19-06-2022, 13:46 | IX Qlobal Bakı Forumunun iştirakçıları Şuşada panel müzakirələr aparırlar - YENİLƏNİB - FOTOlar

IX Qlobal Bakı Forumunun iştirakçıları Şuşada panel müzakirələr aparırlar - YENİLƏNİB - FOTOlar


Azərbaycan işğaldan azad edilmiş ərazilərinə iyunun 19-da səfər edən IX Qlobal Bakı Forumunun iştirakçıları Füzulidən sonra Şuşaya gəliblər.

Trend-ə istinadən bildirir ki, IX Qlobal Bakı Forumunun iştirakçıları Şuşada panel müzakirələri başlayıb.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə "Qlobal dünya nizamına təhdidlər" mövzusunda beynəlxalq məsələlərin müzakirə edildiyi IX Qlobal Bakı Forumu iyunun 16-da işə başlayıb.

---------

12:58

IX Qlobal Bakı Forumunun iştirakçıları Füzulidən sonra Şuşaya gəliblər.

Trend-ə istinadən bildirir ki, qonaqları yerli və xarici media nümayəndələri müşahidə edirlər.

Şuşada IX Qlobal Bakı Forumunun iştirakçıları panel müzakirələr aparacaq.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə "Qlobal dünya nizamına təhdidlər" mövzusunda beynəlxalq məsələlərin müzakirə edildiyi IX Qlobal Bakı Forumu iyunun 16-da işə başlayıb.


19-06-2022, 13:41 | "Azərbaycan qlobal miqyasda getdikcə daha çox əhəmiyyət kəsb edir" - Mladen İvaniç

"Azərbaycan qlobal miqyasda getdikcə daha çox əhəmiyyət kəsb edir" - Mladen İvaniç


Qlobal Bakı Forumu qlobal miqyaslı tədbir olmağa başlayır.

Bu barədə Trend-ə Bosniya və Herseqovinanın sabiq Prezidenti Mladen İvaniç "Qlobal dünya nizamına təhdidlər" mövzusunda IX Qlobal Bakı Forumu kuluarında deyib.

"Mən artıq yeddinci dəfədir ki, Qlobal Bakı Forumunda iştirak edirəm və deyə bilərəm ki, onun əhəmiyyəti ildən-ilə artır. Forum təkcə regionda deyil, bütün dünyada ən mühüm platformalardan birinə çevrilir. Bu möhtəşəm tədbirin bir hissəsi olmaqdan qürur duyuram", deyə M.İvaniç bildirib.


O qeyd edib ki, Qlobal Bakı Forumu kimi platforma dünya birliyinin aktual problemlərindən dürüst danışmaq, müxtəlif fikirlər söyləmək imkanı verir ki, bu, sabiq prezidentin sözkərinə görə, bu gün üçün nadir fürsətdir:

"Azərbaycanın özü qlobal miqyasda getdikcə daha çox əhəmiyyət kəsb edir".

19-06-2022, 13:38 | Zelenski ərzaq böhranını həll edəcək şərti açıqlayıb

Zelenski ərzaq böhranını həll edəcək şərti açıqlayıb


"Ukraynanın mövqeyi aydın və dəyişməz olaraq qalır - beynəlxalq vasitəçiliyin yardımı ilə Ukrayna limanlarında gəmiçiliyin təhlükəsizliyini təmin etmək mümkün olan kimi dövlət dünyada ərzaq böhranına qarşı çıxmaq üçün hər şey edəcək".

"Report"a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski videomüraciətində söyləyib.

"Mən cənubdan qayıdıram - Nikolayev vilayətində ön xəttə, eləcə də Nikolayevin özündə, həmçinin Odessa vilayətində oldum. Müdafiəçilərimiz - hərbçilər, polislər, Milli Qvardiya, müdafiə qüvvələri ilə söhbət etdim. Onların əhval-ruhiyyəsi inamlıdır, hamısının qələbəmizə şübhəsi yoxdur. Biz cənubu heç kimə verməyəcəyik, bizim olan hər şeyi geri alacağıq və dəniz Ukraynanın olacaq - təhlükəsiz olacaq", - dövlət başçısı vurğulayıb.

19-06-2022, 13:37 | Şuşanın yenidən qurulmasını görmək təsiredici hadisədir - İsmail Seragəldin

Şuşanın yenidən qurulmasını görmək təsiredici hadisədir - İsmail Seragəldin


Şuşanın inkişaf etdirilməsini, yenidən qurulmasını görmək təsiredici hadisədir.

Trend-ə istinadən bildirir ki, bunu Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Dünya Bankının sabiq vitse-prezidenti İsmail Seragəldin jurnalistlərə açıqlamasında bildirib.

O qeyd edib ki, Şuşa əhəmiyyətli və tarixi bir şəhərdir.

"Şuşanın işğaldan azad edilərək burada bərpa-yenidən qurulma işlərinin aparılması Azərbaycanın uğurudur. Şuşanın inkişaf etdirilməsini, yenidən qurulmasını görmək təsiredici hadisədir. Bura Azərbaycan mədəniyyətin göstəricilərindən biridir. Qlobal Bakı Forumu iştirakçıları olaraq hazırda burada olmaqdan çox məmnunuq", -deyə o əlavə edib.

19-06-2022, 13:20 | IX Qlobal Bakı Forumunun iştirakçıları Qarabağa səfər ediblər

IX Qlobal Bakı Forumunun iştirakçıları Qarabağa səfər ediblər


IX Qlobal Bakı Forumunun iştirakçıları iyunun 19-da Qarabağ İqtisadi Rayonuna - Füzuli və Şuşa şəhərlərinə səfər ediblər.

Trend-ə istinadən bildirir ki, Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yenidən qurulması və inkişafına baxış, eləcə də ərazilərin minalardan təmizlənməsi ilə tanışlıq məqsədilə həyata keçirilən səfərdə qonaqları yerli və xarici media nümayəndələri müşayiət edirlər.


Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə "Qlobal dünya nizamına təhdidlər" mövzusunda beynəlxalq məsələlərin müzakirə edildiyi IX Qlobal Bakı Forumu iyunun 16-da işə başlayıb.


19-06-2022, 13:19 | Müdafiə naziri Kəlbəcər və Laçında: Tapşırıqlar verdi - VİDEO - FOTO

Müdafiə naziri Kəlbəcər və Laçında: Tapşırıqlar verdi - VİDEO - FOTO



Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən Azərbaycan Ordusunda aparılan islahatlar çərçivəsində müasir standartlara cavab verən hərbi infrastrukturun yaradılması və bölmələrin döyüş hazırlığının yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər davam etdirilir.

Müdafiə Nazirliyindən milli.az-a verilən xəbərə görə, Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Kəlbəcər və Laçında tikintisi davam edən hərbi obyektlərdə görülən işlərlə tanış olublar.

Məruzə olunub ki, azad olunmuş rayonlarda hərbi polisin xidməti fəaliyyətinin yüksək səviyyədə təşkili üçün yataqxana və xidməti otaqlar, hamam-camaşırxana kompleksi, tibb məntəqəsi, eləcə də digər infrastruktur obyektlərinin tikilməsi və müasir avadanlıqlarla təchiz olunması nəzərdə tutulub.
Ətraflı

Sonra general-polkovnik Z.Həsənov tikintisi davam edən maddi-texniki təminat anbarlarına baxış keçirib. Bildirilib ki, iqlim və relyefdən asılı olmayaraq qoşunların fasiləsiz və dayanıqlı fəaliyyətini təşkil etmək məqsədilə müasir tələblər nəzərə alınaraq inşa edilən anbarlar vasitəsilə bölmələr silah-sursat, yanacaq-sürtkü materialları, həmçinin digər zəruri ehtiyat hissələri və avadanlıqlarla mərkəzləşdirilmiş qaydada təmin ediləcək.

Tikinti işlərinin gedişatını yoxlayan müdafiə naziri təhlükəsizlik qaydalarına ciddi əməl edilməsi, inşaatın keyfiyyətli aparılması və vaxtında başa çatdırılması ilə bağlı aidiyyəti üzrə müvafiq tapşırıqlarını verib.





18-06-2022, 07:03 | İlham Əliyev Xorvatiyanın sabiq Prezidentini qəbul edib

İlham Əliyev Xorvatiyanın sabiq Prezidentini qəbul edib


İyunun 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xorvatiyanın sabiq Prezidenti Kolinda Qrabar-Kitaroviçi qəbul edib.

AZƏRTAC-a istinadən bildirir ki, görüşdə Qlobal Bakı Forumunun önəminə toxunuldu, burada iştirak edənlərin sayının hər il daha da artdığı vurğulandı. Tədbirin gündəliyinin çox geniş olduğu bildirildi. Forumun beynəlxalq əməkdaşlığın genişləndirilməsi, geosiyasi vəziyyət, enerji, səhiyyə, iqlim məsələləri, mədəniyyətlərin dialoqu kimi sahələrlə bağlı müzakirələrin aparılması və yeni ideyaların yaranması üçün yaxşı platforma olduğu qeyd edildi.


17-06-2022, 06:33 | "Dünyada elə bir lider yoxdur ki, Putini müharibəni dayandırmağa məcbur etsin" - Zelenski

"Dünyada elə bir lider yoxdur ki, Putini müharibəni dayandırmağa məcbur etsin" - Zelenski

Hazırda dünyada elə bir lider yoxdur ki, Rusiya Prezidenti Vladimir Putinlə fikir mübadiləsi aparıb onu Ukraynada müharibəni dayandırmağa məcbur etsin.

"Report"a istinadən bildirir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

O bildirib ki, Putin qərar verməzdən əvvəl onun nəticələrini düşünmür.

"Onun nəyisə eşitməyə hazır olduğuna əmin deyiləm. Mənə elə gəlir ki, o, qərar qəbul etmə mərhələsindədir. O əvvəlcə hərəkətə keçir, sonra fikirləşir", - Zelenski qeyd edib.

Ukrayna liderinin sözlərinə görə, yalnız kollektiv şəkildə, birləşməklə Rusiyanı dayandırmaq olar.

Zelenski bundan əvvəl deyib ki, indi Ukraynanın sülh danışıqlarına başlamaq imkanı yoxdur. Rusiya rəhbərliyi dialoq aparmaq istəmir və buna hazır deyil.


15-06-2022, 19:02 | "Qarabağ orada törədilən təcavüzün simvoludur"

"Qarabağ orada törədilən təcavüzün simvoludur"


IX Qlobal Bakı Forumunda Cənubi Qafqazda dayanıqlı inkişaf barəsində də müzakirələr aparılacaq.

Bu barədə Trend-in sualına cavab olaraq Bosniya və Herseqovinanın sabiq baş naziri Zlatko Laqumdziya deyib.

Onun sözlərinə görə, Qarabağ yalnız Azərbaycanın bir parçası deyil, Qarabağ özündə bir neçə mənanı ehtiva edir.

"Qarabağ, eyni zamanda, orada törədilən soyqırımıların, təcavüzün, beynəlxalq hüququn tapdanmasının simvoludur", - deyə o əlavə edib.


15-06-2022, 18:40 | Xilaskarlıq və quruculuq missiyası

Xilaskarlıq və quruculuq missiyası


Tarixdə taleyini xalqına həsr etmiş böyük şəxsiyyətlər olub və onlar yenilməz iradə, qətiyyət, fədakarlıq və uzaqgörənliklə xalqını ən çətin sınaqlardan çıxardaraq tarixin gedişini dəyişməyi bacarıblar. Azərbaycan xalqı taleyində Heydər Əliyev kimi böyük şəxsiyyətin ol­duğuna görə xoşbəxtdir. Həm də ona görə xoşbəxtdir ki, dahi rəhbərin ömür yolu Vətən yolu, dövlətçilik yolu olub.

O, həyatını dövlətinin sabahına, tor­pağının bütövlüyünə, xalqının gələcəyinə, rifahına həsr edib. O, tarixdə dövlət müstəqilliyimizin memarı, qurucusu kimi yer tutub. Əzmi, iradəsi, zəkası, çoxşaxəli və zəngin fəaliyyəti ilə zəmanəmizin əbədiyaşar dahisinə, xalqın ümummilli liderinə çevrilib. Xalqımız onun qurtulu­şunu təmin edən rəhbərinin, ona azadlıq, müstəqillik, firavan həyat, işıqlı ölkə bəxş edən xilaskarının xidmətlərini unutmur və 15 İyun Milli Qurtuluş Gününü böyük minnətdarlıq hissi ilə qeyd edir.

Azərbaycan xalqını qurtuluşa, uğura, dünya arenasında əsas söz sahiblərindən birinə çevrilməsinə aparan yol ümum­milli lider Heydər Əliyevin yenidən ölkə rəhbərliyinə qayıdışı ilə baş verdi. Ölkəmiz yenidən müstəqilliyinə qovuşmuş, la­kin dövlətin bütün təsisatlarında hökm sürən xaos, bir tərəfdən də Ermənistanın beynəlxalq hüquq normaları və BMT nizamnaməsinin prinsiplərini kobudcasına pozaraq Azərbaycana qarşı əsassız ərazi iddiaları irəli sürməsi, elan olunmamış müharibəyə başlaması vəziyyəti daha da gərginləşdirmişdi. Belə bir ağır dönəmdə, ölkəni düşdüyü mürəkkəb vəziyyətdən xilas etmək üçün xalq öz xilaskarına üz tutdu və ulu öndər xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdı.

Bu, sadə qayıdış deyildi, bu, dövlətimizin sütunlarının bərkidilməsi, xalqın işıqlı sabahı, uğurlarının təməl günü idi! Bu, müstəqilliyimizin əbədi olması, ərazi bütövlüyümüzün bərpa edilməsi, Dağlıq Qarabağ probleminin həlli, ölkənin bölünməkdən xilası, Azərbaycanın səsinin dünyanın ən ali kürsülərindən eşidilməsi idi! Bu, həm də Milli Ordunun yaradıl­ması, atəşkəsin elan olunması, hüquqi və milli dövlətin formalaşması, “Əsrin müqaviləsi”, qədim İpək Yolu, Bakı-Tbi­lisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərlərinin istismara verilməsi ilə dövlətin iqtisadi dayaqlarının daha da gücləndirilməsi idi.

Ölkəmiz bütün bu uğurlara ulu öndərin şəxsiyyəti, mükəmməl idarəetmə qabiliyyəti, uzaqgörənliyi sayəsində nail oldu. Cəmiyyət həyatının bütün mərhələləri sarmış xaosun, böhranın, daxili çəkişmələrin uğurlu siyasət, fəal diplomatiya ilə əvəzlənməsi Milli Qurtuluş Gününün tarixi əhəmiyyətini şərtləndirən əsas amildir. Çevik diplomatiya sayəsində beynəlxalq təşkilatlarla uğurlu əməkdaşlıq quruldu, xarici ölkələrə səfərlər, dün­yanın ayrı-ayrı dövlətlərindən gələn nümayəndələrlə aparılan danışıqlarda Azərbaycana qarşı əsassız ərazi iddia­ları zəminində Ermənistandan və Dağlıq Qarabağdan azərbaycanlı əhalinin didərgin salınması və soyqırımı nəticəsində gərginləşmiş sosial-siyasi vəziyyətin ciddi şəkildə pozulması haqqında tam təəssürat formalaşdırıldı.

İslam Konfransı Təşkilatı, ATƏT, BMT, Avropa Şurası ilə əməkdaşlıqda Azərbaycanın milli mənafelərini əks etdirən prinsiplər açıq şəkildə dəstəkləndi. İslam Konfransı Təşkilatı dövlət və hökumət başçıları səviyyəsində keçirilən bütün zirvə toplantılarında ölkəmizlə bağlı aydın və ədalətli mövqe sərgiləyərək Ermənistanı təcavüzkar dövlət kimi tanıyan qətnamələrin müəllifi kimi tarixə düşdü. BMT Təhlükəsizlik Şurası Azərbaycanın ərazi bütövlüyü və sərhədlərin toxunulmaz­lığı, torpaqların qeyd-şərtsiz azad edilməsi, Dağlıq Qarabağ və digər ərazilərin işğal faktını təsdiq edən 822, 853, 874, 884 saylı qətnamələri ilə yanaşı, qurumun Təhlükəsizlik Şurasının sədri və Baş katibi müxtəlif illərdə Azərbaycanın ərazi bütöv­lüyünü və suverenliyini təsdiqləyən bir sıra bəyanatlar yaydı.

1994-cü il dekabrında ATƏM-in Budapeştdə keçirilən Zirvə toplantısın­da beynəlxalq sülhməramlı qüvvələrin yaradılması və münaqişə bölgəsinə göndərilməsinin qərara alınması, ondan iki il sonra ATƏT-in Lissabonda keçirilən Zirvə toplantısında münaqişənin nizama salın­ması istiqamətində ulu öndərin qətiyyəti, iradəsi, gərgin əməyi və diplomatik fəaliyyəti sayəsində qəbul edilmiş sənədin təşkilata üzv olan 53 dövlət tərəfindən müdafiə olunması, o cümldən İstanbul sammiti Azərbaycana, onun problemlərinə dünya birliyinin münasibətindəki təkamül prosesi oldu.

Ulu öndər həm də demokratik, hüquqi dövlət qurdu. Hər zaman çı­xışlarında bildirirdi ki, “Azərbaycan Respublikasında demokratik, hüquqi dövlət qurulmalıdır. Azərbaycan dövləti demokratik prinsiplər əsasında fəaliyyət göstərməlidir, öz tarixi, milli ənənələrindən bəhrələnərək, dünya demokratiyasın­dan, ümumbəşəri dəyərlərdən səmərəli istifadə edərək demokratik dövlət quru­culuğu yolu ilə getməlidir”. Dahi rəhbərin müəyyənləşdirdiyi hədəflərə uyğun olaraq konkret strategiyaya əsaslanan islahatlar həyata keçirilməyə başlandı və dövlətin təməlinin möhkəm siyasi-hüquqi əsaslar üzərində qurulması üçün 1995-ci ilin noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş və müəllifi ulu öndər olan ilk Konstitusiyamız hüquqi islahatların ən mühümü kimi tarixiləşdi.

Beləliklə, ölkədə daha genişmiqyaslı islahatlar aparılması üçün normativ-hü­quqi bazanın formalaşdırılmasına start verildi. Konstitusiya Məhkəməsi fəaliyyətə başladı, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombuds­man) institutu yaradıldı, ölüm cəzası ləğv olundu, prokurorluq demokratik cəmiyyətə uyğun yenidən quruldu, hüquq sistemi­nin mahiyyətini müəyyən edən qanun və məcəllələr qəbul edildi.

Hazırda öz inkişafının mühüm mərhələsini yaşayan, öz ərazi bütövlüyünü bərpa etmiş, qalib Azərbaycan Respubli­kasında güclü iqtisadi potensialın yaradıl­ması, vətəndaş cəmiyyəti quruculuğunun sürətləndirilməsi, ölkəmizin beynəlxalq nü­fuzunun artırılması, ümummilli problemlərin milli maraqlara uyğun həlli istiqamətində məqsədyönlü və ardıcıl siyasət həyata keçirilir.

Heydər Əliyevin siyasətini və ənənələrini müasir dövrün tələblərinə uyğun uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyevin modernləşmə kursu, cəmiyyət həyatının bütün sahələrində müşahidə olunan yeniləşmə, informasiyalı cəmiyyətə keçid, ölkəmizin dünya informasiya məkanına daxil olması dövlətin və cəmiyyətin qarşısında yeni vəzifələr müəyyənləşdirmişdir.

Bugünkü müasir Azərbaycan ulu öndərin görmək istədiyi azad, müstəqil, qalib, ərazisi bütöv Azərbaycandır. Vətən müharibəsi, xüsusən misilsiz Şuşa əməliyyatı ilə dünyaya səs sa­lan Azərbaycandır! Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan möhtəşəm Zəfərini yaşayan Azərbaycandır!

Şahin Şirinzadə,
Şəki Dövlət Peşə Təhsil Mərkəzinin direktoru.

������������ ������� DLE ������� ��������� ��� dle.
���������� ���� ������ ��� ��������� ������.
����������� �������� ������� � �������� ������.
����������� �������� ������������ ��� �������� ����.
������ ����� �������� ��������� ����� ������.
����� ���������� �� ���� ��� ���� � ��� �����.