16-02-2024, 11:27 | Venesuela BMT-nin Ali Komissarlığının əməkdaşlarını ərazisindən qovur

Venesuela BMT-nin Ali Komissarlığının əməkdaşlarını ərazisindən qovur



Venesuela hökuməti BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığının məsləhət bürosunun fəaliyyətini dayandırır və əməkdaşlarından 72 saat ərzində ölkəni tərk etməyi tələb edir.

Bunu respublikanın xarici işlər naziri İvan Xil Pinto "Venezolana de Televisión" telekanalı tərəfindən yayımlanan mətbuat konfransında bildirib.

"Venesuela Bolivar Respublikası, işçiləri 72 saat ərzində ölkəni tərk etməli olan BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Venesueladakı texniki məsləhət bürosunun fəaliyyətini dayandırmaq qərarını elan edir", - Venesuela Xarici İşlər Nazirliyinin bəyanatında deyilir. Nazirlik, BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığının Venesueladakı ofisini "müstəmləkəçilik siyasəti və BMT Nizamnaməsinin pozulmasında" təqsirləndirir.

Nazir vurğulayıb ki, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı ilə anlaşma haqqında saziş bağlandıqdan sonra Venesuela bürosu "qərəzli mövqe tutur" və "ölkə Prezidenti Nikolas Maduronu, ölkənin dövlət, siyasi xadimlərini öldürmək üçün dövlət çevrilişi cəhdlərində, sui-qəsdlərdə iştirak edən şəxslər üçün cəzasızlığı təmin etməyə"çalışır.

Venesuela BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Ofisini beynəlxalq hüquqa, dövlətlərin ərazi bütövlüyünə və yurisdiksiyasına hörmət etməyə çağırır və obyektivlik, qərəzsizlik, hörmət prinsiplərinə ciddi riayət olunmaqla əməkdaşlığı davam etdirməyə hazır olduğunu bildirib.


14-02-2024, 14:28 | ABŞ 95 milyardlıq yardım ayıracaq

ABŞ 95 milyardlıq yardım ayıracaq




ABŞ Ukrayna, İsrail və Tayvana 95 milyard dollarlıq yardım ayıracaq.

oxu.az-a istinadən bildirir ki, Ukrayna, İsrail və Tayvana 95 milyard dollarlıq yardım ayrılmasını nəzərdə tutan qanun layihəsi ABŞ Senatında yekun səsvermə zamanı təsdiqlənib.

Layihənin lehinə 70, əleyhinə 29 senator səs verib. Senatda təsdiqləndikdən sonra qanun layihəsi prosedura uyğun olaraq ABŞ Konqresinin Nümayəndələr Palatasına göndərilib.

13-02-2024, 06:35 | Nyu-York metrosunda atışma olub, ölən və yaralanananlar var

Nyu-York metrosunda atışma olub, ölən və yaralanananlar var


Nyu-York metrosunda qatarda atışma baş verib.

Bu barədə bazar ertəsi "The New York Post" məlumat yayıb.

Hadisədə bir yeniyetmə ölüb.

12-17 yaş arasında olan daha beş nəfər xəsarət alıb.

10-dan çox atəş səsi eşidilib.

13-02-2024, 06:34 | Ermənistan XİN-in saytından “Dağlıq Qarabağ problemi” bölməsi silinib

Ermənistan XİN-in saytından “Dağlıq Qarabağ problemi” bölməsi silinib


Ermənistanın Xarici İşlər Nazirliyinin (XİN) saytından "Dağlıq Qarabağ problemi" bölməsi silinib.

report-a istinadən xəbər verir ki, bu barədə erməni politoloq Sergey Melkonyan sosial şəbəkələrdə yazıb.

"Ermənistan Xarici İşlər Nazirliyinin saytında həmişə "Dağlıq Qarabağ problemi" bölməsi olub. Bölmə erməni, rus, ingilis və fransız dillərində mövcud idi. Bu səhifə indi bütün dil versiyalarından silinib", - politoloq qeyd edib.

"Əgər bu texniki səhv deyilsə (buna şübhə edirəm), onda Ermənistan artıq texniki və rəsmi olaraq Azərbaycanla həmrəydir. Dağlıq Qarabağ problemi artıq mövcud deyil", - o əlavə edib.


13-02-2024, 06:30 | Ərdoğan: ABŞ Türkiyənin F-16 qırıcılarının satışı ilə bağlı tələbini yerinə yetirib

Ərdoğan: ABŞ Türkiyənin F-16 qırıcılarının satışı ilə bağlı tələbini yerinə yetirib


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Konqresinin Ankaraya F-16 qırıcılarının satışı ilə bağlı sazişi təsdiq etdiyini təsdiqləyib.

Dövlət başçısı bu barədə Ankarada onun sədrliyi ilə keçirilən hökumətin iclasının yekunu üzrə müvafiq bəyanatla çıxış edib.

ABŞ-nin Ankaradakı səfiri Jeffrey Flake ötən bazar günü Konqresin Türkiyənin 40 yeni və 79 təkmilləşdirilmiş F-16 təyyarəsi almasını təsdiqlədiyini açıqlayıb.

"F-16 ilə bağlı müraciətimizin ABŞ-nin müsbət qərarı ilə nəticələnməsinə şadıq. Məhdudiyyətlər aradan qaldırıldıqdan sonra Türkiyənin müdafiə sənayesi daha intensiv inkişaf edəcək", - Ərdoğan bildirib.

Türkiyənin xarici işlər naziri Hakan Fidan fevralın 10-dək ABŞ Konqresindən döyüş təyyarələri ilə bağlı qərar gözlədiyini bildirib. O qeyd edib ki, Ankara ilə Vaşinqton arasında ilkin razılıq var. Razılıaşmaya əsasən Türkiyə parlamenti İsveçin NATO-ya üzv olmaq ərizəsini təsdiqlədikdən sonra ABŞ F-16-nın satışı ilə bağlı tədbirlər görəcək. Qanunverici orqan yanvar ayında Stokholmun ratifikasiya protokolunu təsdiqləyib.


13-02-2024, 06:24 | İspaniyada limanda 8 ton kokain tapılıb

İspaniyada limanda 8 ton kokain tapılıb


İspaniyanın hüquq-mühafizə orqanları Alxesiras limanında (Əndəlus muxtar icması) konteynerlərdən birində 8 ton kokain aşkar ediblər.

report-a istinadən xəbər verir ki, bu barədə EFE agentliyi məlumat yayıb.

Məlumata görə, hüquq-mühafizə orqanlarının əməkdaşları istintaq zamanı İspaniyada narkotik vasitələrin əldə edilməsinə görə məsul olduğu güman edilən bir şəxsi saxlayıblar. Həmçinin daha iki nəfər barəsində cinayət işi açılıb.

Qeyri-qanuni yük İspaniyaya Surinamdan gəlib. Kokain narkotiklərin skaner tərəfindən aşkarlanmasının qarşısını almaq üçün xüsusi olaraq hazırlanmış metal konstruksiyaya yerləşdirilmiş halda olub.

13-02-2024, 06:23 | Fermerlər Moldova ilə Rumıniya sərhədindəki əsas keçid məntəqəsini bağlayıblar

Fermerlər Moldova ilə Rumıniya sərhədindəki əsas keçid məntəqəsini bağlayıblar


Moldova ilə Rumıniya arasındakı ən böyük sərhəd-keçid məntəqəsi "Leuşeni" fermerlər tərəfindən bağlanıb.

Bu barədə ölkə polisi məlumat yayıb.


"Leuşeni-Albitsa" sərhəd-keçid məntəqəsinə gedən yol fermerlər tərəfindən bağlanıb. Etirazçılara xəbərdarlıq edilib ki, onlar bu addımları ilə vətəndaşların sərbəst hərəkət hüququnu məhdudlaşdırırlar", - məlumatda qeyd edilib.

Bildirilib ki, fermerlər vəd olunan 23 milyon dollarlıq təzminatın sürətləndirilməsini və danışıqlara başlanılmasını tələb edərək etiraz aksiyalarına başlayıblar. Etirazçıların sözlərinə görə, kənd təsərrüfatında vəziyyət heç vaxt indiki qədər çətin olmayıb.


13-02-2024, 06:00 | 6 nəfəri öldürən, 99 nəfəri yaralayan terrorçuya hökm oxundu: Edam etsəniz də...

6 nəfəri öldürən, 99 nəfəri yaralayan terrorçuya hökm oxundu: Edam etsəniz də...


Prokuror 2022-ci il noyabrın 13-də İstanbulun Beyoğlu rayonunun İstiqlal küçəsində 6 nəfərin ölümü, 99 nəfərin yaralanması ilə nəticələnən bombalı terror aktı ilə bağlı Əhlam Əlbəşir və 35 müttəhim haqqında rəyini açıqlayıb.

Təqsirləndirilən Əlbəşirə ağırlaşdırılmış ömürlük həbs cəzası istənilib.

Suriya əsilli Əhlam Əlbəşir, "Mən bunun bomba olduğunu bilmirdim. Dedilər ki, mən ancaq turist kimi gedəcəm və sadəcə şəkil çəkməyimi dedilər. Gecələr rəhmətə gedən adamlara görə yata bilmirəm. Mən yetiməm və kimsənin yetim qalmasını istəmirəm. Məni ölümə məhkum etsəniz belə, etiraz etməyəcəyəm. Suriyaya gedən insanları tutmaq üçün Suriyaya getməyə hazıram. Buradakı insanların heç biri günahkar deyil. Hansı qərar verilsə, etiraz etməyəcəyəm", - deyə bildirib.

İstanbul Respublika Baş Prokurorluğunun hazırladığı iddianamədə terror təşkilatı PKK/YPG-nin 13 noyabr 2022-ci ildə Beyoğlunun İstiqlal küçəsində təşkil etdiyi bombalı hücumda 6 nəfərin həyatını itirdiyi, 99 nəfərin yaralandığı bildirilir.

İddianamədə istintaq çərçivəsində terror təşkilatı YPG/PYD-nin xüsusi kəşfiyyatçıları olan müttəhimlər Əhlam Əlbəşir və Bilal əl-Hacmausun xüsusi təlim və təlimatlarla Türkiyəyə göndərildiklərinin müəyyən edildiyi qeyd olunur.

Təqsirləndirilən şəxslərin təşkilatın qurduğu şəbəkə vasitəsilə qeyri-qanuni yollarla İstanbula aparılaraq təşkilata məxsus evlərə yerləşdirildiyi və bu şəxslərin göstəriş əsasında sözügedən hərəkəti həyata keçirdiklərinin müəyyən edildiyi bildirilir.

36 təqsirləndirilən şəxsin "dövlətin birliyini və ərazi bütövlüyünü pozma", "silahlı terror təşkilatı yaratmaq və ya ona rəhbərlik etmək", "silahlı terror təşkilatına üzv olmaq", "bombardman edərək uşağa qarşı qəsdən adam öldürmə", "qəsdən adam öldürmə", "bombalayaraq adam öldürmə", "immiqrant qaçaqmalçılığı" cinayətlərinə görə cəzalandırılması istənilir.

123 nəfərin şikayətçi olduğu iddianamədə təqsirləndirilən şəxslərdən Əhlam Əlbəşir üçün 1949-cu ildən 3 009 ilədək azadlıqdan məhrumetmə cəzası istənilir.// baku.ws




13-02-2024, 05:48 | Afinada silahlı hücum - Ölənlər var

Afinada silahlı hücum - Ölənlər var


Afinanın dənizkənarı Qlifada rayonunda "European Navigation" gəmiçilik şirkətinə məxsus ofisə silahlı şəxs daxil olub.

Bununla bağlı BBC məlumat yayıb.

Bildirilib ki, cinayətkar üç nəfəri qətlə yetirdikdən sonra intihar edib.

Məlumatda silahlı hücumu törədən şəxsin vaxtilə həmin şirkətin əməkdaşı olduğu və yaxın günlərdə işdən azad edildiyi qeyd olunub.

Hazırda hadisə yerində polis və təcili yardım maşınları cəlb olunub. Ətraf küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.

12-02-2024, 19:58 | Bayden paketdəki çipslərdən şikayətləndi

Bayden paketdəki çipslərdən şikayətləndi


ABŞ Prezidenti Co Bayden çips də daxil olmaqla qablaşdırmada qida məhsullarının miqdarını azaldan Amerika şirkətlərinin fəaliyyətindən şikayətlənib.

O, bu haqda "X" sosial şəbəkəsindəki səhifəsində şərhlə video yayımlayıb.

"Futbolu izləmək üçün qəlyanaltı alarkən yəqin ki, diqqət yetirdiyiniz şeylərdən biri odur ki, qiymət eyni olsa da, içki şüşələri kiçilib və cips paketlərində daha az cips var. Şirkətlər qablaşdırmada olan məhsulun miqdarını tədricən azaldır və heç kimin fərqinə varmayacağına inanırlar", - Ağ Ev rəhbəri qəzəblənib.

Bayden qida şirkətlərini insanları aldatmağı və şrinkflyasiyanı dayandırmağa çağırıb.






������������ ������� DLE ������� ��������� ��� dle.
���������� ���� ������ ��� ��������� ������.
����������� �������� ������� � �������� ������.
����������� �������� ������������ ��� �������� ����.
������ ����� �������� ��������� ����� ������.
����� ���������� �� ���� ��� ���� � ��� �����.