27-12-2021, 06:21 | Siqaret çəkilən evdə nə baş verir

Siqaret çəkilən evdə nə baş verir


Evdə tütün çəkmə uşaqların tənəffüs yolları xəstəliyi ilə bağlı xəstəxanaya müraciətlərini 5% artırır.

Ikincili tütün tüstüsünün hətta cüzi miqdarı belə, orqanizm üçün zərərlidir.

Tütün tüstüsü təkcə ondan istifadə edənlər üçün deyil, ətrafdakılar üçün də təhlükə mənbəyidir. Ona görə də ailə üzvlərinizi siqaret tüstüsündən qoruyun. Siqaret çəkirsinizsə, onu tamamilə tərgidin. Evdə siqaret çəkilməsinə yol verməyin. Qapı və pəncərələr açıq halda olsa belə, bu, ətrafdakıları ikincili tütün tüstüsündən qorumur.

Siqaret tüstüsündən ayrılan tokiski maddələr divan, pərdə, xalçaların səthinə, paltar və saçlara hopur. Azyaşlı uşaqlar oynadıqları, iməklədikləri zaman və ya siqaret çəkən insan tərəfindən qucağa alındıqda bu toksiki zərrəciklər onların orqanizminə daxil olur.

Evdə və ya dostlarınızın evində olduğunuz zaman sağlamlıq problemlərinizi səbəb gətirməklə yaxınlarınızdan bu vərdişdən çəkinməyi, qapalı mühitdə siqaret çəkməməyi mədəni şəklidə tələb və ya xahiş edin. Bu zaman sizdəmn incimə ehtimalı daha az olar.

Evinizdə külqabı və siqaret saxlamayın. Tütün tüstüsünün 25 faizi siqaret çəkənin ağciyərlərinə daxil olur, 75 faizi isə atmosferi zəhərləyir.

Bu zəhərli hava ilə nəfəsə alan insan passiv və ya ikincili tütün çəkən hesab olunur. İkincili tütünçəkmə hər kəsə, xüsusilə uşaqlara mənfi təsir edir.

Məlumatlara görə, passiv siqaret istifadəsi, yəni siqaret tüstüsünə məruz qalma dünyada ildə 1, 2 milyon nəfərin ölüm səbəbidir. Hər il 8 milyon insan isə siqaret istifadəsinə bağlı səbəblərdən vəfart edir. Uşaq ölümlərinin 28 faizinin də siqaret tüstüsünə məruz qalmaqla bağlı olduğu bildirilir. /medicina.az

27-12-2021, 06:14 | COVID-19 insan orqanizmində neçə ay qala bilər?

COVID-19 insan orqanizmində neçə ay qala bilər?


Koronavirus bədənin əksər orqanlarına, xüsusən də ürəyə və beyinə daxil olmağa və orada yeddi aydan çox qala bilir.

Trend-ə istinadən bildirir ki, bu barədə ABŞ Milli Səhiyyə İnstitutunun (NIH) alimlərinin araşdırmanın nəticələrində göstərilib.

Məlumata əsasən, mütəxəssislər COVID-19-dan ölən 44 şəxslərin cəsədlərindən nümunələri təhlil ediblər və "simptomların özünü göstərməyə başlayandan 230 günə qədər beynin bütün bölgələri də daxil olmaqla bir çox anatomik yerlərdə davamlı SARS-CoV-2 RNT" tapıblar.

Alimlər bildiriblər, koronavirus bədənin demək olar ki, bütün orqanlarında aşkar edilib və hətta yüngül simptomları olan xəstələrdə də geniş yayılıb. Eyni zamanda, tənəffüs yollarından kənarda ciddi iltihab müəyyən edilməyib.


27-12-2021, 06:01 | “Fənərbağça”dan qələbə

“Fənərbağça”dan qələbə


Futbol üzrə Türkiyə Super Liqasında 19-cu turun oyunları keçirilir. matc.az-a istinadən bildirir ki, bu gün daha dörd qarşılaşma baş tutub.

"Alanyaspor" - "Fatih Karagümrük", "Göztəpə" - "Adana Dəmirspor" matçlarında qalib müəyyənləşməyib. "Rizəspor" doğma meydanda "Qaziantep"ə məğlub olub.

"Fənərbaxça" isə evdə "Yeni Malatyaspor"la qarşılaşıb. İstanbul təmsilçisi bu oyunda inamlı qələbəyə sevinib.

Türkiyə Super Liqası
19-cu tur
25 dekabr

Kasımpaşa - Altay 2:0
Qol: Donk, 34. U.Bozok, 88.

Girəsunspor - Hatayspor 0:1
Qol: Əl Kaabi, 81.

Qalatasaray - Antalyaspor 2:0
Qol: Fequli, 45+1. K.Aktürkoğlu, 52.

Trabzonspor - Başakşəhər 0:0

26 dekabr

Rizəspor - Qaziantep 0:1
Qol: Maksim, 44-pen.

Alanyaspor - Fatih Karagümrük 1:1
Qol: E.Bekiroğlu, 54 - Peşiç, 70.

Göztəpə - Adana Dəmirspor 1:1
Qol: Rassul, 78-öz qapısına - Balotelli, 16.

Fənərbaxça - Yeni Malatyaspor 2:0
Qol: Novak, 10. Pelkas, 73.

27 dekabr

21:00 Kayserispor - Sivasspor
21:00 Konyaspor - Beşiktaş


27-12-2021, 05:56 | 45 yaşdan Alsgeymer başlaya bilər - Bu müayinələrdən keçməlisiz

45 yaşdan Alsgeymer başlaya bilər - Bu müayinələrdən keçməlisiz


65 yaşdan yuxarı şəxslərdə müşahidə edilən Alzheimer xəstəliyi beynin yaddaş, öyrənmə və planlaşdırma kimi zehni funksiyalara təsir edir.

Alzheimer xəstəliyinin gizli şəkildə irəliləyir. Xəstələr adətən bizə gec, unutqanlıq başladığı zaman müraciət edirlər. Yeni şeylər öyrənməkdə, bir şeyə ad verməkdə, istiqamət və ünvan tapmaqda çətinlik çəkirlər. Təəssüf ki, bu mərhələdə xəstəlik irəliləməyə başlayır.

"Yüngül idrak pozğunluğu" olaraq təyin etdiyimiz ilk mərhələdə Alzheimer xəstələri üzərində edilən skanlarda patoloji hal beyində əslində 20 il əvvəl başlamış olur. Yəni xəstə bizə 65 yaşında şikayətlərlə gəlirsə, əslində 45 yaşından bəri başlayan problemlər mövcuddur.

Bu səbəblə risk qrupunda olan şəxslərin mütəmadi olaraq müayinədən keçməsi vacibdir.

Kolonoskopiya 50 yaşdan yuxarı bütün şəxslərə tövsiyə edildiyi kimi, ailəsində Alzheimer xəstəliyi olan, unutqanlıqdan şübhələnən və xəstəlik üçün risk faktorları olan 45 yaşdan yuxarı insanlara da koqnoskopiya keçirməyi tövsiyə edirik.


Koqnoskopiya metodu qan testləri, genetik və koqnitiv qiymətləndirmələr və daralan beyin sahələrinin müəyyən edilməsi üçün maqnit rezonans görüntüsüdür.

Hipertoniya, şəkərli diabet, piylənmə, insulin müqaviməti kimi ürək-damar xəstəlikləri olanların, siqaret çəkənlərin, yəni risk faktorları daşıyanların 45 yaşından başlayaraq, vaxtaşırı olaraq bu müayinədən keçməsi erkən diaqnoz üçün çox vacibdir. /medicina.az


27-12-2021, 05:49 | İnsan orqanizmini C vitamini ilə təmin edən tərəvəz - VİDEO - FOTO

İnsan orqanizmini C vitamini ilə təmin edən tərəvəz - VİDEO - FOTO


Brokoli hələ qədim Roma imperiyasında insanların qida rasionuna daxil idi. Bu tərəvəzdən müxtəlif yeməklər hazırlanırdı. İtaliyalıların qiymətli tərəvəz kimi istifadə etdiyi brokolli İngiltərə mətbəxinə 18-ci əsrin ortalarından daxil olub. Beləcə, ingilislərin "İtalyan quşqanı" adlandırdığı tərəvəz Avropada da yayılmağa başlayıb.

AZƏRTAC-ın əməkdaşları Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu publik hüquqi şəxsin əkin sahələrində becərilən brokoli sahəsində olub.

İnstitutun direktor müavini Hikmət Nəsibov bu tərəvəz haqqında məlumat verərək deyib: "Brokoli kələmçiçəyikimilər fəsiləsinə aid olan birillik bitkidir. Elmi-Tədqiqat İnstitutunda mütəxəssislər və alimlər seleksiya məqsədi ilə bu tərəvəzin bir neçə növünü yetişdiriblər. Yeni növlər tədqiqat işlərindən sonra gələcəkdə həm yerli, həm də xarici bazara ixrac edilə bilər".

Brokoli insan sağlamlığı üçün çox faydalıdır. 100 qram bitkinin tərkibində təxminən 34 kalori var. Bu da onun kifayət qədər rahat həzm olunan tərəvəz olduğunu göstərir. Hətta diyetoloqlar brokolini bu xüsusiyyətinə görə arıqlamaq istəyən insanların menyularına əlavə edirlər. Brokolini istifadə edərkən onu suda bişirmək, daha sonra az qızardaraq tərkibindəki vitaminləri öldürməmək lazımdır.

Hikmət Nəsibov bu möcüzəli tərəvəzin tərkibindəki vitaminlərdən danışarkən bildirib ki, onun tərkibi qida lifləri, kalium, fosfor, kalsium, maqnezium, dəmir, sink, manqan, kükürd, C, B1, B2, B5, B6, PP, E, K vitaminləri və A pro-vitamini ilə zəngindir. Hətta brokolidən doğru istifadə olunarsa, bədənin iki günlük C vitamini ehtiyacı ödənilə bilər.

Bundan əlavə, brokolinin tərkibindəki faydalı maddələri qəbul etmək üçün onu çiy halda da yeyə bilərsiniz.


27-12-2021, 05:45 | KT və MRT-nın fərqi - Hansı daha az şüalıdır?

KT və MRT-nın fərqi - Hansı daha az şüalıdır?


Hazırda çox həkimlər ilkin diaqnozu dəqiqləşdirmək məqsədi ilə KT (kompüter tomoqrafiyası) və MRT (maqnit-rezonans tomoqrafiyası və ya nüvə-maqnit-rezonans tomoqrafiyası) kimi dəqiq və müasir müayinələrdən istifadə olunur.

saglamolun.az-a istinadən bildirir ki, bir çox insanların fikirinə görə, bu müayinələr bir birinə bənzəyir. Lakin bu heç də belə deyil. Əksinə bu müayinələrin arasında olan fərq çox böyükdür.

KT zamanı rentgen şüalanma istifadə olunur. Tomoqrafın skaneri insanın bədəninin ətrafında fırlanaraq müxtəlif nöqtələrdən çoxsaylı rentgen şəkilləri çəkir. Daha sonra bu şəkillər kompüter vasitəsi ilə cəmləşir və işlənir ki, nəticədə müayinə olunan orqan və ya bədən hissəsinin 3-ölçülü təsviri alınır.

MRT zamanı rentgen şüalanma deyil, güclü maqnit sahə istifadə olunur. Bu sahənin təsirindən insan orqanizmində olan hidrogen atomları maqnit sahəsinin istiqamətində "düzülür". Apparat elektromaqnit impulsları göndərir. Atomlar bu impulslara "cavab verir", siqnallar göndərir (buna "rezonans" deyilir). Bədənin müxtəlif toxumaları müxtəlif gücü olan rezonansları göndərir. MRT bu siqnalları toplayır və onlardan 3-ölçülü təsvirləri yaradır.

Bəzən xəstələr həkimlərə belə sual verir: hansı müayinə daha yaxşıdır, daha dəqiqdir - KT yaxud MRT? Bu suala birmənalı cavab vermək mümkün deyil. Bu metodların hər ikisində müəyyən üstünlüklər və müəyyən nöqsanlar var. Bəzən KT-nın istifadəsi daha effektlidir, bəzən isə yalnız MRT-nın istifadəsi dəqiq nəticə verə bilər. Bəzi hallarda isə həkim xəstəyə həm KT həm də MRT təyin edə bilər.

MRT daha yaxşı yumşaq toxumaları "görür" (əzələlər, beyin, onurğa sütunu fəqərələri arası disklər, damarlar və s.). Lakin MRT sümüklərdə olan kalsiumu "görmür". KT isə sümük toxumasını daha yaxşı "görür". Bu səbəbdən sümüklərin müayinəsi üçün adətən KT və ya rentgenoqrafiya istifadə olunur.

MRT orqan və toxumalarda gedən dinamik proseslərin müayinəsində (məsələn, qan dövranı və onun pozulmaları) xüsusilə effektlidir.

MRT neyrocərrahiyyədə və nevrologiyada geniş istifadə olunur (köhnə beyin travmaları, insult (gecikmiş mərhələlərdə), baş beyini və onurğa beyini şişləri və s.).

KT sümük zədələmələri və travmalar zamanı ən effektli müayinə üsuludur. Bundan əlavə KT-da təzə qanaxma aydın görünür ki, bu səbəbdən KT baş, döş qəfəsi və qarın boşluğu travmaları və insult (ən erkən mərhələsində) zamanı istifadə olunur.

Beləliklə, MRT-nın istifadəsi bu kimi pozulmalar zamanı daha effektlidir:

- yumşaq toxumalarda olan şişlər və şişəbənzər törəmələr;

- hipofizin şişləri,

- baş beyini və onurğa beyini qişalarının və toxumalarının patologiyaları və zədələmələri,

- insult (gecikmiş mərhələdə), dağılmış skleroz, beyin toxumasının iltihabı, beyin şişləri;

- əzələlər, oynaqlar və bağların zədələmələri, onurğa sütununun fəqərələri arası disklərin yırtıqları,

- onkoloji prosesin mövcudluğu və onun yayılması.


KT isə bu kimi pozulmalarda daha dəqiq diaqnostik üsul sayılır:

- kəllə sümüklərinin, burun ətrafı boşluqların, çənələrin zədələnmələri;

- anevrizmalar və damarların aterosklerotik zədələnmələri;

- döş qəfəsi orqanlarının xəstəlikləri (vərəm, pnevmoniya və s.);

- qalxanvari vəzi xəstəlikləri;

- sümük və oynaqların zədələnmələri;

- beyin və kəllə sümüklərinin, döş qəfəsinin, qarın boşluğunun travmaları;

- onurğa sütunu xəstəlikləri (osteoporoz, skolioz).

MRT zamanı şüalanma istifadə olunmur. Bu səbəbdən MRT KT-dan fərqli olaraq hətta hamilə qadınlar üçün (hamiləliyin 2-ci və 3-cü üçaylığında) əks göstəriş sayılmır. Lakin bu məsələ tibdə mübahisəli sayılır. Bir sıra həkimlər bu müayinənin hamiləlik zamanı keçirilməsinin tərəfdarı deyil.

İnsan orqanizmində metal implantantant, elektrokardiostimulyator, metal "spiral", süni oynaq, metal dişlər və s. olduqda bu MRT üçün əks göstərişdir.

MRT daha uzunsürən proseduradır. Belə ki, insan bədəninin hər hansı hissəsi KT vasitəsilə bir neçə dəqiqə ərzində, MRT vasitəsilə isə (eyn hissə) yarım saata qədər vaxt ərzində müayinə olunur.

Həmçinin MRT KT-dan fərqli olaraq müəyyən psixoloji diskomforta səbəb ola bilər. Bu xüsusilə nevroloji xəstəlikləri olanlara aiddir.

Bu müayinələrdən özbaşına və həkim təyinatı olmadan keçmək olmaz.


27-12-2021, 05:42 | Erkən yaşlarda uşağa şirin çay verilməsi məsləhət deyil

Erkən yaşlarda uşağa şirin çay verilməsi məsləhət deyil


Çayın faydalı xüsusiyyətləri ilə yanaşı, zərərli təsirləri də olur. Xüsusilə də səhər süfrələrində çox istifadə edilən şirin çayın xeyli ziyanlı təsirləri var. Böyüklər şirin çayı səhərlər içsələr də, azyaşlılara günün müxtəlif saatlarında içirirlər.

Həkim-pediatr Günay Rəsulova bildirir ki, xüsusilə 1 yaşınadək körpələrə, nəinki şirin çay, meyvə şirələri də vermək yolverilməzdir: "Tədqiqatlar göstərib ki, şəkər damar divarını zədələdiyinə görə, şirin su və şirin çay istifadəsi uşaqlarda gələcəkdə şəkərli diabet, yüksək qan təzyiqi, erkən diş çürükləri riski yaradır. Çayın tərkibində kofein olduğuna görə, sinir sistemində oyadıcı təsirə, uşaqda yuxu pozğunluğu və əsəbi oyanıqlıq hallarına səbəb olur. 3 yaşına qədər uşaqlara çay verməməyi, şirin çayın isə ümumiyyətlə, içilməməsi tövsiyə olunur".

Şirin çay iştahasızlığa, çəki artımına və əsəbiliyə aparıb çıxarır. "Uşaqlara süni şəkər əvəzinə təbii şəkər verilməsi məsləhətdir. 1 yaşdan sonra təmiz bal, təbii meyvə və tərəvəzlərdən alınan şəkər onların gündəlik tələbatını ödəməyə kömək edir",- deyə həkim-pediatr əlavə edib.

Mütəxəssislər bildirirlər ki, şirin çaydan həddindən artıq istifadə zaman keçdikcə orqanizmdə şəkər asılılığı və artıq çəki problemi yaradır. Odur ki, sağlamlığın qayğısına qalmaq naminə çox sevilən qidalardan da imtina etməyi bacarmaq lazımdır. AZƏRTAC


24-12-2021, 06:02 | COVID-19 zamanı dadbilmə və iybilmənin bərpası 1 ildən çox çəkə bilər

COVID-19 zamanı dadbilmə və iybilmənin bərpası 1 ildən çox çəkə bilər


"Qoxubilmənin pozulmasına anosmiya (qoxu hissinin tam itməsi), hiposmiya (qoxu hissinin azalması), parosmiya (təhrif olunmuş qoxu hissləri) və hiperosmiya (həddindən artıq qoxu həssaslığı) daxildir. Koronavirusa yoluxmuş şəxslərin əksəriyyətində qoxunun tam itməsi, bəzilərində isə qismən azalması baş verir. İybilmə funksiyasını yoxlamaq üçün 4 qoxu detektorları istifadə oluna bilər. Birinci üsulda xəstənin burnuna kəskin iyli naşatır spirti, ikinci üsulda aseton, ya da benzin, üçüncü üsulda kəskin iyli ətirlər və nəhayət, dördüncü üsulda yemək qoxuları yaxınlaşdırıb iylədilir".

APA-ya istinadən xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Vəfa Pənahian Mustafa deyib. O bildirib ki, koronavirus əlamətlərinə hərarət, öskürək, həmçinin qoxu və dad hisslərində itkilər aiddir: "COVID-19-un səbəb olduğu qoxu və dadın itməsi ilə qrip və ya soyuqdəymənin səbəb olduğu qoxu-dad itkisi arasında da əhəmiyyətli fərqlər var. Koronavirus xəstələrinin qoxusunun itməsi virusun burun, boğaz, dil arxasında yerləşməsi nəticəsində baş verir. Soyuqdəymə halında isə hava yolunun maneə törətməsi səbəbindən qoxu-dad hissi dəyişir. Qrip zamanı itən qoxu və dad itkisinə burun tıxanıqlığı səbəb olur. Soyuqdəymə və tənəffüs yolu virusları zamanı burun tıxanıqlığı dad hissini azaldır. Koronavirus isə dad hissinə birbaşa təsir edir və dadların tam dəyişməsinə gətirib çıxarır.




24-12-2021, 05:27 | Quran ayələrində gözdəymə

Quran ayələrində gözdəymə


Quran təfsirçiləri üç məqamda gözdəymə ilə bağlı ayələri yada salırlar.

1.Gözdəymənin açıq şəkildə təsdiqləndiyi ayə Qələm surəsinin son ayəsidir. Bir çoxları bu ayəni divardan asır, iş yerində hamının görəcəyi bir yerdə yerləşdirir və ya boynundan asır. Bu ayə "və in yəkadu" adı ilə məşhurdur.

Bu ayənin nazil olması ilə bağlı təfsirlər var. Yazırlar ki, həzrəti Peyğəmbər (s) bir gün məsciddə Quran oxuyurdu. Bir qrup şəxs məscidin qapısı yanında dayanıb Peyğəmbərin (s) çölə çıxmasını gözləyirdilər. Onların məqsədi gözləri ilə Peyğəmbərə (s) zərbə vurmaq idi. Cəbrail həzrət Peyğəmbəri (ə) xəbərdar etdi və bu ayəni öyrətdi ki, göz təsirindən amanda qalsın. Həzrəti peyğəmbər "və in yəkadulləzinə kəfəru..." ayəsini oxuyaraq məsciddən sağ-salamat xaric oldu. (Təfsiri-Təsnim)

Doğrudanmı bu ayə göz dəyməyə aiddir? Bəzi təfsirçilərin nəzərincə ayədə müşriklərin qəzəbli baxışı nəzərdə tutulub. Bəzi təfsirçilər isə, düşmənlərin gözdəymə kimi sirli bir qüvvədən istifadə edib peyğəmbərə zərbə vurmaq istədiyini deyir. Bəzi filimlərdə gözün belə təsirini müşahidə edirik. Kimsə gözü ilə lanpanı söndürür, metal qaşığı əyir, bir əşyanı sındırır.

Bir qrup təfsirçi də ayədə sadəcə gözdəymənin nəzərdə tutulduğunu söyləyir. Onların nəzərincə İslam düşmənləri Quran ayələrini eşidəndə o qədər cazibə görürdülər ki, qəzəblənirdilər, və gözləri ilə Həzrəti (ə) vurmaq isdəyirdilər. Əllamə Təbatəbai nəzərdə tutulan ayənin gözdəyməyə aid olduğunu vurğulayaraq yazir: "Göz dəymə nəfsani təsirlərdəndir, bu hadisəni inkar etməyə əqli dəlil yoxdur. Əksinə, müşahidə olunan hadisələr gözdəymənin həqiqət olduğunu təsdiqləyir." (Əl-Mizan, c.19, səh 648)

Təsnim, Nur, Hidayət, Nümunə təfsirlərində yuxarıdakı ayə və Yusuf surəsinin 67-ci ayəsi gözdəymənin dəlili olaraq vurğulanır. İbni Abbasdan rəvayət olunur ki, həzrət Peyğəmbər ayənin təfsiri ilə bağlı buyurub: "Gözdəymə həqiqətdir" (Əl-Durrul-Mənsur; Qələm surəsi, ayə 51)

Bəli, gözdəymədə belə əsrarəngizlik var. İnşallah İmamın (ə) zühuru dövründə insanların ixtiyarına veriləcək məarif çox mövzular üzərindən pərdəni qaldıracaq.

Quranda gözdəymə haqqında danışılması bəzi tənbəl insanlar üçün bir bəhanəyə çevrilmişdir. Onlar məsuliyyətdən yaxa qaçıraraq öz bacarıqsızlıqlarının və tənbəlliklərinin günahını gözdəymənin üzərinə yıxırdılar.

Belə bir qənaətə gəlirik ki, yuxarda qeyd olunan ayəni oxumaqla insan zərərli baxışların təsirindən qoruna bilər.

1.Gözdəymə ilə bağlı ikinci ayə Yusuf surəsinin 67-ci ayəsidir. Həzrəti Yusif Əzizi-Misir məqamına sahib oldu. Qıtlıqla üzləşdilər. Həzrət Yaqub buğda almaq üçün övladlarını saraya göndərdi. Həzrət Yaqub yola düşən övladlarına buyurdu: "Ey övladlarım! Bir qapıdan daxil olmayın, ayrı-ayrı qapılardan girin."

Peyğəmbərin lətif sözləri onun qəlbindəki ehtiyatdan danışır.

Bir tərəfdən oğlanlarının çoxluğu, onların boy-buxunu, digər tərəfdən gözəllikləri diqqəti cəlb edirdi. Ayrı-ayrı qapılardan daxil olmaq göstərişində bir ehtiyat hiss olunur. Həzrəti Yaqub bu yolla övladlarını gözdəymədən qorumaq isdəyir. Bəzi təfsirçilər iddia edirlər ki, burada gözdəymə yox, onların qətli və ya həbsə alınması təhlükəsi nəzərdə tutulur. Amma əksər təfsirçilər burada həzrəti Yaqubun gözdəymədən ehtiyatlandığını deyirlər. Nəticə budur ki, gözdəymənin qarşısını almaq yollarından biri şəraitə uyğun rəftar etmək, diqqəti cəlb etməməkdir.


... Gözdəymə ilə bağlı araşdırılan ayələrdən biri "Fələq" surəsinin 5-ci ayəsidir. Ayədə buyurulur ki, ey peyğəmbər, de ki, həsəd aparanların şərrindən Allaha sığınıram, o zaman ki, onlar həsəd apararlar.

Bəzi təfsirçilər ayədə gözdəymənin nəzərdə tutulduğunu bildirirlər. Çünki həsəd aparan insan başqalarının əlində olan nemətin məhvini istəyirlər.

Həsəd, paxıllıq şeytani bir xislətdir. İnsanda həsəd yaranmasının bir səbəbi onun imanının zəifliyidir. Dində həsəd bəla sayılır. Rəvayətlərdən aydın olur ki, həsəd gözdəymədən fərqlənir. Bir çox insanlar həsəd aparsalar da, xain olsalar da onların gözündə mənfi təsir yoxdur. Amma səni sevən bir insanın həmin sevginin nəticəsində gözü zərər vura bilər.

Gözdəymə rəvayətlərdə

Gözdəymə haqqında rəvayətlər çoxdur. Bu rəvayətlərdə gözdəymənin təsirlərindən danışılır. "Biharul-Ənvar", digər rəvayət kitablarında gözdəymə haqqında rəvayətlər kifayət qədərdir. Həm sünni, həm də şiyə mənbələrində bu mövzuda rəvayətlər var. Həzrəti Peyğəmbər (ə) buyurur: "Həqiqətən gözdəymə doğrudur..." (Musnədi-Əhməd, c.1, s. 274) Həzrəti Əli (ə) "Nəhcül-bəlağə"də gözdəymənin həqiqət olduğunu buyurur. ("Nəhcül-bəlağə", hikmət 400)

Peyğəmbərin belə buyurduğu rəvayət olunur: "Mənim ümmətimdən ölənlərin ölüm səbəbi qəza-qədərdən sonra gözdəymədir. ("Əl-Durrul Mənsur", c. 6, s. 258)

Həzrət Peyğəmbər (ə) buyurur: "Gözdəymə həqiqətdir, kişini qəbirə, dəvəni qazana salar." ("Biharul-Ənvar", c. 63, səh. 26) Bir gün həzrət peyğəmbər Bəqi qəbiristanlığının yanından keçirdi. Həzrət buyurdu: "And olsun Allaha qəbiristənlıq əhlinin çoxu gözdəymədən dünyasını dəyişib." (Təfsiri Minhəcus-Sadiqin", c. 6, Səh. 391) Həzrətdən belə rəvayət olunur: "Gözdəymə təsirlidir." ("Səhihi-Termezi", Kitabul-Tibb bab 19)

Həzrət peyğəmbər buyurur: "Gözdəymə həqiqətdir, hətta dağların zirvəsini uçurar." ("Musnədi-Əhməd", c. 1, səh. 274)

Həzrət Əli (ə) buyurur: "Gözdəymə həqiqətdir, təbiətin əsrarəngiz güclərindən istifadə olunması doğrudur." ("Nəhcül-Bəlağə", hikmət 400) Nəticə bu olur ki, gözdəyməni təsdiqləyən rəvayətlər istər şiə, istər sünnə əhlinin mötəbər mənbələrində yer alıb. "Nəhcül-Bəlağə", "Müsnədi-Əhməd", "Səhihe-Buxari", "Məkarimul-Əxlaq", "Əl-Mustədrək" kimi mötəbər kitablarda gözdəymə hadisəsi təsdiqlənir. Bütün bu rəvayətlər mövzunu araşdırmaq istəyənlər üçün dəyərli mənbədir. Hadisənin həqiqəti sübuta yetdikdən sonra onu ciddi araşdırmağa dəyər. Bəli, gözdəymə xürafat deyil. İslam gözdəyməni təsdiqləyir. (Molla Sədra "Əl-Məbdə vəl Məad" kitabında yazır ki, bəzən insan ruhu kənara təsir qüvvəsinə malik ola bilər. Gözdəymə bu qəbildəndir." (c. 1, s. 607) Bəzi hadisələr həqiqətdir, sadəcə insanlar bu həqiqətə xürafat qatıb. Mövzunu araşdıranların əsas işi həqiqəti xürafatdan ayırmaqdır.


15-12-2021, 07:20 | Övlad valideyninə əl qaldırarsa... - AKTUAL

Övlad valideyninə əl qaldırarsa... - AKTUAL


Təbii ki, hər birimizin düzgün şəxsiyyət kimi formalaşmasında ailənin rolu əvəzsizdir. Ailə ən vacib sosial mühitdir. Bizim ətraf mühitlə də ilk tanışlığımız məhz ailədən başlayır.

Buna görə də ailənin uşaq tərbiyəsində təsiredici rolu danılmazdır. Ailə tərbiyənin əsasıdır, mənbədir, kökdür. Məhz,niyə tərbiyədə ailənin rolu bu qədər önəmlidir?

Bir neçə ay bundan qabaq belə bir situasiya ilə qarşılaşdım. Marketdə alış-veriş edən bir ana və övladı. Uşağın 10-12 yaşı olardı. Oğlan uşağı idi. Təkidlə bəyəndiyi oyuncağın alınmasını istəyirdi. Ana isə kənardan heç də xoş görünməyən bir tərzdə rədd cavabı verirdi. Qəflətən hər kəsin içində uşaq hoppanaraq anasının başına yumruq vurdu. Anası ona eyni "cavab"ı verdi. Onlar bu vəziyyətdə də heç nə almayaraq marketdən çıxdılar və hər kəsin reaksiyası artıq məlumdur.

İnsan toplusu içərində olsun və ya olmasın bu cür vəziyyətin yaşanması sadəcə dəhşətdir. Belə halın yaşanması təsadüfü deyil. Əslində, bunun kökündə müxtəlif səbəblər dayanır. Görünür, bu ailənin özülündə bərpası lazım olan ciddi çatlar var. Uşağın gözü qarşısında atanın anaya qarşı şiddəti, ər-arvad münasibətlərinin düzgün qurulmaması, ən əsası övlad-valideyn münasibətlərinin düzgün tənzim olunmaması, ailəyə kənar şəxslərin müdaxiləsi, ailədə bütövlüyün olmaması və s. bu kimi hallar sonda belə bir nəticənin yaranmasına səbəb olur.

Mən deyərdim ki, yaşanmış həmin situasiya hələ o ailə üçün başlanğıcdır. Biz hər gün KİV-dən müxtəlif kriminal hadisələr eşidirik. Bunlar içərisində oğul anasını bıçaqladı,övlad atasını öldürdü,nəvə pula görə nənəsini qətlə yetirdi və s. Heç kim zəmanət verə bilməz ki, həmin uşaqda bunları edənlərdən biri ola bilməz. Bu tipdə böyümüş uşaqların sabahısı gün nəinki, cəmiyyətə xeyirli bir vətəndaş hətta öz valideynlərinə xeyirli bir övlad olma ehtimalları sıfıra bərabərdir.

Ailədə verilən düzgün tərbiyə uşağın gələcək inkişafını tənzimləyir. Ona görə də istər boşanmış ailədə, istərsə də münasibətlərində problemi olan ailədə valideynlər uşaq tərbiyəsində mümkün qədər öz çətinliklərini arxa plana atmalı, uşağın yanında bunu hiss etdirməməlidirlər. Valideynlər öz məsuliyyətlərini dərk etməli, bir insan yetişdirdiklərini unutmamalıdırlar. Uşaqlarının özgüvənlərini qırmamalı, onlara hörmət və əxlaqla davranmalıdırlar. Qadağalar tətbiq edərkən diqqətli olmalı, onlara fiziki və psixoloji zərbələr vurmamalıdırlar. Övladlarını qorxaq tərbiyə etməməlidirlər. Əslində uşaq tərbiyə etmək heç də asan bir iş deyil. Bunun üçün də valideynlər bu mövzuda əvvəlcədən maariflənməli,mövzu ilə bağlı kitablar oxumalıdırlar və ən əsası özləri tərbiyəli olmalıdır.

Əziz valideynlər! Övladlarınıza vaxt ayırın, onlara diqqət yetirin, ən əsası onları şəxsiyyət kimi görün. Məsləhətləşin, dinləyin, özgüvənlərini qaldırın. Unutmayın ki, onların ən etibarlı sadiq dostlar məhz sizsiz!

Sitarə Xəlilzadə,

Milli.Az


������������ ������� DLE ������� ��������� ��� dle.
���������� ���� ������ ��� ��������� ������.
����������� �������� ������� � �������� ������.
����������� �������� ������������ ��� �������� ����.
������ ����� �������� ��������� ����� ������.
����� ���������� �� ���� ��� ���� � ��� �����.