1-03-2022, 09:21 | Bütün günü yorğun, yuxulu olursunuzsa... 6 ən yayılmış SƏBƏB

Bütün gecəni yatan insan buna baxmayaraq gün ərzində daim yatmaq istəyirsə, yuxulu, süst olursa, bunun səbəbini mütləq araşdırmaq lazımdır. Bəzən bu çox ciddi xəstəlik və pozulmalara işarə edir.
Saglamolun.az sizi günorta yuxululuğunun səbəbləri ilə tanış edir.
1. Qanazlığı
Yuxululuq, süstlük və zəiflik qanazlığına işarə edə bilər. Bu pozulma daha çox qadınlarda inkişaf edir. Qanazlığının səbəbindən asılı olaraq (dəmir defisiti, B12 vitaminin defisiti və s.) xəstəyə xüsusi pəhriz və müalicə təyin oluna bilər.
2. D vitamininin çatışmazlığı
D vitamininin defisiti orqanizmdə xroniki yorğunluğa, yuxu və diqqətin pozulmasına səbəb olur. D vitamininin defisiti xüsusi qan analizinin köməyi ilə aşkar olunur. Defisit təsdiq olunarsa xəstəyə D vitamini təyin olunacaq.
3. Yuxu apnoesi
Yuxuda xoruldayan insanlar adətən pis yatır, tez-tez oyanır və bu da günorta vaxtı yuxululuğa səbəb olur. Apnoe əslində çox ciddi pozulmadır və apnoedən əziyyətə çəkən insanlarda insult və ani ölümün riski xoruldamayan insanlarla müqayisədə daha yüksək olur.
Apnoedən xilas olunmaq üçün mütəxəssislər böyür üstə yatmağı, siqaretdən imtina etməyi, artıq çəki varsa arıqlamağı, yatmazdan qabaq sakitləşdirici və yuxu dərmanları mümkün qədər qəbul etməməyi, spirtli içkiləri içməməyi tövsiyə edirlər.
4. Aşağı təzyiq
Təzyiqin düşməsi də yuxululuq və zəiflik kimi simptomlara səbəb olur. Aşağı təzyiqin səbəbləri arasında bunlardır: ürək xəstəlikləri, ürək qüsurları, qanazlığı, qalxanvari vəzi xəstəlikləri, uzunmüddətli streslər, qanaxmalar və s. Lakin bir çox hallarda hipotoniyadan əziyyət çəkən insanda heç bir buna səbəb ola bilən xəstəlik aşkar olunmur. Belə hallarda həkimlər düzgün qidalanmağı, sağlam həyat tərzi sürməyi, yorulmamağı, stresli vəziyyətlərdən uzaq olmağı tövsiyə edirlər.
5. Depressiya
Depressiyanın əsas simptomlarından biri daimi səbəbsiz yorğunluqdur. İnsan heç bir işlə məşğul ola bilmir, bütün günü yatmaq istəyir.
6. Hormonal dəyişikliklər və pozulmalar
Qadınların orqanizmində menstrual dövrlə bağlı olan hormonal dəyişikliklər onların ümumi vəziyyətinə də təsir edir. Belə ki, menstruasiyadan 1-2 gün əvvəl və 5-6 gün sonra qadınlar yuxululuq hiss edə bilərlər.
Digər hormonlarla bağlı olan səbəb - qalxanvari vəzinin funksiyasının zəifləməsidir. Bu hal "hipotireoz" adlanır. Hipoterioz zamanı maddələr mübadiləsi ləngiyir və bu da yuxululuq və reaksiyaların ləngiməsinə səbəb olur.
Saglam
1-03-2022, 09:09 | Diqqət! Qaraciyər üçün ən ziyanlı 3 məhsul

Qaraciyər çox güclü və özü özünü bərpa edə bilən orqandır.
Lakin qidalanmada bəzi məhsulların çox olması bu orqanın sağlamlığına ciddi ziyan vura bilər, pozulmaların inkişafına səbəb ola bilər.
Saglamolun.az xarici KİV-lərə istinadla qaraciyər üçün ən ziyanlı 3 məhsulun adını açıqlayır.
1. Şəkər
Şəkərin rasionda həddindən artıq olması qaraciyərin piylənməsinə səbəb ola bilər. Artıq şəkər piyə çevrilir və hepatositlərin (qaraciyərin hüceyrələri) daxilində toplanır. Belə hepatositlər öz funksiyalarını itirir. Qaraciyərin piylənməsi gələcəkdə sirrozun inkişafına şərait yaradır.
2. Transyağlar, marqarin
Transyağlar hüceyrələrin normal qidalanmasını pozur, onların "çirklənməsinə" səbəb olur. Bu orqanizmin bütün hüceyrələrinə və o cümlədən qaraciyərin hüceyrələrinə aiddir.
Təəssüf ki, transyağlar müasir insanlar istehlak etdiyi bir çox qidalarda var. Bu xüsusilə fast-fud qidalarına, hazır qidalara (peçenye, vafli, çipsi, müxtəlif souslar və s.) aiddir.
Ümumdünya Səhiyyə Təşkilatı transyağlarını qidalanmadan tam çıxarmağa çağırır.
3. Şirin qazlı içkilər
Alimlərin fikrinə görə, qazlı içkilər qaraciyərə az qala spirtli içkilər kimi mənfi təsir edir.
Şəkər və müxtəlif kimyəvi qatqılarla zəngin olan şirin qazlı içkilərdən sui-istifadə qaraciyərin piylənməsinə gətirib çıxarda bilər.
31-12-2021, 09:18 | Bu gün ictimai iaşə obyektləri gecə saat 2-dək işləyəcək

İctimai iaşə obyektlərinin 2021-ci il 31 dekabr saat 00:00-dan etibarən 2022-ci il 1 yanvar saat 02:00-dək fəaliyyət göstərməsinə icazə verilir.
Nazirlər Kabineti xüsusi karantin rejimində bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı əlavə tədbirlər barədə qərar qəbul edib.
Qərara əsasən Yeni il bayramı ilə əlaqədar şənlik mərasimlərinin təşkil olunduğu məkanlarda şənlik mərasimlərinin keçrilməsi onlar üçün müəyyən edilmiş mövcud qaydalara, tələblərə və metodiki göstərişlərə uyğun təşkil edilməlidir. Həmin tələblər aşağıdakılardır:
1) şənlik mərasimlərində qonaqların ümumi sayı 150 (yüz əlli) nəfərdən çox olmamalı və şənlik mərasiminin keçirildiyi məkanın sahəsi nəzərə alınmaqla hər bir zal üzrə qonaq tutumu müəyyənləşdirilməlidir;
2) 150 nəfərə qədər şəxsin iştirakı ilə təşkil olunan şənlik mərasimlərində iştirak edən yaşı 18-dən yuxarı bütün qonaqlar, COVID-19-a qarşı ən azı 2 doza peyvənd olunmalı və ya COVID-19-dan sağalaraq immunitetə malik olmaları barədə təsdiqedici sənədi olmalı yaxud COVID-19-a qarşı peyvəndə əks-göstərişi müəyyən edən əks-göstəriş sertifikatı olmalıdır və şənlik mərasimlərində iştirak edən qonaqlar üçün tənəffüs yollarını qoruyan fərdi vasitələrdən məcburi istifadə tələb olunmur;
3) şənlik mərasimində xidmət göstərən heyətin (musiqiçilər istisna olmaqla) tibbi maskalardan, əlcəklərdən və digər fərdi qoruyucu vasitələrdən istifadəsi məcburidir;
4) şənlik mərasimi keçirilən məkanın və ya müəssisənin sahibi həmin obyekt daxilində fəaliyyət göstərən tədbir zalları, onların tutumu və çalışan işçi heyət (müvəqqəti işə cəlb edilmiş işçilər daxil olmaqla) barədə, habelə şənlik mərasiminin keçirilməsi tarixinə ən azı 5 (beş) gün qalmış mərasimin başlama və bitmə vaxtı (saat 02:00-dan gec olmamaqla), qonaq sayı haqqında məlumatları "icaze.e-gov.az" portalına daxil etməlidir.
31-12-2021, 09:15 | Qurban bayramının tarixi açıqlandı

2022-ci il üzrə Qurban bayramının tarixi açıqlanıb.
Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadənin 2022-ci il üzrə Miladi təqvimlə bağlı paylaşımında qeyd edilib.
Bildirilib ki, gələn il Qurban bayramı iyulun 9-10-na təsadüf edəcək.
31-12-2021, 09:10 | Çoxallahlıq hansı dəlillərlə inkar olunur?

İslam çoxallahlığın bariz nümunəsi olan bütpərəstlik mühitində zühur etdi. İnsanlarınzaman-zaman etiqad etdiyi bütləri qırıb Allahın birliyinə inam yaratmaq, yalnız əsaslı dəlillər vasitəsi ilə mümkün idi. İslam məntiq və dəlillərləbu inamı yarada bildi.
Qurani-kərimdə buyurulur: "Əgər yerdə və göydə Allahdan başqa tanrılar olsaydı, onların ikisi də pozulardı"[1]. Dünyanın obyektiv nizamlı quruluşu, Allahın birliyinə ən yetərli dəlillərdəndir.
Müşriklərbu dəlil qarşısında"tanrılar bir-birinə zidd olmasa, dünyanın nizamı pozulmaz", dedilər. İslam onlara belə cavab verdi: fərq və ziddiyyətidoğuran çoxluqdur. Fərdlərinoxşarlığı eyniyyət deyil və oxşarlıq ziddiyyəti azaltsa da, tam aradan qaldıra bilməz.
Bir kafir imam Sadiqdən (ə) soruşdu: "Allah necədir?". İmam (ə) buyurdu: "Bir halda ki, yaranış nizamlıdır, ulduzlar səmada öz yolu ilə gedir, bu həmahənglikyaradanın birliyinə dəlildir"[2].
Qurani-kərim tərslik edib kainatın nizamını Allahın birliyinə dəlil qəbul etməyənlərə "dəlilinizi gətirin"[3] deyir.
Əhli-beyt (ə) hədislərində məntiqə əsaslananbelə bir cavabla da rastlaşırıq: "Allahdan başqa tanrı olsaydı, o da öz peyğəmbərlərini göndərərdi. Hansı ki, bütün peyğəmbərlər bir Allah tərəfindən göndərildiklərini bildirmişlər".
31-12-2021, 09:08 | Cücərdilmiş buğdadan CAVANLAŞDIRICI QARIŞIQ

Müxtəlif vitaminlər, makro- və mikroelementlərlə zəngin olan cücərdilmiş buğda orqanizmə güclü cavanlaşdırıcı təsir edir.
Saglamolun.az sizə cücərdilmiş buğda ilə çox faydalı cavanlaşdırıcı qarışığın reseptini təqdim edir.
Hərəsindən yarım stəkan cücərdilmiş buğda, bal, qoz, hərəsindən 1/3 ç.q. üyüdülmüş darçın və zəncəfil götürülür. Qozla buğda blenderdə əzilir, bal, ədviyyatlar əlavə olunur, yaxşı qarışdırırlır. Gündə 2 dəfə yeməkdən 20 dəqiqə əvvəl 1 ç.q. olmaqla qəbul olunur. Qarışığı soyuducuda saxlayın.
Bu qarışıq həmçinin qan, immunitet, qalxanvari vəzi üçün də çox faydalıdır, dərinin və saçların vəziyyətini yaxşılaşdırır.
31-12-2021, 09:07 | Saçların analizi SAĞLAMLIĞIMIZdan xəbər verir

İnsan orqanizmini tez-tez Mendeleyev cədvəli ilə müqayisə edirlər. Həqiqətən bizim bədənimizdə cədvəldə olan bir çox elementlər var.
Cüzi dozalarda olan bu elementlər sağlamlığımızda olduqca böyük rol oynayır və onların defisiti və ya əksinə artıqlığı ağır fəsadlara yol açır. Belə ki, dəmirin çatışmamazlığı - anemiya, yodun - qalxanvari vəzi xəstəlikləri, kalsiumun - sümük, əzələ xəstəlikləri, kalium və maqneziumun - ürək xəstəliklərinin və s. inkişafına səbəb olur.
Orqanizmdə bu və ya digər mineralların defisiti və ya artıqlığı bu kimi xəstəliklərin inkişafına səbəb ola bilər:
- qan xəstəlikləri
- ürək-damar sistemi xəstəlikləri
- dəri, saç və dırnaq problemləri
- kişi və qadınlarda seksual pozulmalar
- allergiyalar
- uşaqlarda boyatmanın və inkişafın pozulması
- zəiflik, halsızlıq, immun sisteminin zəifləməsi və s.
Maraqlıdır ki, orqanizmdə olan bütün mineralların defisitini və ya əksinə artıqlığını insanın saçlarını analiz etməklə aşkar etmək olur. Bu analizin adı "saçların spektral analizi"dir.
Analiz üçün 2-3 mm qalınlıqda və 3-5 sm uzunluqda olan bir neçə saç teli götürülür. Saçlar təmiz olmalıdır.
İnsan özündə bu kimi pozulmalar müşahidə etdikdə saç analizini etməlidir:
- Saçların tökülməsi və qırılması
- Dırnaqların qırılması
- Ürək ritmində pozulmalar, zəiflik
- Dərinin qabıq verməsi
- Tez yorulma
- İştahanın azalması
- Ağızın kənarlarında çatlar
- Əzələ spazmları və qıcolmalar.
Analizin nəticələrinə əsasən həkim insana müəyyən meneralların qəbulunu təyin edə bilər. Balans normallaşdıqda mənfi simptomlar yox olur.
31-12-2021, 08:46 | Stentlə bağlı BİLMƏDİKLƏRİMİZ

Stent burulmuş bir cisimdir. O, açılanda tamamilə genişlənir və tutulmuş damarı da genişləndirir. Bunun nəticəsində qan axımını bərpa etmiş olur.
Bu barədə məlumat verən ürək-damar cərrahiyyə uzmanı Cabir Gülmalıyev bildirib ki, stentlər iki qrupa bölünür: dərmanlı və dərmansız stentlər.
Stentin üstünlükləri:
- Stent implantasiyası qısa zamanda icra olunur (30-60 dəqiqə).
- Xəstə bir neçə günə normal həyatına geri dönür.
- Daha az travmatikdir, bərpa prosesi sürətlidir.
- Narkozsuz qapalı ürək əməliyyatıdır. Sadəcə giriləcək damar bölgəsi yerli keyləşdirilir.
- Açıq ürək əməliyyatı ilə müqayisədə riskləri daha azdır.
Əgər təkcə damarda problem var və bu damar ana damar deyilsə, quruluşu da uyğundursa, stent taxmaq tövsiyə olunur. Lakin hər daralmış damara stent taxılmaz.
Əgər çox damarda daralma varsa, xüsusən yanaşı olaraq diabet xəstəliyi mövcuddursa, stent taxmaq əvəzinə Bypass tövsiyə olunur. Bədənə qan daşıyan arteriya damarlarının tutulması varsa və əgər bu tutulma qısa məsafəlidirsə, o cümlədən həyatı orqanlarda geridönülməz proseslər törədə bilərsə, bu zaman stent metoduna müraciət edilir.
Stent damar içində açıldıqdan sonra, yəni damara stent qoyulduqdan sonra bütün ömür boyu orada qalır, heç vaxt yerindən tərpənmir. Stent koronar damarda olan darlığı tam aradan qaldırır.
31-12-2021, 08:45 | Qanı təmizləyən 3 ƏN UCUZ VASİTƏ

Tibet təbibləri hesab edir ki, istənilən xəstəliyi qanı və limfaları təmizləyərək müalicəyə başlamaq lazımdır.
Sizi tibetlilərin qanı təmizləyən müalicə üsulları ilə tanış edirik.
Tibetlilərin bu üsulu nəinki xəstənin tezliklə sağalmasına kömək edir, o cümlədən müxtəlif xəstəliklərinin qarşısının alınmasında müsbət təsir göstərir.
Tibetlilərin qanı təmizləyən uzunömürlülük reseptləri
Qanı və qan damarlarını 3 ən ucuz və səmərəli üsul ilə təmizlənməyə çalışın. Və yadda saxlayın ki, hər bir məhsulun öz əks göstərişi var! Əgər hamiləsinizsə və ya mədə probleminiz varsa, onda əvvəlcədən mütləq həkiminizlə məsləhətləşin.
Bədənin təmizlənməsi üçün dəmrovotu
Limfaları təmizləyən dəmrovotunun faydalı xassələri təkcə tibet lamalarına məlum deyildi. Əcdadlarımız da bu dərman bitkisindən istifadə edib. Dəmrovotu cövhəri limfatik sisteminin fasiləsiz işləməsinə kömək olacaq və onu artıq patogen ballastdan təmizləyəcək.
Cövhəri hazırlamaq üçün sizə 10 damcı dəmrovotu şirəsi və 70 ml tibbi spirt lazım olacaq. İki məhlulu qarışdırıb soyuducuda saxlayın. Sxem üzrə qəbul edin: Səhər yeməyindən əvvəl 1 damcı, nahardan əvvəl 2 damcı, şam yeməyindən 3 damcı. Lakin bu miqdarı hər gün bir damcı artırın. 15 damcıya çatanda yenidən bir damcı azaltmağa başlayın.
Zəncəfil dəmləməsi
Zəncəfil çayı unikal xassələri sayəsində bütün zərərli elementləri (kimyəvi, radiasiyalı) orqanizmdən çıxarır və qanı təmizləyir. Gündəlik zəncəfil istifadəsi ümumi əhval-ruhiyyəyə müsbət təsir göstərəcək, saç və dəri vəziyyətini yaxşılaşdıracaq, o cümlədən artıq çəkini azaltmağa kömək edəcək.
10-20 qram təzə zəncəfili və ya 1 çay qaşığı zəncəfil tozunu stəkana töküb üstünə qaynar su əlavə edin. 10 dəqiqə dəmlənməsini gözləyin, dad vermək üçün 1 çay qaşığı limon suyu və ya bal əlavə etmək olar. Onu hər səhər yeməyə 30 dəqiqə qalmış acqarına için. Qalanını gün ərzində istifadə edin.
Sarımsaq cövhəri
Sarımsağın faydalı antibakterial xassələri hamıya məlumdur. Sarımsaq qısa müddətdə immuniteti gücləndirir, maddələr mübadiləsinin fəaliyyətini yaxşılaşdırır, eləcə də parazitləri məhv etməyə qadirdir. Tibet təbabəti damarların qanın təmizlənməsi üçün öz sarımsaq reseptini təklif edir.
40 qram xırdalanmış sarımsağı bankaya tökün və içinə 100 ml spirt, yaxud da araq əlavə edin. Onu 10 gün ərzində qaranlıq və sərin yerdə saxlayın. 10 gün sonra sarımsağı süzün. əldə edilən cövhəri gündə 2-3 dəfə yeməkdən 30 dəqiqə əvvəl 10 damcı qəbul edin. Sarımsaqla təmizlənmə kursu 10 gündən 1 aya qədər çəkir.
28-12-2021, 09:40 | Bakıda bu avtobuslara icazə verilməyəcək - Yanvarın 1-dən... - VİDEO

Gələn il yanvarın 1-dən Bakıda dizellə işləyən avtobuslara icazə verilməyəcək. Bu barədə Nazirlər Kabinetinin 3 il əvvəl 73 saylı qərarı var. Qərarda deyilir ki, paytaxtda sərnişindaşımada istifadə edilən avtobuslar mütləq qaydada elektrik və sıxılmış qazla işləməlidir. Ekspertlər hesab edirlər ki, hazırki vəziyyətdə bu mümkün deyil.
xəzər xəbər-ə istinadla xəbər verir ki, bir neçə gündən sonra paytaxda ictimai nəqliyyatda yalnız sıxılmış qaz və elektriklə işləyən avtobusların istismara veriləcəyi ilə bağlı tələb qüvvəyə minəcək. Bununla bağlı sabiq baş nazir Novruz Məmmədov 2019-cu ilin 4 mart tarixində qərar qəbul edib.
Ekspertlər hesab edirlər ki, Bakı şəhərinin qeyd edilən növdən olan avtobuslarla tam təmin edilməsi üçün bir neçə milyard dollar investisiyaya ehtiyac var. Ekspert Elməddin Muradlı "Xəzər Xəbər"ə deyib ki, hər iki kateqoriyadan olan avtobusların yanacaqla təminatı üçün hazırda paytaxda lazımi infrastruktur mövcud deyil.
Ekspertin sözlərinə görə, əgər bu qərarın icrası həyata keçirilsə, Baku-Bus avtobuslarının xidmət göstərə biləcəyi, yerdə qalan 2 minədək digər avtobusların isə tələblərə cavab verməcəyi görünür. Ekspert hesab edir ki, bu qərarın qüvvəyə minmə tarixi mütləq uzadılmalıdır.
Ekspert onu da bildirdi ki, yanacaq növünə görə avtobusların fəaliyyətinə məhdudiyyət qoyulmamalıdır. Avtobuslara standart növünə görə məhdudiyyət qoyula bilər. Burda da daşıyıcılar qarşısında tələblər qoyulmalıdır ki, ictimai nəqliyyatda yalnız avro-6 standartından aşağı avtobuslar ölkəyə buraxılmayacaq. Bu qərar 3 il əvvəl verilibsə paytaxtda bu növ avtobusların yanacaqdoldurma məntəqələri indiyə qədər niyə qurulmayıb?
Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev onu da bildirdi ki, köhnə avtobuslar, sıxlımış qaz və elektriklə işləyənlər gətirilənə qədər xətlərdən çıxarılmayacaq.


















