28-02-2024, 13:52 | Azərbaycanda erkən nikahla bağlı mərasimlərə görə məsuliyyətin müəyyənləşdirilməsi təklif olunur

Azərbaycanda erkən nikahla bağlı mərasimlərə görə məsuliyyətin müəyyənləşdirilməsi təklif olunur.
Bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Taliyə İbrahimova bildirib.
Onun sözlərinə görə, erkən nikahlar (uşaq evlilikləri) birbaşa uşaq hüquqlarının pozulmasıdır: "Bu halların qarşısının alınması va cəzalandırılması ilə bağlı mövcud qanunvericilik bazasının təkmilləşdirilməsi zəruridir. Eyni zamanda nikah yaşının azaldılması ilə bağlı istisnanın ləğv edilməsi və erkən evliliklə nəticələnən mərasimlərin keçirilməsinə görə də məsuliyyətin müəyyən edilməsi təklif olunur".
28-02-2024, 12:38 | Aparıcı ilə evlənən icra başçısının gündəm olan VİDEOSU

Xəbər verdiyimiz kimi, bu gün Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucovun toyudur. O, tanınmış aparıcı Alidə Mustafayeva ilə ailə həyatı quracaq.
RTV icra başçısı Seymur Orucovun gündəm olan videosunu təqdim edir:
28-02-2024, 11:33 | Göstəricilər yaxşıdır, amma bu, bizi sakitləşdirməməlidir - Umayra Tağıyeva

Bu il son 10 il ərzində yaxşı göstəricilərlə üzləşdik. Böyük Qafqazın çaylarında sululuq normadan 88 faiz çoxdur. Keçən illə müqayisədə isə 38 faiz çoxdur. Kiçik Qafqaz çaylarında isə sululuq norma göstəricilərdən 35 faiz artıqdır.
Ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva Milli Məclisdə "Ölkənin su təsərrüfatı: problemlər və yeni çağırışlar" mövzusunda ictimai dinləmədə deyib.
"Bunlar yaxşı göstəricilərdir, amma bizi sakitləşdirməli deyil. İqlim dəyişiklikləri nəticəsinə əsasən, su ehtiyatlarının gələcək proqnozları nikbin deyil. Buna görə su ehtiyatlarının səmərəli istifadəsi vacib məsələdir", - deyə nazir müavini bildirib.
28-02-2024, 11:30 | "Arvadınıza pul verəndə notariusla verin" - VİDEO

Space Tv-də Amil Xəlilin təqdimatında yayımlan verilişdə səslənən fikrlər diqqət çəkib.
roqramın eksperti yazıçı-kulturoloq Aydın Xan Əbilovun dedikləri birmənalı qarşılanmayıb.
O, bəylərin xanımlarına və uşaqlarına pulu notariusla verməli olduğu fikrini əsaslandırmağa çalışıb.
Həmin görüntüləri təqdim edirik:
21-02-2024, 16:04 | Birinci siniflərə elektron qeydiyyatın vaxtı açıqlandı

Birinci siniflərə qeydiyyat prosesi 2015-2016-cı tədris ilindən etibarən elektron qaydada həyata keçirilir.
Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib.
Qeyd edilib ki, proses www.mektebeqebul.edu.az portalı vasitəsilə aparılır:
"2024-2025-ci tədris ili üzrə birinci siniflərə elektron qeydiyyata cari ilin may ayında start verilməsi planlaşdırılır. Bununla bağlı ictimaiyyətə əlavə məlumat veriləcək".
21-02-2024, 14:27 | Bu şəxslərin maaşları artacaq

2024-cü ildə təhsilə ayrılan vəsaitlərin həcmində artımlar nəzərə tutulub. Bu ilə təhsil sektoruna ayrılan vəsaitin məbləği əvvəlki illə müqayisədə, 142.8 milyon manat artırılaraq, 4 milyard 549 milyon manata çatdırılıb. Bu vəsaitin 2 milyard 372 milyon manat vəsaiti birbaşa ümumtəhsil xərcləridir. Əməkhaqqı artımları baxımından digər mühüm məqam bu il büdcədən 93.6 milyon manatın ayrılmasının nəzərdə tutulmasıdır.
Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov sosial şəbəkə hesabında yazıb.
O qeyd edib ki, bu vəsaitin 71 milyon manatı sertifikasiya, 22.6 milyon manatı məktəb direktor və müavinlərinin maaşlarına əlavələrə yönəldiləcək.
"Bu isə o deməkdir ki, sertifikasiyada uğur qazanan müəllimlərin əməkhaqlarında artımlar olacaq. Bu il 30 min müəllimin sertifikasiya imtahanlarında iştirakı nəzərdə tutulur. Mövcud qaydalara əsasən, imtahan mərhələsində 30-50 bal toplayanların əməkhaqqı 10, 51-60 ballıq nəticə göstərənlərin maaşları isə 35 faiz artır.
Diferensial sistemin dəyişdirilməsinə və əməkhaqqı artımlarının müasir qiymətləndirmə sistemlərinə uyğunlaşdırılmasına ehtiyac var. Bu baxımdan, təklif edirik ki, ümumi sualların 80 faizindən çoxunu doğru cavablandırmış, yəni 48 bal toplamış müəllimlərimizin də əməkhaqlarının 35 faiz artırılmasının maliyyə tutumu hesablansın və buna uyğun olaraq müvafiq qaydalara dəyişiklik edilsin", - deyə V.Bayramov əlavə edib.
21-02-2024, 13:42 | Füzulidə 38 çoxmərtəbəli bina inşa edilir

Füzulidə hazırda 38 çoxmərtəbəli bina inşa edilir.
Bu barədə Azərbaycan Respublikası Prezidentinin Qarabağ İqtisadi rayonunun işğaldan azad edilmiş ərazilərində (Şuşa rayonu istisna olmaqla) xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev "Qarabağ bölgəsində su və kanalizasiya infrastrukturunun yenidən qurulması" mövzusunda konfrasda çıxışı zamanı deyib.
"Artıq Füzulidə 527 ailə məskunlaşıb. Bu 2 minə yaxın şəxs deməkdir. Bu say növbəti aylarda 846 ailəyə çatacaq. Oraya köçən insanlar işlə təmin olunur.
Qarabağda həyata keçirilən layihələr tarixi hadisələrdir. Bu ərazidə gedən işlərə əmək sərf etmək çox qürurvericidir. Ərazilərin zəngin su ehtiyatları ölkə sənayesi və kənd təsərrüfatı üçün əhəmiyyətli yerə sahibdir.
Lakin baxımsızlıq ucbatından Sərsəng su anbarında vəziyyət yaxşı deyil. Çaylara çirkab tullantıların təmizlənmədən axıdılması, meşələrin qırılması ekoloji fəlakətə səbəb olub", - deyə o bildirib. Trend
21-02-2024, 13:39 | Bakıda bu evlərin qiymətləri bahalaşdı


Ötən ay mənzil bazarında qiymət artımları müşahidə olunub.
Bu barəd İqtisadi və Sosial İnkişaf Mərkəzindən (CESD) məlumat verilib.
Mərkəz tərəfindən aparılan monitorinqə əsasən, yanvar ayında bağ evlərinə tələb azalsa da, fərdi həyət evlərinə tələbin artması müşahidə olunub.
Fərdi evlərdə və torpaq sahələrində əvvəlki aya nisbətən 1.2 faiz qiymət artımı qeydə alınıb. Yaşayış binalarında və qeyri-yaşayış sahələrinə tələb yenə də stabildir.
Yaşayış binalarında olan mənzillərdə 0.7 faiz aylıq qiymət artımları müşahidə olunub. Qeyri-yaşayış sahələrində qiymət 1.1 faiz aylıq qiymət artımı qeydə alınıb. Kirayə bazarında qiymətlər 0.5 faiz artıb.
21-02-2024, 12:48 | Azərbaycan "orta güc" ölkələri sırasında...

Bir müddət əvvəl Azərbaycanın Qərbdən uzaqlaşması, özünü təcrid etdiyi, Avropadan çəkiliyi haqda iddialar səslənirdi. Ölkə başçısının Münhendə konfransa iştirakı, xüsusilə də, onun dəvət olunması sübut etdi ki, bu deyilənlər əsassızdır. Ölkəmiz artıq "orta güc" ölkələri sırasına daxil olub, qlobal miqyaslı məsələlərin həllində mühüm rol oynayır.

Ölkəmizin nüfuzunun yüksəlməsi birbaşa İlham Əliyevin uğurlu siyasətinin nəticəsidir. Münhendə keçirilən konfrans, xüsusilə, görüşün qarşı tərəfin müraciəti əsasında baş tutması bunu deməyə əsas verir ki, bu kimi xahişlər birbaşa cənab Prezidentin şəxsi nüfuzu ilə də bağlıdır. Azərbaycanın Qarabağ üzərində suverenliyini tam bərpa etdikdən sonra dövlət başçısının beynəlxalq əhəmiyyətli toplantıda ilk iştirakı, keçirilən görüşlər Azərbaycanın xarici siyasəti artıq qlobal xarakter daşıdığının göstəricisidir.

Azərbaycanın əsas problem yaşadığı ölkə Ermənistan idi ki, onunla da məsələlər yoluna qoyulmaq üzrədir. Artıq ərazi bütövlüyümüz bərpa olunub, sülh müqaviləsinin imzalanması planlaşdırılır. Sözsüz ki, bu məsələdə Ermənistanın siyasi iradəsi tələb olunur. Rəsmi Bakının da qeyd etdiyi kimi, Ermənistan tərəfi anlamalıdır ki, bölgədə sülh və sabitliyin təminatının yolu ərazi bütövlüyünün və suverenliyin təsdiq olunması və hörmət edilməsi əsasında qonşu ölkələrlə münasibətlərin qurulmasından və sülhün bərqərar olunması üçün Azərbaycanla birbaşa konstruktiv danışıqlardan keçir.
Əgər Ermənistan sülh istəyirsə, bunun üçün canfəşanlıq etməlidir. Onlar təxribatdan çəkinməli, Hindistandan, Fransadan silah alınmasını dayandırılmalıdır. Fransa isə ermənilərdən daha çox erməni kimi davranmamalı, münasibətləri gərginləşdirməkdənsə, Cənubi Qafqazda sabitliyin formalaşmasına töhfə verməlidir.
İslam
Milli.Az
20-02-2024, 13:41 | İcma: Ermənistan öz ərazisində separatçıların fəaliyyətinə qadağa qoymalıdır

Ermənistan hakimiyyəti öz ərazisində Azərbaycanın suverenliyini təhdid edən keçmişin tör-töküntülərinin fəaliyyətinə qadağa qoymalıdır.
Bu barədə Qərbi Azərbaycan İcmasının özünü hansısa "parlament" adlandıran qondarma qurumun "üzvləri"nin Vardan Oskanyanla görüşünə, "Qarabağ münaqişəsi həll olunmayıb" kimi gülünc fikirlərə dair erməni mətbuatında yayılan məlumatlarla əlaqədar bəyanatında qeyd olunub.
Bəyanatda bildirilib: "Bütün bunlar bir daha Qarabağ ermənilərinin son 35 ildə baş verənlərdən heç bir dərs çıxarmadıqlarını, xəyalpərəstlər və şovinistlər tərəfindən istifadə olunduqlarını göstərir. Bu, eyni zamanda bütün günü yalandan sülhdən danışan Ermənistan hakimiyyətinin, ən yumşaq formada desək, qeyri-səmimiliyindən xəbər verir. Qərbi Azərbaycan İcmasının hətta mədəni irsin qorunması ilə bağlı fikirlərini özünün suverenliyinə qəsd kimi görən Ermənistan hakimiyyəti ərazisində Azərbaycanın suverenliyini təhdid edən, hələ də "öz müqəddəratını təyin etmək"dən dəm vuran, keçmişin qalıqları olan tör-töküntülərin fəaliyyətinə qadağa qoymalıdır".


















