28-12-2023, 15:39 | Azərbaycan və Türkiyə birgə hərbi təlimlər keçirib

Azərbaycan və Türkiyə birgə hərbi təlimlər keçirib


Azərbaycan və Türkiyə birgə hərbi təlimlər keçirib.

Respublica.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin sözçüsü Zeki Aktürk həftəlik brifinqdə çıxışı zamanı bildirib.

"26-28 dekabr tarixləri arasında Azərbaycanda "Hibrid Təhdidlərə Cavab Təlimi" keçirilib", - o qeyd edib.

"Regional və qlobal sülhə dəstək çərçivəsində "İki dövlət, bir millət" anlayışı ilə bərabər olduğumuz Azərbaycana dəstəyimiz davam etməkdədir", - Z.Aktürk əlavə edib.

Respublica.Az

28-12-2023, 14:50 | Sabah 8 dərəcə şaxta olacaq

Sabah 8 dərəcə şaxta olacaq


Sabaha gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Lakin gecə və səhər bəzi yerlərdə arabir yağıntılı olacağı, Abşeron yarımadasının şimalında yağışın qısa müddətə sulu qarla qarışıq yağması ehtimalı var. Şimal-qərb küləyi gündüz mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 2-6°, gündüz 8-11° olacaq. Atmosfer təzyiqi 771 mm civə sütunundan 774 mm civə sütununa yüksələcək. Nisbi rütubət 60-70% olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi rayonlarda arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 1-6°, gündüz 8-13°, dağlarda gecə 3-8° şaxta, gündüz 0-3° şaxta olacaq.

Respublica.Az





28-12-2023, 06:33 | "Qarabağ" Medinanın yerinə 1,2 milyonluq transfer edir?

"Qarabağ" Medinanın yerinə 1,2 milyonluq transfer edir?



"Qarabağ" uzun müddətə sıradan çıxan futbolçusu Kevin Medinanın əvəzedicisini tapıb.

Respublica.Az sportinfo.az-a istinadən xəbər verir ki, offsideplus.az-ın əldə etdiyi məlumata əsasən, Ağdam təmsilçisinə Gürcüstan millisi və hazırda APOEL (Nikosia) formasını geyinən Laşa Dvali təklif olunub.

28 yaşlı mərkəz müdafiəçisini bəyənən klub qarşı tərəfə rəsmi təklif göndərib və hazırda cavab gözlənilir.

Futbolçunun "Transfermarkt"də dəyəri 1,2 milyon manat (600 000 avro) civarındadır.

Dvali karyerası ərzində "Ferentsvaroş", "Kasımpaşa" klublarında çıxış edib.

Respublica.Az







27-12-2023, 05:12 | “Virus infeksiyaları daha çox 5 yaşa qədər uşaqlarda rast gəlinir”

“Virus infeksiyaları daha çox 5 yaşa qədər uşaqlarda rast gəlinir”



Kəskin respirator virus infeksiyalarına yoluxma daha çox 5 yaşa qədər uşaqların payına düşür.

Respublica.Az "report"a istinadən bildirir ki, bu barədə Səhiyyə Nazirliyinin K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun həkim-infeksionisti Günay Əliyeva deyib.

O bildirib ki, kəskin respirator virus infeksiyaları (KRVİ) kəskin yoluxucu virus xəstəliklərinin böyük qrupunu özündə birləşdirir: "Əsasən, tənəffüs yollarının selikli qişasının zədələnməsi ilə xarakterizə olunur. Bu qrup xəstəliklərə qrip, paraqrip, adenovirus, rotavirus, respirator sinisitial, rivovirus, reovirus və s. aiddir. Xəstələnmə ən çox 5 yaşa qədər uşaqların payına düşür. Bu, həmin yaş qrupuna aid artıq kəskin respirator virus infeksiyalarına yoluxan uşaqların uşaq müəssisələrinə getməsi ilə əlaqədardır. Təkrar xəstələnmə halları uşaq orqanizminin mühafizə qüvvəsinin zəifləməsinə, xroniki infeksiya ocaqlarının formalaşmasına səbəb olur".

G.Əliyeva bildirib ki, kəskin respirator virus infeksiyalarının yayılması daha çox yaz və payız aylarında müşahidə edilir: "Bunun əsas səbəbi yaz aylarında immunitetin zəifləməsi, digər səbəbi isə soyuğun təsirindən tənəffüs yollarının selikli qişasının zədələnməsi nəticəsində tənəffüs yolları xəstəliklərinin baş verməsidir. Yenidoğulmuşlar və 6 aya qədər uşaqlar digər yaşdakı uşaqlara nisbətən təcrid olunduğuna görə və anadan transplasentar yolla alınmış passiv immunitet saxlanıldığından xəstəliyə daha az hallarda yoluxurlar. Anadangəlmə immunitet zəif olduğu hallarda yenidoğulmuş və xüsusilə erkən doğulmuş uşaqlar da KRVİ ilə xəstələnə bilər".

Respublica.Az

26-12-2023, 08:07 | Yeni İl süfrəsində hansı yeməklər olmalıdır?

Yeni İl süfrəsində hansı yeməklər olmalıdır?



Yeni ildə süfrədəki yeməklərdən tez-tez dadmaq həzm pozğunluğuna və mədə ağrısına səbəb ola bilər.

Respublica.Az publika.az-a istinadən xəbər verir ki, bu barədə diyetoloq Marina Makişa Lenta.ru-ya açıqlamasında deyib. O, yeməkləri müəyyən qaydada yeməyi tövsiyə edib və hansı qidaların həzmə kömək etdiyini vurğulayıb:

"Əvvəlcə bir az tərəvəz, sonra yağsız balıq, kiçik bir hissə fermentləşdirilmiş qidaların, sonra isə digər yeməklərin dadına baxa bilərsiniz. İlk növbədə çoxlu lif ehtiva edən tərəvəzlər və göyərtilərə üstünlük verin".

Mütəxəssisin sözlərinə görə, onlar həzm sistemini stimullaşdırır və kifayət qədər az miqdarda kalori ilə toxluq hissi yaradır. Buna görə də, Yeni il şənliyinə tərəvəz ilə başlamaq daha yaxşıdır - təxminən 200-300 qram.

"Tərəvəz salatı da əla seçim olacaq və onu ağır olivye salatından əvvəl yemək tövsiyə olunur. Süfrədə müvafiq olaraq kələm və ya pomidor kimi turşu delikateslər də ola bilər. Fakt budur ki, bu məhsullar fermentləşdirilib və artıq həzmə kömək edən müəyyən miqdarda probiotik bakteriyaları ehtiva edir. Yeni il süfrəsinə nişastalı qidaları daha yaxşı həzm etməyə kömək edən fermentləşdirilmiş ət məhsulları da qoya bilərsiniz", - Marina Makişa bildirib.

Respublica.Az



26-12-2023, 07:39 | Sağ əlin verdiyini sol əl bilməməlidir

Sağ əlin verdiyini sol əl bilməməlidir



Atalarımızın gözəl bir sözü var: "Sağ əlin verdiyini sol əl bilməməlidir". Elə müqəddəs dinimiz Islamın da göstərişi budur.

Dinimizdə başqalarına yardım etmək, ətrafdakılara qayğı göstərmək, çətinliyə düşənlərin əlindən tutmaq nə qədər təkid olunmuşsa da, bunu minnət qoyaraq, başa qaxanc vuraraq etmək də bir o qədər günah sayılıb. Insan yaxşılığı Allahın razılığını qazanmaq naminə etməlidir. Unutmamalıdır ki, ehsan etmək gücünü də ona Allah verib. Əgər Allahın istəyi və yardımı olmasa, heç kim əlini əlinin üstündən götürə bilməz. Köməksizə, kimsəsizə verdiyimiz hər qəpiyin əldə edilməsi üçün Ulu Yaradana borcluyuq. Necə deyərlər, Allah bir kəsin ruzisini başqasının əli ilə yetirir.

Etdiyimiz yaxşılığı reklama çevirmək naminə, camaatın diqqətini cəlb etmək xatirinə, "filankəs necə səxavətlidir, necə ürəyi yumşaqdır" söyləsinlər deyə, hər nə etsək belə, qəbula yetməyəcək. Allah hamının əməlinin əvəzini niyyətinə görə verir və yalnız xalis niyyətli insanların əməlini qəbul edib mükafatlandırır. Bir kəsə yaxşılıq edəndən sonra bunu onun üzünə vursaq, nəinki qazandığımız savabı pozmuş oluruq, hətta üstəlik günah da qazanırıq. Çünki müsəlmanı incitmək - hansı yolla olursa olsun, istər əməllə, istərsə də dillə - günahdır. Kömək etdiyimiz adam bizim rişxəndli eyhamlarımızı, ətrafa car çəkdiyimiz elanları görəndə yəqin ki özünü narahat hiss edəcək və qəlbi sınacaq.

Verdiyimiz pul onun üçün ağır yükə, ehsan etdiyimiz xörək onun üçün zəhərə çevriləcək. Buna görə də müqəddəslərimiz bir kəsə yardım göstərərkən bunu adətən başqalarından gizli tutmağa çalışırdılar. Hətta həmin adamın əskilib xəcalət çəkməməsi üçün bəzən özlərinin kimliyini ona tanıtdırmırdılar. Imamlar gecələr öz çiyinlərinə ərzaqla dolu torba yükləyib, kimsəsizlərin məhəlləsinə daşıyır, hər kəsin payını qapısının ağzına qoyub qayıdırdılar.

Həzrət Əli (ə) vəfat etdikdən sonra Kufənin miskin müsəlmanları onlara gətirilən ərzağın bir müddət kəsildiyini görüb başa düşdülər ki, yemək payını onlara gətirən xəlifənin özü imiş. Kərbəlada Imam Hüseynin (ə) cənazəsini dəfn edənlər Onun çiynində döyənək yeri olduğunu gördülər. Əvvəlcə müharibədə qazanılmış yara olduğunu zənn etdilər. Amma sonra bildilər ki, bu, Mədinə yoxsulları üçün çiynində daşıdığı çörək torbasının izidir. İslam Peyğəmbəri və imamlar öz ətrafındakıları da bu ruhda tərbiyə etməyə çalışırdılar. Əhli-beytin əxlaq məktəbindən dərs almış şəxsiyyətlər hər kəsə təmənnasız yaxşılıq etməyi özlərinin bəndəlik borcu bilirdilər. Bir gün Imam Mühəmməd Təqinin (ə) şagirdlərindən biri o həzrətin yanına gəlmişdi. Imam gördü ki, bu adam çox xoşbəxt görünür. Soruşdu: "Bu cür sevinməyinin səbəbi nədir?".

O adam cavab verdi: "Ey Peyğəmbərin övladı! Atanızdan eşitmişdim ki, insan üçün ən xoşbəxt və sevincli gün ehsan və xeyirxahlıq etdiyi, öz din qardaşının çətinliyini aradan qaldırmağa imkan tapdığı gündür. Bu gün bir neçə yerdən ehtiyaclılar yardım üçün mənə müraciət etmişdilər. Mən Allahın köməyi ilə on nəfərin çətinliyini həll edə bildim. Bu üzdən sevinirəm". Imam buyurdu: "And olsun ki, sevinməyə layiq bir haldır. Amma bu şərtlə ki, öz xeyir əməllərini zay və batil etməyəsən".

Sonra Imam Qurandan aşağıdakı ayəni oxudu: "Ey iman gətirənlər! Sədəqələrinizi minnət qoymaq və əziyyət verməklə puça çıxarmayın" (Bəqərə, 264). Imamlarımız bunu öyrədirdilər ki, əsl mömin öz yaxınlarının vəziyyəti ilə daim maraqlanmalı, yardıma ehtiyacı olanın çətinliyini o ağız açmazdan əvvəl həll etməyə səy göstərməlidir. Qohumlar bir-birinin dolanışığına bələd olmalıdırlar, qonşular bir-birinin ac ya tox olduğunu bilməlidirlər. Imam Cəfər Sadiqin (ə) bu barədə bir sözü çox təsirlidir.

O həzrət öz tərəfdarlarına tövsiyə edirdi ki, ehtiyaclı insanı arayıb-axtarsınlar, o öz dərdini deməzdən əvvəl ona kömək etsinlər. Imam buyururdu ki, ən gözəl yaxşılıq bir kəs sənə ağız açmazdan əvvəl etdiyin yaxşılıqdır. Xahiş və yalvarışdan sonra edilən bəxşiş yalvaran adamın abır-həyasının və mənliyinin qiymətidir. Müqəddəslərimiz bəzən ehtiyaclı adamın yalvarış dolu səsini eşitməmək üçün tapşırırdılar ki, insanlar öz istəklərini yazılı şəkildə onlara bildirsinlər. Pul üçün gələnlər lazım olan məbləği ya kağıza yazır, ya da torpağın üzərində cızırdılar. Imamlar da bu məbləği adətən qapının və ya pərdənin arxasından həmin adama verirdilər.

Çünki o şəxsin dilənməkdən utanan üzünü və xəcalətli gözlərini seyr etmək istəmirdilər. Bir gün Imam Rza (ə) öz səhabələri ilə oturub söhbət edirdi. Adamlar şəriət və din barədə suallarını o həzrətə verib cavabını eşidirdilər. Bu zaman uca boylu qaraşın bir adam daxil olub Imama salam verdi və dedi: "Ey Peyğəmbərin övladı! Mən Sizin və ata-babalarının tərəfdarlarından (şiələrdən) biriyəm.

Yol pulum qurtarıb, öz şəhərimə qayıda bilmirəm. Məsləhətdirsə, mənə bir qədər pul borc verin ki, vətənimə gedib-çatım. Mən imkanlı adamam, amma mal-mülküm vətənimdədir. Söz verirəm ki, evimə çatandan sonra öz malımdan həmin məbləğdə pul ayırıb Sizin adınızdan kasıblara sədəqə verərəm". Imam qalxıb öz otağının qapısını açdı və içəri keçdi. Az sonra qapını aralayıb iki yüz dinar pulu oradan çölə uzatdı və buyurdu: "Bu iki yüz dinarı al və yol xərcini tədarük et.

Vətəninə çatandan sonra bu pulu mənim adımdan sədəqə verməyə də ehtiyac yoxdur. Mən bu pulu sənə hədiyyə edirəm. Indi get ki, nə mən səni görüm, nə də sən məni görəsən". Həmin adam pulu Imamın əlindən alıb çıxdı. Sonra Imam da otaqdan çıxıb camaatın yanına gəldi. O həzrətdən soruşdular: "Siz bu adama hörmət etdiniz, ona yardım göstərdiniz. Niyə pulu qapının arxasından verib onunla görüşmədiniz?". Imam buyurdu: "Belə etdim ki, onun üzündəki xəcaləti görməyim".

26-12-2023, 06:45 | Siyasət Əsgərov Türkiyə klubundan ayrıldı

Siyasət Əsgərov Türkiyə klubundan ayrıldı


Azərbaycanın qadın futbolçulardan ibarət yığmasının baş məşqçisi Siyasət Əsgərov Türkiyənin "Fomget" klubundan ayrılıb.

Respublica.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə klubu məlumat yayıb. Tərəflər müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam veriblər.

Komandanı bundan sonra Əsgərovun köməkçisi çalışdıracaq. Klub mütəxəssisə əməyinə görə təşəkkür edib və ona gələcək karyerasında uğurlar arzulayıb.

Qeyd edək ki, "Fomget" Əsgərovun rəhbərliyi altında Türkiyə Qadınlar Superliqasının son mövsümünün çempionu olub.

Respublica.Az



25-12-2023, 06:13 | İnfarkt öncəsi bu ağrılar olur - Diqqət

İnfarkt öncəsi bu ağrılar olur - Diqqət


İnfarktdan öncə infarktönü vəziyyət yaranır. Çox xəstələr bu məqamı gözdən qaçırır.

Respublica.Az Medicina.az-a istinadən xəbər verir ki, kardioloq Anastasiya Fomiçeva ürək üçün tipik olmayan kardial simptomları açıqlayıb.

"Tipik simptomlara döş qəfəsində ağrı, sancı, təngnəfəslik, təzyiqin qəfil düşməsi, ürək ritminin pozulması - ya aritmiya, ya bradikardiya aiddir. İnfarkönünün qeyri-tipik simptomları: qəfil zəiflik, tərləmə, ürəkbulanma, qusma, öyümə, qarında ağrı, öskürək, huşun itməsi, ölüm qorxusu, ayaqların gücsüzləşməsi.

Aşağıdakı simptomlar isə artıq infarktın kəskin fazasını göstərir:

- Sinədə sanki beton plitə varmış kimi ağırlıq;

- Sinədə alov, yanma hissi;

- Sanki öndən və arxadan bıçaq kəsirmiş kimi hiss;

- Ağrının boyun, çənə, qola, qarına yayılması;

- Nitroqliserin qəbulundan sonra da ağrının kəsməməsi;

- Ağrı 20-30 dəqiqədən tutmuş 5 saata kimi davam edə bilər", - kardioloq qeyd edib.

Respublica.Az






25-12-2023, 06:11 | Axşam 9-dan sonra yeyənlər daha çox insult olur – Alimlər

Axşam 9-dan sonra yeyənlər daha çox insult olur – Alimlər


Gec saatlarda axşam yeməyi ürək-damar patologiyaları riskini artırır.

Respublica.Az medicina.az-a istinadən xəbər verir ki, endokrinoloq Yelena Prikolenko alimlərin son nəticələrindən danışıb.

"Onlar saat 21:00-dan sonra qida qəbul etmək və səhər 8-dən gec oyanmaq vərdişi ilə insult arasında əlaqə tapıblar.

Bu adamlarda axşam 8-ə qədər artıq yeməyini bitirənlərə nisbətdə insult riski 28% çox olur.
Xüsusilə bu hal qadınlar üçün təhlükəlidir.

Axşam gec yeyənlərdə metobolik pozulma olur, artıq çəki, piylənmə yaranır, hormonal pozulma olur. Bu da insulin hasilini pozur, damarları tıxayır, təzyiqi qaldırır".

Respublica.Az





25-12-2023, 06:05 | Hamı Quranı oxuyub başa düşə bilər?

Hamı Quranı oxuyub başa düşə bilər?


Quran oxuyan hər kəs onu başa düşər. Lakin bu məsələ hər bir insanın bilik səviyyəsi, mədəni qabiliyyəti və tutumu ilə məhduddur. Belə ki, bir əkinçi və ya çoban da Quranı anlaya bilər, bir həkim, fizik və ya mühəndis də. Ancaq bunlar arasında hansının idrak qabiliyyəti və təcrübəsi daha çox isə o, daha çox şey əldə edəcək və daha yaxşı başa düşəcəkdir.

Quran hər bir müsəlmanın başa düşəcəyi səviyyədədir və bu onun öhdəliyidir. Çünki orda hamının bildiyi beynəlxalq doğrular insanlara çatdırılır. Amma Quranı başa düşmək başqa məsələ, ondan hansısa hökm isə çıxarmaq başqa bir məsələdir.

Hər insan fiqhi məsələdə Qurandan hökm çıxarmalı deyil; çünki bu onun öhdəliyi deyil. Qurandan hansısa hökm çıxarmaq alimlərin işidir. Alimlər də Quranı öz başlarına deyil, müəyyən metodlara əsasən təfsir edir, ondan hökm çıxarmağa çalışırlar.

Quranı izah edib açıqlamaqda Quranın özünün göstərdiyi metodlar var. Bu metod bir mütəxəssis heyəti tərəfindən tətbiq olunmalıdır. Bu heyəti təşkil edənlər Quranın izahlarını anlaya bilərlər.

Milli.Az

������������ ������� DLE ������� ��������� ��� dle.
���������� ���� ������ ��� ��������� ������.
����������� �������� ������� � �������� ������.
����������� �������� ������������ ��� �������� ����.
������ ����� �������� ��������� ����� ������.
����� ���������� �� ���� ��� ���� � ��� �����.