25-08-2025, 11:15 | Qobustanda çayda 3 nəfər boğuldu - araşdırma başladılıb

Qobustanda çayda 3 nəfər boğuldu - araşdırma başladılıb


Qobustanda boğulan şəxslərlə prokurorluqda araşdırma başladılıb.

Dünən saat 10 radələrində Qobustan rayonu Ərəbqədim kənd sakinləri 2010-cu il təvəllüdlü E.Cavadlı, 2007-ci il təvəllüdlü T.Cavadov, 1992-ci il təvəllüdlü R.Cavadlı Pirsaat çayının rayonun Poladlı kəndi ərazisindən keçən hissəsində çayda boğularaq ölüblər

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

25-08-2025, 11:07 | "Sədərək" ticarət mərkəzində yanğında 13 nəfər tüstüdən zəhərlənib

"Sədərək" ticarət mərkəzində yanğında 13 nəfər tüstüdən zəhərlənib


"Sədərək" ticarət mərkəzi ərazisində baş vermiş yanğın hadisəsində ümumilikdə, 13 kişi təcili tibbi yardım briqadasına müraciət edib.

Bu barədə TƏBİB-dən bildirilib.

Məlumata əsasən, üç təcili tibbi yardım briqadası əraziyə cəlb olunub.

Müraicəti qeydə alınan şəxslərdən 3-ü ilkin tibbi yardımdan sonra Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub. Hər üç şəxsə tüstüdən zəhərlənmə diaqnozu təyin olunub və zəruri tibbi xidmət göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar.

Digər 10 nəfərə isə təcili tibbi yardım briqadası tərəfindən yerində tibbi yardım göstərilib.

25-08-2025, 09:39 | Abşeronda azyaşlı faciəli şəkildə öldü

Abşeronda azyaşlı faciəli şəkildə öldü


Abşeron rayonunda faciəvi hadisə baş verib.

Jadisə Saray qəsəbəsində yerləşən yaşayış kompleksində qeydə alınıb.

Belə ki, azyaşlı uşaq binanın 8-ci mərtəbəsindən yıxılaraq dünyasını dəyişib.

İlkin məlumata görə, hadisə ehtiyatsızlıq səbəbindən baş verib.

Faktla bağlı Abşeron rayon Prokurorluğunda araşdırma aparılır. /"Report"

25-08-2025, 09:17 | “Sədərək” Ticarət Mərkəzindəki yanğın tam məhdudlaşdırıldı - Yenilənib

“Sədərək” Ticarət Mərkəzindəki yanğın tam məhdudlaşdırıldı - Yenilənib


Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən "Sədərək" ticarət mərkəzinin anbarında dünən gecə saatlarında başlayan yanğın tam məhdudlaşdırılıb.

Trend-in sorğusuna cavab olaraq FHN-dən bildiriblər.

Verilən məlumata görə, bəzi tüstülənmə ocaqlarının söndürülməsi işləri aparılır.

----------------

2025.08.24

Avqustun 24-ü saat 11:50 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Qaradağ rayonu, "Sədərək" ticarət mərkəzi ərazisində yanğın hadisəsinin baş verməsi ilə bağlı çağırış daxil olub.

TƏBİB-dən sorğusuna cavab olaraq bildirilib ki, çağırış əsasında 3 təcili tibbi yardım briqadası ünvana cəlb olunub.

Təcili tibbi yardım briqadasına ümumilikdə, 12 nəfərin (kişi cinsli) müraciəti qeydə alınıb.

Onlardan 3 nəfər ilkin tibbi yardımdan sonra Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub. Hər üç şəxsə tüstüdən zəhərlənmə diaqnozu təyin olunub və zəruri tibbi xidmət göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar.

Digər 9 nəfərə (kişi cinsli) isə təcili tibbi yardım briqadası tərəfindən yerində tibbi yardım göstərilib.

---------
16:14

"Sədərək" ticarət mərkəzində yanğınla əlaqədar təcili tibbi yardım briqadasına ümumilikdə, 4 nəfərin (kişi cinsli) müraciəti qeydə alınıb.

TƏBİB-dən bildirilib ki, onlardan 2 nəfər ilkin tibbi yardımdan sonra Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub.

Hər iki şəxsə tüstüdən zəhərlənmə diaqnozu təyin olunub və zəruri tibbi xidmət göstərilib. Vəziyyətləri orta ağır qiymətləndirilir, müalicələri davam etdirilir.

Digər 2 nəfərə (kişi cinsli) isə təcili tibbi yardım briqadası tərəfindən yerində tibbi yardım göstərilib.

xxx

"Sədərək" ticarət mərkəzindəki yanğının bəzi təfərrüatları açıqlanıb.

Bu barədə jurnalistlərə açıqlamasında FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Yanğınsöndürmə Qərargahının rəisi Taleh Babayev bildirib.

O, qeyd edib ki, yanğın anbarda baş verib. Saat 11:50 radələrində "Sədərək" ticarət mərkəzi tərəfindən icarəyə verilmiş anbar ərazisində yanğın baş verməsi haqqında məlumat nazirliyin 112 qaynar xəttinə daxil olub.

Dərhal nazirliyin dövlət yanğındansöndürmə xidmətinin qüvvələri və xüsusi riskli xilasetmə xidməti əraziyə cəlb olunub.

"Yanğının mürəkkəbliyi nəzərə alınaraq yüksəksəviyyəli çağırış elan olunmuşdu. Yanğın anbar ərazisində baş verdiyi, sintetik saxlanma zonası olduğu üçün yanğınsöndürməsində mürəkkəblik yaranıb. Hazırda yanğının məhdudlaşdırılması istiqamətində bütün təxirəsalınmaz tədbirlər həyata keçirilir. Yanğın yerində olan şəxsi heyət və texnikanln sayı yetərincədir.

Yanğının daha irimiqyaslı ərazini əhatə etməsinin qarşısı alınıb. Eyni zamanda yaxınlıqdakı yanacaqdoldurça məntəqəsinin və digər anbarların mühafizəsi tərəfimizdən təmin olunub", - o bildirib.

xxx

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən "Sədərək" ticarət mərkəzi tərəfindən icarəyə verilmiş anbarda baş vermiş yanğınla mübarizə tədbirləri davam etdirilir.

Yanğının söndürülməsi məqsədilə əraziyə FHN-in 30-a yaxın xüsusi təyinatlı texnikası və 140 nəfərə yaxın şəxsi heyəti cəlb olunub.

Əlavə məlumat veriləcək.

xxx

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən "Sədərək" ticarət mərkəzində baş vermiş yanğının yayılmasının qarşısı alınıb.

Hazırda yanğınla mübarizə tədbirləri davam edir.

Əlavə məlumat veriləcək.

xxx

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən "Sədərək" ticarət mərkəzindəki yanğınla mübarizə tədbirləri davam etdirilir.

Fövqəladə hallar nazirinin müavini general-mayor Adil Abdullayev hazırda hadisə yerindədir.

Əlavə məlumat veriləcək.



xxx

Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən "Sədərək" ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar polis əməkdaşları hadisə yerinə cəlb edilib.

Bu barədə DİN-in Mətbuat Xidmətindən bildirilib.

Polis əməkdaşları tərəfindən hadisə yeri mühafizə edilərək təhlükəsizlik və digər zəruri tədbirlər görülür.

xxx

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən "Sədərək" ticarət mərkəzində yanğın baş verməsi barədə məlumat daxil olub.

Nazirlikdən Milli.Az-a verilən məlumata görə, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri cəlb olunub.

Hazırda yanğınla mübarizə tədbirləri davam edir.

Əlavə məlumat veriləcək.

24-12-2024, 07:32 | Kəlbəcərdə faciəli şəkildə ölən Şahların FOTOsu

Kəlbəcərdə faciəli şəkildə ölən Şahların FOTOsu


Xəbər verildiyi kimi, dekabrın 21-də Kəlbəcər rayonunda ölümlə nəticələnən yol qəzası olub.

Rayonun Bəylik kəndi ərazisində rayonun Qamışlı kənd sakini 1974-cu il təvəllüdlü Dadaşov Şahlar Sabir oğlu idarə etdiyi "Niva" markalı avtomobili təxminən yüz metr hündürlükdən dərəyə aşırıb. Nəticədə Şahlar hadisə yerində dünyasını dəyişib.

Mərhum özəl şirkətlərdən birində çalışırmış. Vəfat edən Şahlar Dadaşovun fotosunu təqdim edirik.

Qeyd edək ki, qəza zamanı avtomobildə olan Bakı şəhər sakini 1991-ci il təvəllüdlü İbrahimbəyli Allahverdi Elşən oğlu müxtəlif bədən xəsarətləri ilə Kəlbəcər rayonunda xəstəxanaya yerləşdirilib. /Publika.az


24-12-2024, 07:26 | Yanğına görə avtomobillərin hərəkətinə qoyulan məhdudiyyət götürüldü - YENİLƏNİB

Yanğına görə avtomobillərin hərəkətinə qoyulan məhdudiyyət götürüldü - YENİLƏNİB


Bakıda yanğına görə nəqliyyat vasitələrinin hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırılıb.

NİİM-dən verilən xəbərə görə, Nəsimi rayonu, "4-cü mikrorayon" dairəsi, Hüseyin Seyidzadə küçəsində baş vemiş yanğın səbəbindən Mir Cəlal Paşayev küçəsi istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırılıb.

--------

19:22

Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsində yerləşən obyektdə yanğın söndürülüb.

Bu barədə FHN-dən bildirilib.

Beşmərtəbəli yaşayış binasına bitişik obyektdə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən genişlənməsinə, o cümlədən binaya keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

--------

18:36

Bakının Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsində yerləşən obyektdə yanğın baş verib.

FHN-ə istinadən xəbər verir ki, dərhal əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

DİN-in Nəqliyyatı İntelektual İdarəetmə Mərkəzinin yaydığı məlumata görə, sözügedən ərazidə baş vemiş yanğınla əlaqədar Mir Cəlal Paşayev küçəsi istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib.

Hazırda yanğının söndürülməsi işləri davam etdirilir.

12-12-2024, 09:48 | ABŞ-də təyyarə avtomobillərlə toqquşdu - yaralılar var

ABŞ-də təyyarə avtomobillərlə toqquşdu - yaralılar var


Təyyarə Cənubi Texasda avtomobil yolunun yaxınlığında eniş edərək üç avtomobilə çırpılıb. Hadisə nəticəsində dörd nəfər yaralanıb və xəstəxanaya aparılıb.

Polisin açıqlamasına görə, üç nəfər yüngül dərəcəli xəsarət alıb, digər şəxs isə daha yüksək səviyyədə tibbi xidmət almaq üçün başqa bir xəstəxanaya göndərilib. Təyyarə pilotu da müayinə üçün nəzarətə götürülüb.

Federal Aviasiya Administrasiyasının (FAA) məlumatına görə, təyyarə iki mühərrikli Piper PA-31 model təyyarə olub və göyərtədə təkcə pilot imiş.

12-12-2024, 09:36 | Salyanda qəza - ölən var

Salyanda qəza - ölən var


Salyanda baş verən qəzada sürücü ölüb.

Məlumatına görə, hadisə Salyan rayonunun Xələc kəndində qeydə alınıb.

Həmin kəndin sakini, 1996-cı il təvəllüdlü Məlikov Seymur Rafiq oğlu idarə etdiyi avtomobili aşırıb.

Nəticədə aldığı xəsarətlərdən hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır. /APA


12-12-2024, 09:30 | Saxta pulu əslindən necə ayırd etmək olar?

Saxta pulu əslindən necə ayırd etmək olar?


Saxta pulun həqiqi puldan fərqləndirilməsi üçün müxtəlif üsullardan istifadə edilə bilər.

Aşağıda ən çox tətbiq edilən və effektiv yollar təqdim olunur:

Pulun Materialını Yoxlayın

Həqiqi Pul: Xüsusi pambıq liflərindən hazırlanır, toxunuşda sərt və dayanıqlı hiss edilir.
Saxta Pul: Adi kağız kimi yumşaq və sürüşkən olur, tez yırtıla bilər.

Su Nişanına Baxın

Həqiqi pulun kağızında xüsusi bir su nişanı olur. Pul işığa tutulduqda bu nişan görünməlidir.
Saxta pullarda su nişanı ya yoxdur, ya da çox bulanıqdır.

Təhlükəsizlik Xətləri

Həqiqi pulda müəyyən xətlərin içində mikro yazılar və ya xüsusi rəng dəyişiklikləri olur.
Saxta pullarda bu xətlər ya düz imitasiyadır, ya da heç yoxdur.

Rəng Dəyişən Hissələr

Həqiqi pulda bəzi hissələr (adətən məbləğ göstərilən rəqəm) işıq bucağına görə rəngini dəyişir.
Saxta pullarda bu xüsusiyyət təkrarlana bilmir və rəng sabit qalır.

Şrift və Yazı Keyfiyyəti

Həqiqi Pul: Yazılar dəqiq və aydın olur, böyüdücü ilə baxıldıqda xətalar görünmür.
Saxta Pul: Yazılar bulanıqdır, böyüdücü ilə baxıldıqda qeyri-dəqiqliklər və kobud çap izləri görünür.

Ultrabənövşəyi (UV) İşıqdan İstifadə Edin

Həqiqi pullarda UV işıq altında görünən xüsusi elementlər olur (məsələn, müəyyən yazılar və ya simvollar).
Saxta pullar UV işıq altında ya tam görünməz qalır, ya da həddindən artıq parlaq olur.

Hologramlar və Xüsusi Simvollar

Həqiqi pullarda hologramlar yüksək keyfiyyətlidir, hərəkət etdirildikdə forma və ya rəng dəyişir.
Saxta pullarda hologramlar aşağı keyfiyyətli və ya sadəcə çap edilmiş təsvirlərdir.

Kənar İncəlikləri Yoxlayın

Həqiqi pulların kənarları dəqiq kəsilir və qeyri-bərabərlik yoxdur.
Saxta pulların kənarları kobud və qeyri-bərabər ola bilər.

Şübhələndiyiniz Təqdirdə Nə Etməli?

Pulu qəbul etməmişdən əvvəl diqqətlə yoxlayın.
Şübhəli pul tapdıqda, onu aidiyyəti dövlət qurumlarına (məsələn, polis və ya bank) təqdim edin.
Mütləq qanuni yolla təsdiqlənmiş cihazlardan istifadə edin (məsələn, UV detektor).

Bu üsulları tətbiq etməklə saxta pulu tanımaq və aldadılmağın qarşısını almaq mümkündür.

Fidan
milli.az


12-12-2024, 09:29 | Göyçayda suvarma kanalı yarıldı - su kəndə axır

Göyçayda suvarma kanalı yarıldı - su kəndə axır


Şirvan suvarma kanalının Göyçay rayonundan keçən hissəsi yarılıb.

Hadisə gecə saatlarında Lək kəndi ərazisində baş verib.

Suvarma kanalının torpaq qatı 3-4 metr yarılıb, hazırda su kəndə doğru axır. Əraziya Şirvan suvarma kanalının canlı qüvvəsi və ağır texnikası cəlb edilib.

Hazırda kanalın yarılan hissəsinin bərpası işləri görülür. Əraziyə polis əməkdaşları cəlb olunub, təhlükəsizlik tədbirləri görülüb.

Fəsadın aradan qaldırılması istiqamətində zəruri işlər həyata keçrilir.,

������������ ������� DLE ������� ��������� ��� dle.
���������� ���� ������ ��� ��������� ������.
����������� �������� ������� � �������� ������.
����������� �������� ������������ ��� �������� ����.
������ ����� �������� ��������� ����� ������.
����� ���������� �� ���� ��� ���� � ��� �����.