimalına yol verməməlidir: "Biz hamımız müharibəyə hazırlaşırıq, çünki məlum qədim prinsipə əməl edirik: sülh istəyirsənsə, müharibəyə hazırlaş. Amma güman edirik ki, biz sülh istəyirik".
Respublica.Az
15-10-2023, 20:32 | İkinci cəbhə açılır: İran hədələdi – “Müdaxilə edəcəyik”

İran İsrailə xəbərdarlıq edib ki, ordusu Qəzza zolağında quru əməliyyatına başlasa, müharibəyə müdaxilə edəcək.
Respublica.Az teleqraf.com-a istinadən bildirir ki, bu barədə ABŞ-ın "Axios" nəşri vəziyyətlə tanış olan iki diplomatik mənbəyə istinadla məlumat yayıb.
İran xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Qətərdə HƏMAS lideri İsmayıl Haniyə ilə görüşüb. Görüşdən sonra HƏMAS bəyan edib ki, İran fələstinli silahlıların İsrailə hücumunu "tarixi qələbə" kimi qiymətləndirib.
Nəşr yazır ki, görüş zamanı tərəflər HƏMAS-ın məqsədlərinə nail olmaq üçün əməkdaşlığı davam etdirmək barədə razılığa gəliblər. Məqalədə vurğulanır ki, həm HƏMAS, həm də İran rəsmi olaraq xarici siyasətdə əsas prioritetlərinin İsrail dövlətinin məhv edilməsi olduğunu bəyan edirlər.
İran BMT vasitəsilə İsrailə mesaj göndərərək, münaqişənin daha da genişlənməsini istəmədiyini, İsrailin Qəzzada əməliyyatının davam edəcəyi təqdirdə müdaxilə edəcəyini açıqlayıb.
Həmçinin yüksək rütbəli İsrail rəsmisi "Sky News"a İranın Suriyada ikinci cəbhə açmağa çalışdığını deyib. İsrail Xarici İşlər Nazirliyindən bildirilib ki, iranlılar Suriyada aktiv şəkildə fəaliyyət göstərirlər, orada silahlar yerləşdirirlər.
Respublica.Az
15-10-2023, 20:30 | İsraildən bir İLK: düşmən raketləri lazerlə vurulacaq

İsrail dünyada ilk dəfə olaraq lazer hava hücumundan müdafiə sistemlərindən istifadə edəcək.
Bu barədə İsrail mətbuatı ölkənin hərbi dairələrinə istinadən məlumat yayıb.
"İsrail HƏMAS-ın ölkəyə atdığı raketlərə qarşı lazer hava hücumundan müdafiə sistemlərindən istifadə etməyə hazırlaşır",- deyə məlumatda bildirilir.//bakupost.az//
Respublica.Az
15-10-2023, 20:20 | Qəzzanın su təchizatı qismən bərpa edildi

İsrail Qəzza bölgəsinin cənubuna suyun verilişini bərpa edib.
Respublica.Az oxu.az-a istinadən xəbər verir ki, ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan CNN-ə açıqlamasında israilli həmkarlarının ona bu qərar barədə məlumat verdiyini açıqlayıb.
Bir gün əvvəl "The Times of Israel" adı çəkilməyən amerikalı rəsmiyə istinadən yazırdı ki, Benyamin Netanyahu hökuməti Qəzza zolağına ərzaq, su və dərman idxalına icazə verməyə hazırdır.
Xatırladaq ki, oktyabrın 7-də HƏMAS-ın İsrailə hücumundan sonra İsrail Qəzza zolağına su və elektrik verilişini kəsərək, terrorçular tərəfindən əsir götürülən israillilərin azad edilməsini tələb edib.
Respublica.Az
15-10-2023, 20:13 | Qəzza ilə sərhəddəki şəhərin evakuasiyası başa çatır

İsrailin Qəzza sektoru ilə sərhəddəki Sderot şəhərinin 30 min əhalisinin əksəriyyəti şəhəri tərk edib.
Respublica.Az APA-ya istinadən bildirir ki, bu barədə "The Jerusalem Post" məlumat yayıb.
Ətraflı
Şəhər bir həftədir ki, Qəzza sektorundan raket atəşinə məruz qalır.
Sderot şəhərinin meri Alon Davidi bildirib ki, şəhər sakinlərinin həftə ərzində otel xərcləri ödənilib.
Respublica.Az
15-10-2023, 20:11 | Sankt-Peterburqda azərbaycanlı bloqerlərə qarşı cinayət işi açıldı

Sankt-Peterburqda təsadüfi şəxslərə hücum edən və müvafiq videoları sosial şəbəkələrdə yayımlayan azərbaycanlı bloqerlərlə bağlı cinayət işi açılıb.
Respublica.Az oxu.az-a istinadən xəbər verir ki, onlar küçələrdə, həyətlərdə və ticarət mərkəzlərində naməlum şəxslərə qarşı zorakılıq tətbiq edərək baş verənləri lentə alıblar.
İstintaq Komitəsinin rəhbəri bloqerlərin tapılması və barələrində cinayət işinin başlanması barədə göstəriş verib.
Lakin işin hansı maddə ilə açıldığı hələ ki, məlum deyil.
Respublica.Az
15-10-2023, 20:09 | ÇAXAL-ın bu briqadası əmr gözləyir

İsrail ordusunun "Givati" briqadası Qəzza zolağına havadan, qurudan və dənizdən hücum etmək əmrini gözləyir.
Respublica.Az axar.az-a istinadən bildirir ki, bunu "Givati" briqadasının yanında olan "Skay Nyus"un redaktoru Debora Heyns deyib.
"Bu, döyüş qabiliyyətli briqadadır. Onlar əmr gələcəyi təqdirdə Qəzzaya getməyə hazırdırlar", - Heyns bildirib.
Onun sözlərinə görə, briqadada HƏMAS-ın oktyabrın 7-də hücumundan sonra çağırılan çoxlu ehtiyatda olan hərbçilər var.
Respublica.Az
15-10-2023, 19:17 | İsraildə yeni səhiyyə naziri fəaliyyətə başladı

İsraildə yeni səhiyyə naziri vəzifəsi rəsmi olaraq Uriel Busoya keçib.
Respublica.Az APA-ya istinadən bildirir ki, bu barədə İsrail Səhiyyə Nazirliyi məlumat yayıb.
Nazirlər Kabinetində dəyişiklik hərbi vəziyyətdə müxalifətin də daxil olduğu Fövqəladə Hallar Hökumətinin qurulması ilə bağlıdır.
Buso ultradini ŞAS Partiyasını təmsil edir, səhiyyə naziri postunda da bu partiyadan olan Moşe Arbeli əvəzləyib. Arbel buna qədər həm səhiyyə, həm də daxili işlər naziri vəzifəsini daşıyıb.
Qeyd edək ki, oktyabrın 14-də Baş nazir Binyamin Netenyahu Fövqəladə Hallar Hökumətinin yaradıldığını elan edib.
Respublica.Az
15-10-2023, 19:15 | Netanyahu: “İsrail HƏMAS-ı məhv edəcək”

İsrail hökumətinin həftəlik iclası Qəzza zolağı ətrafında vəziyyətin gərginləşməsi fonunda ölkədə fövqəladə nazirlər kabinetinin formalaşmasından sonra ilk dəfə yeni tərkibdə keçirilib.
Respublica.Az report-a istinadən xəbər verir ki, bu barədə İsrail hökumətinin mətbuat xidməti xəbər verib.
Qeyd olunub ki, görüş zamanı baş nazir Benyamin Netanyahu ölkəsinin HƏMAS-ı məğlub edəcəyinə əmin olduğunu bildirib:
"HƏMAS bizim dağılacağımızı düşünürdü. Biz HƏMAS-ı məhv edəcəyik".
Respublica.Az
15-10-2023, 19:12 | Qarabağda dini ibadət yerlərinin qorunması... - Papa

Qarabağda dini ibadət yerlərinin qorunub saxlanılması vacibdir.
Respublica.Az axar.az-a istinadən bildirir ki, bunu Roma Papası Fransisk deyib.
"Qarabağdakı böhran narahat etməkdə davam edir, humanitar vəziyyət vəziyyət ağır olaraq qalır. Mən monastırların və ibadət yerlərinin qorunması üçün müraciət etmək istərdim ki, yerli mədəniyyətə və inanca hörmət göstərilsin", - Papa bildirib.
Respublica.Az


















