26-08-2025, 07:33 | Leyla Əliyeva Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik edib

Leyla Əliyeva Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik edib


Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva "Instagram" hesabında Azərbaycanın Birinci vitse-prezidenti, ölkənin birinci xanımı Mehriban Əliyevanın doğum günü münasibətilə paylaşım edib.

Paylaşımı təqdim edir:

25-08-2025, 13:15 | Mehriban Əliyeva – nüfuzlu dövlət xadimi, humanist insan

Mehriban Əliyeva – nüfuzlu dövlət xadimi, humanist insan


Əsli xanım Alıyeva,
Qaradağ rayonu Lökbatan qəsəbəsi Vüqar Əsədov adına körpələr evi-uşaq bağçası müdiri



Vətən müharibəsi günlərində Mehriban Əliyevanın paylaşımları Lider–Xalq–Ordu birliyinin qələbəsinə inam yaradırdı


Azərbaycanın dövlətçilik tarixində xalqımıza ən böyük hərbi qələbəni qazandıran 44 günlük Vətən müharibəsinin sevincli və öyünclü səhifələrini Prezident, Ali Baş Komandan İlham Əliyevin ordumuzun Zəfər yürüşü boyunca öz sosal hesablarında paylaşımlar etməsi vətənpərvərlik ruhu ilə zinətləndirib.

Bu paylaşımlar, əslində, müharibələr tarixinin yeni bir informasiya savaşı təcrübəsi, xalqın, dövlətin cəbhə ilə mənəvi bağlılığının yeni bir nümunəsi idi. Müzəffər komandanın həmin şanlı xəbərləşmələrinin Birinci vitse-prezident Mehriban Əliyevanın paylaşımları ilə ta-mamlanması isə Vətən müharibəsində qələbəyə səsləyən və ruhlandıran rəhbərlik tandemi oldu. Bu müharibənin ayrı-ayrı məqamlarının ifadəsini tapdığı bu paylaşımlarda həm bütünlükdə xalqın və cəmiyyətin yaşadığı sevincli və həyəcanlı anları tarixləşib, həm də zəfər yürüşü günlərində ölkənin birinci xanımının dövlətçilik və vətəndaşlıq mövqeyi əks olunub.

44 gün davam edən Vətən müharibəsi dövründə Mehriban xanım Əliyeva ilk paylaşımını 2020-ci il oktyabr ayının 4-də etdi. Amma Birinci virse-prezidentin cəbhə ilə bağlılığı elə əks-hücum döyüşlərinin ilk anlarından başlayırdı. 2020-ci il sentyabr aynın 30-da Mehriban Əliyevanın Prezident İlham Əliyevlə birlikdə Ermənistanın hərbi təxribatlarına qarşı başlanan əks-hücum əməliyyatlarında yaralanan və Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunan hərbçilərin görüşünə yollanması da bunun nümayişi idi.

Birinci xanım dövlət başçısı ilə birlikdə Vətənin müdafiəsində yaralanmış döyüşçülərə şəfqət dolu mənəvi dəstək verdi, onların tezliklə sağalmasını arzuladı. Birinci xanım bu ziyarəti ilə işğal altında olan torpaqların azad edilməsi üçün başlanan Vətən müharibəsinin Zəfərlə başa çatacağına qəti inamını bütün xalqa çatdırdı.

2020-ci il oktyabr ayının 3-də isə Prezident İlham Əliyevlə Birinci vitse-prezident Mehriban Əliyeva bir aylıq əməkhaqqı məbləğində vəsaiti Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna ianə etdilər. Bu təşviqedici addın kütləvi təşşəbbüslər doğuraraq ölkə əhalisinin həmin fonda köməyinə güclü təkan verdi.

Birinci xanımın 2020-ci il oktyabr ayının 4-də etdiyi paylaşım isə həmin gün Cəbrayıl şəhərinin və rayonun 9 kəndinin azad edilməsi ilə bağlı idi. Cəbrayıl qəsəbəsi Vətən müharibəsinin gedişində erməni işğalından azad edilən ilk böyük yaşayış məntəqəsi idi. Bununla bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əlyevin ardınca Mehriban xanım da bütün xalqına öz təbrikini çatdırdı. Həmin təbrikdə deyilirdi: “Bütün Azərbaycan xalqını və bizim qələbəmizə sevinən hər kəsi səmimi qəlbdən təbrik edirəm. Vətən yolunda canlarından keçmiş qəhrəman şəhidlərimizə Allah rəhmət eləsin. Uca Tanrı ordumuzu, xalqımızı, Vətənimizi və Prezidentimizi qorusun. Qarabağ Azərbaycandır”.

Savaş günlərində Azərbaycan Ordusunun qalibiyyətli yürüşünü dayandırmaq üçün Qərb ölkələrində Azərbaycana qarşı çox geniş təbliğat kampaniyası və informasiya müharibəsi də başlanmışdı. Mehriban Əliyeva haqq mübarizəsi günlərində bu antiazərbaycan informasiya kampaniyasına qarşı dirəniş və vətəndaşlıq mövqeyi göstərilməsini ümumxalq vəzifəsi kimi dəyərləndirdi və bununla bağlı 2020-ci il oktyabr ayının 5-də rəsmi “İnstagram” səhifəsində aşağıdakı paylaşımı etdi.

Mehriban xanım xalqa müraciətində bildirirdi: “Əziz həmvətənlər! Rəşadətli Ordumuz əzəli Azərbaycan torpaqlarını erməni işğalından azad etmək üçün uğurlu əks-hücum əməliyyatı apardığı bir vaxtda düşmən öz məkrli niyyətlərini göstərməkdən əl çəkmir. Qızğın döyüşlərin davam etdiyi bütün həftə ərzində Ermənistan vicdansızcasına feyk xəbərlər tirajlayır... Mən sizin hər birinizi erməni təbliğatının feyklərini ifşa etməyə və erməni təcavüzü haqqında həqiqətləri bütün mümkün platformalarda beynəlxalq birliyə çatdırmağa çağırıram! Uca Tanrı bizim Ordumuzu, xalqımızı və Vətənimizi qorusun!"

Cəbhədə biabırcasına uduzan Ermənistan Azərbaycan daxilində bir hərc-mərclik salmaq və bununla respublika rəhbərliyini tutduğu qətiyyətli mövqedən çəkindirmək istəyirdi. 2020-ci il oktyabr aynın 10-da Ermənistanın hərbi-siyasi rəhbərliyi Azərbaycanın ikinci böyük şəhəri olan Gəncə şəhərini raket atəşinə tutdular. Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi “İnstagram” səhifəsində bu misilsiz müharibə cinayətinə rüsvayedici münasibətini bildirdi.

Həmin paylaşımda deyilirdi ki, Ermənistan silahlı qüvvələri Azərbaycanın yaşayış məntəqələrini intensiv atəşə tutmaqda davam edirlər və bu, humanitar atəşkəs rejiminin, habelə 1949-cu il Cenevrə konvensiyalarının kobud şəkildə pozulması deməkdir: “Döyüş meydanında məğlub olması ilə barışa bilməyən erməni tərəfi məqsədyönlü şəkildə dinc əhaliyə hücum edir... Rusiyanın vasitəçiliyi ilə Moskvada əldə edilmiş razılaşmalara açıq-aşkar hörmətsizlik nümayiş etdirən Ermənistan Cənubi Qafqazda nəticələri onun üçün dağıdıcı olacaq müharibənin yeni mərhələsinə təhrik edir”.

Ənənəvi təcavüzkarlıq təfəkküründən əl çəkə bilməyən erməni hərbi qüvvələri oktyabr ayının 15-də, günorta saatlarında Tərtər şəhər qəbiristanlığında dəfn mərasimi keçirən insanları ağır artilleriya atəşinə məruz qoydu. Baş vermiş hadisə ilə bağlı Azərbaycan Respublikasınını Birinci vitse-prezidenti Mehriban Əliyeva özünün “İnstaqram” səhifəsində belə bir paylaşım etdi: “Nə dərəcədə insaniyyətdən kənar, rəhmsiz və mənəvi tənəzzülə uğramış olmalısan ki, dəfn mərasimi zamanı qəbiristanlığı qəsdən atəşə tutasan? Dünya ictimaiyyətini Ermənistanın müharibə cinayətlərini qınamağa çağırıram. Həlak olanların ailələrinə və doğmalarına başsağlığı verirəm. Allah rəhmət eləsin”.

2020-ci il oktyabr ayının 17-də Azərbaycanın hərbi qüvvələri Füzuli şəhərini də erməni işğalından azad etdilər. Azərbaycan Ordusunun müzəffər yürüşü qarşısında aciz duruma düşən Ermənistan hərbi-siyasi rəhbərliyi və onun qondarma rejimdəki təmsilçiləri Füzulinin işğaldan azad edilməsi xəbərini sonsuz bir təşvişlə qarşıladılar və öz uğursuzluğunun qisasını gecə vaxtı Gəncə və Mingəçevir şəhərlərinin yenidən güclü raket atəşinə tutulması ilə almağa çalışdılar.

Prezident İlham Əliyevlə yanaşı, Birinci vitse-prezident Mehriban Əliyeva da Ermənistan tərəfindən Gəncə şəhərinə raket atılmasını kəskin pislədi və bununla bağlı öz “İnstagram” səhifəsində paylaşım etdi: "Nə dərəcədə insanlıqdan uzaq, yırtıcı olmalısan ki, şəhərin heç bir hərbi infrastrukturun olmadığı yaşayış məhəllələrinə gecə vaxtı, sakinlər yatarkən raket zərbələri endirilməsi barədə növbəti dəfə əmr verəsən? Bu faciə nəticəsində həlak olanların ailələrinə və doğmalarına dərin hüznlə başsağlığı verirəm və bütün yaralıların tezliklə sağalmasını arzulayıram... Ulu Tanrı xalqımızı, Vətənimizi və Prezidentimizi qorusun! Qarabağ Azərbaycandır!"

Həmin gün Mehriban Əliyeva Gəncənin erməni hərbi qüvvələri tərəfindən atəşə tutulması ilə bağlı ikinci bir paylaşım da etdi: “Bu gecə erməni təcavüzkarları Gəncəyə xaincəsinə hücum ediblər. Niyyət sadə və eyni zamanda, dəhşətlidir – mümkün qədər çoxsaylı dinc sakinləri məhv etmək, panika yaratmaq, Azərbaycan xalqını qorxutmaq. Lakin təcavüzkar heç vaxt öz çirkin məqsədlərinə nail olmayacaq. Bu şanlı şəhərin sakinləri ruhən çox güclüdürlər! Gəncə - Nizamidir, Məhsətidir, Vazehdir!.. Gəncə Azərbaycanın döyünən ürəyidir və heç kəs heç vaxt onun sakinlərinin məğrur ruhunu sındıra bilməz!”

Oktyabrın 18-də isə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva özünün "İnstagram" səhifəsində Azərbaycan Ordusunun Füzuli şəhərini və onun ətrafındakı bir sıra kəndlərin erməni işğalından azaad edilməsi ilə bağlı paylaşım etdi: “Azərbaycan ordusunun növbəti qələbəsi! Füzuli şəhəri və Füzuli rayonunun bir sıra kəndləri işğaldan azad edilib... Bu gün bizim ordumuz əzəli Azərbaycan torpaqlarını işğaldan azad etməklə milyonlarla azərbaycanlının arzularını həyata keçirir. Bu, ədalətin təntənəsidir! Hər bir Azərbaycan əsgərinin və zabitinin həyatı və sağlamlığı üçün dua edirəm. Uca Tanrı ordumuzu, xalqımızı, Vətənimizi və Prezidentimizi qorusun! Qarabağ Azərbaycandır!”

Birinci vitse-prezidenti Mehriban Əliyeva Zəngilan şəhərinin və bölgənin bir sıra yaşayış məntəqələrinin erməni işğalından azad edilməsi münasibətilə ilə də rəsmi "İnstagram” səhifəsində paylaşım etdi: "Füzuli, Cəbrayıl, Xocavənd və Zəngilan rayonlarının bir sıra kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad olunması münasibətilə xalqımızı təbrik edirəm. Yaşasın Azərbaycan xalqı və Azərbaycan Ordusu! Uca Tanrı xalqımızı, Vətənimizi və Prezidentimizi qorusun! Qarabağ Azərbaycandır!”

2020-ci il oktyabr ayının 22-də Trend İnformasiya Agentliyinə verdiyi müsahibəsində isə Mehriban xanım Əliyeva döyüş bölgəsində əldə edilən böyük və tarixi uğurlara daha geniş və əhatəli bir qiymət verdi. Hər gün cəbhədən yaxşı xəbərlər gəldiyini qeyd edən Mehriban xanım bildirdi ki, əsgərlər və zabitlər döyüş tapşırıqlarını şərəflə yerinə yetirirlər və uğurlu əməliyyatlar keçirərək, bir-birinin ardınca şəhərləri və digər yaşayış məntəqələrini işğaldan azad edir, strateji yüksəklikləri tuturlar. 30 ildən sonra Azərbaycan hərbçiləri doğma torpaqlarında Azərbaycan bayrağını dalğalandırırlar.

Mehriban xanım eyni zamanda kütləvi informasiya vasitələrinin nümayəndələrinə təşəkkür etməklə bildirirdi ki, onların obyektivliyi və yüksək peşəkarlığı sayəsində bugünkü Azərbaycan reallıqlarını dünyaya çatdırmaq mümkün olur. Bununla yanaşı, Azərbaycan xalqı ilə həmrəy olan, ona dəstək olaraq öz prinsipial və ədalətli mövqeyini nümayiş etdirən dünyadakı bütün dostlara da minnətdarlıq bildirilirdi.

Mehriban xanım müsahibədə bildirirdi ki, Ermənistanın heç bir alçaq əməli, – nə siyasi platformaya əsaslanan iyrənc provokasiyaları, nə informasiya məkanında məkrli avantüraları, nə dinc vətəndaşlara vəhşicəsinə hücumları, – heç nə Azərbaycan xalqının iradəsini sındıra bilməz. Çünki birlik, həmrəylik, bir-birinin dərdinə şərik olmaq və qarşılıqlı dəstək nümayişi müəyyən mənada heç kəsin heç vaxt xalqın iradəsini və Vətəni işğaldan azad etmək istəyini sındıra bilməyəcəyinə dair Azərbaycan xalqının ismarıcı idi: “Mən dünya birliyini baş verən bu hadisələrə laqeyd qalmamağa və Azərbaycanın mülki əhalisinə qarşı vəhşicəsinə qəddarlığı kəskin pisləməyə çağırıram”.

Birinci xanım Mehriban Əliyeva oktyabrın 26-da rəsmi “İnstagram” səhifəsində növbəti paylaşımını etdi. Bu paylaşım Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir sıra kəndlərinin və Qubadlı şəhərinin işğaldan azad edilməsi ilə əlaqədar idi: “Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir sıra kəndləri və Qubadlı şəhəri işğaldan azad edildi! Bu münasibətlə bütün xalqımıza səmimi təbriklərimi çatdırıram! Hər bir yeni qələbənin əldə edilməsi əsgərlərimizin qəhrəmanlığı, şücaəti, cəsarəti, igidliyi və mətanəti sayəsində mümkün olur”.

Mehriban xanımın 2020-ci il oktyabrın 27-də Bərdə şəhərinin erməni hərbi qüvvələri tərəfindən atəşə tutulması ilə bağlı da rəsmi “İnstagram” səhifəsində paylaşım etmişdi: “Smerç” qurğusundan buraxılmış kasetli raketlərlə atəş nəticəsində dörd mülki şəxs, o cümlədən yeddi yaşlı qız həlak olub. 4-ü uşaq olmaqla 14 nəfər ciddi xəsarət alıb. Silahlı münaqişələr zamanı mülki şəxslərin qətlə yetirilməsi 1949-cu il Cenevrə Konvensiyalarının və bütövlükdə beynəlxalq humanitar hüquq normalarının ən kobud şəkildə pozulması deməkdir. Həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verirəm, yaralananların tezliklə sağalmalarını arzulayıram. Biz öz torpağımızı təcavüzkarlardan azad edəcəyik və bu cinayətlərə son qoyacağıq. Uca Tanrı Vətənimizi qorusun!”

Səhərisi gün Mehriban Əliyeva "İnstagram” səhifəsində yeni bir paylaşım etdi. Həmin paylaşımda deyilirdi: "Hər hücum bizi daha da güclü edir və işğal olunmuş ərazilərimizin erməni təcavüzkarlardan azad edilməsi kimi müqəddəs missiyanı başa çatdırmağın zəruri olmasına inandırır. Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir və yaralananların tezliklə sağalmalarını arzulayıram. Azərbaycan ordusu düşməni döyüş meydanında sıxışdırdığı bu günlərdə biz həmrəyliyimizi qoruyub saxlamalı və Prezidentimizin ətrafında möhkəm birləşməliyik”.

2020-ci il noyabr ayının 8-də və 10-da Mehriban xanım Əliyeva müharibə dövrünün son paylaşımlarını xalqla bölüşdü: “Bu anlarda bütün xalqımız təsvirəgəlməz qürur və sevinc hissləri keçirir! Şuşa işğaldan azad edilib! Bu münasibətlə bütün həmvətənlərimizə səmimi təbriklərimi çatdırıram! İllər boyu davam etmiş kədər, həsrət, faciəli hadisələrdən sonra tarixi ədalət bərpa olunur! Vətənimizi müdafiə edən və əzəli Azərbaycan torpaqlarını işğaldan azad edən qəhrəmanlar nəslinin bugünkü igidlikləri Azərbaycan tarixinə əbədi daxil olacaq və hər birimizin yaddaşında həmişəlik qalacaq!.. Qoy Uca Tanrı Ordumuzu, xalqımızı, Vətənimizi və Prezidentimizi qorusun! Şuşa bizimdir! Qarabağ Azərbaycandır!”

Noyabrın 10-da Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Azərbaycanın böyük Zəfərini rəsmiləşdirən Üçtərəfli bəyanatın imzalanması və müharibənin başa çatması ilə bağlı rəsmi “İnstagram” səhifəsində paylaşım etdi: “Əziz həmvətənlər! Bu gün böyük gündür – Qələbə Günüdür! Azərbaycan Respublikasının ərazi bütövlüyü bərpa olundu! Tarixi ədalət bərpa olundu! Həqiqətən əlamətdar olan bu hadisə münasibətilə Azərbaycan xalqını səmimi-qəlbdən təbrik edirəm! Ermənistan özünün tam və qeyd-şərtsiz kapitulyasiyasını etiraf etdi! Biz öz nəcib xilaskar missiyamızı şərəflə yerinə yetirdik! Biz öz Vətənimizi qoruduq, əzəli Azərbaycan torpaqlarını işğaldan azad etdik, Azərbaycanın səbirlə gözlədiyi Qələbəni qazandıq!”

Respublikanın Birinci vitse-prezidenti sonra münaqişənin həllinin xeyli uzanmasına, danışıqlar prosesinin 30 il davam etməsinə, BMT Təhlükəsizlik Şurasının Azərbaycanın işğal altında olan bütün ərazilərindən işğalçı qüvvələrin dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələrinə Ermənistanın etinasızlıq göstərməsinə toxundu. Mehriban xanım vurğulayırdı ki, Azərbaycan bütün dünyaya özünün işğal altında olan torpaqlarını müstəqil şəkildə, öz gücü ilə, öz qüdrəti ilə azad etməyə qadir olduğunu göstərdi.

Vətən müharibəsi başa çatdıqdan sonra Mehriban xanım Əliyeva da respublika Prezidenti İlham Əliyevlə birlikdə erməni işğalından azad edilmiş ərazilərə səfər etdi və bu əraziləri yenidən geri qaytaran və tarixi Zəfəri qazanan Azərbaycan xalqının əzəməti onun sonrakı paylaşımlarında da öz ifadəsini tapdı.

25-08-2025, 11:27 | Prezident Bakıda keçiriləcək Formula 1 yarışı ilə bağlı SƏRƏNCAM imzaladı

Prezident Bakıda keçiriləcək Formula 1 yarışı ilə bağlı SƏRƏNCAM imzaladı


Avqustun 25-də Prezident İlham Əliyev 2025-ci ildə Bakıda keçiriləcək Formula 1 yarışı ilə əlaqədar Azərbaycana gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən, yarışla əlaqədar Azərbaycana gələn və bu Sərəncamın 2-ci hissəsində qeyd edilən sənədlərdən hər hansı birini təqdim edən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər 2025-ci il avqustun 25-dən sentyabrın 30-dək ölkəmizin beynəlxalq hava limanlarında viza ala bilərlər.

Formula 1 yarışlarının beynəlxalq təşkilatçıları olan "Formula One Management Limited" Şirkətinin və Beynəlxalq Avtomobil Federasiyasının müvafiq qaydalarına uyğun olaraq akkreditasiyadan keçməni təsdiq edən akkreditasiya kartı və ya akkreditasiyadan keçməni təsdiq edən digər sənəd, Bakı Şəhər Halqası Əməliyyat Şirkətində akkreditasiyadan keçməni təsdiq edən akkreditasiya kartı, Bakıda keçiriləcək Formula 1 yarışına bilet, o cümlədən elektron bilet və ya biletin əldə olunmasını təsdiq edən sənədlərdən biri viza verilməsi üçün əsas hesab olunur.

Həmçinin Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə Formula 1 yarışı ilə əlaqədar ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi barədə "Formula One Management Limited" Şirkətinə, Beynəlxalq Avtomobil Federasiyasına və xarici ölkələrin müvafiq orqanlarına məlumat vermək, yarışla əlaqədar ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin "ASAN Viza" sistemi vasitəsilə elektron viza almaq imkanı barədə məlumatın nazirliyin, eləcə də Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirliklərinin və konsulluqlarının internet informasiya ehtiyatlarında yerləşdirilməsini təmin etmək barədə tapşırıq verilib.

Dövlət Miqrasiya Xidmətinə Azərbaycana uçuşlar həyata keçirən aviasiya şirkətlərinə Formula 1 yarışı ilə əlaqədar respublikamıza gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi barədə məlumat vermək tapşırılıb.


25-08-2025, 11:23 | Ukrayna Putindən Azərbaycanın QİSASINI aldı, Rusiyada YANACAQ ÜSYANI başladı – insan seli AYAQDA!

Ukrayna Putindən Azərbaycanın QİSASINI aldı, Rusiyada YANACAQ ÜSYANI başladı – insan seli AYAQDA!


Rusiyanın bir sıra regionlarında yanacaq çatışmazlığı pik həddə çatıb.

Artıq rəsmi qurumlar da vəziyyəti etiraf etməyə başlayıblar.

Belə vilayətlərdən biri də Saxalindir. Vilayətinin Kurilski rayonunda əhaliyə Aİ-92 markalı benzinin satışı dayandırılıb. Məlumatı Kuril rayonunun rəhbəri Konstantin İstomin öz Telegram kanalında açıqlayıb: "Aİ-92 markalı benzinin əhaliyə satışı müvəqqəti olaraq dayandırılıb - bütün ehtiyat xüsusi nəqliyyat üçün lazımdır".

Onun sözlərinə görə, bazar ertəsi günortadan sonra Anatoli İvanov gəmisindən benzinin yeni partiyası boşaldılacaq. Kuril bölgəsi şimalda Diana boğazı ilə cənubda Ketrin boğazı arasındakı Kuril adaları zəncirinin bir hissəsini tutur. İnzibati mərkəzi Kurilsk şəhəridir.

Ukraynanın PUA qüvvələri tərəfindən həyata keçirilən ardıcıl hücumlar nəticəsində son bir həftə ərzində Rusiyanın dörd neftayırma zavodu (NQZ) və neft məhsulları infrastrukturuna zərər dəyib.

Ukrayna Silahlı Qüvvələrinin PUA bölməsi tərəfindən yayımlanan həftəlik hesabatda bildirilir ki, avqustun 14-dən 21-dək Rusiyanın müxtəlif bölgələrində yerləşən neftayırma zavodlarına qarşı dəqiq zərbələr endirilib.

Əsas hədəflər bunlar olub:

-14 avqust: Volqoqrad şəhərində yerləşən "Lukoyl" NQZ (keçmiş Stalinqrad). Yayılan məlumatlara görə, zavodun fəaliyyəti dayandırılıb;
-18 avqust: Tambov vilayətindəki "Drujba" stansiyası (Nikolskoye rayonu). Rusiya tərəfi zavodun 48 saat ərzində bərpa olunduğunu iddia etsə də, bu barədə təsdiqedici məlumat yoxdur;
-20 avqust: Rostov vilayətində yerləşən "Novoşaxtinsk Neft Məhsulları Zavodu". Zərbələrdən sonra başlayan yanğın 60 saatdan çox davam edib və 23 avqust tarixində də yanğının əhatə dairəsinin artdığı bildirilir;
-21 avqust: Bryansk vilayətində yerləşən "Drujba" boru kəmərinin Uneça stansiyası. Ukrayna tərəfi yanğının "intensiv" olduğunu, Rusiya tərəfinin isə obyektin 5 gün ərzində yenidən işə salınacağına söz verdiyini bildirib. Hücumlarda SBS-nin "QRAF" adlı pilotsuz uçuş aparatları bölməsi və 14-cü polk iştirak edib.
Ukrayna tərəfi bu əməliyyatları Rusiya neft sənayesinə "strateji zərbə" adlandırır və bu hücumların Rusiyanın logistik imkanlarını məhdudlaşdırmaq məqsədi daşıdığını bildirir. Rusiya rəsmiləri hələlik hücumlara dair rəsmi açıqlama verməyiblər.

Bu və gündəmdəki bir çox xəbərləri aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində izləyə bilərsiz. Qonağımız “Yeni Müsavat” Media Qrupunun rəhbəri, Əməkdar jurnalist Rauf Arifoğludur. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Musavat.com



24-06-2025, 10:30 | Prezident İlham Əliyev: Bu gün ölkəmiz dünya miqyasında sabitlik, inkişaf, tərəqqi məkanı kimi tanınır

Prezident İlham Əliyev: Bu gün ölkəmiz dünya miqyasında sabitlik, inkişaf, tərəqqi məkanı kimi tanınır


Beş ildir ki, Azərbaycanda sülh tam təmin edilib və əlbəttə, hüdudlarımızın kənarında da sülh nə qədər tez təmin edilərsə, həm o ölkələr, həm də təbii olaraq bizim üçün bir o qədər yaxşı olacaq.

AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Mingəçevirdəki "8 Noyabr" Elektrik Stansiyasının açılış mərasimindəki çıxışında deyib.

"Ancaq reallıq budur ki, bu gün bizim ölkəmiz dünya miqyasında sabitlik, inkişaf, tərəqqi məkanı kimi tanınır və bu adı biz öz əməyimizlə, zəhmətimizlə, düşünülmüş siyasətlə qazanmışıq", - deyə dövlətimizin başçısı əlavə edib.

24-12-2024, 08:46 | Müdrik Lider, qalib Sərkərdə

Müdrik Lider, qalib Sərkərdə


Nəsimi Nəsibov,
Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xudmətinin 11 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru;



Otuz ildən çox bizi birləşdirən milli ideya – erməni işğalına son qoyulması və ölkəmizin ərazi bütövlüyünün bərpası – hörmətli Prezidentimiz, Ali Baş Koman­dan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Milli Ordumuz tərəfindən gerçəkləş­dirildi. Şəhidlərimizin qanı yerdə qalmadı, Azərbaycanın bütöv ərazisində suve­ren hüquqlarımız bərpa edildi.

Bu gün bizi birləşdirən əsas ideya milli birlikdir. Avropa Parlamenti, AŞPA, ABŞ Konqresi, Dövlət Departamen­ti, Fransa Senatı, Almaniya ölkəmizə qarşı xoşagəlməz addımlar atırlar. Ta­rixi şəraitin özü, xalqımızın beynəlxalq arenada üzləşdiyi ədalətsizlik və ikili standartlar, indiyəcən məruz qaldığı çətin sınaqlar milli birlik ideyasını bizə diktə edir. Yalnız vahid xalq olaraq və güclü lider ətrafında birləşərək, əsrlər­lə arzusunda olduğumuz azad, güclü, firavan, çiçəklənən Azərbaycan qura bilərik. Qarşıda bizi böyük hədəflər göz­ləyir: dövlətimizin müstəqilliyini möh­kəmləndirmək, azad edilmiş əraziləri bərpa etmək, böyük qayıdışı tamamilə gerçəkləşdirmək, sosial-iqtisadi inkişafı sürətləndirərək Azərbaycanı qabaqcıl ölkəyə çevirmək.

Əlbəttə, demokratik və plüralist cəmiyyətdə, çoxpartiyalılıq şəraitin­də siyasi mübarizə, siyasi maraqların toqquşması, ideoloji və taktiki fikir ayrı­lıqları təbii haldır. Lakin ümummilli ideya baxımından ən mühüm məsələ, fəlsəfi dillə desək, mübarizə edən əksliklərin vəhdətini qorumaqdan, yəni siyasi eh­tirasların cəmiyyətimizi parçalamasına imkan verməməkdən, mübarizə və mü­zakirələrin konstruktiv məcrada aparıl­masına nail olmaqdan ibarətdir. Müasir sivil dünyada bərqərar olmuş parlament quruluşunun özü də məhz bu zərurət­dən doğmuşdur və bunu tələb edir.

Biz daxili problemlərin həllinə siyasi şüar və bəyanatlarla deyil, sosial-iqtisa­di məsələlərin çözümünü təmin edəcək hüquqi baza və mexanizmlərin işlənib hazırlanması ilə nail ola bilərik. Bu da son nəticədə cəmiyyətin ahəngdar inki­şafının başlıca şərti kimi sosial ədalətin bərqərar olması ilə nəticələnməlidir.

Son illərdə ölkəmizin qazandığı böyük nailiyyətlərdən biri də, heç şü­bhəsiz, nəhəng səylər bahasına əldə olunmuş siyasi sabitlikdir. Bəşəriyyətin tarixi belə bir mühüm həqiqəti ortaya qoymuşdur: müdrik dövlət xadimi о kəsdir ki, cəmiyyətdəki stabilliyi qo­rumaqla, onun xaos və hərc-mərclik girdabına yuvarlanmasına imkan ver­mədən müxtəlif islahatlar aparmağı ba­carır. Möhtərəm Prezidentimiz, Ali Baş Komandan İlham Əliyev bu illər ərzində məhz belə bir müdriklik və məharət nü­mayiş etdirmişdir. Hesab edirəm ki, bu sabitliyi qorumaq, əslində, hər bir vətən­daşın borcudur. Odur ki, mövcud icti­mai-siyasi sabitliyi hər vəchlə qoruma­ğı, milli birliyin pozulmasına səbəb ola biləcək bütün cəhdlərə qarşı qətiyyətlə mübarizə aparmağı birinci dərəcəli və­zifə kimi qarşıya qoymalıyıq. Birlik və həmrəyliyimizin sarsılmazlığını təmin etmək üçün konstruktiv qüvvələrlə di­aloqu və əməkdaşlığı inkişaf etdirmək, vətəndaş həmrəyliyinin və milli birliyin həmişəlik bərqərar olmasına çalışmaq, ölkədə mülki cəmiyyətin möhkəm əsas­larının qurulmasına nail olmaq lazımdır. Bunlar həyata keçərsə, milli birliyimizin pozulmasına yönəlmiş cəhdlər təkcə dövlət strukturlarının deyil, bütövlükdə, cəmiyyətin müqaviməti ilə rastlaşar və təbii ki, uğursuzluğa düçar olar.

Bəllidir ki, ölkədə sabitliyin qorun­masında daxili amillərlə yanaşı, xarici faktorlar da mühüm rol oynayır. Odur ki, ölkəmizin müstəqilliyinin möhkəm­lənməsinə və beynəlxalq birliyə daha six inteqrasiyasına yönəlmiş tarazlaş­dırılmış xarici siyasət xətti dönmədən inkişaf etdirilməlidir.

Bu gün Azərbaycan ictimaiyyətini düşündürən məsələlər içərisində ikisi xüsusi əhəmiyyətə malikdir. Qazandığı­mız nailiyyətlər və ərazi bütövlüyümü­zün bərpası arxayınlıq doğurmamalı, Milli Ordumuzun döyüş qabiliyyətinin ar-tırılması istiqamətində fəaliyyət daim gücləndirilməlidir. Necə deyərlər, “sülh istəyirsənsə, müharibəyə hazır olmalı­san!”.

Sosial ədalətə yönəlmiş hüquqi mexanizmlərin işlənməsi ölkəmizdə azad vətəndaş cəmiyyətinin qurulması üçün etibarlı bünövrə rolunu oynaya­caqdır ki, bu da dövlətimiz üçün stra­teji bir vəzifədir. Göstərilən vəzifələrin yerinə yetirilməsi üçün xalqın bütün tə­bəqələri 7 fevral Prezident seçkilərində olduğu kimi, Vətənimizin cari və strateji maraqlarını təmin etmək qüdrətində olan güclü liderimiz, mahir diplomat, böyük qurucu şəxsiyyət, Qarabağ fate­hi İlham Əliyevin ətrafında birləşməli və bu milli birliyimizi bədxahlarımızın hər cür təcavüzkarlığı qarşısında möhkəm sipərə çevirməliyik


24-12-2024, 08:05 | Mehriban Əliyeva Prezident İlham Əliyevin doğum günü münasibətilə paylaşım edib - FOTO

Mehriban Əliyeva Prezident İlham Əliyevin doğum günü münasibətilə paylaşım edib - FOTO


Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi "Instagram" səhifəsində Prezident İlham Əliyevin doğum günü münasibətilə paylaşım edib.

Paylaşımda deyilir:

"24.12.2024. Doğum gününüz mübarək, cənab Prezident! Uca Allah Sizi və Azərbaycan xalqını qorusun!"




12-12-2024, 12:17 | Prezident və birinci xanım Heydər Əliyevin məzarını ziyarət ediblər

Prezident və birinci xanım Heydər Əliyevin məzarını ziyarət ediblər


Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünyaşöhrətli siyasi xadim, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin vəfatından 21 il ötür.

Dekabrın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri Heydər Əliyevin məzarını ziyarət ediblər.

Prezident İlham Əliyev Ulu Öndərin məzarı önünə əklil qoydu.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.

Dövlətimizin başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla andılar, məzarı üzərinə gül dəstələri qoydular.

Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri yad edildi, məzarları üstünə gül dəstələri düzüldü.

Xəbər yenilənəcək

12-12-2024, 06:37 | Mehriban Əliyeva Ulu Öndər Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib - FOTO

Mehriban Əliyeva Ulu Öndər Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib - FOTO


Birinci vitse-prezident Mehriban Əliyeva 12 Dekabr - Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar rəsmi "İnstagram" səhifəsində paylaşım edib.

Paylaşımı təqdim edir:




12-12-2024, 06:32 | Bu gün Ümummilli Lider Heydər Əliyevin anım günüdür

Bu gün Ümummilli Lider Heydər Əliyevin anım günüdür


Bu gün Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin vəfatından 21 il keçir. Heydər Əliyev dahi siyasətçi idi, o, regional siyasətin aparıcı simalarından biri olaraq həm öz xalqı arasında, həm də beynəlxalq siyasi arenada böyük nüfuza malik idi.

Ümummilli Liderin xatirəsi Azərbaycanda, o cümlədən xarici ölkələrdə ehtiramla yad edilir.

Qeyd edək ki, Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Naxçıvanda anadan olub. 1944-cü ildən təhlükəsizlik orqanları sistemində çalışan Heydər Əliyev 1964-cü ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, 1967-ci ildən isə sədri vəzifəsində işləyib, general-mayor rütbəsinə qədər yüksəlib. Həmin illərdə o, Leninqradda xüsusi ali təhsil alıb, 1957-ci ildə isə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirib. Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyul plenumunda Heydər Əliyev Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilib. 1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilib, SSRİ-nin rəhbərlərindən biri olub. Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz əlaməti olaraq, tutduğu vəzifələrdən istefa verib.

Heydər Əliyev 1990-cı ilin 20 yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar ertəsi gün Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb edib. O, Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk edib. 1990-cı ilin iyulunda Azərbaycana qayıdan Heydər Əliyev ilk əvvəl Bakıda, sonra isə Naxçıvanda yaşayıb, həmin ildə də Azərbaycan Ali Sovetinə deputat seçilib. O, 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini olub.

Heydər Əliyev 1992-ci ildə Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis qurultayında partiyanın sədri seçilib.

1993-cü ildə xalqın tələbi ilə Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycan üçün xilas yolu oldu. Ən çətin anda o, ölkəyə geri dönərək siyasi böhran və iqtisadi tənəzzüldən çıxış yolu tapdı. O, o zamankı bacarıqsız hakimiyyətin yaratdığı vəziyyəti düzəldə bildi, müharibəni dayandırdı, vətəndaş qarşıdurmasının qarşısını aldı və ölkəni tərəqqi yoluna yönəltdi. Məhz Heydər Əliyevin səyi ilə tarixi "Əsrin müqaviləsi" imzalandı. Ulu öndərin neft strategiyası Azərbaycanın iqtisadi inkişafına güclü təkan verdi. 1998-ci ildəki andiçmə mərasimində o, belə deyirdi: "Biz XXI əsrə daha da qüdrətli, müstəqil Azərbaycan dövləti çatdırmaq istəyirik. Gələcək nəsillərə daha xoşbəxt həyat yaratmaq istəyirik. Azad, sərbəst, demokratik ölkə kimi Azərbaycan inkişaf edəcək və Avropa ilə Asiyanın qovuşduğu bir yerdə öz tarixi xidmətlərini göstərəcəkdir".

Bu gün Azərbaycan güclü, nüfuzlu və həqiqətən müstəqil bir dövlətdir. Ulu öndərin qoyduğu möhkəm təməl üzərində Prezident İlham Əliyev Azərbaycanın misilsiz uğur hekayəsini yazdı. Ölkədə yoxsulluğun öhdəsindən gəlindi, möhtəşəm iqtisadiyyat quruldu, peşəkar ordu formalaşdırıldı və Azərbaycanın beynəlxalq arenada hesablaşılmalı bir oyunçu kimi möhkəm imici yaradıldı. Biz, qalib xalq olaraq, azad, sabit və çiçəklənən bir ölkədə yaşayırıq.


������������ ������� DLE ������� ��������� ��� dle.
���������� ���� ������ ��� ��������� ������.
����������� �������� ������� � �������� ������.
����������� �������� ������������ ��� �������� ����.
������ ����� �������� ��������� ����� ������.
����� ���������� �� ���� ��� ���� � ��� �����.