11-12-2024, 21:15 | İlham Əliyev ümumilli lider Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib - FOTO

İlham Əliyev ümumilli lider Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib - FOTO


Prezident İlham Əliyev 12 Dekabr - Ümumilli Lider Heydər Əliyevin anım günü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.

Paylaşımı təqdim edir:



11-12-2024, 20:21 | Heydər Əliyev fenomeni: Azərbaycanın geosiyasi hədəfləri

Heydər Əliyev fenomeni: Azərbaycanın geosiyasi hədəfləri


Nəsimi Nəsibov,
Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xudmətinin 11 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru;



Ulu Öndər Heydər Əliyev misilsiz xidmətləri ilə Azərbaycan xalqının qəlbində özünün abidəsini ucaldıb. Xalqımız, bütün dünya azərbaycanlıları Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini daim uca tutur, böyük ehtiramla yad edir. Tarixi təcrübə göstərir ki, xalqların rifahını, dövlətlərin isə yüksəlişini, intibahını və inkişafını təmin edən amillər sırasında lider fenomeni və ya liderlik faktoru xüsusi yer tutur. Analitiklər, tədqiqatçılar liderləri adətən tarixi şəxsiyyət kimi təsvir və təqdim edir. Amma yüksək idarəetmə mədəniyyətinə və qabiliyyətinə, zəngin dövlətçilik təcrübəsinə, vətənpərvərlik ruhuna və Vətən sevgisinə malik olan, xalqın dəstəyinə arxalanan liderlər yeni tarix yazır, yaradır və tarixə çevrilirlər – ictimai-siyasi yaddaşa əbədi həkk olunurlar. Eynilə Azərbaycan xalqının Ümummilli Lideri, müdrik dövlət xadimi Heydər Əliyev kimi.

Ulu öndər Heydər Əliyevin siyasi irsi, əslində dövlətçilik tarixidir. Çünki o, bir-birindən kəskin fərqlənən iki ayrı dövrdə - həm SSRİ dönəmində, həm də müstəqillik illərində respublikamıza uğurla rəhbərlik edib, milli tərəqqini – iqtisadi inkişafı, mədəni intibahı və siyasi yüksəlişi təmin etməyə müvəffəq olub. Ümummilli Liderin iki fərqli dövrdə və əsrdə gördüyü işlər Azərbaycanın siyasi simasını, milli obrazını formalaşdırıb.

İlk növbədə qeyd etmək lazımdır ki, Ulu Öndər Heydər Əliyev müstəqillikdən öncə respublikamızın perspektivi üçün güclü iqtisadi dayaqlar, siyasi sütunlar yaratmağa müvəffəq olub. 1969-cu ilin 14 iyulunda Azərbaycanda siyasi hakimiyyətə gələn Heydər Əliyev islahat xarakterli tədbirlər vasitəsilə respublikamızı tənəzzüldən xilas edərək inkişaf yoluna çıxmasını təmin edib. Azərbaycan aqrar ölkədən sənaye ölkəsinə çevrilib, güclü kadr bazası formalaşdırılıb. Ulu Öndərin 1969-1982-ci illərdə respublikamıza rəhbərliyi Azərbaycanın siyasi tarixinin mühüm səhifələrindən biridir. Bununla yanaşı, Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri kimi fəaliyyəti də mühüm ictimai-siyasi və ideoloji əhəmiyyətə malikdir. Faktlara diqqət edək: Ulu Öndərin təşəbbüsü ilə ilk dəfə olaraq Naxçıvanda Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan üçrəngli bayrağımız qaldırılıb; Naxçıvan MSSR adından “Sovet Sosialist” ifadəsi çıxarılıb; 1990-cı il yanvar ayının 20-də Bakıda törədilmiş qanlı hadisələrə siyasi qiymət verilib; Naxçıvan əhalisinin SSRİ-nin saxlanılmasına dair keçirilən referendumda iştirak etməməsi haqqında qərar qəbul edilib; 31 dekabr tarixinin Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan olunması barədə qərar verilib.

Bütün bunlar Azərbaycan dövlətçiliyinin siyasi və ideoloji əsaslarının gücləndirilməsi baxımından mühüm əhəmiyyətə malik olmaqla yanaşı, müstəqilliyə gedən yolda müstəsna önəm daşıyıb. Bu gün haqlı olaraq qeyd edirik ki, Azərbaycan xalqı öz müstəqil, nüfuzlu və qüdrətli dövləti ilə qürur duyur. Və iftixarla vurğulamaq lazımdır ki, müasir müstəqil Azərbaycan dövləti Ümummilli Lider Heydər Əliyevin şah əsəridir. Müstəqillik illərinin hadisələri və prosesləri bu təkzibedilməz reallığı tam təsdiqləyir. Ümummilli Liderimizin Azərbaycan xalqı qarşısında ən böyük – misilsiz xidmətlərindən biri də siyasi varisliyin təmin olunmasıdır. Ulu Öndər özündən sonra Azərbaycana şərəflə, ləyaqətlə və uğurla rəhbərlik edərək xalqın rifahını, dövlətin isə mənafeyini təmin edəcək qətiyyətli lider yetişdirməklə tarixi missiya yerinə yetirdi. Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycan Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə möhtəşəm nailiyyətlər qazanaraq regionun lider dövlətinə, etibarlı və perspektivli tərəfdaşa çevrilib, qalib ölkə statusu qazanıb.

Bu gün Heydər Əliyev ideyaları, Prezident İlham Əliyevin siyasəti müasir müstəqil Azərbaycan dövlətinə möhtəşəm nailiyyətlər qazandırır. Şübhəsiz ki, çoxəsrlik dövlətçilik tarixində heç vaxt bu qədər qüdrətli olmayan Azərbaycan hər birimizin – dünya azərbaycanlılarının sonsuz qürur və iftixar mənbəyidir. Bu nailiyyətlərin əsasını qoyan Ulu Öndər Heydər Əliyevin ideyaları əbədi olaraq yaşayacaq!


11-12-2024, 20:14 | İlham Əliyev Qanun imzaladı

İlham Əliyev Qanun imzaladı


Azərbaycan Prezidenti İlham Əliyev Qanun imzalayıb.

Qanuna əsasən, Xəzər dənizinin Azərbaycan sektorunda Azəri, Çıraq yataqlarının və Günəşli yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında 14 sentyabr 2017-ci il tarixli Sazişə İkinci Qoşma qəbul və təsdiq edilib.

11-12-2024, 20:09 | Vaşinqtonun "çempion" saxtakarlığı: qanunsuzlar Bakıya qanun "öyrədir"

Vaşinqtonun "çempion" saxtakarlığı: qanunsuzlar Bakıya qanun "öyrədir"


Amerikan sisteminin mərkəzində, Pentaqonda vergi ödəyicilərinin milyardlarla dolları mənimsənilir, amma bu, media səssizliyinin qalın dumanı ilə örtülür. Eyni zamanda, Co Bayden administrasiyası riyakarlıqla məşğuldur. ABŞ prezidenti oğlunu cinayət təqibindən qurtarmaq üçün hər cür vasitəyə əl atarkən, dünyanı korrupsiya ilə mübarizəyə öyrətməyə çalışır. Bu, yalnız Bayden administrasiyasının mənəvi üzünü açmaqla qalmır, həm də insan haqları və korrupsiya ilə mübarizə adı altında paylanan beynəlxalq mükafatların əsl mahiyyətini şübhə altına alır.

... ABŞ özünü qlobal korrupsiya ilə mübarizə aparan kimi təqdim edərək, "antikorrupsiya" ritorikasını geosiyasi manipulyasiya üçün silaha çevirib. Vaşinqton digər ölkələrdə satqınları tapıb onları "qəhrəman" kimi təqdim edir. Korrupsiya ilə mübarizə adı altında ABŞ Azərbaycanın da daxil olduğu ölkələrdə manqurtlar tapır - öz ölkəsinə qarşı yalan danışmağa, onun maraqlarını satmağa və reallığını təhrif etməyə hazır olan insanları. Həmin insanlara mükafatlar verilir, onları tərifləyir və dünyaya ədalətin müdafiəçisi kimi təqdim edirlər. Sevinc Vaqifqızının timsalında bu yanaşma aydın görünür.

Birləşmiş Ştatlarda korrupsiya ilə mübarizədə uğursuzluğunu gizlətməyə çalışan Bayden administrasiyası asanlıqla müxtəlif ölkələrdə müəyyən şəxsləri "ədalət və şəffaflıq uğrunda mübarizəni seçənlər" kimi mükafatlandırır. Jurnalistlər, hüquq müdafiəçiləri, hakimlər və dövlət məmurları bu siyahıya daxil edilsə də, onların əsl korrupsiya ilə mübarizə ilə nə əlaqəsi var? Bu insanlar çox vaxt ABŞ-nin xarici siyasətinin alətinə çevrilir, onların mükafatları isə digər ölkələrə təzyiq vasitəsi kimi istifadə edilir.

Məsələn, azərbaycanlı "müstəqil jurnalist" Sevinc Vaqifqızı ABŞ Dövlət Departamenti tərəfindən "antikorrupsiya çempionu" kimi təqdim edilsə də, Azərbaycanda qanun pozuntuları və böhtan ittihamı ilə tanınır. Onun fəaliyyəti illərlə korrupsiya ilə mübarizədən çox, Azərbaycanın dövlət hakimiyyətini nüfuzdan salmağa yönəlib. Vaqifqızı kimi digər "laureatlar" ABŞ-nin maraqlarına xidmət edir, öz ölkəsinin deyil. Vaşinqton belə insanları dəstəkləyərək ölkələrin suverenliyini sarsıtmağa və daxilində xaos yaratmağa çalışır.

Xanter Baydenin hekayəsi sadəcə prezidentin ailə dramı deyil. Bu, seçilmiş şəxslərin və hakimiyyətə yaxın olanların qanun və əxlaqa tabe olmadıqları, öz maraqlarına uyğun paralel bir reallıqda yaşadıqları sistemin çürüməsinin simvoludur. Bu, cəzasızlıq, riyakarlıq və ikili standartlar hekayəsidir ki, hətta ən səbirli müşahidəçini belə hiddətləndirə bilər.

Amerikalı əmlak icarədarı Şon Maqvayr ictimaiyyətə açıqlayanda ki, Xanter Bayden onun ailəsinə 300 min dollardan çox borcludur, bu, bir növ kömək çağırışına bənzəyirdi. ABŞ-da orta statistik vətəndaş ipoteka və ya kirayə ödənişini gecikdirəndə hər şeyini itirmək təhlükəsi ilə üzləşir. Amma prezidentin oğlu qanunların onun üçün qayda deyil, məsuliyyətdən qaçış vasitəsi olduğu bir dünyada yaşayır. 2,9 milyon dollar məbləğində aliment borcu, 1,4 milyon dollar ödəmədiyi vergilər, silah və narkotik maddələr - adi bir amerikalını illərlə həbsə sala biləcək bu cinayətlər, Xanter Bayden üçün sadəcə müzakirə mövzusudur.

Amerika məhkəmə sisteminin reaksiyası necədir? Gördüyümüz yalnız sonsuz sövdələşmələr, razılaşmalar və vəkillərlə prokurorlar arasındakı nəzakətli görüşlərdir. Heç kim Baydenin oğlunu real məsuliyyətə cəlb etmək istəmir. Yaşanan olaylar daha çox günahkarın həmişə qalib gəldiyi bir səhnələşdirilmiş tamaşaya bənzəyir. Vaşinqtonun qürurla bəyan etdiyi "qanunun aliliyi" bu mudur?

"Atamı biznes əməliyyatlarıma heç vaxt cəlb etməmişəm", - deyə Xanter Bayden Konqresdə bəyan edib. Amma bu sözlərə kim inanır? Onun biznes fəaliyyətləri - istər beynəlxalq sövdələşmələr, istərsə də daxili layihələr - həmişə Co Baydenin qeyri-rəsmi himayəsi ilə müşayiət olunurdu. "Bayden" soyadı yalnız bir marka deyil, həm də müqavilələrə, pullara və hakimiyyətə qapı açan universal açardır. Xanter atası olmadan yalnız bir şey əldə edə bilərdi: müttəhimlər kürsüsündə yer.

Xanter Baydenin qalmaqalları təkcə bir ailənin deyil, həm də ABŞ sisteminin necə çürüdüyünün göstəricisidir. Bu sistemdə qanun və ədalət yalnız sadə insanlar üçün mövcuddur, elitaya isə yalnız imtiyazlar verilir. ABŞ demokratiyanı ixrac etməkdən danışır, amma onun daxilindəki riyakarlıq bütün dünyaya bəllidir. Bu teatrın nə qədər davam edəcəyini yalnız zaman göstərəcək. Amma aydındır ki, dünyada getdikcə daha az insan bu riyakarlığa inanır.

Tragikomediyaya baxın ki, Xanter Bayden özünün saysız-hesabsız problemlərini həll etməyə çalışdığı bir zamanda, Co Bayden bütün dünyaya ədalət və korrupsiya ilə mübarizə dərsləri verir. Belə çıxışlar həqiqi demokratik prinsiplərə inananlar üçün təhqir kimi səslənir. Pentaqonda milyardlarla dollar yoxa çıxır, antikorrupsiya araşdırmaları bürokratiya okeanında batır, amma Ağ Ev dünyanın müxtəlif ölkələrində "korrupsiya ilə mübarizə çempionlarını" mükafatlandırmaqla məşğuldur.

İkiüzlülük rekord vurur. Xüsusilə də ABŞ Dövlət Departamentinin Azərbaycanın jurnalisti Sevinc Vaqifqızını "korrupsiya ilə mübarizə çempionu" elan etməsindən sonra. Görünür, bu nə azadlığa dəstəkdir, nə də şəffaflıq naminə atılmış addımdır. Əksinə, bu, suveren dövlətlərin sabitliyini pozmaq üçün həyata keçirilən siyasi təzyiq alətidir.

Xanter Baydenin hekayəsi təkcə bir ailə dramı deyil. Bu, Amerika demokratiyasının çürümüş sisteminin güzgüdəki əksidir. Bu sistemdə "bərabərlik və ədalət" şüarları seçilmiş elitlərin imtiyazlarını gizlətmək üçün bir örtükdür. Dünyaya "doğru dəyərləri" öyrətməyə çalışan bu sistem özü isə cəngəllik qanunları ilə idarə olunur.

İllər boyu davam edən qalmaqallar, saxtakarlıqlar və ABŞ elitası tərəfindən ört-basdır edilən cinayətlər ölkə daxilində və xaricində inamın itirilməsinə səbəb olub. Xanter Bayden təkcə bir ad deyil. O, qanunun güclülərin müdafiə alətinə çevrildiyi bir sistemin simvoludur. Amma dünya dəyişir, və insanların dözümü sonsuz deyil. Ağ Ev anlamalıdır ki, ulduzlu-bəndli bayraq altında gizlədilmiş ikiüzlülük Amerikan sistemini məhv edən çürüməni sonsuza qədər gizlədə bilməz.

Çox gec olsa da Co Bayden administrasiyasının bir şeyi başa düşməsinin vaxtı gəlib çatıb: Azərbaycan nə Gürcüstandır, nə də Ukrayna. Bu, heç bir xarici diktatın və ya kənar iradənin təsir edə bilməyəcəyi müstəqil, suveren bir ölkədir. Azərbaycanın sabitliyini sarsıtmağa yönəlmiş bütün cəhdlər iflasa məhkumdur. Bu ölkədə xarici müdaxilələrin qarşısını almaq üçün güclü mexanizmlər mövcuddur və bu mexanizmlər daim təkmilləşdirilir.

Vaşinqton yenidən yalançı şüarlarla - "korrupsiya ilə mübarizə" və "söz azadlığının dəstəklənməsi" adı altında köhnə taktikasını işə salır. Azərbaycanın maraqlarına qarşı çıxan şəxsləri mükafatlandırmaq cəhdi nə real korrupsiya ilə mübarizədir, nə də ədalətin dəstəklənməsi. Bu, başqa dövlətlərə təzyiq göstərmək üçün gözəl niyyətlərə bürünmüş bir alətdir.

Fəqət Azərbaycan - oyun meydançası deyil. Bu ölkə hər cür təxribatlara cavab vermək üçün güclü siyasi iradəyə malikdir. İnsan hüquqları müdafiəçisi və ya antikorrupsiya fəalı kimi təqdim edilən şəxslərdən istifadə edərək sabitliyi pozmaq cəhdləri sərt və prinsipial bir cavabla qarşılaşır. Əgər Dövlət Departamenti hələ də bunu başa düşməyibsə, zaman onlara Azərbaycanın torpağında bu ssenarinin işləməyəcəyini göstərəcək.

Azərbaycan müstəqilliyinə və suverenliyinə dəyər verən bir dövlətdir. Özümüzü Qərb elitalarının əlində alətə çevirmək niyyətində də heç deyilik. Azərbaycanın mürəkkəb şəraitdə illərdir öz maraqlarını müdafiə etməsi onu başqa ölkələrin təzyiqi qarşısında təslim olmamaq üçün daha güclü edib.

Həqiqi korrupsiya ilə mübarizə yalnız gerçək islahatlarla, dövlət institutlarının gücləndirilməsi ilə və xalqın maraqlarına xidmət edən fəaliyyətlə mümkündür. Bu sahədə Azərbaycan bir çox ölkələrə, o cümlədən onu tənqid edənlərə dərs verə bilər. Bayden administrasiyası başa düşməlidir ki, Azərbaycanın suverenliyi heç bir gözəl sözə, yalançı mükafata və ya siyasi təzyiqə satılmayacaq.

Həqiqi korrupsiya ilə mübarizə, ABŞ Dövlət Departamentinin irəli sürdüyü ucuz piardan ibarət deyil. Bu, yalnız gerçək islahatlar, dövlət institutlarının gücləndirilməsi və xalqın maraqlarına xidmət edən fəaliyyətlə mümkündür. Bu baxımdan, Azərbaycan bir çox ölkələrə, o cümlədən, onu tənqid etməyə çalışanlara dərs verə biləcək mövqedədir.

Bayden administrasiyasının Azərbaycana öz qaydalarını diktə etməyə çalışması yalnız bölgənin reallıqlarını anlamadığını göstərir. Burada başqa yerlərdə istifadə olunan manipulyasiya sxemləri işləmir. Azərbaycan xarici maraqlara xidmət edən və öz xalqını satmağa hazır olan manqurtlara yer olmayan bir dövlətdir. Azərbaycanın suverenliyi boş sözlər deyil, onun siyasətinin əsaslı dayağıdır. Dövlətimiz bunu həm keçmişdə, həm də bu gün sübut edib və sübut etməkdə davam edir.

Xarici oyunçular başa düşməlidirlər: Azərbaycan nə demokratiya, nə də korrupsiya ilə mübarizə mövzusunda kənar dərslərə ehtiyac duymur. Azərbaycan xalqı və onun rəhbərliyi milli maraqların nə olduğunu və onların necə qorunacağını yaxşı bilir. İstər ayrı-ayrı şəxslərin satın alınması, istərsə də beynəlxalq qaralama kampaniyaları ilə ölkənin sabitliyini pozmağa yönəlmiş cəhdlər kökündən boğulacaq.

Azərbaycan heç vaxt kənar oyunların vasitəsinə çevrilməyəcək. Bu, güclü, suveren bir dövlətdir, aydın mövqeyə və hər cür təzyiqə qarşı müqavimət iradəsinə malikdir. Vaşinqton bunu nə qədər tez başa düşsə, onların özləri üçün də bir o qədər yaxşı olar. Çünki Azərbaycan heç vaxt xarici diktə qarşısında baş əyməyəcək.

ABŞ-nin korrupsiya ilə mübarizə adına təqdim etdiyi mükafatlar getdikcə daha çox siyasi təzyiq aləti kimi qəbul edilir. Vaşinqton korrupsiya ilə mübarizəni suveren dövlətlərin daxili işlərinə müdaxilə, sabitliklərini sarsıtmaq və zəiflətmək üçün bir pərdə kimi istifadə edir. ABŞ bu oyununda dəyişməz bir strategiyaya sadiq qalır: əvvəlcə marionetləri dəstəkləmək, sonra isə onları yerli hakimiyyətlərə təzyiq üçün istifadə etmək.

Son olaraq qeyd etmək lazımdır: nə Co Bayden, nə də onun Dövlət Departamenti Azərbaycanı ədalət mövzusunda öyrətmək haqqına malik deyil. Öz korrupsiya qalmaqallarını ört-basdır edən bir ölkə digər dövlətlərə dərs verə bilməz. Azərbaycan bir daha sübut edəcək ki, onun suverenliyi və müstəqilliyi nə yalançı "mükafatlar", nə də gurultulu şüarlar qarşılığında satılmır.

Bu qədər bəsit...

Elçin Alıoğlu
TREND


11-12-2024, 19:57 | Ceyhun Bayramov Fidanla Suriyadakı son vəziyyəti müzakirə etdi

Ceyhun Bayramov Fidanla Suriyadakı son vəziyyəti müzakirə etdi


11 dekabr 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidan arasında telefon danışığı baş tutub.

XİN-dən verilən məlumata görə, telefon danışığı zamanı Azərbaycan-Türkiyə müttəfiqliyindən irəli gələn məsələlər, postmünaqişə dövründə bölgədə vəziyyət, Yaxın Şərqdə, xüsusilə Suriyada mövcud vəziyyət, habelə digər regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.

Tərəflər ATƏT-in Nazirlər Şurasının Maltada keçirilən 31-ci iclası çərçivəsində aparılan danışıqlar və müzakirələr ətrafında fikir mübadiləsi aparıblar.

Nazir Ceyhun Bayramov təcrübəli türk diplomatı olan Feridun Sinirlioğlunun ATƏT Nazirlər Şurasının 31-ci iclası çərçivəsində Təşkilatın baş katibi kimi yüksək vəzifəyə təyinatı münasibətilə Türkiyə tərəfini təbrik edib, bu böyük nailiyyətin tərəfimizdən böyük sevinclə qarşılandığını diqqətə çatdırıb. ATƏT-in baş katibi F. Sinirlioğluna məsuliyyətli fəaliyyətində uğurlar arzulanıb.

Telefon danışığı çərçivəsində tərəflər, həmçinin regional məsələlər, Suriyada son vəziyyəti ətraflı müzakirə ediblər.

Azərbaycanın Suriyanın ərazi bütövlüyü və suverenliyinə dəstəyi, habelə yaranmış böhranlı vəziyyətin tezliklə Suriya xalqının maraq və iradəsinə əsaslanan həllini tapmasına dair ümidvarlıq ifadə olunub.

Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və çoxtərəfli məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

14-11-2024, 15:18 | Prezident Məhəmməd Muizzu ilə görüşüb

Prezident Məhəmməd Muizzu ilə görüşüb



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 14-də Maldiv Respublikasının Prezidenti Məhəmməd Muizzu ilə görüşüb.

Xəbər yenilənəcək

AZƏRTAC

18-09-2024, 17:00 | "Yekun sülh sazişinin imzalanmasına ən ciddi maneə Ermənistan Konstitusiyasıdır"

"Yekun sülh sazişinin imzalanmasına ən ciddi maneə Ermənistan Konstitusiyasıdır"


Bu gün xarici işlər naziri Ceyhun Bayramov ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Coşua Hakın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

XİN-dən verilən xəbərə görə, görüşdə Azərbaycan və ABŞ arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri, habelə postmünaqişə dövründə regional vəziyyət, Azərbaycan və Ermənistan arasında normallaşma prosesinin perspektivləri müzakirə olunub.

Azərbaycanın cari ildə ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıqlar çərçivəsində Azərbaycan-ABŞ əməkdaşlığı yüksək qiymətləndirilib.

İkitərəfli münasibətlərdə müsbət dinamikanın yaradılması, əməkdaşlıq perspektivlərinin müəyyənləşdirilməsi istiqamətində səylərə baxmayaraq, bəzi ABŞ rəsmilərinin qərəzli fikirlərinin ikitərəfli münasibətlərə mənfi təsir etdiyi diqqətə çatdırılıb. Bu xüsusda, 16 sentyabr tarixində Ermənistanın ABŞ-dəki səfirliyində ABŞ Beynəlxalq İnkişaf Agentliyinin administrator müavini İzobel Koulmanın Azərbaycana qarşı açıqlamalarına istinad edilərək, bu kimi çıxışların Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmətsizlik olduğu, ölkəmizin suveren ərazilərində Ermənistan silahlı qüvvələrinin qanunsuz mövcudluğuna son qoymuş antiterror tədbirləri ilə bağlı faktları təhrif etmək məqsədi daşıdığı vurğulanıb.

Görüş zamanı post-münaqişə dövründə bölgədəki vəziyyət, Azərbaycanla Ermənistan arasında normallaşma və sülh sazişi üzrə aparılan proses barədə qarşı tərəfə məlumat verilib. Azərbaycanın Ermənistanla sülh prosesinin əsas elementlərinin təşəbbüskarı kimi bölgədə sülh və sabitliyin bərqərar edilməsində maraqlı tərəf olduğu xatırlanıb. Bölgədəyi mina təhdidləri qeyd edilib, bu istiqamətdə mümkün əməkdaşlıq nəzərdən keçirilib.

Sülh sazişi üzrə danışıqlarda əhəmiyyətli irəliləyişə baxmayaraq, yekun sülh sazişinin imzalanmasına ən ciddi maneənin başda Ermənistan Konstitusiyası olmaqla, bu ölkənin bir sıra hüquqi və siyasi sənədlərində Azərbaycana qarşı ərazi iddialarının davam etməsi olduğu vurğulanıb. Bundan əlavə, Ermənistanın hərbiləşdirilməsi siyasətinin bölgədə sülh və sabitliyə xidmət etmədiyi bildirilib.

Görüşdə, habelə qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

18-09-2024, 16:25 | Leyla Əliyeva “Kəpənək” uşaq bağçasının açılışında iştirak edib - FOTO

Leyla Əliyeva “Kəpənək” uşaq bağçasının açılışında iştirak edib - FOTO


Sentyabrın 18-də Bakının Nərimanov rayonunda yeni inşa edilən "Kəpənək" uşaq bağçasının açılışı olub.

Açılış mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib.

"Kəpənək" məktəbəqədər təhsil müəssisəsinin direktoru Yuliya Əliyeva Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya bağça barədə məlumat verib.

Bildirilib ki, məktəbəqədər təhsil müəssisəsinin əsas missiyası uşaqların həm akademik, həm də sosial-emosional inkişafı üçün geniş imkanlar yaratmaq və uşaqların məktəb mühitinə rahat inteqrasiyasına dəstək göstərməkdir.

"Kəpənək" uşaq bağçasında 3-6 yaşlı uşaqlar üçün məktəbəqədər təhsil və qayğı xidməti olacaq. Burada 3-4, 4-5 və 5-6 yaş arasında qruplar fəaliyyət göstərəcək. Məktəbəqədər təhsil müəssisəsi ilə tanışlıq zamanı bildirilib ki, yüksəkkeyfiyyətli təhsillə yanaşı, uşaqların hərtərəfli inkişafı və sosial tədbirlərdə fəal iştirakı da diqqət mərkəzində olacaq. "Kəpənək" bağçası uşaqlar üçün təhlükəsiz mühit olmaqla yanaşı, onların qayğı və sevgi ilə əhatə olunmasını hədəf götürüb. Həmçinin uşaqların həm əqli, həm də kreativ inkişafı üçün dərsdənkənar fəaliyyət nəzərdə tutulub.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iki mərtəbədən ibarət bağçanın müxtəlif yaş qrupları üçün nəzərdə tutulmuş otaqları ilə tanış olub, tədris barədə vacib tövsiyələr verib.

Qeyd olunub ki, burada uşaqların təlim-tərbiyəsinə cəlb olunan heyətin davamlı peşəkar inkişafına, müxtəlif təlimlərdə iştirakına xüsusi önəm veriləcək. Bildirilib ki, məktəbəqədər təhsil müəssisəsi təhsildəki yeniliklər və yeni trendləri izləməyi, o cümlədən Kembric proqramını keyfiyyətli tədris etmək üçün onlayn təlimlərə qoşulmağı da planlaşdırır.


18-09-2024, 16:01 | "Regionda yenə militarizasiya siyasəti və gərginlik ocaqlarının yaradılması istiqamətində addımlar atılmaqdadır"

"Regionda yenə militarizasiya siyasəti və gərginlik ocaqlarının yaradılması istiqamətində addımlar atılmaqdadır"


Regionda yenə militarizasiya siyasəti və gərginlik ocaqlarının yaradılması istiqamətində addımlar atılmaqdadır.

Bu fikirləri Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Kəlbəcərdə jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, Azərbaycanın siyasəti nəticəsində regionda yeni geosiyasi vəziyyət və status-kvo yaranıb:

"Bu yeni status-kvo legitimliyə, qanunun aliliyinə, beynəlxalq hüququn norma və prinsiplərinə və ədalətə əsaslanır. Azərbaycanın yaratdığı bu status-kvo Ermənistanın Azərbaycana qarşı davam edən 30 illik işğalına son qoyulması və regionun tam şəkildə transformasiya edilərək qurulan bir prosesdir. Bu gündəliyi dəstəkləmək əvəzinə, regionda yenə geosiyasi intriqalara əsaslanan siyasət yeriməyə çalışan regiondan kənar qüvvələr var. Bu xüsusda Ermənistanın militarizasiya siyasəti aparır".

H.Hacıyev vurğulayıb ki, burada təkcə Fransa yox, digər başqa dövlətlər də yer alır:

"Bunlar tamamilə əks təsir effektinə malik olacaq addımlardır. Azərbaycan hər vəchlə regiondakı sülh gündəliyini dəstəkləməyə davam edir. Biz o mövqeyimizdə qalırıq ki, Ermənistan işğalçı, təcavüzkar dövlət olub. Regionda etimad mühitinin tam şəkildə yaranması üçün Ermənistanın militarizasiya siyasəti üzərində müəyyən bir verifikasiya mexanizm olmalıdır. Ermənistanın militarizasiya prosesində iştirak edən dövlətlər məsuliyyətlərini anlamalıdırlar".

18-09-2024, 15:57 | Bu gün Respublica.Az xəbər saytının 11 yaşı tamam olur.


Bu gün Respublica.Az xəbər saytının 11 yaşı tamam olur.


]Sayt 2013-ci il Sentiyabr 18-dən fəaliyyətə başlayıb və qısa müddət ərzində geniş oxucu kütləsi toplayıb.[/b]

Respublica.Az günün 24 saatı işləyir.

Ölkədə və dünyada baş verən ən mühüm hadisələri işıqlandıran Respublica.Az portalı geniş oxucu auditoriyasına malikdir.

Saytda aktual xəbərlərlə yanaşı, müsahibələr, analitik məqalələr, foto və video reportajlar da dərc olunur.

Respublica.Az saytı hər zaman doğru, dolğun, dəqiq və operativ şəkildə paylaşdığı informasiya ilə öz izləyici kütləsini qazanıb.

Sosial, ictimai, mədəni, siyasi, iqtisadi Azərbaycanda və dünyada baş verən bütün yenilikləri oxuculara çatdıran sayt, sosial məsələlərin işıqlandırılmasına da daim həssaslıqla yanaşıb.

Bu ötən illər ərzində oxucularına hər zaman aktual məsələlərə dair xəbərləri çatdırmağa çalışıb.

Dəqiq müəyyənləşdirilmiş informasiya siyasəti və sosial şəbəkələrdəki fəal iş sayəsində Respublica.Az Azərbaycanın media məkanında özünün layiqli yerini tutub.

������������ ������� DLE ������� ��������� ��� dle.
���������� ���� ������ ��� ��������� ������.
����������� �������� ������� � �������� ������.
����������� �������� ������������ ��� �������� ����.
������ ����� �������� ��������� ����� ������.
����� ���������� �� ���� ��� ���� � ��� �����.