13-05-2024, 07:13 | Litvada seçkilər: Nauseda liderdir

Litvanın hazırkı Prezidenti Gitanas Nauseda protokolların 70 faizinin hesablanmasından sonra prezident seçkilərində 47,63% səslə liderdir.
Bu barədə Litvanın Mərkəzi Seçki Komissiyası (MSK) məlumat yayıb.
Qeyd edək ki, qalib gəlmək üçün namizəd səslərin 50%-dən çoxunu almalıdır. Namizədlərin heç biri bu səsi toplamasa, iki həftə sonra birinci mərhələnin iki liderinin iştirakı ilə ikinci tur keçiriləcək.
13-05-2024, 07:11 | Fransa XİN gözlənilmədən Bakı ilə İrəvan arasında danışıqları dəstəklədi - Parisin bundan nə xeyri var?

Fransa Xarici İşlər Nazirliyi gözlənilmədən Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında Almatıda danışıqları dəstəkləyib.
Trend-ə istinadən xəbər verir ki, nazirliyin bəyanatında həmçinin deyilib ki, Paris "razılaşdırılmış prinsiplər əsasında sərhədin delimitasiyası prosesini davam etdirməyə çağırır".
Nəzərə alsaq ki, Bakı ilə İrəvan arasında Qazax rayonunun 4 kəndinin Azərbaycana qaytarılması ilə bağlı delimitasiya prosesinin başlanmasına dair razılaşma aprelin 19-da əldə olunub, Parisin gecikmiş reaksiyası çox şey deyir.
Fransa tərəfi mütləq ermənipərəst mövqeyinə görə Cənubi Qafqazda danışıqlar prosesinə təsir imkanlarını çoxdan itirib. Ona görə də Parisin Bakı ilə İrəvan arasında normallaşma yolunda irəliləyişdən məmnun qalmaması təbiidir.
Bakıdan geri çağırılan Fransa səfiri ilə bağlı son hadisələr, Azərbaycanın Parislə münasibətlərə xələl gətirdiyi iddia edilən fəaliyyətində ittiham olunması, casus qalmaqalı fonunda bu cür bəyanatlar tamamilə qeyri-səmimi və mənasız görünür.
Bakının mövqeyi dəqiq müəyyən edilib - İrəvanla danışıqlarda üçüncü tərəf tələb olunmur. Hətta Ermənistanda da bunu anlamağa başladılar. Yelisey sarayının yeni reallıqlarla barışması qalır.
13-05-2024, 06:56 | Zelenski: “Xarkov vilayətində şiddətli döyüşlər gedir”

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, ölkənin Xarkov vilayətinin sərhəd zonasında şiddətli döyüşlər gedir.
APA-ya istinadən xəbər verir ki, dövlət başçısı bunu axşam müraciətində deyib.
"Müdafiə döyüşləri davam edir, sərhəd zolağımızın əhəmiyyətli bir hissəsində şiddətli döyüşlər gedir. Elə kəndlər var ki, əslində "boz zona"dan hərbi əməliyyatlar zonasına çevrilib və işğalçı onların bəzilərində möhkəmlənməyə, digərlərindən isə sadəcə olaraq daha da irəliləmək üçün istifadə etməyə çalışır", - Zelenski vurğulayıb.
Prezident qeyd edib ki, Volçansk şəhəri yaxınlığında vəziyyət çox ağırdır, şəhər daim Rusiya atəşi altındadır, Ukrayna hərbçilərinin şəhərdə əks-hücum hərəkətləri davam edir, yerli sakinlərə köməklik göstərilir.
13-05-2024, 06:52 | İsrailliləri girov saxlayan HƏMAS üzvü məhv edildi

İsrail ərazisinə raket hücumlarında iştirak edən və bu ölkə vətəndaşlarını girov saxlayan Naim Qol Qəzza zolağında məhv edilib.
Bu barədə İsrail Müdafiə Qüvvələri və Baş Təhlükəsizlik Xidməti (Şin Bet) məlumat yayıb.
13-05-2024, 06:50 | BMT-dən Ukraynanın Rusiyaya hücumuna reaksiya...

BMT mülki infrastruktura hər hansı hücumun əleyhinədir.
Bunu Belqoroda hücumla bağlı BMT baş katibinin mətbuat katibinin müavini Fərhan Haq deyib.
Qeyd edək ki, son məlumata görə, Belqorodda çoxmərtəbəli yaşayış binasına raket zərbəsi nəticəsində azı 9 nəfər ölüb, 32 nəfər xəsarət alıb.
11-05-2024, 09:17 | İsrail Rəfahı atəşə tutdu

İsrail ordusu Qəzza zolağının cənubunda yerləşən Rəfah şəhərinə artilleriya zərbələri endirib.
APA-ya istinadən bildirir ki, bu barədə "Al Jazeera" telekanalı məlumat yayıb.
Telekanalın məlumatına görə, zərbələr şəhərin mərkəzi və şərq rayonlarına tuş gəlib.
Rəfahın şimal-şərq məhəllələrinin bombalanması ilə bağlı da məlumat var.
11-05-2024, 09:10 | Zelenskidən müraciət: Xarkova əlavə qüvvələr cəlb edilir

Rusiya qoşunları Xarkov vilayətində Ukraynaya qarşı əməliyyatları genişləndirməyə cəhd edib.
axar.az-a istinadən xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski axşam müraciətində deyib.
"Hərbçilərimiz, artilleriyamız, pilotsuz təyyarələrimiz işğalçıya cavab verir. Mövqelərimizi lazımi səviyyədə qoruyan hər bir əsgərə, hər bir çavuşa, hər bir zabitə minnətdaram", - deyə o bildirib.
Zelenskinin sözlərinə görə, Xarkov istiqamətinə əlavə qüvvələr cəlb olunacaq.
Qeyd edək ki, ABŞ rəsmisi də rus qoşunlarının Xarkova hücuma başladığını açıqlamışdı.
11-05-2024, 09:04 | Rusiya ordusu bu istiqamətdə hücuma başladı - ABŞ

Rusiya Silahlı Qüvvələri Xarkova hücuma başlayıb.
Bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi jurnalistlərə açıqlamasında bildirib.
"Deyə bilərəm ki, biz Rusiyanın Xarkova hücuma başlayacağını gözləyirdik, görünür, bu, indi başlayıb. Biz Ukrayna ilə sıx koordinasiyadayıq", - deyə Kirbi bildirib.
11-05-2024, 08:19 | Piterdə çaya düşənlər üçün suya atılan 3 müsəlman...

Batan sərnişinlərin köməyinə ilk gələn gənclər İdris İsmatulla oğlu Hacıyev, Şahban Cəbrayıl oğlu Cəbrayılov və Məhəmməd Ramazan oğlu Həsənovdur. Onların hamısı Dağıstandandır.
axar.az xəbər verir ki, bu sözləri Dövlət Dumasının deputatı Biysultan Həmzəyev öz Teleqram kanalında Sankt-Peterbirqda çaya düşən avtobus haqda qeyd edib.
Deputat bildirib ki, hər 3 gənc tikinti sənayesində işləyir, həmin vaxt da cümə namazına gedirlərmiş.
İdris Hacıyev Rusiya mediasına bildirib ki, öz hərəkətini qəhrəmanlıq hesab etmir:
"Biz məscidə cümə namazına gedirdik və körpüyə çatmazdan əvvəl avtobusun kanala düşdüyünü gördük. Tez yuxarı qaçdıq. Artıq suya atılmamaq variantı yox idi, çünki vəziyyət elə idi ki, insanlara 100% kömək etmək lazım idi. Bu qəhrəmanlıqdır? Məncə, yox, inanıram ki, hər bir insan çətinliyə düşən insana kömək etməlidir. Bacardığımız qədər kömək etdik".
Qeyd edək ki, qəza nəticəsində avtobusda olan 20 sərnişindən 6-sı ölüb.
Rusiya mediası avtobus sürücüsünün tacikistanlı 44 yaşlı Rəhmətşah Qurbanov olduğunu yazıb.
Milli.Az
11-05-2024, 07:50 | Bayden Ukrayna ilə bağlı əmr imzaladı

ABŞ Prezidenti Cozef Bayden Ukraynaya 400 milyon dollar həcmində hərbi yardımla bağlı əmr imzalayıb.
Bu barədə Ağ ev məlumat yayıb.
Bildirilib ki, ABŞ Prezidenti bu məsələ ilə bağlı müvafiq səlahiyyətləri dövlət katibi Antoni Blinkenə verib.
Paketə "Patriot" hava hücumundan müdafiə sisteminin mərmiləri, "Stinger" hava hücumundan müdafiə raketləri, "Bradley" piyada döyüş maşınları və digər döyüş sursatları daxildir.




















