11-12-2024, 20:28 | ABŞ yeni yaranmış Suriya dövlətini tanıyacaq - Bir şərtlə...

ABŞ yeni yaranmış Suriya dövlətini tanıyacaq - Bir şərtlə...



ABŞ dövlət katibi Antoni Blinken yeni yaranmış Suriya dövləti barədə açıqlamalar verib.

ABŞ dövlət katibi açıqlamasında bildirib ki, ABŞ bir şərtlə yeni yaranmış dövləti tanıyacaq:

"Terrorizmdən əl çəkərsə, kimyəvi silah ehtiyatlarını məhv edərsə, azlıqların və qadınların hüquqlarını qoruyarsa ABŞ yeni hökuməti tanıyacaq" .

Blinken həmçinin bildirib ki, təxminən 900 ABŞ əsgəri Suriyanın şimalında qalmağa davam edəcək.

"Suriyanın gələcəyinə Suriya xalqı qərar verəcək" - Blinken açıqlamasında bildirib. Onun sözlərinə görə, bütün xalqlar əhatəli və şəffaf bir prosesi dəstəkləməyə və xarici müdaxilədən qaçmağa söz verməlidir.

"ABŞ bu proses nəticəsində ortaya çıxacaq gələcək Suriya hökumətini tanıyacaq və tam dəstəkləyəcək", - Blinken bildirib.

Nərmin
milli.az

11-12-2024, 20:10 | Paşinyan yenə yalan danışdı: "Konstitusiyada elə maddə yoxdur"

Paşinyan yenə yalan danışdı: "Konstitusiyada elə maddə yoxdur"


"Ermənistan Respublikası Konstitusiyasının heç bir müddəasında qonşu ölkələrə qarşı ərazi iddiaları yoxdur".

Bunu Ermənistanın baş naziri Nikol Paşinyan özünün "X" hesabında yazıb.

"Ermənistan Respublikasının Konstitusiya Məhkəməsi 26 sentyabr 2024-cü il tarixli qərarında qeyd edib ki, Konstitusiyanın preambulasında Müstəqillik Bəyannaməsinə istinad yalnız Konstitusiyanın maddələrində təsbit olunmuş bəyannamənin müddəalarına aiddir", - deyə Baş nazir qeyd edib.

Xatırladaq ki, daha əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin "xalq tərəfindən hazırlanacaq" yeni konstitusiyaya ehtiyacı olduğunu bildirmişdi.

Əslində isə Ermənistan Konstitusiyasında Qarabağın Ermənistana birləşdirilməsi ilə bağlı müddəanın da yer aldığı Müstəqillik Bəyannaməsinə istinad var.

Konstitusiyada istinad edilən Ermənistan Respublikasının SSRİ-dən rəsmən müstəqilliyini elan edən Müstəqillik Bəyannaməsi 1990-cı il avqustun 23-də Ermənistan Ali Sovetinin birinci sessiyasında qəbul edilib.

12 bənddən ibarət olan bəyannamənin preamblasında Ermənistan SSR Ali Sovetinin və Qondarma Dağlıq Qarabağ İcraiyyə Komitəsinin "Ermənistan SSR-in və Dağlıq Qarabağ Muxtar Vilayətinin birləşdirilməsi haqqında" 1989-cu il 1 dekabr tarixli birgə qərarı əsasında müstəqil Ermənistan Respublikasının hüquqi çərçivəsi müəyyənləşdirililib.

Ermənistanda bir neçə dəfə Konstitusiya dəyişikliyi olsa da, Qarabağın Ermənistana birləşdirilməsi müddəasının yer aldığı Müstəqillik Bəyannamasinə istinad edilən maddələr dəyişdirilməyib.

1998-ci ildə Ermənistan Mərkəzi Seçki Komissiyası Robert Koçaryanın prezident seçkisindəki namizədliyini konstitusiyanın bu maddəsinə istinad edərək təsdiq etmişdi.

Milli.Az

11-12-2024, 19:59 | Türkiyədə çökən bina bu məşhur müğənniyə aid imiş - FOTO

Türkiyədə çökən bina bu məşhur müğənniyə aid imiş - FOTO


Fatihdə 3 mərtəbəli tərk edilmiş binada qismən çökmə baş verib.

Türkiyə mətbuatına istinadən xəbər verir ki, çökən binanın Türkiyəli məşhur müğənniyə məxsus olduğu üzə çıxıb. Binanın Athena Gökhan kimi tanınan müğənni Gökhan Özoğuza məxsus olduğu bildirilib.

Qeyd edək ki, ötən gün saat gecə saatlarında Balat rayonu Atgeçməz küçəsində yerləşən 3 mərtəbəli sahibsiz binada qismən çökmə baş verib. Binadan gələn səsləri eşidənlər polis, səhiyyə, xilasetmə və bağışlayan qruplara xəbər verib. Qruplar ətrafda geniş təhlükəsizlik tədbirləri alaraq sahibsiz binanın yanındakı iki və onunla üzbəüz yerləşən bir binadaki sakinləri ehtiyat tədbiri olaraq təxliyyə edib.

13-05-2024, 07:28 | Misir İsrailə qarşı qaldırılan iddiaya qoşuldu

Misir İsrailə qarşı qaldırılan iddiaya qoşuldu



Misir Cənubi Afrika Respublikasının Beynəlxalq Ədalət Məhkəməsində İsrailə qarşı qaldırdığı iddiasına qoşulacaq.

Bu barədə Misir Xarici İşlər Nazirliyi "X" sosial şəbəkəsindəki səhifəsində məlumat yayıb.

"Misir Ərəb Respublikası Cənubi Afrika Respublikasının İsrailə qarşı Beynəlxalq Ədalət Məhkəməsinə qaldırdığı işdə rəsmi şəkildə iştirak etmək niyyətini açıqlayır", - bəyanatda deyilir.

Qərar gərginliyin artması və İsrailin Qəzza zolağının Fələstin mülki əhalisinə qarşı təcavüzünün miqyası ilə əlaqədar qəbul edilib.

13-05-2024, 07:19 | Xarkovda son vəziyyət: Ukraynalı hərbçi açıqladı

Xarkovda son vəziyyət: Ukraynalı hərbçi açıqladı



Sərhədyanı ərazilərdə və Rusiya ilə dövlət sərhədində döyüş əməliyyatları davam edir. Vəziyyət çətin olsa da, ordumuz müdafiə xətlərini və mövqelərini qorumaq, həmçinin düşməni məğlub etmək üçün hər şeyi edir.

Bu barədə Ukrayna ordusunun "Xortitsa" əməliyyat-strateji qoşun qrupunun nümayəndəsi Nazar Voloşin Xarkovda son vəziyyəti şərh edərkən deyib.

13-05-2024, 07:15 | İsraildən Hizbullaha daha bir zərbə

İsraildən Hizbullaha daha bir zərbə


İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları ölkənin atəşə tutulmasına cavab olaraq Livanın cənubundakı Hizbullah hərəkatına zərbələr endiriblər.

Bu barədə İsrail Müdafiə Ordusunun mətbuat xidməti məlumat yayıb.

"Son bir neçə saat ərzində qırıcı təyyarələr Livanın cənubundakı Haltı və Kfarhamam bölgələrində Hizbullahın iki raket qurğusuna zərbə endirib.

13-05-2024, 07:13 | Litvada seçkilər: Nauseda liderdir

Litvada seçkilər: Nauseda liderdir



Litvanın hazırkı Prezidenti Gitanas Nauseda protokolların 70 faizinin hesablanmasından sonra prezident seçkilərində 47,63% səslə liderdir.

Bu barədə Litvanın Mərkəzi Seçki Komissiyası (MSK) məlumat yayıb.

Qeyd edək ki, qalib gəlmək üçün namizəd səslərin 50%-dən çoxunu almalıdır. Namizədlərin heç biri bu səsi toplamasa, iki həftə sonra birinci mərhələnin iki liderinin iştirakı ilə ikinci tur keçiriləcək.

13-05-2024, 07:11 | Fransa XİN gözlənilmədən Bakı ilə İrəvan arasında danışıqları dəstəklədi - Parisin bundan nə xeyri var?

Fransa XİN gözlənilmədən Bakı ilə İrəvan arasında danışıqları dəstəklədi - Parisin bundan nə xeyri var?



Fransa Xarici İşlər Nazirliyi gözlənilmədən Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında Almatıda danışıqları dəstəkləyib.

Trend-ə istinadən xəbər verir ki, nazirliyin bəyanatında həmçinin deyilib ki, Paris "razılaşdırılmış prinsiplər əsasında sərhədin delimitasiyası prosesini davam etdirməyə çağırır".

Nəzərə alsaq ki, Bakı ilə İrəvan arasında Qazax rayonunun 4 kəndinin Azərbaycana qaytarılması ilə bağlı delimitasiya prosesinin başlanmasına dair razılaşma aprelin 19-da əldə olunub, Parisin gecikmiş reaksiyası çox şey deyir.

Fransa tərəfi mütləq ermənipərəst mövqeyinə görə Cənubi Qafqazda danışıqlar prosesinə təsir imkanlarını çoxdan itirib. Ona görə də Parisin Bakı ilə İrəvan arasında normallaşma yolunda irəliləyişdən məmnun qalmaması təbiidir.

Bakıdan geri çağırılan Fransa səfiri ilə bağlı son hadisələr, Azərbaycanın Parislə münasibətlərə xələl gətirdiyi iddia edilən fəaliyyətində ittiham olunması, casus qalmaqalı fonunda bu cür bəyanatlar tamamilə qeyri-səmimi və mənasız görünür.

Bakının mövqeyi dəqiq müəyyən edilib - İrəvanla danışıqlarda üçüncü tərəf tələb olunmur. Hətta Ermənistanda da bunu anlamağa başladılar. Yelisey sarayının yeni reallıqlarla barışması qalır.

13-05-2024, 06:56 | Zelenski: “Xarkov vilayətində şiddətli döyüşlər gedir”

Zelenski: “Xarkov vilayətində şiddətli döyüşlər gedir”



Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, ölkənin Xarkov vilayətinin sərhəd zonasında şiddətli döyüşlər gedir.

APA-ya istinadən xəbər verir ki, dövlət başçısı bunu axşam müraciətində deyib.

"Müdafiə döyüşləri davam edir, sərhəd zolağımızın əhəmiyyətli bir hissəsində şiddətli döyüşlər gedir. Elə kəndlər var ki, əslində "boz zona"dan hərbi əməliyyatlar zonasına çevrilib və işğalçı onların bəzilərində möhkəmlənməyə, digərlərindən isə sadəcə olaraq daha da irəliləmək üçün istifadə etməyə çalışır", - Zelenski vurğulayıb.

Prezident qeyd edib ki, Volçansk şəhəri yaxınlığında vəziyyət çox ağırdır, şəhər daim Rusiya atəşi altındadır, Ukrayna hərbçilərinin şəhərdə əks-hücum hərəkətləri davam edir, yerli sakinlərə köməklik göstərilir.

13-05-2024, 06:52 | İsrailliləri girov saxlayan HƏMAS üzvü məhv edildi

İsrailliləri girov saxlayan HƏMAS üzvü məhv edildi


İsrail ərazisinə raket hücumlarında iştirak edən və bu ölkə vətəndaşlarını girov saxlayan Naim Qol Qəzza zolağında məhv edilib.

Bu barədə İsrail Müdafiə Qüvvələri və Baş Təhlükəsizlik Xidməti (Şin Bet) məlumat yayıb.

������������ ������� DLE ������� ��������� ��� dle.
���������� ���� ������ ��� ��������� ������.
����������� �������� ������� � �������� ������.
����������� �������� ������������ ��� �������� ����.
������ ����� �������� ��������� ����� ������.
����� ���������� �� ���� ��� ���� � ��� �����.