28-12-2021, 09:28 | Demensiya, infarkt və insultun qarşısını alan adi məhsul Hər gün yeyin!

Demensiya, infarkt və insultun qarşısını alan adi məhsul Hər gün yeyin!


Böyük Britaniya alimləri demensiya, infarkt və insult zamanı yaxşı müalicəvi təsir göstərən yeni preparat hazırlayıblar.

Saglamolun.az xarici KİV-lərə istinadla bildirir ki, bu preparatın fərqləndirici xüsusiyyəti ondan ibarətdir ki, dərman... adi şokoladdan hazırlanıb.

Çoxsaylı elmi araşdırmalar sübut edib ki, kakaonun tərkibində olan flavonoidlər adi çəkilən xəstəliklərin inkişafının qarşısını alır. Lakin flavonoidlərin lazım olan miqdarını almaq üçün insan gərək hər gün 400 qr şokolad yesin. Bu isə, təbii ki, insan orqanizmi üçün ziyanlıdır.

Bütün bunları nəzərə alaraq alimlər şokoladdan həblər hazırlayıblar ki, bu həblərin tərkibində flavonoidlərin konsentrasiyası maksimal həddədir.

Həmçinin mütəxəssislər ağır ürək-damar sistemi pozulmlarının və qocalıqla bağlı olan ağıl zəifliyinin profilaktikası üçün hər gün adi 100 qr-lıq şokolad "plitka"sının 1/4 hissəsini yeməyi tövsiyə edirlər. Söhbət yalnız tünd şokoladdan (tərkibində 70% və bundan çox kakao) gedir.

28-12-2021, 09:26 | Düyünü bişirdikdən əvvəl yaxşı yuyun və bol suda isladın yoxsa... TƏHLÜKƏ

Düyünü bişirdikdən əvvəl yaxşı yuyun və bol suda isladın yoxsa... TƏHLÜKƏ


Alimlər sübut edib ki, düzgün bişirilmədikdə düyü sağlamlığımıza ciddi ziyan vura bilər.

Saglamolun.az The Daily Mail-ə istinadla xəbər verir ki, Belfast Kral Universiteti alimləri düyüdə çoxlu miqdarda "arsen" adlı zəhərli maddəni aşkar edib. Bu maddə düyüyə torpaqdan və sudan düşür. İstənilən digər məhsullarla müqayisədə düyüdə arsenin miqdarı 10 dəfə çoxdur.

Arsen güclü zəhərdir və orqanizmdə toplanaraq xərçəng, ürək xəstəlikləri, diabet, sinir sistemi pozulmalarının riskini xeyli artırır.

Düyüdə arsenin konsentrasiyanı azaltmaq üçün həkimlər düyünü yaxşı yumağı və axşamdan səhərə qədər bol suda islatmağı tövsiyə edirlər. Bu halda aresin miqdarı düyüdə 80%-ə qədər azalır.

28-12-2021, 09:24 | Sobada asan hazırlanan lavaş-kabab resepti - VİDEO

Sobada asan hazırlanan lavaş-kabab resepti - VİDEO


"Myfoodchannel" youtube kanalına istinadən oxucularına növbəti maraqlı resepti təqdim edir.

Ərzaqlar

Hazırlanma qaydasına videoda baxa bilərsiniz. Nuş olsun!

Kulinariya xəbərlərini həmçinin bizim Facebook-dakı Mətbəx bölməsində də izləyə bilərsiniz

Kulinariya xəbərlərini həmçinin bizim Daytube-dakı Mətbəx bölməsində də izləyə bilərsiniz

Kulinariya xəbərlərini həmçinin bizim Milli.Az- dakı Mətbəx bölməsində də izləyə bilərsiniz

28-12-2021, 09:11 | Xırdalanda 60 yaşlı qadın dəm qazından zəhərlənib

Xırdalanda 60 yaşlı qadın dəm qazından zəhərlənib


Abşeron rayonunda zəhərlənmə hadisəsi baş verib.

"Report"a istinadən bildirir ki, hadisə Xırdalan şəhəri, "Quşçuluq" massivində qeydə alınıb.

1961-ci il təvəllüdlü Şəfiyeva Qəmzə yaşadığı mənzildə dəm qazından zəhərlənib.

Zərərçəkən təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.

27-12-2021, 12:06 | Ceyhun Bayramov Azərbaycan və Ermənistan arasında sərhədlərlə bağlı işçi qrupun yaradılmasından danışdı

Ceyhun Bayramov Azərbaycan və Ermənistan arasında sərhədlərlə bağlı işçi qrupun yaradılmasından danışdı


Konkret tarixi deməkdə bir qədər çətinlik çəkirəm. Çünki bunun üçün hər bir tərəf razılığını verməlidir və bu qarşılıqlı bir prosesdir. Azərbaycan tərəfi isə öz mövqeyini bildirib. Azərbaycan tərəfi bu prosesə start verməyə hazırdır.

Bunu xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanın xarici siyasəti sahəsində ilin yekunlarına dair mətbuat konfransı zamanı Trend-in "Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası ilə bağlı işçi qrupunun yaradılması nə zamana planlaşdırılır?" sualına cavab olaraq bildirib.

"Düşünürük ki, qarşı tərəf də bunun qaçılmaz olduğunu, ümumilikdə beynəlxalq norma və prinsiplərə uyğun olduğunu, dövlətlər arasında sərhədlərin müəyyən edilməsinin alternativi olmadığını anlayaraq, yaxın zamanlarda müsbət cavab verəcək", - deyə nazir əlavə edib.

Nazir qeyd edib ki, üçtərəfli Soçi bəyanatında artıq bunun yer alması o deməkdir ki, Ermənistan tərəfi də bunu qəbul edir.

27-12-2021, 11:31 | Prezident İlham Əliyev AZƏRTAC-ın yeni binası ilə tanış olub - FOTO

Prezident İlham Əliyev AZƏRTAC-ın yeni binası ilə tanış olub - FOTO


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 27-də Azərbaycan Dövlət İnformasiya Agentliyinin - AZƏRTAC-ın yeni binası ilə tanış olub.

AZƏRTAC-a istinadən bildirir ki, Agentliyin İdarə Heyətinin sədri Aslan Aslanov dövlətimizin başçısına binada yaradılan şəraitlə bağlı məlumat verdi.

Xəbər yenilənəcək

27-12-2021, 11:23 | Amil Cavadov Dövlət Komitəsinə Aparat rəhbəri təyin olundu

Amil Cavadov Dövlət Komitəsinə Aparat rəhbəri təyin olundu


Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində yeni Aparat rəhbəri təyin olunub.

qaynarinfo-ya istinadən xəbər verir ki, bu vəzifəyə Amil Cavadov təyin edilib.

27-12-2021, 11:12 | Hazırda əsas məsələ azad edilmiş ərazilərin minalardan təmizlənməsidir - General

Hazırda əsas məsələ azad edilmiş ərazilərin minalardan təmizlənməsidir - General


Hazırda əsas məsələ işğaldan azad edilmiş ərazilərin minalardan və partlamamış silah sursatlardan təmizlənməsi və vətəndaşlarımızın öz ata-baba evlərinə dönməsidir.

Trend-ə istinadən bildirir ki, bunu Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin rəis müavini general-mayor Məhərrəm Həsənov "Mina təhlükəsizliyi ilə bağlı əhalinin maarifləndirilməsində medianın rolu" mövzusunda keçirilən təlimdə deyib.

"Torpaqlarımızın azad edilməsi ilə Azərbaycan Cənubi Qafqazda güc mərkəzinə çevrilib.

Hazırda əsas məsələ işğaldan azad edilmiş ərazilərin minalardan və partlamamış silah sursatlardan təmizlənməsi və vətəndaşlarımızın öz ata-baba evlərinə dönməsidir. İşlər sürətlə davam etdirilir", - General mayor qeyd edib.

Rəis müavininin sözlərinə görə, işğaldan azad olunmuş ərazilərimizin minalarla çirklənməsi böyük olduğundan kinoloji taborun xüsusi təyinatlı itləri də prosesə cəlb olunub. Hazırda 10 baş it bu işə cəlb edilib.

"2020-ci ilin yanvarından bu yana pirotexniki qruplarımız Ağdam və Füzuli istiqamətində böyük ərazilərin minalardan təmizlənməsində iştirak edib.

Digər qurumlarla birlikdə fəaliyyətlər davam etdirilir.

Əməkdaşlarımız minaların təmizlənməsi sahəsində beynəlxalq sertifikatlar alıblar və təmizləmədə yüksək səviyyədə iştirak edirlər", - M.Həsənov deyib.

FHN rəsmisi vətəndaşları partlamamış silah-sursat, mina olan ərazilərdə hərəkət edərkən ehtiyatlı olmağa çağırıb.

27-12-2021, 11:09 | Ceyhun Bayramov ilin yekunlarına dair mətbuat konfransı keçirir - CANLI

Ceyhun Bayramov ilin yekunlarına dair mətbuat konfransı keçirir - CANLI


Ceyhun Bayramov Azərbaycan Respublikasının xarici siyasət sahəsində ilin yekunlarına dair mətbuat konfransı keçirir.

27-12-2021, 06:25 | Koronavirusdan sonra yaddaş necə bərpa olunur?

Koronavirusdan sonra yaddaş necə bərpa olunur?


COVID-19-dan sağaldıqdan sonra yaranan yaddaşsızlıq problemini zehni təlimlə aradan qaldırmaq mümkündür.

Bu barədə Engelhardt adına Molekulyar Biologiya İnstitutunun hüceyrələrin çoxalması laboratoriyasının rəhbəri, Rusiya Elmlər Akademiyasının müxbir üzvü Pyotr Çumakov və nevroloq Pavel Xoroşev danışıb.

"Bərpa zədənin dərəcəsindən asılıdır, bu, kiçik damarların tromblaşması, yaddaşa cavabdeh olan müəyyən sayda neyronların söndürülməsi ilə əlaqədardır. Nəticədə, bütün əlaqələr bərpa edilmir, ancaq yaddaş bərpa olunur. Və burada yaddaş təlimi vacibdir. İnsan beyni çox plastikdir və sinir hüceyrələri yaşla əlaqədər daha ləng bərpa olunur", - Çumakov müsahibəsində bildirib.

"Hər şey yalnız təlimdən asılıdır, yüklənmə varsa, orqan yaşayır, yoxdursa, orqanizm bu və ya digər strukturu bərpa etməyəcək", - nevroloq vurğulayıb. (publika.az)

������������ ������� DLE ������� ��������� ��� dle.
���������� ���� ������ ��� ��������� ������.
����������� �������� ������� � �������� ������.
����������� �������� ������������ ��� �������� ����.
������ ����� �������� ��������� ����� ������.
����� ���������� �� ���� ��� ���� � ��� �����.