24-11-2020, 06:31 | Qələbə münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

Qələbə münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir



Böyük Britaniyanın "ITE Group" şirkətinin icraçı direktoru Edvard Strahandan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

Məktubda deyilir:

"Hörmətli cənab Prezident.

Azərbaycanın öz torpaqlarının azad edilməsi uğrunda mübarizədə qazandığı möhtəşəm zəfər münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm. Uzun illər davam edən işğaldan və 1990-cı illərin əvvəllərində baş verən faciəvi hadisələrdən sonra Sizin müdrik rəhbərliyiniz, eləcə də bu gün bütün dünyada öz peşəkarlığı və rəşadəti ilə tanınan Azərbaycan Ordusu sayəsində çox qısa müddətdə qazandığınız bu tarixi hərbi nailiyyətə şahidlik etmək möhtəşəmdir.

İndiki vaxtda Bakıda olmaq istərdim. Sizin dünyanın nüfuzlu KİV-lərinə verdiyiniz müsahibələrdə Azərbaycanın haqlı mövqeyini inamla və müdrikcəsinə ifadə etdiyinizi böyük məmnunluqla izləmişəm. Əminəm ki, müsahibələrinizdə göstərdiyiniz tutarlı faktlar qlobal ictimai rəyi lehinizə dəyişib və ölkənizin diplomatik müstəvidə böyük qələbə qazanmasına səbəb olub.

Mən Bakıya qayıdacağım, eləcə də oradakı dostlarım və həmkarlarımla görüşüb onları təbrik edəcəyim günü səbirsizliklə gözləyirəm. Bu zəfərin həm onlar, həm də bütün Azərbaycan vətəndaşları üçün daimi qürur və ilham mənbəyi olduğunu yaxşı bilirəm. Bakıdakı komandamızın "ADEX" sərgisinin təşkili ilə bağlı gördüyü işlərlə fəxr etdiyini bilirəm və inanıram ki, bu sərgi XXI əsrdə üzləşdiyimiz çağırışlara cavab verməyə hazır müasir ordunun formalaşmasına az da olsa, töhfəsini verib.

Sizin mənə şəxsən təqdim etdiyiniz "Dostluq" ordenini böyük qürur hissi ilə daşıyıram və bir daha bütün Azərbaycan vətəndaşlarını təbrik edirəm. "ADEX" sərgisi ilə tanışlığınız zamanı Sizinlə və ölkənizin Birinci vitse-prezidenti ilə görüşmək şərəfinə nail olduğuma görə Zati-alinizə minnətdarlığımı bildirir, bu xoşbəxt anlarda Sizi yeni tarix yazdığınıza görə bir daha təbrik edirəm".

X X X

Almaniyanın Frankfurt şəhərində fəaliyyət göstərən "Bosnia internattional" Beynəlxalq Demokratik Gənclər Təşkilatının sədri Ernad Deni Çomaqadan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

Məktubda deyilir:

"Hörmətli cənab Prezident.

Qarabağda suverenliyinizin bərpa olunması münasibətilə Bosniya diasporu adından Sizi təbrik edirəm.

Bosniya xalqı Azərbaycan xalqının vəziyyətini yaxşı anlayır və onunla oxşar çətinlikləri yaşayıb. Azərbaycanın qələbəsini ədalətin zəfəri kimi görməkdən məmnun olduq. Bu, bizə bir daha sübut etdi ki, xalq öz istəyi ilə azadlıq uğrunda səy göstərməsə, heç kim onun yerinə bunu etməyəcək.

Azanın Şuşa və Ağdam məscidlərindən əbədi səslənməsini, həmçinin Bosniya xalqı ilə Azərbaycan xalqının qardaşlığının daimi olmasını arzu edirik".

24-11-2020, 05:57 | Birinci vitse-prezident Mehriban Əliyeva: Azərbaycan bayrağına, Azərbaycan əsgərinə, Azərbaycan xalqına eşq olsun - VİDEO

Birinci vitse-prezident Mehriban Əliyeva: Azərbaycan bayrağına, Azərbaycan əsgərinə, Azərbaycan xalqına eşq olsun - VİDEO


Birinci vitse-prezident Mehriban Əliyevanın rəsmi "İnstagram" səhifəsində Ağdamdan görüntülər paylaşılıb.

Mehriban Əliyevanın paylaşdığı videoda "Azərbaycan bayrağına, Azərbaycan əsgərinə, Azərbaycan xalqına eşq olsun! Dərin hörmət və sevgilərlə, Sizin MEHRİBAN" - deyə, qeyd edilib. Trend

17-11-2020, 05:13 | İlham Əliyev: “Düşmən Kəlbəcərdəki dağıntılara görə cavab verəcək”

İlham Əliyev: “Düşmən Kəlbəcərdəki dağıntılara görə cavab verəcək”


Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuliyə və Cəbrayıla səfər ediblər.

Virtualaz.org-un məlumatına görə, Cəbrayılın mərkəzinə gələn dövlətimizin başçısı bildirib ki, şəhərdə bir dənə də olsun salamat bina qalmayıb.

“Bir dənə də bina qoymayıblar. Yalnız o tərəfdə özləri üçün hərbi hissə tikiblər. Bütün qalan infrastruktur, evlər, məktəblər, binalar, ictimai binalar hamısı düşmən tərəfindən sökülüb. Onlar buna görə beynəlxalq məhkəmələrdə cavab verəcəklər.

Mən demişəm, bir daha demək istəyirəm, beynəlxalq qurumlar, ekspertlər gələcək, bütün ziyan hesablanacaq, 30 il ərzində bizə vurulmuş zərər nəzərə alınacaq və onlara qarşı təzminat iddiası qaldırılacaq. Bugünlərdə Kəlbəcəri dağıdan, meşələri qıran, binaları, məktəbləri yandıran düşmən onun da cavabını verəcək. Onlar düşünürdülər ki, bu dağıntılardan sonra heç vaxt Azərbaycan əhalisi bura qayıtmayacaq. O məqsədlə buraları dağıdıblar. Amma səhv ediblər. Biz qayıtmışıq, durmuşuq burda, öz doğma torpaqlarımızda, Cəbrayıl şəhərində. Bütün buraları yenidən bərpa edəcəyik”,- deyə dövlət başçısı vurğulayıb.




17-11-2020, 05:08 | İlham Əliyev Azərbaycan bayrağı qarşısında dizini yerə qoydu və onu Qarabağ üzərində qaldırdı

İlham Əliyev Azərbaycan bayrağı qarşısında dizini yerə qoydu və onu Qarabağ üzərində qaldırdı

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva erməni işğalından azad edilmiş Füzuli və Cəbrayıl rayonlarına səfər ediblər.

Azərbaycan Silahlı Qüvvələrinin azad etdiyi obyektlərdən birində Ali Baş Komandan Azərbaycan bayrağı qarşısında dizini yerə qoydu, onu öpdü və sonra Qarabağ üzərində qaldırıb (virtualaz.org)


17-11-2020, 05:05 | İlham Əliyev azad edilmiş ərazilərdə zirehli maşının sükanı arxasında

İlham Əliyev azad edilmiş ərazilərdə zirehli maşının sükanı arxasında

Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva hərbi avtomobillə azad edilmiş ərazilərə gediblər.

Hərbi avtomobilin sükanı arxasında Azərbaycan Ordusunun şanlı qələbələrinə heyranlığını gizlətməyən dövlət başçısı özü olub.(virtualaz.org)



11-11-2020, 15:46 | “Amnesty İnternational” Baş Prokurora məktub ünvanlayıb - Erməni terroru ilə bağlı

“Amnesty İnternational” Baş Prokurora məktub ünvanlayıb - Erməni terroru ilə bağlı

5 noyabr 2020-ci il tarixdə insan hüquqları sahəsində dünyanın aparıcı təşkilatlarından olan "Amnesty İnternational"ın Şərqi Avropa və Mərkəzi Asiya Regional İdarəsinin direktoru xanım Marie Struthers Azərbaycan Respublikasının Baş Prokuroruna rəsmi məktub ünvanlayıb.

Baş Prokurorluqdan verilən məlumata görə, Marie Struthers, Baş Prokuror Kamran Əliyevin "Amnesty İnternational"ın "Ermənistan / Azərbaycan: Mülki əhali qadağan edilmiş kaset bombalarının istifadəsindən qorunmalıdır" hesabatında Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş cinayət hadisələrinin tam əks olunmaması ilə bağlı 5 oktyabr 2020-ci il tarixli məktubunda ifadə etdiyi narahatlığa və təşkilatın fəaliyyətini yaxından izlədiyinə görə öz təşəkkürünü bildirmişdir.

Eyni zamanda, "Amnesty İnternational" təşkilatı tərəfindən həqiqətən də Gəncə şəhər sakinlərinə qarşı ballistik raketlərdən və raket artileriya yaylım atəş sistemlərindən, Bərdə rayonunun isə "claster" (kaset) bombalarından istifadə edilməklə müxtəlif tarixlərdə atəşə tutulması faktlarının da qeydə alınması məktubda göstərilmişdir.

​Xanım Marie Struthers vurğulamışdır ki, "Amnesty İnternational" silahlı münaqişənin qərərzsiz izlənməsini təmin etmək üçün hər cür səy göstərərək iştirak edən bütün tərəfləri beynəlxalq humanitar hüquqa tam riayət etməyə və mülki insanları qorumağa çağırır.

​09 noyabr 2020-ci il tarixdə Baş Prokuror "Amnesty İnternational" təşkilatına növbəti dəfə məktub ünvanlayaraq Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar 5 oktyabr 2020-ci il tarixdən sonra qeydə alınmış cinayət faktlarını xanım Marie Struthersin diqqətinə çatdırmışdır.

Belə ki, Baş Prokuror Ermənistanın hərbi siyasi rəhbərliyi və diasporası tərəfindən xarici ölkələrin vətəndaşları olan erməni əsilli, özlərini "könüllülər" adlandıran muzdluların Azərbaycan Respublikasının ərazisində döyüş əməliyyatlarında iştirak etmələri üçün dəvət edilməsi və maliyyələşdirməsinin müəyyən edilməsi, həmin faktlarla bağlı Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işlərinin başlanılması barədə məlumatlandırmaqla, həmin muzdluların adlı siyahısını məktuba əlavə etmişdir.

Həmçinin, diqqətə çatdırılmışdır ki, hazırki vaxtadək "Skad" və "Smerç" raket qurğularından yalnız döyüş meydanında deyil, eləcə də mülki şəxslərə qarşı istifadə edilmiş, həmin faktlar "Human Rights Watch" və "Amnesty İnternational" təşkilatları tərəfindən də qeydə alınmaqla "qəddar və ağılasığmaz" kimi qiymətləndirilmişdir.

Belə ki, "Skad" raket qurğusundan Azərbaycanın ikinci böyük şəhəri, yarım milyon əhalisi olan və münaqişə zonasından 100 km-dən artıq məsafədə yerləşən Gəncə şəhəri gecə vaxtı 5, 8, 11 və 17 oktyabr tarixlərində atəşə tutulmuş və nəticədə 26 nəfər mülki şəxs həlak olmuş, 143 nəfər isə yaralanmışdır.

27 və 28 oktyabr tarixlərində Ermənistan silahlı qüvvələri tərəfindən "Smerç" tipli ballistik raket qurğularından münaqişə zonasından kənarda yerləşən və 30 min əhalisi olan Bərdə şəhərinin atəşə tutulması nəticəsində ümumilikdə 26 nəfər şəxsin həlak olması, aralarında Qızıl Aypara Cəmiyyətinin könüllüsü də daxil olmaqla 90 nəfərin yaralanması barədə də xanım Marie Struthers məlumatlandırılmışdır.

Noyabrın 7-də 16 yaşlı Şahmalı Rəhimovun Bərdə rayonuna növbəti mərmi atılması nəticəsində həlak olması və bununla da, həlak olan mülki şəxslərin sayının 93 nəfərə çatması vurğulanmışdır.

Qeyd edilmişdir ki, Ermənistan həm döyüş meydanında, həm də münaqişə zonasından kənarda yerləşən Tərtər, Ağcabədi və Goranboy rayonlarını qadağan edilmiş və son dərəcə təhlükəli olan fosfor bombalarından 5 dəfə istifadə etməklə müxtəlif vaxtlarda atəşə tutmuşdur.

Xüsusilə vurğulanmışdır ki, Azərbaycan Ordusu tərəfindən heç bir vaxt mülki dinc əhali hədəfə alınmamışdır.

Baş Prokuror, sözü gedən cinayət əməllərinə dair ətraflı foto və videomaterialları təqdim etməklə, göstərilən faktların "Amnesty İnternational" təşkilatının gələcək bəyanat və hesabatlarında qeyd edilməsini xahiş etmişdir.

11-11-2020, 15:28 | Ali Baş Komandan Qələbə zəfəri ilə xalqımıza hədsiz qürur hissi yaşatdı

Ali Baş Komandan Qələbə  zəfəri ilə xalqımıza hədsiz qürur hissi yaşatdı


Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Şuşa şəhərinin işğaldan azad olunduğunu elan etməsi 28 ildən çoxdur həsrətlə bu günü gözləyən xalqımıza sonsuz sevinc və qürur hissi yaşadır. Ölkənin hər yerində yüz minlərlə insan əllərində Azərbaycan bayrağı paytaxtın və digər şəhər və rayonların küçə və prospektlərinə axışaraq Şuşa zəfərinin sevincini paylaşır.
Bizim tarixi qələbəmiz - Şuşanın azad olunması bir daha göstərdi ki, şəhidlərimizin qanı yerdə qalmır. Ali Baş Komandan İlham Əliyevin də bəyan etdiyi kimi, biz şanlı qələbəmizi döyüş meydanında qazandıq. Hər bir Azərbaycanlı əmin idi ki, gec-tez biz tarixi torpağımıza, 28 il ərzində işğal altında qalan Şuşaya - mədəniyyət beşiyimizə qayıdacağıq. Möhtərəm Prezidentimizin də bəyan etdiyi kimi, Şuşasız bizim işimiz tam sayıla bilməzdi.
Tarix göstərdi ki, bu müddət ərzində Azərbaycan Prezidentinin yeritdiyi müstəqil siyasət ölkəmizi həm regionda, həm də dünyada söz sahibinə çevirib. Ölkəmizin mövqeyinin möhkəmlənməsi münaqişə ərtafında yaranan vəziyyətin məhz bizim xeyrimizə dəyişməsinə rəvac verdi. Hərbi imkanlarını genişləndirməklə yanaşı, Azərbaycan həm də diplomatik cəbhədə diktə edən tərəfə çevrildi. İndi döyüş meydanında Azərbaycan düşmənlə təkbaşına mübarizə aparır və ərazi bütövlüyümüz qarış-qarış azad olunur. Üçrəngli bayrağımızın Qarabağın döyünən ürəyində - Şuşada dalğalanması hər birimizi qürurlandırır. Son günə qədər düşmən Şuşa ilə bağlı yalan informasiyalar yayaraq, həm öz ictimaiyyətini, həm da beynəlxalq ictimaiyyəti aldatmağa cəhd edirdi. Amma şanlı Azərbaycan Ordusu Ali Baş Komandanın tapşırığını qətiyyətlə yerinə yetirdi. Şuşa işğalçı ölkə üçün psixoloji baryer olduğundan, düşmən hazırda isterik vəziyyətdədir.
Görünən odur ki, biz haqq işimiz uğrunda illərdir apardığımız ədalətli mübarizəni döyüş meydanında uğurla davam etdiririk. Əminliklə demək olar ki, digər ərazilərimizin də işaldan azad edildiyi günü tezliklə qeyd edəcəyik və Qarabağıdünyanın ən abad bölgələrindən birinə çevirəcəyik.
İlk növbədə qeyd edilməli olan nüanslar sırasında bu məqam xüsusi diqqətə layiqdir ki, qələbəmizin kökündə xalqımızın milli birliyi durur. Əks-hücum əməliyyatları başladığı gündən bütün Azərbaycan xalqı kimi, ölkədə fəaliyyət göstərən siyasi partiyalar da dövlət başçısının ətrafında yumruq kimi birləşərək, Onu qeyd-şərtsiz dəstəklədi. Təsadüfi deyil ki, Şuşanın işğaldan azad olunması xəbəri elan olunandan dərhal sonra Azərbaycanda fəaliyyət göstərən 50 siyasi partiya bu münasibətilə Ali Baş Komandan, Prezident İlham Əliyevə təbrik məktubu ünvanladı. Partiya rəhbərləri cənab İlham Əliyevin hakimiyyətdə olduğu illərdə uğurla həyata keçirdiyi siyasət nəticəsində Azərbaycanın ən yeni tarixinin qızıl hərflərlə yazıldığını vurğuladılar və bunu dövlətimizin başçısının geniş dünyagörüşünün, siyasi uzaqgörənliyinin, diplomatik bacarıqlarının, hərbi-strateji dühasının, iqtisadi islahatlarının, xalqımızın Ona göstərdiyi yüksək etimadın, xalq-dövlət-vətəndaş cəmiyyəti arasında qarşılıqlı anlayış və hörmətin ən ali təcəssümü kimi ifadə etdilər. Qeyd etdilər ki, cənab İlham Əliyevin ölkə rəhbəri kimi, sadəcə, iqtisadi, sosial və siyasi sahələrdə deyil, Ali Baş Komandan olaraq ordumuzun həm maddi-texniki təminatının və döyüş qabiliyyətinin, həm də şəxsi heyətin peşəkarlıq səviyyəsinin yüksəldilməsi istiqamətində gördüyü işlər bugünkü Qələbəmizi təmin edən əsas amillərdir.
Azərbaycan işğal atındakı torpaqlarını azad etmək üçün uğurlu hərbi əməliyyatlara davam etdiyi zaman Ermənistan və onun havadarlarının ölkəmizə təzyiq cəhdləri məhz informasiya savaşının da sərkərdəsi olan cənab İlham Əliyevin diplomatik bacarığı, beynəlxalq münasibətləri doğru dəyərləndirməyi, məntiqli arqumentləri sayəsində qısa zamanda iflasa uğradı.İlham Əliyevin diplomatiyası faktlarla sübut etdi ki, Qarabağ əzəli Azərbaycan torpağıdır və əsrlər boyu burada azərbaycanlılar yaşayıb. İlham Əliyevin uğurlu xarici siyasəti sayəsində bütün aparıcı dünya təşkilatları Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barəsində ədalətli qətnamələr qəbul edib. Həmin sənədlər birmənalı şəkildə Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz bir hissəsi kimi tanıdır ki, bu da bizə əlavə güc verdi.
Ümummilli liderimiz Heydər Əliyevin “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir!” – kəlamı da özünü doğrultdu. "Biz güc toplayırıq, məqsədyönlü şəkildə, yorulmadan, bütün təzyiqlərə baxmayaraq, güc toplayırıq və toplamışıq. İqtisadi güc. Əgər iqtisadi gücümüz olmasaydı, bu Qələbəni əldə etmək mümkün olmazdı". Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şəhidlər Xiyabanından xalqa müraciətində bəyan etdi: “...Biz demək olar ki, təcrid edilmiş vəziyyətdə idik. Lakin biz bu gün Ermənistanı təcrid edilmiş hala saldıq”.
Həqiqətən də cənab İlham Əliyevin dediyi kimi, bizim transmilli layihələrimiz regionda tamamilə yeni mənzərə yaratdı. Biz regionun enerji xəritəsini, nəqliyyat xəritəsini yenidən tərtib etdik. Azərbaycanın təşəbbüsü ilə reallaşan layihələr təkcə bizim xalqımızın maraqlarını təmin etmir, bir çox ölkələrin maraqlarını təmin edir, o cümlədən region ölkələrinin. Qonşu ölkələrlə bizim həm ikitərəfli, həm üçtərəfli əməkdaşlıq formatlarımız vardır. Bütün bunlar Azərbaycanın beynəlxalq nüfuzunu böyük dərəcədə gücləndirdi. Əgər bu nailiyyətlər olmasaydı, problem dondurulmuş vəziyyətdə qala bilərdi. Bu illər ərzində bir çox ölkələrlə səmimi işguzar münasibətlər qura bildik. Bir çox ölkələr Azərbaycanı strateji tərəfdaş hesab edə bilir. Bütün qonşu ölkələrlə səmimi dostluq əsasında, qarşılıqlı inam, hörmət əsasında münasibətlər qura bildik. Biz bunu etməsəydik, münaqişə ətrafında tam başqa proseslər gedə bilərdi.
Ən nəhayət, öz müqəddəs vəzifəsini layiqincə icra edən cənab İlham Əliyev Şuşanın azad olunması müjdəsini verməklə həm bir xalqın illərlə həsrətində olduğu arzusunu, həm də bir övlad olaraq ata vəsiyyətini yerinə yetirmiş oldu. O, Şuşanın azad olunduğu gün ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdi, ulu öndərin ruhu qarşısında baş əydi. Möhtərəm Prezidentimiz həqiqətən də özünün dediyi kimi, xoşbəxt adamdır ki, ata vəsiyyətini yerinə yetirdi, Şuşanı azad etdi və xalqımıza zəfər müşdəsi verdi: “Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun, Azərbaycan! Gözünüz aydın olsun, dünya azərbaycanlıları!
İşğal altında olan hər qarış Vətən torpağının, xüsusilə də Şuşanın düşmən tapdağından azad edilməsi üçün göstərdiyi dəyanət, qətiyyət və səbrə görə möhtərəm Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevi və Azərbaycan xalqını ürəkdən təbrik edirəm!
Şuşa qələbəsindən sonra Böyük Zəfər müjdənizi səbirsizliklə gözləyirik!
Yaşasın Azərbaycan!

Kərim Tahirov,
Azərbaycan Milli Kitabxanasının direktoru,
Əməkdar mədəniyyət işçisi. Professor

11-11-2020, 12:59 | Vətən savaşı ilə bütövləşən Azərbaycan: nələri qazandıq?

Vətən savaşı ilə bütövləşən Azərbaycan: nələri qazandıq?

Vətən savaşı Azərbaycanın həm diplomatiyada, həm də hərb cəbhəsində tam qələbəsi ilə başa çatdı. Ali Baş Komandan, Prezident İlham Əliyevin iradəsi, Ordumuzun qüdrəti, xalqımızın milli birliyi sayəsində Ermənistanın dizini yerə gətirən tarixi qələbə qazandıq.

Bu qələbəmiz sayəsində minlərlə həmvətənlərimiz öz ata-baba torpaqlarına qayıdacaq. Obrazlı şəkildə ifadə etsək, artıq Vətənə işğal olunmamış yerlərdən binoklla baxaraq həsrət yaşamayıb, yurdumuza ayaq basma imkanımız olacaq.

Bu savaşın nəticələrindən narazı olan şəxslər isə əsasən tarixi Azərbaycanla bugünkü Azərbaycanın fərqini unudub, real faktları nəzərdən keçirməyənlərdir.

Geri qaytardıqlarımız əraziləri faktlarla təqdim edir:

- Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti 5 rayondan ibarət olub. Ərazisi 4400 kv/kmdir. Xəritədən də göründüyü kimi həmin anklava daxil olan Hadrut rayonu (ərazisi 1877 kv/km) tam olaraq Azərbaycan Ordusunun nəzarətindədir.

- Keçmiş Əskəran, Şuşa, Mardakert və Martuni rayonlarının da ərazilərinin bir hissəsinə Silahlı Qüvvələrimiz tərəfindən nəzarət edilir.


Xəritəyə baxdıqda bu ərazilərin ən azı 500 kv/km olduğunu aydın görmək olur. Toplam olaraq, ümumi ərazi 2377 kv/km edir.

Qalan ərazilərdə (4400-2377=2023 kv/km) isə hazırda ermənilər yaşayır.

Anlaşmanın şərtlərinə görə, həmin 2023 kv/km əraziyə tarixən yaşayan azərbaycanlılar BMT missiyası altında yerləşdirilir. O cümlədən, Xocalı, Ağdərənin 14 kəndi, Xankəndi, Xocavənd və s.
-azərbaycanlılar yaşayan ərazilər tam olaraq bizim yurisdiksiyamızda olur. Onların təhlükəsizliyini isə bizim hüquq mühafizə orqanlarımız rus sülhməramlıları ilə birgə təmin etməlidir.

-Bundan başqa mövcud şərtlərə əsasən, ermənilər yaşayan ərazilərdə erməni silahlı birləşmələri ola bilməz. Bizim nəzarətimizdə olan bütün ərazilərdə isə Silahlı Qüvvələrimizin hərbi bazaları olacaq. İşğaldan azad edilmiş istənilən ərazidə (o cümlədən, Şuşa, Hadrut və s.) bizim Türkiyə ilə birgə hərbi bazalar yaratmağımız daxili işimizdir.

- Putin və Ərdoğan arasında aparılmış danışıqlarda Azərbaycan ərazisində birgə sülhməramlı bazanın yaradılması razılaşdırılıb. Bu barədə bu gün rus mənbələri xəbər veriblər.

Aşağıdakı məqamlara da diqqət edək:

- Hazırkı şəraitdə bizim ermənilərlə qarşılıqlı etimad şəraitində birgə yaşamağımız mümkün deyil. Bunun zamana ehtiyacı var və bu missiya hazırda rus sülhməramlılarının üzərinə düşür.

- Hazırkı şərtlər daxilində yəni, təxminən 2000 kvadrat kilometr ərazidə ermənilərin azərbaycanlılarla birgə yaşaması, gələcəkdə bu ərazidə hər hansı separat rejimin formalaşdırılmasını, bu torpaqların nəzarətimizdən çıxmasını mümkünsüz edir.

- Bu tarixi qələbəyə ən çox üzülən və bu ağır şərtlərin dəyişməsinə çalışan erməni cəmiyyətidir. Lakin proseslərin təhlili göstərir ki, onların başqa çıxış yolu qalmayacaq.(musavat.com)

11-11-2020, 12:12 | Hikmət Hacıyev: Şəhidlərimiz geosiyasi oyunları darmadağın ediblər

Hikmət Hacıyev: Şəhidlərimiz geosiyasi oyunları darmadağın ediblər

Allah şəhidlərimizə rəhmət eləsin. Onlar qanları və canları ilə "fait accompli" prinsipi ilə işğala əsaslanan status kvonu bizə illər ərzində qəbul etdirməyə yönələn geosiyasi oyunları darmadağın ediblər.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tvitterdəki hesabında yazıb.

"Torpaqlarımız işğaldan azad olundu. Qarabağın ürəyi olan Şuşa azad edildi"-deyə, o bildirib.

Allah şəhidlərimizə rəhmət eləsin. Onlar qanları və canları ilə 'fait accompli' prinsipi ilə işğala əsaslanan status kvonu bizə illər ərzində qəbul etdirməyə yönələn geosiyasi oyunları darmadağın etdilər. Torpaqlarımız işğaldan azad olundu. Qarabağın ürəyi olan Şuşa azad edildi.

9-11-2020, 05:41 | Bu gün Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur



Azərbaycanda Dövlət Bayrağı Gününün qeyd olunmasına başlanılmasından 11 il keçir.

2009-cu il noyabrın 17-də Azərbaycan Prezidenti İlham Əliyevin Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında imzaladığı sərəncama əsasən, hər il noyabrın 9-u Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü qeyd olunur.

Dövlət bayrağı Azərbaycan dövlətinin suverenliyinin rəmzidir. Bayraq eyni ölçüdə olan üç üfüqi rəngli zolaqlardan ibarətdir: yuxarıda mavi, ortada qırmızı, aşağıda yaşıl zolaq. Qırmızı zolağın mərkəzində ağ rəngdə aypara və səkkizguşəli ulduz təsvir olunub.

Bayrağın mavi rəngi türkçülüyü, qırmızı müasir cəmiyyəti, demokratiyanı, yaşıl rəng isə islamçılığı tərənnüm edir.

Azərbaycanın dövlət bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin iclasında qəbul edilib.

28 aprel 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süqutu və sovet hakimiyyətinin qurulmasından sonra üçrəngli bayraqdan imtina edilib.

Bu bayraq növbəti dəfə 17 noyabr 1990-cı ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarı əsasında Muxtar Respublikanın Dövlət bayrağı kimi qəbul edilib. Həmin vaxt Naxçıvan Muxtar Respublikası Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət də qaldırıb. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikası Ali Soveti Naxçıvan MR Ali Məclisinin vəsatətinə baxıb və üçrəngli bayrağın Azərbaycanın Dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərar qəbul edib.

2009-cu ilin noyabrında Dövlət Bayrağı Günü ilə bağlı Əmək Məcəlləsinin 105-ci maddəsinə edilən əlavəyə əsasən, 9 noyabr Azərbaycanda Dövlət Bayrağı Günü ölkədə qeyri-iş günü olan bayramların siyahısına daxil edilib.

������������ ������� DLE ������� ��������� ��� dle.
���������� ���� ������ ��� ��������� ������.
����������� �������� ������� � �������� ������.
����������� �������� ������������ ��� �������� ����.
������ ����� �������� ��������� ����� ������.
����� ���������� �� ���� ��� ���� � ��� �����.