23-12-2023, 09:34 | Oruc tutan şəxs söyüş söysə orucu pozulurmu?

Orucu pozan bütün əməllər və hallar şəriət kitablarında ətraflı şəkildə izah edilmişdir. Bu səbəblərin arasında söyüş söymək qeyd edilməmişdir. Yəni söyüş söyməklə şəriət baxımından oruc pozulmaz. Söyüş nə qədər günah və bəyənilməz əməl olsa da, zahiri baxımdan orucu batil etməz. Amma unutmayaq ki, orucun şəriətə uyğun zahiri məqamı ilə yanaşı batini məqamı da vardır. Əsl mömin şəxslərin orucu yalnız ac qalmaq, cinsi istəkdən kənar durmaq və digər bir sıra höklmlərlə məhdudlaşmır. Mömin şəxs mədəsini yeməkdən, cinsiyyət üzvünü cinsi əlaqədən uzaq tutduğu kimi bütün bədən üzvlərini də haramdan uzaq tutmalıdır. Onun gözü harama baxmamalı, qulağı haram sözləri eşitməməli, dili haram sözlər danışmamalı, əli haram iş görməməli, ayağı haram iş dalınca getməməlidir. Bu qaydaya əməl edənlər layiqli şəkildə oruc tutmuş sayılırlar və onların orucu Allahın dərgahında mütləq qəbul olur.//milli.az//
Respublica.Az
22-12-2023, 13:35 | Bu şəxslər müəllim ola bilməyəcək

Uşaqlara qarşı cinsi istismara görə məhkum olunmuş şəxslər pedaqoji fəaliyyətlə məşğul ola bilməyəcək.
Respublica.Az Trend-ə istinadən xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Ümumi təhsil haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev təklif edilən dəyişikliklərin uyğunlaşdırma xarakterli olduğunu söyləyib. O, "Uşaqların cinsi istismardan və cinsi zorakılıqdan müdafiəsi haqqında" Avropa Şurası Konvensiyasının ratifikasiyası ilə bağlı Cinayət Məcəlləsinə müvafiq dəyişikliklərin edildiyini bildirib.
Buna uyğun olaraq, sənədə daxil olan "Ümumi təhsil haqqında" qanunun 27.2.5-ci maddəsində "və ya" sözlərindən sonra "cinsi" sözü əlavə edilir. Düzəlişə əsasən, uşaqlara qarşı cinsi istismar və ya cinsi zorakılıqla bağlı cinayətə görə məhkum olunmuş şəxslər pedaqoji fəaliyyətlə məşğul ola bilməzlər.
Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
Respublica.Az
22-12-2023, 09:49 | Bakıda yol qəzasında ana və oğlu xəsarət aldı

Bakının Xəzər rayonununda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Respublica.Az report.az-a istinadən xəbər verir ki, iki avtomobilin toqquşması zamanı 1954-cü il təvəllüdlü İsmayılova Elmira Böyükağa qızı və övladı, 1995-ci il təvəllüdlü İsmayılov Süleyman Ağabəy oğlu xəsarət alıblar.
Ətraflı
Yaralılar təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Hadisənin təfərrüatı araşdırılır.
Respublica.Az
22-12-2023, 09:44 | Bəzi ərazilərdə yağış yağacaq

Dekabrın 22-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Mülayim cənub-qərb küləyi əsəcək, gündüz arabir güclənəçək. Havanın temperaturu gecə 5-8°, gündüz 10-15° olacaq.
Atmosfer təzyiqi 757 mm civə sütunundan 751 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70% olacaq.
Azərbaycanın rayonlarında da hava əsasən yağmursuz keçəcək. Lakin gündüz əsasən dağlıq ərazilərdə qısamüddətli yağıntılı olacağı ehtimalı var.
Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək, gündüz 10-15°, dağlarda gecə 3-8° şaxta, gündüz 2-7° olacaq.
Respublica.Az
20-12-2023, 19:06 | Aqil Qəribov nazir müavini təyin EDİLDİ

Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinə yeni müavin təyin edilib.
Bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimov sərəncam imzalayıb.
Sərəncama əsasən, Aqil Qəribov nazirin yeni müavini təyin olunub.
Qeyd edək ki, A.Qəribov bu vəzifəyə qədər Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin aparat rəhbəri kimi çalışıb.//Report
Respublica.Az
20-12-2023, 18:30 | Azərbaycan dəmiryolu daşıma tariflərinə Türkiyə daşıyıcıları üçün endirim edib

Nəqliyyat sahəsində gündəlikdə duran bütün məsələlər müsbət məcrada həll olunub. Azərbaycan tərəfindən dəmiryolu daşıma tariflərinə Türkiyə daşıyıcıları üçün əhəmiyyətli endirimlər tətbiq edilib.
Respublica.Az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov dekabrın 20-də ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Respublikasının vitse-prezidenti Cevdet Yılmazla görüşü zamanı qeyd edib.
Qeyd edilib ki, Azərbaycanın əsas hissəsi ilə Türkiyə arasında birbaşa dəmir yolu əlaqəsinin təmin edilməsi baxımından Qars-Naxçıvan dəmir yolu layihəsinin reallaşdırılması mühüm əhəmiyyət kəsb edir.
Bu baxımdan, sentyabrda prezidentlər tərəfindən imzalanmış niyyət protokolunun önəmi vurğulanıb.
Tərəflər hər iki ölkənin ətraf mühitin qorunması və iqlim dəyişikliyi ilə mübarizə sahəsində də əməkdaşlığa böyük önəm verdiyini bildiriblər.
Respublica.Az
20-12-2023, 18:27 | Şuşaya giriş-çıxışa məhdudiyyət qoyulmayıb - RƏSMİ

Bayram günlərində Şuşa şəhərinə giriş-çıxışa məhdudiyyət qoyulmayıb.
Respublica.Az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin Şuşa Rayonunda xüsusi nümayəndələyinin məlumatında deyilir.
Ətraflı
Qeyd olunub ki, bir sıra yerli KİV orqanlarında 31 dekabr-2 yanvar tarixləri arasında Şuşa şəhərinə giriş-çıxışa məhdudiyyətlərin qoyulması ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar yer alıb.
"Bildiririk ki, Şuşa şəhərinə giriş-çıxış hər zaman olduğu kimi müvafiq prosedur qaydalarına uyğun olaraq həyata keçirilir və heç bir məhdudiyyət qoyulmayıb".
Respublica.Az
20-12-2023, 18:18 | Teleqramda saxta səhifələr yaradılıb - Xəbərdarlıq

Teleqram ani mesajlaşma tətbiqində "PashaPay" şirkətinin məhsulu olan "m10"a aid saxta səhifələr yaradılıb. Dələduzlar vətəndaşların etimadından sui-istifadə edərək həvəsləndirici hədiyyə vədləri təklif edirlər.
Respublica.Az Elektron Təhlükəsizlik Xidmətinin yaydığı məlumata istinadən xəbər verir ki, hədiyyənin əldə olunması üçün vətəndaşlardan müəyyən məbləğlərdə maliyyə vəsaiti tələb olunur.
"Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara rəsmi olmayan səhifələrə etimad etməməyi və hər hansı şirkətin həyata keçirdiyi kampaniyalarla bağlı məlumatlarla qarşılaşdıqda ilk növbədə, həmin şirkətlə əlaqə saxlamağı və yaxud şirkətin rəsmi veb-saytına daxil olaraq məlumatı dəqiqləşdirməyi tövsiyə edir", - deyə məlumatda bildirilir.
Respublica.Az
20-12-2023, 18:06 | "Barselona"da böhran - Bütün futbolçularını satır

La Liqda istənilən mövqedə olmayan "Barselona" klubunda böhran yaşanır.
Respublica.Az metbuat.az-a istinadən xəbər verir ki, "Barselona" iqisadi cəhətdən də çəkinlik çəkir. "Revelo"nun xəbərinə görə, "Barselona" Maliyyə Fair Play qaydaları üçün tələb olunan vəsaiti tapa bilməyib. Kataloniya nəhəngi hazırda yeni investor tapmaq üçün hərəkətə keçib. Danışıqlar aparılsa da, hələlik investorlar razılıq verməyib. İnvestorların tapılmaması "Barselona"nın oyunçularını satma ehtimalını artırır. Məlumata görə, ötən mövsüm Osmane Dembele, Antoine Qriezmann, Frank Kessie, Niko Gonzalez, Abde Ezzalzouli və Trinkaonun satışından təxminən 103 milyon avro əldə etsə də, balans üçün daha çox pula ehtiyacları var.
Bu səbəbdən bütün oyunçulara edilən təkliflərin dəyərləndiriləcəyi bildirilir. "Barselona" investor tapa bilməsə Robert Levandovski, Andreas Kristensen və Jül Kounde kimi futbolçuları sata bilər.
Respublica.Az
20-12-2023, 18:01 | Vaqif Əsədovun yerinə təyinat - FOTO

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsində yeni təyinat olub.
Respublica.Az oxu.az-a istinadən xəər verir ki, bu barədə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı, polis kapitanı Toğrul Nəsirli Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin Təbliğat və İctimai İşlər üzrə rəisi təyin edilib.
Qeyd edək ki, adıçəkilən bölmənin əvvəlki rəisi polis polkovniki Vaqif Əsədov olub. O, yaş həddi ilə əlaqədar daxili işlər orqanlarından təqaüdə göndərilib. İndiyə qədər isə polis mayoru Araz Əsgərli həmin bölmənin rəisi vəzifəsini müvəqqəti icra edib.
Respublica.Az



















