Bəşəriyyət üçün SOS

Dünyada ilk dəfə olaraq 65 yaşdan yuxarı insanların sayı beş yaşdan kiçik uşaqları keçib.
Respublica.az bildirir ki, bu demoqrafik dəyişiklik gözləniləndən xeyli əvvəl baş verib.
2023-cü ilə qədər dünya əhalisinin 71 faizindən çoxu doğum nisbətinin əvəzetmə səviyyəsində və ya ondan aşağı olduğu ölkələrdə yaşayıb, halbuki on il əvvəl bu rəqəm 45 faiz idi.
2060-cı ilə qədər 65 yaşdan yuxarı insanların sayı hazırkı 852 milyondan artaraq 2 milyarda çata bilər. Bundan əlavə, aşağı doğum nisbətləri hazırda təkcə varlı ölkələr üçün deyil, həm də Çin, Hindistan, Meksika və digər dövlətlər üçün xarakterikdir. (Musavat.com)
Respublica.az
Tarix: Dünən, 09:36


















