2-08-2026, 10:38 | SON DƏQİQƏ! Sloveniya Prezidenti yol qəzasına düşdü - Xəstəxanaya yerləşdirildi

SON DƏQİQƏ! Sloveniya Prezidenti yol qəzasına düşdü - Xəstəxanaya yerləşdirildi




Sloveniya Prezidenti Nataşa Pirts-Musarın olduğu avtomobil korteji yol-nəqliyyat hadisəsi ilə üzləşib. Hadisə iyulun 31-də ölkənin Kastelets tunelində qeydə alınıb.

Respublica.az xəbər verir ki, yerli mətbuatın yaydığı məlumata görə, prezident məzuniyyətdən paytaxta qayıdarkən kortejdə hərəkət edən iki xidməti avtomobil toqquşub. Qəza nəticəsində iki nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Bildirilir ki, dövlət başçısı hadisə zamanı yüngül xəsarət alıb. O, tibbi müayinədən keçməsi üçün xəstəxanaya aparılıb və vəziyyətinin qənaətbəxş olduğu üçün qısa müddət sonra evə buraxılması planlaşdırılıb.

Qəza zamanı yaralanan digər şəxsin isə daha ağır bədən xəsarətləri aldığı qeyd edilir. Onun səhhəti ilə bağlı əlavə məlumat açıqlanmayıb.

Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Hüquq-mühafizə orqanları yol qəzasının bütün təfərrüatlarını araşdırır.

Respublica.az


2-08-2026, 10:20 | Yaponiyada dağıdıcı zəlzələnin qurbanlarının sayı artır

Yaponiyada dağıdıcı zəlzələnin qurbanlarının sayı artır


Yaponiyanın Kyuşu adasında baş verən güclü zəlzələnin fəsadları ağırlaşmaqda davam edir.

Associated Press agentliyinin yaydığı məlumata görə, Kumamoto prefekturasında iyulun 28-də qeydə alınan 7,1 bal gücündə zəlzələ nəticəsində həyatını itirənlərin sayı 38-ə yüksəlib, azı 139 nəfər isə xəsarət alıb.

Təbii fəlakətdən sonra bölgədə vəziyyət hələ də tam bərpa olunmayıb. Hazırda təxminən 69 min ev təsərrüfatı susuz qalıb, 9200-dən çox sakin isə təxliyə mərkəzlərində məskunlaşmağa məcbur olub.

Zəlzələnin nəticələrinin aradan qaldırılması üçün xilasetmə və təcili yardım xidmətləri ilə yanaşı, Yaponiya Özünümüdafiə Qüvvələrinin təxminən 4600 hərbçisi də əməliyyatlara cəlb edilib.

Respublica.az

1-08-2026, 09:59 | Trampdan Ukrayna ilə bağlı gözlənilməz açıqlama: İstədiyimiz vaxt ora gedə bilərik

Trampdan Ukrayna ilə bağlı gözlənilməz açıqlama: İstədiyimiz vaxt ora gedə bilərik


ABŞ prezidenti Donald Tramp Ukrayna ilə bağlı gözlənilməz açıqlama verib.

Respublica.az xəbər verir ki, o, amerikalı jurnalist Stiv Qruberə verdiyi müsahibədə ötən il Ukrayna ilə ABŞ arasında imzalanmış nadir torpaq metallarına dair müqaviləyə toxunub: "Ukraynanın nadir torpaq metalları ilə çox zəngin torpaqları var. Nadir torpaq metalları üçün imzalanmış müqaviləmiz var. İstənilən vaxt ora gedib demək olar ki, istədiyimiz hər şeyi götürə bilərik. Bu, olduqca yaxşı bir razılaşmadır".(Musavat.com)

Respublica.az

1-08-2026, 09:54 | Avropada qaz qiymətləri kəskin artdı

Avropada qaz qiymətləri kəskin artdı


Yaxın Şərqdə münaqişənin yenidən alovlanması fonunda iyul ayında Avropada qazın orta qiyməti kəskin artıb.

Respublica.az xəbər verir ki, iyul ayında bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 1,5 dəfə yüksək olub. London ICE birjasının məlumatına əsasən ötən ay qazın 1000 kubmetrnin orta qiyməti 637 dollara çatıb.

Qaz fyuçersləri 30 iyunda 1000 kubmetr üçün təxminən 510 dollardan satıldığı halda, 31 iyulda təxminən 709 dollardan bağlanıb ki, bu da əvvəlki ayın sonundan 39 faiz çoxdur.

Bundan əlavə, Avropada qazın qiyməti 2025-ci ilin iyul ayı üçün orta qiymət təkliflərindən 55 faiz yüksək olub. Bu rəqəm iyun ayı ilə müqayisədə də 19 faiz yüksəkdir.

Ümumilikdə, yayın əvvəlindən bəri qiymət təklifləri 1000 kubmetr üçün 586 dollar təşkil edib ki, bu da 2025-ci ilin iyun-iyul ayları ilə müqayisədə 38 faiz yüksəkdir. 2026-cı ilin birinci rübündə Avropa mərkəzlərində qazın qiyməti 1000 kubmetr üçün 481 dollar olub, ikinci rübdə isə bu rəqəm 550 dollara qədər artıb.

İyul ayında qazın qiymətlərinin artması əsasən Yaxın Şərq münaqişəsinin yeni mərhələsi və qlobal tədarükün beşdə birinin keçdiyi Hörmüz boğazının bağlanması ilə əlaqədardır. Bütün bunlar bazarda mövcud həcmlər uğrunda rəqabət aparan Avropa və Asiyada qazın qiymətlərinin artmasına səbəb olub və qiymətləri qaldırıb.

ABŞ-İran münaqişəsinin son eskalasiyası 8 iyulda başlayıb. (Musavat.com)

Respublica.az


31-07-2026, 10:04 | Miqrantlar sel kimi İspaniyaya axışdı – sərhəd yarıldı, ordu hərəkətə keçir

Miqrantlar sel kimi İspaniyaya axışdı – sərhəd yarıldı, ordu hərəkətə keçir


Mərakeşdən İspaniyanın Seuta şəhərinə minlərlə miqrantın keçməsi sərhəddə yeni miqrasiya dalğası yaradıb.

Respublica.az xəbər verir ki, Seuta Muxtar İdarəsi ölkədə milli fövqəladə vəziyyət elan edilməsini və ordunun sərhədə yerləşdirilməsini tələb edib.

Bildirilir ki, Mərakeşdən çox sayda miqrant Seuta istiqamətində sərhədi keçərək İspaniya ərazisinə daxil olmağa çalışıb.

İspaniya hökuməti isə Mərakeş hakimiyyətinin sərhədi keçməyə cəhd edən çoxsaylı miqrantların qarşısının alınması üçün əməkdaşlıq etdiyini açıqlayıb.(Musavat.com)

Respublica.az




27-07-2026, 07:07 | Putin miqrantlarla bağlı qanunu sərtləşdirdi

Putin miqrantlarla bağlı qanunu sərtləşdirdi


Rusiya Prezidenti Vladimir Putin miqrantların gəlirlərinə dair tələblərin sərtləşdirilməsini nəzərdə tutan yeni qanunu imzalayıb.

Respyblica.az xəbər verir ki, hüquqi aktların rəsmi dərc edildiyi portalda yerləşdirilən sənədə əsasən, Rusiyada çalışan əcnəbilər özlərini və öhdəliyində olan ailə üzvlərini dolandırmaq məcburiyyətində olacaqlar.

Təminat səviyyəsi miqrantın işlədiyi region üzrə regional əmsala vurulmuş adambaşına düşən yaşayış minimumundan aşağı ola bilməz. Miqrant eyni vaxtda bir neçə regionda fəaliyyət göstərərsə, hesablama ən yüksək yaşayış minimumu əsasında aparılacaq. Bundan əlavə, həmin məbləğ müvafiq subyektdəki orta aylıq əməkhaqqından çox olmamalıdır.

Xatırladaq ki, bir qədər əvvəl Dövlət Dumasının sədri Vyaçeslav Volodin miqrantların ölkədən çıxarılmasına (deportasiyasına) səbəb olan hüquqpozmaların siyahısının iki dəfədən çox artırılacağını bildirmişdi. Daxil olan düzəlişlərdən sonra deportasiya nəzərdə tutulan maddələrin sayı 22-dən 45-ə qaldırılıb./"Qafqazinfo"

Respyblica.az

12-04-2026, 07:09 | “Yeni Nostradamus”dan bütün dünya üçün dəhşətli PROQNOZ

[center]“Yeni Nostradamus”dan bütün dünya üçün dəhşətli PROQNOZ[/center]

Dünya sürətlə dəyişir və bu gün mümkünsüz görünən şey sabah reallığa çevrilə bilər. Özünü “Qiyamət günü peyğəmbəri” adlandıran məşhur ekstrasens Kreyq Hamilton-Parker Donald Tramp və onun prezidentliyi ilə bağlı narahatedici proqnoz səsləndirib ki, bu da mütləq müzakirələrə səbəb olacaq.

Yaxın Şərqdə gərginliyin kritik həddə çatdığı bir vaxtda Kreyqin proqnozları yenidən sınağa çəkilir və onlardan biri xüsusilə diqqət çəkir: o, Trampın üçüncü müddətə prezident seçiləcəyini öncədən gördüyünü iddia edir.

Üçüncü müddət proqnozunu əsaslandıran ekstrasens Kreyq belə deyib: “O vaxt vurğuladığımı yenə deyirəm: mən hiss edirdim ki, böyük qlobal münaqişə baş verəcək, bəlkə də Tayvanın iştirakı ilə. İndi baxanda bu, istənilən qlobal münaqişə ola bilər. Bilirəm ki, çoxları bunu tənqid edirdi və deyirdi ki, üçüncü müddət mümkün deyil, çünki bu Konstitusiyada yazılıb – amma kim bilir? Dünya çox dəyişib”.//Lent.az

Respublica.Az


12-04-2026, 06:56 | Hörmüz boğazı nə vaxt açılacaq?

Hörmüz boğazı nə vaxt açılacaq?


ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazının yaxın vaxtlarda gəmiçilik üçün açılacağını bildirib.

Respublica.Az TASS-a istinadən xəbər verir ki, o, bu barədə jurnalistlərlə söhbətində deyib.

Tramp qeyd edib ki, boğazın açılması asan olmayacaq, lakin bunun tezliklə baş verəcəyini düşünür.

Onun sözlərinə görə, bu marşrutdan əsasən digər ölkələr istifadə edir və onun açılmasına da məhz onlar kömək edəcəklər.(Milli.az)

Respublica.Az

26-02-2026, 10:16 | Yaponiyada uçan taksilər sınaqdan keçirilir

Yaponiyada uçan taksilər sınaqdan keçirilir


Yaponiyanın "SkyDrive Inc." startapı sərnişin daşınması üçün nəzərdə tutulan pilotsuz uçuş aparatının ilk nümayiş xarakterli uçuşunu həyata keçirib.

Uzaqdan idarə olunan "SD-05" innovativ nəqliyyat vasitəsi "Mitsubishi Estate Co. və Kanematsu Corp." şirkətləri tərəfindən hazırlanıb. Aparat ilk uzaqdan idarə olunan uçuşunu Tokio körfəzi üzərində həyata keçirib. Uçuş təxminən dəqiqə yarım davam edib və aparat təxminən 150 metr məsafə qət edib.

"SD-05" pilotsuz aparatı 12 daşıyıcı vint və akkumulyator batareyaları ilə təchiz olunub. Bu xüsusiyyətlər sayəsində o, 15-40 kilometr məsafə qət edə bilir. Nəqliyyat vasitəsi üç nəfərin daşınması üçün nəzərdə tutulub.Trend-

16-02-2026, 15:05 | Qırğızstan prezidenti 3 naziri istefaya göndərdi

Qırğızstan prezidenti 3 naziri istefaya göndərdi


Qırğız Respublikasının Prezidenti Sadır Japarov daha 3 naziri vəzifəsindən azad edib.

Bu barədə Qırğızıstan dövlət başçısının Mətbuat xidməti məlumat yayıb.

Sadır Japarovun imzaladığı Fərmana əsasən, Meder Maşiyev təbii sərvətlər, ekologiya və texniki nəzarət naziri, Boobek Ajikeyev fövqəladə hallar naziri, Absattar Sırqabayev isə nəqliyyat və rabitə naziri vəzifəsindən azad edilib.

Nazirlərin vəzifələrindən azad edilmə səbəbləri açıqlanmayıb.

Xatırladaq ki, fevralın 10-u Qırğızıstan lideri yaxın silahdaşı, Dövlət Milli Təhlükəsizlik Komitəsinin (DTMK) sədri Kamçıbek Taşiyevi və onun üç müavinini istefaya göndərib. Fevralın 12-si isə Qırğızıstanın Ali Şurasının sədri Turgunbek Nurlanbek uulu istefa ərizəsini təqdim edib.


������������ ������� DLE ������� ��������� ��� dle.
���������� ���� ������ ��� ��������� ������.
����������� �������� ������� � �������� ������.
����������� �������� ������������ ��� �������� ����.
������ ����� �������� ��������� ����� ������.
����� ���������� �� ���� ��� ���� � ��� �����.