21-02-2024, 13:39 | Bakıda bu evlərin qiymətləri bahalaşdı


Ötən ay mənzil bazarında qiymət artımları müşahidə olunub.
Bu barəd İqtisadi və Sosial İnkişaf Mərkəzindən (CESD) məlumat verilib.
Mərkəz tərəfindən aparılan monitorinqə əsasən, yanvar ayında bağ evlərinə tələb azalsa da, fərdi həyət evlərinə tələbin artması müşahidə olunub.
Fərdi evlərdə və torpaq sahələrində əvvəlki aya nisbətən 1.2 faiz qiymət artımı qeydə alınıb. Yaşayış binalarında və qeyri-yaşayış sahələrinə tələb yenə də stabildir.
Yaşayış binalarında olan mənzillərdə 0.7 faiz aylıq qiymət artımları müşahidə olunub. Qeyri-yaşayış sahələrində qiymət 1.1 faiz aylıq qiymət artımı qeydə alınıb. Kirayə bazarında qiymətlər 0.5 faiz artıb.
21-02-2024, 12:48 | Azərbaycan "orta güc" ölkələri sırasında...

Bir müddət əvvəl Azərbaycanın Qərbdən uzaqlaşması, özünü təcrid etdiyi, Avropadan çəkiliyi haqda iddialar səslənirdi. Ölkə başçısının Münhendə konfransa iştirakı, xüsusilə də, onun dəvət olunması sübut etdi ki, bu deyilənlər əsassızdır. Ölkəmiz artıq "orta güc" ölkələri sırasına daxil olub, qlobal miqyaslı məsələlərin həllində mühüm rol oynayır.

Ölkəmizin nüfuzunun yüksəlməsi birbaşa İlham Əliyevin uğurlu siyasətinin nəticəsidir. Münhendə keçirilən konfrans, xüsusilə, görüşün qarşı tərəfin müraciəti əsasında baş tutması bunu deməyə əsas verir ki, bu kimi xahişlər birbaşa cənab Prezidentin şəxsi nüfuzu ilə də bağlıdır. Azərbaycanın Qarabağ üzərində suverenliyini tam bərpa etdikdən sonra dövlət başçısının beynəlxalq əhəmiyyətli toplantıda ilk iştirakı, keçirilən görüşlər Azərbaycanın xarici siyasəti artıq qlobal xarakter daşıdığının göstəricisidir.

Azərbaycanın əsas problem yaşadığı ölkə Ermənistan idi ki, onunla da məsələlər yoluna qoyulmaq üzrədir. Artıq ərazi bütövlüyümüz bərpa olunub, sülh müqaviləsinin imzalanması planlaşdırılır. Sözsüz ki, bu məsələdə Ermənistanın siyasi iradəsi tələb olunur. Rəsmi Bakının da qeyd etdiyi kimi, Ermənistan tərəfi anlamalıdır ki, bölgədə sülh və sabitliyin təminatının yolu ərazi bütövlüyünün və suverenliyin təsdiq olunması və hörmət edilməsi əsasında qonşu ölkələrlə münasibətlərin qurulmasından və sülhün bərqərar olunması üçün Azərbaycanla birbaşa konstruktiv danışıqlardan keçir.
Əgər Ermənistan sülh istəyirsə, bunun üçün canfəşanlıq etməlidir. Onlar təxribatdan çəkinməli, Hindistandan, Fransadan silah alınmasını dayandırılmalıdır. Fransa isə ermənilərdən daha çox erməni kimi davranmamalı, münasibətləri gərginləşdirməkdənsə, Cənubi Qafqazda sabitliyin formalaşmasına töhfə verməlidir.
İslam
Milli.Az
20-02-2024, 13:41 | İcma: Ermənistan öz ərazisində separatçıların fəaliyyətinə qadağa qoymalıdır

Ermənistan hakimiyyəti öz ərazisində Azərbaycanın suverenliyini təhdid edən keçmişin tör-töküntülərinin fəaliyyətinə qadağa qoymalıdır.
Bu barədə Qərbi Azərbaycan İcmasının özünü hansısa "parlament" adlandıran qondarma qurumun "üzvləri"nin Vardan Oskanyanla görüşünə, "Qarabağ münaqişəsi həll olunmayıb" kimi gülünc fikirlərə dair erməni mətbuatında yayılan məlumatlarla əlaqədar bəyanatında qeyd olunub.
Bəyanatda bildirilib: "Bütün bunlar bir daha Qarabağ ermənilərinin son 35 ildə baş verənlərdən heç bir dərs çıxarmadıqlarını, xəyalpərəstlər və şovinistlər tərəfindən istifadə olunduqlarını göstərir. Bu, eyni zamanda bütün günü yalandan sülhdən danışan Ermənistan hakimiyyətinin, ən yumşaq formada desək, qeyri-səmimiliyindən xəbər verir. Qərbi Azərbaycan İcmasının hətta mədəni irsin qorunması ilə bağlı fikirlərini özünün suverenliyinə qəsd kimi görən Ermənistan hakimiyyəti ərazisində Azərbaycanın suverenliyini təhdid edən, hələ də "öz müqəddəratını təyin etmək"dən dəm vuran, keçmişin qalıqları olan tör-töküntülərin fəaliyyətinə qadağa qoymalıdır".
20-02-2024, 13:38 | Bu 4 universitetin ikili diplom proqramları üzrə qiymətləndirmə aparılır

"2023-cü il ərzində 13 ali təhsil müəssisəsinin institusional akkreditasiya qiymətləndirilməsi həyata keçirilib".
Bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov bildirib.
Onun sözlərinə görə, beş ildən bir müvafiq komissiyalar tərəfindən ali məktəblərin akkreditasiyası həyata keçirilir. 271 meyar üzrə qiymətləndirmə aparılır.
Bura Azərbaycan Texniki Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialı, Bakı Dövlət Universitetinin Qazax filialı, Sumqayıt Dövlət Universiteti, Xəzər Universiteti, Lənkəran Dövlət Universiteti, ADA Universiteti, Azərbaycan Tibb Universiteti, Bakı Mühəndislik Universiteti daxildir.
Tural Əhmədov bildirib ki, Azərbaycanda 4 ali təhsil müəssisəsində dövlət tərəfindən maliyyələşdirilən ikili diplom proqramı həyata keçirilir.
Onun sözlərinə görə, dövlət tərəfindən maliyyələşdirilən ikili diplom proqramlarının 4 ali təhsil müəssisəsi üzrə 3 ixtisaslaşma və 8 ixtisas üzrə proqram akkreditasiya qiymətləndirilməsi prosesi başlanılıb: "Bunlar ADA -Corc Vaşinqton Universiteti, Bakı Mühəndislik Universiteti - Koreyanın İNHA, Azərbaycan Dövlət Pedaqoji Universiteti - Corc Vaşinqton Universiteti və Azərbaycan Dövlət Aqrar Universiteti - Ege Universitetidir".
20-02-2024, 13:00 | Sabiq nazirin təyinatı müzakirəyə çıxarıldı

Fikrət Məmmədovun Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə təyin edilməsi barədə məsələ parlamentin plenar iclasına tövsiyə olunub.
Bununla bağlı məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin videokonfrans formatında keçirilən iclasında müzakirəyə çıxarılıb.
Qeyd edək ki, Konstitusiyanın 109-cu maddəsinin 9-cu bəndinə uyğun olaraq, Prezident İlham Əliyev Fikrət Fərrux oğlu Məmmədovun Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə təyin edilməsi haqqında Milli Məclisə təqdimat verib.
Xatırladaq ki, F.Məmmədov ədliyyə naziri olub.
19-02-2024, 12:43 | “Özümü çox pis hiss edirəm”: Cavidan Novruz

"Ata, səni xəstəxanaya özüm apardım. Çox sakit bir kəlmə dedi: "İşindən-gücündən niyə qalırsan ki? Sən ora gəlmə".
Ötən ilin bu günü, bu saatlarda səninlə canlı son görüşümüz oldu".
Bu sözləri mərhum Xalq artisti Ramiz Novruzovun aktyor oğlu Cavidan Novruzov sosial şəbəkə hesabında paylaşıb.
"Ata, səni xəstəxanaya özüm apardım. Çox sakit bir kəlmə dedi ki, "İşindən-gücündən niyə qalırsan ki? Sən ora gəlmə". Yenə də məhəl qoymadım, apardım və çox halsız idin, mənə çıxanda bir kəlmə dedin ki, "Hər şey əla olacaq", göz vurdu. Amma həmin gün heç nə əla olmadı və bir neçə saatdan sonra xəbər gələcək ki, sən artıq komadasan və mən isə çox əlacsız vəziyyətdə olacağam. Ata, sənin üçün anormalcasına darıxıram. Özümü hazırda çox pis hiss edirəm. Çox üzgünəm".
Qeyd edək ki, Ramiz Novruz uzun sürən mədə xərçəngindən ötən il fevralın 21-də 67 yaşında dünyasını dəyişib.
//lent.az/
19-02-2024, 12:40 | 1 ildə 63 bələdiyyə sədri məsuliyyətə cəlb edilib

Ötən il 63 bələdiyyə sədri məhkəmələr tərəfindən inzibati məsuliyyətə cəlb edilib.
Bu barədə Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı 2023-cü il üzrə illik məruzədə qeyd edilib.
2023-cü il ərzində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 549-cu maddəsi ilə 76 bələdiyyə sədri barəsində inzibati xəta haqqında protokol tərtib edilərək məhkəmələrə göndərilib, həmin protokollar əsasında 63 bələdiyyə sədri məhkəmələr tərəfindən inzibati məsuliyyətə cəlb edilib. 13 inzibati xəta protokolu isə hazırda məhkəmələrin icraatındadır.
19-02-2024, 12:38 | 15 bələdiyyə üzrə cinayət işi başlanılıb - SİYAHI

2023-cü ildə bələdiyyə vəsaitinin təyinatına uyğun istifadə olunması zamanı aparılan araşdırmalar zamanı aşkar edilmiş qanun pozuntuları üzrə 30 halda toplanmış materiallar hüquqi qiymət verilməsi üçün aidiyyəti istintaq orqanlarına göndərilib.
Bu barədə Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı 2023-cü il üzrə illik məruzədə qeyd edilib.
Məlumata görə, onlardan 15-i üzrə artıq cinayət işi başlanılıb.
Həmçinin, Ağcabədi rayonu Rəncbərlər bələdiyyəsi sədrinin bələdiyyə mülkiyyətinə aid 49.7 ha torpaq sahəsindən maddi maraq müqabilində ayrı-ayrı şəxslərin qanunsuz istifadəsinə şərait yaratması nəticəsində bələdiyyə büdcəsinə 104.370 manat maddi ziyan vurması faktı üzrə Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.3-cü, 178.2.4-cü (dələduzluq) və 312.1-ci (rüşvət vermə) mad- dələri ilə cinayət işi başlanılıb.
Abşeron rayonu Masazır bələdiyyəsinin sabiq sədri tərəfindən yerli büdcə və- saitlərinin mənimsənilməsi və bələdiyyə əmlakının israf edilməsi nəticəsində bə- lədiyyə büdcəsinə 124.320 manat maddi ziyan vurulması faktı üzrə Abşeron Rayon Prokurorluğunda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci, 178.2.3-cü, 178.2.4-cü, 179.3.2-ci (mənimsəmə və ya israf etmə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət İşi başlanılıb.
Şabran rayonu Rəhimli bələdiyyəsinin sədri tərəfindən kollegiallıq prinsip- lərinə əməl edilmədən bələdiyyə mülkiyyətinə aid torpaq sahələrinin ayrılması barədə təkbaşına qərar tərtib etməsi faktı üzrə Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə cinayət işi başlanılıb.
Gədəbəy rayonu Qoşabulaq bələdiyyəsinin sədri tərəfindən kollegiallıq prinsiplərinə əməl edilmədən təkbaşına bələdiyyənin adından qərarlar tərtib etməklə yanaşı, iclas protokollarında katib kimi qeyd olunan bələdiyyə üzvlərinin adlarının qarşısında imza etməsi faktı üzrə Gədəbəy Rayon Prokurorluğunda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə cinayət işi başlanılıb.
Daşkəsən rayonu Əhmədli bələdiyyəsi sədrinin vəzifə səlahiyyətlərindən sui istifadə etməsi, habelə vəzifə səlahiyyətlərini aşaraq bələdiyyə üzvlərinin əvəzinə İmza etməklə kollegial orqan olan bələdiyyənin adından təkbaşına qərarlar tərtib edərək bələdiyyənin qanuni mənafelərinə mühüm zərər vurması, habelə torpac sahəsinin icarəyə verilməsi barədə yalan vədlər verməsi faktı üzrə Daşkəsər Rayon Prokurorluğunda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.3-cü, 308.1-ci və 313-cü maddələri ilə cinayət işi başlanılıb.
Binəqədi rayonu Binəqədi qəsəbə bələdiyyəsinin qulluqçusu tərəfindər 45.000 manat müqabilində bələdiyyənin adından tərtib edilmiş saxta sənədlər əsasında 0.10 ha torpaq sahəsinin satılması faktı üzrə Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycanı Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü, 308.1-ci və 320.1-ci (saxta sənəd hazırlama və satma) maddələri ilə cinayət işi başlanılıb.
Qeyd olunanlarla yanaşı, Bakı şəhəri Sabunçu rayonu Pirşağı, Suraxanı rayonu Zığ, Binəqədi rayonu Biləcəri, Xəzər rayonu Şağan, Qusar rayonu Balaqusar, Tovuz rayonu Düz Cırdaxan və digər bələdiyyələrdə aşkar olunmuş qanun pozuntuları ilə bağlı cinayət işləri başlanılıb.
Həmçinin, Binəqədi rayonu Binəqədi qəsəbə, Biləsuvar rayonu Biləsuvar, Saatlı rayonu Çolpı və digər bələdiyyələrin fəaliyyətində yol verilmiş qanun pozuntuları ilə bağlı toplanmış materiallar istintaq orqanlarında baxılmaqdadır.
19-02-2024, 11:54 | Sağlamlığın tək ünvanı. Stimul Hospital

Bu gün respublikamızda kifayət qədər fəaliyyət göstərən özəl klinikalar vardır. Müasir tibbin standartlarına cavab verən bu klinikalar ən yeni avadanlıqlarla təchiz olunaraq əhaliyə xidmət göstərirlər. İnsanlar öz sağlamlıqlarını daha güvənli həkimlərə etibar etmələri üçün hər zaman savadlı,təcrübəli,müasir tibbi biliklərə yiyələnmiş peşəkar tibb mütəxəssislərinə daha çox ehtiyac duyurlar. Ən yeni nəsil tibb avadanlıqları ilə təchiz olunan,müasir dövrün tələblərinə cavab verən labaratoriyalar daim diqqət mərkəzində olaraq aktuallığını itirmir. Haqlı olaraq insanlar öz həyatlarını kimə etibar etməyin fərqində olaraq hansı şəfalı əllərdən dəqiq-dürüst müalicə alacaqlarının daim axtarışındadırlar.
2015-ci ildən fəaliyyətə başlayan Stimul Hospital paytaxtımızda ən öndə gedən qabaqcıl klinikalardan biri olaraq müasir tibbin tələblərinə
cavab verir.Sabunçu rayonunun Bakıxanov qəsəbəsində yerləşən ən böyük tibb müəssəsi kimi tanınan bu klinika insanların güvəndiyi və inandığı tibb mərkəzlərindən biridir. Savadlı,təcrübəli,peşəkar həkimlərlə təchiz olunmuş bu klinika müasir səhiyyənin bütün standartlarına cavab verərək gülərüzlü-qayğıkeş tibb personalı ilə birgə daim onlara pənah gətirmiş insanların həm etibarını və həm də inamını tam məsuliyyəti ilə qazanırlar.
Stimul Hospitalda günün tələblərinə cavab verməyi bacaran poliklinika,stasionar,təcili yardım,diaqnostika,laboratoriya,cərrahiyyə və sığorta şöbərəli fəaliyyət göstərir . Ölkəmizdə, Avropada,Rusiyada,Türkiyədə və Dünyanın bir çox aparıcı ölkələrində təhsil almış,təcrübə toplamış ,tibb üzrə elmi dərəcələr almış onlarla həkimlər öz şəfalı əlləri ilə passentlərinə yüksək səviyyədə xidmət göstərirlər. Sevindirici haldır ki,Stimul Hospitala pənah gətirmiş xəstələr böyük ruh yüksəkliyi,inamla və xoş əhval-ruhiyyə ilə öz isti ocaqlarına dönmüş olurlar. Düzgün laborator analizlər,dürüst diaqnoz,dəqiq proseduralar və ideal həkim müayinəsi günümizin,peşəmizin əsas prioritetidir deyir baş Həkim Novruz doktor.
Novruz doktorun dediklərindən:Bizə etibar etmiş insanların inamını qazanmaq,onların böyük ümidlə yola salınması,düzgün müalicə aparılması üçün bütün lazımi variantlardan istifadə edilməsi bizim ən ümdə şərəf borcumuzdur. Və onda da ən böyük qazancımız və ən böyük mükafatımız xəstələrin bizə ehtibar edib,inanıb və şəfa tapıb dogmalarına qovuşmasıdır. Klinikamızda çalışan onlarla mükəmməl tibbi m
ütəxəssislərimiz bu şərəfli peşənin öhdəsindən çox layiqincə gəlirlər deyə Novruz həkim xususi olaraq vurğulayır.
Stimul Hospitalın sahibi Bəxtiyar müəllimin dediklərindən:
Yüksək səviyyədə xidmət göstərmək,tibb personalının ixtisas və elmi biliklərini artırmaq, tibb dünyasının yenilikləri ilə,qabaqcıl müayinə və diaqnostik avadanlıqlarla tanış etmək məqsədi ilə mütəmadi dinləmələr,seminarlar keçirilir. Məqsədimiz bizi deyib gələnlərə düzgün,dürüst tibbi xidmətlər göstərmək,bizə olan etibarı doğrultmaqdır. Başqa klinikalara nisbətdə klinikamızda qiymətlər münasibdir. Əsas prioritetimiz ən müasir avadanlıqlarla təchiz olunaraq dövrün tələblərinə cavab verən yeni nəsil tibb standartları ilə bizə etibar edən passentlərimizə yüksək səviyyədə xidmət göstərməkdir. Stimul Hospitalda təmizliyə,gigiyena qaydalarına,anti-sanitariyaya xususi diqqət göstərilir.
Çalışlrıq ki,bizə olan etibarı öz əməli işimizlə doğruldaq. İşgüzar kollektivimiz hər zaman çalışır ki,qoy bizə pənah gətirmiş insanlar bizdən razı qalsınlar,xidmətimizdən məmnun olsunlar.İctimai işlərdə də hər zaman fəallıq göstəririk. Müəyyən aksiyalarda könüllü olaraq iştirak edirik.Şəhid ailələrinə,qazilərə,aztəminatlı ailələrə daim diqqət və qayğı göstərərək onların problemləri ilə maraqlanıb köməyimizi əsirgəmirik. -7-fevral prezident seçkilərində bütün kollektivimiz hamı bir nəfər kimi iştirak edərək qalib xalqın qalib lideri İlham Əliyev cənablarına etibar edərək səs verdilər. Bir sahibkar kimi hər zaman Ulu Öndərin layiqli davamçısı Cənab İlham Əliyevin yeritdiyi siyasəti hər zaman dəstəkləyərək öz əməli işimizlə başqalarına nümunə olmağa çalışmışıq. Cənab prezidentin tövsiyyələrinə rəğmən Dövlətimizin çiçəklənməsi naminə iqtisadiyyatımızın qüdrətlənməsində yaxından iştirak etməyimizi özümizə borc bilmişik. Ulu Öndərimiz Heydər Əliyevin dediyi kimi:İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir. Sevindirici haldır ki, doğrudanda bu gün səhiyyəmiz,müasir tibb dünyamız dünyanın aparıcı dövlətlərinin səhiyyəsindən heç də geridə qalmır və öndə gedir.
Son olaraq bizdə Stimul Hospitalın Rəhbərliyinə,şəxsən baş həkim Novruz həkimə,tibb personalına,işgüzar kollektivinə və sahibkar Bəxtiyar müəllimə öz minnətdarlığımızı bildirir,yeni-yeni nailiyyətlər və işlərində ugurlar arzu edirik.Biz isə xalqımıza sağlam can sağlığı və sağlamlığının qaydına qalması üçün düzgün ünvana Stimul Hospitala müraciət etməyi məsləhət görürük. Devizimiz isə budur:
Sağlamlığının qayğısına qal-
Tək məkanı Stimul Hospital .
Buyur! Sonrada razı qal.
16-02-2024, 12:34 | Seyid Ardıç İlham Əliyevi təbrik edib

Ankara Sənaye Palatasının İdarə Heyətinin sədri Seyid Ardıç Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
president.az-a istinadən bildirir ki, məktubda deyilir:
"Cənab Prezident.
İşğaldan azad edilmiş ərazilər də daxil olmaqla bu il fevralın 7-də bütün Azərbaycanda keçirilən prezident seçkilərində qazandığınız qələbə münasibətilə Sizi təbrik edirəm.
Seçkilərin nəticələrinin Azərbaycan xalqı üçün xeyirli olmasını diləyirəm.
Qardaş ölkələr olan Azərbaycan və Türkiyə arasında münasibətlərin "Bir millət, iki dövlət" prinsipi əsasında daha da möhkəmlənəcəyinə inanıram.
Cənab Prezident, Sizə dərin ehtiramımı bildirir, fəaliyyətinizdə uğurlar arzulayıram".