15-10-2023, 19:07 | Kadırov oğlunu qəhrəman adlandırdı

Kadırov oğlunu qəhrəman adlandırdı


Çeçenistan rəhbəri Ramzan Kadırov Quranı yandıran Nikita Juraveli döydüyü üçün oğlu Adam Kadırovu qəhrəman adlandırıb.

Kadırov bu barədə Teleqram kanalında yazıb.

"Bütün müsəlmanların qəhrəmanıdır", - Kadırov bildirib.//axar.az//


Respublica.Az




15-10-2023, 18:50 | İsrail rəsmisi İranı bunda ittiham etdi

İsrail rəsmisi İranı bunda ittiham etdi


İsrail Xarici İşlər Nazirliyinin strateji məsələlər üzrə baş direktorunun müavini Coşua Zarka İranı İsrail ordusunun ölkənin cənubunda Qəzza zolağında HƏMAS radikallarına qarşı əməliyyat keçirərkən Suriya ərazisindən strateji silahlar daşıyaraq yəhudi dövlətinin şimalında ikinci cəbhə açmağa çalışmaqda ittiham edib.

Respublica.Az oxu.az-a istinadən xəbər verir ki, "X" (keçmiş "Twitter") sosial şəbəkəsinin istifadəçisi Coel Reybern öz hesabında aşağıdakı mətni paylaşıb:

"İsrailin Dəməşq və Hələb hava limanlarını sıradan çıxarmaq üçün vurduğu zərbələr, mənim fikrimcə, 1) İran rejiminin şimalda [İsrail] cəbhə açmaq üçün strateji silahları Suriyaya və ya Suriyadan keçirməyə çalışdığına dair tutarlı sübutdur və 2) israillilər bunun qarşısını almaqda qərarlıdırlar".

C. Zarka bu paylaşıma yazdığı şərhdə belə deyilir:

"1. Onlar (İran - red.) bunu edir (silahları ötürür - red.) 2. Biz (İsrail - red.) tam qətiyyətliyik".

Xatırladaq ki, Oktyabrın 12-də "SANA" Agentliyi İsrail Silahlı Qüvvələrini Dəməşq və Hələb beynəlxalq hava limanlarına eyni vaxtda raket zərbələri endirməkdə ittiham edib. Atışma nəticəsində uçuş-enmə zolaqları zədələnib və nəticədə onlar yararsız hala düşüb.

Respublica.Az



15-10-2023, 18:35 | İsrail Livanla sərhəddə bufer zona yaradır

İsrail Livanla sərhəddə bufer zona yaradır


İsrail ordusu Livanla şimal sərhədindən dörd kilometr dərinliyə qədər olan zonanı təcrid etmək qərarına gəlib.

Respublica.Az report-a istinadən xəbər verir ki, əraziyə giriş qəti qadağandır və əhaliyə bununla bağlı ayıq-sayıq olmağı və bufer zonaya daxil olmamaq göstərişi verilib.

Xatırladaq ki, İsrail ordusu Ştula kəndinin atəşə tutulduğu Livan ərazilərini bombalayıb.

Respublica.Az

15-10-2023, 18:33 | Hizbullahın postlarından biri məhv edildi

Hizbullahın postlarından biri məhv edildi


İsrail ordusu Hizbullahın ön postlarından birini məhv edib.

Respublica.Az axar.az-a istinadən bildirir ki, bu barədə İsrail ordusundan məlumat verilib.

"Bu gün Hizbullahın əlavə hərbi postuna zərbələr endirilib", - məlumatda qeyd olunub.

Respublica.Az

15-10-2023, 18:31 | Qazaxıstan Türkiyənin “Anka” PUA-larını istehsal etməyi planlaşdırır

Qazaxıstan Türkiyənin “Anka” PUA-larını istehsal etməyi planlaşdırır


Türkiyənin "Anka" kəşfiyyat və hücum pilotsuz uçuş aparatlarının (PUA) Qazaxıstanda istehsalına 2024-cü ildə başlanması planlaşdırılır.

Respublica.Az xəbər verir ki, bu barədə "inbusiness.kz" Türkiyə Aerokosmik Sənayesi Şirkətinin nümayəndəsi Erol Oğuza istinadən məlumat yayıb.

Onun sözlərinə görə, tərəflər hazırlıq işləri apardığından və investisiyaların həcmi hesablandığından hələlik daha dəqiq tarix demək mümkün deyil.

"Məqsədimiz təkcə istehsal açmaq deyil, gələcəkdə Qazaxıstanın müstəqil olaraq pilotsuz uçuş aparatları istehsal edə bilməsi üçün bu ölkəyə təcrübə və texnologiya ötürməkdir".//report//

Respublica.Az



15-10-2023, 18:23 | Əməliyyatın əsas prioriteti budur – İsrail

Əməliyyatın əsas prioriteti budur – İsrail


Hərbi əməliyyatın əsas prioriteti tunellərdə saxlanılan girovların xilas edilməsidir.

Bunu İsrail ordusunun sözçüsü Conatan Konrikus deyib.

"HƏMAS terrorçuları tərəfindən oğurlanan 150-200 nəfər çox güman ki, müxtəlif yerlərdəki tunellərdə saxlanılır. Müasir hərbçilər üçün belə sıx məskunlaşmış şəhər ərazilərində döyüşmək son dərəcə çətindir. İsrail ordusu mülki əhaliyə hücum etməyəcək. Biz xatırlamalıyıq ki, mülki əhalini qalxan kimi, mülki infrastrukturu hərbi məqsədlər üçün istifadə edə bilən amansız düşmənlə vuruşmağa hazırlaşırıq", - Konrikus bildirib.//axar.az//


15-10-2023, 10:19 | İsrail HƏMAS-ın yüksək rütbəli zabitini məhv etdi

İsrail HƏMAS-ın yüksək rütbəli zabitini məhv etdi


İsrail hərbçiləri Fələstinin HƏMAS radikal qruplaşmasının xüsusi təyinatlı dəstəsinin komandirlərindən birini öldürüb.

Bu barədə İsrail Müdafiə Qüvvələri və Baş Təhlükəsizlik Xidmətinin birgə bəyanatında deyilir.

"İsrail Müdafiə Qüvvələri və Baş Təhlükəsizlik Xidmətinin kəşfiyyat məlumatlarına görə, Qəzza zolağında HƏMAS-ın "Nuxba" adlı xüsusi təyinatlılarının bölük komandirlərindən biri Bilal Əl-Kedranı zərərsizləşdirilib. O, kibbutz Nirimə terror hücumuna rəhbərlik edib", - məlumatda bildirilir.

Qeyd olunub ki, həmçinin hava hücumu zamanı HƏMAS və Fələstinin radikal "İslami Cihad" hərəkatının digər yaraqlıları da öldürülüb.//report//

15-10-2023, 06:47 | İranda məmur özbaşınalığı: Ailə evindən küçəyə atıldı - VİDEO

İranda məmur özbaşınalığı: Ailə evindən küçəyə atıldı - VİDEO


İranda vətəndaş doqquz nəfər ailə üzvü ilə birlikdə hökumət məmurları tərəfindən evindən çıxarılaraq küçəyə atılıb.

Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verir.

Bildirilir ki, vətəndaş qohumlarının dəfn mərasimində iştirak etmək üçün kəndə getdiyi zaman məmurlar onun ailə üzvlərini hədələyərək evini boşaldıb çölə çıxarıblar.

Məmurlar onlara deyiblər ki, evinizin sahəsi yola çıxır. Evdən çıxarılan vətəndaş bildirir ki, Şəhər Şurası, bələdiyyə və məhkəmə vasitəsilə çoxlu araşdırmaların aparılmasına baxmayaraq, heç bir nəticə əldə edə bilməyib.//musavat.com//


15-10-2023, 06:39 | “Qəzza zolağında 300-ə yaxın Türkiyə vətəndaşı var”

“Qəzza zolağında 300-ə yaxın Türkiyə vətəndaşı var”


“Qəzza zolağında 300-ə yaxın Türkiyə vətəndaşı var”.

Respublica.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Hakan Fidan Qahirədə keçirilən mətbuat konfransında məlumat verib.

“Biz Misir və İsrail hakimiyyət orqanları ilə sıx əməkdaşlıq edirik. İçəridə 300-ə yaxın Türkiyə vətəndaşı var. Onlardan 30-nu təxliyə edə bildik. Sərhəd qapısı bağlı olduğundan hazırda işimiz davam edir. Biz bu gündən etibarən həm indi, həm də silahlar susdurulduqdan sonra Misirlə və digər tərəfdaşlarımızla bu mövzularda nələr edilə bilər, nələr edilməlidir, fikir mübadiləsi aparmağa başlamışıq”, - deyə Fidan bildirib.

Respublica.Az

13-10-2023, 09:59 | Rusiya 1 gündə Ukraynada 1000-dən çox hərbçisini itirdi

Rusiya 1 gündə Ukraynada 1000-dən çox hərbçisini itirdi



Rusiya qüvvələri son sutkada Ukrayna ərazisində daha 1030 hərbçisini itirib.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, bununla da Rusiya tərəfinin müharibə başlayandan bəri ümumi itkilərinin sayı 285 920 nəfərə çatıb.

Həmçinin son sutka ərzində Rusiyaya məxsus 26 tank, 49 zirehli döyüş maşını, 44 artilleriya sistemi Ukrayna ordusu tərəfindən sıradan çıxarılıb.

Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.//Modern.az //

������������ ������� DLE ������� ��������� ��� dle.
���������� ���� ������ ��� ��������� ������.
����������� �������� ������� � �������� ������.
����������� �������� ������������ ��� �������� ����.
������ ����� �������� ��������� ����� ������.
����� ���������� �� ���� ��� ���� � ��� �����.