23-04-2021, 08:23 | Türkiyə sahillərində zəlzələ qeydə alınıb

Türkiyə sahillərində zəlzələ qeydə alınıb

Egey dənizində, Türkiyə sahillərində 4,2 bal gücündə zəlzələ olub.

Bu barədə Türkiyənin Daxili İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Fövqəladə Halların İdarə Olunması Agentliyinə (AFAD) xəbər verb.

Məlumata əsasən, hadisə yerli vaxtla saat 22:49-da qeydə alınıb. Yeraltı təkanların episentri Muğla vilayətinin Datça rayonu sahillərində, ocağı isə 7,08 kilometr dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.

22-01-2021, 10:37 | Neftin ucuzlaşması davam edir

Neftin ucuzlaşması davam edir

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində "Brent" neftinin ixracına dair 2021-ci ilin mart müqaviləsinin dəyəri 1,18% azalaraq 1 barelə görə 55,44 dollar təşkil edib.

Nyu-Yorkun NYMEX əmtəə birjasında martda ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 1,28% azalaraq 52,45 dollar təşkil edib.

22-01-2021, 10:28 | Pentaqonun sabiq rəhbərindən "F-35" qırıcıları barədə sərt ifadə

Pentaqonun sabiq rəhbərindən "F-35" qırıcıları barədə sərt ifadə

ABŞ-ın müdafiə naziri vəzifəsini icra edən Kristofer Miller istefa verməzdən bir qədər əvvəl beşinci nəsil "F-35" qırıcıları barədə "bir parça..." ifadəsini işlədib.

Mətbuat konfransının stenoqramı Pentaqonın rəsmi saytında yerləşdirilib.

Tədbir zamanı Miller amerikalı pilotla söhbətindən danışıb. Pentaqon rəhbəri vəzifəsinin içraçısının sözlərinə görə, o, pilotun hansı təyyarədə uçduğunu soruşub və "F-35" cavabını aldıqda Miller deyib:

"Mən dedim: bu bir parça... Və o güldü. Dedim: "Xeyr, ciddiyəm, mənə onun barəsində danış", - deyə Miller bildirib. Bununla yanaşı, o, pilotun "F-35"-i "inanılmaz təyyarə" adlandırdığını da əlavə edib:

"Düşünürəm ki, biz bir yırtıcı yaratmışıq, amma bunu siz onsuz da bilirsiniz".

Qeyd edək ki, K.Miller bu vəzifəyə keçmiş prezident Donald Tramp tərəfindən ötəl il noyabrın 9-da təyin edilmişdi. O, ABŞ-da yeni administrasiyanın gəlişindən qabaq istefa verib.(APA)

22-01-2021, 10:01 | Avropa İttifaqı peyvəndinin bir hissəsini tərəfdaş ölkələrə ayıracaq

Avropa İttifaqı peyvəndinin bir hissəsini tərəfdaş ölkələrə ayıracaq

Avropa İttfaqı sammiti tərəfdaş ölkələrə üzv ölkələri üçün sifariş edilmiş məhdud sayda peyvənd dozası verəcəyini vəd etdi, lakin vaxt təyin edilməyib.

Bu barədə Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen sammitdən sonra keçirilən onlayn mətbuat konfransında bildirib.

Komissiyanın rəhbəri qeyd edib: "Biz əvvəlcədən Aİ tərəfindən sifariş edilmiş peyvəndlərinin bir hissəsinin tərəfdaş dövlətlər üçün ayrılmasına imkan verəcək bir Avropa mexanizmi yaratmağa qərar verdik".

O bildirib ki, bu, ən qısa müddətdə həyata keçiriləcək.

22-01-2021, 09:58 | ÜST: Dünyada ötən sutka koronavirusa 610 mindən çox yoluxma qeydə alınıb

ÜST: Dünyada ötən sutka koronavirusa 610 mindən çox yoluxma qeydə alınıb

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 610 mindən çox artıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

Məlumata əsasən, ötən sutka ərzində 610 413 nəfər yeni koronavirusa yoluxub, 14 569 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 95 612 831, ölənlərin isə 2 066 176 nəfərə çatıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.

22-01-2021, 09:55 | Türkiyədə son sutkada koronavirusdan 6 113 nəfər sağalıb

Türkiyədə son sutkada koronavirusdan 6 113 nəfər sağalıb

Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 153 nəfər dünyasını dəyişib.

Bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 24 640 nəfərə çatıb.

Onun sözlərinə görə, ölkədə 6 289 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 2 412 505 nəfərə çatıb.

Nazir bildirib ki, ötən gün koronavirusdan 6 113 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 2 290 032 nəfər təşkil edir.

28-12-2020, 11:07 | İsraildə üçüncü total karantin rejimi başlayıb

İsraildə üçüncü total karantin rejimi başlayıb

Dünən yerli vaxtla saat 17:00-da (Bakı vaxtı ilə 19:00) İsraildə pandemiya dövrünün üçüncü total karantin rejimi başlayıb.

AZƏRTAC bildirir ki, yanvarın 9-dək israillilərə zərurət olmadıqda evlərindən bir kilometrdən çox uzaqlaşmaq, bir-birinə qonaq getmək qadağan olunub. Karantin müddətində zəruri tələbat malları satan mağazalar istisna olmaqla, bütün ticarət obyektləri bağlanacaq, restoranlara yalnız çatdırılma xidmətləri göstərməyə icazə veriləcək.

Həmçinin ölkədə bütün əyləncəli tədbirlər qadağan edilib, ictimai nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. Səhiyyə Nazirliyinin mətbuat xidməti tətbiq olunan bu və digər məhdudiyyətlərin siyahısını dərc edib.

Qeyd edək ki, dekabrın 20-də İsraildə koronavirus qarşı milli vaksinasiya kampaniyasına start verilib. Baş nazir Binyamin Netanyahunun sözlərinə görə, dekabrın 27-dək 270 min israilli Amerikanın "Pfizer" kompaniyasının peyvəndinin birinci dozasını alıb. Ölkədə yeni koronavirusa qarşı ilk olaraq dekabrın 19-da Baş nazirin özü peyvənd olunub.

28-12-2020, 10:08 | Tramp 900 milyard dollarlıq iqtisadi yardım paketini ehtiva edən büdcəni təsdiqlədi

Tramp 900 milyard dollarlıq iqtisadi yardım paketini ehtiva edən büdcəni təsdiqlədi

ABŞ prezidenti Donald Tramp 2021 büdcəsini imzaladı.

Trend bildirir ki, bu barədə «Ağ Evin» mətbuat katibinin müavini Cadd Dir «Twitter» hesabında xəbər yayıb.

Bildirilir ki, büdcəyə koronavirus pandemiyası ilə əlaqədar olaraq əhaliyə və iqtisadiyyata 900 milyard dollarlıq iqtisadi yardım paketi daxil edilib. Adambaşına 900 dollarlıq ödənişi nəzərdə tutan iqtisadi yardım paketi 2021-ci ilin sentyabrına qədər davam edəcək 1,4 trilyon dollarlıq büdcənin tərkib hissəsidir.

28-12-2020, 10:06 | Yaponiyada vulkan püskürməsi başlayıb


Yaponiyada vulkan püskürməsi başlayıb

Yaponiya hökuməti ölkənin cənub-qərbindəki Suvanose adasında Otake vulkanının püskürməsi ilə əlaqədar bir böhran qərargahı qurub. Vulkanın dərinliklərində partlayışlar baş verir, isti daşlar kül buludları ilə birlikdə kraterdən 1,3 km-ə qədər məsafəyə atılır.

Trend TASS-a istinadən xəbər verir ki, bu barədə Kyodo xəbər agentliyi məlumat yayıb.

İtki və dağıntı barədə məlumat verilməyib.

Suvanose, 49 nəfər əhalisi olan kiçik bir adadır. Yaponiyanın cənub-qərbindəki Kyuşu adasında Kaqoşima şəhərindən 230 km cənub-qərbdə yerləşir. Son dəfə vulkan 2009-cu ildə püskürüb.

28-12-2020, 10:04 | ABŞ-da hərbçi üç nəfəri öldürməkdə günahlandırılır


ABŞ-da hərbçi üç nəfəri öldürməkdə günahlandırılır


ABŞ hüquq-mühafizə orqanları bir gün əvvəl Rokford şəhərində nəticəsində üç nəfərin öldüyü və üç nəfərin yaralandığı atışmanın ABŞ hərbçisi Dyuk Vebb tərəfindən törədildiyini hesab edirlər. Ona qarşı ittiham irəli sürülüb.

Trend-in TASS-a istinadən verdiyi məlumata görə, bu barədə şəhərin polis rəisi Daniel Oşea yerli telekanallar tərəfindən yayımlanan mətbuat konfransında bildirib.

Atışma yerli barlardan birində olub. Üç kişi öldürülüb. 14 yaşlı yeniyetmə, 16 yaşlı qız və 62 yaşlı kişi isə yaralanıblar.

Oşeanın sözlərinə görə, şübhəli qismində tutulan 37 yaşlı Vebb Florida sakini və ABŞ Ordusunun hərbçisidir.

Hadisənin səbəbləri barədə hələ məlumat verilməyib.

������������ ������� DLE ������� ��������� ��� dle.
���������� ���� ������ ��� ��������� ������.
����������� �������� ������� � �������� ������.
����������� �������� ������������ ��� �������� ����.
������ ����� �������� ��������� ����� ������.
����� ���������� �� ���� ��� ���� � ��� �����.