10-05-2024, 10:36 | Yanvar-aprel aylarında Türkiyənin Azərbaycana kimyəvi maddə ixracının həcmi açıqlandı

Yanvar-aprel aylarında Türkiyənin Azərbaycana kimyəvi maddə ixracının həcmi açıqlandı
Türkiyə 2024-cü ilin yanvar-aprel aylarında Azərbaycana kimyəvi maddə məhsulları ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 0,2 faiz azalaraq 161,5 milyon dollara çatdırıb.
Bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
"2024-cü ilin aprel ayında Türkiyənin Azərbaycana kimyəvi maddə məhsulları ixracı 2023-ci ilin eyni ayı ilə müqayisədə 5,3 faiz artaraq, 40,1 milyon dollara bərabər olub", - deyə məlumatda qeyd edilib.
Qeyd edək ki, Türkiyə 2024-cü ilin yanvar-aprel aylarında kimyəvi maddə məhsulları ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 7,3 faiz artıraraq 10,5 milyard dolları ötüb.
Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
"2024-cü ilin aprel ayında Türkiyənin dünya bazarlarına kimyəvi maddə məhsulları ixracı 2023-ci ilin eyni ayı ilə müqayisədə 5 faiz artaraq, 2,5 milyard dollara bərabər olub", - deyə məlumatda qeyd edilib.
Qeyd olunub ki, son 12 ay ərzində (aprel 2023-aprel 2024) Türkiyə 31,2 milyard dollar məbləğində kimyəvi maddə məhsulları ixrac edib. //milli.az/
10-05-2024, 09:31 | 50 minlik rus ordusu sərhəddə: Bu tarixdə hücum olacaq

Ruslar Xarkov vilayətinə hücuma hazırlaşır.
Bu barədə Ukraynanın 92-ci Mexanikləşdirilmiş Piyada Briqadasının komandiri İvan Sirko Pavel Fedosenko "Ekonomist"ə müsahibəsində bildirib.
Onun sözlərinə görə, Rusiya mayın ortalarında Xarkov vilayətinə hücum edəcək. İndi 50 minlik rus ordusu sərhəd yaxınlığında cəmləşib:
"Ssenarilərdən biri Kiyevə gedən əsas yolu kəsərək şəhəri təcrid etməkdir. Digər variant isə təxminən 10 km yaxınlaşmaq, şəhərin şərq kənarını artilleriya məsafəsi daxilində qoymaq və Ukraynanın pilotsuz təyyarələrinin hücumlarına məruz qalan Rusiyanın Belqorod şəhərini qorumaq üçün bufer zonası yaratmaqdır".
O, həmçinin qeyd edib ki, rusların Donetsk vilayətinin bütün ərazisini işğal etmə ehtimalı 70% təşkil edir.
"Hər kəs bilir ki, biz Konstantinovka və Drujkovka uğrunda döyüşməsək, rus qoşunları bir neçə həftədən sonra Dneprdə, Xarkovda, Krivoy Roqda olacaq".
O vurğulayıb ki, Çasov Yar uğrunda döyüşlərin məqsədi Rusiyanın irəliləməsinə və əsas şəhərləri tutmasına mane olmaqdır. Eyni zamanda, Donbasda işğalçıların ləngiməsi həlledici əhəmiyyət kəsb edir.//axar.az
10-05-2024, 08:14 | İndi dollar və avro heç kimə lazım deyil - Lukaşenko

Bir çox ölkə dollar və avrodan istifadəyə marağını itirir.
Bunu Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib.
"İndi nə dollar, nə də avro heç kimə lazım deyil. Bu artıq təkcə Belarus və Rusiyada deyil, bu, bir çox ölkədə belədir", - Lukaşenko vurğulayıb.
10-05-2024, 07:55 | ABŞ Ukraynaya yeni silah və hərbi texnika göndərəcək

ABŞ yaxın bir neçə həftə ərzində Ukraynaya yeni silah və hərbi texnika göndərəcək.
Bunu Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller brifinqdə təsdiqləyib.
Miller təfərrüatı açıqlamayıb.
10-05-2024, 07:48 | Dırnaqlarımızla qələbə qazanacağıq - Netanyahu

İsrail Qəzza zolağındakı döyüşlərdə hətta kənardan dəstək olmadan, yalın əllə vuruşaraq, sözün əsl mənasında dırnaqları ilə qələbə qazanmaq niyyətindədir.
Bunu İsrail Baş naziri Benyamin Netanyahu deyib.
10-05-2024, 07:32 | Aya Yerin 275 dilinin olduğu kapsul göndəriləcək

Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatı (UNESCO) planetimizin digər mədəni irsi haqqında biliklərlə yanaşı, Ayda Yer kürəsinin 275 dili haqqında məlumatı qorumaq niyyətindədir.
Bu barədə qurumun rəsmi saytında məlumat verilib.
Məlumat kapsulu Yaponiyanın özəl "Ispace" şirkətinin "Hakuto-R" avtomatik modulunun göyərtəsində yerləşdiriləcək.
UNESСO-dan verilən məlumata görə, bu arxiv qlobal fəlakət baş verərsə, bəşəriyyətlə bağlı bəzi məlumatların saxlanılmasına kömək edəcək.
"Ispace"in ilk Aya eniş aparatı "Hakuto-R" 2022-ci ilin dekabrında şirkətin pilot missiyasının bir hissəsi olaraq buraxılıb. 25 aprel 2023-cü ildə Aya eniş cəhdi zamanı cihaz bort kompüterindəki xəta səbəbindən qəzaya uğrayıb.
"Ispace"in Ay səthinə çıxmaq üçün növbəti cəhdi 2024-cü ilin qışına planlaşdırılıb. Yeni "Hakuto-R" modeli ilə birlikdə Yerin peykinə kiçik bir lunoxod göndəriləcək.
"Ispace" artıq 2026-cı ildə baş tutacaq üçüncü Ay missiyasını planlaşdırır. Bu zaman 500 kiloqrama qədər faydalı yük daşıya bilən daha böyük və müasir "Apex 1.0 "modulundan istifadə ediləcək.
10-05-2024, 07:22 | ABŞ-dan İsrailə: Bu, HƏMAS-ın mövqeyini gücləndirəcək!

İsrailin Qəzza zolağının Rəfah şəhərində böyük hərbi əməliyyatı HƏMAS hərəkatının mövqelərini gücləndirəcək.
Bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi jurnalistlər üçün keçirilən müntəzəm onlayn brifinqdə bildirib.
10-05-2024, 07:20 | Benzia karyerası ilə bağlı hansı qərarı verib?

"Qarabağ"ın yarımmüdafiəçisi Yassin Benzia bir neçə Fransa klubunun maraq dairəsinə düşüb.
Bu barədə Əlcəzairin "Fennec Football" portalı məlumat yayıb.
İddiaya görə, 29 yaşlı futbolçu ilə başqa Avropa klubları maraqlansa da, o, Liqa 1-ə qayıtmağa üstünlük verir. Bu baxımdan Benzia üçün iki versiya ortaya çıxır: onun ilk klubu, yetirməsi olduğu "Lion" və "Nitsa".
Buna baxmayaraq, "Qarabağ"la müqaviləsi 2025-ci ilin yayına qədər olan Benzia klubunu dəyişməyi təxirə salmaq qərarına gəlib. O, diqqətini Əlcəzair millisinin Qvineya (6 iyun) və Uqanda (10 iyun) ilə qarşıdakı matçlarına yönəltmək istəyir. Benzianın sözügedən görüşlər üçün milliyə çağırılacağı gözlənilir.
Qeyd edək ki, Y.Benzia 2023-cü ildən Ağdam təmsilçisinin formasını geyinir.
10-05-2024, 07:17 | Çinlə nüvə sahəsində əməkdaşlıq etmək istəyirik - Orban

Macarıstan nüvə enerjisindən dinc məqsədlərlə istifadə sahəsində Çinlə əməkdaşlıqda maraqlıdır.
Bunu Macarıstanın Baş naziri Viktor Orban Budapeştdə Çin sədri Si Szinpinlə danışıqlardan sonra jurnalistlərə açıqlamasında deyib.
Hökumət başçısı qeyd edib ki, Macarıstan təkcə Çindən əlavə investisiyaların axınına deyil, həm də qabaqcıl Çin texnologiyalarından istifadəyə maraq göstərir.
10-05-2024, 07:09 | Rusiya NATO ölkələrinə hücum edə bilərmi? - Coana

Rusiyanın hazırda alyansın bir hissəsi olan heç bir ölkəyə hücum etmək niyyəti yoxdur.
Bunu NATO Baş katibinin müavini Mirça Coana Unirea FM radioasına açıqlamasında bildirib.
"Aydındır ki, hazırda Rusiyanın heç bir NATO dövlətinə hərbi hücum etmək niyyəti və imkanı da yoxdur, lakin bizə qarşı bütövlükdə hibrid müharibəyə başlayıb", - M.Coana deyib.
Onun sözlərinə görə, Rumıniya minnətdar olmalıdır ki, NATO-ya üzvlük onun təhlükəsizliyini təmin edir:
"Biz çox güclü ittifaqın içindəyik və həqiqətən də NATO-nu onilliklər ərzində heç vaxt olmadığı qədər dəyişmək prosesindəyik, o cümlədən hərbi istehsalın artırılması yolu ilə müdafiə planlarında..."




















