12-04-2026, 07:02 | Onlar imtahansız işə qəbul EDİLƏCƏK

Onlar imtahansız işə qəbul EDİLƏCƏK


Ədliyyə Nazirliyində dövlət icra məmurlarının qulluğa qəbulu ilə bağlı müsabiqənin və icbari təlimin keçirilməsi qaydası təsdiq edilib. Müsabiqə test imtahanından və söhbət mərhələsindən ibarət olacaq.

Respublica.Az xəbər verir ki, bəzi şəxslər müsabiqənin imtahan mərhələsindən azad ediləcəklər.

Belə ki, prokurorluqda və digər hüquq mühafizə orqanlarında xüsusi və ya hərbi rütbə nəzərdə tutulan vəzifələrdə işləyən, digər dövlət orqanlarında dövlət qulluğu keçən inzibati vəzifələri tutan, hüquq sahəsində elmlər doktoru elmi dərəcəsi olan və əvvəllər hakim işləmiş şəxslər imtahan mərhələsindən azad ediləcəklər.

İmtahan informasiya texnologiyalarından istifadə etməklə elektron formada keçiriləcək./Trend.Az

Respublica.Az

12-04-2026, 06:56 | Hörmüz boğazı nə vaxt açılacaq?

Hörmüz boğazı nə vaxt açılacaq?


ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazının yaxın vaxtlarda gəmiçilik üçün açılacağını bildirib.

Respublica.Az TASS-a istinadən xəbər verir ki, o, bu barədə jurnalistlərlə söhbətində deyib.

Tramp qeyd edib ki, boğazın açılması asan olmayacaq, lakin bunun tezliklə baş verəcəyini düşünür.

Onun sözlərinə görə, bu marşrutdan əsasən digər ölkələr istifadə edir və onun açılmasına da məhz onlar kömək edəcəklər.(Milli.az)

Respublica.Az

12-04-2026, 06:51 | Kollektorun daşması nəticəsində yaranmış fəsadlar aradan qaldırılır - FOTO

Kollektorun daşması nəticəsində yaranmış fəsadlar aradan qaldırılır - FOTO


05-06 aprel 2026-cı il tarixlərində intensiv yağan yağışlar nəticəsində Bakı dairəvi magistral kollektorunda su həcminin kəskin artması səbəbindən Keşlə qəsəbəsinin M.Ə. Sabir və K.Əfkari küçələrinin kəsişməsindən keçən hissəsindən daşması nəticəsində ərazidə yaranmış fəsadların aradan qaldırılması və infrastrukturun bərpası istiqamətində tədbirlər həyata keçirilir.

Respublica.Az xəbər verir ki, Nizami rayonunun kommunal xidmət sahələri tərəfindən görülən işlər çərçivəsində ərazidə genişmiqyaslı sanitar-təmizlik işləri aparılır, həyətyanı sahələr və keçid yolları palçıq və lildən təmizlənərək yuyulur.

Həmçinin, gələcəkdə belə halların təkrarlanmaması və preventiv tədbirlərin görülməsi məqsədilə aidiyyatı qurumlara müraciətlər ünvanlanmışdır.

Hazırda ərazidə davamlı olaraq dezinfeksiya işləri aparılır.

Respublica.Az


2-04-2026, 11:42 | "WhatsApp"a yeni funksiya GƏLİR

"WhatsApp"a yeni funksiya GƏLİR


"WhatsApp" istifadəçilərə tətbiqdə kimin onlayn olduğunu bir səhifədə görməyə imkan verəcək yeni bir funksiya üzərində işləyir. Bu funksiya söhbətlərə başlamağı asanlaşdırmaq məqsədi daşısa da, onlayn statusun daha çox görünməsi səbəbindən məxfilik problemləri də yarada bilər.

Dünyanın ən populyar mesajlaşma tətbiqi olan "WhatsApp" istifadəçi təcrübəsini təkmilləşdirmək üçün yeni bir funksiya üzərində işləyir. Yeni funksiya istifadəçilərə kimin onlayn olduğunu görə biləcəkləri xüsusi bir səhifə təqdim edəcək.

Hazırda hazırlanmaqda olan bu xüsusiyyət ilə istifadəçilər tətbiq daxilində ayrı bir bölmədə onlayn olan bütün insanları real vaxt rejimində görə biləcəklər. Bu, söhbətə başlamaq istəyənlərin aktiv istifadəçiləri daha tez müəyyən etməsinə imkan verəcək.

Yeni funksiyanın, xüsusən də məxfilik ilə bağlı müzakirələrə səbəb ola biləcəyi düşünülür. Mütəxəssislər qeyd edirlər ki, onlayn statusu daha görünən etmək istifadəçi seçimləri baxımından həssaslıq yarada bilər.

Məlumata görə, bu funksiya hələ də inkişaf mərhələsindədir və məhdud istifadəçi qrupları ilə sınaqdan keçirilir. WhatsApp-ın bu funksiyanı bütün istifadəçilər üçün nə vaxt təqdim edəcəyi məlum deyil. WhatsApp dünyanın ən populyar mesajlaşma tətbiqidir

26-02-2026, 10:31 | İsrail səfirliyi Azərbaycana başsağlığı verdi

İsrail səfirliyi Azərbaycana başsağlığı verdi


İsrailin Bakıdakı səfirliyi Xocalı faciəsinin 34-cü ildönümü ilə əlaqədar Azərbaycan xalqına başsağlığı verib.

Bu barədə səfirliyin X hesabında paylaşım edilib.

"Səfirlik adından Azərbaycan xalqına və Xocalı faciəsi qurbanlarının ailələrinə dərin hüznlə başsağlığı veririk. Həyatını itirən günahsız insanların xatirəsini ehtiramla yad edir və zərər çəkmiş hər kəsə ən dərin rəğbətimizi bildiririk. Qurbanların xatirəsi daim yaşasın və sülh ilə qarşılıqlı anlaşma qalib gəlsin", - paylaşımda qeyd olunub.

26-02-2026, 10:30 | Amerikanın Azərbaycandakı səfirliyi Xocalı soyqırımı ilə bağlı paylaşım etdi

Amerikanın Azərbaycandakı səfirliyi Xocalı soyqırımı ilə bağlı paylaşım etdi


Amerikanın Azərbaycandakı səfirliyi Xocalı soyqırımı ilə bağlı paylaşım edib.

Səfirliyin sosial media hesabındakı paylaşımda deyilir:

"Bu gün biz 1992-ci ildə Xocalıda həlak olanların xatirəsini dərin ehtiramla yad edən Azərbaycan xalqına qoşuluruq. ABŞ Səfirliyi adından həlak olanların ailələrinə və yaxınlarına ən səmimi və dərin hüznlə başsağlığı veririk. Qurbanların xatirəsini anarkən insan ləyaqətinin qorunmasının, mərhəmətin və gələcək nəsillər naminə davamlı sülhün qurulmasının vacibliyini bir daha xatırlayırıq" .

Xatırladaq ki, bu gün Ermənistan silahlı qüvvələri tərəfindən Xocalı soyqırımının törədilməsindən 34 il ötür.

26-02-2026, 10:29 | AZAL təyyarəsinin qəzası ilə bağlı Azərbaycanın mövqeyi tamamilə qətiyyətlidir

AZAL təyyarəsinin qəzası ilə bağlı Azərbaycanın mövqeyi tamamilə qətiyyətlidir


Oktyabr ayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Rusiya Prezidenti Vladimir Putin arasında keçirilən görüşdə səsləndirilən məsələyə əsasən, Azərbaycana məxsus təyyarənin Rusiya Müdafiə Nazirliyinin səhvi ucbatından baş vermiş hadisəsi ilə bağlı bütün zəruri tədbirlər görülməlidir.

Bunu Xarici İşlər Naziri Ceyhun Bayramaov Xocalı faciəsinin 34-cü ildönümü ilə əlaqədar bu gün Bakıdakı "Ana harayı" abidəsini ziyarət edərkən jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, bu məsələ ilə bağlı Azərbaycanın mövqeyi tamamilə qətiyyətli və birmənalıdır:

"Hadisəyə obyektiv və ümumi hüquqi-siyasi qiymət verilməli, həmçinin müvafiq kompensasiyalar ödənilməlidir. Bizim gözləntilərimiz məhz bundan ibarətdir".

26-02-2026, 10:26 | WUF13 konfransına Ermənistan dəvət edilib? - Nazirdən açıqlama

WUF13 konfransına Ermənistan dəvət edilib? - Nazirdən açıqlama


"Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına (WUF13) Ermənistanın dəvət edilməsi ilə bağlı məndə məlumat yoxdur".

Bunu jurnalistlərə açıqlamasında xarici işlər naziri Ceyhun Bayramov deyib.

Nazirin sözlərinə görə, bu tədbirin özünün formatı var: "Həmin format kontekstində hansı dövlətlərin dəvət edilməsi də müəyyən ediləcək. Bu tədbirə Azərbaycanla əməkdaşlığı olan, dəstəyə ehtiyacı olan ölkələr dəvət edilir. Ermənistanın dəvət edilməsi ilə bağlı məndə məlumat yoxdur".

26-02-2026, 10:18 | ADY yeni istiqamət üzrə sərnişindaşımaya başlayacaq

ADY yeni istiqamət üzrə sərnişindaşımaya başlayacaq


"Azərbaycan Dəmir Yolları" QSC (ADY) yeni istiqamət üzrə sərnişin daşıma fəaliyyətinə başlayacaq.

Sürətli qatarlar Kürdəmir Dəmiryol Stansiyasında da dayanacaq.

Hazırda Kürdəmir istiqamətində sərnişindaşımanın təşkili ilə bağlı hazırlıq işləri aparılır. Artıq Kürdəmir Dəmiryol Stansiyasında təmir işləri həyata keçirilir.

Bu istiqamətdə sərnişindaşımalara yaxın günlərdə başlanılması planlaşdırılır.

26-02-2026, 10:16 | Yaponiyada uçan taksilər sınaqdan keçirilir

Yaponiyada uçan taksilər sınaqdan keçirilir


Yaponiyanın "SkyDrive Inc." startapı sərnişin daşınması üçün nəzərdə tutulan pilotsuz uçuş aparatının ilk nümayiş xarakterli uçuşunu həyata keçirib.

Uzaqdan idarə olunan "SD-05" innovativ nəqliyyat vasitəsi "Mitsubishi Estate Co. və Kanematsu Corp." şirkətləri tərəfindən hazırlanıb. Aparat ilk uzaqdan idarə olunan uçuşunu Tokio körfəzi üzərində həyata keçirib. Uçuş təxminən dəqiqə yarım davam edib və aparat təxminən 150 metr məsafə qət edib.

"SD-05" pilotsuz aparatı 12 daşıyıcı vint və akkumulyator batareyaları ilə təchiz olunub. Bu xüsusiyyətlər sayəsində o, 15-40 kilometr məsafə qət edə bilir. Nəqliyyat vasitəsi üç nəfərin daşınması üçün nəzərdə tutulub.Trend-

������������ ������� DLE ������� ��������� ��� dle.
���������� ���� ������ ��� ��������� ������.
����������� �������� ������� � �������� ������.
����������� �������� ������������ ��� �������� ����.
������ ����� �������� ��������� ����� ������.
����� ���������� �� ���� ��� ���� � ��� �����.