26-02-2026, 10:13 | Xalq artistinin mirası üstündə qalmaqal: DİN-dən reaksiya

Xalq artistinin mirası üstündə qalmaqal: DİN-dən reaksiya


Mərhum Xalq artisti Roza Cəlilovanın mirası və dəyərli əşyalarının talanması ilə bağlı yayılan qalmaqallı iddialara Daxili İşlər Nazirliyi (DİN) münasibət bildirib.

Sənətkarın nəvəsi Lalə Aslanovanın mənimsəmə və oğurluq halları ilə bağlı irəli sürdüyü ittihamlara cavab olaraq DİN-in Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı Elbrus İbrahimov Oxu.Az-a açıqlamasında bildirib ki, məsələ artıq hüquqi müstəvidə araşdırılır:

"Səsləndirilən iddialar hazırda araşdırma predmetidir. Qeyd olunan xüsusatlarla bağlı zəruri istintaq hərəkətləri davam etdirilir", - deyə E.İbrahimov vurğulayıb.

------

Mərhum Xalq artisti Roza Cəlilovanın dəyərli əşyalarının oğurlandığı iddia olunur.

Bu iddia ilə sənətkarın nəvəsi Lalə Aslanova çıxış edib.

Bildirib ki, Xalq artisti vəfat edən gün onun mənzilində ciddi qanunsuzluqlar baş verib. Lalə Aslanovanın sözlərinə görə, nənəsinin qızı Yeganə Aslanova və onun qızı Leyla Seyidəlizadə Xalq artistinin öldüyü gün yaxın məsafədə yaşamalarından istifadə edərək dərhal mənzilə yollanıblar və onun dəyərli əşyalarını, bank kartlarını mənimsəyiblər. O, iddia edir ki, polis əməkdaşları və təcili tibbi yardım briqadası mərhumun oğlunun olub-olmaması ilə maraqlanarkən Yeganə Aslanova onun oğlu olmadığını bildirib və Lalə Aslanovanın atası barədə nalayiq ifadələr işlədib.

"Nənəmin nəşini dərhal Təzəpir məscidinə apardılar. Daha sonra isə nəşi məsciddə qoyaraq yenidən evə qayıtdılar. Roza xanımın bütün fəxri fərmanlarını, "Şərəf" və "Şöhrət" ordenlərini, o cümlədən Mədəniyyət Nazirliyi tərəfindən təqdim edilmiş sənədləri, SSRİ dövrünə aid mükafat və sənədləri, bank kartlarını, pul vəsaitlərini və digər dəyərli əşyaları götürərək mənzildən uzaqlaşıblar", - deyə Lalə Aslanova bildirib.

Onun sözlərinə görə, məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edilib. Bildirilir ki, polis tərəfindən mənzilə baxış keçirilib və protokol tərtib olunub. İşin Səbail Rayon Prokurorluğuna və polis idarəsinə təqdim edilməsinə baxmayaraq, indiyədək hər hansı ciddi tədbir görülməyib.

Lalə Aslanova, həmçinin iddia edib ki, qarşı tərəf beş dövlət qurumunu etibarsız sənədlərlə aldadaraq müəyyən üstünlüklər əldə edib. O bu barədə sorğularına rəsmi cavab aldığını və Ədliyyə Nazirliyinin Yeganə Aslanovanın qanunvericiliyə zidd şəkildə sənədlər əldə etməsi ilə bağlı müraciətinə cavab verdiyini qeyd edib. İddialara görə, hətta Səbail Rayon Məhkəməsinə də etibarsız sənədlər təqdim olunaraq qərardad çıxarılmasına nail olunub.

"Nənəmin ölümündən istifadə edərək atama qarşı şər və böhtan atılıb. Bütün videogörüntülər, səsyazıları və şahid ifadələri təqdim olunsa da, indiyədək həmin şəxslər barəsində tədbir görülməyib. Məsələnin obyektiv araşdırılmasını və günahkarların cəzalandırılmasını tələb edirik", - deyə Lalə Aslanova vurğulayıb.

Yeganə Aslanova bildirib ki, Xalq artistinin bacısı qızı yox, doğma qızıdır və hələlik məsələ ilə bağlı mövqe bildirmək istəmir.

Qeyd edək ki, Xalq artisti, rəqqasə Roza Cəlilova Yeganə Aslanovanı sağlığında polisə vermişdi. Səbail Rayon 9-cu Polis Bölməsinə müraciət edən sənətkar qızının ondan zinət əşyalarını alıb qaytarmadığını iddia etmişdi. O, bildirmişdi ki, dörd ədəd brilyant qaşlı sırğa və başqa bahalı aksesuarlarını qızından ala bilmir. Musavat.com-


16-02-2026, 15:07 | Vüqar Qurbanov vəzifəsindən AZAD EDİLDİ - RƏSMİ

Vüqar Qurbanov vəzifəsindən AZAD EDİLDİ - RƏSMİ


Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) publik hüquqi şəxsin Müşahidə Şurasının qərarı ilə qurumun İcraçı direktoru Vüqar Qurbanov vəzifəsindən azad edilib.

Bu barədə TƏBİB-dən məlumat verilib. Bildirilib ki, Müşahidə Şurasının digər qərarı ilə İcraçı direktor vəzifəsinin müvəqqəti icrası Anar İsrafilov-a həvalə olunub.

Qeyd edək ki, Vüqar Qurbanovun vəzifədən azad edilməsinin səbəbləri hələlik açıqlanmayıb. Məsələ ilə bağlı əlavə məlumat veriləcəyi gözlənilir.

16-02-2026, 15:02 | Növbəti köç karvanları Hadrut və Qırmızı Bazar qəsəbələrinə çatıb - YENİLƏNİB

Növbəti köç karvanları Hadrut və Qırmızı Bazar qəsəbələrinə çatıb - YENİLƏNİB


Növbəti köç karvanları Xocavənd rayonunun Hadrut və Qırmızı Bazar qəsəbələrinə çatıb.

Bu mərhələdə Hadruta 10 (47 nəfər), Qırmızı Bazara isə 20 ailənin (91 nəfər) qayıdışı təmin olunub./Report



_______________


Xocalı şəhəri, Xocavənd rayonunun Hadrut və Qırmızı Bazar qəsəbələrinə ümumilikdə 60 ailədən ibarət növbəti köç karvanları yola salınıb.

Milli.Az xəbər verir ki, qeyd olunan yaşayış məntəqələrinə köç edənlər ölkənin müxtəlif bölgələrində, əsasən yataqxanalarda, sanatoriyalarda və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Bu mərhələdə Xocalı şəhərinə 30 (149 nəfər), Hadrut qəsəbəsinə 10 (47 nəfər), Qırmızı Bazar qəsəbəsinə isə 20 ailənin (91 nəfər) qayıdışı təmin olunub./Report

7-02-2026, 09:22 | ETSN-də yeni təyinat olub.

ETSN-də yeni təyinat olub.


Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətində cənub bölgəsinə Coğrafi İnformasiya Sistemləri (CİS) üzrə baş mütəxəssis vəzifəsinə yeni təyinat olub.
Sözügedən vəzifəyə Ağayev Kərəm Isabala oğlu gətirilib
O, bu vəzifəyə təyin olunana qədər 11 saylı Regional Meşə Təsərrüfatı Mərkəzində meşə uçotu və kadastrı üzrə baş mühəndis vəzifəsində çalışıb.
Kərəm Ağayev Azərbaycan Dövlət Aqrar Universitetində "Yerquluşu və torpaq kadastrı" ixtisasi üzrə bakalavr təhsili alıb. Əmək fəaliyyətinə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyesteri Xidmətinin tabeliyində olan Cəlilabad Yerquruluşu və Kadastr Layihə-Tədqiqat Idarəsində başlayıb.

7-02-2026, 09:21 | Azərbaycanda strateji investisiya layihələri üzrə investisiya təşviqi sənədinin veriləcəyi müddət müəyyənləşib - Fərman

Azərbaycanda strateji investisiya layihələri üzrə investisiya təşviqi sənədinin veriləcəyi müddət müəyyənləşib - Fərman


Azərbaycanda strateji investisiya layihələri üzrə investisiya təşviqi sənədinin veriləcəyi müddət müəyyənləşib.

Bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.

Fərmana əsasən investisiya təşviqi sənədinin verilməsi üçün minimal investisiya məbləği artırılıb. Yeni qaydaya görə, investisiya təşviqi sənədi ən azı 3 milyon manat investisiya qoyuluşu olan layihələrə verilir. Sənaye məhəllərində fəaliyyət göstərən rezidentlər üçün isə bu limit 1 milyon manat olaraq müəyyən edilib.

Fərmanla həmçinin strateji investisiya layihələrinə dair yeni müddət tənzimlənib. Strateji layihə təqdim edən şirkətlər və fərdi sahibkarlar investisiya təşviqi sənədini 2023-cü il yanvarın 1-dən etibarən 6 illik müddətə ala biləcəklər.

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi bu Fərmandan irəli gələn məsələləri həll etməlidir.

7-02-2026, 09:18 | "Bir "Bayatı-şiraz"ın var, indi xırıldayırsan, OXUMURSAN!"

[center]"Bir "Bayatı-şiraz"ın var, indi xırıldayırsan, OXUMURSAN!"[/center]

Aşıq Namiq canlı efirdə müğənni Tacir Şahmalıoğlunun ünvanına səsləndirdiyi sərt fikirlərlə gündəmə gəlib.

Dənətçi Tacir Şahmalıoğlunun onun sənəti ilə bağlı səsləndirdiyi tənqidlərə emosional şəkildə reaksiya verib. Aşıq Namiq bildirib ki, bəzi ifaçıların yaşı irəlilədikcə davranışları da dəyişir və artıq nə danışdıqlarının fərqində olmurlar:

"Bəzilərinin yaşı 60-a çatıb, ağılları yüngülləşib, bilmirlər nə danışırlar. Bir dənə 'Bayatı-Şiraz' oxumusan, nə xidmətin olub? İndi sən oxumursan, xırıltı ilə səslər çıxarırsan".

Aşıq Namiq vurğulayıb ki, onun şəxsi kimliyinə və sənətinə toxunulmasını heç vaxt qəbul etməyəcək:

"Kimliyindən asılı olmayaraq, mənim şəxsiyyətimə toxunsa, cavabını alacaq. Elə söz deyərəm ki, deyəni yerində qoyar. 'Oxuya bilmirəm' deyəndə yola verirəm, amma sənətimi təhqir etməyə heç kimin haqqı yoxdur".

Sənətçi özünü ustad şagirdi adlandıraraq cavabının təkcə Tacir Şahmalıoğluna deyil, ümumilikdə sənətə hörmətsizlik edənlərə yönəldiyini deyib:

"Mən ustad ocağından çıxmışam. Cavabımdan sonra bir çox müğənnilər zəng edib dedi ki, düz deyirsən, boğaza yığılmışıq. Hər 'mən-mən' deyən sənətkar deyil. Zeynəb Xanlarova, Yaqub əmi, Cabbar, Səxavət, hələ yeni nəsil xanəndələri demirəm, onlar kimdir?"

Aşıq Namiq əlavə edib ki, sənətdə hörmət və çəkini qorumaq vacibdir:

"Yaxşı saz ifaçısını görəndə sənətini qəbul edirəm. Amma sambalını saxla ki, desinlər filankəs gəlir. Beşgünlük dünyada qəlbə dəyməyə dəyməz".

Sənətçi sosial şəbəkələrdə yayılan görüntülərə də toxunaraq bildirib ki, onun çıxışı Tacir Şahmalıoğlunun açıqlamasından daha çox maraq doğurub:

"Onun danışığına 20 min baxış olub, mənim çıxışıma isə 80-90 min baxış, 2 minə yaxın rəy yazılıb və əksəriyyəti mənim tərəfimdədir. Mən xalqın qarşısında baş əyirəm".

Aşıq Namiqin bu çıxışı efirdə və sosial şəbəkələrdə geniş rezonans doğurub, sənət cameəsində ciddi müzakirələrə səbəb olub.


Milli.Az

7-02-2026, 09:16 | Benzinlə bağlı yeni QƏRAR - 30 gündən sonra

Benzinlə bağlı yeni QƏRAR - 30 gündən sonra


Nazirlər Kabineti 17 noyabr 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş "Xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri"ndə dəyişiklik edib.

Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Dəyişikliyə əsasən, bundan sonra bir sıra mallar, o cümlədən avtomobil benzini üçün rüsumlar ayrıca müəyyən ediləcək.

Qərar 30 gündən sonra qüvvəyə minəcək.

7-02-2026, 09:14 | Azərbaycanda bu idarələr ləğv edildi

Azərbaycanda bu idarələr ləğv edildi


Azərbaycanda iki idarə ləğv olunduğunu elan edib.

Bunlar Neftçala Melioservis İdarəsi və Gəncə İxtisaslaşdırılmış Təmir-Quraşdırma və Sazlama İdarəsidir.

Qeyd edək ki, Neftçala Melioservis İdarəsi 2002-ci ildə yaradılıb. İdarənin rəisi Nizami Nəsirovdur. İdarənin hazırda dövlətə 93285.84 manat borcu vardır. Gəncə İxtisaslaşdırılmış Təmir-Quraşdırma və Sazlama İdarəsi isə 1995-ci ildə yaradılıb və rəisi Ramis İsmayılovdur./İqtisadiyyat.az

7-02-2026, 09:13 | Krediti onlayn yoxsa əyani götürmək sərfəlidir?

Krediti onlayn yoxsa əyani götürmək sərfəlidir?


Banklar kredit götürmək istəyən şəxslərə 2 əsas kredit üsulu təklif edir. Onlayn və əyani kredit müraciətlərində məbləğ eyni olsa da, amma faiz dərəcələri, komissiyalar bir-birindən fərqlənə bilər.

Bəs hansı müraciət forması daha sərfəlidir ?

İstehlak kreditlərində onlayn müraciətlərin aparılması daha sürətli və faiz dərəcələri aşağı olur. Çünki burada daha az resurs, az sayda kağız və işçi istifadə olunur.

Əksər hallarda müştərilərə kredit götürərkən bir neçə sığorta növü təklif olunur. Bu sığortalara həyat sığortası da daxildir, kredit alan şəxsin vəfat etməsi halında kredit öhtəliyi bank tərəfindən qarşılanır. Lakin krediti vaxtından əvvəl tam ödədikdə sığorta haqqının istifadə olunmayan hissəsi sığorta şirkəti tərəfindən geri qaytarıla bilər. Buna baxmayaraq bir çox şəxs bu hüquqdan xəbərsizdir.

Sıöortanın qaytarılmasının əyani və ya onlayn olması rolu azdır. Burda əsas sığorta şirkətinin yanaşmasıdır. Müqavilədə qaytarılma təsbit olunubsa, bu, qaytarılacaq. Ödənişin qaytarılması texniki tərəfdən zaman ala bilər və ya qaytarılması mümkün olmaya da bilər.

Mütəxəssislər qeyd edirlər ki, bu hallarda bank əməkdaşları şərtlərlə bağlı müştərilərə məlumat verməli, qaranlıq qalan məqamları aydınlaşdırmalıdırlar. Milli.Az

7-02-2026, 09:11 | Benzinlə bağlı yeni QƏRAR - 30 gündən sonra

Benzinlə bağlı yeni QƏRAR - 30 gündən sonra


Nazirlər Kabineti 17 noyabr 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş "Xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri"ndə dəyişiklik edib.

Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Dəyişikliyə əsasən, bundan sonra bir sıra mallar, o cümlədən avtomobil benzini üçün rüsumlar ayrıca müəyyən ediləcək.

Qərar 30 gündən sonra qüvvəyə minəcək.

������������ ������� DLE ������� ��������� ��� dle.
���������� ���� ������ ��� ��������� ������.
����������� �������� ������� � �������� ������.
����������� �������� ������������ ��� �������� ����.
������ ����� �������� ��������� ����� ������.
����� ���������� �� ���� ��� ���� � ��� �����.